Bu bürc nümayəndələrini aldatmaq mümkün deyil

213
Bu bürc nümayəndələrini aldatmaq mümkün deyil

Bu bürc nümayəndələrini aldatmaq mümkün deyil. Heç kim aldanmağı sevmir. Lakin, bəzi insanlar öncədən hazırlanmış plana uyğun olaraq yalan və iftiraya daha tez məruz qalırlar. Bəziləri isə əksinə, ən bacarıqlı kələkbazlar tərəfindən ciddi cəhdlərə rəğmən aldanmırlar. Onları barmağa dolamaq mümkün olmur. Elə isə, gəlin birlikdə yalanı ilk başdan hiss etməyi bacaran, yalançıları uzaqdan tanıya bilən bürc nümaydələrini birlikdə incələyək. Onların arasında siz də varmısınız?

Dolçalar

Dolçalar olduqca güclü intuisiyaya malik olduqlarından, onları aldatmaq olduqca çətindir. Bəlkədə bu dolçaların özlərinin fantaziya qurmalarının və qeyri-adi hadisələri düşünmək həvəslərinin olduqca böyük olmasından irəli gəlir. Onlar ətrafda baş verənlərə qarşı olduqca şübhəli yanaşdıqlarından, hadisələrin hər xrda detallarını ayrıca düşünürlər, sonluğun istənilən variantını götür-qoy edirlər. Onlar istənilən fakta və fikirə əminliklə yanaşmadıqlarından söylənilənləri ilk öncə kölgə altına alırlar, sonradan beyinlərində hər variantda canlandırıb yoxlamağa çalışırlar, yekunda qərar verirlər. Bütün düşüncələr və sonluqlar vəhdət təşkil etdiyi halda dolçaların inamı formalaşa bilər.

Eyni zamanda dolçalar yüksək səs tonu ilə yalançıları ifşa etməkdən çəkinmirlər. Hər zaman şübhələrini dilə gətirməyə çalışırlar.

Xərçənglər

Xərçənglər – bürclər arasında olduqca emosional və hislərə qapılan bürc nümayənələri hesab edilirlər. Onlar Ayın idarəetməsi altında olduğundan əvəzedilməz intuisiyaya və empatiyaya sahibdirlər. Xərçənglər qarşılarındakı insanı qısa müddət ərzində olduqca xırdalıqla hiss edə bildiklərindən ən kiçik yalanı və uydurmanı anında anlayırlar. Bundan başqa, bürcün nümayəndələri ətrafda baş verənləri öz daxili dünyaları prizmasından keçirib nəzərsalırlar. Daxili dünyalarında isə insanı skan edə biləcək cihazın quraşdırıldığına əmin ola bilərsiniz. Bu insanlarla zarafat etmək məsləhət görülmür.

Əqrəblər

İntuisiya sıralamasında əqrəblər bir mənalı olaraq ilk sıralarda durmalıdırlar. Bu bürcün nümayəndələri digərlərindən daha çox sirli – mistik görünürlər. İnsanları olduqca yaxşı anlayır və güclü yaddaşa sahibdirlər. Ən qəliz yalanı və qarışıq məsələləri tez zamanda anlaya bilirlər. Dumanlı və aydın görülməyən sonluq onun xarakterinin bir hissəsidir. Bundan başqa, olduqca güclü yaddaşa sahib olduqlarından qarşıdakı insanı fakt qarşısında qoya və təqziblərini bildirə bilirlər.

Qızlar

İstənilən xırdalığı yadda saxlaya bilən daha bir bürc nümayəndələri. Qızlar kənardan olduqca sadə görünə bilərlər. İlk baxışdan onları rahatlıqla aldada biləcəyinizi düşünə bilərsiniz. Lakin, onlar adətən tanımadıqları insana qarşı ilk başdan güvənmirlər və bu səbəbdən də ətrafa baş verənlərə kritik münasibət bəsləyirlər. Ünvanlanan sözlərə və təkliflərə şübhə ilə yanaşırlar. Yaddaşları və xırdalıqlara diqqət yetirmək bacarıqları güclü inkişaf etdiyindən beyinlərinin xüsusi güşəsini arxiv materiallarına ayırırlar. İstənilən an qarşı tərəfi fakt qarşısında qoya bilərlər. Qızları aldatmaq və ya onlardan nələrisə gizlətmək istədikdə uzun müddətli inciyə biləcəklərini unutmayın. Qəddar biri deyillər, sadəcə dediyimiz kimi yaddaşları güclüdür. Bir daha onların güvənlərini bərpa etmək mümkün olmur.

Oğlaqlar

Oğlaqlar da qızlar kimi xırdalıqları hiss edə və yadda saxlaya bilirlər. Bu onlara istənilən koryera yolunda irəliləməyə yardımçı olur. Təcrübələri sayəsində yalançıları və manipulyasiya ilə məşğul olanları tez tanıyırlar. Oğlaqlar söz bütövlüyünü və dəqiqliyi çox sevdiklərindən xırda bir kənarlaşmanı qəbul etməz və bağışlamazlar. Eyni zamanda, yaxın münasibətlər zamanı olduqca səmimidirlər. Buna görə də, qarşı tərəfdən eyni səmimiliyi görmədikdə tez zamanda inciyir və aldandıqlarını düşünürlər.

Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz?Bürclərə görə ən möhkəm cütlüklər

1 COMMENT

Fikirlərinizi bildirin.