Bu ölkələrdə kişilərlə birlikdə qadınlar da hərbi xidmətə çağırılır

379
Bu ölkələrdə kişilərlə birlikdə qadınlar da hərbi xidmətə çağırılır 2

Bu ölkələrdə kişilərlə birlikdə qadınlar da hərbi xidmətə çağırılır. Tarixə nəzər yetirdikdə indiyə qədər yalnız qadınlardan ibarət hərbi dəstələrin mövcud olduğunu görə bilərik. Ancaq, say baxımından barmaqla sayılası qədər hala rast gəlinməkdədir.

Bizim ölkədə də, hərbi məsələlər, hərbi çağırışlar bir başa kişilərə aid məsələ hesab edilir. Dünyada xeyli sayda öklə məhs bizim kimi yanaşmanı dəstəkləyir.

Əcdadlarımızla bağlı olan faktlara nəzər saldıqda belə, qəbilələr arası mübahisələrə məhs kişilərin son qoyduğu aydın görünür. Lakin, bəzi ölkələrin tarixi mənbələrində sərkərdə qadınlardan ibarət xüsusi təşkil edilmiş qrupların böyük nəaliyyətlər əldə etməsi faktı da danılmazdır. Sadəcə, say o qədər azdır ki, bunu göz önünə gətirmək və bu işlə öyünmək o qədər də dəbdə hesab edilmir.

Pew Araşdırma Mərkəzi (Vaşinqton, ABŞ) məcburi hərbi xidmətin olduğu ölkələrdə hərbi qulluqçuların cins nisbəti ilə bağlı məlumatların xəritəsini tərtib edmişdir. Nəticələrə diqqət yetirdikdə maraqlı mənzərə ilə qarşılaşmaq mümkündür.

Bu ölkələrdə kişilərlə birlikdə qadınlar da hərbi xidmətə çağırılır

Azərbaycan da daxil olmaqla 45 ölkədə nizami orduya yalnız kişilər çağırılır. İsveç, Norveç, Şimali Koreya, İsrail, Tunis, Mərakeş, Mali, Benin, Mozambik, Eritreya da daxil olmaqla 11 ölkədə qadınlar da adlanır.

Ümumilikdə hərbi çağırışdan danışırıqsa, nəzərə alın ki, heç də bütün ölkələrdə çağırış olmur. Yəni, dünyanın əksər ölkələrində ordu müqavilə əsasında qurulur. Bəzi yerlərdə isə ümumiyyətlə hərbi quruculuq anlayışı yoxdur.

Bəysiz toy: iki qadın hamını aldatmağı bacardıAraşdırmalara əsasən qadınlar və kişilər gözəl görünmək üçün necə olmalıdırlar – Ipsos

Əvvəlki məqaləQoç ♥ Qoç
Növbəti məqaləXəritə: qadınların 18 yaşından əvvəl evləndiyi ölkələr

Fikirlərinizi bildirin.