Bu rəqqasəyə görə 6 məşuq özünü öldürüb. Onu Parijin şəhzadəsi adlandırırdılar. Onun hakimiyyətdə olma dövrü XIX və XX əsrlərə təsadüf edir. O zamanlar dünya işıq sürəti ilə dəyişirdi. Qızıl dövrdə havanəqliyyatı və avtonəqliyyat sənayesi dirçəməyə və yaranmağa başlamışdır. Küçələrdə isə yağışdan sonra yaranan göbələklər kimi kafelər açılırdı. Fin de siècle – “Gözəl əsr”… Məhs həmin dövürdə ən məşhur rəqqasələrindən olan Karolina Otero, Bella Otero, və ya sadəcə gözəl Otero yaşamışdır.

Uşaqlıqdakı ruhlar

İnanmaq çətin olsada, ekzodik üz cizgilərinə malik olan qara saçlı, qaldırılmış qaşlara və kiçik ağıza sahib xanım kişilərin ağlını başından alırdı: şahların, prezidentlərin və imperatorların. Onun nə pulu var idi, nə bahalı ziynət əşyaları, nədə evləri və villarları. Olduqca kasıbçılıqdan başlamışdır. Avqustina Karolina Otero ispan Qalissiasının Pentevedra şəhərciyində anadan olmuşdur. Onu tək ana tərbiyə etmişdir. 10 yaşında olarkən xanımı qonşu çəkməçi amansızcasına zorlayır. Bu zaman qızcığaz o qədər döyülürki, möcüzə nəticəsində sağ qalır.

Juralist Posadas Karmen “Gözəl Otero” əsərində yazırdı: “Biz Avqustinin bu barədə izahatını oxuduq (o zaman qızın 10 yaşı var idi). Qızın dediklərinə görə o dilənçilik edirdi və həmin gün əlində diləndiyi çanta ilə evə qayıdırdı. Çantasında bir gün əvvəlin çörək qırıntıları var idi. Cinayət gecə saat 10-11 radələrində baş vermişdir. O bir-iki dəfə kömək üçün qışqırmışdır. Bu inilti səsini yaxınlıqdakı iki qadın eşitdi. İzahata görə qadınların biri digərinə “gedək-gedək” deyərək səslənirlər. Qadınlar üzdən tanıdıqları cinayətkara yaxınlaşdıqarı zaman cinayətkar qaçır. Onlar Avqustini qaldıraraq evə aparmışlar. Qızın vəziyyətinin ağır olduğundan yolda öləcəyindən qorxurdular. İstindaq günahkarı ciddi cəhdlə axtarsada tapa bilmədi. Cinayətkar tanındığını anlayaraq çox gümankı Amerikaya qaçmışdır.”

Parijdə rəqslər

Kənddə karolinanın sağalması sevinc hissi yaratmır, əksinə hamı hörmətsizliklə yanaşır. Qonşular onun haqqında dedi-qodular edir, çəkməçinin onun həyatında ilk olmadığını deyirdilər.

12 yaşında bu cür münasibətlərə dözə bilməyən qız məşuqu və rəqs portnyoru Pako ilə Lisabona yollanır. Pakodan hamilə qaldıqdan sonra Karolina uşağı saldırır. Bundan sonra o artıq ana ola bilmir.

Səhnədə olarkən xanım bacarıqlarının hamsını nümayiş etdirməyə çalışır. Hər dəfə səhnədə olarkən bütün həyatı bundan aslı imiş kimi rəqs edirdi. 20 yaşında Karolina özünə sponsor tapır və alicənab rəfdarı örgənərək Marselə köçür. Beləliklə Karolina Fransada rəqs koryerasına başlayır.

Bir rəqqasə üçün o nisbətən qoca sayılsada (o zamanlar qruplar adətən daha gənc qızları rəqs üçün seçirdilər) onun xorioqrafiya bacarıqları xorioqrafları valeh edirdi. Onun boyu 170 sm, belinin nazikliyi isə 53 sm təşkil edirdi.

1889-cu ilin soyuq qışında ABŞ-dan olan Ernest Jurgensomla Parijə gəlir. Orda xanım profesionallardan rəqs dərsləri alır. Ernest Karolina üçün yeni görkəm yaratmağa çalışır, onu kənd qızı ampulasından çıxararaq daha sirli və maraqlı xanıma çevirmək istəyir. Nəticədə Karolina XII Alfons şahla münasibət yaşamış qrafinya statusunda təqdim olunur.

Nyu-Yorkda rəqslər

Ernestin Karolinanı bir ulduza çevirmək cəhtlərindən sonra geriyə yol artıq qalmamışdır. Növbəti sırada Nyu-Yorku fəth etmək gərəkli idi. Karolinanın gözləri qarşısında iki Nyu-York canlandı: ağır tüstü ilə nəfəs alan yorğun fəhlə sinifi ilə zəngin və milionerlərin pulları ilə alışıb-yanan Nyu-York. Zamanla qaz elektrik enerjisinə çevrilir və küçələrdə maşınlar çoxalırdı.

Karolina uzun ayaqlarını və möhtəşəm bədənini göstərməkdən çəkinməyərək ispan rəqslərini ifa edirdi. Bir müddət sonra xanım Nyu-Yorkun qızıl gənclərinin biri, milyonçu donjuan Vanderbillə tanış olur. Vonderbil bahalı yaxtalarla, qonaqlıqlarla, hər görüşdə mirvari hədiyyələri ilə bağlı simiclik etmir.

Parijin şəhzadəsi

Ancaq, onu ABŞ-a gətirən və yeni dünya ilə tanış edən əvvəlki məşuqunun bəxti gətirmir. Jurgens Karolinaya aşiq olduğundan və qarşılıq almadığından intihar edir. Gəzən dedi-qodulara görə o yeganə qurban deyil. Buna qədər artıq 6 kişi “yox” cavabı aldıqdan sonra həyatlaına son qoymuşlar.

Zamanla Karolinanın məşuqları ən imkanlı və hörmətli kişilər olmağa başlayır. Xanım bunun üçün yalnız onu çıxdığı yoxsulluğu tam unutdura biləcək və var-dövlətdə yaşada biləcək kişiləri seçir.

Bəzi dedi-qdularda onun adı sonuncu alman imperatoru II Vilgelmomla, böyük knyaz Nikolay Aleksandrviç, şəhazdə VII Eduard, II Leopold, XIII Alfonso ilə hallanmışdır.

Onun mşuqlarından biri Monoko knyazı I Albert olmuşdur. Karolina onunla xatirələrini bu cür yada salırdı: “46 yaşı üçün o kök, yaraşıqsız dişlərə sahib kişi idi. O öz böyük çənəsini heçdə həmişə təmiz saxlamadığı saqqalı altında gizlətməyə çalışırdı. Bununla yanaşı deyə bilərəmki, olduqca uğurlu məşuq idi. Xırdalıqlara varmamaq üçün deməliyəmki, bizim ilk gecəmiz uğursuzluqla yekunlaşdı. Yadımdadır yazıq olduqca həyəcanlı olduğundan tələsirdi. Mən isə sakitləşməyi və uzanmağı rica etdim. Biz uzanaraq səhərə qədər söhbət etdik və mən onun çox ağıllı olduğunu kəşf etdim. O sakitləşdi və biz yatdıq. Səhəri gün isə sığalları ilə məni oyatdı. Doğru olmasada ona inanılmaz bacarıqlı olduğunu bildirəndə sevincindən otağın içində var-gəl etməyə başladı. Ən əsası isə o çox varlı idi. Monte-Karlodakı kazino ona xeyli pul gətirirdi.”.

Yeganə ehtiras

Uzun ömürlü həyatı boyunca Karolina Oteronun bircə ehtirası mövcud idi – oyunlar. O hər dəfəsində kazinoda böyük pullar uduzurdu. 1895-1948-ci illər arasında öz sonuncu mülkünü satmalı olur və yekunda otel otağına köçür. Monte-Karloda xanım 40 mln dollara yaxın məbləğ uduzur. Pulu olmadıqda isə zərgərlik əşyaları ilə ödənişlər etməyə başlayırdı.

1914-cü ildə 46 yaşında səhnədən uzaqlaşır. O insanların xatirində qocalmış, əldən düşümüş biri kimi qalmaq istəmir. Hər zaman özünün sirli qadın kimi görünməyini istəmişdir. Gözəl Otaro 96 yaşında 1965-ci ildə uşaqsız, imkansız, mülksüz və yoxsullar evində dünyasını dəyişir.

Şedevr olmuş 6 fahişə rəsmiGeniş fantaziyalı məsləhətli inim mövzulu kitablar

Fikirlərinizi bildirin.