Başqaları haqqında düşüncələriniz nə dərəcə obyektivdir?

Sizin qarşınızda 12 sual var. Hər sual 3 cavab variantı ilə cavablandırıla bilər. Sizin fikirlərinizi daha çox ifadə edən cavabları seçin. Çalışın olduqca səmimi olasınız.
1. Sənin fikrincə mədəni rəfdar və gözəl tərbiyəyə sahib insanlar adətən necə davranırlar?
2. Əgər ərlə arvad heç vaxt dalaşmırlarsa, o zaman onlar çox gümanki:
3. Sən ilk dəfə öz yaşıdınla qarşılaşırsan və o lətifələr, gülməli hekayələr danışmaqla özünü səmimi göstərməyə çalışır. Yaşıdın necə biridir?
4. Sən kiminləsə hər ikinizi maraqlandıran mövzuda söhbət edirsən. Qarşındakı insan söhbət zamanı aktiv şəkildə jestlərdən istifadə edir. Fikrincə bu nə deməkdir?
5. Tanışlarından kimisə daha yaxından tanımaq istəyindəsən. Bu hansı yolla etmək daha yaxşı olardı?
6. İnsan kafedə oturarkən ofisianta çox bəxşiş verir. Sənin fikrincə o niyə belə edir?
7. Bəzi insanlar heç vaxt söhbətə birinci başlamırlar. Sənin fikrincə onlar əslində necə insanlardır?
8. Bəzi insanlarla söhbət etmədən belə, üzlərinə baxaraq onların xarakterlərini anlamaq mümkündür. Səncə insanın kiçik alın hissəsinin olması nə deməkdir?
9. Söhbət zamanı sənin gözlərinə baxmayan insan haqqında nə deyə bilərsən?
10. Yəqinki hər hansı bir hadisə baş verdikdən sonra bu haqda bildiyini, sadəcə pis vəziyyətlə qarşılaşmamaq üçün əvvəlcədən heçnə demək istəməyən insanlarla rast gəlmisən. Onlar:
11. Yaxşı maddi imkana sahib insan düşünün. Lakin o həmişə çox ucuz şeylər alır. Səncə niyə belə edir?
12. Yəqinki nə zamansa xarici görkəminə görə insanları qiymətləndirməyə cəht göstərmisən. Səncə kök insanlar necə insanlardırlar?

Ünsiyyətə ehtiyacPsixoqeometrik testXarakterini örgən Neyrotizm-Emosyanal dözümlülük, XarakterXarakterini örgən Xoşgörülü olmaq-Acıqlı olmaq (rəqabət)Xarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq)Xarakterini örgən Yeni təcrübələrə açıq-qapalı olmaq,

Xarakter (yun. χαρακτηρ – əlamət, fərqləndirici xüsusiyyət, işarə) – şəxsiyyətin münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur.

Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.

Bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.

Psixoloqların apardıqları tədqiqatlar belə bir qənaətə gəlməyə imkan vermişdir ki, şəxsiyyətin münasibətləri xarakter əlamətlərinin fərdi özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. Birincisi, insanın düşdüyü hər bir tipik şəraitdə emosional həyəcanların fərdi özünəməxsusluğu şəxsiyyətin münasibətlərindən asılıdır. Həyati faktlar xarakterin hər bir xüsusiyyətinin məhz bu cür tipik şəraitdə özünü büruzə verdiyini göstərir. İkincisi, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən davranış fomasının özünəməxsus fərdi xüsusiyyətləri də onun münasibətindən asılıdır.

Fikirlərinizi bildirin.