“Bütün qardaşlar bunu edirlər” sexual zorlanmaya məruz qalanların etirafları. Adətən biz “sexsual təzyiq” ifadəsini eşidərkən zərərçəkənlərin qadın olduğunu düşünürük. Onlar susurlar, kiməsə bu haqda danışmaqdan çəkinirlər. Ancaq, bu gün sizə həyatlarında baş verən hadisələri cəsarətli şəkildə dilə gətirən oğlanları, kişiləri təqdim etmək istərdik.
Sözü gedən şəkillər “Sınmayanlar” (Project Unbreakable) proyekti əsasında çəkilmiş və eyni adlı 2011-ci ildə təsis edilmiş saytda yerləşdirilmişdir. Saytın rəhbəri fotoqraf və tələbə Greys Braundur. Proyektin məqsədi sexual zorlanmanın fəsadları ilə qadınlar kimi, kişilərin də rastalaşa biləcəyini göstərməkdir. Xanım volontorlardan öz hekayələrini kamera qarşısında danışmağı və lövhədə yazmaqlarını xahiş etmişdir. Yazılar zorlanma zamanı onları zorlayanların fikirlərini ifadə edir.
“”Bəsdi mənimlə dalaşdın. Gör sən necə möhkəmsən, özündə bilirsənki bunu istəyirsən”. Mənim 14 yaşım var idi, onun isə 40. O mənim əmim idi. “Sən mənim q***bəmsən. Bir söz desən sənə ağrı yaşadacağam.” 22 yaşımda baş verənləri anama dedim. Örgəndimki, digər iki nəfər əmim uşaqlarını da eyni aqibət gözləyib. Onlar da mən yaşadığımı yaşayıblar. Fərq ondadır ki, mən danışa bildim, onlar isə susaraq özlərini sındırmışdılar. Mənim əmim oğlanları hələdə susurlar. Əmim təklikdə öldü. Bağışlanmadan və heç kim tərəfindən sayılmadan. Özümdə güc tapıb danışdıqdan sonra özümü daha rahat hiss etdim. Ən azından özümü mövcut olan kimi hiss etdim.”
“Nə oldu? İndi sən buna görə qanını qaraldacaqsan?” – bu sözəri o mənə dedi. “Mənim həmişə buna görə qanım qara olacaq, ancaq bu heç vaxt mənim həyatıma əks olunmayacaq”.
“Ətrafda ölü sakitlik höküm sürürdü. O dilini mənim boğazıma soxdu. Sonra isə başqa işlər gördü. Mənim 4 yaşım var idi.”.
“İndi sən heçkimsən, heç kim səni sevməyəcək. Heç kimin vecinə deyilsən. İndi sən zədələnmişsən, zorlnamışsan”.