Bizi fərqləndirən 40 cəhət.
  • Kişilərdə pəltəklik, danışıq qüsuru halları daha tez-tez baş verir.
  • Kişilər gecələr daha çox xoruldayırlar.
  • Kişilərin dəriləri daha qalın, görmə qabiliyyətləri daha iti, maddələr mübadiləsi daha sürətlidir.
  • Kişilər qadınlara nisbətən ağrını daha çox hiss edirlər. Eyni zamanda xəstəliklərə qarşı dözümlülükləri azdır. Biz kişilər həqiqətəndə 38 dərəcə hərarətimiz olduqda “ölə” bilərik.

  • Ürək xəstəlikləri-inkişaf etmiş ölkələrdə kişilər arasında ən çox rast gəlinən xəstəlikdir. Onlar bu problemlə bağlı həkimə müraciət etməyi sevmirlər.
  • Kişilər qadınlara nisbətən daha çox daltonizmdən əziyyət çəkirlər. Lakin, varikoz və depresiya halları qadınlarda daha çox rast gəlinir. Depresiya hallarının az olmasına baxmayaraq, kişilər psixoloji baxımdan daha çox əziyyət çəkmiş olurlar.
  • Kişilərin eşitmə, iybilmə qabiliyytləri qadınlara nisbətən daha az inkişaf etmişdir. Bu səbəbdən bir çox hallarda rəngləri və iyləri fərqləndirə bilmirlər.
  • Sarışın oğlanların saqqalları digərlərinə nisbətən daha tez uzanır.
  • 8 həfdəyə qədər ana bətnində embrionlar qızlardakı kimi inkişaf yolu keçir. Bu anada olan Y xromosonlarının təsiri nəticəsində baş verir. Deməli qadın cinsi bir növ gələcək insanın baza komplektasiyası hesab edilir. Yalnız 8 həfdədən sonra X xromosomu oyanır. Nəticədə orqanizimdə testestron ifrazı qabiliyyəti yaranır.

Bizi fərqləndirən 40 cəhət.

  • Kişilərin genetik materiallarının keyfiyyəti onların həyat tərzləri ilə bağlıdır. Bunun yaşla əlaqəsi yoxdur. Deməli, düzgün həyat tərzi keçirən 70 yaşlı kişinin pis asıllıqlara sahib 20 yaşlı oğlana nisbətən daha sağlam övladı ola bilər. Qadınlarda isə əksinə, yaş çox önəmli məsələdir. 20 yaşlı qeyri-sağlam həyat tərzi keçirən qadın 40 yaşlı qadına nisbətən dünyaya daha sağlam övlad gətirər.
  • Uşaq yaşlarında oğlanlar qızlara nisbətən daha az gülürlər.

  • Kişilər arasında solaxaylar daha çoxdur.
  • Kişilərdə əl cəldliyi xüsusiyyəti qadınlara nisbətən aşağıdır.
  • Kişilər geyinən zaman ilk öncə bədənin aşağı hissəsindən başlayırlar (corab, şalvar və s.), sonra köynəyə keçərlər. Soyunan zaman isə sıralamanı geriyə doğru təkrarlayarlar. Qadınlar isə bir qayda olaraq hər iki prosesi əksinə edirlər.
  • Sviter və ya qolu qısa futbolka geyinən zaman kişilər həmişə köynəyin boyun hissəsini genişləndirərək başlarından keçirirlər. Qadınlar isə əksinə, geyimin aşağı hissəsindən tutaraq aşağı sürüşdürürlər.
  • Kişilərə çəki atmaq daha rahatdır. Bu üstünlükdən nadir hallarda istifadə edirlər. Bu səbəbdən də, varlı kişilər arasında köklər varlı qadınlara nisbətən daha çoxdur.
  • Kişilər qadınların əhatəsində olan zaman daha çox yeməyə meyilli olurlar. Bu vəziyyət süuraltı formada baş verir. Sanki, bununla qarşı tərəfə güc nümayişi niyyətində olurlar. Qadınlar isə tamami ilə əksinə.
  • Hərəkət edən cisimlərin kiçik detallarını kişilər daha yaxşı və tez görə bilirlər.
  • Əksəriyyət kişilər həqiqətəndə alış-verişi sevməzlər, shopingdə vaxt itirməyi mənasız sayarlar.

  • Buna baxmayaraq subay kişilər internet-maqazinlərdə daha aktivdirlər.
  • Kişinin hər bir hərəkətində müəyyən motiv mövcutdur. Qadın kişinin hədəflərini anlayarsa, istənilən kişi ilə (oğlu, əri, sevgilisi, işdə müdiri) rahat dil tapa bilər.
  • Kişilər özləri barədə çox narahatdırlar. Lakin, bunu nadir hallarda dilə gətirirlər.

  • Digər insanlara qarşı həssaslıq səviyyəsi qadınlara nisbətən daha aşağıdır.
  • Kişilər digər insanı daha çətin anlayırlar. Daxillərinə az baş vururlar, özlərini anlamağa çox vaxt cəhd göstərmirlər.
  • Kişilərə digər kişilərin fikirləri önəmli olmaz. Qadənlardan fərqli olaraq bu kimi şeylərin müzakirəsini etməzlər.
  • Bir çox hallarda qadınları bir sirr kimi qəbul edərlər, bəzən təklikdə olanda gizlin formada onlardan qorxarlar.
  • Bir çox kişilərin fikrincə 25-30 yaşdan (30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələ) tez evlənməyə dəyməz. Ancaq, statistikaya görə bir çoxları daha gənc yaşlarında ailə qururlar.
  • Özlərindən başqa kiminsə məsuliyyətini daşımaq istəmirlər. Əsasən də qadınların. Bu səbəbdən ciddi münasibətlərdən qaçırlar.
  • Kişilərdə dedi-qodu edirlər. Bu zaman fikirlərini emosyalarla bildirmədiklərindən daha inandırıcı səslənir.
  • Psixoloqların fikrincə kişilər daha çox fikir dəyişirlər və qadınlardan 2 dəfə çox yalan danışırlar. Araşdırmalara görə kişilər öz iş yoldaşlarına, müdirlərinə, dostlarına, əzizlərinə gün ərzində orta hesabla 6 dəfə yalan danışırlar. Qadınlar isə cəmi 3 dəfə.
  • Kişilər digər kişidən eşitdiyi xoş sözü, komplimenti daha yüksək qiymətləndirir.
  • Kişilərin münasibətlərdə ciddi addım atması üçün iki məsələdən biri olmalıdır: ya sevdiyi qadının həyatı üçün təhlükə yaranmalı, ya da onu itirmək qorxusu ona güc gəlməlidir.
  • Testestronun sıçrayışı diqqəti yayındırır, hadisəni nəzarətdə saxlamağı qeyri-mümkün edir. Məhs bu biokimyəvi səbəblərə görə kişilər yanından keçən qadının arxasınca baxar, sonra isə tez bir zamanda unudar.

  • Araşdırmalara görə kişilər digər qadınlara baxmağa həyatlarının bir ilini sərf edərlər. Hesablama rəqəmlərinə əsasən gün ərzində baxış müddəti 43 dəqiqə təşkil edir ki, bu da ildə 11 günə bərabərdir. Yəni 18-50 yaşları arasında 352 gün baxışırlar.
  • Kişilər həqiqətən bəzən sex istəmirlər. Bəzən sexsi simulyasiya edirlər.

  • Qadınlardan demək olar ki, iki dəfə çox sex haqqında düşünürlər. Təxmini gün ərzində 19 dəfə.
  • Doğru söz qarşı tərəfi pis edərsə, kövrəldərsə, həvəsini azaldarsa kişi çox güman ki, yalan danışmağı daha üstün tutar.
  • İmkanlı kişilər adətən arıq, imkanı zəif kişilər isə əksinə dolu qadınları sevərlər. Ac olan zaman kişi daha çox dolu qadınlara maraq göstərər.
  • Kişinin İQ səviyyəsi yuxarı olduqca onun xəyanət səviyyəsi bir o qədər aşağı olur.
  • Qadınlardan fərqli olaraq kişilərdə valideyin hissi uşaq doğulan zaman yaranmır. Uşaq biraz böyüdükdən sonra, onunla danışmaq, oynamaq, harasa getmək imkanı yarandıqda atalıq hissi güclənir. (Bizi fərqləndirən 40 cəhət.)

Fikirlərinizi bildirin.