Bəzi xoşagəlməz qoxulardan qurtulma yolları

390
Bəzi xoşagəlməz qoxulardan qurtulma yolları

Bəzi xoşagəlməz qoxulardan qurtulma yolları. Nəsə xoşagəlməz qoxu olduğunu hiss edirsiniz? Burununuzu tutmaq məsələnin həlli yoldu deyil. Oxuyun və çıxış yollarını axtarın.

Köhnəlmiş yemək

Uzun müddətli evi boş qoyduqdan sonra geri qayıdarkən soyuducuda köhnəlmiş yeməklərin qoxusunu hiss edirsiniz? Yadınızdan çıxan duzlu balıq, yumurtalar cürüyüb?

Azadolmaq

Soyuducunun içini təmizləyin, təzə doğranmış limonla üzərindən silin. Sonda bir stəkan soda qoyub, soyuducunu bağlayın.

Soğan

Öncədən planlarınız olmadığına görə naharda bir böyük baş soğan yemisiniz? İndi isə öpüşməniz tələb olunan görüşə çağrılmısınız?

Azadolmaq

Soğan dadını çox sevirsinizsə yeməklərə xırda doğranmış vəziyyətdə əlavə edin. Qastroenteroloqların sözlərinə görə bu halda soğan mədədə daha tez həzm oluna bilir. Yeməkdən sonra ağız boşluğunuzu isti su ilə yaxalayın və üzərindən kərəviz və ya cəfəri yarpaqları yeyin.

Sarımsaq

Soğanın iyi azmış kimi, hələ üzərindən sarımsaq da yemisiniz?

Azadolmaq

Bir sözlə soğan qoxusu üçün keçərli variantlar sarımsaq üçün də keçərlidir. Yəni eyni otlardan istifadə edin. Əgər əl altında göyərti yoxdursa, o zaman kofe dənini çiynəyin.

Tər

Günorta yeməyi zamanı yağlı qida qəbul edib, isti havada tərlədikdən sonra ətrafdakı insanların daha uzaq durduğunu hiss edirsiniz?

Azadolmaq

Yenidən duş almaq və yeni köynək geyinmək lazım olacaq. Bu halda üzərindən ətir vurmaq mənasızdır. Fizioloqların fikrincə müxtəlif ətirlər və təmizlik vasitələri tərləmədən öncə istifadə edilməlidir. Misal olaraq, gecə saatlarında. Siz yatarkən qoltuqaltı nahiyyəniz demək olar ki, tərləmir. Buna görə də, tər əlehinə vasitələr dəriyə daha dərindən nüfus edə bilir. Gündüzlər isə çox hissəsi tərlə yuyulur.

Spirtli içki

Yalnız bir qədəh içilmiş içki bəzən sizin vəziyyətinizi pisləşdirə, ağız qoxusu ilə xarizmanıza zərər verə bilər.

Azadolmaq

Hind qozu çiynəyin. Bu ağızdan gələn spirtli içki qoxusunun qarşısının alınmasında ən gözəl çıxış yoludur.

Kül qoxusu

Bütün qarderobunuzdan çəkdiyiniz siqaretin və külün qoxusu gəlir? Artıq təmiz geyimlə çirkli köyəkləri ayıra bilmirsiniz?

Azadolmaq

Geyimləri tozsoranlayın. Tozsoran geyimlərin üzərindəki kiçik kül dənələrini götürəcək. Sonra isə işıqlı və havalı yerdən asın.

Boya

Yeni boya çəkilmiş otaqda olarkən bu qoxudan azadolmaq asan məsələ olmur. Məkanı dəyişsəniz belə qoxudan can qurtara bilməyəcəksiniz.

Azadolmaq

Otaqda bir neçə boşqaba duz töküb künclərə yerləşdirin. Bu halda yağlı boya qoxusu tez çəkilir. İllərdir bu həll yolu nəsildən-nəsilə keçirilməkdədir.

Yanıq qoxusu

Film izləyərkən ən maraqlı səhnədə televizorunuz tüstüləməyə başlayır?

Azadolmaq

Bu halda adi hava ətirləndirici sizə kömək ola bilər. Apteklərdə və ya adi dükanlarda satılan təmizləmə baloncuqları zamanla əvvəlki təravətlilik qorxusu bərpa edə bilir.

Bədən qoxusu – kişiləri nə ehtiraslandırır?Kişilər ətirdən necə istifadə etməlidirlər?

Əvvəlki məqaləƏn bahalı boşanma mübahisələri
Növbəti məqaləMəşhur transgenderlər – cins dəyişikliyindən əvvəl və sonra

Fikirlərinizi bildirin.