Christian Dior həyat qanunları. Fransız modilyer, Christian Dior moda evinin təsiçisi. 1957-ci ilin 24 oktyabr tarixində 52 yaşında vəfat etmişdir.

Mən əminəm ki, istənilən qadın istədiyi an olduqca gözəl görünə bilər — özünün ən cazibəli versiyasını aşkarlamağa isə dəb kömək edir – onun təravətini, xüsusi fərqliliklərini, nəyisə gizlətmək və ya əksinə göz önünə gətirmək istəklərini. Qarşıya qoyulmuş  hədəfə çatmaq üçün fəsilə uyğun bir neçə geyim yetərli ola bilər. Bunu özünü dəqiq anlamaqla, üstünlüklərini dərk etməklə etmək mümkündür.

Dəb iki tarixi əhatə edir. Bu hətda insanlar bunu tam dərk etməmişdən öncə baş vermişdir — gözəl geyinmiş qadın və dəb bütünlüklə beynimizdə baş verənləri əks etdirə bilir.

Dəbə geniş açılmış gözlərlə baxmaq — son yeniliklərdən məlumatlı olmaq deməkdir. Hər zaman cavan qalmaq deməkdir.

Yaxşı zövq — bu yalnız sizə yaraşan və obrazınıza uyğun olan şeyləri seçmək bacarığı deyil.  Bundanda vacib olanı var – əsas özünü bunların içində təbii hiss etmənizdir.

Müharibədən sonra — qadınlar daha qadınsayağı görünmək istədilər. Buna görə də mənim geyimlərimi bəyəndilər.

Təbiət qadınları əyri xətt üzrə yaradıb — onların sinələri, belləri və ayaqları vardır. Mən bunu dəyişdirməyi düşünmürəm.

Ən əsas ambisiyam – əsirlərdə qalmaqdır.

Valideyinlərimizin bizi hər zaman uşaq kimi görmələri bizi qıcıqlandırır — ancaq onlar bizi tərk edəndə biz əsl boşluğu hiss edirik. Çünki anlayırıq: onların ilk başdan görünən zəiflikləri bizim üçün əslində zərifcəsinə bir dəstək imiş.

Heç vaxt modilyer olmaq arzusunda olmamışam — bu heç mənim ağlıma da gəlməyib.

Bizim sənətdə cəld və dəqiq hərəkət etməlisən — gecikmələrə və zəifliyə yol vermək olmaz.

Parça — bizim istəklərimizin ötürülməsinin yeganə vasitəsidir Eyni zamanda o ideya generatorudur. O bizim ən önəmli ilham mənbəyimiz ola bilər. Bir çox geyimlər məhs bu cür yaranır.

İlin fəsilləri təbii ritmi əks etdirir — yeni paltarlarda təzə açan güllər kimi göz oxşamalıdır.
Dəb arzulardan yaranır — arzular isə fantaziyalardan.

Yenilik ruhu dəbdən kənar mövcud ola bilməz — əgər parçaya müdaxilə etsən dəb son dəb olmaqdan üzaqlaşar, öz marağını itirər.

Biz təklif edirik — qadınlar isə qərar verirlər.

Chanel deyirdiki, — kopya etmək uğurun pulla alınmasıdır. Ancaq uğurlu modeli həddən artıq kopya etsələr o artıq bizi maraqlandırmaz. Əgər model bayıra çıxırsa, istər-istəməz o artıq hamı üçün olur. Beləliklə o dəbdən düşmüş sayılır.

Həqiqətəndə, mən anarxiyadan çəkinirəm, bu xeyirə aparmayacaq — azad rəssam son nəticədə öz tablosundan və fırçaları ilə risk etmiş olur. Mən isə – əgər kolleksiya gərəkli hədəfə çatmazsa 900 nəfərlə risk etmiş oluram.

Nyu-York — dünyanın mərkəzlərindən biridir. Əslində isə o böyük bir kənddir. Dəqiq geoqrafik sərhədləri olan, 20 küçəyə sahib, 5 otelli, 3 restoranlı və 4 gecə klubu olan bir kənt.

Mən doğulduğum əraziyə çox bağlıyam — bir daha ora qayıtmasamda.

Son nəticədə həyatımda baş verən hər şey — bunu istəsəmdə, istəməsəmdə mənim geyimlərimdə əks olunmuşdur.

Paxıllıq edənlər yanılmasınlar — dəbdə baş verən dəyişikliklər maddi maraqlara tabe olmur. And içməyə hazıram ki, maddi dəb heç bir həyat gücünə sahib deyil. Bəyənilmək üçün heç bir şansı yoxdur. Heç bir halda yayılmır.

Dəb insan istəklərinin impulsiv təsiri ilə inkişaf edir — artıq bezdiyi kumirdən yorulduqdan sonra o ondan tez saqollaşır. Çünki onun daxili dünyasında bəyənilmək və cəlb etmək dayanır. O darıxdırıcı eyniliklə barışmaq istəmir.

Freddie Mercury həyat qanunlarıMonica Bellucci həyat qanunları

Fikirlərinizi bildirin.