Bürclərə görə ən aqaressiv kişilər

482
Bürclərə görə ən aqaressiv kişilər

Bürclərə görə ən aqaressiv kişilər

12-ci yer – Tərəzilər

Tərəzilər- konfiliktlərdən qaçmağın ustalarıdırlar. Bu onların qorxuları və ya öz güclərinə, bacarıqlarına inamsızlıqları ilə bağlı deyil. Sadəcə bu bürcün nümayəndələri digərlərinə nisbətən özlərini daha yaxşı ələ ala bilirər. Sonluğun, nəticənin necə yekunlaşa biləcəyini yaxşı görə və özlərini cilovlaya bilirlər. Hadisələrin gedişatı müsbət yöndə getmərsə göz önündən uzaqlaşar və kənara çəkilərlər. Tərəzilərin ən aqaressiv halları səs tonunu qaldırmaq kimi hiss edilə bilər. Özlərinə çox hörmət etdiklərindən çox uzağa getməzlər, mənəvi güclərini qorumağa çalışarlar.

11-ci yer – Balıqlar

Aqressivlik – balıqlara aid edilə biləcək ən sonuncu xüsusiyyətlərdən biridir. Onlar olduqca emosional biridirlər. Bu səbəbdən də, özləri daha çox başqalarının aqressiyaları ilə üzləşmiş gəlmiş olurlar. Təəsüf doğuran hall oldur ki, balıqlar qəmgin düşüncələrini daxillərində düşünərlər, onlardan qurtulmağın yollarını bilməzlər. Sirlərini yaxınları ilə bölüşməyi sevməzlər. Ona görə də, çalışın balıqlarla işiniz olmasın. Dərindən tanısanız çox gümankı, hissiyatlı və səmimi dost əldə etmiş olarsınız.

10-cu yer – Əkizlər

Bu bürcün nümayəndələri olduqca sosal yönümlü insanlardırlar. Onlar həqiqətən təhlükəli saydıqları insanlarla narzılıq yaratmazlar. Ən əsası isə, balıqlar sevdikləri insana qarşı aqressiv mövqe tutmazlar. Dostlar, ailə – toxunulmazdır. Heç vaxt əsəblərini dəyərli olan insanlara yönəltməzlər. Lakin, əgər balıqların yaxınlarının kimsə xəxitlərinə dəyməyə cəht göstərərsə, heç nə düşünmədən davaya atılarlar. Nəticəni düşünməzlər.

9-cü yer – Dolaçlar

Dolçaların əsəbləşmək və gərgin olmağa bir çox səbəbləri ola bilər. Lakin, onlar bunu online yaşamağa üstünlük verərlər. Onlar yalnız sözdə əsəbi görünə və kobud ifadələr işlədə bilərlər. Real həyatda adətən hamı ilə ümumi dil tapmağa çalışırlar. Məntiqli kompromislərə gedər, özlərini ələ almağa çalışarlar. Yeganə məsələ onların istedadlarına toxunmamaqdır. Çox güman ki, bu mövzuda narazılıqlarını bildirər və bir daha sizinlə ünsiyyətə girməkdən çəkinərlər.

8-ci yer – Xərçənglər

Xərçənglər normadan artıq emosionaldırlar. Və bu parodaksal şəkildə hücuma məruz qalmağa mane olur. Özləri haqqında mübahisələrə meyilli olduqlarını bilərək özlərini nəzarət altına ala və kənarda qala da bilərlər. Lakin, onlar bəzən özlərini niyə görə ələ almağa çalışdıqlarını bilməz və buna da əsəbləşərlər. “Davadan sonra yumuruq yellətməzlər” kəlməsi xərçənglər üçün nəzərdə tutulmayıb. Onlar məhs hamının dalaşıb qurtardığı və dağıldığı vaxt davaya həvəslənərlər.

7-ci yer – Qızlar

Qızlar boş yerə konfliktlərə girməzlər. Demək olar ki, narahatlıq hisləri də keçirməzlər. Ümumi ifadə etsək bürcün nümayəndələri xeyirxah və sülh sevəndirlər. Üzərilərinə çox getsəniz bəzən əsəblərini biruzə verməzlər. Ancaq, istifadə etmək lazım deyil. Onlar sizə susmağın zəiflik anlamına gəmədiyini izah edə bilərlər. Bundan başqa emosional hədələrə baş əyməzlər. Yəni, göz yaşlarınızı və ya kövrəldici hekayələrinizi başqaları üçün saxlayın.

6-cı yer – Oğlaqlar

Oğlaqları əsəbləşdirmək üçün xeyli güc sərf etmək lazımdır. Ancaq, ən yaxşısı bunu etməyin. Özündən çıxarkən o normaları gözləmədən sizin ünvanınıza kobud sözlər işlədə bilərlər. Əsəbləri soyuduqda isə üzür istəməyə başlayar, özünü narahat hiss edər və günahlarını yumağa çalışarlar. Bu isə olduqca tez baş verir. Bir sözlə, bu bürc nümayəndəərindən qorxmaq lazım deyil. Onunla mədəni rəfdar edin və hər şey yaxşı olacaq. Mübahisə zamanı səs tonunuzu qaldırmayın, bununla gərginlik yaratmayın.

5-ci yer – Oxatanlar

Oxatanın xarakteri – inadkarlığıdır. Aqressiv halı isə gizlidir. Dəqiq olaraq buna aqresiya yox, biclik desək daha uyğun olar. O sona qədər mübahisə edər, ancaq səs tonunu qaldırmaz. Başqa yöndən yanaşmağa cəh edər, tərifləməklə və ya aldatmaqla sizi razı salmağa çalışar. Oxatanlar qarşılarındakı insanların gücünü yaxşı anlayarlar. Yalnız zəif hiss etdikləri insana qarşı aqressiv davranarlar.

4-cü yer – Buğalar

Buğalar olduqca inadkardırlar və hər zaman dediklərindən əl çəkmirlər. Siz onlarla mübahisə etdikcə və ya nələrisə tələb etdikcə daha çox qıcıqlanırlar. Sonradan öz fikirlərinin yanlış olduğunu, sizin doğru söylədiyinizi bilsələr belə üzür istəmək haqqında düşünməzlər. “Mən yanlış olmuşam” kəlməsi onların gücü üçün deyil. İstənilən mübahisədə nəticəsindən aslı olmayaraq dediklərindən dönməzlər.

3-cü yer – Şirlər

Şirlər hər zaman hörmət, sevgi və “baş üstə” kəlmələrinə örgəniblər. İstənilən xırda kənarlaşma onların əsəbləşməklərinə və səslərinin qaldırmaqlarına səbəb ola bilər. Düzdür, ilk başdan siz bu əsəbiliyi görə bilmərsiniz – onlar mədəni cilddə öz hislərini gizlədə bilirlər. Lakin, uzun çəkməz, tez zamanada həqiqi kimliklərini göstərə və sizi ona baş əyməyə məcbur etməyə çalışarlar.

2-ci yer – Əqrəblər

Əqrəblər ilk baxışdan olduqca qanunpərəst və başqaları ilə məsafə saxlayan görünə bilərlər. Zahirən olduqca soyuqqanlı olurlar. Lakin, əslində daxilən tam əksinədir. Aqresiya bu bürcün nümayəndələrinin daxilində bir müddət qaynadıqdan sonra gözlənilməyən anda ətrafa sıçrayır. Əqrəblər olduqca intiqam sevəndirlər. Bu onların əsas xarakterlərindən biridir. Onlar edilən pisliyi yaxşı yadda saxlayır və zamanından aslı olmayaraq bir neçə il sonra belə əvəzini çıxa bilərlər. Yalanı sevməzlər. Xəyanətin şübhələri isə onu dəli etməyə kifayət edər. İntiqam hissi əqrəblərin yalnız dillərində səslənmir. Onlar uzun müddət bunun üçün plan qura bilərlər.

1-ci yer – Qoçlar

Qoçlar yüksək emosionallıq səviyyəsinə görə seçilirlər. Onlar tənqidi sevməzlər və öz ünvanlarına olan xırda bir narazılığı eşidərkən əsəbləşərlər. İmpulsiv xaraxter tez-tez əhval-ruhiyyənin pisləşməsinə səbəb olur ki, nəticədə ətrafa qarşı aqresiya yaranır. Xöşbəxtlikdən qoçlar inciklik hallarını yaddaşda saxlamırlar. Tez sakitləşir və bir müddət sonra ümumiyyətlə əsəbləşməklərinin səbəblərini xatırlaya bilmirlər. Onlarla yola getmək istəyirsinizsə tənqit etməyin. Yanlışlığa yol verdiklərini söyləməyin.

Ən yekəxana bürc nümayəndələriMünasibətdə darıxan bürc nümayəndələriYırtıcı və ailədağıdan qadınlar – bürclərə görə

Fikirlərinizi bildirin.