Bədən çəkisinin sürətə təsiri

80
Bədən çəkisinin sürətə təsiri

Bədən çəkisinin sürətə təsiri. Gəlin birlikdə ən yaxşı nəticə üçün optimal ağırlığı müəyyən etməyə çalışaq.

Dünyanın ən sürətli marafonçusu və iki qat Olimpiya oyunlarının qalibi Eliud Kipchoge 167 boyunda olub, 52 kq çəkidədir. Bu indiyə qədər 42 195 m məsafıni 2 saatdan tez başa vura bilmiş yeganə insandır. Eyni zamanda, Usain Bolt 195 boy, 94 kq çəki ilə demək olarki, Kipchogedən iki dəfə böyük olmaqla yanaşı ən məşhur sprinterdir. Hər iki idmançı öz distansiyalarının ən yaxşıları hesab edilirlər. Bu halda qaçışla məşğul olan insan üçün hansı çəki daha münasib hesab edilir? Çəkinin qaçış sürətinə bir təsiri varmı?

Çəki sürətə təsir edimi?

Bu sırf qaçışın davamlılığından aslıdır. Əgər sprinter və distansiya 400 m-dən azdırsa, o zaman əzələlər ilk on saniyə ərzində olduqca aktiv çalışacaqdır. Bu cür iş böyük enerji tələb edir. Sprinterlər dəqiqə ərzində 200 addım atırlar. Hər addım isə atleti 2,2-2,4 metr irəliyə aparır. Bu səbəbdən də, qısa məsafələrdə qaçış zamanı siz start nöqtəsində hər zaman böyük əzələ relyefinə sahib oğlan və ya qızları görə bilərsiniz.

İdman mütəxəsislərinin izahına əsasən sprinterlər trenajor zallarda xeyli vaxt keçirirlər. Əks halda dağıdıcı gücə sahib ola bilməzlər. Yəni, start zamanı üstünlük əldə etməzlər. Lakin, əgər siz 42 km məsafəni qaçmağı planlaşdırırsınızsa, o zaman önəmli məsələ enerjini qorumağa çalışmaqdır. Marafon qaçışının elitası dəqiqədə 180-190 addım atır. Hər addımın böyüklüyü 1,6-1,9 m-ə bərabərdir. Ən yaxşı marafonçular arasında böyük əzələlərə sahib olanlara rast gəlinmir. Əksinə quru bədənə sahibdirlər. Yəni, nə qədər az çəkiyə sahib olsanız, o qədər də az enerji itirərsiniz.

Başqa sözlə desək, qaçan insan üçün bədən çəkisi ilə qaçış sürəti arasında iki ümumi qanunauyğunluq mövcutdur:

  • Əzələ kütləsi çox olduqca idmançı yüksək sürət toplaya bilər. Lakin sürət yüksəldikcə onun bu sürətlə qaçma zamanı qısalır.
  • Bədən çəkisi az olduqca idmançının dözümlülüyü artır və uzun məsafələrdə qaçış göstəricisi yüksəlir.
Qaçışla məşğul olan atletin bədən çəkisinin ideal göstəricisi mövcutdurmu?

Qaçmaq üzrə ciddi nəticələri hədəfləyən istənilən atlet optimal bədən çəkisində olmağa çalışır: yəni, ayaq azələlərini maksimal şəkildə inkişaf etdirməyə, ümumi bədən çəkisini azaltmağa. Bütün qaçışla məşğul olanlar – sprinterlər və stayerlər onlara sürətli və uzun məsafəli qaçışa mane olan yağdan yaxa qurtarmağa çalışırlar. Burda təəcübli heç nə yoxdur. Həvəs naminə qaçışla məşğul olan insanlar üçün də, bədənin ümumi çəkisi olduqca önəmli rola malikdir.

Qaçış üçün ideal çəkimizi necə hesablamalıyıq?

Mütəxəsislərin fikrincə ümumi qəbul edilmiş qaydaya əsasən ideal çəki bu qayda ilə hesablanmalıdır: İdeal çəki = boy – 100. Valideyinlərindən daha uzun boy və çəki mənimsəyənlər isə “boy – 90” düsturundan da istifadə edə bilərlər. Lakin, bu halda dəri altı piy qatı olduqca nazik olmalı, qarın relyefi (pres) gözlə aydın hiss edilməlidir. Adətən bu kimi insanlar çəki almağa meyilli olurlar. Ona görə də, daim özlərini çəkməli və gündəlik nəticəyə ciddi diqqət etməlidirlər. Diqqətləri bir qayda olaraq dözümlülüyün artırılması və inkişafına yönəlməlidir.

İncə uzun ayaqlara və qollara sahib olan insanlar isə əkisnə, əzələ kütləsini artırmağa, inkişaf etdirməyə çalışmalıdırlar. Bu yarışlar və qaçış məşqləri zamanı fiziki yüklənmələrin öhdəsindən gəlmək üçün vacibdir. Sözü gedən bədən quruluşuna sahib olanlar adətən dözümlülükdən əziyyət çəkmirlər. Gücün artımı olmazsa, sürət əldə edə bilməzlər.

İstənilən halda bədən quruluşunuzdan və qaçmağınızdan aslı olmayaraq əsas məsələ məşqləri davam etdirmək, fiziki aktivliyi qoruyub-saxlamaq və bütün bunlardan həzz almaqdır.

Niyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz?Qaçış üçün 10 səbəb

Əvvəlki məqalə30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir
Növbəti məqaləHansı yaşda insanlar yataqda eksperimentlər etməyə meyilli olurlar

Fikirlərinizi bildirin.