Bədən qoxusu – kişiləri nə ehtiraslandırır? Bu sual qadınları həddən artıq düşündürür. Sadəcə onlar öz tanıdıqları kişilərin bu haqda nələrsə suruşub, özləri üçün nələrsə örgənmək istədikdə olduqca qəribə görünə bilərlər. Hər halda bir qadının ətrafındakı kişilərdən “sən hansı iydən ehtiraslanırsan?” soruşması hansısa gizli istəklərinin olması mənasına gələr. Ancaq, aparılmış tədqiqatlara və örgənilmiş rəylərə əsasən biz kişiləri olduqca fərqli iylər ehtiraslandıra bilər. Beləliklə, mövzuya keçid alaq.

Rəyi soruşulan kişilərin bir çoxlarının fikirlərinə görə ən çox bəyənilməyən hal şirin, tünd qoxu ilə tər qoxusunun birləşməsidir Bu artıq iki qat neqativlik hesab olunur. Çirkli və tərli bədəndə tünd ətir qoxusu bütün həvəsi və ehtirası anında məhf edir. Düzdür, bu fikirin müəyyən olunması üçün böyük rəy sorğusunun keçirilməsinə xüsusi ehtiyac olmasada nəticə araşdırmalarla təsdiqlənmişdir.

İndividual qoxular

Cütlüklərin qoxularına görə uyğunluqları dərəcəsi onların münasibətlərinin möhkəmliyinə və uzun müddətli olmasına təsiri çoxdan məlumdur. Misal olaraq, hər iki cinsin nümayəndəsində qarşı tərəfdən bəyəndiyi insanın bir müddət sonra qoxusunu qəbul edə bilməməsi, hətda o iyə qarşı nifrətin yarandığı müəyyən olmuşdur.

Bəs səbəb nədir? Məsələ – fermonlardadır. Fermonlar emisoinal qıcıqlanmaya cavab olaraq imun sisteminin ifraz etdiyi uçan maddədir. Yunan sözü olub, tərcümədə “ehtiraslandırıram” və “aparıram, çatdırıram” mənasını verir.

Emosional vəziyyətdən aslı olaraq orqanizm müxtəlif tərkiblərdən ibarət fermonlar ifraz edə bilir. Məhs bu qoxular nəticəsində portnyorlar arasında xüsusi bağlılıq yaranmış olur. Nəticədə, əldə edilmiş məlumatın analizi şüuraltı formada aparılır. Siz insanlarla yenidən qarşılaşan zaman onlarla uyğun olub-olmadığınızı müəyyən etmiş olursunuz. Araşdırmalara görə ən çox fermon ifraz edən xanımlar sarışın xanımlar olurlar.

İnsan cinsi fermonlarının xeyli hissəsi bədənin qatları arasında, anal və cinsi orqan ətrafında, eyni zamanda sinə (döşlər) və qoltuqaltı nahiyyədə formalaşır. Sadəcə qadınlarda iybilmə qabiliyyəti kişilərə nisbətən daha çox inkişaf etdiyindən onlar sevdikləri insanın kədərləndiyi, sevindiyi, qıcıqlandığı, narahatlıq yaşadığı anları daha tez duya bilirlər. Məhs buna görə qadınların xəyanəti və yalanı daha tez anladıqları inancı formalaşır.

Kişilər isə əksinə, fermon təsirini olduqca zəif hiss edirlər. Qadın bədən qoxusunun uyğun olmaması məsələsini kişilər sadəcə qadını bəynməmək kimi qiymətləndirirlər. Çox düşünmədən bu hətda “təmizlənməyən bədən” kimi də adlandırıla bilər. Bu halda kişinin anlayışında nələrisə dəyişmək, onun xoşuna gəlmək cəhtləri uğursuz və mənasız olur. Ən azından bədən iyindən qurtarmaq üçün gün ərzində 3-4 dəfə duş qəbul etmək kimi məsələlər ağıla sığası şeylər deyil. Bu halda xanımlara yalnız qoxusunu qəbul edə bilən, xoş təsir bağışlayan insanı tapmaq, yenidən axtarmaq məsələləri qalır.

Kişiləri həvəsləndirən qoxular

Quxu qəbuletmə məsələləri olduqca individual yanaşma olmasına baxmayaraq, bir çox insanlar üçün müəyyən iylər eyni ilə xoş təsir bağışlayır. Bir çox hallarda kişilər vanil qoxusuna aktiv münasibət göstərirlər. İkinci növbədə isə səndəl ağacının qoxusu həvəsləndirən qoxu hesab edilir. Ancaq, limon iyi güclü cinsin nümayəndələrini o qədərdə ehtiraslandırmır, əhval-ruhiyyəni tonusda saxladığından neytral hesab edilir.

Maraqlandıran və həvəsləndirən qoxu siyahısına eyni zamanda ambra, muskus, paçuli, qızılgül, moruq, alma və kedr ağacının qoxusu daxildir. Adi insanın iybiləmə qabiliyyəti 300-ə qədər qoxunu ayırd etməyə imkan verir. Lakin, bu evdə olan bütün qoxuları birləşdirmək və güclü eleksir əldə etmək mənasına gəlməz. Adları qeyd edilən siyahıdan xanımın özünüzə uyğun olan birini seçib, ona üstünlük verməyi yetərlidir. Qadınla eyni qoxu zövqünə malik kişilərdə yaşanan münasibətlərin uzun müddətli olma ehtimalı daha yüksəkdir.

Qadınlar ayrıldıqdan və uğursuz münasibətlərdən sonra xarici görünüşlərini, saç düzümlərini, işlətdikləri ətirləri dəyişməyə cəht göstərsələrdə, kişilərdə bu hal baş vermir. Kişilər daha çox seçimlərinə sadiqdirlər. Belə ki, onlar eyni qoxuya sahib yeni qadınla tanış ola və münasibət yaşaya bilərlər. Hətda bəzən yeni rəfiqələrinə köhnədən münasibətdə olduqları qadının istifadə etdiyi ətiri də hədiyyə edə bilərlər. Deməli, kişini artıq örgəşdiyi və sevdiyi ətirlə cəlb etmək, özünə baqlamaq mümkündür.

Sexsual qoxunu necə əldə etməli?

Müxtəlif iylər vasitəsilə sexsuallığı və ehtirası artırmaq mümkündür. Ancaq, eyni zamanda bu cür ətirlərdən normadan artıq istifadə qarşı tərəfdə həvəsi azalda, istəyi söndürə bilər. İlk öncə pəhrizlərin fermonların tərkibinə təsiri məsələləri unudlumamalıdır. Daha doğrusu, tutulması və riayət edilməsi çətin olan, müxtəlif narahatlıqlar yaradan pəhrizlər zamanı orqanizm stress vəziyyətinə düşə bilər. Nəticədə, bədən mübarizə mövqeyi tutaraq stress siqnalı fonunda müxtəlif qoxular ifraz edə bilər. Bu isə kişilər tərəfindən xoşa gəlməz qəbul olunar.

Eyni zamanda istifadə edilən antiperspirantlar fermon ifrazını zəiflədə bilir. Çox istifadə individual qoxunun qarşısını alır. Bu səbəbdən, kənar iylərdən çox istifadə etməkdənsə xanımlar imkan düşdükcə duş qəbulunu unutmamalıdırlar.

Fikirlərinizi bildirin.