Buğa ♥ Oxatan

120
Buğa-Oxatan

Buğa ♥ Oxatan.

… Və beləliklə, kimsə dayanana və ya sürəti dəyişənə qədər onlar adanın ətrafında dövrə vururlar.

Buğa heç vaxt sakit, ölçülüb-biçilmiş tempini dəyişməyəcək, ona görə də oxatan ən azı bir müddət yavaşlamalı olacaq. Əgər bu ikisi birlikdə olmaq qərarına gəlmiş olsalar, 6-8 günəş işarəsi birləşməsinin bir neçə hədiyyəsindən yararlanacaqlar.

Oxatan yarıat – yarıinsan obrazlı Kentavrı simvolizə etdiyindən buğa ilə münasibət zamanı vaxtın yarısı çəkişmələr və çatlarla müşayət olunacaqdır. Oxatan tez-tez xarici ölkələrə uçur (və ya uçmağı arzulayır). Demək olar ki, hər bir oxatan səyahəti işə, ixtisasa çevirməyə çalışır. İstənilən halda, bir çoxları istəklərinə nail ola bilirlər. Oxatanlar Kentavrın aşağı tərəfindən istifadə edərək təlxək və ya qəribə filosof kimi özlərini apardıqda, buğa bunu olduqca əyləncəli hesab edir. Buğalar oxatan bürcünün vulqar oyunbazlığına və təlxəkliyinə baxaraq gözləri yaşarana kimi qəhqəhə çəkirlər. Oxatan bürcünün şən, mülayim, xoş xasiyyətli və bir qədər yöndəmsiz formada olan at yarısına böyük incəliklə yanaşırlar.

Ancaq insani tərəfi görünən kimi buğa çaşqın və qəzəbli forma alır. Oxatan bürcünün məhkəmədə, iclaslarda, televiziyada və ya siyasi platformada öz prinsiplərini qeyrətlə müdafiə edən ciddi bir idealist rolunu oynadığını seyr edərək, onu dəstəkləməli və ya ondan qorxmalı olduğunu anlaya bilmir.

Yupiterin təsiri bəzən oxatan bürcünü qanlı döyüşə salır. Buğanın mühafizəkar təbiəti üçün çox çətin vəziyyət yaranır və onlar çaşıb geri çəkilir, təəccüblənirlər: “Sərxoş bir xəyalpərəst kimi şəhər ətrafında gəzən, cəmiyyətin güclü, etibarlı yel dəyirmanlarını alt-üst edən bu qəribə məxluq nədir?”. Bir yöndəmsiz, lakin bəzən çox zərif yarış atı simpatiya yaradır. Cilovsuz gülüş və səmimiyyət üçün olduqca uyğundur. Lakin adi təməlləri və ənənələri parçalamaqla təhdid edən diqqətsiz idealist dəhşətli təhlükədir. Buğa hansısa mücərrəd məqsəd naminə xaos yaradan oxatanı ağıllandırmağın yollarını başa düşmür. (ən yaxşı ümidsiz gözləməkdir. Çünki qalib gəlsəniz, mükafat daha çox olacaq. Oxatanlar demək olar ki, həmişə qalib gəlirlər).

Hər bir oxatan (ekstrovert və introvert) ürəyində həvəsli, şən optimistdir. Hər şeyin yoluna düşəcəyinə gizli inanır, sonra heç nə alınmayanda acı, təsəllisiz göz yaşları axıdır. Lakin, həyatdan çox şey gözləməmək, yəni buğadan nümunə götürmək daha yaxşı olar.

Buğalar ayıq düşüncəli dərin pessimistlərdir. Heç vaxt hər şeyin yoluna düşməsini gözləmirlər. Həmişə ən pisini gözlədikləri üçün həyat bəzən onların əlllərinin üstündən vurur. Bu barədə oxatan bürcündən nümunə götürməkləri yaxşı olrdı. Oxatanlar ümidsizliklə qapılan tutqun buğalara dözə bilmirlər. Oxatan bürcünün kişiləri, qadınları və uşaqları da bəzən acı göz yaşları tökürlər. Lakin Yupiterin əbədi göy qurşağı onları nəvazişlə qucağına alıb, ürəklərini yenidən ümidlə dolduranda göz yaşları tez quruyur.

6-8 günəş əlamətlərinin birləşməsi işləməyi, sağlamlığı və hər cür sirləri vurğulayır. Buğa üçün oxatanlar “başqalarının pulu” mənasını ifadə edir. Oxatanlar çox vaxt buğa bürcünə öz möhtəşəm layihələrini həyata keçirmək üçün pul toplayırlar. Buğa oxatan üçün əmək, vəzifə və xidmətin altıncı astroloji evini təmsil etdiyinə görə, bu ikisi tez-tez Yupiterin təşviq və ticarət qabiliyyətini buğanın etibarlı təməl qurmaq qabiliyyəti ilə birləşdirərək ümumi təşəbbüslərlə çıxış edirlər. Buğalar oxatanların çəkdiyi parlaq şəkillərə heyran olurlar. Lakin praktik buğa bürcünə görə oxatan bu şəkillərə çox geniş ştrixlər və çox parlaq rənglər tətbiq edir. Nəticədə, narahatlıq və şübhə baş qaldırır.

Buğa Oxatan
Element- yer Element- od
Kardinal- neqativ Kardinal- pozitiv
İdarə edən planet- Venera (həmçinin Pan-Qor) İdarə edən planet-Yupiter
Simvol- buğa Simvol- oxatan, kentavr
Güc ünsürü- qadın başlanğıcı Güc ünsürü- kişi başlanğıcı
Oxatanlar səhvlər edərək, büdrəyərək dünyanı dolaşırlar. Lakin, bəzən onlar açıq kanalizasiya lyukuna düşməzdən əvvəl əsl, həqiqi bəxtlərinə, qismətlərinə rast gəlirlər. Birinci hadisəni fantastik inam, cəsarət və nikbinliklə, ikincisini isə diqqətsizliklə izah etmək olar. Göyə heyran olanda, gələcəyə ox atanda, dəli kimi tullananda və ayaq altına baxmadıqda kanalizasiya quyusuna düşmə ehtimalı çox artır.

Buğalar çox vaxt gözlərini yerə dikdikləri üçün açıq lyuk və ya digər tələlər görsələr, oxatanları xəbərdar edə bilərlər. Bu ikisi birjada və ya hər hansı digər qumar müəssisəsində inanılmaz dərəcədə uğurlu komanda yaradacaqlar. Aralarında Günəşlə Ayın ahəngdar cəhəti olarsa, qısa zamanda milyonçu olacaqlar. Əslində, bu cütlük istənilən pul layihəsində – istər özlərinin, istərsə də başqasının, istər orqanik meyvə-tərəvəz yetişdirilməsi, istərsə də xarici idman avtomobillərinin satışı ilə bağlı əhəmiyyətli uğur qazanacaqlar. Bu cür ittifaqlara kino sənayesindən tutmuş yarış atlarının yetişdirilməsinə, mətbuatdan kilsəyə qədər hər yerdə rast gəlmək olar. (Buğaların çoxu öz dini inanclarında qətidir və bir qayda olaraq, uşaqlıq illərindəki inancını heç vaxt dəyişmir. Oxatanların güclü, lakin kifayət qədər mürəkkəb və çaşdırıcı dindarlığı var.)

Buğa adətən ailə bağlarına hörmət edir. Buğa sevdikləri üçün çox fədakarlıq edəcək, çətin anlarda onlara dəstək olacaq. Oxatanlar da kömək əlini uzatmağa və qohumlarını maddi dəstəkləməyə hazırdırlar – ancaq məsafə saxlamaqla. Tipik oxatan və onların ailə üzvləri bir-birinə qarşı güclü bağlılıq hiss etmirlər. Oxatan bürcü qan qohumlarındansa, bütövlükdə bəşəriyyətin xeyirinə daha çox diqqət yetirəcəkdir.

Hər iki bürc bir kilometr məsafədən ikiüzlülük və saxta münasibətləri hiss edirlər. Onların heç biri özünü xilas etmək və ya sadəcə nəzakətdən ötrü yalan danışmazlar. Buğalar adətən hər şeyi qəti və aydın gördüklərini deyirlər. Ancaq sözlərinin insana zərər verə biləcəyinə inanırlarsa, məsələ o qədər də vacib deyilsə, lazımsız çəkişmələrə səbəb olmamaq üçün susur, ağızlarını belə açmazlar. Oxatana bu cür təmkin bəxş edilməmişdir. Bütün oxatanların özünəməxsus qəddar dürüstlük növü var. Bu insanlardan Yupiteriya dürüstlüyünü susdurmasını gözləmək əbəsdir, edə biləcəkləri ən çox şey onu yumşaltmağa çalışmaqdır.

OXATAN: Niyə belə qanın qaraldı? Bəyaq dedim ki, yeriyərkən ayağını çəkirsən, ona görə? Məncə bu kənardan şirin görünür. Niyə mənə nifrət edirmiş kimi qaşlarını çatırsan? Günahım nədədir? Düşünürdüm ki, sənin xoşuna gəlirəm.

BUĞA: Hə. Hər kəs səni sevir, çünki çox ruhlu, mehriban və həvəslisən. Eyni zamanda, həm sözdə, həm də əməldə tərbiyəsiz axmaqsan. İndi başa düşürsən, həqiqət nə qədər ağrıdır?

OXATAN: Aydındır, mən tərbiyəsiz axmaqam. Bəs bunun sənin ayağını əyərək gəzməyinlə nə əlaqəsi var?

Bu faydasızdır, buğaların metodları oxatan bürcündə işləməyəcək, çünki həqiqət heç vaxt Yupiterin qayğısız rəftarını pozmayacaq. Əksər oxatanlar, kiminsə sadə faktları eşidəndə əsəbiləşməsindən, dürüstlüyün iti oxunun qarşı tərəfi yandırmasından aslı olmayaraq bunu şən, fəlsəfi və səmimi şəkildə qəbul edirlər. Oxatanlar oynaq Yupiteriya enerjisi ilə irəli-geri çırpınaraq, zarafatları, həqiqətləri ortaya ataraq həyatı və insanları birbaşa və olduğu mənada qəbul edirlər. Buğaların alnına dəyənək dəyəndə, onlar da cavab olaraq vura bilirlər, lakin bir qayda olaraq, xoş xasiyyətli və səbirli varlıqlardırlar. Təəssüf ki, özündənrazılıq və səbr çox vaxt impulsiv oxatanları qıcıqlandırır. Bəzən oxatan bürcünə elə gəlir ki, qəti və ehtiyatlı buğalar ilbiz sürüsü kimi ləngdirlər.

Bununla belə, hər ikisi şansdan istifadə etmək qərarına gəlsə, Yupiterin bəxtini və məntiqini buğanın fərasəti və ağlı ilə birləşdirsə, bir ton pul qazanmaq üçün yaxşı şansları var. “PUL” sözü hər ikisi üçün aydın və başa düşüləndir. Buğa onları bankda saxlamağı, oxatan dövriyyəyə buraxmağı çox sevir.

Fikirlərinizi bildirin.