Bütün insanlar qardaşdır – Mohandas K. Gandhi

Bütün insanlar qardaşdır – Mohandas K. Gandhi. TƏRCÜMƏÇİDƏN ÖN SÖZ

UNESCO-nun ümumi iclası 1956-cı ildə Yeni Dehlidə keçirildi. Bu iclasda qərara alındı ki, Qandinin görüşlərini yansıdan bir kitab hazırlanıb yayımlansın. Hindistanda parlayan bu böyük insanın öyrətilərinin dünyaya çatdırılmasını UNESCO qərarlaşdırdı. Kitab bu qərardan iki il sonra yayımlandı.

Böyük filosof və daha sonralar Hindistanın cümhurbaşqanı olan Rada Krişnan bu kitaba bir ön söz yazdı. UNESCO bu qərarı ilə də yetinməyib 1968-ci ildə Qandinin 100 illiyi münasibəti ilə BMT-yə üzv olan bütün dövlətlərdən istədi ki, bu kitabı öz dillərinə tərcümə edib ölkələrində yayımlasınlar.

Ən sonda UNESCO Qandinin görüşləri əsasında dərləyib “Bütün insanlar qardaşdır” olaraq adlandırdığı kitabın bütün millətlərin dillərinə tərcüməsini alqışladı. Bu kitabın ana dilimizə tərcüməsini Qandinin böyük ruhuna bir ərməğan olaraq həsr edirəm.

Güntay Gəncalp 25.01.2011

GİRİŞ

Dünyaya öyrədəcək yeni bir sözüm yoxdur. Doğruluq və qeyri-aqressiv siyasət dağlar qədər əski bir mövzudur.

(M.Qandi)

Əsrlərdən əsrlərə böyük bir öyrətmən ortaya çıxar. Bu ərdəmli insanın ortaya çıxması üçün bəzən neçə əsr zaman lazım olur. Bu böyük ərdəmli şəxsiyyətlər öncə öz yaşamlarında böyüklüyə əməl edirlər. Daha sonra başqalarına örnək olurlar.

Qandi belə bir öyrətmən idi. Bu kitabda toplanan Qandinin yazılı görüşləri Şri Krişna Kirpalani tərəfindən seçilmişdir. Bu kitab oxucuya Qandinin dünyagörüşünün necə biçimlənməsi və onun elmi üsulları ilə bağlı gərəkən bilgini verəcəkdir.

Qandi düşüncəsinin kökü Hindistanın doğrunu arayan dini sivilizasiyasının dərinliyinə dayanmaqdadır. Hindistanın heç bir şeyə bağlanmama, həyata sayğı ilə yanaşma, Tan rını tanıyıb bilmək üçün hər şeyi fəda etmə gələnəyi Qandi yaşamını dərindən etki ləmişdi.

O, bütün ömrü boyunca doğrunu aramışdı və deyirdi: “Yaşam hərəkətdir və mənim bütün vücudum doğrunu axtarmağa yönəlmişdir.”

Əski gələnəklərin dərinliklərindən qaynaqlanmayan həyat dayazdır. Bəziləri sanırlar ki, nəyin doğru olduğunu bildiyimizdən sonra onu etmiş oluruq. Ancaq belə deyildir. Bəzən nəyin doğru olduğunu bildiyimiz halda özümüzdən asılı olmayaraq doğru olanı seçmirik.

Uzaqgörən liderlərin 8 ritualı – Robın SharmaFerrarisini Satan Rahib – Robin Sharma

Əvvəlki məqaləAvtombil (Şassi) – Elektron idarəetmə gücləndiricili idarəetmə sisteminin təmiri
Növbəti məqaləSizi şoka salacaq 20 qəribə fetişizim növü

Fikirlərinizi bildirin.