Cins parça haqqında maraqlı faktlar

331
Cins parça haqqında maraqlı faktlar

Cins parça haqqında maraqlı faktlar. 148 il bundan öncə Jacob Davis və Levi Strauss denim parçası ilə hazırlanmış şalvarları potentləşdirirlər. Digər sözlə desək, həm il rəsmi olaraq cins parçaların kəşfi hesab edilir. Bu gün sizə məhs cinslər barədə maraqlı faktları açıqlamaq istərdik.

Cinslə bağlı rəsmi potenti ilk dəfə amerikalıların rəsmiləşdirməklərinə baxmayaraq denim geyimlərinin tarixcəsi İtaliyaya gedib çıxmaqdadır. XVI əsrdə Qenue limanında dənizçiləri və işçilərin geyimləri məhs bu materialdan hazırlanırdı. Bəli, məhs “cins” ifadəsi də Qenuenin latın dilindən yazılışından yaranmışdır – Genoa və Genes.

Lakin, cinsin özünü italiyanların kəşfi hesab etmək mümkündürsə, denim parçası fransızların kəşfi hesab edilir. Denim – serge de nimes. Parça sapların möhkəm toxunması nəticəsində formalaşmışdır.

Cinslər istənilən rənglərdə ola bilər. Əsas məsələ rəngləndiricilərdədir. Klassik tünd-göy rəngi, indiqonu üzərində ləkələrin və çirkin daha az hiss edilməsi səbəbindən seçmişlər. İlkin olaraq cinslər işçi geyimləri üçün nəzərdə tutulmuşdur.

Cins parça haqqında maraqlı faktlar 2

Cinslərin tikilişi üçün istifadə edilən narıncı sapı Levi Strauss potentləşdirmişdir. Digər brendlərin cinslərində bu rəngdə saplardan istifadə etmək olmaz.

Cinslər 100% pambıq tərkibə sahibdirlər. Yeri gəlmişkən, 220 kq pambıq 240-280 cüt cins şalvar hazırlanmasına kifayət edir.

Təəcüblənsənizdə, bu belədir. Orta statistik Amerikalının qarderobunda ortalama 7 cins şalvar mövcud olur.

Skinni dəbli cinsləri denimdən deyil, elastandan hazırlanır. Yəni, formal olaraq onlar cins sayılmırlar.

Bir çox cinslərdə rast gəlinən kiçik ciblər saatlar üçün nəzərdə tutulmuşdur. İndi isə bu cibdə ya alışkan, ya da maşın açarı gəzdirirlər.

Dünyanın ən bahalı cinsi – Secret Circus hesab edilir. Dəyəri 1,3 milyon dollar. Üzəri 15 brilliyant daşla bəzədilmişdir.

50-ci illərdə ABŞ cinsləri buntar (davaya meyilli olanlar) tərzinin simvolu hesab edilirdi. Bu geyimdə olan insanlara adətən kino və restoranlara daxil olmağa icazə vermirdilər.

İlk dəfə cins üzərində leybl 1936-cı ildə yaranmışdır. Misal olaraq, Levisin arxa cibinin yanında qırmızı rəngli brend adı bərkidilmişdir.

Şimali Koreyada bu gün də göy rəngli cinslər qadağadadır. Bu ölkədə göy rəngli cins şalvar geyinən insanlara amerika imperialist ruhlu insan kimi baxırlar.

Cins parça haqqında maraqlı faktlar 4

Yaponiyada cins şalvarları xüsusi quraşdırılmış aparatlardan da almaq mümkündür.

Cins parça haqqında maraqlı faktlar 5

Levi’s şirkəti American Motors şirkəti ilə birlikdə AMC Gremlin-in xüsusi kompakt modelinin istehsalını başladılar. Əlbətdə ki, cins salonla.

80-90-cı illərdə fransız Peugeot-u öz 205 və 106C kiçik həcimli avtomobillərini də salonu cins parça ilə üzləyərək təklif etdi.

Cinsin yaradıcısı Levi Strauss özü heç vaxt denim geyinmirdi. O bunun üçün varlı hesab edilirdi.

Kişilərin tarix boyu geyindikləri ən qəribə geyimlərKişi geyimində buraxılan 25 səhv

Əvvəlki məqaləQadınlar sexə “yox” demələrinin səbəblərini açıqladılar
Növbəti məqaləMüxtəlif yaşda ürək döyüntülərinin göstəriciləri

1 COMMENT

Fikirlərinizi bildirin.