Boks haqqında TOP15 fakt. Boks olduqca məşhur döyüş növü hesab edilir Onun tarixi olduqca qədim zamanlara təsadüf etsədə, indi gördüyümüz tərz XVIII əsrdə formalaşmağa başlamışdır. Məhs gördüyümüz ənənələr və amunasialar qorunub saxlanılmışdır.

1.Boks meyadnında ümumiyyətlə məğlubiyyətlə rastlaşmayan idmançı yalnız Rocky Marciano olmuşdur. Onun aktivində 49 döyüş olmuşdur. 49 döyüşün 43-ünü vaxtndan əvvəl yekunlaşdırmış, rəqiblərini həkim arabasında yola salmışdır.

2.Çempion kəmərləri 4 versiyada təqdim edilir. 3 kəmər əldə edən idmançı tam hüquqlu dünya çempionu adına layiq görülür. Kəmər bir mənalı olaraq döyüşdən sonra meydanda təqdim edilir. Titulun qorunması üçün isə boksçu rinqə kəmərdə çıxır və döyüş başlamamışdan öncə onu saniyyə qeyd edən şəxsə ötürür. Əsirlərlə davam edən bu adət-ənənə pozularsa, külli miqdarda cərimələrlə yekunlaşa bilər. Kəmərlər orta qiymətli daşlarla və az miqdarda qızıl əlavələri ilə hazırlanır. Çempion olmuş idmançı öz kəmərinin nüsxəsini sifariş vermək ixtyarındadır. Bu xatirə əşyasının dəyəri təxmini min dollar təşkil edir.

3.Boks döyüşlərində qadınların kişiləri məğlub etdiyi hallarına rast gəlinib. Müxtəlif cins nümayəndələri arasında görüşlər 1999-cu ildən etibarən həqiqətən də baş tutmuşdur. İlk döyüş zamanı məhs zərif cinsin nümayəndəsi qələbə qazanmışdır.

4.Ən uzun döyüş 7 saat (yəni 110 raund) davam etmişdir. Döyüş Andy Bowen və Jack Burke arasında olmuşdur. Görüş heç-heçə yekunlaşmışdır. İlk başdan qarşılaşmaya 4 hakim nəzarət etmiş, sonra isə bir hakimlə yekunlaşmışdır. Digər hakimlər yorulduqları üçün dincəlməyə yollanmışlar. Ən tez döyüş isə 4 saniyyə çəkmişdir. Mike Collins bir zərbəyə Pet Braunsonu nokauta göndərmişdir.

5.91 saniyyə ərzində Michael Tyson o zamanların çempionu Michael Spinksə qalib gələrək 20 milyon dollar qazanmışdır.

6.2000-ci ilin yanvar ayında Dəmir Michael Julius Francislə qarşılaşır. 2 raund ərzində britanyalı 5 dəfə nokdauna düşür. Bundan sonra görüş dayandırılır. Britanyalı çempionun sözlərinə görə o məğlubiyyətə təssüflənmir. O bu görüşdən reklam müqavilələri hesabına yaxşı pullar qazanır.

Boks haqqında TOP15 fakt

7.Şahmat və boks həvəskarları üçün “Şahboks” yarışması təsis edilmişdir. Görüşlərdə dəqiq raundlarda oyunçular boksla məşğul olurlar, dəqiq olmayanlarda isə şahmat oynayırlar. Qalibiyyət ya mat etməklə, ya da nokauta göndərməklə mümkündür.

8.Boksçular arasında ən uzun ömürlü idmançı Max Schmeling hesab edilir. O 100 yaşını qeyd etməyə 5 ay qalmış dünyasını dəyişmişdir.

Boks haqqında TOP15 fakt

9.Ən hündür boylu boksçu Gogea Mitu hesab edilir. Onun boyu 2,20 metr təşkil edirdi.

10.Mexikoda “Asteka” arenasına təxmini 132 000 tamaşaçı toplanmışdır. Görüş Greq Hoqenlə Julio Chávez arasında baş tutmuşdur.

11.Uzunmüddətli çempionluq titulunun sahibi Joseph Louis hesab edilir. O bu adı 12 il müddətində daşımış və 25 dəfə qorumağa çalışmışdır.

12.”Rokki” filminin IV hissəsinin çəkilişləri zamanı Stallone Lundgrenə çəkilişləri real şəkildə aparmağı təklif edir. Nəticədə İsveç əsilli aktyor öz kolleqasını həkim qəbuluna göndərdi və çəkilişlər bir həfdə gecikdi.

13.Ağır çəkili idmançılar kimi Jeremy Mcsparren və Brandon Berri hesab edilirlər. Onların birlikdə çəkiləri 340 kq təşkil edir. Bu bütün idman tarixinin ən ağır çəkili görüşü hesab edilir.

14.Hollivud ulduzu Mickey Rourke səhnəni professional boks koryarasına görə tərk etmişdir. Onun bu sahədə uğurları möhtəşən olmasada, çapıq izləri onu yadda qalan edə bildi.

15.Zədələnmələrin gücünü zəiflətmək üçün boksçular xüsusi əlcəklər geyinirlər. Lakin, dəqiq zərbə zamanı heç bir qoruyucu vasitə fəsadların qarşısını ala bilmir.

Dünyanın ən təhlükəli idman növləri TOP10Michael Tyson haqqında 7 maraqlı fakt

Fikirlərinizi bildirin.