Balqabaq tumunun kişilər üçün xeyri

Tumların tərkibi və xüsusiyyətləri

Məhsul kişi sağlamlığı üçün olduqca xeyirlidir və zəngin tərkibə malikdir. Tərkibində:

  • B qrupunun demək olar ki, bütün vitaminləri;
  • Fosfor, maqnium, marqans;
  • Sink, med, kalsium, selenyum;
  • Dəmir, natrium, kalium;
  • K, PP, C, B, E vitaminləri.

100 qram balqabaq tumunun tərkibində maqniumun sutkalıq norması, marqansın iki qat norması, yarım norma dəmir, demək olar ki, tam norma sink mövcutdur. Aşağıdakı tibbi effektləri mövcutdur:

  • Onkoloji xəstəliklərin yaranmasının qarşısını alır;
  • Ürək-damar sistemini gücləndirir;
  • Maddələr mübadiləsini normallaşdırır;
  • Srtresə dayanıqlığı artırır;
  • Beynin fəaliyyətini yaxşılaşdırır;
  • Potensiyanı artırır.

Ümumi gücləndirici effekt tumların olduqca xeyirli olmasına, kişilər üçün isə istifadəsinin vacib olmasına dəlalət edir.

Məhsulun kalori dəyəri

Əbəs yerə bir çox dietoloqlar öz müştərilərinə balqabaq tumlarının istifadəsini tapşırmırlar. Ondan rahatlıqla müxtəlif sıyıqlar, qəlyanaltılar, disertlər hazırlamaq mümkündür. Qeyd etmək lazımdır ki, sözü gedən məhsuldan istifadə üçün xüsusi biliklərə sahib olmaq gərəkli deyil. Beləki, balqabaq 15-18 dəqiqə termik istiliyə verildikdən sonra olduqca yumuşaq olub, qəbul üçün yararlı vəziyyətə gəlir.

Aşağıdakı xəstəliklər zamanı balqabaq qəbulu məsləhət görülmür:

  • Məhsulun individual qəbul olunmaması;
  • Tərəvəzlərə qarşı alergik reaksiyalar zamanı;
  • Turşuluğun azalması ilə müşahidə olunan qastrit;
  • Mədəxorası və 12 barmaq bağırsaqda problemlər zamanı;
  • Şəkərli dibet xəstəlikləri.

Yuxarıda adı çəkilən xəstəlklərin hər hansı biri sizdə müşahidə olunursa, qida qəbulu zamanı balqabaqdan istifadə məsləhət görülmür. Əks halda səhətiniz kifayət qədər pisləşə bilər.

Balqabaq tumlarının kişilər üçün xeyri

Balqabaq tumları özündə təbii prostatoprotektoru cəmləyir. Yəni prostat xəstəliklərinin qarşısını alır. Tumlarda olan yağ maddələr mübadiləsi sisteminə, həzm prosesinə müsbət təsir etmiş olur. Qəbizliyin qarşısını alır. Orta yaşlı kişilərdə gemaroy kimi problemlərin həllində iştirak edir. Lakin, bu hələ məhsulun kişilər üçün xeyrinin tam siyahısı deyil.

  • Xərçəng xəstəliklərinin törədicilərinin, azad radikalların toxumalara təsirinin qarşısını alır.
  • Əzələ kütləsinin sürətli bərpasını təmi dir ki, bu da gənc insanların məşqlərə davam etməsinə imkan yaradır.
  • Mədənin və böyrəklərin fəaliyyətini təmin edir.
  • Əsəb impulslarının ötürülməsini yaxşılaşdırır ki, nəticədə ereksiya halı yaxşılaşır.
  • Böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.
  • Xolestronun səviyyəsini normallaşdırır.
  • Aterosklerozun proflaktikasını yerinə yetirir.
  • İnsulin ifrazını stimulasiya edir.
  • Prostat vəzinin işini normallaşdırır.

B5 vitamininin yüksək miqdarı sidik-cinsiyyət sistemi orqanlarındakı iltihab proseslərinə birbaşa təsir göstərən böyrəküstü vəzlərin işini yaxşılaşdırmağa imkan verir. Əgər onların fəaliyyətlərində zəifləmə olarsa, kişi orqanizmi olduqca həssas ola bilir. Sinir sisteminin qorunması cinsi funksiyanın pozulmasına səbəb olan həddindən artıq yüklənmələrdən, stresdən, yuxusuzluqdan azad olmağa imkan verir.

Toxumların tərkibindəki selenyum xərçəng hüceyrələrini öldürür və neoplazmaların yenidən ortaya çıxmasının qarşısını alır. Zəhərli maddələrin, ağır metalların atılmasını təşviq edir. Kişi sonsuzluğunun əla profilaktikasıdır.

Bir başa potensiyaya təsiri

Kişiləri əbəs yerə “insanlığın güclü nümayəndəsi” adlandırmırlar. Onlar təbiətdən güclü, dözümlü və qətiyyətlidirlər. Ancaq bu keyfiyyətlər arasında cinsi güc (potensiya ilə ereksiya) hələ də üstünlük təşkil edir, çünki kişi qüruru və ləyaqətinin mövzusu məhz odur.

Bədəndə mikroelementlər və vitamin çatışmazlığı səbəbindən potensiya zəifləyir. Balqabaq toxumlarının intim mənada faydası aşağıdakı faktlarla əlaqədardır:

  • 100 g təmizlənmiş ləpələr gündəlik sink ehtiyacını artırır, beləliklə erektil işin dayanıqlığını, hormonal səviyyələrin normallaşmasını təmin edir.
  • Vitamin kompleksi, pelvik orqanlardakı sıxlığı aradan qaldırır, həvəs və güc verir, buna görə də cinsi istək artırır.
  • Turşular antisklerotik təsirə malikdir və nəticədə kişilərin cinsi fəaliyyətlərinin ömürü artırır.
  • Mineral maddələr və zülallar immun və endokrin sistemlərin fəaliyyətinə müsbət təsir göstərir.
Maksimal olaraq müsbət təsirlər hansı halda hiss edilir?

Toxumların gündəlik istifadəsi kişilərin sağlamlığını gücləndirəcək, potensialı bərpa edəcək və sidik-cinsiyyət sistemindəki pozğunluqların qarşısını alacaqdır.

Ən yaxşısı təzə tumlardan istifadə etməkdir. Balqabaqdan tumlar götürülür və günəşin altında otaq temperaturunda qurudulur. Bu toxumlar duzlanmış və ya qovrulmuş toxumlardan daha böyük şəfa təsiri göstərir. Termik təsir qida miqdarını azaldacaq, kalori miqdarı isə əksinə artacaq. Toxumlar tərəvəzlərə, quru meyvələrə, dənli bitkilərə əlavə edilə bilər.

Gün ərzində hansı ölçüdə hansı şəkildə qəbul edilməlidir?

Qəbul üçün ən xeyirli forması onun qovrulmamış variantı hesab edilir. Bu halda heç bir termo təsirə məruz qalmır. Düzdü, qovrulmamış halda tumları rahat çırtlamaq olmur. Lakin, qabığın təmizlənməsi texnalogiyasının rahatlaşdırılması üçün kiçik bir sirr mövcutdur. Onları bir saat suda saxlayın və üzərinə bir-iki çimdik marqans əlavə edin. Bu halda qabıq daha rahat şəkildə çıxacaqdır.

Məhsul neytral dada və xoş ləpə qoxusuna malikdir. Eyni zamanda rahatlıqla meyvə-tərəvəzlərə, müxtəlif yeməklərə, sıyıqlara, şirniyyatlara əlavə etmək mümkündür.Gün ərzində norma olaraq 30-50 toxum kifayət edir.

Kişilər balqabaq tumlarını necə qəbul etməlidirlər?

Bir çoxları qovrulmuş və duzlanmış baqlabaq tumlarını daha çox sevirlər. Lakin, ehtiyyatlı olun: məhsulun tərkibində olan yağ turşuları termo istehsal zamanı toksinlərə çevrilir. Bundan başqa qovrulmuş tumlar zamanla maddələr mübadiləsinin pozulmasına və böyrəklərin fəaliyyətində problemlərə səbəb ola bilər. Ən yaxşı qəbul halı təbbi şəkildə sərilərək qurudulmuş dənlər hesab edilir. Ev şəraitində qurutma prosesini necə icra edə bilərsiniz?

Balqabağın içindən tumlar çıxarıldıqdan sonra, onlar yuyulur və bir başa olaraq gün şüaları düşməyən yerdə, yaxşı havalanma olan məkanda sərilərlər qurudulur. Tumları sərərkən qatının nazik olmasına diqqət yetirin. əgər proses düzgün şəraitdə getməzsə, nəticədə keyfiyyətsiz, xarab olmuş çərəz əmələ gələr.

Balqabaq tumlarının prostatın müalicəsi zamanı istifadə edilə biləcək reseptlər
“Ballı şarlar”

500 qr qovrulmamış tumu blenderdən və ya kofexırdalıyıcıdan keçirin. Alınmış qarışığa bir stəkan təzə bal əlavə edilir. Yaxşı qarışdırılaraq soyuducuya qoyulur. Bir neçə gündən sonra o bərkiməyə başlayacaqdır. Qarışığı bu halda və ya  santımetir ölçüsündə yumuru şar halına gətirərək qəbul etmək mümkündür. Gün ərzində bir şar dilin üstünə qoyularaq sorulur. Ən yaxşı vaxt səhər yeməyinə qədər olan vaxtdır. Qarışıq bir ay müddətində istifadə edilə bilər.

“Xeyirli qatıq”

1 sətakan yağsız qatığa 2 qaşıq xırdalanmış toxum qatılır. İstəyə uyğun olaraq qatıq təbii yoqurtla da əvəz edilə bilər. Ancaq, yoqurt qida rəngləndiricilərsiz və şəkərsiz olmalıdır.

“Balqabaq tozu”

Müəyyən qədər toxum götürülərək toz halına gətirilir. Bu cür resept prostat adenoması zamanı məsləhət görülür. Əldə edilmiş qarışıq ac qarına 1 qaşıq olmaqla daxilə qəbul edilir. Sizə çətinlik törədirsə, su ilə içə bilərsiniz.

Potensiyanın yaxşılaşdırılması üçün reseptlər

Erektil funksiyanın aktivləşdirilməsi üçün aşağıdakı balqabaq tumu əsaslı müalicəvi qarışıqlardan istifadə edilir:

  • Təmizlənmiş tumlar müvafiq olaraq blenderdən keçirilir və yarım stəkan balla qarışdırılır. Alınmış qarışıqdan 2 sm diametrində şarlar düzəldilir, soyuducuya qoyulur. Hər gün yenməkdən 40 dəqiqə əvvəl bir ədəd olmaqla qəbul edilir. Kurs bir ay müddətində davam etdirilir. Sonra isə müəyyən müddət fasilə verilərək kursa yeni başlamaq olar. Yetərki, siz istədiyiniz nəticəyə çata biləsiniz.
  • Müalicəvi içkini 2 sətkan balqabaq tumu, 1 litir su və 4 xörək qaşığı balla düzəltmək mümkündür. Tumları blenderdən keçirərək üzərinə qaynanmış su əlavə edin, qarışdırın. Bundan sonra bal əlavə edilir. İçki yarım stəkan bir ay müddətində gün ərzində üç dəfə olmaqla qəbul edilir.

Qarpızı təbii “Viagra” adlandırırlarQədimdə impotensiyaya qarşı 7 qorxunc müalicə üsulu

Fikirlərinizi bildirin.