Barack Obama həyat qanunları. ABŞ-ın 44-cü prezidenti, 59 yaş

Mən və prezidentlik? — boş şeylərdir. Siz ən yaxşısı mənim arvadımla bu haqda danışın. O həmişə mənim çirki corablarla belə bacarmadığımı söyləyir.

Problelər — heç vaxt sadə olmur.

Nə vaxtsa çəkmişəm (uyuşdurucu maddələr)? — hə, çəkmişəm. Heroin – heç vaxt. Ancaq nəşə, hətda koks belə istifadə etmişəm. Bununla fəxr etdiyimi deyə bilmərəm. Bu əlbətdəki, gənclik dövrünün səhfləridir. Yəqinki, anlayırsınız məni. Ancaq heç vaxt özümü yaxşı oğlan kimi göstərmək üçün çəkməmişəm. Sadəcə o zamanlar “mən kiməm” sualından can qurtarmaq üçün çəkirdim. Elə bil, buldozerlə ürəyimin düzəngahından keçirdim, yaddaşımın sərhədlərini qırmağa çalışırdım.

Afroamerikalıların qəzəbi — heçdə hər zaman produktiv olmur. Bir çox hallarda o ciddi qərar qəbulundan yayınmağa xidmət edir. Ancaq, bu qəzəb həqiqidir. Bu çox güclü qəzəbdir. Kökünü, səbəblərini araşdırmadan onun sona yetdiyini düşünsəniz anlaşılmazlıq uçurumu daha da dərinləşmiş olacaq. Bu isə insanlar arasında fərq düşüncələrini kritik həddə çatdıracaq.

İnsanlar məni necə oldu çağırıblar — həm “Alabama”, həm də “Sənin ananı” deyə.

Böyüyərkən — ağ dərili insanlar arasında çox zaman keçirirdim və öz taktikamı müəyyənləşdirirdim. Ağ dərililər sən özünü mədəni aparana, gülümsəməyə davam edənə və cəld hərəkətlər etməyənə qədər özlərini olduqca məmnun aparırlar. Onlar məmnunluqdan daha çox, rahatlıq əldə edirlər. Gənc, mədəni və qəzəbli hərəkətlər nümayiş etdirməyən qara dərili inanı görmək olduqca xoşagəlimlidir.

Afrikada — kəndlər arasında kəndlərin birinin insanlarının tox olmaları, birinin isə ac olmaqlarına diqqət yetirdikdə hansı hökümətin həqiqətən işlədiyini, hansının isə gün keçirdiyini görmək olur. Bir hökümət çalşır, digəri isə çalışmır. Bu səbəbdən də, höküməti düşmən kimi görən insanlar məni qorxuzur. Onlar hökümətin fundamental rolunu anlamırlar.

Çoxlu qan, tər və göz yaşı — bu gün sahib olduqlarımızı əldə etmək üçün çox əziyyət çəkilib. Ancaq, biz təzə başlamışıq.

İtkilərimiz — bu səkkiz il ərzində bizim ən böyük itkimiz büdcə kəsirlərini doldurmaq üçün gəlirlərimizin aşağı düşməsi deyil. Bu ümumi hədəfin, ali hədəfin itirilməsidir. Məhs bunu biz bərpa etməliyik.

Siz öz həyatınızı xeyli miqdarda pul qazanmağa həsr etməyiniz — ambisiaların olduğuna bir işarədir.

Müharibələrə qarşı deyiləm — mən axmaq müharibələrə qarşıyam. Düşünülməmiş müharibələrə qarşıyam. Ehtirasın qurbanı olmuş, düşüncələrə söykənməyən, siyasətə əsaslanan və prinsiplər heçə sayılan müharibələrə qarşıyam. Mən kabinetlərdə oturaraq bizim beyinlərimizi öz idealogiyaları ilə doldurmağa çalışanlara qarşıyam. Onlar hədəfləri yolunda insanların çəkdikləri əziyyəti və zülümləri gözə almırlar. Siyasətçilər və məmurlar insanların kasıblıq həddindən çıxartmamağa, cəmiyyətin gəlirlərinin artımına mane olmağa, korporativ söz-söhbətlərə səbəb olan, zamanla maliyyə krizislərinə yol açan addımlarına qarşıyam. Nəticədə böyük depresiya halları baş verə bilir.

Biz vətəndaş müharibələri ilə — oynamağı düşünmürük.

Kütləvi məğlubiyyət silahları — əlbətdə böyük təhlükə olaraq qalmaqdadır. Bir çox söz keçərliliyi olan ölkələr və terorist təşkilatlar bunu müxtəlif yollarla ələ keçirə bilirlər. Bu mənada dünya təhlükəsizlik məvhumundan çox uzaqdır. Məni Ukraynada baş verən bir hadisə çox təəcübləndirdi. Ora senator Dick Lugarla (1991-ci ildə yaradılmış birlikdə təhlükələrin aradan qldırılması üzrə təşkilatın yaradıcısı. Təşkilat bioloji, nüvə və kimyəvi silahların məhv edilməsi və onun Rusya, eyni zamanda possovet ölkələrinə çatdırılmasına son qoymaq məqsədi ilə yaradılmışdır.) birlikdə getmişdik. Biz Kievdə bioloji silahların hazırlanma labaratoriyasına baxış keçirdik. Bu cür binaların şəhərin mərkəzində və milyonlarla insanın əhatəsində yerləşməsi ağlagəlməzdir. Beləliklə, biz labaratoriyaya daxil oluruq və bizim gidimiz bizi kiçik soyuducuya yaxın aparır. İçində bütün qarışıqlar bir-birinin yanında düzülmüş olur. Sonra isə rahatlıqla onu əli ilə götürərək stolun üzərinə qoyub, bizə hansı fəsadların yarada biləcəyini izah edir. Sözüm ondadır ki, kimyəvi və bioloji silahların hazırlanma prosesində təhlükəsizliyin qorunması istiqamətində hələ çox işlər görməliyik.

Ən uzaqda olan — rus sərhədçisi belə biloji təhlükədən kənar qala bilməz.

Siyasətdə üç ay — bütün ömür deməkdir.

Yaxşı kompramis — bu yaxşı qanunvericilikdir. Bu sanki, gözəl musiqi əsəri və ya yaxşı kəlamdır. Hamı tez bir zamanda bunun işlədiyinin şahidi ola bilər.

Qanunvericiliyi — insanlara qarşı dəyişdirmək istəyi mənasız vaxt itkisidir. Biz yeni iş yerləri yaratmaq haqqında düşünməliyik. İraqda təhsili və tibb xidmətini inkişaf etdirməliyik. Buna görə də, qanunu dəyişməyə çalışmaqdansa ciddi şeylərə zaman ayrımaq gərəklidir.

Mənim dini inanclarım — məndə bəzi şübhələr yarada bilir.

Həyatımın hər günü — ideal olmadığımın bir xatırlatmasıdır. Əgər hər hansısa baş verən hadisələr bunu mənə xaırlatmasa belə, həyat yoldaşım mütləq xatırladır.

Artıq tərgizmişəm — hər yerdə anamın ağ dərili olduğunu deməyi. 20-30 il bundan əvvəl artıq anladım ki, bu həqiqəti deməyimlə sankı ağ dərilərin yanında çəkinən biri kimi görünürəm.

Bir çox siyasətçilər üçün pul — hakimiyyət və status demək deyil. Pul rəqibləri qorxutmaq üçün bir vasitədir. Bu həmdə öz qorxularını dəff etməyə yardımçı olur. Ancaq, qorxuların olmasa, çox gümanki məğlub olacaqsan. Senat olmaq üçün seçkilərə qoşulan zaman anladımki, vaxtımın çox hissəsini imkanlı şəxslər arasında keçirirəm. Bir qayda olaraq onlar ağıllı, maraqlı, həm də çekləri müqabilində öz idealarını qarşı tərəfdən eşitmək istəyən insanlardırlar. Zamanla onlara bənzəməyə başlayıb, adi insanlardan uzaqlaşmağa başlayırdım.

İran, Kuba, Venesuela — bütün bunlar Sovetlər Birliyinin qarşısında çox kiçik dövlətlərdirlər. Onlar bizə SSSR-i kimi narahatlıq yarada bilməzlər. Nəzərə alın ki, Sovetlər Birliyi bizə “Sizi yer üzündən silərik” deyndə belə, biz onlarla danışıqlara hazır idik.

Məni ən çox  — problemlərimizin böyüklüyü deyil, siyasətimizin kiçikliyi qorxuzur.

Fidel Kastronun həyat qanunlarıDonald Trumpın həyat qanunlarıSylvester Stallone həyat qanunları

Fikirlərinizi bildirin.