Biz niyə tez qocalmağa başlayırıq? XIX əsrin səbəbləri. Biz istəsəkdə, istəməsəkdə qocalmaq mexanizmi 25 yaşdan etibarən başlamış olur. Dəyişikliklərin hiss edilmə səviyyəsi isə yalnız zaman məsələsidir. Ancaq unutmaq lazım deyil ki, genetik göstəricilərdən başqa bir çox şeylər xarici amillərdən də çox aslıdır: həyat tərzi, yaşayış yeri, ekologiya, qidalanma, iş, xoşagəlməz aludəçilik və s. Bu gün sizə qocalığın müasir dövr üçün 6 səbəbini toplamaq qərarına gəldik. Səbəbləri oxuduğunuz zaman kədərlənməyə dəyməz. Əksinə, bacardıqca bunları aradan qaldırmağa çalışın. Nəticədə prosesi nəzarətə götürə və bacardıqca uzada bilərsiniz.

Smartfon və sosial şəbəkələr

Sağlamlığımız yerində olsada və müxtəlif qadjetlərlə qucaqlaşıb yatsaqda elmi cəmiyyətlərin müxtəlif təbəqələrində cihazların əks etdirdikləri mavi işıqlandırmanın ziyanları barədə xeyli müzakirələr getməkdədir. Onun təsiri sona qədər araşdırılmamışdır. Lakin, dəqiq məlumat budur ki, gözlərin normadan artıq yüklənməsinə və istifadə zamanı oturuş formasına xüsusi diqqət yetirilməlidir. Ən azından əlinizdə smartfon olan zaman standart duruşunuzu yada salın: beliniz bükülür, boynunuz əyilir, başınız aşağıya doğru olur. Bütün bunlar istənilən halda dəriyə təsir edir. Digər əyilmələrdən dəri qırışlarının sayı xeyli artmaqdadır.

Necə etməli? Gündəlik sosial şəbəkələrin ziyarətini müəyyən qədər azaltmaq gərəklidir. Saatlara gözünüzü ekrana zilləmək doğru deyil. Təmiz hava, düzgün qidalanma, özünə qulluq qocalığı xeyli gecikdirə bilər.

Fast fud

Əgər həyatınızı olduqca zərərli və tez-bazar fast fud yeməklərsiz təsəvvür etmirsinizsə, o zaman əlavə kiloqramlara və qocalığa hazır olmalısınız. Üz dərisinin təravətinin itməsi, onun quruması, sallanması, konturların deformasiyaya uğraması, üz dərisinin ağarması və s. kimi nəticələrin hamsı məhs fastfudun nəticələri hesab edilir.

Necə etməli? Yediyiniz yeməkləri nəzarətdə saxlamalı, qida qəbulunun psixoloji təsirlərini dəyişmək gərəklidir. Unutmayın: biz yaşamaq üçün yeyirik, yemək üçün yaşamırıq.

Gün şüaları qəbul etmək

Bəzi həvəskarlar dəniz sahilində daha çox uzanıb, salaridə daha çox zaman keçirməyə çalışırlar. Eyni zamanda bu halda günəş şüaları əlehinə müxtəlif növ xüsusi kremlərdən istifadə edirlər. Nəticədə dəri zamanla olduqca quru, hissiyyatlılı və qızarmış formaya düşür. Bundan başqa normadan artıq günəş vannaları qəbuluna aludəçilik zamanla ümumi səhətinizə mənfi təsir edə bilir.

Necə etməli? Norma daxilində qaralmağa çalışın və bu zaman keyfiyyətli kremlərdən istifadə edin.

Siqaret çəkmək

Siqaret çəkmək dəriyə ciddi təsirə malikdir. Ultrabənövşəyi şüalarla zəngindir. Azad radikalları azad edir və dəridə enzim problemlərini yarada bilir. Onlar isə öz növbəsində elastin və kollaqen göstəricilərini aşağı salır. Beləliklə qırışlar və çatlar çoxalmış olur.

Necə etməli? Tədricən siqaretdən imtina etməyə çalışın. Həyatda başqa sevindirici anları yaşamağa üstünlük verin.

Ofis işləri

Bilirdinizmi ki, komputer qarşısında gündəlik olaraq 6 saat oturmaq insanı təxmini 5-10 il müddətinə daha tez qovcalda bilir? Bununla bağlı kosmetoloqlar arasında termin belə formalaşmışdır – kompüter siması. Bu halda göz qapaqlarının altı qaralır, dəri quru və hissiyyatlı olur, qırışlar çoxalır.

Necə etməli? Fasilə etməyi unutmayın. Təmiz havaya çıxın, bacardıqca çox su için, oturuş tərzinizə diqqət yetirin, hava nəmləndiricilərindən istifadə edin.

Həyat tərzi

Siz gecələr ayıq olmağı, gündüzlər isə yorğun halda sifət sallamağı xoşlayırsınız? Bu, həyat tərzinə müsbət təsir göstərmədiyi kimi üz dərisinə də olduqca ziyanlıdır. Məsələ ondadır ki, dərinin də özünə məxsuz həyat tərzi mövcutdur. Gecə saatlarında bütün toxuma prosesləri aktivləşir. Yeniləri yaranıb, köhnələri məhf olur. Deməli, gecə saatlarında gec yatmağınız, əylənməyiniz və ya komputerin qarşısında oturmağınız dərinin bioritmini dəyişmiş olur. Nəticədə dəri olduqca hisssiyyatlı olub hormonal fonu pozulur.

Necə etməli? Xroniki yuxusuzluq hallarından qaçmaq lazımıdr. İdmanla məşğul olun, sağlam qidalanmaya başlayın, dəri regenerasiyası üçün gecə kremlərindən və maskalardan istifadə edin.

Qədimdə impotensiyaya qarşı 7 qorxunc müalicə üsuluKeçmişdə işlədilər 6 köhnəlmiş sex məsləhətləri

Fikirlərinizi bildirin.