Chuck Norris həyat qanunları

350
Chuck Norris həyat qanunları

Chuck Norris həyat qanunları. Aktyor, Los-Angels

Əslində – mən qalibəm.

Böyüyəndə – atam olmayıb, beynimdə yalnız ata obrazı olub. Bu ideal ata obrazı idi.

İlk kino işimin – adı “Yaxşı oğlanlar qara geyinirlər” olub. Əlavə etməyə başqa söz lazımdır?

Çox vaxt eşitdiyim – tənqitçilərdən pis oynamağımla bağlı sözlər olub.Onların fikrincə ayrı nə etməli idim ki?

Nə zamansa – aktyorluq məktəbinə getmək istəyirdim. O gün evə gəldim və pullarımı saydım. Pulum çatmırdı. Qərarlaşdırdım ki, heç bir ktyorluq məktəbinə getməyəcəyəm. Getmədimdə.

Dünyanı çox səyahət edirəm – ancaq heç vaxt cangüdənim olmayıb. Heç vaxt problemlərim də olmayıb. Yəqinki bu mənim kinoda yaratdığım obrazla bağlıdır. Heç vaxt problem axtaran oğlan rollarını oynamamışam. Əksinə ehtiyac olarsa, problemləri həll edən oğlan rollarını oynamışam.

Döyüş filimləri – insanlara özgüvən üçün gərəklidir. İnsanlar hər zaman sürətlə gedən avtomobilin şüşəsini sındırıb ordakı cinayətkarı döydüyüm səhnələri sevirlər. İnsanlar yalnız bu kimi zarafatları yadda saxlayırlar.

Bruce Lee ilə oynamağa başladığım vaxtlarda – o elə bilirdi ki, yalnız kəmərdən, beldən aşağı hissələrə vura bilər. İnanmırdı ki, yuxarı vursa heç də pis görünməz.

Bruce ilə 1968-ci ildə tanış olmuşam – bu karate üzrə çempion olduqdan sonra baş verdi. Bruce həmin gün xüsusi qonaq kimi zala dəvət edilmişdir. Söhbət edərək dostlaşdıq və birlikdə məşq etməyə başladıq. Sonra isə o Honkonqa yollandı. 1972-ci ildə mənə zəng etdi – “Qardaş – Bruce dedi – mən təzəlikcə Honkoqda iki filim yaratdım və tanınmış insanam. İstiyərdimki bu filimdə birlikdə çəkilək. Döyüşək.” Soruşdum – “Bəs sonda kim qalib gələcək?” Dedi – “Əlbətdə mən. Çünki mən ulduzam”. O zaman güldüm və əlavə etdim: “Sən mənə, karate üzrə dünya çempionuna qalib gəlmək istəyirsən?” “Hə”-dedi. Onun zarafat etmək bacarığı bəzən onun əksinə işləyirdi.

Bruce haqqında – çox şey deyilib. O sürətli idi və hamıdan biraz şeylər örgənirdi. Onun beyni açıq idi.

Bir çox insanlar məğlub olurlar – məhs istəklərinə çatma anına az qalmış məğlub olurlar. Əlbətdə ki, bunu etmək düzgün deyil. Heç vaxt bilə bilmərsən ki, hansı çətinliklər sənin yolunda sonuncu ola bilər.

Kişilər – dəmir kimidirlər. Paslandığı zaman qırılarlar.

Bir çox insanlar deyinirlər – “Mən o qədər də uğurlu deyiləm. Bütün tullanmaqlar məndə alınmır”. Sadəcə yumuruqlarınız üzərində işləyin, vəssalam.

Zorakılıq – müraciət etdiyim son məqamdır.

Xoşuma gəlir – uşaqlara müsbət hislər yaşatdıqda.

Əgər bu həyatda nəyəsə nail olmaq istəyirsənsə – sadəcə oturub, bu anın nə vaxt baş verəcəyini gözləməyə dəyməz. Nəsə etmək lazımdır. Həyat təcrübəm oturmaqla heç nəyin baş verməyəcəyini mənə örgətmişdir.

İstəilən şeydən və istənilən yerdən – başlamaq lazımdır . Misal olaraq, məni götürün. Kasıb ailədə doğulmuşam, atam olmayıb, təqaüdlə yaşamışıq. Ancaq iş, iş, qurbanlar, qurbanlar – budur, qarşınızdayam. Bruce Leenin əlini sıxmış uğurlu insan.

Kitab yazarkən – istədimki bütün yanlışlıqlarım kitabda görünsün. Həyatda buraxdığım bütün səhfləri qeyd etdim. Oxuya bilərsiniz.

Öz ədəbiyyat cəhdlərimlə – fəxr edirəm.

Dəişət dindar – biriyəm.

Allaha inanmamaq mümkün deyil – Lee Atwaterin ölümünü xatırlayıram. O büyük Buşun məsləhətçisi idi. 30-dan bir az çox yaşı olardı. Beyin şişi var idi. Başı bir müddət sonra balqabaq böyüklüyündə şişməyə başladı. Ölümü yaxınlaşanda məni yanına çağırdı. Yanına çox az adamı buraxırdı. Yadımdadır, otağa girdim və Lee uzanmışdı. İşarə ilə məni yaxına çağırdı. Nəsə pıçıldayırdı, ancaq heçnə anlamırdım. O zaman tamami ilə səsini itirmişdi. Daha da yaxına əyiləndə yalnız bu sözləri eşitdim: “Chuck, Allaha inan”. Onun son sözləri idi. Yadımda da deyil heç, ağladım ya yox. Çox gümankı sadəcə yatağın kənarından uzaqlaşdım.

Fikrimcə – Allahın mənə biraz simpatiyası var.

Maraqlı şeyi kəşf etmişəm – əgər siz kiməsə kömək etsəniz, mütləq kimsə sizə nə vaxtsa kömək edər.

Pul xöşbəxtliyi qaranti etmir – pul baş ağrısını qaranti edir.

Tanıdığım ən səviyyəsiz insanlar – Amerikanın ən varlı insanlardırlar.

Bir neçə dəfə Schwarzeneggerlə danışmışam – təəcüblü olsa da biz eyni cür düşünürük. Yəqinki bizim söhbətimiz dünyada ən darıxdırıcı söhbət olardı. “Düzdür Chuck”. “Tamami ilə doğrudur Arni”.

Həyatım sürətlə axdı – 15 il oxumuşam. 15 il döyüşmüşəm. İndi isə karate dərsləri verirəm və düşünürəm: lənət şeytana, yəqinki hələ o qədərdə il ehtiyatda varımdır.

Bizim hamımızın səhəri olacaq – bizim görmədiyimiz səhərlər.

Döyüşçülərin dünyasında hər şey asan deyil – bu gün sən ən yaxşısısan, sabah isə səni yada salan belə olmayacaq.

Mixail Qorbaçov həyat qanunlarıJude Law həyat qanunlarıElon Musk həyat qanunları

Əvvəlki məqalə10 məşhur bisexual qadın
Növbəti məqaləAvtombil (Kuzov) – Panellərin təmiri

Fikirlərinizi bildirin.