Biznes haqqında ən maraqlı və gərəkli 9 kitab

351
Biznes haqqında ən maraqlı və gərəkli 9 kitab

Biznes haqqında ən maraqlı və gərəkli 9 kitab. Biznes haqqında az kitab yazılmayıb. Ancaq onların çox az hissəsi həqiətəndə maraqlı, yeni və gərəkli informasiyanı oxucularına təqdim edə bilir. Bu gün sizə hər bir sahibkarın və ya sahibkar olmaq istəyən insanın oxumalı olduğu ən yaxşı 9 kitabı diqqətinizə çatdırmaq istərdik.

Bu cür ədəbiyyatı oxumaq yalnız biznesmenlər üçün xeyirli deyil. Nonfikşen dərgiləri və məşhur insanların avtobioqrafiyaları həvəsləndirici tarixi nəql etməklə yanaşı həyatımızın istənilən anında istifadə edə biləcəyimiz dəyərli məsləhətlər verir, çətin alnarda çıxış younu tapmaqda yardımçı olur və yanlışlıqlardan doğru nəticə çıxartmağı örgədir. Bü gün sizə bütün dünya üzrə top 9 ən yaxşı kitabın açıqlamalarını vermək istərdik.  Onların müəlifləri inanılmaz uğurlara imza atmışlar. Uğurlu koryera yüksəlişi yaşamaq istəyən istənilən insan bu bestsellerlərin ən azından birini oxumalıdır.

“Startap. Apple-nin eks-evenqalisti və Silikon Vadisinin ən cəsarətli kapitalistdən on bir master-klass” (The Art of the Start: The Time-Tested, Battle-Hardened Guide for Anyone Starting Anything), Guy Kawasaki

Yeni başlayanlar üçün gərəkli nonfikşen. Onun müəllifi məşhur marketoloqdur. Apple-ın tarixində olduqca ehtiyac duyulan işçilərindən biri olmuşdur. Məhs onun ideaları və prinsipləri sayəsində Mac məhsulları məşhurluq qazanmışdır. Öz kitabında özü demişkən “boş-boş danışmadan biznesi necə başlamaq olar” barəsində məsləhətlər verməkdədir.

“Mənim həyatım, mənim uğurlarım” (My Life & Work by Henry Ford), Henry Ford

Henry Fordun adı hamııya məlumdur. Onun biznesi idarəetmə cəhdləri hamını qürurlandırır. Buna görə də, hələ keçən əsirdə yazılmış avtobioqrafiya bu qədər məşhurdur. Kitab dəfələrlə bir neçə milyonluq tirajla müxtəlif dillərə dərc edilmişdir. Kitabda Fordun həyatı, biznesə baxışları, menecerlik və iqtisadiyyat haqqında məsləhətləri əks etdirilmişdir. Bir çox şirkətlər reallıqda onun idealarını həyata keçirmiş və yüksək nəticələrə sahib olmuşlar.

“Varlı ata, kasıb ata” (Rich Dad, Poor Dad), Robert  Kiyosaki

Kitab ilk səhifələrindən – ali təhsili olmayan insanın həyatda nəyəsə nail olmaq imkanının olmaması fikrinin təqzibi ilə başlayır. Müəllif aydın və həyatı misallarla universitet diplomunun olmaması yüksək hədəflərə nail olmamaq anlamına gəldiyinin doğru olmadığını sübuta yetirir. Kiyosakinin sözlərinə görə orta məktəbdə maliyyə təhsilinə sahib olmaq mümkün deyil. Ancaq, yaxşı kapital əldə etmək istəyən insana ilk öncə bu cür təhsil gərəklidir. Kiyosaki olduqca sadə və anlaşıqlı dildə maliyyə idarəetməsinin yollarını izah edir və kapitalın artımı sahəsində dəyərli məsləhətləri ilə bölüşür.

“Atlas çiyinlərini çəkdi” (Atlas Shrugged), Ayn Rand

Ayn Rand antiutopiya-romanı ilə dünyanı fəth etmişdir. O sahibkarlarla yanaşı gözəl ədəbiyyat oxumağı sevən istənilən insan üçün məsləhətlidir. Kitab bir çox uğurlu iş adamlarının stolüstü kitabına çevrilmişdir. O oxucunun dünyaya baxışını dəyişir, mövcud olmaqla bağlı qarşıya fəlsəfi suallar irəli sürür və eyni zamanda inandırıcı cavabarla cavablandırır. İnadkarlıq və cəsarəti örgədir.

“Çılpaq biznes” (Business Stripped Bare), Richard  Branson

Virgin Group şirkətinin təsisçisi kitabda öz biznes sirlərini açıqlamışdır. Özü dediyi kimi, “ön söz və əlavə kəlmələr işlətmədən bütün həqiqəti açıqlamışdır”. Oxucuları ser Richardın uğurları və uğursuzluqları barədə səmimi tarixi faktlar, məsləhətlər, biznes idealar gözləyir. Bütün bunlar ona biznes imperiasını qurmağa yardımçı olmuşdur.

“Hər şey cəhənnəmə, başla və et” (Screw It, Let’s Do It Expanded: Lessons in Life), Richard  Branson

Branson eyni zamanda avtobioqrafik manifest-kitab da yazmışdır. Kitabda hər zaman risk etmək, hərəkət etməyin gərəkli olduğundan danışılır. Müəllifin sözlərinə görə həyat sevmədiyin işlə məşğul olmaq üçün çox qısadır. Təhsilin və təcrübənin olmamasından aslı olmayaraq sadəcə başlamaq və etmək lazımdır. Gördüyünüz iş sizi məmnun etmirsə onu buraxmaq gərəklidir. Olduqca optimist və motivasiya verici bir kitabdır. Ən həvəzsiz pessimisti belə ruhlandıra bilər.

“Müflis olmadan özünəməxsuz tərzi necə yaratmalı?” (Как создать фирменный стиль и не разориться), Vasiliy Qoliney

İstənilən şirkətin özünə məxsus tərzə ehtiyacı var. Kiçik biznesə güc qoyaraq müəllif onun yaradılması yolunda məsləhətlər verir. Aydın misallar çəkərək sahibkarı yönləndirir. Kitab olduqca rahat və sadə dilə sahibdir.

“Botaniklər də biznes yarada bilirlər 1+2” (И ботаники делают бизнес 1+2), Maksim Kotin

Sahibkarlığın əsaslarına yeni baxış. Real biznesmen misalında kitab sıfırdan şəxsi şirkətin qurulma yollarından danışır. Olduqca sadə və yumaristik tərzdə yazılmışdır. Xeyli sayda gərəkli informasiyalar mövcutdur. Oxuduqdan sonra daxili aləminizdəki dəyişiklikləri hiss edəcəksiniz.

“Xöşbəxt edərək. Sıfırdan milayrda doğru” (Delivering Happiness. A Path to Profits, Passion, and Purpose), Tony Hsieh

Kitab Zappos şirkətinin general  direktoru tərəfindən yazılaraq həvəsləndirici məsləhətlərlə dolğun məlumat bazası hesab edilir. Müəlif əlavə kəlmələr işlətmədən öz uğur yolunu təqdim etmişdir. Bu yol isə həqiqətən insanı həvəsləndirir. Hsieh biznes yolunda ilk addımlarını on yaşından etibarən atmağa cəht göstərmişdir. Sonra isə Amazonla yaratdığı qız müəssisələrindən danışılır. Müəllif kitabda yalnız sıfırdan biznes qurmaq haqqında yazmır, o həmdə işçilərdən tutmuş müştərilərə qədər hamının necə şirkəti sevəcəyinin yollarını izah edir.

Sex haqqında TOP 10 kitabKişi feminizmi haqqında 5 maraqlı sayt

Əvvəlki məqaləAvtombil (Şassi) – Dayanacaq əyləcinin yoxlanması/ texniki xidməti
Növbəti məqaləAvtombil (Şassi) – Elektron idarəetmə əyləc sisteminin təmiri

Fikirlərinizi bildirin.