Bruce Lee həyat qanunları. Aktyor 20 iyul 1973-cü ildə 33 yaşında dünyasını dəyişmişdir.

Əminəm — yalnız bir şeydən əminəm, mən oxuya bilmirəm. Ancaq arada hamıya necə zəngin səsə sahib olduğum haqda danışıram.

Əgər sizə desəm — mən yaxşı oğlanam, elə düşünərsiniz ki, öyünürəm. Əgər sizə desəm heç nəyə dəymirəm, elə düşünərsiniz ki, yalan danışıram.

Şərq insanları deyirlər — “Yumşaq biri ol. Həyatda insan yumşaq və yolagələndir ancaq, ölüm onu kobud edir. Bu həm bədənə, həm düşüncəyə, həm də ruha aiddir”.

Döyüşü — bir vuruşla udmaq mümkün deyil. Ya inciklik hallarına dözməyə örgənin, ya da cangüdən tutun. Qələbələri və məğlubiyyətləri unud, ağrını və qüruru unud. Əgər rəqibin səni zədələmək istəsə onu vur. Əgər rəqibin səni vursa, onun qolunu qır. Yox əgər, qolunu qırsa onun həyatını əlindən al. Döyüşdən toxunulmadan ayrılmağı düşünməyin. Hər şeyini qurban verməyi gözə al. Həyatını belə qurban verməyi.

Su kimi hərəkət et — ayna kimi donmağı bacar. Küy kimi cavab ver.

Pulda bir məna olmur — onlar sadəcə müəyyən hədəflərə çatmaq üçün bir vasitədir. Sadəcə anlamaq lazımdır: pullar nəyi bacarar, nəyi bacarmaz. Mənim atam mənə deyərdi: “Bu il sən on dollar qazanmısan. Gələn il ümumiyyətlə beş dollar qazana bilrsən. Buna hazır ol”.

Əgər sabah — yıxılmaq istəmirsənsə, bu gün düzünü, həqiqəti danış.

Qərb təhsili — bir işə yarıyır, şərq təhsili başqa işə. Bir sözlə demək olar ki, “Bu barmaqla müəyyən işləri görmək olar, digəri ilə başqa işləri”. Ancaq istənilən halda bütöv əl daha yaxşıdır.

Kamil insan — axmaq sualdan daha çox nələrisə örgənir, nəyinki axmaq insan ağıllı suallardan.

Amerikalılar — ağac kimidirlər. Onlar yerin üstündə möhkəm dayanırlar. Küləkdə əyilmirlər. Əgər külək bərk əsərsə qırılırlar. Şərq insanları isə bambuk kimidirlər. Külək əsən zaman külək istiqamətində əyilirlər, ancaq sonradan özlərini düzəldib daha möhkəm olurlar.

Mən bitirmişəm — Sietldə Vaşington universitetini. İnanmayacaqsınız, ancaq mən orda fəlsəfəni oxumuşam.

Bütün dahi müəllimləri — bir otaqda toplayın. Onlar dünyada hər şey haqqında danışacaqlar. Onların tələbələrini bir otağa toplayın – onlar hər şey haqqında sual verəcəklər.

Bir çin nağılı mövcudur — Həyatda bir qəssab yaşıyırdı və onun bıçağı var idi. İllər keçdikcə bıçaq ideal şəkildə itiliyini qoruyub saxlayırdı. Qəssabdan soruşandakı o bıçağını bu qədər iti formada necə saxlaya bilir, o cavab verdi : “Mən sümüklərin düzülüş xəttinin ardınca gedirəm. Mən onları kəsməyə, qırmağa, və ya necəsə əksinə getməyə çalışmıram. Bu bıçağı xarab edə bilər”. Həyatdada maneələrin kənarından keçmək lazımdır. əgər onları dəf etmək istəsən, bu yalnız sənin ziyanına işləyə bilər.

Çəkim 70 kiloqramam — əgər mən rəqibi üç zərbəyə aşırmasam bu mənim sonum deməkdir. Mən həm əllərimdən, həm ayaqlarımdan istifadə edirəm. Vuruş sürətim o qədər sürətlidirki, bir çox hallarda yavaşlamalı oluram, kameralar çəkə bilsinlər deyə. Mənim ilk dubl çəkilişlərimdə insanlar həmin an yerə yıxılırdılar.

Lövhələri və kərpicləri vurmaq — bu uşaqlar üçündü və boş şeylərdir. Lövhə heç vaxt cavab qaytarmaz.

Mən əlbətdəki — həyat yoldaşımla kompromisə gedib, amerikan mətbəxindən nələrsə yeyirəm. Siz axı steykin yanında qızardılmış düyü vermirsiniz.

Mənim gücüm —  mənim qarnımdan başlayır. Onda ağırlıq mərkzi cəmlənir. O enerji mənbəyidir.

Belə deyək — 99 faiz bütün şərq döyüşçüləri yalançıdırlar. Hamsı çox gözəl görünürlər, ancaq bu heç vaxt işləmir. Əgər 45 kilo çəkidə olan qıza hücum etsələr, onun edə biləcəyi yeganə şey üç nöqtədən birinə zərbə endirmək olacaq: göz almaları, yumurtalıqlar və ya dizlər. Bu zaman sürətli olmaq gərəklidir.

Əgər sən həyatı sevirsənsə — zamanı boş yerə istifadə etmə. Çünki həyat məhs zamandan yaranan bir məvhumdur.

Yaranmış vəziyyət boş şeydir — öz imkanlarınızı yaradın.

Zinédine Zidane həyat qanunlarıLionel Messi həyat qanunlarıMuhammad Ali həyat qanunları

Fikirlərinizi bildirin.