Bill Gates həyat qanunları. Microsoft-un yaradıcısı, Sietl, 65 yaş

Mən arsız deyiləm — tam əksinə. Mən mədəni biriyəm. Mən ciddiyəm. Mən heyrətamizəm.

Təsəvvür edin ki, — siz mənim həyatıma iki il əlavə etdiniz. Şərt qoydunuz – mən biznes məktəbinə yollanmalıyam. İnanmıram ki, bundan yaxşı nəsə edə bilərəm. Ətrafınızda gördüyünüz rəflərə diqqətlə baxın – siz heç burda biznes haqqında kitab görürsünüz? Bax belə.

Pul xərcləmək — onları qazanmaq kimi qəlizdir. Gələcəkdə mən anlaqlı formada pullarımı xərcləmək haqqında düşünürəm. Əlbətdə ki, o vaxta qədər pulum qalsa.

Saçlarımı darayıram — kiməsə e-mail göndərməmişdən öncə. Daha gözəgəlimli və səliqəli görünəcəyimi düşünürəm.

Biznes — gözəl oyundur. Minimum qaydalarla daim rəqabət və mübarizədir. Bu oyunda xallar isə pullarla ölçülür.

Deməliyəm ki, —  ABŞ prezidentinə təssüflənirəm. Mənim adım ona göndərilən məktubların nüsxələrində tez-tez görünür. Yəqinki, o öz elektron poçtundan baş çıxartmaqda məndən çox əziyyət çəkir.

Uğur insana heç nə örgətmir — o sadəcə ağıllı insanlara uduzma ixtiyarlarının olmadığını aydınladır.

Təzəlikcə restorana yollandım — mənə bir insan yaxınlaşdı və pul istədi. Mən özümü itirdim. O zaman o məndən onun iternetdəki səhifəsinə daxil olmağımı istədi. Bilmirəm bu nə dərəcədə doğru idi, ancaq bu alternativ istək mənim o qədər xoşuma gəldiki, ona beş dollar verdim. Bəlkədə həmin insan internetdə öz səhifəsini yaratmış evsiz, bayırda yatan biri idi.

Həyat daha rəngarəg ola bilər — əgər siz onun çağırışlarına daha yaradıcı yanaşa bilsəniz.

Əgər düşünsəm ki, — zamanla bağlı işlədilən terminlər arasında dini inanclar o qədər də effektiv deyil, o zaman həfdənin bazar günü səhər tezdən edə biləcəyim çox işlər var.

İnanılmazdır — ancaq Melina (Bill Gatesin həyat yoldaşı) məni özü ilə evlənmək istəyinə məcbur etdi. Bu çox qəribədir. Axı bütün bunlar mənim ailə qurmaqla bağlı rasioalistik fikirlərimə və düşüncələrimə ziddir.

Uşağın — televizora bağlı olmasındansa, kompüterə bağlı olması daha yaxşıdır.

Bir neçə il sonra — kompüterlərdə şəxsiyyət məsələləri formalaşacaq və çox gümanki, idiosinkraziya baş verəcək. Onlar səsli göstərişləri anlayacaqlar. Bəlkədə, onlar təəssüf hissini də biruzə verə biləcəklər. Ancaq bu hələ onların düşünəbilmə bacarıqlarının olacağı demək deyil.

Əgər sizə gələn məktubda — “böyüdülmə” ifadəsi varsa, çox gümanki bu spamdır.

Sevirəm — müxtəlif ekzotik yerlərdə baş tutan konfirensiyaları. Adamda elə hiss yaranır ki, olduğun məkan nə qədər gözəl görünürsə, orda o qədərdə az iş görülür.

Cavan olarkən — şahmatçılar arasında ən yaxşısı olmaq istəmişəm. İstəyirdim ki, IBM və Microsoftun portnyorluğu qorunub saxlanılsın. Bu hamı üçün xeyirli olardı. Lakin, burda da alınmadı. Elə insanlar var ki, onları işə götürmək istəyirdim – alınmadı. Bir sözlə həyatımda kifayət qədər uğursuzluqlar olub.

Bəzən mən paxıllıqla yanaşıram — proqramçılara Microsoft üçün proqram yazmağı dayandırdıqdan sonra çox vaxt zarafatcasına yığıncaqlarda deyirdim: “Bəlkə həfdə sonu işə gəlim və proqramı özüm yazım?”. İndi mən bu cür danışmasamda bu haqda düşünürəm.

Əgər bilsəydim ki, — finiş nöqtəsi hardadır, sizin fikrinizcə mən həmin ünvana bir neçə il öncə çatmazdım?

Steve Jobs həyat qanunlarıRichard Branson həyat qanunları

Fikirlərinizi bildirin.