Buğa ♥ Qoç

241
Buğa-Qoç

Buğa ♥ Qoç – Yuxarda, bəyaq sakitlik höküm sürdüyü yerdə dəmirlərin bir-birinə sürtünməsi, nəticədə insanı lərzəyə gətirə biləcək səs eşidildi. İndi isə, aşağıda ölü sakitlik höküm sürür.

Qoçlar da, buğalarda möhkəm buynuzlara sahib olduqlarına görə qoçların əzimkarlıqları və buğaların tərslikləri eyni təbiətin işarəti kimi görünə bilər. Lakin, onların saysız-hesabsız davalarını və başa-baş gəlməklərini görrdükdə yanıldığını anlamaq mümkündür.

Misal olaraq, valideyin qoç övladı buğanı yemək yeməyə vadar etmək üçün Marsın diktəsi ilə kobudlaşmağa can atır: “sən bu dəqiqə qaşığı əlinə alıb qabdakı yeməyi axıra qədər yeməlisən”. Bu qoçun əzimkarlıqla dediyi sözün üstündə durmaqdır.

Buğa övlad isə tərpənmədən və çəkinmədən valideyinin gözlərinin içinə baxaraq “yox” deyir. Bu isə tərslikdir.

Rəhbər qoç işçisi buğanı həfdə sonu işə gəlməyə və işləməyə vadar etməyə çalışır. “Sən mənə şənbə günü lazımsan. Ola bilər ki, bütün günlüyünə. Planlarını təxirə sal” – deyir. Bu kobudluqla ifadə olunan əzimkarlıqdır.

İşçi buğa isə olduqca sakit tərzdə cavablandırır: “Mən şənbə günü məşğulam. Başqa işçini çağırın”. Bu yenə də inadkarlığın təcəssümüdür.

Bir neçə oxşar hallara xüsusi diqqət yetirsəniz bütün mənzərəni anlamış olacaqsınız. Əzimkarlıq arxası ilə ciddi addımlar tələb edir. İnadkarlıq isə mütləq cavab verməli olur. Birinci halda gedişat nisbətən pozitiv notlar üzərində olsa da, ikinci halda isə neqativlik hiss olunur. Bu səbəbdən də, qoçlarla buğalar arasında baş verən istənilən qarşıdurmanı qoçlar başlamış, buğalar isə yekunlaşdırmış olur. Buğa baş verənləri unutmur. Buğa heç vaxt, heç nəyi unutmur.

Qoçları bəzən özlərindən sonra bütün körpüləri dağıtmaqda günahlandırırlar. Ətrafa alov saçırlar. Lakin, onların da sakitlik dövrləri olur. Buğaları isə hər zaman öz ağıllarına görə hərəkət etməkdə və hər zaman entuziyazmı boğmağa çalışmaqda iddiham edirlər. Qoçlar bəzən susqunluğa qapılsalar da, buğalar özlərinə gərəkli olduqda düçüncələrini tam gücü ilə işə salıb praqramatik görünüşləri arxasında dərin kamilliyi gizlədirlər. Eyni zamanda fərqli zarafat etmək bacarığına sahibdirlər. İstənilən halda, iki bürc arasında olan fərqlilikləri nəzərə almaq və ona uyğun qərara vermək gərəklidir.

Buğa Qoç
Element- yer Element- od
Kardinal- neqativ Kardinal- pozitiv
İdarə edən planet- Venera (Pan-Qor) İdarə edən planet- Mars
Simvol- buğa Simvol- qoyun
Güc ünsürü- qadın başlanğıcı Güc ünsürü- kişi başlanğıcı
Qoçlarda sözlərindən dönməmək, impulsivlik, yekəxanalıq, ekstravaqantlıq, optimistlik və ünsiyyətə rahat girmək bacarığı mövcutdur. Ona nəyəsə aludə olmaq və tez zamanda nəticə əldə etmək lazımdır. Həyatının maraqlı keçməsi üçün bəzən müəyyənqədər sehirə də ehtiyac duyur.

Buğalar isə nisbətən özlərini ələalan, praktik, sözlərinə dəyər verən, müəyyən qədər pessimistdirlər. Onlar hər zaman stabilliyə, təkliyə, sadə və asan anlaşılan mövzulara meyillidirlər. Bunun üçün isə, sakitlik və çoxlu istirahət gərəklidir.

İlk baxışdan da aydın olur ki, bir almanın iki üzü deyillər. Onların daxili motivləri, eyni zamanda hərəkətləri tamami ilə fərqli şeyləri hədəfləyir. Buna baxmayaraq, bəzən insana onda olmayan cəhətlərə sahib biri ilə ünsiyyət qurmaq müsbət təsir edir. Göy üzünün bürcləri arasında uyğunlaşma modeli 2-12 nisbəti kimi qəbul olunur. Buğa hər zaman qoça qarşı daha səbirli və daha anlayışlı davranmağı bacarır. Bu bacarıqların özüdə elə müəyyən mənada güc mənbəyi hesab edilə bilər. Qoç isə, güclü görünmək üçün istənilən yola əl atamağa hazırdır. Qoç bunun uğrunda yeri gələrsə öz təbiyətinə qarşı da çıxa bilər. Ümumilikdə isə “zəiflik” anlayışı heç bir bürc nümayəndəsi üçün uyğun sayılmır.

Buğalar “gücü” sevirlər. Lakin, onları Venera idarə edir. Veneranın sayəsində yaranmış ortam nisbətən sakitləşir. Nəticədə öz hakimiyyət həvəslərini göz önünə gətirmirlər. Qoçlar isə, Marsın təsirindən alovlanmağa davam edirlər. Buğalar kənardan izləməklə qoçların hər imkan düşdükdə özlərini daha üstün, azad və qorxmaz göstərmək həvəslərini aydın şəkildə hiss edib anlayırlar. Bu keyfiyyət, yəni qarşı tərəfin xüsusiyyətlərini görmək qabiliyyəti və qarşı tərəfin fərqlənmək istəkləri demək olar ki, bütün 2-12 modellərində eyni formada formalaşmış olur. Bu səbəbədən də, buğa qoçdan fərqli olaraq gedilən yolun önündə ilişə bilinəcək daşları və çətinlikləri görə bilir.

Münasibətlər zamanı əsasən buğaların çiyinlərinə birliyin maddi təminatı düşmüş olur. Onlar pul vəsaitlərinə olduqca ehtiyyatlı yanaşa bildiklərindən xərclərini idarəetmə baxımından daha bacarıqlıdırlar. Bu keyfiyyət isə hər zaman qoçlarda buğalara qarşı maraq oyada bilib.

Qoçlara gəldikdə isə, onlar gizlin olaraq hər zaman buğaların yaxşı mənada paxıllıqlarını çəkirlər. Buğaların soyuqqanlı və realistik davranışları onları ilhamlandırıb. Bəzən isə əks tərəfin qərarları qoçlara inanılmaz uğur vəd edir. Hər bir bürc nümayəndəsi qonşu burcdən nələrisə örgənə biləcəyini yaxşı bilir. Buna görə də, buğaların təminatlı və inamlı duruşu qoçları cəlb edir.

Əgər həm buğa, həm də qoç öz aralarında azad təcrübə və ideya mübadiləsi edərlərsə, bu halda onların təbii keyfiyyətləri də birləşər, ayrılıqda əldə etməyə çətinlik çəkdikləri uğurları rahatlıqla əldə edə bilərlər. Mars və Vereanın vəhdətinin ən zəif tərəfi qoçun bəzən buğanın üzərinə çox gedə bilməsindədir. Bu bəzən buğanın səbrinin tükənməsinə səbəb olur. Zamanla buğa ümumiyyətlə bu cür münasibətlərin davamında bir məna görməyə bilər. Bəzən isə, əksinə, qoçlar qarşı tərəfdən ideyalarının dəstəkləndiyini görmədiyindən bir neçə cəhddən sonra daha da pessemistliyə qapılmamaq üçün uzaqlaşa bilər.

Qoçlar daimi melanxoliq pristuplara tutulub bu haldan çıxsalar da, buğalar özlərinə qapılırlar. Bu səbəbdən də, vaxtaşırı olaraq buğalar qoçlar tərəfindən müxtəlif əyləncə məkanlarına dəvət edilə, xoş gecə keçirməyə həvəsləndirilə bilərlər. Yaşından və cinsindən aslı olmayaraq buğanın daxilində yatan sakitlik həvəsini qorumaq üçün onun sevdiyi musiqi və ya incəsənət əsərlərinə meyil göstərmək daha uyğun olardı. Eyni zamanda, bütün buğalar dilə gətirməsələr də, təbiyəti çox sevir və ona bağlı olurlar.

Buğalarla münasibət zamanı qoçların ən çox etdikləri yanlışlıq onların qərar vermək üçün buğaları sıxışdırmaqlarıdır. Bütün növ münasibətlərdə eyni problemlə rastlaşılır. Buğanı tələsdirsəniz, qıcıqlandırsanız, ona qarşı dözümsüzlük göstərsəniz münasibətlərin dövrü başlamamış bitə bilər. Buğa hər hansı fikri ağlabatan və doğru hesab etdiyi təqdirdə ona razılıq verəcəkdir. Yer üzündə heç bir qüvvə onu tələsdirə bilməz.

Buğa qoça uyğunlaşa bildiyi təqdirdə, yəni qoçdan ciddi nələrisə gözləmədiyi halda münasibətlərin uzunmüddətliyindən danışmaq olar. Qoçun hər zaman Marsdan ilhamlanaraq öz fikirlərini ifadə etmək istəyi formalaşır. O bütün eniş və qalxımları özü yaşayaraq nələrin düzgün olub-olmaması barədə qərar verməlidir. O buğanın məsləhətləri və fikirlərinə yalnız sakit tərzdə aşılandığı halda qulaq asa bilir.

Qoçlar heç bir ciddi maneyə və ya narazılıqla qarşılaşmadan daim irəli getməlidirlər. Bu arada dilə gətirilən narazılıqdan çox onlar susqunluqla ifadə edilən bəyənməmək hislərini daha ağır qəbul edirlər. Susqun münasibətlər hər zaman qoçlara daha şübhəli görünür. Əgər qoçlar bir ailədə kiçik övlad hissi yaradırlarsa, unutmayın ki, buğa bu formatda daha yetkin görünür. Nəticədə müəyyən zamanlarda qoçlar özlərini bacarıqsız və uğursuz hiss etdikləri zaman buğaların bunu daha da qızışdırması arada ciddi uçurumlar yarada bilər. Bu halda buğa nisbətən daha diqqətli davranmalı, fikirlərini daha yumşaq deməyi bacarmalıdır.

Qoçlar xəritdədə yeni ərazilər tapan səyyahlar kimi öz intellekt səviyyəsində də yeni zirvələrə qalxmaq niyyətindədir. Mars onlara baş verən hadisələrin mərkəzinə doğru yön almaqda yardımçı olur. Məhs bundan sonra buğanın yeri görünür. Artıq kəşf edilmiş ərazilərdə yerləşmək, mövcud olanların praktik tərəflərini araşdırmaq buğaların öhdəsinə düşər.

Bütün insanlıq, hətda həyat belə buğalar üçün olduqca dəqiq cızğılarla sərgilənməli, dəqiq hədəflərdən ibarət olmalıdır. Qarşısında dəqiq məqsədlər və gözləntilər görmədikdə buğa düşünmə qabiliyyətini itirə, davranışlarını çaşdıra və geri çəkilə bilər. O yalnız öz hislərinə və təcrübəsinə əsasən addım atır. Yalnız bu halda özünə sadiqliyini qoruya bilir.

Qoç bu işdə buğaya köməklik göstərə, onun ürəyinə optimizm və yeni ideyalar toxumu səpə bilər. Buğa isə öz növbsində qoçun qarışıq həyatında müəyyən düz xətlər çəkərək onu bəzi səhvlərdən uzaqlaşdıra bilər.

Qəribə olsa da, iki bürc nümayəndəsi arasında olan narazılıqları musiqi unutdura bilir. Yenicə baş vermiş çəkişmələr nəticəsəində yaranmış yaralar bu yolla sağalır.

Əgər qoç və buğa münasibətləri harmonya və anlayışa əsaslanmayıbsa, arada yarana biləcək narazılığın səviyyəsi olduqca böyük ola bilər.

Fikirlərinizi bildirin.