Bulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar?

166
Bulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar 2

Bulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar? Bulling – əsasən kollektivdə kiminsə gününü qara etmək mənasına gəlir. “Gəlin onun başını unutaza salaq” kimi ifadələr nəzərdə tutulur. Müasir dövürdə cəmiyyət məktəblərdə, uşaq baxçalarında, yeniyetmələr arasında bulling hallarından çox narahatdır.

Əslində bullingə heçdə həmişə uşaq əyləncəsi kimi yanaşılmamalıdır. Ən azından gənclik illərində qəddar kollektivlə zaman keçirən hər hərkəs təsdiqləyə bilər. Bu hal yuxarı yaşlarda adətən cəzaçəkmə müəssisələrində, hərbidə, yataqxanası olan məktəblərdə, eyni zamanda kişi kollektivi ilə seçilən bəzi iş yerlərində rastlanılır.

İlk başda düşünə bilərsiniz ki, böyüklərin kollektivində çiynənilmiş kağız atıla bilməz, saça saqqız yapıdırıla bilməz. Lakin bu halda da bullingin qurbanı olmaq heçdə ürəkaçan mənzərə deyil. Niyə bulling insan mədəniyyətinin və özünüifadənin önəmli nüyansı hesab edilir və bununla necə mübarizə aparmaq olar?

Bullingin təbiəti və məğzi

Əgər bir qutuda pişik balalarını və ya küçükləri təsəvvür etsəniz, deməli bullingin heçdə insan icadı olmadığının şahidi olacaqsınız. Heyvan balaları qutuya qoyulduqdan bir neçə dəqiqə sonra bir-birilərini cırmaqlamaq və ya dişləməklə əylənməyə başlayacaqlar. Bu şəkildə onlar gərəkli sosial funksiyaları kəşf edirlər: “düşmənə hücum” modelləri, “ərazinin müdafiyəsi”, “şikarın qorunması”və sair. Bu cür bacarıqları örgənmək üçün bacı-qardaşlar ən yaxşı təcrübə rolunu oynamış olurlar.

Lakin, bu yarızarafat hadisələrdə ierarxik piramida yaranmış olur: ən azından hamı daha güclünü, daha dözümlünü, daha üzlünü tanıyır, kimə baş qoşmaq lazım olmadığını yaxşı başa düşür. Böyük heyvanlar arasında özünü tanıtma halları daha çox zədələrlə yadda qalsada, bu qrup halında kimin liderlik xüsusiyətinə sahib olduğunu tez müəyyənləşdirməyə imkan verir.

İnsan cəmiyyətində də hər şey eyni ilə hiss edilir. Bir növ bu halda biz əslində zor işlətmək fikrimiz olmadığı yerdə sankı zor nümayişinə çalışırıq. İş yoldaşımıza olan narazılıqlarımızı, narahatlıqlarımızı bir növ zarafatla yumuruq göstərərək fikirlərimizi ifadə edirik. Düşünürük ki, bu halda o ağrı hiss etməz, bir müddət sonra bəlkədə unudar. Eyni zamanda onun gününü sözlər və jestlrlə qara etmək varsa, niyə hərəkətlərlə özümüzə əziyyət verək ki?

Bulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar

Bulling hətda formal zorakılığın hökm sürdüyü ofislərdə də rastlana bilir. İnkişaf etmiş ölkələrdə bununla mübarizə aparılsa da, bəzən son nəticədə ona qarşı qəbul edilən qanunlar bullingdən daha eybəcər forma almış olur.

Dostcasına bulling

Dost kimi həddindən artıq yaxın insanların bir-birilərinə dedikləri iynəliyici sözlərdən, atmacalardan ağır zarafatları başqa heç kim dilə gətirmir. Dostcasına olan zarafatlar, sözatmalar və sair kimi hallar gənc kişilərin dostluqlarını rəngarəng edə bilir. Bu səbəbdən də, sözü güdən hallar müxtəlif mədəni tədbirlərlədə müxtəlif form ala bilir. Bir neçə əsr öncə rəfdar fransız sözü olan “amikoşonluq” adlandırılırdı. Hərfi tərcümədə isə termin “dostcasına donuzluq” mənasına gəlir. Bir-birini zarafat donu altında təhqir etmək, kiminsə qarşısında aşağılamaq kimi hərəkətlər ümumilikdə yüngül söhbətlər və zarafatlar kimi qəbul olunurdu.

Bu cür bulling – kişi mədəniyyətinin vacib elementi hesab edilir. Bu yolla biz dostlarımızın dözümlüyünü yoxlayır, bundan sonra bizə qarşı münasibətlərinin dəyişib-dəyişməməsinə diqqət edib, qeyri-formal münasibətlərə hazırlığını aydınlaşdırırıq. Lakin, yaxşı dost hər zaman bizim personal dözümlülük həddimizi bilir, onu keçərsə sonradan üzr istəməyi bacarır.

Əsl bulling isə dost münasibətlərinə əsaslanmır. Adətən aqresiyyanı ifadə edir.

Bullingin metodları
Verbal

Ləqəblər, hədələr, söyüşlər, təhqiretmələr, səbəbsiz yerə gözlənilməz tənqidlər, füt çalmaqlar, gülüş, dil və ya dodaqla çıxarılan səslər və bu kimi hərəkətlərin hamsı verbal bulling hesab edilir. Bu kimi bullingə bəzi psixoloqlar və hüquqşunaslar təsadüfü şəkildə söhbəti eşidən insanların hislərinə toxunmaq məsələlərini də aid edirlər. Misal olaraq, qadınlarla birlikdə kluba gedib və səhərsi gün onların ordakı rəfdarını müzakirə etmək hüququ baxımdan bulling hesab edilə bilər.

Fiziki

Bu heçdə həmişə kiminsə başına kitab və ya çanta vurmaq və ya bəyəndiyiniz xanım iş yoldaşınızın arxsını şillələməklə bağlı deyil. Fiziki bulling deyərkən hüquqşunaslar istənilən bəyənilməyən toxunmaları nəzərdən keçirirlər. Misal olaraq, üz-üzə söhbət edərkən qarşı tərəfin pencəyinin düymələrinə toxunmaq, onun saçını sığallamaq, çiyninə toxunmaq və ya tərfiləmə mənasında vurmaq, başını qolları arasında sıxmaq və sair nəzərdə tutula bilər. Bu halda bullerlər günahlarının nədən ibarət olmasını tam olaraq anlamasalarda, zərərçəkmişlər mənəvi alçaldıqlarını, özlərini narahat hiss etdiklərini iddia edərlər. Eyni zamanda fiziki bulling kimi ofis həyatında ümumi istifadədə olan soyuducudan kiminsə nahar yeməyinin yeyilməsi də nəzərdə tutlur. Hüquq müstəvisində bu kimi məsələlərə az rast gəlinmir.

Vecəalmamaq

Məktəb və ya türmə qadağaları bu cür bullingə şamil edilir. Ağır şərtlər altında bullerlər adətən özlərini eşitməməzliyə vurar, zərərçəkənin onlara müraciətini ciddiyə almazlar. Eyni zamanda onun kollektivdə ünsiyyətinə mane olmağa çalışarlar. Misal olaraq, pis dedi-qodular yayır, qonaqlıqlar və ya xüsusi görüşlər zamanı müxtəlif səbəblər gətirərək zərər çəkəni ordan uzaqlaşdırır və sair.

Şəxsi

Əgər uşaq kollektivləri adətən xorla hansısa sözü təkrarlayırlarsa, zərəçəkəni seçərək bütün sinif və ya qrupla onunla zarafatlar edirlərsə, bu halda böyüklərdə bulling daha individual və personal xararkter daşıyır. Buller kimisə sevmədiyi təqdirdə planlaşdırılmış şəkildə qarşı tərəfin gününü qara etməyə çalışır, xırda məsələlərə ilişməkdən çəkinmir. Eyni zamanda kənardakılar məsələyə qoşmadığına görə ətrafdan narazılıq fikirləri yaranmır.

Yuxardan təşkilolunma

Hökümlü rəhbər idarəetmə qabiliyyətini nümayiş etdirmək üçün çox vaxt güclü buller rolunda çıxış edə bilir. Nəticədə kollektivdə xəbərçilik, sevimli-sevimsiz tiplərin ayrılması, daim mübarizə və total ədalətsizlik başlaya bilir. Bu cür rəhbərlərin əlləri altında bütün kollektivin hədəfinə tuş gələcək işçilər mövcutdur. Həmin işçilərin hər zaman fikirləri zəif olur, uğurları kiçik olur, bütün kollektivin mükafat əldə etməməsinin səbəbkarı onlar olurlar.

Bullingdən zərərçəkmiş qismində olan insanlar özlərini necə aparmalıdırlar?

Ən yaxşısı ilk iş günündə kollektivin bulling siması adını qazanmamaqdır. Məsələ ondadır ki, bir çox hallarda bu cür insanlar təsadüf olaraq seçilirlər. Yəni, başqalarından daha əlvan, daha aktiv özünüaparan insanların bu problemlə üzləşmə şansları daha az olur. Bəzən isə qarşısını almaq üçün ümumiyyətlə kollektivin dəyişdirilməsi varinatı daha inandırıcı hesab edilir. Ən azından uşaqları ilə bağlı bu kimi çətinliklərlə rastalaşan valideyinlər məktəbi dəyişdirərkən işə yaradığının şahidi olurlar. Lakin, bəzən əksinə də ola bilər: hamının sevimlisi, aktiv insan yeni iş yerində bu kimi sıxışdırmalarla üzləşə bilər.

Aqressiv olma, qanını qaraltma, vicdana səslənmə

Zərərçəkənin emosyaları – aqressorun ən həvəsləndiyi andır. Bu halda emosyaların şikayət, narazıçılıq, qışqırıq kimi ifadəsinin önəmi yoxdur. Siz aktiv reaksiya bildirdikcə, o qədərdə aktiv sıxışdırılma ilə rastlaşacaqsınız. Bəzən ünavanınıza atılan atmacaları eşitməməzliyə vurmaq zamanla bir çox məsələlərin normallaşdmasına səbəb ola bilir. Bu halda qarşı tərəf planının alınmadığını və təsir etmədiyini görüb, özü öz zarafatlarına qarşı marağını itirə bilir.

Özünün ünavnına zarafatlar

Əgər insan özü ilə bağlı zarafat etməyi sevirsə və ətrafdakıların bu zarafatda iştirakını bəyənirsə, deməli ya o həqiqətən bu kimi münasibətləri sevir, ya da, bir gün bütün kollektiv üçün gülünc mənbəyinə çeviriləcəyini yaxşı anlayır. Məhs bu tərz zarafatlara yer verən insanlar bir çox hallarda ən qəti bulling hədəfinə çevrilirlər.

Fiziki güclü olmaq və ya güclü görünmək

Bu halda məsələ ətrafdakıların sizin qol gücünüzdən qorxmasında deyil. Sadəcə böyük və güclü insanlar nadir hallarda hədəfə çevrilirlər. Bəlkədə bu şüuraltı qorxu ilə bağlıdır.

Qrup rəhbəri ilə dostlaşmağa can atmayın

Aparıcı qüvvələrlə dostluq cəhtləri yaxşı idea deyil. Bu halda ətrafdakıların gözündə statunuz olduqca aşağı enə bilər.

Kənarda olan insanlarla dostluq etməyə çalışın

Kollektivdə sizi istəyən insanlar olarsa, artıq bulling o qədər də təsirli olmaz. Aqressorlar öz növbəsində hər zaman yalnız insanları sıxışdırmağa cəht göstərirlər.

Əvvəlki məqaləMəcburi hərəkət istiqaməti nişanları (maddə 65)
Növbəti məqaləXəyanətkar kişini üzdən tanımaq mümkündür

Fikirlərinizi bildirin.