Brad Pitt həyat qanunları. Aktyor, Oklahoma, 56 yaş.

Sevmirəm — mənim haqqımda danışılanda. Gəlin önəmli şeylərdə danışaq.

Ailəli olmaq — mən yataqda belə bütün günümü keçirmək deməkdir. Və ya yataqda dondurma yeyə bilməyim.

Əgər mənim — qeyri-adi bacarıqlarım olsaydı, mən zamanı geri çəkərdim. Hə, mən dəqiq bunu edərdim.

Mənim xeyli planlarım var — Həddindən artıq çoxlu təkər üstündə evlərimin olmasını istərdim. Jennifer Lopez kimi albom yazdırmaq istərdim. Ancaq bu KC & the Sunshine Band (amerikan disko-fank-qrup)-in akustik versiyası olardı. Öz geyim xəttimi buraxmaq istərdim. Məndə hər şey Puff Daddy kimi olacaq. Ancaq heyvan tükləri sintetik olacaq.

Həfdəm çox sadədir — yeddi günün beş günü ardımca üç maşın paparazzilər gəzir. Bax bu cür riyazi hesablama.

Bir dəfə zəng etdim — babama. “Biz burda sənin filminə baxdıq” – babam dedi. “Hansına baba?” – soruşdum. O isə nənəmə səsləndi: “Ey Betti o kinonun adı nə idi, mən üç gün əsəbləşmişdim?”.

Öz metoduma həddən artıq inanıram — əvvəlcə xeyli əziyyət çəkib işləyirsən, sonra isə doyunca istirahət edirsən.

Ümumiyyətlə vecimə deyil — öz təhlükəsizliyim.

Ağıllı düşüncə ilə — aram o qədərdə yaxşı deyil. Düşüncələrin ağıllı olmasına önəm vermirəm.

İlk öpüşümü yaxşı xatırlayıram — orta məktəbdə bir qızla razılaşmışdıq ki, qarajların arxasında görüşüb öpüşəcəyik. Biz o qədər ciddi idik ki, sankı hansısa önəmli biznes haqqında danışırdıq. Bir sözlə mən onu öpdüm və evə qaçdım. İlk öpüşüm bax bu cür olub.

Eşitmək — sənin balaca uşağın necə söz deməyə çalışır. Bu andan əvəzedilməz həzz alırsan.

Təklik — bu sənin evin damına çıxaraq tək otura bilməndir. Təklik sənin özünün zibil atmağa getmək ehtiyacındır. Evdə zibil yığılıb qalıb, onu atan isə yoxdur.

Söz azadlığı? — mənə elə gəlir ki, bu gözəl zarafdır. Məncə hamının söz azadlığı olmalıdır. Ancaq, siz ən yaxşısı bunu Angelinadan soruşun. O sizə bu haqda məndən çox danışar.

Bilmədiyin şeylər haqqında danışmaq — düzgün deyil. Buna görədə müsahibə verməyi sevmirəm. Jurnalistlər mənə sual verirlər ki, mən Çin və Tibet haqqında nə düşünürəm? Mən senarilərlə işləyən adamam. Mən üzünə qrim çəkən yekə kişiyəm.

Motosikletləri dəişət sevirəm — bir sözlə dəli oluram. Mənim çopperlərim var. Məndə idman tərzidə var. Krosoverlərdə var. Məxsusi mənim üçün yığılmış motosikletlərim də var. Bütün bu maşınlar heykəltaraşlıq nümunəsi kimi sənət əsərləridirlər. Ancaq, bu haqda danışmaq istəmirəm. Sadəcə boynuma alıramki, bu cür xəstəliyim var. Vəssalam.

Ümumiyyətlə heçnə bilmirəm — rəssamlar haqqında. Yalnız heykəltaraşlıq haqqında nəsə bilirəm. O da az.

Heç vaxt həyatımda — “Troya” filmindəki qədər vaxt yubkada zaman keçirməmişəm. Ancaq yubkalar o qədərdə pis deyillər. Lənətə gəlsin, onlar ümumiyyətlə yaxşıdırlar.

Nəsə əldə etmək üçün — mütləq nəyisə itirməlisən.

Məşhurluq — çox axmaq şeydir uşaqlar.

Michael Jackson həyat qanunlarıRobert de Niro həyat qanunlarıSon 30 ildə Brad Pittin saç düzümü necə dəyişib

Fikirlərinizi bildirin.