Çox az yuxu yatan dahilər. Hamı tərəfindən qəbul olunan yuxu norması səkkiz saat hesab edilir. Ancaq bəzi insanlar həyatlarının bu qədər zamanını yuxuya həsr etmək istəmirlər. Bəziləri isə ümumiyyətlə yuxularını, yatmaqlarını ən sonuncu yerə qoyurlar. Beləliklə, onlar kimlərdir?

Gaius Julius Caesar (bizim eradan 100-44-cü illər)

Sərkərdə, siyasətçi və yazıçı patrisia ailəsində anadan olmuşdur. Onun hərbi koryerası bizim eradan əvvəl 60-cı ildə qələbə ilə yadda qalmışdır. Növbəti illərdə isə o Roma imperiyasına böyük torpaqları birləşdirə bilmişdir. Siyasətçi saysız-hesabsız reformalar keçirmiş, rəhbər vəzifədə olanların konservativ yanaşmalarına qarşı mübarizə aparmış, müxtəlif məzmunda, sonradan Roma ədəiyyatının klassikasına çevriləcək şeirlər yazmışdır.

Onun demək olarki, yuxuya vaxtı qalmırdı. Yatmaq üçün gün ərzində cəmi 2-4 saat ayırırdı. Nəticədə digərlərinə baxanda daha çox şey çatdıra bilirdi. İndiki dövürdə belə qəliz və çox vaxt aparan işlə məşğul olmaq deyərkən onun adı çəkilir. Sərkərdə hərbi yürüşlərə xeyli zaman ayırmalı olurdu. Yürüşlər zamanı fərqli bir üstünlük axtarmırdı: sadə əsgərlərlə birlikdə yerdə yatırdı.

Leonardo da Vinci (1452-1519)

Yuxunun xüssiyyətlərini araşdıran alimlər sözü gedən insanın aktivlik tərzinə alternativ qrafiklər üzərində eksperimentlər keçirməyə çalışırlar. Misal olaraq gün ərzində eyni saat müddətində təkrarlanan yuxu normasını sınamağa cəht göstərirlər. Yarım fazalı yuxu termini müasir zamanda formalaşmışdır. Ancaq, hələ XV əsrdə dahi ixtiraçı Leonardo da Vinci bu rejimə riayət etmişdir. O hər dörd saatdan bir olmaqla 15-20 dəqiqə yatırdı. Bu isə sutka ərzində üst-üstə 2 saat yuxu mənasına gəlir. Rəssam bu yolla, saat aralığında yatmaqla bir neçə işi eyni anda görməyə çalışmırdı. Onun məşhur əsərlərindən çoxu bir neçə ilə başa gəlirdi. Buna baxmayaraq Leonardo da Vinci fikirlərinə görə: səhər aktivliyi axşam aktivliyindən daha çox səmərəlidir. Bu səbəbdən də onu daha çox sübh tezdən oyanan insanlara misal olaraq göstərirlər. Müasir insanlar arasında yarımfazalı yuxular artıq məşhurluq qazanır. Hal-hazırda bir çelenc kimi sınaqdan keçirilir və sosial şəbəkələrdə paylaşırılır. Ancaq, çox az adam ilk on günü dözə bilir. Orqanizim yeni rejimə örgənənə qədər xeyli zaman gərəkli olur. Eyni zamanda, həkimlərdə bu kimi təcrübələri sınaqdan keçirməyi məsləhət görmürlər.

Benjamin Franklin (1706-1790)

Siyasətçi eyni zamanda yazıçı, jurnalist, ixtiraçı və nəşirçi olmuşdur. O ABŞ vətəndaşlarından ilk olaraq elm və rəssamlı üzrə İmperator Akademyasının üzvü olmuşdur. Franklin imkanlı ailədə anadan olmamışdır. Tipoqrafaiyada usta köməkçisi kimi çalışmışdır. Uşaqlıqdan gününü ciddi planlamış və həmin plana uyğun olaraq hərəkət etməyi adət etmişdir. Bu səbəbdən də o yuxuya da qədər müəyyənləşdirməyə çalışmışdır. Heyratamiz əmək sevərliyi ilə fəqrlənən bu insan sutka ərzində dörd saat yatmaqla kifayətlənirdi. Yəqin ki, müasir insanlar bunun kəfayət qədər olmadığını düşünərlər. Ancaq, uzun müddətli yuxusuzluq Franklinə qolfstrimi örgənməyə, bioqrafik eynəkləri kəşf etməyə, yellənçək oturacağı potentləşdirməyə və elektrik mühərrik ideasını irəli sürməyə mane olmadı.

Napoleon Bonaparte (1769-1821)

Fransız imperatoru və sərkərdə kiçik aristokrat ailəsində doğulmuşdur. O 13 uşaqdan ikincisi idi. Uşaqlıq yaşlarından gələcək siyasətçi xeyli mütaliə edirdi. Riyaziyyata, hərbi texnika və taktikaya maraq göstərirdi. Sərkərdəlik məsələlərini öz üzərinə götürdükdən sonra olduqca ciddi rejimə riayət etməyə başladı. Sorbanın professoru və “Napoleon və ya xilaskarının mifi” kitabının müəllifi Jan Tyular böyük imperatprun səhər saat 7:00-da oyandığı haqda məlumat verir. Bonapart 10:00-da səhər yeməyi yeyir, saat 13:00-a qədər çalışır, iclaslarda iştirak edirdi. Növbəti yemək qəbulu isə ya 17:00-da, yada 19:00-da baş verirdi. Yatmağa isə saat 01:00-da yollanırdı. 03:00-da oyanır, vanna qəbul edir, kitab oxuyur, iki saatdan sonra isə yenidən yatırdı. Nəticədə iki hissəyə bölünməklə gün ərzində 4 saat yatmış olurdu. Ancaq, imperatoru yalnız vacib məsələlər zamanı oyatmaq olardı. Qeyd edək ki, bu yuxu rejimi yalnız müharibələr gedən zaman tətbiq edilirdi. Adi hallarda isə yeddi saat yuxu yatırdı.

Nikola Tesla (1856-1943)

Bir çox insanlardan fərqli olaraq fizik alim heç bir rejimə riayət etmirdi. Tesla proekt üzərində fasilə vermədən çalışmağa üstünlük verirdi. Bəzən bu müddət günlərlə uzanırdı. Bir neçə günlük işdən sonra o bütün günü yatır, sonra isə elmə qayıdırdı. Bəzən alim iş başında mürgüləsədə adətən tamami ilə taqətdən düşdükdən sonra yatağına gedirdi. Həkimlər və dostları bu kimi qrafikin davam edəcəyi təqdirdə mənfi nəticələr yarana biləcəyindən ehtiyyat edirdilər. Ancaq Tesla uşaqlıqdan digərlərinin fikirlərinə məhəl qoymamağa örgənmişdir. Gələcəyin dahisinə valideyinləri tərəfindən rahib olmaq istəyi aşılansada, o sonradan mühəndis peşəsini seçir. Dahi sutkalara fasiləsiz elektromobillər üzərində çalışmışdır. Nikola Tesla avtoqəzada dünyasını dəyişir.

Winston Churchill (1874-1965)

Siyasi xadim, Böyük Britanyanın baş naziri eyni zamanda yazıçılıqlada məşğul olurdu. 1953-cü ildə o Nobel mükafatının lauriyyatçısı olur. Avtobioqrafik zəhmətlərinə görə Çörçilin gündəlik planları barədə müasir davamçıları az şey bilmirlər. Viski və siqar həvəskarı o qədər də sağlamlığının qeydinə qalmırdı. Baş nazir səhər 8:00 radəlrərində yuxudan oyanırdı. Saat 11:00-a qədər çalışırdı. Yatağında uzanaraq məktubları cavablandırır, qəzet oxuyur, göstərişlər verirdi. Gün görüşlərdən və iclaslardan ibarət idi. Saat 17:00-da Çörçill yarım saatlıq yatırdı. Failədən sonra yenidən işinə qayıdır və gecə saat 03:00-a qədər çalışırdı. Ortalama sutka ərzində məşhur altı saat yuxu yatırdı. Siyasətçinin fikrincə altı saatlıq yuxu arası yarım saatlıq fasilə, yuxuya getmə ona daha çox iş görməyə imkan verir.

Margaret Thatcher (1925-2013)

“Dəmir ledi” lqəbini alan Marqaret Tetçer uşaqlıqdan qaydalarla yaşamağa vadar olmuşdur. Təhsildən savayı Tetçer kənar məşğələlərə qoşulur, hokkey oynayır, üzgücülüklə məşğul olur, şeirlər yazır və fortopioninada ifa edirdi. Xanım sutka ərzində dörd saat yatırdı. Ancaq, heç vaxt gündüz vaxtı yataraq fasilələr etmirdi. O özünə məzuniyyət ayırmırdı, bayramları və həfdə sonları da çalışırdı. Hamıdan tez oyanır və gecə saatlarına qədər kabinetində olurdu.

Məşhur ektomorflarMəşhurların qəribə fobiyalarıMəşhur mafia başçılarının xanımları

Fikirlərinizi bildirin.