Bruce Willisin həyat qanunları – aktyor, Los-Anceles, 65 yaş

Mənin səhərim – ispanaq və yumurta. Ancaq ilk növbədə yumurta.

Hamı mənim haqqımda elə yazır ki, – sankı haqqımda hər şeyi bilirlər. Sankı, heç özümündə özüm haqqında bilmədiklərimi bilirlər. Düzü bu mənə uyğundur. Sadəcə bəzi məqalələrdə mən yalançı kral kimi görünürəm.

Anladımki, özüm özümlə bacarmaram – əgər twitter işlətməyə başlasam. Özüm-özümə demişəm: “Bütün dəliliklər twitterdən başlayır”.

Yəqinki yer üzündə iki ya üç şəhər qalıb – rahatlıqla köçə biləcəyim və eyni zamanda tanınmayacağım. Bax belə məşhur biriyəm. Lənətə gəlsin ulduzluq həyatı.

Mənə həmişə elə gilibki, – həyatda yaxşı edə biləcəyim şeyləri mən 40-60 yaş arasında edə bilərəm. Demək olar ki, belədə alındı.

60 yaş – bu sadəcə əllinin fəqrli formasıdır.

50 yaş – isə demək olar ki, 40 yaş deməkdir.

Hər bir kəs – önəmli deyil neçə yaşı var – hardasa daxilində özünü 24 yaşlı kimi hiss edir.

Saçın tökülməsi, keçəllik – bu allahın mənim insan olduğumu yadıma salmaq yoludur. Mən insanam, meymun deyiləm.

Heç vaxt heç nədən təəsüflənmirəm – tez-tez sənin indi arzuladıqların sonradan möhtəşəm şeylərə aparıb çıxara bilir.

Mənə elə gəlir ki, – koryeramın sonu baş verib. Axırki o vaxt gəlib çatıb. Artıq dünyanı xilas edəcək yaxşı oğlan rolunu oynamasamda olar. Əlimdə silah, kameranın önündə o tərəf bu tərəfə qaçmaq məni dəişət yorub.

Sikvel – mən biznesdə bu axmaq söz kəşf edilənə qədər gəlmişəm. Əvvəllər biz sadəcə deyirdik: “gəl birinidə edək.”

Ekşn janrı öz-özünü küncə salıb – tamaşaçılar fərqliliklər istəyirlər. Bizdə isə həmin an pis oğlan personajları sona çatmışdı. Bu siyahıda terroristlər, qanqsterlər, hətda yad planetlilərdə olub. İndi necə edək? Hər şey təkrarlanıb.

Kinoda hər şey çox asandır – ağ kabboy papağını başına qoydun, vəssalam, sən qəhrəmansan.

Əvvəllər incəsənət həyatı əks etdirirdi – indi isə həyatda hər şey incəsənəti əks etdirir.

Dünyamız mənim xoşuma gəlmir – sankı dünyada hər şey arxada (g*tdən) yaranır. Ancaq hər şey başqa cür ola bilərdi.

Sən keçmişi silə bilməzsən – ancaq hər şey başqa cür ola bilərdi.

Siyasətlə bağlı suallara cavab verməkdən yorulmuşam – sadəcə istəyirəm ki, hökümətdə lazımsız adamlar az olsun. İstiyirəm hökümət şəxsi həyata az müdaxilə etsin. Mənim və sizin pullarınızı boş-boş şeylərə az xərcləsin. Bütün axmaq liberallar Vaşinqtondan rədd olsunlar. Ancaq mən siyasət adamı deyiləm. Belə də qeyd edin. Mən resublikaçı deyiləm.

Mənim ölkəm qəddarlığa əsaslanıb – biz bura qədəm qoyan kimi hindulara dedik: “Deməli qardaş, bizim sizə üç xəbərimiz var. Biri pis xəbərdir, biri çox pis xəbər, biri isə önəmsiz xəbər. Önəmli olmayan xəbər bizim artıq burda olmağımızdır. Pis xəbər bundan sonra heç hara getməməyimiz, çox pis xəbər isə süzün bütün torpaqlarınızın hər santımetrini əlinizdən almağımızdadır. Əvəzində isə, bir poçt markası ölçüsündə olan səhra ərazisini sizə veririk. Ancaq həmin səhradada neft tapan kimi, o səhranıda əlinizdən alacağıq. Sizə isə sadəcə Arizonada gecələmək və mövcud olmaq üçün balaca ərazi ayıracağıq.” Dediklərim qəddarlıq deyilsə, bəs nədir?

Hər kəs silah daşıma hüququna malik olmalıdır – əgər qanuna riayət edən insanların silahlarını alsaq, silahlar yalnız psixlərdə qalar.

Ən qatı passivist belə öz həyatı üçün mübarizə aparar – kimsə onu öldürmək istəsə mütləq mübarizə aparar. Söhbət sənin həyatından gedirsə, digər inancların mənasızdır. Silahın olmasa belə ya daşa əl atacaqsan ya da yaxınlıqdakı stula. Bəlkədə sadəcə çəkildiyim filimlərə çox baxıram.

Sevmirəm insanlar deyəndə – “Yənə Bruce Willisin filimi? Yənə dünyanı xilas edəcək?”

Özüm Cersinin Cənubundanam – buna görədə sadə insanlarla çox oxşar olduğumu düşünürəm.

Bruce Willisin həyat qanunları

Elə alınıb ki, Los-Ancelsdə yaşayıram – bu dünyanın ən çox qazla korlanmış şəhəridir. Deyirlər ki, əgər sənin uşağın Los-Ancelsdə böyüyübsə, hesab etki, o günə yarım qutu siqaret çəkir. Burda hava o qədər çirklidir ki, havadan belə üst-başın çirklənə bilər.

İlk dəfə düşündüm – İlk qızım dünyaya gələndə ölümsüz olduğumu anladım.

Hiss etmisiniz? – çox balaca uşaqlar bəzən öz daxillərində danışmaq istəklərini boğurlar. Bu hamımız üçün gözəl dərsdir. Sən yalnız susub, qulaq asan zaman nələrsə örgənə bilirsən.

İnanmıramki, fikirlərimin dəyəri olsun – axı mən aktyoram. Ümumiyyətlə niyə aktyorlar düşünür ki, onların fikri önəmlidir? Siz yaxın illərdə hansısa aktyordan dəyərli söz eşitmisiniz?

Bu dəqiqə xatırlaya bilmirəm – keçən həfdə nə baş verib, keçən il haqqında məndən nəsə soruşmaq mənasızdır.

Hər zaman bu sual məni çıxılmaz vəziyyətdə qoyub – multimilyaner olmaq necə bir hisdir?

Mən hər tində qışqırmıam – nə işlə məşğul oluram və həyat yoldaşımla necə yaşayıram. Uşaqların bezlərini özüm dəyişirəm, heyvanlarımızın nəcislərini özüm təmizləyirəm.

Pul insanı qudurdur – ancaq elə alınıb ki, pul hamıya lazımdır.

Həyatda bu qədər pul gərəkli deyil – istədiyimdə harasa gedə bilim və orda yemək yeyə bilim, bəs edər.

Moruqlu piroqları çox sevirəm – kişisayağı yeməkdir.

Bilirsiniz nədən təəssüf edirəm? – baxın, dünən bu stolun üstündə armudlar var idi. 5 və ya 6 dənə olardı. Bu gün isə onlar yoxdur.

Mən xöşbəxtəm – bəs siz?

Həyat film deyil – təkrar cəhdlər olmayacaq.

Ben Affleckin həyat qanunlarıJan Klod Vandamın həyat qanunları

Fikirlərinizi bildirin.