Bığ növləri. Bığlarla bağlı dəb geri qayıdır. Artıq küçələri zəbt etməkdədir. Yəqinki bir çoxlaınız bu halda hansı bığ formalarını seçə biləcəyiniz haqqında düşünmüsünüz.
Bığlarla bağlı dəb olduca sürətlə yenilənir. 2005-ci ildən etibarən bığ saxlayan kişilərin sayı durmadan artır. Çox gümanki siz ilk başdan qəribə və ya kobud görünəcəksiniz. Lakin, ümumi tərzinizlə cəmləsəniz xoşagəlimliliyə sahib ola bilərsiniz.
Kişi bığlarının hansı formaları var? Hansı bığ formalarına üstünlük vermək gərəklidir? Şəkillərlə formaları birlikdə izləyək.
Velosibed rolu
Velosibed rolu bığları (Handlebar moustache) – yuxarıya doğru qatlanmış bığlardır. Bığlar velosiped roluna olduqca böyük bənzərliyi olduğu üçün belə adlandırılmışdır. Bu tərz birinci dünya müharibəsi zamanı əsgərlərin və döyüşçülərin üstünlük verdikləri tərz hesab olunur.
Bayker
Bu tərz qərbi Amerikada kavboylar arasında məşhur olmuşdur.
Karandaş
Karandaş bığlar (Pencil moustache) böyük olmayan karandaş tərzində olurlar. 1940-cı illərdə amerikan aktyoru Clark Gable sayəsində məşhurluq qazanmışdır.
Fu Manchu
Fu Manchu (Fu Manchu moustache) – bığları ingilis yazıçısı Sax Rohmerin ədəbi personajının şərəfinə adlandırılır. Doktor Fu Manchu obrazı 90 il müddətində qəddar dahidir. Fu Manchu bığları kobud və dahi insanlar üçündür.
Piramida
Piramida formasında olan bığlar (Pyramid moustache) kiçik piramida görkəmində olan kiçik ölçülü bığdır. Buruna yaxın hissəsi nazik olsada, aşağıya doğru qalın olur.
Macar bığlar
Macar bığları (Hungarian moustache) Macarıstan mənşəli qalın bığlar hesab edilir.
Diş fırçası
Diş fırçası bığları (Toothbrush moustache) – qalın, ancaq qısa bığlar. Bu kimi bığları təsəvvürünüzdə canlandırmaq üçün Adolf Hitler və Charlie Chaplin obrazlarını düşünməyiniz yetərlidir.
“Yalnız orda” bığları
“Yalnız orda” bığları (Barely there moustache) – çətinliklə hiss ediləcək və uzun olmayan bığlardır. Tez-tez təraş olunmağı sevməyən insanların çoxu bundan istifadə edirlər.
Dali bığları
Dali bığları (Dali moustache) – nazik, uzun və əyilmiş bığlardır. Bığ forması Salvador Dalinin şərəfinə adlandrılmışdır. Onlar üçün xüsusi qulluq və formaya salınması mütləqdir.
Şevron bığlar.
Şevron bığlar (Chevron moustache) – dodaqların üzərində qalın və enli bığlar nəzərdə tutulur. Bu cür bığ formasını məhs İosif Stalin çox bəyənirdi.
İngilis bığları
İngilis bığları (English moustache) – incə sonluqlarla olan uzun və enli bığlardır. Bu formada bığlar Britaniya imperiası zamanında hərbiçilər arasında çox məşhur idi.
Morj bığları
Morj bığları (Walrus moustache) – dodaqların üzərində olan olduqca həcimli bığlardır. Bu cür bığlar çox zaman ağızı örtür. Bığların həvəskarları arasında Mark Tven və Friedrich Nietzsche olmuşlar.
Özgüvəni olan şəxsin simiclik etməyəcəyi 10 məsələ, İslamda bığ və saqqal məsələləri, Saqqal haqqında 15 maraqlı fakt