Bani – ləqəbli Anatoliy. Banişevskiy 23 fevral 1946-cı ildə Bakıda malakan ailəsində anadan olub və bütün həyatını bu şəhərə həsr edib. Azərbaycan dilini yaxşı bilən Anatoliy futbol oynamağa uşaqlıqdan məhlədə başdayıb.Bir dəfə 9 yaşı olanda məhlədə belə oyundan sonra bir kişi ona yaxınlaşaraq “Lokomotiv” klubunun uşaq futbol məşqçisi olduğunu bildirərək onu kluba dəvət etdi və Banişevskiy 3 il orda oynadı. Neftçi futbol klubuna 15 yaşında gəldi və tez bir zamanda əsas heyətə düşdü.

Bani - ləqəbli Anatoliy

Anatoliy ilk mükafatını yeniyetmələr yığmasında-Moskva Spartakında oynayarkən alıb. O zaman bütün klublardan ən yaxşı oyunçular seçilərək Spartaka yığılırdı ki, komanda beynəlxalq turnirlərdə iştirak etsin. İtaliya, San-remoda beynəlxalq turnirdə Banişevskiy 9 qolla bombardir adını qazanır.

Mərkəz hücumçusu Banişevskinin 19 yaşı olanda əsas yığmaya dəvət olunur və möhtəşəm nəticə qazanır-8 oyuna 7 qol.

Macarıstanda Banişevski 3 qol oyundan, bir qolda penaltidən(bu penaltinidə özü qazanır) vurur. Çox maraqlıdır ki, bu rekord eksiklopediyada qeyd olunmayıb. Ancaq 1965-ci ildə Yunanıstana vurduğu 3 qol qeyd edilib. Həmin vaxt hamı Neftçinin uşaq futbol məktəbinin müəllimi Boris Arkadyevin sözlərini yada saldı: ”Bizdə bir uşaq böyüyür. Birazdan hamı ondan danışacaq. Çox gözəl top duyumu var və çox cəsarətlidir.Gələcəyin dahi forvardlarından olacaq” . 19 yaşından artıq Anatoliy dünya çempionatında ən baxımlı oyunçulardan biri idi.

Daha sonra Cənubi Amerika turnesi oldu, Braziliya ilə Marakana stadionunda , Argentina ilə River-pleyd stadionunda, Uruqvayla ilə Sentinario stadionunda oyunlarda Banişevski 3 qol vurdu.Ən baxımlısı isə Marakanada başla 30-40 metrdən dahi Braziliyalılara vurduğu qol oldu.

Maraqlı faktdır ki, 21 noyabr 1965-ci ildə Marakanada vurulmuş bu topa Sovet mətbuatı demək olar ki diqqətdən kənar saxladı. Ancaq hətta FİFA prezidenti olmuş Joa Avelanj və Pelenin özüdə Banişevskinin bu qoluna heyran olduqlarını və onu yadda saxladıqlarını bildirmişdilər.

Sovet mətbuatının bu susqunluğu haqqında futbolçunun həyat yoldaşı İnna Qriqoryevna bildirmişdir: “Mərkəzi Sovet mətbuatı Bakı idmançılarının uğurlarına qısqanclıqla yanaşır və bu barədə geniş məlumat yaymırdılar. 1966-cı ildə dünya çempionatından sonra Banişevskiyə Alman klublarından birindən yarım milyonluq təklif və “Adidas” firmasından sponsorluq müqaviləsi təqdim edildi. Ancaq Sovet futbol federasiyası imtina verdi.

Çox maraqlıdır ki, Banişevskinin yığmada debüt oyunu da 4 iyul 1965-ci ildə elə məhz Braziliyaya qarşı Moskva çəhərində olub. SSSR-ri yığması 0-2 uduzarkən baş məşqçi Banişevskini oyuna salır. Ancaq bunun heç bir xeyri yox idi, çünki Braziliyaya 2 topla uduzaraq udmaq mümkünsüz idi. Ancaq Banişevski xatirələrindən: ” Uşaqlıqdan hamı Braziliya futbolu haqdadanışırdı. Mənim üçün onlarla bir meydanda olmaq, onların oyununu görmək böyeük xoşbəxtlik idi. Mən bu oyunları həyatımın axırınadək unutmayacam.”

Banişevskinin istedadını görən Moskva və Kiyev klubları ona klublarında oynamaq, şəhərlərində qeydiyyat və s. Təklif edirdilər. Ancaq “Bani” ləqəbli Anatoliy Bakını çox sevdiyindən Neftçiyə sadiq qalırdı. 60-cı illərdə Neftçinində möhtəşəm heyəti var idi: Markarov, Kuznitsov, Kramarenko , Semiqlazov , Tuayev ….

Bu heyətlə çox nailiyyətlərə çatmaq olardı. Ancaq bəzi idmandan kənar məqamlara görə cəmi bir dəfə 1966-cı ildə Neftçi SSSR-ri çempionatının bürünc medalını qazandı.

Qızıl qədər dəyərli “bürünc” necə qazanıldı?

1965-ci ildə Neftçi 27-ci SSRİ çempionatına ciddi hazırlaşırdı. Düzdür, mövsümün sonunda “Bakı neftçiləri” 17 komanda arasında 11-ci oldular. Amma heyətində Sergey Kramarenko, Vladimir Bruxti, Kazbek Tuayev, Anatoli Banişevski, Eduard Markarov kimi usta futbolçular olan komanda hər kəs üçün çətin rəqib sayılırdı. Həmin il komandanın rəisi Ələkbər Məmmədov idi. O həm də avqust ayına qədər baş məşqçi vəzifəsini də yerinə yetirmiş, daha sonra yerini Vasili Sokolova vermişdi.

SSRİ yığmasının heyətində də adından söz etdirən Banişevski 27-ci çempionatda rəqib qapılarına 8 top vurmağı bacarmışdı. Markarovun hesabında 10 qol var idisə, Tuayev 4 dəfə qapı torunu silkələmişdi. Çempionata inamla başlayan Neftçi sonradan qeyri-sabit çıxış edir və mükafatçılar sırasından xeyli aralı düşür. Amma bu uğursuzluq növbəti mövsümdə unutdurulur.

1966-cı ilin aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. Avqust ayına qədər komandanın rəisi və baş məşqçisi vəzifəsini tutan Vasili Sokolov postundan ayrılmağa məcbur olur. Ondan sonra baş məşqçi vəzifəsini Əhməd Ələsgərov üzərinə götürür, rəis isə, hazırda adı Qusar şəhərindəki stadionda əbədiləşdirilən Şövkət Orduxanov təyin edilir.

“Bürünc” “Neftçi”nin formasını həmin mövsüm bu futbolçular geyinirdi: Sergey Kramarenko, Vyaçeslav Şexov, Zahid Hüseynov, Vladimir Bruxti, Yaşar Babayev, Adil Babayev, Ravil Cəlilov, Arif Rzayev, Aleksandr Trofimov, Anatoli Qryazev, Nikolay Boqdanov, Nizami Salahov, Valeri Fedortsov, Yuri Stekolnikov, Kazbek Tuayev, Valeri Hacıyev, Eduard Markarov, Mübariz Zeynalov, Sergey Melkumov, Yuri Melkumov, Anatoli Banişevski, Anatoli Oqerçuk, Nadir Eynullayev, Vyaçeslav Lyoqki.

İlk 8 turu məğlubiyyətsiz başa vuran Neftçi bu göstəriciyə görə 4 komandadan biri idi. Lakin Leninqrad, Daşkənd, Alma-ata, Tbilisi və İrəvandan xalsız dönən komanda turnir cədvəlində vəziyyətini xeyli pisləşdirir. Bundan sonra Sokolova inam da tükənir və 16-cı turdan sonra onu köməkçisi Əhməd Ələsgərov əvəzləyir. Birinci dövrəni 7-ci pillədə bitirən Neftçi fasilədən sonra özünə gəlməyi, itirilən xalların əvəzini çıxmağı bacarır. Və həmin tarixi gün Neftçi “Spartak” üzərində 3:0 hesablı qələbə qazanmaqla bürünc medallara sahib çıxır. 1966-cı ilin noyabr ayının 30-da keçirilən qarşılaşmanın 18 və 21-ci dəqiqələrində Banişevski, 60-cı dəqiqəsində isə Markarov Moskva klubunu məyus edir.

Məşqçilər korpusu bu qarşılaşmada Kramarenko, Boqdanov, Bruxti, Babayev, Trofimov, Semiqlazov, Tuayev, Qryazev, Banişevski, Markarov və Hacıyevdən ibarət heyəti meydana buraxmışdı. Bu yaxınlarda haqq dünyasına qovuşan Mübariz Zeynalov isə son 14 dəqiqədə Qryazevin əvəzinə meydanda olmuşdu. Mövsüm ərzində Neftçi-nin rəqib qapılarına vurduğu qolların 14-də Tuayevin imzası var idi. Tez-tez SSRİ yığmasının heyətinə çağrılan Markarovla Banişevski isə hərəyə 12 qolun müəllifi idilər.

Qaydalara görə Neftçi-nin mövsüm ərzində keçirdiyi oyunların yarıdan çoxunda iştirak edən 12 futbolçuya bürünc medallar verilir. Təntənəli təqdimetmə mərasimində SSRİ Futbol Federasiyasının rəhbərliyi də iştirak edir. Medal alan xoşbəxtlər isə bunlar idi: Semiqlazov, Bruxti, Kramarenko, Tuayev, Hacıyev, Trofimov, Markarov, Qryazev, Boqdanov, Babayev, Zeynalov. Banişevski cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq, istisna hal kimi ona da medal təqdim olunur. Eyni zamanda həmin ili Banişevskiylə yanaşı Tuayev də SSRİ-nin “33 ən yaxşı futbolçusu” siyahısına adını yazdırmağı bacarır.

Ardı var…..
Bani - ləqəbli Anatoliy

Futbol-Canlı hesablarFutbol haqqında maraqlı faktlar