Burundakı tüklər niyə lazımdır və onu götürməyə dəyərmi

150
Burundakı tüklər niyə lazımdır və onu götürməyə dəyərmi

Burundakı tüklər niyə lazımdır və onu götürməyə dəyərmi. Bədənin müxtəlif yerlərində tüklərin olması şəxsi komfort hissinlə daim mübarizə anlamını verir. Daim şəxsi gigyienanın qeydinə qalmalısan. Bu səbəbdən də, uzdən başqa qırxılan və qırxılmayan yerlərə xüsusi həssaslıqla yanaşmaq lazımdır.

Bəzi qadınlar tüklü kişilərdən daha çox xoşlanırlar. Tüklü sinə, bəzən isə tüklü kürək nahiyyəsi onları daha çox ehtiraslandırır. Bəzən isə elə qadınlara da rast gəlinir ki, tüklü kişilərlə bağlı onlardan fikir soruşarkən çiyinlərini çəkir və “tüklülük münasibət üçün önəmli deyil” – deyə cavab verirlər. Ancaq, nə yalan deyək, hələ bu günə qədər burundan qara tükləri sallanan kişilərin görkəmində sexuallıq hiss edə bilən qadın görməmişik.

Burundakı tüklər niyə lazımdır və onu götürməyə dəyərmi. Münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə qarşı cinsin nümayədəsi ilə görüşə yollandığınız zaman burun tüklərindən qurtulmaq məsləhət görülür. Cleveland Clinicin mütəxəsislərinin fikrincə burun tükləri bədənin digər nahiyyələrindəki tüklərdən qalınlığı və kobudluğu ilə seçilir. Onlar fərqli quruluşa sahib olaraq daha çox kipriklərə bənzəyirlər. Pateqonlardan qoruyaraq sağlamlığa xidmət edir. Məntiqlə onlar havada olan mikroorqanizimləri toplayaraq sonradan burun suyu ilə zərəli maddələri ifraz etməlidirlər.

Burunda olan tük örtüyündən xilas olmaq üçün iki qaydaya mütləq diqqət yetirin:
  • Burundakı tükləri yalnız qayçı ilə götürmək olar. Əgər onları dartaraq qopartmaq istəsəniz xırda yaralara səbəb ola bilərsiniz. Nəticədə zamanla göbələk, sızanaq kimi xəstəliklərlə yekunlaşa bilər. Normal halda bu və digər bir çox mikroblar burun tüklərində qalaraq nəfəs yoluna daxil olmur. Yəni tüklər bir növ filter rolunu oynayır. Təmizlik məqsədi ilə bir çox mağazalarda xüsusi trimmerlər də (cihazlar) təklif olunur.
  • Digər tərəfdən isə, əsas üzdən görünməsin, yetərlidir. Əgər burun nahiyyəsində təxmini beş santımetr dərinliyə bütün tükləri yerli-dibli təmizləsəniz növbəti həfdə qrip və soyuqdəyməyə tutulsanız təəcüblənməyin.

Özgüvəni olan şəxsin simiclik etməyəcəyi 10 məsələİdmanla məşğul olmağın üz dərisinə təsiri

Əvvəlki məqaləŞəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlar
Növbəti məqaləKoronavirusun potensiyaya təsiri müəyyənləşdirildi

Fikirlərinizi bildirin.