Conor McGregorun qidalanması inanılmazdır. Bu günki yazımız məşhur irlandiyalı döyüşçü, iki çəki üzrə keçmiş UFC çempionu, Conor McGregor haqqında olacaq. Daha dəqiq desək, bu idmançının qidalanma tərzinə birlikdə nəzər yetirəcəyik. Onun koryerasının qızıl dövrü ortaçəkidə (66 kiloqramda) döyüşləri hesab olunur.

Conor gün ərzində 5-6 dəfə olmaqla qidalanır. Beləliklə, hər bir qidalanma bölgüsünü daha yaxından incələyək.

1-ci qida qəbulu

Avokado yaxılmış çörək dilimi tosteri

Conor McGregorun qidalanması inanılmazdır

  • 2 dilim çörəyi tosterdə qızdırdıqdan sonra, üzərinə avokado yaxılır.
  • 2 suda bişirilmiş yumurta.
  • Tərəvəzlər.

Avokadonin tərkibində xeyli miqdarda xeyirli yağlar mövcutdur. Bunlar idamnçı orqanizmi üçün çox gərəklidir. Yumurta isə zülalla zəngindir. Qəbul edilən tərəvəzlərin tərkibində toxumalar olduğundan, güləşçinin həzim sisteminə müsbət təsir göstərir.

2-ci qida qəbulu

Qarabaşaqlı yoğurt və ləpə

Conor McGregorun qidalanması inanılmazdır

  • İki qutu qarabaşaqlı yoğurt.
  • Qoz və ya fındıq ləpəsi.

Yoğurt zülalla zəngindir, lpədə isə gərəkli yağlar mövcutdur. Günün birinci yarsı üçün ideal vəhdət təşkil edir və qəbulu məsləhət görülür. Yeri gəlmişkən bu tərz yemək qəbulu UFC-nin yüngül çəkidə döyüşçüsü Habib Nurməhəmmədovunda rasionunda rast gəlinir.

3-cü qida qəbulu
  • Ət (dana əti).
  • Düyü.
  • Tərəvəz raqu.

3-cü qida qəbulu məşqlərdən 2-3 saat əvvəl yeyilir. Məhsi bu cür yemək ağır fiziki məşğlərdən öncə döyüşçüyə gərəkli enerji mənbəyidir. Düyünün tərkibində orqanizmi enerji ilə təmin etmək üçün kifayət qədər karbohidrat mövcutdur. Ətdə isə xeyli miqdarda zülal var. Bildiyimiz kimi zülal orqanim üçün bir növ tikinti materiallı rolunu oynayır. Tərəvəzlər isə yuxarıda qeyd edilən bütün maddələrin orqanizmə ötürülməsində yardımçı olur.

4-cü qida qəbulu

Məşqlərdən yarım saat öncə McGregor bir sətkan laktozasız süd içir.

Niyə məhs laktozasız? Laktoza bağırsaqlarda yığıla bilir. Nəticədə orqanizimdə mayenin süzülməsinə mane ola bilir. Bu isə Conor üçün faciə deməkdir. Qeyd edək ki, ortaçəki üzrə idmançı UFC-nin ən həcimli döyüşçüsü idi. Döyüşlərdən öncə o artıq kiloqramları atmaq məcburiyyətində qalırdı.

Məşqlər yekunlaşan kimi irlandiyalı proteik və süd qəbul edir.

5-ci qida qəbulu
  • Düyü.
  • Tərəvəzli raqu.
  • 300 qr toyuq və ya balıq.

5-ci qida qəbulu məşqlərdən təxmini 2-3 saat sonra baş verir. Eyni zamanda yuxudan öncə 2 saat əvvəl prinsipidə nəzərə alınmalıdır. Ağır məşqlərdən sonra sanki bədəndə zülal-karbohidrat pəncərəsi açılır. Bu zaman qəbul olunan qida daha tez həzm olunur. Bu zaman keyfiyyətli zülal və karbohidrat mənbələrindən istifadə etməyə çalışmaq gərəklidir.

Nəticə

Dietoloqların fikrincə bu qida rasionu ağıllı tərtib olunub. McGregor özünü karbohidratlardan məhrum etsədə, əvəzində xeyli miqdarda zülal və yağlar qəbul edir. Bundan əlavə idmançı gün ərzində kifayət qədər su içir.

Karbohidratlaq bizim bədənimiz üçün enerji mənbəyidir. MMA döyüşçülərinin gün ərzində 2-3 dəfə məşq etdiklərini nəzərə alaraq, nəticədə büyük həcimdə kalori yandırdıqlarını bilərək bu cür qida rasionuna riayət etmək praktik baxımdan inandırıcı görünmür. Lakin, McGregor orta çəkili yarışlarda iştirak edərkən ona dəri alı yağlardan azad olmaq gərəkli olur. Deməli, qəbul etdiyi az karbohidrat miqdarı onun formasının saxlanılması üçün yetərli olur.

Aktiv insanlar üçün gündəlik qidalanma40 yaşdan sonra testestronu normallaşdıran qidalar

Fikirlərinizi bildirin.