Bürclərə görə “ana uşağı” kimdir? Astroloqlar yeni bir qanunauyğunluq aşkar ediblər. Müəyyən bürc altında doğulmuş kişilər analarına həddindən artıq bağlı olurlar. Bəzən bu bağlılıq o qədər möhkəm ola bilərki, sevdikləri və seçdikləri insanla ailə qurmaq, onunla birlikdə yaşamaq onlar üçün qəliz görünər. Beləliklə, bürclərə görə “ana uşaqları” ola biləcək insanların siyahısını sizə təqdim edirik.

Xərçənglər

Bu bürcün nümayəndələri hələ uşaq yaşlarından analarına çox bağlı olurlar. İstənilən məsələ ilə bağlı kömək üçün analarının yanına qaça bilərlər. Bu xarakter uşaqlıqda olduğu kimi böyük yaşlarda da davam edə bilər. Xərçənglə anaları arasında münasibət olduqca möhkəmdir. Nəticədə çox vaxt özlərinə sevgili seçən zaman qarşı tərəfdə anasının xasiyyətinə oxşar xasiyyətləri görmək istəyirlər.

Xərçənglər olduqca hissiyyatlı və sintementaldırlar. Ailə münasibətləri onlar üçün çöx önəmlidir. Xərçəng oğlanların gələcək xanımları oğlanın anasının tez-tez onlara qonaq gələcəyini və ailə münasibətlərində iştirakçı olacağını nəzərə almalıdırlar. Xərçəng bu vəziyyətə böyük məmnuniyyətlə razı olar və hər uyğun vəziyyətdə anasını misal olaraq göstərər.

Balıqlar

Balıqlar bürcünün nümayəndələri özlərini və ailə münasibətlərini demək olar ki, ana müdaxiləsindən qoruya bilmirlər. Onlar adətən həyat yoldaşlarını anaları kimi aktiv və təcrübəli qadın seçməyə çalışırlar. Eyni zamanda qarşı tərəfdən incəlik, diqqət və istənilən ərköyünlüyə dözümlülük gözləyirlər. Bürcün nümayəndələrinin bir çoxu bilərəkdən uşaq planlaşdırılmasını gecikdirirlər. Bu bir növ qısqanclıqla bağlıdır. Özlərinin ikinci plana keçmələrindən qorxurlar. Ancaq uşağın dünyaya gəlməsi ciddi heçnə dəyişməyəcək. Sadəcə ailədə daha bir uşaq artacaq.

Dolça

Uşaq vaxtı dolça kişilərə çox şeyə icazə verilib. Analar dolça oğlan uşaqlarının istənilən kaprizlərini yerinə yetirməyə hazır olurlar. Orta məktəbdən yuxarı siniflərə qədər yaranan problemləri anaları həll edir. Sanki həyatda addımlama yollarını örgədir. Nəticədə özgüvənləri azalır və çətin vəzyyətdə qərar qəbulunda əziyyət çəkirlər. Analar dolçaların həyatında xüsusi rola sahibdirlər.

Dolçaların həyat yoldaşları istənilən kaprizi yerinə yetirməyə hazır olmalıdırlar. Onlar isə öz növbəsində buludlarda uçar, ailə öhdəliklərini unudurlar. Ana evi onun üçün hər zaman sakitlik, hüzur ocağı olaraq qalacaqdır. Dolçalar tez-tez ana evinə getməyə çalışar, problemlərini həyat yoldaşlarından çox anaları ilə bölüşməyə çalışırlar.

Qız

Uşaq vaxtında qız bürcünün nümayəndələri ərköyün olurlar. Ana onlar üçün ideal biridir. Onun fikri olduqca önəmlidir. Nişanlılarını belə seçən zaman analarının xoşuna gəlib-gəlməyəcəyinə diqqət yetirirlər.

Xarici görünüş və xaraktercə analarına bənzəyən qızlar onların diqqətini daha çox cəlb edir. Həyat yoldaşları ev işlərini gözəl bacarmalı, təmizkar olmalı və əsəbi şərait yaratmamalıdırlar. Ana qurulmuş ailənin tez-tez qonağı olar və nümunə rolunu oynayar. Ailənin həm yeməyi, həm də təmizliyi ilə maraqlanar.

Tərəzi

Tərəzilər körpəlikdən analarını qadınlığın idealı və ağıllı, təcrübəli insan kimi qəbul edərlər. Xarici görünüşdə seçdikləri qadının nəinki üz cizgiləri anasına bənzəməli, həmdə geyim tərzi, zövqü oxşamalıdır. Böyüdükdə isə hər zaman analarının qərarlarına, fikirlərinə ehtiyac duyarlar və yerlərinə qərar qəbul etməsinə narazı olmazlar. Onlar eyni zamanda ailə məsuliyyətinidə qadınları ilə bölüşər, hər şeydə birinci olmağa çalışmazlar.

Bürclərin günahları. Hansı qorxulu xüsusiyyətlərə sahibdirlər?Bürclərə görə – ən uyğun ailə qurma yaşınız

Fikirlərinizi bildirin.