Bürclərə görə evlənmə yaşı. 22-də, 36-da, ya 50-də toy edək? Bu mövzuda ulduzların da nə dediklərini bilsək maraqlı olardı.

Ailə münasibətlərinin başlanması üçün eyni bir tarix mövcut deyil. Ancaq, alimlər təkidlə tarix müəyyənləşdirməyə çalışırlar. Sankı bütün qadınlar da anadangəlmə falçı və ya öz həyatlarının analitikləridirlər. Real olaraq evlilik həyatına hazır olmağa müxtəlif faktorlar təsir edə bilir. Bu faktorları maddi vəziyyətdən tutmuş, ulduzların yozmalarına qədər sadalamaq mümkündür. Lakin, bürc nümayəndələrinin xarakterlərində olan nüyanslar bizə müəyyən təxminləri etməyə imkan yarada bilir.

Vacib! Astorologiyada mövcud olan nəzəriyyəyə əsasən insan 29 yaşına kimi ailə qurmamalıdır. Saturunun bu şəkildə tam dövrə siklinin bir mənalı olaraq şəxsiyyətimizin formalaşmasında rolu danılmazdır. Planetlərin 29-30 ildən sonra qayıdışı yeni fazanın başlanğıcı hesab olunur ki, bunu da şəxsi realizasiya və ailə münasibətləri üçün istifadə etmək gərəklidir. Məntiqlə sizin hələ 58 yaşına qədər vaxtınız var.

Qoç

Bu bürcün nümayəndələrini heç də səbirli hesab etmək olmaz. Hər bir gözləmə onları qıcıqlandırır. Qoçlar hər zaman tələsirlər, istəklərini tez yerinə yetirməyə can atırlar. Necə deyərlər, “mövcud anla yaşayırlar”. Ulduzların xəbərdarlığı: “Səbirli olun!”. İndiki dövürdə nigahın baş tutması uğurla yekunlaşa bilərmi? – sualının cavabı – tələsməyin, bəlkədə sizi idarə edən sadəcə bir ehtirasdır.

Buğa

İmpulsiv və səbirsiz qoçla müqayisədə buğa daha stabil və astagəl partnyor kimi görünür. Bütün fal dövürələrində bu bürcün nümayəndələri sevgiyə daha çox inanırlar. Onlar qəbir evinə qədər sevəcəklərini və ailə həyatının briliant toyunu qeyd edəcəklərini düşünürlər. Özləri üçün müəyyənləşdirdikləri kriteriyalara uyğun adamı tapmaq üçün buğalar: a) tez-tez dəyişiklik edə; b) tələsmədən evlilik təklifinə cavab gözləyə bilərlər. Cidi münasibətlər üçün ən yaxşı yaş +/- 30 yaş hesab edilir.

Əkizlər

Əkizlərin xüsusiyyətləri – onlar portnyoru ilhamlandıra, cəsarətləndirə bilirlər. Ancaq bir çox hallarda münasibətlər zamanı özlərini də sevib və bəyənməyi unutmurlar. Darixmağa nifrət edirlər. Əgər onların xeyli sayda emosional ehtiyaclarını ödəyə biləcək portnyorla birlikdə deyillərsə, bu hər iki tərəf üçün faciəvi yekunlaşa bilər. Əkizlər tez bir zamanda münasibətlərə son qoymağı düşünməzlər. Lakin, bununla yanaşı özlərinə qapana və ya özlərini işə, incəsənətə həsr edə bilərlər. Bu səbəbdən də, onlar ya bir neçə dəfə ailə ququrlar, ya da bunu 36 yaşında edirlər. Məhs bu yaşda həyatı daha dərindən və stabil yaşamağa başlayırlar.

Xərçəng

Xərçənglər ailə həyatının özünü ideallaşdırırlar. Bu səbəbdən də, bir çox hallarda tez ailə qururlar. Niyədə yox? Ulduzların fikrincə bu cürdə olmalıdır. Ancaq, ən-ənəvi ailə dəyərləri məsələləri fərqli statuslarda da təsir gücünə malik ola bilər. Xərçənglərə valideyinlərinin evini tərk etmək çətin görünür. Bu isə şəxsi yuvalarını qurmaq anını gecikdirir. Ulduzların məsləhəti ayrı yaşamaqdır. Toy üçün yaş 23-25 arası nəzərdə tutulur.

Bürclərə görə evlənmə yaşı 2

Şir

Əgər şirə bir kral kimi rəfdar edilərsə, o münasibətlərin rəsmiləşdirilməsi barəsində daha tez düşünməyə başlayar. Bu ehtiraslı məşuqlar eyni zamanda güvənilən həyat dostlarıdırlar. İstəkləri varsa, münasibtlərə hər zaman ciddi yanaşarlar. Digər tərəfdən isə, şərtlərə uyğun olacaq portnyor tapmaq şirlər üçün qəliz olur. Bu isə onların adətən 38-41 yaş aralığında ailə qurduqları mənasına gəlir.

Qız

Qızların ən parlaq tərəflərindən biri iş etikasıdır. Bu səbəbdən də, bir çox hallarda onlar şəxsi həyatdan daha çox karyera ilə bağlı ambisialarda diqqətlərini cəmləməyə üstünlük verirlər. Şəxsi həyat hər zaman ikinci planda qalır. Buna baxmayaq, qız bürcünün nümayndləri ailə qurmaq üçün partnyorla daha gənc yaşlarında rastlaşırlar. Nəticədə, bəzən qarşı tərəf qız bürcü ilə birlikdə uğurlara nail olma müddətinə qədər gözləməli olur. Münasibətləri rəsmiləşdirmək üçün ən gözəl zaman 21-24 və ya 27-29 hesab olunur.

Tərəzilər

Tərəzilərdə evlənməklə bağlı həvəs artıq 20 yaşından etibarən yaranmağa başlayır. Bu zaman seçimə əminlik olmadıqda belə evliliyə maraq daha da qızışır.  Bu kimə lazımdırki? Tələsməyin. Siz bu yaşda hələ özünüzü yenicə tanımağa başlayırsınız. Bu səbəbdən də, gənc tərəzilər arasında boşanma halları çox olur. Nəticədə uğurlu münasibələr ikinci və ya üçüncü münasibətlər hesab olunur.

Əqrəb

Bürclər arasında ən çox emosional bürc hesab edilir. O münasibətlərə olduqca aktiv və ehtiraslı şəkildə qatılır. Lakin, bir müddət sonra, eyni sürətlədə marağını itirə və geri çəkilə bilir. Bu problemin qlobal səbəbi inamsızlıq hesab edilir. Əqrəblərin münasibətlərinə inamsızlığın böyük təsiri var. Nəticədə qurulmuş ailə həyatı qısa müddətli olur. Lakin, sözü gedən məsələyə fərqli bucaq altında diqqət yetirsək, əqrəblərin istənilən yaş dövründə güclü və etibarlı münasibət qura biləcəkləri anlaşılır.

Oxatan

Sevgiyə qarşı olduqca azad bir bürcdür. Oxatanlar adətən ciddi qərarlarını qeyri müəyyən zamana ertələməyi sevəndirlər. Bu səbəbdən də bürcün nümayəndələri adətən 35 və ya daha gec ailə qururlar. Məhs bu yaşda özlərini tamami ilə sevgiyə verə bilirlər. Lakin, əgər onların yanında hislərini bölüşə bildikləri, bir yerdə oturmayaraq səyahət etməyi sevən portnyor olarsa, ideal münasibətlər daha tez rəsmiləşə bilər.

Oğlaq

Oğlaqlar bir qayda olaraq 25 yaşda ailə qururlar və tez zamanda övlad sahibi olurlar. Onlar asanlıqla öz üzərilərinə öhdəlik götürə bilir və zamanlarını planlaşdıra bilirlər. Oğlaqlar üçün onların qurduğu ailə ilə bağlı ətrafdakıların həsədlə baxması çox önəmlidir. Özlərini ev şəraitində olduqca rahat hiss edirlər. Sadiqlikləri isə istənilən çətininliyi dəff etməyə imkan verir. Tez evliliyin daha bir səbəbi əməksevər olmaları, koryera məsələlərinə ciddi yanaşmaqları və bu sbəbdən də özlərinə zaman ayırmamaqları ilə bağlıdır. Lakin, əməksevərlilik onları evlilikdən tez haqlayarsa, o zaman evliliyi 40 yaşından tez fikirləşmək inandırıcı deyil.

Dolça

Oxatanlar kimi dolçalar da azadlığın həvəskarıdırlar. onlar məhs həyatları boyu evlənmədən sona qədər xöşbəxt yaşaya biləcək bürclərdirlər. Dolçalar özlərini fərqli və qeyri adi hiss etmələrini çox sevirlər. Bu səbəbdən də, istənilən münasibətlərdə qucaqlaşmadan və sığaldan öncə özlərini ön plana çəkərlər. Təccüblü deyil ki, dolçalar bəzən 40-45 yaşlarında belə evliliyə razılıq verirlər. Bununla yanaşı onlar üçün təhlükəsizlik hissi çox önəmlidir. Valideinləri, dostları arasında lazımı dəstəyi görmədikdə bunu ailə həyatı qurmaqda axtarırlar.

Balıqlar

Balıqlar fenomen daxili aləmə sahibdirlər. Bu xarakterin gözəl xüsusiyyəti olsada, daim havalarda olmaq, buludlarda səyahət etmək fantaziyalar qurmaq bəzi məsələləri qəlizləşdirə bilər. Əgər balıqlar yaradıcı qəlblərini ovsuznlaya biləcək, və bu məsələlərlə bağlı onları günahlandırmayacaq birilərini tapa bilsələr daimilikdən söhbət gedə bilər. İlk başdan bir-birinə yaxın olan ruh əkizlərini tapmaq qəliz görünsədə, adətən bu daha gənc yaşlarında baş verir. Adətən 27 yaşa qədər ailə qururlar.

Fiziki baxımdan ən güclü bürc nümayəndələriƏn xarizmatik bürc nümayəndələri

Fikirlərinizi bildirin.