Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz?

397
Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz

Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz? Tez bir zamanda formaya düşmək və artıq çəkilərdən qurtulmaq üçün heçdə özünüzü üzücü pəhrizlərlə yormağa ehtiyac yoxdur. Sadəcə qida qəbulunun bəzi qaydalarına diqqət yetirmək kifayət edər. Bunun üçün ulduzlara nəzər sala bilərsiniz. Bu gün sizə profesional astroloqların qida rasionundakı xırdalıqlarla bağlı hər bir bürc nümayəndələri üçün fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Qoç (21 mart – 20 aprel)

Aktiv qoçlara xeyli miqdarda enerji gərəklidir. Buna görə də, zülalsız pəhrizlər onlara uyğun gəlməz. Od ünsürü nümayəndəsi olan bürc adətən ətlə qidalanmalıdır. Bu halda qoyun ətindən başqa bütün çeşidlər uyğun variant hesab edilir. Lakin, əgər siz vegen pəhrizinə riayət edirsinizsə, mütlək menyunuza yüksək zülal göstəricisinə sahib ləpə növlərini daxil edin. Tünd ədviyyatlara və kofeyə meyil göstərməyin. Zatən aktiv orqanizmi aşırı aktivləşdirməyə dəyməz.

Buğa (21 aprel – 21 may)

Buğaları qoruyan – Veneradır. Bu planet insanları yüksək zövqə həvəsləndirir. Buğalar yaxşı qidalanmağı sevirlər, ləziz təamları bəyənirlər. Ancaq, bəzən bu həvəs onların normadan artıq yemək yeməyi ilə nəticələnir. Çalışın özünüzü un məhsullarından və şirniyyatlardan uzaq saxlayın. Şkolatları, konfetləri və tortları xeyirli meyvələrlə əvəzləyin. Ağır yemək qəbulundan sonra açıq havada gəzməyə çalışın.

Əkizlər (22 may – 21 iyun)

Əkizlər qəbul etdikləri qidadan aldıqları enerjini sərf etməyi bacarırlar. Əsasəndə əgər bu qidalar karbohidratlarla zəngindirsə. Menyunuzdan un məhsullarını və buğdanın möhkəm növündən hazırlanmış makaronları əksik etməyin. Sizin vəziyyətinizdə bədən quruluşunu ideal saxlmağın başlıca səbəbi düzgün qida qəbuludur. Ağır yeməkləri yalnız günün birinci yarısında yeməyə çalışıb, daha sonra isə salatlarla kifayətlənin.

Xərçəng (22 iyun – 23 iyul)

Xərçənglər Ayın təsiri altında olurlar. Bu planet onların əhval-ruhiyyələrini müəyyənləşdirməklə yanaşı həvəslərini də müəyyənləşdirir. Xərçənglər mədələrinə düşən cisimlərə xsusi diqqət yetirməlidirlər. Yağlı və zərərli qidalardan uzaq durun. Sağlam qidalanma həyat prioritetiniz olmalıdır.

Şir (24 iyul – 23 avqust)

Şirlər həqiqətəndə krallara xas bürc nümayəndələridirlər və tələskənliyi sevməzlər. Hər bir yemək qəbulu onlar üçün müəyyən qədər ayin mənasını verir. Vegan pəhrizi saxlayanlar üçün olduqca ağır olacaq. Hər zaman ətə, əsasəndə quş ətinə həvəsli olurlar. Lakin, şirlər tam olaraq heyvan ətindən imtina etsələr belə, onların dietoloqları onlar üçün istənilən halda əvəzləyici tapa bilərlər.

Qız (24 avqust – 23 sentyabr)

Qızlar da xərçənglər kimi maddələr mübadiləsi sisteminə xüsusi diqqət yetirməlidirlər. Onlar mədəxorası, qastrit və digər mədə-bağırsaq xəstəliklərinə nisbət meyilli hesab edilirlər. Dostlar, tanışlarla oturduqda hər dəfə nə oldu yemək düzgün deyil. Ciddi şəkildə qida qəbulu zamanına diqqət yetirin. Meyvələrdən, tərəvəzlərdən və süd məhsullarından imtina etməyin.

Tərəzi (24 sentyabr – 23 oktyabr)

Tərəzi bürcü də Veneranın təsiri altındadır. Onlar estetdirlər. Yəni, bu insanlara nəyinki yeməyin tamı olduqca önəmlidir, eyni zamanda təqdim edilmə də yüksək səviyyədə olmalıdır. Tərəzilər gözəl görünüşə sahib disertlərin qarşısında dayana bilməzlər. Lakin, şirniyyatın aludəçisi olmaq düzgün deyil. Gözəl bədən quruluşuna kəsmik və pəhrizsayağı hazırlanmış ət kömək ola bilər.

Əqrəb (24 oktyabr – 22 noyabr)

Temperamentli əqrəblər bəzən həyatda fərqli əyləncələr yaşamaq istədikləri kimi acı yeməklərə də həvəs göstərirlər. Təəssüfki, çili bibəri sizin üçün yaxşı seçim hesab edilmir. Özünüzü yaxşı hiss etmək üçün daha çox dəniz məhsullarına və ətə üstünlük verin. Yarımfabrikatlardan uzaq durmaq gərəklidir. Əqrəb bürcü Pluton planetinin təsiri altında olduğundan dondurulmuş yeməklərdən və fastfudlardan uzaq qaçın.

Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz 3

Oxatan (23 noyabr – 21 dekabr)

Oxatanları Yupiter idarə edir. Planet yeni şeyləri təcrübədən keçirməyi sevir. Oxatanlar heç vaxt ekzotik və fərqli yeməklərdən imtina edə bilməzlər. Təəssüfki, delikateslərdən aşırı istifadə sağlamlıqla bağlı problemlər yarada bilər. Daha çox sadə və çox istifadə edilən yeməklərə üstünlük verin. Konfetləri, marmeladları və digər şirniyyatları giləmeyvələrlə əvəz etməyə çalışın.

Oğlaq (22 dekabr – 20 yanvar)

Oğlaqlar olduqca konservativdirlər. Bu keyfiyyəti onlar Saturundan əldə etmişlər. Bürcün nümayəndələri aylarla düyü və ya kartof yeyə bilərlər. Lakin, eyni yemək qəbulu heçdə yaxşı sonluqla yekunlaşmaz. Özünüzü sağlam hiss etmək üçün çeşidləri dəyişdirin. Yeniliklərdən çəkinməyin və bacardıqca çox su için.

Dolça (21 yanvar – 19 fevral)

Dolça – hava ünsürüdür. Deməli qidalanması da bu nüyansa uyğun olmalıdır. Yağlı və ağır yeməklərə meyil etməyin. Pəhrizsayağı hazırlanmış ətə üstünlük verin. Bu adətən dovşan əti, toyuq əti, balıq əti ola bilər. Sınanılmış reseptlərə üstünlük verin, yeniliklər etməkdən çəkinin.

Balıqlar (20 fevral – 20 mart)

Balıqlar əsəb sisteminin gərginliyinə meyillidirlər. Bu halda mədə-bağırsaq sistemi də zərər görə bilər. Çalışın sakit ortamda yemək yeyin. Dəqiq saat aralığında qida qəbulu daha çox məsləhət görülür. Dəniz məhsullarından, dəniz kələmindən istifadə edin, qazlı sulardan imtina edin.

Münasibətdə darıxan bürc nümayəndələriƏqrəblərdə olan – digər bürclərdə olmayan 5 keyfiyyət

2 COMMENTS

Fikirlərinizi bildirin.