Dəfn mərasimlərində striptiz. Çin höküməti artıq dəfələrlə dəfn mərasimlərində striptiz təşkilni qadağan etməyə çalışmışlar. Bəs ekzotik rəqs rəqqasələri sözü gedən tədbirlərdə niyə iştirak edirlər? Gəlin bu günki məqaləmizdə bu məsələlərə aydınlıq gətirək.

Çinin bəzi əyalətlərində imkanlı şəxslərin dəfn mərasimləri fərqli proseslərlə yadda qalır. Tədbirlər zamanı bir çox hallarda qonaq qismində stirptiz rəqsləri edən xanımlar dəvət olunurlar. Qadınlar qəbr daşınan maşınların üzərinə çıxaraq asta templə hərəkət edir, oynayırlar. Fərqli abu-havada özlərini olduqca komfortlu hiss edirlər.

Dəfn mərasimlərində striptiz

Çin rəhbərliyi bu cür rəqsləri “təhqiredici və əxlaqsızcasına” adlandırmaqlarına baxmayaraq, hələdə tam olaraq qadağa tədbiq edilməyib.

Yaranma tarixi

Nəzəriyyəyə əsasən dəfn mərasimlərinə dəvət alan striptiz göstərən xanımlar mərasim zamanı iştirak edən insanların əyləncələri xatirinədir. Nəticədə maraq göstərənlərin iştirakçıları çoxalır və kənardan baxıldıqda vəfat edənin hörmətli insan olduğu anlaşırlır. Rəhmətliyin o dünyaya yola salma mərasimi daha çox insanın iştirakı ilə baş verir.

Digər nəzəriyyələrə əsasən isə erotik rəqslər rəhmətliyin daha əliaçıq olması mənasını verməkdədir.

Huan Szyansin, Fuszyan universitetinin professorunun fikirncə bu adət-ənənə: “bəzi yerli mədəniyyətlərdə erotik elementlərlə zəngin rəqslər rəhmətə gedən insanın istəklərinin canlandırılması məqsədi daşıyır. Dəfn olunan insanın çox uşaqlılığa rəğbət bəslədiyi demək olur.”

Rəyi soruşulanlardan məlum olur ki, keçən əsrin 90-cı illərindən etibarən Tayvandda yerli mafiya bütünlüklə dəfn mərasimi biznesini öz əllərində cəmləyə bilmilər. Nəticədə, şəxsi klublarının rəqqasələrini gündüz saatlarında daha ucuz qiymətə təklif etmək imkanına sahib olmuşlar.

Dəfn mərasimlərində striptiz

Lakin, tarixi mənbələrə nəzər saldığımız zaman artıq XVIII əsrdən başlayaraq dini məkanlarda soyunan qadınlara rastlamaq mümkündür.

Hamı rəqs edir!

Bütün bunlara Çinin fərqli yerlərində rast gəlinsədə təcrübənin ən çox yaılmış məkanı Tayvand hesab edilir.

Ancaq, hətda böyük şəhərlərdə belə sizin buna rastlayacağınız inandırıcı görünmür.

“Dəfn mərasimlərində striptiz əsasən ölkənin sərhəd regionalrında leqalla qeyri-leqal şərtlər arasında fəaliyyət göstərir. Bu səbəbdən də, tədbirləri meqopolislərdə icra etmək olduqca qəliz məsələdir” – deyə Cənubi Karolina Universitetinin antropoloqu Mars Moskovits bildirir.

Onun sözlərinə görə, erotik rəqslərin məqsədi yalnız mərasimə xeyli insanın cəlb edilməsi deyil, həmdə dərd içində olanların bir müddətlik qəmlərini unutmaları üçündür. Nəticədə dəfində baş verənlərin hamsı konkret insan qruplarından aslı bir məsələdir. Adətən xüsusi, üzərində duruş üçün lövhə bərkidilə bilən maşınlardan istifadə edilir. Həmin lövhədə isə neon işıqlar quraşdırılır, musiqi səsləndirilir, və rəqs edən qızlar dayana bilir.

Dəfn mərasimlərində striptiz

Əyləncə ucuz bir hədiyyə hesab edilmədiyindən, erotik rəqsləri çox az adam təşkil edə bilir.

Bəzən isə, gedişatdan qızışan rəqqasələr əyinlərini tamami ilə soyuna və alt geyimlərini kişilərin üzərinə ata bilirlər.

Adət-ənənə bəzən ətrafında böyük narazılıqlar da yarada bilir. Mial olaraq, bir neçə il öncə tanınmış Tayvand siyasətçisinin dəfnində böyük orkestrın dəvəti ilə yanaşı, 50 yarımçılpaq rəqqasə də dəvət edilmişdir. Xanımlar maşınların üstündə dayanaraq rəqsləri ilə hamını heyran etmişdir.

Dəfn mərasimlərində striptiz

Nəticədə insanların haqlı narazılıqlarının qarşılığında rəhmətliyin yaxınları və ailə üzüvləri rəhmətliyin həyatı əylənərək keçirməyi sevdiyini və onun ruhunun şad olmasını istədiklərini bildirmişlər.

Qadınlar nə istəyir? Kişilər nə verir? – Mustafa KılınçDünyanın 10 ən bahalı sex oyuncaqları

Fikirlərinizi bildirin.