Beyin haqqında 7 maraqlı fakt

754
Beyin haqqında 7 maraqlı fakt

Beyin haqqında 7 maraqlı fakt. Müasir dövürdə beynimizin bir çox yeniliklərin və üstünlüklərin əldə edilməsində rolunun böyük olması çoxlarına aydındır. Dayanmadan inkişafı və aktiv fəaliyyəti bizi digər canlılardan fərqləndirir.

Gəlin birlikdə olduqca az araşdırılan insan orqanı barədə bir neçə fakta diqqət yetirək.

  • Beynimizin 75%-i sudan ibarətdir. Su normasının bir balaca azalması belə onun fəaliyyətində ciddi fəsadlar yarada bilər.
  • İnsan beyni onun doğulmasının ilk ilində üç dəfə böyüyə bilir. Beynin ölçüləri 18 yaşa qədər artır, 40 yaşdan sonra isə tədricən kiçilir.
  • Beyin ağrını hiss etmir. Baş ağrıları isə əsasən beyində gedən kimyəvi reaksiyaların nəticəsində yaranır. Bunlar isə öz növbəsində əzələlərə və boyunda olan əsəb sonluqlarına təsir edir.
  • Sizin beyniniz bədəninizdə olan qanın və oksigenin 20%-ni istifadə etmiş olur. Kütləsi isə bədənin cəmi 2%-ni təşkil edir. Olduqca enerji istifadə edən mexanizimdir. Məhs bu məsələ təbiətdə olan digər canlıların beyninin insan beyni kimi inkişaf etməməsini müəyyənləşdirir. Heyvanlarda beyin yetərincə qidalanmır.
  • Yuxu – bu psixoloji və nevroloji faktorların kombinasiyasıdır. Sizin düşüncələrinizdə canlanır. Bu eyni zamanda sizin beyninizin yuxuda olan zaman belə çalışmasının təsdiqidir. Daha ağıllı və yaradıcı insanlar yuxularını daha maraqlı görürlər.
  • İnsanın beyninin yalnız 10%-nin işlətdiyi deyimini xatırlayırsınız? Əslində biz onu bütünlüklə çalışdırırıq. Sadəcə beyinin bütün hissəsi məntiqə və düşüncəyə cavabdeh deyil. Daxili oranların daimi fəaliyyəti əsəb sistemini daimi yenilənmədə saxlayır. O bütün resursları özündə cəmləyərək ətraf mühiti daim analiz edir.
  • Yaş keçdikcə bizə elə gəlir ki, beynimizin fəaliyyəti yavaşlayır. Əslində isə bunun səbəbi onun zəifləməsi ilə bağlı deyil. Sadəcə orda xeyli miqdarda informasiya cəmlənmiş olur. Nəticədə lazıı məlumatların axtarılması və nəticəyə gəlməsi üçün ona zaman gərəkli olur. Bu səbəbdən də aldığınız gərəksiz informasiyalarla bağlı ehtiyyatlı olmaq lazımdır.

Kişi spermasının üzə çəkilməsiStresslə bağlı 5 mif

Əvvəlki məqaləAvtombil (Mühərrik) – Mexaniki dizel püskürmə sisteminin diaqnozu (BOSCH)
Növbəti məqaləDəfn mərasimlərində striptiz

Fikirlərinizi bildirin.