Cütlüklərin xəyanəti bu yaşda iki dəfə artır. Bu tarixlərin hər bir insanın həyatında bir neçə dəfə baş verdiyini unutmayın. Diqqətli olun.

Bir gün iki amerikalı araşdırmaçılar Adam Apter və Hel hershfild Nyu-Yorkdakı Kaliforniya universitetində oturaraq IllicitEncounters.com saytını araşdırmağı qərarlaşdırırlar. Bu sayt vasitəsi ilə səhifəyə giriş əldə edən evli insanlar bir neçə görüş üçün özlərinə portnyor axtara bilərlər. Evli kişilərin və qadınların anketlərini vərəqləyərək alimlər özlərini xöşbəxt hiss etməyən və bu şəkildə çıxış yolu axtaran insanların yaş kateqoryalarını müəyyənləşdirməyə çalışırlar. Bəs insanın yaşı ilə onun məşuqə tapmaq istəyi arasında hər hansısa asıllıq mövcutdurmu sualı insanı maraqlandırmaya bilmir. Cavab özünü çox gözlətmir.

Kişilər tərəfindən doldurulmuş səkkiz milyondan artıq anketi araşdırdıqdan sonra araşdırma aparan mütəxəsislər 18% kişi, yəni təxmini bir milyon evli kişinin yaşınının sonluğu 9 rəqəmi ilə bitməsini müəyyən etmişlər.

Əldə edilmiş nəticə mütəxəsisləri o qədər təəcübləndirir ki, onlar bu mövzuda altı müxtəlif araşdırma aparmaq qərarına gəlirlər. İndividin kənarda yeni əyləncələr axtarma şansı onun 29, 39, 49 yaşlarında daha çox artmış olur.

Bütün əldə edilmiş nəticələri cəmləyərək Adam Apter və Hel hershfild yekun fikrə gəlirlər: bunun səbəbi hər on illiyin sonunda kişinin özü-özünə verdiyi suallarla bağlıdır. O həyatın mənası haqqında, öz rolu barədə, nələr əldə etdikləri barədə suallar verir. Mən həyatda istədiklərimə nail ola bildimmi? Özümü tapa bildimmi? Məndən kənarda daha rəngarəng nələrsə baş verirmi? Bir sözlə, həyatda pozitiv şeylər az olsa da, heç olmasa bəzən kənarda nələrsə yaşamaq mümkün olsun.

Beləliklə yaşla bağlı krizis insanları yalana və xəyanətə vadar edir. Əldə edilən nəticələrdən sevinən alimlər göstəriciləri dərc etmək qərarına gəlirlər.

Konnektikut universitetinin professoru, sosioloq Krisin Munş nəticələrlə tanış olub, bəzi əlavələr etmək qərarına gəlir: insan yaşa dolduqca daha çox xəyanətə meyilli olur. Bu səbəbdən də, ailə xəyanəti baxımından 49 yaşında edilən xəyanət 39 və ya 29 yaşında edilən xəyanətdən daha ağır hesab edilir.

Munş fikirlərinin izahı zamanı birdirmişdir ki: insanlar yaşa dolduqca buna imkanlarının yarandıqlarına görə daha çox xəyanət edirlər. Misal olaraq, 49 yaşında kişi eyni anda həm 18 yaşlı tələbə qızın, həm bir az gənc iş yoldaşlarının arasında marağa səbəb ola bilər. Əksinə gənc kişilər isə daha çox yaşıdları ilə münasibət axtarmağa çalışırlar. Bu halda axtarış miqyası kiçilmiş olur.

Xəyanət haqqında ən yaxşı 8 filimQadın xəyanətinin 17 səbəbi

Fikirlərinizi bildirin.