Cazibədarlığın növləri

1401
Cazibədarlığın növləri

Cazibədarlığın növləri. Cazibə sözünü nə ilə əlaqələndirirsiniz?

Əksər hallarda siz fiziki cəlbedicilik və ya cinsi cəlbedicilik haqqında eşitmiş olursunuz. Ancaq bu, yeganə cazibə formaları deyil!

Platonik cazibədarlıq

Bu iki insan arasında sexual komponentin mövcud olmaması şərti ilə baş verən cazibədarlıq formasıdır. Platonik cazibə bir insanın qarşı tərəfə platonik münasibətlərə və platonik işlərlə məşğul olma həvəsinə bağlı olan bir məsələdir. Platonik münasibətlər ilk baxışdan asan görünsə də, bu heçdə belə deyil. Bu bəzən insanları çaşdıra və intensivləşə bilər.

Həssas cazibədarlıq

Bu, müəyyən bir şəxslə fiziki təmasda olmaq arzusudur (mütləq cinsi əlaqə mənasına gəlmir). Bu qucaqlamaq, qıdıqlamaq, öpmək, əl-ələ tutmaq və s. istəyi ola bilər. Bir qayda olaraq, həssas cazibə digər cazibə növləri ilə birlikdə mövcud olur. Lakin, insan başqa cazibə növləri olmadan da həssas cəlbedici birini tapa bilər.

Romantik cazibədarlıq

Bu, müəyyən bir insanla romantik münasibət qurmaq və ya romantik anlar yaşamaq istəyidir. Bunun cinsi cəlbediciliklə əlaqəli olduğu və ya onların bir və eyni olduğu düşünülür. Əslində isə, bir insana sadəcə romantik cazibə hiss edib, heçbir şəhvət hissi duymamaq olar.

Cinsi (seksual) cazibədarlıq

Bu, konkret bir şəxslə intim əlaqəyə girmək istəyidir. Cazibə öz-özünə də mövcud ola bilər. Lakin, ən çox romantik cazibə ilə əlaqələndirilir.

Estetik cazibədarlıq

Bu, insanın zahiri görünüşünə nəzər salmağın həzzidir. Sankı, siz bir sənət əsərinə baxaraq heyran olursunuz. Tez-tez cinsi cazibə ilə əlaqələndirilir. Lakin bu iki növ cəlbediciliyi daha yaxından nəzərdən keçirmək və qarışdırmamaq lazımdır.

Estetik cazibə öz-özünə, müstəqil mövcud ola bilər. Estetik cəhətdən xoş insanla rastlaşmağınız, onunla digər işlərlə məşğul olmaq istədiyiniz anlamına gəlməyə bilər.

İnsan beyni və insan bədəni mürəkkəb strukturlar olduğundan, başqalarından fərqli nələrisə hiss etməyinizdən təəccüblənməyin.

Kişini daha cazibəli göstərən 7 hobbi, “Menfri”: kişilərlə münasibətdən imtina edən qadınlar necə yaşayır?

Əvvəlki məqaləMəşqdən sonra qəhvə
Növbəti məqalə“Allahın övladları” fərqli SEX təklif edən sekta

Fikirlərinizi bildirin.