Bir müddət əvvəl başqa bir kitabın üzərində işləyirdim. Bir gün söhbət əsnasında yaxın dostlarıma gələcəkdə yazmaq istədiyim kitab barədə söhbət düşdü. Onlara bu kitabın adını dedim: “Çətin olsa da, həyat davam edir”. Əhatə edəcəyi mövzulardan bəhs edəndə çox böyük maraqlarına səbəb oldu. Bu kitabın zəruriliyini vurğulayaraq ilk öncə onu yazmağım üçün çox təkid etdilər. Bir az düşünəndən sonra dostlarıma haqq verdim. Beləliklə, “Çətin olsa da, həyat davam edir” adlı bu kitab ərsəyə gəldi.

Çətinliklər hər birimizin həyatının ayrılmaz hissəsidir. Hamının özünə görə çətinliyi, problemi var. Hər kəsin də buna yanaşma tərzi fərqlidir. Bəzən çətinliklər insanı elə bir həddə çatdırır ki, yaşamağa olan istəkləri, gələcək arzu və xayalları tamamilə silinir. Belə anlarda həyat insan üçün çox dözülməz olur. Bu cəhətdən çətinliklərin həqiqətini, xüsusiyyətini, onlarla qarşılaşan zaman necə davranmaq lazım olduğunu bilmək, onlara olan baxış tərzini düzgün formalaşdırmaq çox zəruridir.

Böyük bir problem içində olan insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Mən də bu kitabı çətinlik və sıxıntı içində olanlara bir istiqamət olması ümidi ilə qələmə aldım. Bu sahədə olan təhsilimi, çoxillik elmi mütaliə və araşdırmaları əks etdirən bu əsər həyatın bir çox sahələrində doğru istiqaməti müəyyən etmənizə təkan verəcək; oxuduqlarınıza davamlı əməl etsəniz, həkimin resepti ilə mütamadi dərman içən xəstə kimi, bir müddət sonra mənəvi durumunuzun əsaslı şəkildə düzəldiyini, çətinliklərə olan baxışınızın və onlarla davranma tərzinin tamamilə dəyişdiyini görəcəksiniz. Bəli, həyatın asan olmadığı həqiqətdir, lakin çətin olsa da, davam edir.

Qorxular -Rövşən AbdullaoğluTale, azadlıq və ruh – OSHOBizə sevgidən danışın – OSHOQadınların kitabı – OshoKişilərin kitabı – OshoFutbolka və kostyum yaradıcı biznesə səyahət – David ParishGəncsən başla – Nadir AdilovNecə güclü rəqib olmaq olar – Jeffry J. FoxSevmək sənəti – Erich FrommBozun əlli çaları – Erika Leonard Ceyms

Əvvəlki məqaləNəqliyyat vasitəsinin dövlət qeydiyyatı (maddə 27)
Növbəti məqaləKişilər haqqında statuslar

Fikirlərinizi bildirin.