Bürclərə görə ən möhkəm cütlüklər. İdeal münasibətləriniz kimlə daha yaxşı baş tuta bilər?

Ailə qurmaq məsələsi kənar fikirlərdən və təzyiqlərdən azad mühitdə baş tutmalıdır. Bu yalnız iki nəfərə aid olacaq bir məsələdir və yalnız onlar gələcəklərini müəyyən etmək ixtidarındadırlar. Zamanının dəyişməsini nəzərə alaraq bütün münasibətləri ailə münasibətləri hesab etmək düzgün olmazdı. Bəs ulduzlar mökəm və ciddi münasibətlər haqqında nələr deyir? Bu gün astroloqların ən güvənli cütlüklər barədə fikirlərini sizlərə təqdim etmək istərdik.

Balıqlar və əqrəblər

Balıqlar və əqrəblər arasında xeyli fərqliliklər ola bilər. Maraqları müxtəlif olsa belə daim bir-birlərini cəlb edirlər. Onların hər biri özlüyündə xarakterlərinin çətin məqamlarını dərk edirlər. Lakin, bunların heç biri iki bürc nümayəndəsinin birləşməsinə və özlərini tam hiss etmələrinə mane olmaz. Əqrəblər və balıqlar birləşdikləri zaman eyni hədəfə nəzər yetirərlər, amallarını birləşdirərlər. Münasibətlərin qurulmasında və ən əsası qorunub saxlanmasında, günü-gündən möhkəmlənməsində əsas səbabkar balıqlar hesab olunurlar. Məhs onlar əqrəblərə güvənərək ona inanır və özlərini ona rahat buraxırlar. Nəticədə yarana biləcək bütün anlaşıqlmazlıqlar aradan qalxmış olur.

Buğalar və xərçənglər

Bu bürcün nümayəndələri birlikdə olduqları zaman demək olar ki, münasibətləri haqqında mübahisə etməzlər. Sadəcə birlikdə olmağın xöşbəxtliyini yaşayarlar. Onların hər biri dinləməyi bacarır və portnyoruna hər şeydə kömək etməyə çalışır. Xərçəng və buğa gözəl, möhkəm ailə həyatı qura bilir. Aralarında yarana biləcək narazılıq yalnız birinin hər hansısa məsələyə normadan artıq diqqət göstərib, önəm verməsi səbəbindən baş verə bilər. Cütlük ümumiyyətlə şəxsi ambisiyalarını bir kənara qoymalı və koryeralarını münasibətlərindən üstün tutmamalıdırlar. Əks halda gərəkli diqqət göstərilməməsinə görə zamanla narazılıqlar və söz-söhbətlər yaşana bilər.

Qoçlar və dolçalar

Dolça və qoç göz önündə olan və alovlu münasibətlərə qarşıdırlar. Onlar “sevginin sakitlik istəməsi” fikrinə daha çox sadiqdirlər. Bu səbəbdən də, nadir hallarda harasa gəzintiyə yollanarlar, ətraflarındakı insanların sayını minimuma salmağa çalışarlar, ofis işlərini seçməzlər. Siz onları adətən sakit şəkildə parkda gəzişərkən görə bilərsiniz. Saatlarla susa biləsələrdə bu qorxulu deyil. Əgər hər şey aydındırsa, deməli əlavə sözlərə ehtiyac yoxdur. Onlara birlikdə olmaq xoşdur. Bu halda dünya hələ gözləyə bilər.

Bürclərə görə ən möhkəm cütlüklər

Əkizlər və dolçalar

Dolçalarlar üçün digər variant tam əks seçimdir – əkizlər. Bu məhs fərqliliklərin antaqonist xüsusiyyətə malik olması, bir-birilərini cəlb etməsi halıdır. Təmkinli dolça əkizlərin rəfdarı barədə başını sındırmağa başlayır. Heçnə düşünmədən sadəcə yaşaya biləcəyini anlamır. Sonradan özünü ələ almağı bacaran dolça bütün baş verənlərin xoşuna gəldiyini başa düşür. Dolçaların özləri ayrılıqda bu cür çılğın və həyat dolu ola bilməzlər. Ancaq, əkizlərlə birlikdə olan zaman çox xoşlarına gəlir. Yerdə qalan digər planlar və xırdalıqlar isə problem deyil. Bütün bunları dolçalar öz üzərilərinə götürərlər.

Dolçalar və tərəzilər

Onların hər zaman qarşılıqlı maraqları formalaşır. Ehtiras bir müddətdən sonra keçsə belə, sevgi və hörmət hissi qorunub saxlanılacaqdır. Xöşbəxt və uzunmüddətli münasibətlərin səbəbi barışmaq bacarığıdır. Hər zaman kompramis həll yoluna gələ bilirlər. Bu münasibətlərdə tərəzilərə daha çox diqqət gərəklidir. Tərəzilər yalnız qalmağı sevməzlər. Dolçalar isə öz növbəsində sahib olduqları hər şeyi portnyora verməyə hazır olurlar. Tərəzilərlə bağlı əminlik hissi yaşayırlar. Bundan başqa çox vaxt eyni maraq dairələri olur və birlikdə nələrisə etməkdən çox məmnun olurlar.

Xərçənglər və əqrəblər

Onların birlikdə çox şeyləri, ayrılıqda isə az şeyləri vardır. Xərçəng və əqrəblər bütün parametirləri ilə bir-birlərindən fərqlənə bilərlər. Ancaq, ən böyük ortaq nöqtələri ehtiraslarıdır. Nadir hallarda birlikdə olan zaman darıxarlar. Məsələ orasındadır ki, hər iki bürcün hisləri dalğavari olaraq coşa bilər. Bəzən bu dalğa cütlüyü başdan ayağa islada, bəzən isə sahilə ata bilər. Bildikdə xoş münasibətlər yaşamaq mümkündür. Sadəcə dilə gətirilən sözlərə diqqət yetirmək lazımdır. Bəzən hislərə qapılaraq portnyorun ciddi şəkildə xətrinə dəymək mümkündür.

Oxatanlar və şirlər

Oxatan hər zaman nəyinsə axtarışındadır. Şir isə əzəldən sakitlik həvəsindədir. Bundan başqa şir qarşı tərəfi sözə baxan etmək istər. Oxatan isə əksinə, əmirləri sevməz. Lakin, təəcüblü olsa da bu cür münasibətlər güvənliliyi və uzunmüddətliliyi ilə seçilir. Bu halda səbəblər olduqca sadədir – qarşılıqlı sevgi və geriçəkiləbilmə bacarığı. Bir müddət sonra şir də özündən aslı olmayaraq komromislərə getdiyini anlamış olar. İlk baxışdan kimləsə razılaşdığını biruzə verməsə də, gedişat daxilən şirə məmnunluq yaşadar.

Oxatanlar və qoçlar

Hər iki bürc nümayəndəsi yeni qalibiyyətlərin sevincini və dadını hiss etmək üçün macaralara qatılmağa cəht göstərər. Ancaq bu yalnız portnyora güvənlik hissi ilə baş tuta bilər. Oxatan və qoç – fantaziya edən, yalan uyduranlardırlar. Onlar istədiklərini həyata keçmiş kimi qəbul etməyə çalışarlar. Lakin, bunlar göründüyü kimi də qorxulu deyil. İnadkarlıqları sayəsində birlikdə arzuları reallığa çevirə bilərlər.

Bürclərə görə ən möhkəm cütlüklər

Balıqlar və xərçənglər

Hər iki bürc nümayəndələri bir-birilərini qoruyaraq tez bir zamanda qarşılıqlı vəhdət təşkil etməyə başlayırlar. Birləşərək öz individuallıqlarını da qorumağı bacarırlar. Onlar üçün dünya daha böyük anlam daşıyırr. Bəzən yorucu, bəzən təhlükəli ola bilir. Bir sözlə cütlük öz aləmlərində yaşamağa üstünlük verirlər. Bu aləmdə sakitlik, anlayış, incəlik və saidiqlik mövcutdur. Balıqlar və xərçənglər olduqca tez inciyəndirlər. Ancaq, pornyora qarşı hər hansısa təhlükə hiss etsələr özlərindən çıxar və onu qorumağa çalışarlar.

Qızlar və buğalar

Cütlüyün münasibətlərində hər iki tərəf öz rolunu yaxşı anlayır və bunun layiqincə öhdəsindən gəlməyi bacarır. Qız və buğa rahatlıqla dalaşır, tez barışırlar. Qızla birlikdə buğa da güzəştə getməyi bacarır.Hər iki bürc nümayəndəsi səliqəni sevir, xaosa isə nifrət edirlər. Komfort şəraitində yaşamağa üstünlük verər, stresdən uzaq qaçarlar. Əməksevər olduqlarından öz xöşbəxtlikləri üzərində ciddi dayanarlar. Kənardan onları izləmək olduqca xoş hislər bəxş edir.

Tərəzi və əkizlər

İki bir-birinin əhatəsində olmağı sevən təmiz ürəkli bürc nümayəndələri. Onların maraqları qeyri-adidir. Bütünlüklə həyatlarını doldurur. Tərəzilər və əkizlər bütün yenilikləri sevirlər, surpirizlərə hər zaman açıqdırlar. Onlara səyahət etmək imkanı verilsə bütün zamanlarını yollarda keçirərlər. Səliqəyə çox önəm verməsələrdə, xaausa üstünlük verəsələrdə ürək və hislərlə bağlı məsələlərdə olduqca həssasdırlar. Bir-birilərinə olduqca sadiqdirlər. Onlara gərəkli yalnız sevgi və rəngarəng xatirələrdir. Bir yerdə oturmaq birmənalı olaraq onlarlıq deyil.

Oğlaqlar və buğalar

Onlar əsl dostdurlar. Zamanla bir-birilərinə olan sevgini və hisləri itirmirlər. Oğlaq və buğanın münasibətləri ilk baxışdan olduqca sakit görünür. Cəmiyyət içərisində hislərini biruzə etdirməyi sevmirlər. Heç duzunu desək, təklikdə də ehtirasları çox zaman alovlanmır. Onlar səs-küyü sevməzlər. Sadəcə birlikdə xöşbəxtdirlər desək bütün nüyansları əhatə etmiş olarıq.

Bürclərə görə ən aqaressiv kişilərBürclərə görə evlənmə yaşı

Fikirlərinizi bildirin.