Azadlığın əlli çaları – Erika Leonard Ceyms

0
0

Azadlığın əlli çaları – Erika Leonard Ceyms

Minnətdarlıq

Çox sağ ol Niall, mənim dayağım,

Tənqidçim, rəfiqəm, sirdaşım və texniki işlər üzrə mütəxəssis Ketlinə təşəkkürlər;

Biyə – sonsuz mənəvi dəstəyinə görə minnətdaram;

Teylora (o da həmçinin texniki işlər üzrə mütəxəssisdir), Siziyə, Pemə və Noraya – ruhdan düşməyə imkan vermədiklərinə görə minnətdaram.

Məsləhət və göstərdikləri incəliklərə görə çox sağ ol demək istədiklərim:

Doktor Reyn Slüderə – bütün tibbi məsələlərdəki köməyinə görə;

Anna Forlaynza – maliyyə məsələlərində məsləhətlərinə görə;

Elizabet de Vosa – Amerikanın övladlığa götürmə sistemi ilə bağlı hərtərəfli köməyinə görə.

Meddi Blandinoya – onun incə, ilhamverici bacarıqlarına görə.

Pem və Cilliana – şənbə sabahlarındakı qəhvələri ilə məni həmişə real həyata qaytardıqlarına görə minnətdaram.

Redaktor heyətindən Andreaya və Şeyə minnətdaram; hər zaman nəzakətli, ara sıra özündən çıxan, mənim bütün dəliliklərimi təmkinlə, mətanətlə, və zarafatla yola verən Caninə minnətdaram.

Amandaya, bütün “The Writer’s Coffee Shop Publishing House” heyətinə və nəhayət, “Vintaj” ın bütün əməkdaşlarına böyük təşəkkürlər.

PROLOQ

Anacan! Anacan! Anam döşəmədə yatır. Çoxdan yatır. Xoşladığı tərzdə saçlarını daradım. Oyanmadı. Ana! Qarnım ağrıyır. Ağrıyır, çünki yemək istəyirəm. O adam burda yoxdu. Su istəyirəm. Stulu mətbəxdəki krana yaxınlaşdırdım və içdim. Su əynimdəki mavi köynəyimin üstünə töküldü. Anamsa hələ də yatırdı. O heç tərpənmirdi də. Ona soyuqdur. Öz adyalımı gətirdim, üstünü örtdüm və yanındaca, yapışqan yaşıl xalçanın üstündə uzandım. Anam oyanmaq bilmirdi. İki oyuncaq maşınım vardı. Döşəmənin üstündə anamın yanında ora bura qaçışırdılar. Yəqin anam xəstələnib. Yeməyə bir şey axtardım. Soyuducuda noxud tapdım. Noxud donmuşdu.

Yavaş-yavaş yedim. Noxuddan qarnım ağrımağa başladı. Anamın yanında yatdım. Noxud qurtarmışdı. Soyuducuda yenə də nəsə var idi. Amma qəribə qoxusu gəlirdi. Yalamaq istədim, dilimə yapışdı. Bir az yedim. Dadsız idi. Su içdim. Maşınlarla oynayıb yenə anamın yanında yatdım. O elə soyuq idi ki, oyanmaq da bilmirdi. Qapı taybatay açıldı. Anamın üstünü adyal ilə örtdüm. O gəlmişdi. “Zibilin biri zibil! Yenə nə olub burada? Hə, yıxılmış qancıq, yenə də yıxılıb qalıb. Zibilə bir bax! Rədd ol, yetimçə, ayaq altında dolaşma”. Mənə bir təpik vurdu və mən yıxıldım, başım yerə dəydi.

Ağrıtdı. O kiməsə zəng vurub sonra da çıxıb getdi. Anamın yanında uzandım. Başım ağrıyırdı. Polis qadın gəldi. Yox. Yox. Yox. Toxunmayın mənə. Toxunmayın. Mən anamla qalacam. Yox. Yox. Çəkilin. Polis xala adyalımı qaldırıb məni tutdu. Qışqırırdım. Ana! Anacan! Anamın yanına istəyirəm. Başqa sözüm yox idi. Daha danışa bilmirdim. Anam məni eşitmirdi. Başqa heç nə deyə bilmirdim.

— Kristian! Kristian! — onu kabusun dərinliyindən, məni ümidsizliyin dibindən dartıb çıxaran səs təlaşlı idi. — Mən burdayam. Yanındayam.

Kristian oyandı və Ana onun üzərinə əyilib çiyinlərindən yapışıb silkələdi. Üzü dərdli idi, bərəlmiş mavi gözləri yaşla dolmuşdu.

— Ana, — zəif nəfəslə pıçıldayırdı. Ağzının içində qorxunun turşməzə dadı qalmışdı. — Sən burdasan.

— Əlbəttə, burdayam.

— Yuxuda gördüm ki..

— Bilirəm. Mən burdayam, burda..

— Ana, — Ananın adını içini çəkə-çəkə deyirdi; bu ad bədənində və qanında zoqquldayaraq dolaşan kor və qara kabusa qarşı bir qoruyucu idi.

— Ş-ş-ş, mən burdayam.

O, Kristianın yanına uzandı, çevrilib qolları və ayaqları ilə onu qucaqladı. Qadının istisi onun bədəninə hopur, kölgələri qovur, qorxunu sıxışdırıb aparırdı. Ana – günəş idi, Ana – işıq idi. Və Ana – ona məxsus idi.

— Xahiş edirəm, gəl, bir də dalaşmayaq, — səsi bir az xırıltılı çıxırdı. Ananı qucaqladı.

— Yaxşı.

— Vədlər. Heç bir itaətkarlıq olmayacaq. Mən bacaracağam. Biz çıxış yolu tapacağıq, — sözlər tələsik və yöndəmsiz çıxırdı, sanki hisslərin axınında, qorxu və qarmaqarışıqlığın içində bir-birinə dolaşırdılar.

— Hə. Tapacağıq. Biz həmişə çıxış yolu tapırıq, — Ana pıçıltıyla deyib onu öpdü, susdurdu və gerçəkliyə qaytardı.

I HİSSƏ

Dəniz otlarından hörülmüş damın kiçik dəliyindən bütün səmaların ən mavi səmasına, Aralıq dənizinin yay səmasına baxırdım. Baxırdım və razılıqla köksümü ötürürdüm. Kristian yanımda çimərlik şezlonquna yayxanmışdı. Mənim ərim – köynəksiz və ayaq hissəsi kəsilmiş cins şalvarında yaraşıqlı və seksual – Qərbin bank sistemini iflasdan qorumaqdan bəhs edən kitabı oxuyurdu. Deyəsən, həyəcanverici triller idi: çünki çoxdandır onu belə səssiz görməmişdim. Birləşmiş Ştatların ən reytinqli özəl şirkətlərindən birinin uğurlu sahibindən daha çox indi o, tələbəyə oxşayırdı.

Bal ayımız başa çatmaqda idi, bunlar isə onun son epizodlarıdı. Mərakeşdə adı tamamilə özünə yaraşan bir otelin – “Biç Plaza Monte-Karlo”nun çimərliyində axşamçağı günəşindən həzz almaqda idik, düzdür, əslində, əvvəldən burada gecələməmişdik. Gözlərimi açıb körfəzdə lövbər salmış “Gözəl ledi”yə baxdım. Biz əlbəttə ki, bu dəbdəbəli yaxtada qalırdıq. 1928-ci ildə qurulmuş yaxtanın su üzərində olduqca gözəl duruşu var idi və körfəzdəki bütün yaxtaların arasında əsl şahzadəyə oxşayırdı. O mənə batareya ilə işləyən uşaq oyuncağını xatırladırdı. Kristan ona vurulmuşdu və onu satın almaq üçün niyə can atdığını, deyəsən, başa düşürdüm. Ah, bu oyuncaqlı oğlan uşaqları!

Kürəyimə yaslanıb aypodumda Kristian Qreyin hazırladığı musiqi albomunu dinləyir, tənbəl-tənbəl mürgüləyərək onun evlilik təklifini xatırlayırdım… Qayıqda etdiyi nağıla bənzər təklifini… Çöl çiçəklərinin ətrini belə hiss eləyirdim…

— Biz sabah evlənə bilərik? — Kristian qulağıma yavaşca pıçıldadı.

Ehtiraslı sevişmədən doymuş və yorulmuş halda yayılaraq başımı onun sinəsinə qoydum.

— M-m-m.

— Bunu “hə” kimi başa düşmək lazımdır? — sualdakı xoş təəccübünü hiss etdim.

— M-m-m.

— Yoxsa “yox”?

— M-m-m.

Gülümsədiyini hiss edirdim.

— Miss Stil, siz aydın danışa bilərsiz?

İndi də mən gülümsədim.

— M-m-m.

Güldü və məni bərk-bərk qucaqlayıb marçıltı ilə alnımın ortasından öpdü.

— Onda sabah, Veqasda.

Yuxulu-yuxulu başımı qaldırdım.

— Düşünmürəm ki, bu valideynlərimin elə də xoşuna gəlsin.

O, barmaqları ilə açıq kürəyimi yavaşca döyəclədi.

— İstədiyin nədir, Anasteyşa? Veqas? Hər cür həngaməsi ilə böyük toy? Düzünü de.

— Yox, böyük istəmirəm. Ancaq dostlar və yaxınlar.

Ona baxdım və boz gözlərindəki yalvarışlı baxışlarına heyranlığımdan gözlərimi çəkə bilmədim və öz-özümdən soruşdum: “Bəs, görəsən, onun istədiyi nə idi?”

— Okey, — Kristian başını tərpətdi. — Harada?

Çiyinlərimi çəkdim.

— Olmaz ki, elə burda edək? — ehtiyatla soruşdu.

— Sənin valideynlərinin evində? Etiraz etməzlər ki?

Mırıldandı.

— Anam sevindiyindən göyün yeddinci qatında olacaq.

— Oldu, onda burda. Atamla anam ikiəlli razı olacaqlar.

Kristian saçlarımı sığalladı. Bax, bu idi xoşbəxtlik. Bundan yaxşısı ola da bilməzdi.

— Beləliklə, vaxtı və yeri müəyyənləşdirdik.

— Amma sən ananla danışmalısan.

— Hmmm, — təbəssümü yoxa çıxdı. — Onun üçün bir ay lazım olacaq. Səni belə uzun müddət gözləməyə səbrim yetməyəcək qədər çox istəyirəm.

— Kristian, axı mən onsuz da səninləyəm. Özü də birinci gün deyil. Hə, yaxşı, olsun bir ay. — Sinəsindən marçıltı ilə öpdüm və gülümsədim.

— Sən yanacaqsan, — qulağıma pıçıldaması məni mürgüdən oyatdı.

— Yansam, ancaq səndən alovlanaram, — ona ən gözəl təbəssümümlə gülümsədim. Günortadan sonrakı günəş öz yerini dəyişmişdi və indi mən birbaş onun şüaları altında uzanmışdım.

O, gülümsədi və əlinin bircə cəld hərəkətilə üstünə uzandığım çimərlik şezlonqunu kölgəyə sürüşdürdü.

— Özünüzü Aralıq dənizi günəşindən qoruyun, missis Qrey.

— Siz necə də altruistsiz, mister Qrey. Çox sağ olun.

— Dəyməz, missis Qrey. Heç də altruist deyiləm. Əgər siz yansanız, onda sizə toxuna bilməyəcəm. — Qaşını qaldırdı, gözləri sevinclə parıldayırdı, mənimsə ürəyim sevgi ilə dolub daşdı. — Məncə siz özünüz də bunu yaxşı bilirsiz, sadəcə, əylənirsiz mənimlə.

— Doğrudan? — gözlərimi bərəldib qəsdən məsum görkəm aldım.

— Hə, hə, məhz belə edirsiz. Özü də tez-tez edirsiz. Və bu mənim sizdə xoşuma gələn çoxsaylı xırdalıqlardan biridir, — əyilib məni öpdü, alt dodağımı tutub dişlədi.

— Mən də ümidlənmişdim ki, kürəyimə losyon sürtəcəksən, — küskün-küskün dodaqlarımı büzürəm.

— Missis Qrey, bu, çirkli işdir, amma belə təklifdən imtina etmək mümkün deyil. Oturun, — xırıltılı səslə əmr etdi.

Tabe oldum və o, losyonu kürəyimə sürtməyə başladı. Barmaqlarının hərəkətləri ləng, güclü və çevik idi.

— Doğrudan da gözəlsən. Bəxtim gətirib səninlə, — dodağının altında mırıldandı, xəfifcə döşlərimə toxunaraq losyonu sürtürdü.

— Elədir ki, var mister Qrey, bəxtin gətirib, — kirpiklərimin altından gizlicə ona baxırdım.

— Təvazökarlıq sizə yaraşır, missis Qrey. Çevrilin. İndi də belinizlə işləmək istəyirəm.

Mən təbəssümlə çevrildim və o, dəhşət bahalı bikinimin bağını kənara çəkdi.

— Bəs əgər mən çimərlikdə başqa qadınlar kimi döşüaçıq günəşlənsəydim neyləyərdin?

— Heç xoşuma gəlməzdi, — Kristian düşünmədən cavab verdi. — Məncə sənin əynində onsuz da çox geyim yoxdur. — Əyilərək qulağıma pıçıldadı: — Taleyinlə oyun oynama.

— Bu hədədir, mister Qrey?

— Heç də yox, missis Qrey. Sadəcə, faktın konstatasiyasıdır.

Köks ötürdüm və başımı yırğaladım. Oh, Kristian… Qısqanclıqdan dəli olmuş tiranım.

İşini bitirən kimi ombamı şapalaqladı.

— Bəsindir, gözəl qız.

Yanından heç ayırmadığı, nə yuxu və dinclik bilən “BlackBerry”si astadan zəng çaldı. Mən qaşlarımı çatdım, o isə gülümsəyirdi.

— Bu, konfidensialdır, missis Qrey, — Kristian qaşını qaldırıb üzünə vacib görkəm aldı, yanıma daha bir şapalaq vurdu və yerinə qayıtdı.

Daxili ilahəm mırıldanırdı. Bəlkə bu axşam seçilmişlər üçün növbəti qeyri-ciddi tamaşa təşkil edə bildik. O bic-bic gülümsəyərək qaşını oynatdı. Bu düşüncəyə gülümsədim və gözlərimi yumub axşamüstü yuxusuna getdim.

— Mam’selle? Un Perrier pour moi, un Coca-Cola light pour ma femme, s’il vous plait. Et quelque chose a’manger… laissez-voir la carte.

Madmuazel? Zəhmət olmasa, mənə Perrier, arvadıma isə koka-kola layt gətirin. Və yeməyə də nəsə verin. Menyunu zəhmət olmasa…

Hm-m… Onun səsinə oyandım. Kristian fransızca yetərincə yaxşı danışırdı. Gözlərimi parlaq günəşin işığında qıyaraq açdım və Kristianı gördüm – mənə baxırdı, – bir də əlində tutduğu sinini yellədərək, o biri əli ilə isə başının ortasında topladığı sarışın saçının “quyruğunu” işvə ilə oynadaraq uzaqlaşan uniformalı gənc bir qadını gördüm.

— Su istəyirsən? — soruşdu.

— Hə, — yuxulu-yuxulu mırıldandım.

— Bütün günü sənə beləcə tamaşa etməkdən bezmərəm. Y-orulmusan?

Utandığımdan qızardım.

— Yuxudan doymadım.

— Mən də, — gülümsədi, BlackBerryni bir kənara qoyub ayağa qalxdı. Əynindəki şort azca sürüşmüşdü, altından çimərlik tumanı görünürdü. Kristian şortunu soyundu, şapşaplarını bir kənara atdı və fikirlərim bir anda dağıldı, dünyadakı hər şeyi unutdum.

— Gedək üzməyə, — Kristian əlini uzatdı, mənsə aşağıdan yuxarı ona mat-məəttəl baxırdım.

— Gedək üzməyə? — o, başını azca yana əyərək bic-bic mənə baxırdı. Susurdum, o isə başını yavaşca yırğaladı. — Deyəsən, səni yaxşıca silkələmək lazımdır.

Bir göz qırpımında Kristian yanımda peyda oldu, aşağı əyildi və məni qucağına aldı. Qorxudan çox həyəcandan çığırdım.

— Burax məni! Burax!

— Yalnız dənizdə, əzizim — deyib gülürdü.

Günəşlənən bir neçə nəfər süst maraqla bizi müşahidə edirdilər, bu isə, indi başa düşürdüm ki, fransızlara xarakterik bir cəhət idi. Kristian suya girdi və gülə-gülə irəli addımladı.

Qollarımı boynuna dolamışdım və gülməkdən özümü zorla saxlayaraq deyirdim:

— Bunu eləməyə hünərin çatmaz.

Kristian gülərək mənə baxırdı.

— Ana, əzizim, yəni tanış olduğumuz bu qısa vaxt ərzində heç nəyi başa düşməmisən?

Başını əyib məni öpdü, mənsə fürsətdən istifadə edib barmaqlarımı saçlarına keçirdim, hər iki əllərimlə yapışıb öpüşlə cavab verdim. Dilimi dodaqlarının arasından içəri sürüşdürdüm.

Dərin bir nəfəs alıb geri çəkildi. Gözlərinin içini ehtiras dumanı bürüsə də baxışlarının arasından təmkini boylanırdı.

— Məni yoldan çıxara bilməzsən. Sənin oyunlarını bilirəm, — pıçıltıyla dedi və məni də götürüb yavaş-yavaş sərin təmiz suya qərq oldu. Dodaqları dodaqlarımı yenə də tapdı və mən suyun sərinlədici soyuqluğunu hiss etmədən ərimin ətrafında dolanırdım.

— Axı sən deyəsən, üzmək istəyirdin.

— Səninlə üzmək olar? — Alt dodağımı dişlədi. — Hər halda istəmərəm ki, Monte Karlonun tərbiyəli sakinləri arvadımın ehtirasının qızğınlığını görsünlər.

Tərbiyəli sakinlər vecimə deyildi, dilimi tikanlı və qıdıqlayan çənəsinə dayadım.

— Ana, — Kristian xırıldayırdı və saçımın “quyruğunu” biləyinə dolayaraq başımı arxaya itələyib boynumdan aşağıya doğru öpməyə başladı.

— İstəyirsən?.. dənizdə? — ağır-ağır nəfəs alırdı.

— Hə, — pıçıldadım.

Kristian kənara çəkilib yuxarıdan aşağı mənə baxdı. Baxışları qaynar, ehtiras və şəhvətlə dolu idi.

— Missis Qrey, doymaq nədir bilmirsiz. Özü də elə arsızsınız ki. Bu nə canavardır mən yaratmışam?

— Özünə tay bir canavar. Guya mənə başqa cür dözə bilərdin?

— Səninlə bacardığım hər şəkildə olacam. Və sən də bunu bilirsən. Amma camaatın içində yox. — Başı ilə sahili göstərdi.

Nə?

Və həqiqətən də sahildə günəşlənənlər süstlükdən ayılaraq bizi maraqla süzürdülər. Birdən Kristian belimdən tutub məni yuxarı tulladı. Suyun üzərində yüksəlib, yenidən dənizə düşdüm, dibdəki yumşaq qumun üzərinə enib, anındaca üzüyuxarı üzdüm, öskürərək başımı sudan çıxarıb, ağzıma dolan suyu tüpürüb, özümdən asılı olmayaraq qəhqəhə çəkdim.

— Kristian! — Qəsdən mısmırığımı salladım. — Dənizdə sevişəcəyimizi və növbəti qeydimizi edəcəyimizi düşünürdüm.

Kristian gülməyini saxlamaq üçün dodağını dişlədi. Ona su sıçratmağa başladım, o da eyni şeyi mənə qarşı etdi.

— Bütün gecə var qarşımızda, — üzündə sərsəm, xoşbəxt təbəssüm var idi. — Sonra, əzizim, bir azdan.

Kristian suya baş vurdu, məndən üç fut aralıda suda görünüb yenidən suyun dibinə daldı, çevik və gözəl hərəkətlərlə üzərək dənizdə uzaqlaşdıqca uzaqlaşdı.

Mənim şux və ovsunlayıcı Kristianım! Əlli Çalarım! Günəşdən qorunmaq üçün ovucumu gözümün üstünə tutub onun arxasınca baxırdım. Məni yoldan çıxarmaq onun necə də xoşuna gəlirdi! Bəs mən özüm? Onu geri qaytarmaq üçün nələrə hazır deyildim ki?

ahilə qayıdıb variantları götür qoy etdim. Təzə içkilər şezlonqlarımızın yanında bizi gözləyirdi. Tələsik bir qurtum kola içdim. Kristian hələ çox uzaqda idi, dənizdə nöqtə kimi görünürdü.

Hmmm… Üz üstdə uzandım, bikinimin üstünü yöndəmsiz hərəkətlə çıxardım və səliqəsiz halda Kristianın şezlonquna tulladım. Bax belə, mister Qrey. Siz mənim necə arsız olduğumu hələ bundan sonra görəcəksiz. Dərs olsun sizə. Gözlərimi yumdum. — Günəş dərimi yandırır, sümüklərimi qızdırır və fikirlərim yavaş-yavaş süzülərək toy gününə doğru axırdı.

— Gəlini öpə bilərsiz, — Uolşun atası elan etdi.

Ərimə təbəssümlə baxdım.

— Axır ki, mənim oldun, — pıçıltı ilə dedi və məni qollarının arasına alıb dodaqlarımı yavaşca öpdü.

Artıq ərdəyəm. Və missis Kristian Qreyəm. Sevincimdən başım fırlanırdı.

— Gözəlsən, Ana — yavaş səslə dedi. Gözləri sevgi və daha atəşli bir şeylə — qaranlıq, yandırıb-yaxan bir ifadəylə parıldayırdı. — Məndən başqa heç kimə bu donu çıxarmağa izin vermə. Başa düşdün, — barmaqlarını yanağımdan aşağı sürüşdürdü və o barmaqların altında ruhum coşdu, gülümsəməsinin cazibəsindənsə qanım qaynamağa başlamışdı.

Lənət olsun. Axı bunu necə bacarırdı, özü də bu qədər adamın gözü qarşısında?

Sakitcə başımı tərpətdim. Ümid edirdim ki, bizi eşidən olmadı. Xoşbəxtlikdən Uolşun atası səssizcə kənara çəkilmişdi. Baxışlarımı toplaşanlara çevirdim – hamı ziyafət geyimlərində idi. Anam, Rey, Bob və Qreys əl çalırdılar, hətta Keyt də; mənim rəfiqəm. Keyt Kristianın sağdışı və həm də qardaşı Eliotun yanında dayanmışdı, açıq çəhrayı donunda çox gözəl görünürdü. Kimin ağlına gələrdi ki, hətta Eliot belə bəzənib düzənə bilərdi. Hamı sevinir və gülümsəyirdi, – gözünü kənarını ağappaq dəsmalı ilə gizlin-gizlin silən Qreysdən başqa.

— Hazırsız, missis Qrey? — Kristian utancaq təbəssümlə yavaşca soruşdu. Bu təbəssümdən içim əriyirdi. Döş cibindəki — gümüşü yaylığı və qalstuku ilə qara smokinqdə möhtəşəm görünürdü. O qədər-… yaraşıqlı görünürdü ki..

— Hazıram, həmişə də hazıram olacam, — sərsəm bir təbəssümlə cavab verdim.

Və beləliklə də toy qızışırdı…

Karrik və Qreys açıq çəhrayı, gümüşü və bej rənglərlə bəzənmiş, dörd bir yanı açıq və dənizə baxan çadırı hazırlayandan sonra şəhərə getmişdilər. Hava sarıdan bəxtimiz gətirmişdi, axşamçağı batmaq üzrə olan günəşinin əksi suların üzərində parıldayırdı. Çadırın bir tərəfi rəqs meydançası, digər tərəfi isə dəbdəbəli bufet üçün ayrılmışdı.

Reylə anam birlikdə rəqs edir və nəyəsə gülüşürdülər. Onlara baxarkən kədər qarışıq sevinc hissi keçirirdim Ümid edirdim ki, Kristianla münasibətlərimizin ömrü uzun olacaq. Məni tərk edib getsə nə günə qalacağımı təsəvvür belə edə bilmirdim. “Tələsən təndirə düşər”. Və bu deyim heç cür ağlımdan çıxmaq bilmirdi.

Yanımda gözəl, uzun ipək libasıyla Keyt peyda oldu. Mənə baxıb gülümsəyirdi.

— Hey, axı bu gün həyatının ən xoşbəxt gündür, — dedi.

— Elədir ki, var, — pıçıltı ilə cavab verdim.

— Ah, Ana, yenə nə olub? Yoxsa anana və Reyə baxırsan?

Başımı kədərlə yellədim.

— Onlar xoşbəxtdirlər.

— Hərə özü üçün.

— Şübhən var? — Keyt narahatlıqla soruşdu.

— Yox, yox. Sadəcə… onu çox sevirəm. — İçimdəki qorxularımı ifadə etməyə söz tapmadığımdan, ya da onları bölüşmək istəmədiyim üçün donub qaldım.

— Ana, hamı bilir ki, o səndən ötrü ölür. Bilirəm, münasibətləriniz heç də sadə başlamamışdı, amma son aylar görürəm ki, bir yerdə olmaq sizin üçün necə də yaxşıdır, ikiniz də necə xoşbəxtsiz, — o, əlimi tutdu və təbəssümlə əlavə etdi: — Bir də ki, indi artıq gecdir.

Güldüm. Keyt heç vaxt yanılmırdı. Mənə Ketrin Kavanaya xas özəlliyi ilə sarıldı.

— Hər şey yaxşı olacaq. Əgər başından bir tük əskik olsa, onda o mənim qarşımda cavab verməli olacaq, — o çevrildi və arxamda dayanmış birinə gülümsədi.

— Salam, əzizim, — Kristian arxadan mənə sarılaraq gicgahımdan öpdü. — Salam, Keyt. — Altı həftə keçməsinə baxmayaraq, onun Keytə münasibəti hələ də yumşalmamışdı.

— Salam, Kristian. Gedim sağdışını axtarım, yoxsa məni lap yadından çıxarıb.

Keyt ikimizə də gülümsəyərək qardaşı İtan və bizim ortaq dostumuz Xose ilə içki içməkdə olan Eliotun yanına yollandı.

— Vaxtdır, — Kristian asta səslə dilləndi.

— Nə tez? Çoxdandır belə ziyafətim olmamışdı və diqqət mərkəzində olmaq heç də pis olmazdı, — dönüb üzünə baxdım.

— Sən buna layiqsən. Çox gözəl görünürsən.

— Sən də.

Gülümsəyərək mənə baxdı və baxışları sanki yandırıb yaxırdı.

— Gözəl dondur. Sənə yaraşır.

— Bu köhnə? — utandığımdan qızardım və Keytin anasının tikdiyi sadə gəlinliyin zərif krujevasını sığalladım. Bu gəlinlik o dəqiqə xoşuma gəlmişdi — həm krujevalı, həm abırlı, həm də cəsarət istəyən gəlinlik idi.

Əyilib məni öpdü.

— Gedək. Bu adamlarla daha səni paylaşmaq istəmirəm.

— Öz toyumuzu buraxıb gedə bilərik?

— Əzizim, bu bizim toyumuzdur və biz istədiyimizi edə bilərik. Tortumuzu artıq kəsmişik, indi isə səni öz şəxsi istifadəm üçün götürüb qaçırmaq istəyirəm.

Güldüm.

— Mister Qrey, bunun üçün qarşınızda bütöv bir ömür var.

— Bunu eşitdiyimə şadam, missis Qrey.

— Hə, tapdım sizi! Qumrular kimi yaman baş başa vermisiz.

Bircə bu çatmırdı. Qreyin nənəsi gəlib bizi tapmışdı.

— Kristian, əzizim, nənənlə rəqs edərsən?

Kristian dodaqlarını büzdü.

— Əlbəttə.

— Sənsə gözəl Anasteyşa, get, o qocanı sevindir, — Teo ilə rəqs et.

— Teo ilə?

— Trevelyan baba ilə.

— Və artıq mənə nənə deyə bilərsən. Və bir də bu: uşaq məsələsində bir az tələsin. Mən nəticələrimi görmək istəyirəm, onsuz da çox yaşamayacam.

Qadın bizə süni təbəssüm bəxş etdi. Kristian ona dəhşət içində baxırdı.

— Gedək, nənə, — qarının əlindən tutub onu tələsik rəqs meydançasına apardı və gedərkən çevrilib narazı sifətlə mənə baxıb gözlərini süzdü. — Sonraya qalsın, əzizim.

Trevelyan babanın yanına getdim, amma Xose ilə rastlaşdım.

— Səndən daha bir rəqs xahiş etməyəcəm. Onsuz da səni az qala inhisara almışam. Səni xoşbəxt gördüyümə sevinirəm… Ciddi sözümdür, Ana. Nə zaman lazım olsam, yanında olacam.

— Çox sağ ol, Xose. Sən əsl dostsan.

— Tamamilə ciddiyəm, — tam səmimiyyəti ilə deyirdi.

— Bilirəm. Sağ ol, Xose. İndi isə bağışla, görüşüm var.

Heç nə anlamadan mənə baxdı.

— Kristianın babası ilə, — izah etdim.

Gülümsədi.

— Uğurlar, Ana. Bütün işlərində uğurlar.

— Sağ ol.

Qoca inanılmaz dərəcədə nəzakətli idi. Rəqsimiz bitəndən sonra şüşəli qapının yanında dayanıb günəşin körfəzdə parlaq narıncı və mavi kölgələr salaraq yavaş-yavaş Sietl üzərinə çökməsinə tamaşa elədim.

— Getdik. — Kristianın səsində hövsələsizlik var idi.

— Mən paltarımı dəyişməliyəm. –Qapıdan keçirib birlikdə yuxarı qalxmaq niyyəti ilə əlindən yapışdım. Heç nə başa düşməyib qaşlarını çatdı və məni özünə tərəf çəkdi.

— Elə bilirdim gəlinliyi çıxarmağa mənə kömək edəcəksən, — izah etdim.

Gözlər alov saçdı.

— Düzdür. — Kristian ehtirasla gülümsədi. — Amma səni burada soyundurmaq fikrim yoxdur. Hələlik burdan çıxıb gedə bilmərik… Bilmirəm… — Cümləsini yarımçıq qoyub əli ilə anlaşılmaz jest etdi, amma nə demək istədiyi tam aydın idi.

Utandığımdan pörtdüm və əlini buraxdım.

— Və nəbadə saçlarını açasan, — xəbərdarlığını etdi.

— Axı…

— Bunun “axı”sı yoxdu, Anasteyşa. Çox gözəl görünürsən. Və səni öz əllərimlə soyundurmaq istəyirəm.

Bax belə. Qaşlarımı çatdım.

— Özünlə götürəcəyin paltarlarını topla, — Kristian göstəriş verdi. — Lazımın olar. Böyük çamadanın Teylordadır.

— Yaxşı.

Görəsən, yenə nə plan cızıb? Biz hara gedirik? Mənə heç kim heç nə deməmişdi. Yəqin, heç kimin də xəbəri yoxdur. Nə Mia, nə də Keyt hələlik Kristiandan heç bir məlumat qopara bilməmişdilər. Anama tərəf döndüm – Keytlə birlikdə bir az aralıda dayanmışdı.

— Mən paltarımı dəyişməyəcəm.

— Nə? — anam təəccübləndi.

— Kristian istəmir. — Çiynimi çəkdim, sanki bu kifayət edirdi və başqa heç bir açıqlamaya ehtiyac ola da bilməzdi.

— Hər şeydə ona tabe olmağa söz verməmisən, — anam təmkinlə qaşlarını çataraq xatırlatdı. Keyt fınxırdı və dərhal da asqırdı. Tərs-tərs ona baxdım. Nə onun, nə də anamın bu məsələ ilə bağlı Kristianla etdiyimiz mübahisələrdən xəbərləri yox idi. Bu mübahisələr haqqında danışmaq istəmirdim. Lənətə gəlsin, görəsən, ərimin əsəbləri və əziyyətləri gördüyü kabuslara görə ola bilərmi?

— Bilirəm, anacan, amma bu paltardan onun xoşu gəldi və mən onu məmnun etmək istəyirəm.

Anam yumşaldı. Keyt gözlərini süzdü və bizi baş-başa buraxmaq üçün aralandı.

— Əzizim, sən çox gözəl görünürsən. — Karla üzümə sürüşən telimi nəvazişlə kənara çəkib yanağımı sığalladı. — Səninlə elə qürur duyuram ki. Əminəm, Kristianı xoşbəxt edəcəksən. — Sözünü bitirib məni bağrına basdı. Ah, anacan! — Elə böyümüsən ki, heç adamın inanmağı gəlmir. Sənin üçün yeni həyat başlayır. Kişilərin başqa planetdən olduqlarını həmişə yadında saxlaya bilsən onda hər şey yaxşı olacaq.

Yavaş səslə hırıldadım. Anamın heç xəbəri belə yox idi ki, mənim Kristianım başqa kainatdandır.

— Sağ ol, anacan.

Rey anamla mənə gülümsəyərək yaxına gəldi.

— Karla, sənin gözəl qızın necə də böyüyüb. — Gözləri fəxrlə parıldayırdı. Təzə smokinq və solğun çəhrayı jiletində o elə özü də çox eleqant görünürdü. Ona göz vurdum və gözlərim yaşla doldu Ah, yox… bura qədər özümü saxlaya bilmişdim.

— Sənin gözlərinin qabağında və sənin köməyinlə böyüyüb, Rey. –Anamın səsi kədərli idi.

— Və bundan zərrə qədər olsun peşman deyiləm. Sən bu rolda olduqca gözəlsən, Ani. — Rey sözə baxmayan saçımı qulağımın arxasına yığışdırdı.

— Ata… — Boğazımın tən ortasında düyünlənmiş qəhərimi güclə boğdum, o isə məni qısa və yöndəmsiz tərzdə qucaqladı.

— Səndən yaxşı arvad olacaq, — boğuq səslə deyib əlimi buraxdı. Kristian artıq yanımızda idi.

Rey onun əlini mehribanlıqla sıxdı.

— Qızıma yaxşı bax.

— Elə mənim də niyyətim budur, Rey… Karla… — Kristian ögey atamı başı ilə salamladı, sonra da anamın əlini öpdü.

— Qonaqları çıxışa qədər aparan yol boyu əllərini yuxarı qaldırıb canlı dəhliz yaratmışdılar.

— Hazırsan? — Kristian soruşdu.

— Hə. Sağ ol

O, məni yuxarı uzanmış əllərin yaratdığı tağın ortası ilə aparır. Hamı qışqırır, bizə xoşbəxtlik arzulayır, təbrik edir və yolumuza düyü səpirdilər.

Bu dəhlizin ən sonunda gülümsəyənlər isə Qreys və Karrikdir. Onlar da bizi qucaqlayır və öpür. Qreysin yenə gözləri dolur. Biz tələsik sağollaşırıq.

Teylor artıq “Audi”nin sükanı arxasında idi. Kristian qapını açdı, mən çevrilərək əlimdəki ağ və çəhrayı qızılgül dəstəsini bir yerə toplaşmış gənc qızlara tərəf tulladım. Gül dəstəsini Mia tutdu, o, qələbə təbəssümü ilə uçunurdu. Gülə-gülə əyilib maşının salonuna oturdum, Kristian isə gəlinliyimin ətəyini toplamaq üçün əyilmişdi. Yerimdə rahat oturduğuma əmin olandan sonra qonaqlara tərəf çevrilib əlini yellədi.

Teylor onun üçün qapını açdı.

— Təbriklər, ser.

— Sağ ol. — dedi və keçib yanımda oturdu. Teylor maşını yerindən tərpətdi və biz düyü yağışının altında uzaqlaşdıq.

Kristian əlimi əlinə alıb barmaqlarımı öpdü.

— Deyəsən, hələlik hər şey yaxşıdır, hə missis Qrey?

— Hələlik hər şey gözəldir, mister Qrey. Hara gedirik?

— Si-Taka, — sfinks sayağı sirli təbəssümlə cavab verdi.

Gözlədiyimin əksinə olaraq Teylor uçuş terminalı tərəfə yox, birbaşa xidməti uçuş zolağından sürüb keçdi. Yaxşı, bəs sonra?

Və birdən mən onu gördüm – ,Kristianın şəxsi təyyarəsini. Üzərində mavi rənglə iri hərflərlə “ Gray Enterprises Holdings İnc…” yazılmışdı.

— Şirkətin mülkiyyətini yenə də öz şəxsi məqsədlərin üçün istifadə edirsən!

— Sən haqlısan. — gülürdü.

Teylor trapın yanında dayandı, tez maşından sıçrayıb qapını Kristian oturan tərəfdən açdı. Onlar öz aralarında nəsə danışdılar və bundan sonra Kristian mənim üçün qapını açdı, amma kənara çəkilmək yerinə əyilərək məni qucağına götürdü.

Ah!

— Neynirsən?

— Səni kandardan içəri keçirirəm.

— A…

Bunu gəlini evə keçirərkən edirlər adətən.

Məni qucağında trapın pilləkənləri ilə qaldırdı. Teylor arxamızca çamadanımı daşıyırdı, onları təyyarə qapısının kandarına qoyub, aşağı endi və “Audi”yə tərəf getdi. Bortun içərisinə boylandım və Kristianın pilotu Stiveni gördüm.

— Göyərtəyə xoş gəlmisiz, missis Qrey. — O, mehribanlıqla ikimizə də gülümsədi. Kristian məni qucağından yerə qoyub Stivenə əlini uzatdı.

Stivenin yanında tünd saçlı, uniformalı uzağı otuz yaşlarında bir qadın dayanmışdı. – Təbriklərimi qəbul edin – Stiven dedi.

— Çox sağ ol. — Kristian üzünü mənə çevrildi. — Stivenlə artıq tanışsan. Bu gün o, bizim kapitanımızdır. Bu isə Biqlidir, onun birinci köməkçisi.

Qadın Kristian onu təqdim edərkən qıpqırmızı oldu və utana-utana gözlərini qırpdı. Gözlərimi süzdürdüm. Ərimin daha bir pərəstişkarı. Məncə bu məhz o vəziyyətdir ki , insanın məşhurluğu onun öz ziyanına işləyirdi.

— Tanış olmağımıza şadam, — Biqli həvəslə dedi. Ona nəzakətlə gülümsədim. Nə qədər olmasa, Kristian artıq mənimdir.

— Hər şey hazırdır? — Kristian soruşdu.

Salona göz gəzdirdim. İnteryer açıq rəngli ağcaqayın və krem rəngli dəri ilə işlənmişdi. Xoş görünürdü. Salonun lap sonunda daha bir qadın dayanmışdı, xoş görünüşlü, qarasaçlı biri idi. Bu kimdir belə?

— Bütün sistem qaydasındadır. Hava şəraiti düz Bostona qədər əlverişlidir.

Boston?

— Burulğan?

— Bostona qədər gözlənilmir. Şennon üzərində bir balaca hava dəyişkənliyi var. Bəlkə orada bir az çalxaladı.

Şennon? İrlandiya?

— Aydındır. Ümid eləyirəm, yatmaq mümkün olacaq, — Kristian dedi.

Yatmaq?

— Onda uçuruq, ser, — Stiven dedi. — Sizi Nataliyaya əmanət edirəm, bort bələdçinizə. — Ərim ona ani bir baxış atdı və qaşlarını çatdı, Stivenə tərəf dönərkən isə gülümsəyirdi.

— Əla. — Kristian əlimdən tutub məni dəbdəbəli kresloya apardı. Burada cəmi on kreslo vardı. — Əyləş. — O smokinqini çıxarıb atlas parçadan olan gümüşü jiletinin düymələrini açmağa başladı.

Üzbəüz oturduq. Aramızda, kiçik cilalı masa var idi.

— Təyyarəyə xoş gəlmisiz. Təbriklərimi qəbul edin. — Nataliya hərəmizə bir qədəh çəhrayı şampan uzatdı.

— Sağ ol, — Kristian dedi, qarasaçlı qadın nəzakətlə gülümsəyib öz yerinə çəkildi.

— Xoşbəxt ailə şərəfinə. — Kristian qədəhini qaldırdı və biz qədəhlərimizi toqquşdurduq. Şampanın çox gözəl dadı vardı.

– “Bolanje”? – deyə soruşdum.

— Özüdür ki, var.

— İlk dəfə onu çay fincanında içmişdim.

— O günü yaxşı xatırlayıram. Sənin məzun olduğun gün.

— Hara uçuruq? — Marağımdan artıq özümü saxlaya bilmirdim.

— Şennona. — Kristianın gözləri macara axtaran balaca oğlan uşağının gözləri kimi qaynayırdı.

— Deməli, biz İrlandiyaya gedirik?

— Benzin doldurmaq üçün, — dedi. Məni ələ salır.

— Bəs sonra? — mən də əl çəkmədim.

Təbəssümü bütün üzünə yayıldı və başını yellədi.

— Kristian!

— Sonra London. — reaksiyamı öyrənmək üçün diqqətlə mənə baxdı.

Belə de! Mənsə elə bilərdim biz Nyu Yorka, Aspenə, ya da kim bilir Karib adalarına gedirik. London! İnana bilmirəm. Ömrüm boyu İngiltərədə olmağı arzulamışdım. Ürəyimin içi aydınlandı, sanki xoşbəxtlikdən orada lampa yanmışdı.

— Sonra Paris, — Kristian əlavə etdi.

Nə?

— Sonra Fransanın cənubu.

Əla!

— Bilirəm ki, sən həmişə Avropanı gəzmək istəyirdin, — nəvazişlə dilləndi. — İstəyirəm ki, arzuların çin olsun.

— Mənim arzularım — sənsən. Və onlar artıq çin olub.

— Eyni şeyi mən də sizin haqqınızda deyə bilərəm, missis Qrey, — pıçıldadı…

İlahi…

— Kəmərini bağla.

Gülümsədim və kəmərimi bağladım.

Təyyarə uçuş zolağına yol alana qədər biz bir birimizə sərsəmlər kimi gülümsəyib şampandan qurtumlayırdıq. Baş verənlərə hələ də inana bilmirdim. İyirmi iki yaşımda axır ki, Avropaya yola düşürdüm. Özü də elə belə yerə yox, məhz Londona!

Təyyarə bir az da yüksəyə qalxdı. Natali bizə yenə də şampan süzdü və nikah ziyafətini hazırlamağa başladı. Özü də necə ziyafət – hisə verilmiş qızıl balıq, qızardılmış kəklik, yaşıl paxla salatı və sobada qızardılmış krem souslu kartof. Stüardessa əməlli başlı effektivlik nümunəsi nümayiş etdirirdi

— Desert, mister Qrey? — deyə soruşdu

Kristian başını tərpətdi, barmağını alt dodağımın ətrafında dolaşdırıb sual dolu nəzərlə mənə baxdı – dik-dik, diqqətlə, tutqun, anlaşılmaz bir ifadə ilə.

— Yox, sağ olun, — mən kəkələdim, gözlərimi ondan çəkmək iqtidarında deyildim. Kristianın dodaqlarına güclə sezilən təbəssüm qondu. Natali çıxıb getdi.

— Lap yaxşı, — sakitcə dedi. — Ümumiyyətlə isə elə planlaşdırmışdım ki, desertə sən olacaqsan.

Oyy… elə burda?

— Gedək. — Masanın arxasından qalxdı, əlini mənə uzatdı və salonun quyruq hissəsinə apardı.

— Bura vanna otağıdır.

Kiçik qapıya işarə edəndən sonra dəhlizin sonundakı digər qapıya doğru apardı. Ahh, yataq otağı! Çevrilib məni özünə çəkdi.

— Düşündüm ki, toy gecəmizi otuz beş fut yüksəklikdə keçirək. Heç vaxt etmədiyim bir şeydir bu.

Əcəb işdir. Daha bir “ilkimiz”. Ona baxdım və ürəyimin necə əsdiyini hiss etdim “Mile High Klubu”. Bu haqda nəsə eşitmişdim.

(Mile High Club) (ingiliscə) – təyyarədə sekslə məşğul olanların məcazi adı, şərti olaraq bir mildən yuxarı məsafə nəzərdə tutulur.

— Amma əvvəlcə səni bu gözəl donundan azad etmək lazım gələcək, — deyərkən gözlərində sevgi qarışıq nəsə tutqun, anlaşılmayan, amma sevdiyim və daxilimdəki ilahəni cəzb edən nəsə vardı. Nəfəsim kəsildi.

— Çevril.

Səsi sakit, hökmlü və inanılmaz dərəcədə seksual idi. Axı o bunu necə bacarırdı? Bircə kəlməsi ilə nə qədər çox şey vəd edə bilirdi! Həvəslə tabe oldum. O saçlarımla əlləşdi, nəvazişlə sancaqları bir-bir çıxarmağa başladı. Mahir barmaqları vardı və Kristian işin öhdəsindən çox cəld gəlməyi bacarırdı. Saçlarım qulaclanıb çiyinlərimə, kürəyimə, döşlərimə töküldü… Mən hərəkətsiz dayanmağa, yerimdə qurcalanmamağa çalışsam da, bədənimə toxunuşunu, məni oxşamasını dəlicəsinə arzulayırdım! Uzun, yorucu və həyəcan dolu günün sonunda onu istəyirdim – hər şeyini, tamamən və büsbütün.

— Saçların qəşəngdir, — Kristian pıçıldadı və dodaqları ilə qulağıma toxunmasa da nəfəsinin istisini hiss edirdim. Saçlarım sancaqlardan azad edilmişdi və indi o, onları ehtiyatla toplamağa başladı. Barmaqlarının dərimə xəfif toxunuşunu hiss etdim — həzzdən gözlərimi yumdum. Barmaqları aşağıya doğru sürüşdü, boynumu açmaq üçün başımı ehtiyatla arxaya əydi.

— Sən mənimsən, — Kristian ağır-ağır nəfəsini dərib qulaq sırğalıqlarımı dişlədi.

İnildədim.

— Sakit, — tənə ilə pıçıldadı və saçlarımı kənara topladı, barmağını kürəyimdə, çiyinlərimdə, gəlinliyimin krujevalı yaxalığında dolaşdırdı. Gəlinliyimin ilk düyməsindən üstdə ilk öpüşünü qondurdu. Titrəməyə başladım.

— Sən gözəlsən. — Kristian birinci düyməni açdı. — Bu gün mən dünyanın ən xoşbəxt insanıyam. — Yavaş-yavaş, işgəncə verən ləngliklə düymələri bir-bir açıb aşağıya qədər endi.

— Səni çox sevirəm — boynumdan çiynimə qədər öpüşlərdən yol cızaraq irəlilədi, hər öpüşünün arasında səni… elə çox istəyirəm ki… istəyirəm… səndə… içində olmaq istəyirəm… sən… mənimsən…

Hər kəlməsi şərab qurtumu kimi idi. Gözlərimi yumdum və başımı arxaya ataraq boynumu onun ixtiyarına buraxdım, Kristian Qreyin, ərimin sehrinə təslim etdim özümü.

— Mənimsən, — yenidən pıçıldadı və gəlinliyimi əynimdən elə sıyırıb çıxardı ki, o ipək və krujevalar yüngül bulud kimi sürüşüb ayaqlarımın altına düşdü.

— Çevril. — səsi dəyişmişdi; pıçıltısı xırıltıya dönmüşdü. Çevrildim. Və məni görüncə nəfəsi kəsildi.

Əynimdə çəhrayı atlasdan iplərlə bağlanmış dar korset, eyni rəngdə krujevalı tuman və ağ ipək corablar vardı. O, ac baxışlarla məni süzdü, bir kəlmə belə demədi, sadəcə baxdı. Göz bəbəkləri böyümüşdü.

— Xoşuna gəlir? — deyə pıçıltıyla soruşarkən yanaqlarımın alışıb yandığını hiss edirdim.

— Nəinki xoşuma gəlir, əzizim, sən bu gün o qədər gözəlsən ki. Gəl bura. — Uzatdığı əlini tutub ayağımın altındakı gəlinliyimin üzərindən adlayıb keçdim.

Tərpənmə. – Gözləri ilə məni yeyərək orta barmağını korsetin kənarlarından keçirib döşlərimin arasında gəzdirdi. Nəfəs almaq getdikcə çətinləşirdi, barmaqları isə eyni hərəkəti əks istiqamətdə təkrarladı. Kürəyimin ortası ürpəşdi. Birdən dayandı və barmağının işarəsi ilə çevrilməyimi istədi. Bu dəqiqə onun üçün hər şeyə hazır idim.

— Stop. — dedi.

Üzü yatağa dayanmışdım. Belimi qucaqlayıb özünə çəkdi və üzünü boynuma gömdü. Sonra ovuclarını döşlərimə qoyub oxşamağa başladı, iri barmaqlarıyla döşlərimin gilələrini oynatdı, gilələr şişərək korsetin nazik atlas parçası altından pırtlayıb çıxdı.

— Mənimsən… — o, pıçıldadı.

— Səninəm… — pıçıldadım.

Döşlərimi rahat buraxıb əllərini göbəyimə, sonra budlarıma sürüşdürdü. Barmaqlar korsetin bağına yaxınlaşdı. Çiyinlərimdəki bağları aşağı endirdi və həmişəki cəldliyi ilə korsetin bağlarını açdı.

— Mənimsən… — qasığımı arxadan oxşadı.

— A-a-a..

— Sakit dur. — Əlləri bir az da aşağı sürüşdü.

— Otur, — Kristian əyilib yataq örtüyünü siyirib kənara atdı.

Mən sehrlənmiş kimi deyilənə etirazsız tabe oldum və Kristian diz üstə çöküb “Cimmi Çu”dan alınmış gəlinlik corablarımı bir-bir çıxartdı. Barmaqları ayaqlarımda… və ayaqlarımın arasında… dolaşdı…

— Sanki yeni il hədiyyəsinin bağlamasını açıram. — Uzun, tünd kirpiklərinin altından gülümsəyərək mənə baxırdı.

— Çoxdan sənin olan bir hədiyyə…

Kristian qaşlarını çatıb:

— Yox, əzizim, yox. Bu dəfə həqiqətən də mənimsən.

— Kristian, sənə “hə” dediyim gündən səninəm. — Önə əyilib o gözəl üzünü ovuclarımın arasına aldım. — Mən səninəm və həmişə də sənin olacam. İndi isə əynindəki lazımsız şeyləri çıxarmağın vaxtıdır, — deyib onu öpdüm, o isə birdən əyilib başımı əllərinin arasına aldı və dodaqlarımı öpdü.

— Ana… Mənim Anam.. — Dodağını dodaqlarıma yapışdırdı, dili inadkarca ağzımın içinə can atırdı.

— Paltarların, — deyə pıçıldadım və nəfəslərimiz bir-birinə qarışdı. Əlimi atıb jiletini çıxartdım, o isə kömək etməyə hazırlaşmışkən bir anlıq məni buraxdı və donub qaldı. Ehtirasdan alışıb yanan gözləri bir az da iriləşmişdi.

— Xahiş edirəm, qoy, mən çıxarım, — ona yalvardım. Ərimi öz əllərimlə soyundurmaq istəyirəm.

Dizlərinin üstünə çöməldi, mənsə çox sevdiyim gümüşü boz qalstukunun düyününü açıb əlimi ağ köynəyinin üst düyməsinə uzatdım. Çənəsini qaldırdı. Düymələri açandan sonra manjetlərə keçdim. Üzərinə “A” və “K” hərfləri oyulmuş platin qol düymələr ona aldığım toy hədiyyəm idi. Kristian düymələri əlimdən alıb ovcunda sıxdı, sonra əyilib məni öpdü və düymələri şalvarının cibinə sürüşdürdü.

— Mister Qrey, bu çox romantikdir.

— Ürək və çiçəklər isə sizindir, missis Qrey. Hər zaman.

Əlini qaldırıb dodaqlarıma yaxınlaşdırdım, kirpiklərimin altından ona baxa-baxa platin nişan üzüyünü öpdüm. İnildədi və gözlərini yumdu.

— Ana… — Adım dilində bir dua kimi səslənirdi. Köynəyinin ikinci düyməsinə qayıtdım və Kristianın etdiyi kimi etdim; açdığım hər düymədən sonra sinəsini kiçik öpüşlərlə mükafatlandırdım.

— Sən… Mənim… xoşbəxtliyimsən… Səni… Sevirəm…

Birdən belimdən tutub məni çarpayıya atdı və özü də üstümə atıldı. Dodaqları dodaqlarımı tapan kimi qollarını başımın hər iki tərəfinə yerləşdirdi, dillərimizin sehrli rəqsindən həzz almağa başladım. Kristian məni yataqda nəfəssiz və titrək vəziyyətdə buraxaraq dizi üstünə sürüşdü.

— Sən elə gözəlsən ki… mənim arvadım. — Əllərini ayaqlarımdan aşağı oxşaya-oxşaya sürüşdürüb sol topuğumu sıxdı. — Ayaqların nə gözəldir. Təpədən dırnağa qədər öpməyim gəlir səni. Buradan başlayaq. — deyib dodaqlarını ayağımın baş barmağına basdırıb yavaşca dişlədi. Belimdən aşağı nə varsa hər yerim titrədi və əridi. Dilini bir az da yuxarı sürüşdürüb baldırıma çatdı. Dodaqları baldırımın büküyünə toxunaraq özündən sonra nəm izlər buraxırdı. Şəhvətdən gərilməyə başladım.

— Sakit olun, missis Qrey. Dinməzcə dayanın, — Kristian xəbərdarlıq edib bir göz qırpımında məni üzü üstə çevirdi və öpüşlərini budlarımda və ombalarımda davam etdirdi…

— Xahiş eləyirəm.. — dişlərimin arasında zorla pıçıldayırdım.

— Səni çılpaq istəyirəm, — dodağının altında mırıldanıb korsetin qarmaqlarını açdı; korset kürəyimdən yatağın üstünə sürüşən kimi dilini bütün kürəyimdə dolaşdırdı.

— Xahiş eləyirəm…

— Nə istəyirsiz, missis Qrey? — Kristian qulağıma pıçıldadı. Bütün ağırlığı ilə üstümdə uzanmışdı, erkəkliyini tam sərtliyi ilə budlarımda hiss eləyirdim…

— Səni…

— Mənsə səni, sevgilim, həyatım…

Yenidən arxası üstə uzanılı vəziyyətdə idim. Kristian cəld qalxdı, əlinin bircə hərəkətilə şalvarını, sonra tumanını soyunub atdı və möhtəşəm çılpaqlığı, yoğunlaşmış və qorxunc hazırlığı ilə qarşımda dikəldi. Darısqal təyyarə kabinəsi onun yaraşığı və mənə qarşı duyduğu ehtirası ilə dolmuşdu. Əyilib tumanımı çıxararkən altdan yuxarı mənə baxırdı.

— Mənimsən… — dodaqlarını oynadırmış kimi tərpətdi.

— Xahiş edirəm… — ona yalvardım. Dodaqları istehza ilə əyildi, — şəhvətli, əxlaqsız, yırtıcı, cazibədar bir istehza ilə.

Çarpayıya qayıdıb sağ ayağımı öpüşlərə bürüdü. Budlarımın yuxarısına çatanda ayaqlarımı araladı…

— M-m… arvadımın gözəlliyinə bir bax… — mırıltılı bir səs çıxartdı.

Gözlərimi yumdum və özümü bu usta, bacarıqlı dilin hökmünə ram etdim. Budlarım onun ritminə tabe oldu, – yuxarı, aşağı, irəli, geri, dairəvi… Məni yerimdə tutub saxlamaq üçün budlarımı sıxmışdı, amma möhtəşəm işgəncəni dayandırmırdı. Bir az da yüksəklərə uçuram…

— Kristian…

— Yox… hələ yox… — bədənini üstümdə yuxarı sürüşdürüb dilini göbəyimə çatdırdı.

— Yox! — Lənət olsun! İstehzasını qarnımın əzələləri ilə hiss eləyirdim…

— Siz necə də hövsələsizsiniz, missis Qrey. Zümrüd adalarına qədər hələ çox vaxtımız var. — Döşlərimi öpüşlərlə mükafatlandırır, sol döşümün giləsini dodaqları arasında tutub dartır və mənə baxırdı. Gözlərində tropik qasırğasının qaranlığı var idi…

Aha! Lap yadımdan çıxmışdı. Avropa.

— İstəyirəm səni… xahiş eləyirəm…

Üstümdə asılı vəziyyətə gəlib bir az aşağı əyildi və ağırlığını dizlərinin üstünə verdi, burnunu burnuma sürtdü. Mənsə əllərimi güclü və enli kürəyindən şumal ombalarına qədər sürüşdürüb sığalladım…

— Missis Qrey. Sizə xidmət etməyə hazırıq… — Dodaqları bir kəpənək xəfifliyi ilə dodaqlarıma sürtündü və — Səni sevirəm — dedi.

— Mən də səni sevirəm.

— Gözlərini aç. Səni görmək istəyirəm.

— Kristian… ah… — inildədim, — o, ehtiyatla içimə soxuldu…

— Ana… ah, Ana, — içini çəkdi və başladı…

— Bu etdiyin nədir? — Kristianın bağırtısına rahat yuxudan ayıldım. Şezlonqumun yanında yamyaş və bütün gözəlliyi ilə dayanaraq tərs-tərs mənə baxırdı.

Nə? Mən nə etmişəm ki? Ah, yox… mən kürəyi üstdə yatmışdım… lənət, lənət, lənət olsun. Yox, O, doğrudan da dəli idi.

II HİSSƏ

Çaşqınlıq içində gözümü döydüm. Elə bil heç o şirin erotik yuxu heç olmamışdı.

— Üz üstdə uzanmışdım, yəqin yuxuda çevrilmişəm, — bəraət qazanmaq üçün yuxulu-yuxulu mırıldandım.

Kristianın baxışları məni külə döndərməyə hazır idi. Əyilib bikinimi qaldırırdı və üstümə tulladı.

— Geyin! — çımxırdı.

— Axı heç kim görmür.

— Görür, inan mənə. Teylor və təhlükəsizlik xidməti görüntünün kefini çıxarırlar!

Lənətə gəlsin! Axı, niyə mən həmişə onları unudurdum? Təlaş içində tələsik ovuclarımla döşlərimi örtdüm “Çarli Tanqo” ilə bağlı xoşagəlməz hadisədən sonra bu zəhrimara qalmış cangüdənlər daim arxamızca gəzirdilər.

— Hə, — Kristian özündən çıxdı. — Hələ üstəlik səni hansısa alçaq paparatsi də çəkə bilərdi. “Star”ın üz qabığına çıxmaq istəyirsən? Amma bu dəfə lüt-üryan!

Lənətə gəlsin! Paparatsilər! Bu ki alçaqlıqdır! Tələsə-tələsə sinəmi örtməyə çalışdım, amma tələsəndə tərs kimi hər şey yöndəmsiz alınır. Titrəməyə başladım. Ağlımda nişanlanmağımız xəbərini yayan redaksiyanın qarşısında paparatsilərin çıxardıqları həngamənin xoşagəlməz qalıqları dolaşdı. Kristian Qrey mənə bu cür problemlər paketi ilə birlikdə nəsib olmuşdu.

— L’addition! — o, yaxınlıqdan keçən ofisiant qızı səslədi.

— Gedirik! — bunu isə mənə eşitdirdi.

— İndi?

— Hə. İndi. — Kristian hələ qurumamış nəm tumanın üstündən şortunu çəkib, futbolkasını geyindi. Ofisiant qız kredit kartı və çeklə geri qayıtdı.

Mən həvəssiz-həvəssiz firuzəyi yüngül yay donumu əynimə keçirib çəkənəklərimi ayağıma keçirdim. Ofisiant qız çıxıb getdi.

Kristian kitabını və BlackBerrysini əlinə aldı və bütün qəzəbini iri güzgü gözlüklü eynəyinin altında gizlətdi. İçimə qorxu çökmüşdü. Çimərlikdəki bütün digər qadınlar döşüaçıq günəşlənir və heç kim də buna cinayət kimi baxmırdı. Kefim pozulmuşdu. Mən elə bilirdim ki, Kristian buna bir zarafat kimi baxacaq, amma onun yumor hissi də yoxa çıxmışdı.

— Xahiş eləyirəm, hirslənmə, — pıçıldayaraq əlindəki kitabı və BlackBerryni alıb çantama yerləşdirdim.

— İndi artıq gecdir, — Kristian sakit… çox sakit tərzdə dilləndi.

Əlimi tutdu; Teylora və iki fransız cangüdənə – Filip və Qastona işarə etdi. Cangüdənlər əkiz qardaşlardır. Biz günəşlənəndə onlar səbirlə verandadan həm bizi, həm də sahildəkiləri izləyirdilər. Niyə mən həmişə onların varlığını unuduram? Teylorun tünd eynəyinin altında gizlənmiş daş kimi donuq sifəti heç bir şey ifadə etmirdi. O da mənə acıqlı idi. Teyloru şort və qara polo köynəkdə görməyə alışmamışdım.

Kristian əlimdən tutub məni otelə tərəf apardı və vestibüldən küçəyə çıxartdı. Susurdu, qaşqabağını tökmüşdü, əsəbi idi – və bütün bunlar mənim üzümdən olmuşdu. Teylorsa öz dəstəsi ilə birlikdə arxamızca gəlirdi.

— Biz hara gedirik? — mən ehtiyatla soruşdum.

— Yaxtaya — üzümə baxmadan dilləndi.

Saatdan xəbərim yox idi. Yəqin, axşamüstü beş, ya da altı olardı. Kristian məni “Gözəl ledi”yə məxsus motorlu qayığın və “jet-sky”ın lövbər saldığı limana gətirdi. O, “jet-sky”ın kəndirini açmaqla məşğul ikən çantamı Teylora verdim və ehtiyatla ona baxdım, ancaq üzünün ifadəsindən heç nə başa düşə bilmədim. Yəqin, məni çimərlikdə görmüşdü – deyə fikirləşdim və utandığımdan qızardım.

— Bu sizindir, missis Qrey. — Teylor xilasedici jileti mənə uzatdı, mənsə itaətkar bir tərzlə jileti geyindim. Nə üçün bu jileti ancaq mən geyinməliyəm? Kristianla Teylor bir-birilə baxışırdılar.

Əcəbdir, Teylora da acığı tutmuşdu? Kristian jiletimin möhkəmliyini yoxlayıb dartışdırdı.

— Pis deyil, gedər, — üzümə belə baxmadan, qaşqabaqla mızıldandı və cəld “jet-sky”a tullanaraq əlini mənə uzatdı. Əlindən tutdum və suya düşmədən ayağımı jetin üzərinə keçirməyə müvəffəq oldum. Teylorla əkizlər motorlu qayığa otururdular. Kristian limandan aralandı və “jet-sky” yavaş-yavaş sahildən uzaqlaşmağa başladı.

— Möhkəm tut, — Kristian əmr verdi və mən hər iki qolumu arxadan onun belinə doladım. “Jet-sky” səyahətində ən çox xoşuma gələn də elə bu idi. Ərimə qısıldım, burnumu onun kürəyinə sürtdüm — vaxt vardı ona bu cür toxunmağıma icazə vermirdi — və qoxusunu içimə çəkdim. Kristianın və dənizin qoxusunu. Bağışla məni, xahiş eləyirəm — öz-özümə düşündüm.

Necə gərildiyini hiss etdim

— Möhkəm tut. — Səsinin tonu yumşalmışdı. Kürəyini öpdüm və yanaqlarımı ona söykəyib, geriyə çevrilərək bizim tamaşamıza toplaşan insanların olduğu limana baxdım.

Kristian açarı çevirəndə motor zəif kükrədi. Bir də qaz verdi və “jet sky” yerindən götürülərək tünd və sərin sularda sürətlə irəlilədi, körfəzin ortasında dayanmış “Gözəl ledi”yə tərəf yan aldı. Ona daha sıx sarıldım. Bu mənim xoşuma gəlirdi; – ehtiraslandırırdı. Kristian gərgin idi və onun hər əzələsini hiss edirdim. Teylorun qayığı yanımızla şütüyürdü. Kristian ona nəzər atıb bir az da qaz verdi və biz irəli şığıyıb bacarıqlı əldən çıxan daş kimi dalğaların üstüylə səkirdik sanki. Teylor əsəblə başını yırğaladı və səmtini dəyişib birbaş yaxtaya sarı yan aldı, Kristiansa açıq dənizin ortasında düz istiqamətdə davam etdi.

Üstümüzə su dənəcikləri sıçrayır, külək üzümüzə vurur, saçımın quyruğu isə dəli kimi gah o tərəfə, gah da bu tərəfə atılıb düşürdü. Çox əyləncəli idi! Bəlkə dəli kimi sürmək həvəsi əsəblərini sakitləşdirəcəkdi? Ərimin üzünü görmürdüm, amma bilirdim ki, bu, onun zövqüncədir və bu dəqiqə bəlkə qayğısız, bir az ağılsız idi və əslində onun yaşına görə davranırdı.

Biz dənizin ortasında geniş bir dairə cızanda sahilə baxdım – uzaqdan sahildə donub qalmış qayıqlar, ağ və sarımtıl kərpicdən tikilmiş ofis binaları, evlərin mozaik görünüşü və onların arxasındakı dik sıldırımı görürdüm. Qarmaqarışıq, xaotik mənzərə idi – görməyə alışdığımız bir dənə də olsun səliqəli məhəllə yox idi, amma tablo kimi mənzərəli idi. Kristian çiyninin üstündən boylanıb baxdı; dodağında təbəssümün izləri işarırdı.

— Davam edək? — o, motorun bağırtısını üstələmək üçün uca səslə qışqırdı.

Başımı razılıqla yırğaladım. O isə gözqamaşdıran istehzası ilə cavab verdi, qaza basdı, “Gözəl ledi”nin ətrafında var-gəl edərək yenidən dənizə üz tutdu. Deyəsən, əfv olunmuşdum.

Kristian xilasedici jiletimi çıxararkən – Əməlli-başlı yanmısan. – dedi. Mən var gücümlə onun indiki əhval-ruhiyyəsini başa düşməyə çalışırdım. Yaxtanın göyərtəsindəydik və bələdçilərdən biri artıq yanımızda dayanıb jiletimi götürmək üçün səbirlə gözləyirdi. Kristian jileti ona uzatdı.

— Ser, başqa nəsə istəyirsiz? — soruşdu. Bələdçi xoş fransız ləhcəsi ilə danışırdı. Kristian ona baxıb eynəyini çıxartdı, futbolkasının yaxasına keçirdi.

— Nəsə içmək istəyirsən? — Kristian soruşdu.

— Səncə içməliyəm?

O başını bir az yana əyib

— Niyə belə danışırsan? — soruşdu.

— Özün bilirsən.

Kristian fikirli-fikirli qaşlarını çatdı, sanki nəyisə götür-qoy edirdi. Görəsən, nə fikirləşirdi?

— Zəhmət olmasa iki cin-tonik. Yanında bir az fındıq və zeytun olsun, — Kristian bələdçiyə dedi. Bələdçi başını əydi və tez yoxa çıxdı.

— Gözləyirsən ki, səni cəzalandıracam? — yumşaq səslə soruşdu.

— İstəyirsən?

— Hə.

— Necə?

— Bir şey fikirləşərəm. Bəlkə bir az içki içsən.

Şəhvət dolu təhdid idi. Udqundum və daxili ilahəm uzandığı yerdən boylanaraq günəşin boynuna saldığı gümüşü şüalarına qıyqacı baxdı. Kristianın qaşları yenə çatıldı.

— İstəyirsən, ya yox?

Axı o, haradan bilirdi?

— Vəziyyətə baxır, — mən rəddedici tərzdə mırıldanıram.

— Hansı vəziyyətə? — o, təbəssümünü gizlətdi.

— Məni incitmək istəyib-istəmədiyinə?

Dodaqları sərt şəkildə sıxıldı, yumordan üzündə əsər-əlamət qalmadı. Əyilib alnımdan öpdü.

— Anasteyşa, sən mənim arvadımsan, köləm yox. Mən səni incitmək istəmirəm. Bu günə qədər bunu bilməyin lazım idi. Sadəcə sən… bir də camaatın içinə soyunub çıxma. Sarı mətbuatda lüt-üryan şəkillərini görmək istəmirəm. Sən özün də bunu istəmirsən, anan da istəmir, Rey də.

Rey? Görüm onu zəlil qalsın. Gör bir kimin dərdi mənə qalıb?

Bələdçi içki və qəlyanaltı olan məcməyini kiçik taxta masanın üstünə qoydu.

— Otur, — Kristian dedi. Mən sözəbaxan uşaq kimi keçib parusin kresloya əyləşdim. Kristian yanımda oturaraq cin-toniki mənə uzatdı. –Sizin sağlığınıza, missis Qrey.

— Sağlığınıza, — mister, Qrey.

İlk qurtum həmişə ən yaxşısıdı. Sərin içki susuzluğu yaxşı yatırırdı. Başımı qaldıranda Kristianın diqqətlə mənə baxdığını gördüm, ancaq əhvalını təxmin etmək mümkün deyildi. Heyf. Görəsən, hələ də mənə acıqlıdır, yoxsa sakitləşib? Sınaqdan çıxarılmış diqqəti yayındırma üsuluna əl atdım:

— Bu yaxta kimindir? — soruşdum.

— Bir ingilis cəngavərinin. Hansısa serin. Onun babası baqqal dükanı ilə işə başlamışdı, qızı isə Avropanın əsilli köklü şahzadələrindən birinə ərə gedib.

— Super varlı?

Kristian birdən gərginləşdi.

— Hə.

— Sənin kimi.

— Hə.

Ah.

— Və sənin kimi, — yavaş səslə deyib, zeytun dənəsini ağzına atdı. Mən gözümü döydüm… gözümün qarşısına smokinq və gümüşü jiletində ərim qayandı… toy mərasimidir və o mənə şəhvətli baxışlarla baxır… necə də səmimi idi.

“Nəyim varsa, bundan sonra səninkidir”. Nikah andını içərkən səsi aydın və səlis idi.

Hər şey mənimdir?

— Maraqlıdır… Sıfırdan bu cür yüksəkliyə qalxıb… — Mən əllərimlə yaxtanı, körfəzi və sahili də göstərdim — hər şeyə nail olasan.

— Öyrəşərsən.

— Düşünmürəm ki, öyrəşəcəm.

Göyərtədə Teylor peyda oldu.

— Ser, sizə zəng edirlər.

Kristian qaşını çatdı amma yenə də ona uzanmış telefonu aldı.

— Qreydir, — deyərək yerindən qalxdı və yaxtanın baş tərəfinə doğru uzaqlaşdı.

Diqqətimi Kristianın köməkçisi Rosla danışığından ayırıb dənizə baxdım. Varlı idim… özü də elə varlı ki, bu qədər pulu qazanmaq üçün əlimi tərpədib heç bir iş görməmişdim, sadəcə varlı kişiyə ərə getmişdim. Nikah müqaviləmizi yadıma salanda yerimdə büzüşdüm.

Bu hadisə bazar günü olmuşdu, Kristianın ad günündən sonra; biz hamımız – Eliot, Keyt, Qreys və mən mətbəxdə səhər süfrəsində oturub kolbasanın, yoxsa bekonun daha yaxşı olmasından danışırdıq. Karriklə Kristian bazar günü çıxan qəzetləri oxuyurdular…

— Siz bir buna baxın, — Mia civilitiylə noutbukunu düz qabağımıza qoydu. — “Seattle News”un internet səhifəsində yazılıb ki, Kristian nişanlamağa hazırlaşır.

— Belə tez? — Qreys təəccübləndi və sonra ağlından xoşagəlməz bir şey keçirirmiş kimi dodaqlarını büzdü. Mia xəbəri ucadan oxumağa başladı:

– “Bizə məlum olub ki, ən çox arzulanan subaylardan biri, çox tanınmış Kristian Qrey axır ki, nişanlanıb və diqqətlə qulaq versək, yaxın vaxtlarda toy sədalarını eşidə biləcəyik. Bəs, görəsən, xoşbəxt gəlin kimdir? “Seattle News” bunu aydınlaşdırmağa çalışır. Böyük ehtimalla xanıma əlverişli nikah müqaviləsi də nəsib olacaq”.

Mia hırıldadı, ancaq Kristianın qəzəbli baxışını tutub tez səsini kəsdi. Mətbəxə sakitlik çökdü, sanki temperatur bir anda sıfıra düşdü.

Yox bir! Nikah müqaviləsi? Bu, heç mənim ağlıma da gəlməmişdi. Əsəbi-əsəbi udqundum, üzümdəki bütün qanın necə çəkildiyini hiss elədim “Yer aralansın, yerə girim!” – deyə öz özümə yalvarırdım. Kristian kresloda yerində qurcalandı, və mən ehtiyatla ona baxdım.

— Yox, — dodağının altında səssizcə dedi.

— Kristian, — Karrikin səsi ucaldı.

— Bunu bir daha müzakirə etməyə hazırlaşmıram, — Kristian narazı halda dilləndi. Karrik əsəbi halda mənə baxıb nəsə demək üçün ağzını açmaq istəyəndə:

— Heç bir müqavilə filan yoxdur! — Kristian az qala bağıraraq dedi və saymazyana tərzdə qəzetini oxumağa davam etdi. Hamı gözünü mənə, sonra yenə Kristiana, sonra bizdən başqa hara gəldi zilləyib baxışırdılar.

— Kristian, — dedim, — mən mister Qreylə istədiyiniz sənədə imza atmağa hazıram.

Lənətə gəlsin, guya birinci dəfə idi! Nələrə imza atmamışam ki… Kristian başını qaldırıb mənə narazı-narazı baxdı.

— Yox! — Rəngim ağappaq olmuşdu. — Bu sənin xeyrinədir.

— Kristian, Ana, yaxşı olar ki, siz bu məsələni təklikdə, özünüz müzakirə edəsiniz, — Qreys qəzəblə Karriklə Miaya baxıb müdaxilə etdi. Hmmm… deyəsən, onların da başı bəlada idi.

— Ana, bu, sənə adi deyil, — Karrik məni sakitləşdirirdi. — Və, xahiş eləyirəm, məni adımla çağırasan.

Kristian atasına soyuq baxışla qıyqacı baxdı və mən özümü narahat hiss elədim. Lənətə gəlsin… O, doğrudan da başdanxarab idi.

Hər kəs əvvəlki söhbətlərinə qayıtdı. Mia və Keyt qalxıb süfrəni yığışdırmağa başladılar.

Bir-birinə çarpazladığım barmaqlarıma baxırdım. İşlər pis idi. Ümid eləyirəm, mister və missis Qreys məni pul düşkünü hesab eləmirdilər. Kristian əyilərək əllərimi öz əlinə aldı.

— Bəsdir.

Axı o nə düşündüyümü haradan bilirdi?

— Atama fikir vermə, — o, yalnız mənim eşidə biləcəyim səslə dedi. — O Elena məsələsinə görə qəzəblidir. Hədəfi isə sadəcə mənəm. Kaş ki anam dilini dinc tutaydı.

Kristianın dünən gecə Karriklə Elena haqqında olan söhbəti unutmadığını bilirdim.

— O, haqlıdır. Sən çox dövlətlisən, amma mən ailəyə təhsil haqqı borclarımdan başqa heç nə verə bilməyəcəm.

— Anasteyşa, əgər məni tərk etsən, hər şeyi özünlə apara bilərsən, — o, ümidsiz gözləri ilə mənə baxıb dilləndi. — Sən bir dəfə getmişdin. Və mən bunun nə olduğunu bilirəm.

Əcəb işdir!

— O vaxt başqa məsələ idi, — onun səmimiyyətindən heyrətə gəlib pıçıltı ilə dedim — Amma, ola bilər ki, sən məni tərk etmək istəyəcəksən. — Bu fikirdən ürəyim bulandı.

O, fısıldadı və başını yırğaladı.

— Kristian, axı bilirsən ki, mən dəlilik edə bilərəm, yenə sarsaqlayaram… və sən.. — Başımı yenə aşağı dikdim və çarpazlanmış barmaqlarıma baxdım. Və içimdəki ağrılı hissdən cümləm yarımçıq qaldı. Kristianı itirmək… lənətə gəlsin.

— Bəsdir. Dərhal yığışdır bu söhbəti. Bu məsələ bitdi. Bunu bir də müzakirə etməyəcəyik. Heç bir nikah müqaviləsi filan olmayacaq. Nə indi, nə də heç vaxt. — O, mənalı-mənalı mənə baxdı, sonra baxışlarını Qreysə tərəf çevirdi. — Anacan, toyumuzu burada edə bilərik?

Və o, bu mövzunu bir də heç vaxt açmadı və hər fürsətdə məni inandırmağa çalışırdı ki, onun var dövləti, həm də mənim var dövlətimdir. Dəhşətlə bal ayından əvvəlki şoppinq gəzintimizi — xatırladım; Kristian “Neyman Markus”dan olan şəxsi şoppinq məsləhətçisi Kerolayn Ektonla məni alış verişə göndərmişdi. Təkcə bikiniyə beş yüz qırx dollar vermişdik. Hə, qəşəng idi, amma əl boyda parçaya bu qədər pul vermək ağılsızlıq deyildimi?

— Öyrəşəcəksən. — Kristianın səsi fikirlərimə müdaxilə etdi. Qayıdıb yerinə gəlmişdi.

— Nəyə öyrəşəcəm?

— Pula. — Ərim gözlərini süzürdü.

Hə, ola bilər ki, zamanla öyrəşəcəm. Duzlu badam və fıstıq olan qabı onun qabağına itələdim.

— Sizin fındıqlarınız, ser, — sakit səslə deyib söhbətimizə bir az yumor qatıb bikini məsələsindəki diqqətsizliyə görə ağlımdakı yaranmış xoşagəlməz dumanı dağıtmağa çalışdım.

— Mənim fındıqlarım indi həm də sizin fındıqlarınızdır. — Kristian qımışdı və badam götürdü. Zarafat işə yaramışdı, indi onun gözləri məmnuniyyətlə parıldayırdı. O, dodaqlarını yalayıb, — uç, gedək yataq otağına. –dedi.

Nə?

— İç. — Gözləri dumanlanmışdı.

Ah, o baxışlara qlobal istiləşmə də demək olardı. Ərimdən gözümü çəkmədən, stəkanı götürüb axıra qədər başıma çəkdim. Kristian ağzı açıq və azğın təbəssümlə mənə baxırdı, sonra ayağa qalxdı və gəlib qarşımda diz çökdü.

— Sənə bir şey göstərmək istəyirəm. Nümunə üçün. Getdik. Ancaq yerinə işəmə — pıçıltıyla əlavə etdi.

Nə? İşəmə? Necə də kobud idi. Şüuraltım təlaş içində başını “Çarlz Dikkensin tam seçmələrinin birinci cildindən ayırdı.

— Sənin fikirləşdiyin şey deyil, — Kristian qımışdı. O, elə seksual və elə şən idi ki. Vaz keçmək mümkün deyildi.

— Yaxşı. — deyib əlimi ona uzatdım, sadəcə ona görə ki, bütün həyatımı ona etibar edə bilərdim. Görəsən, yenə nə hazırlamışdı? Qeyri-adi bir şey görəcəyim üçün həyəcandan ürəyim uçunurdu.

Kristian məni göyərtənin içi, dəbdəbəli salon, dar dəhliz və yemək otağından keçirdi və nəhayət, pilləkənlərlə enib əsas kayuta gəldik. Burada hər yer səliqəyə salınmışdı, yataq hazır idi. Xoşagəlimli bir otaq idi. Yaxtanın hər iki yanlarında iki illüminator vardı, fındıq ağacından tünd mebel, krem rəngli divarlar, yanları isə qızılı və qırmızı çalarlarla işlənmişdi.

Kristian əlimi buraxdı, futbolkasını başından çıxarıb stula tulladı. Şapşaplarını da bir kənara atdı. Tək hərəkəti ilə şortunu və tumanını çıxardı. Maraqlıdır. Deyəsən heç vaxt onun lüt bədəninə baxmaqdan bezməyəcəm. Çox gözəl və tamamilə mənim idi. Dərisi sanki parıldayırdı; o eynilə da mənim kim günəşdən qaralmışdı, uzanmış saçları alnına tökülürdü. Nə bəxtim gətirmişdi? Yox, doğurdan da bəxtim dəhşət gətirmişdi!

Əlini qaldırırdı və çənəmi tutdu və alt dodağımı çeynəməyimi tərgitmək üçün yavaşca dartıb baş barmağını dodağımda gəzişirdi.

— Belə daha yaxşıdır. — Kristian çevrilib böyük paltar şkafına tərəf getdi və aşağı siyirtmədən iki cüt qandal və göz sarğısı çıxartdı.

Qandallar! Biz hələ ondan istifadə etməmişdik. Yatağa gərgin bir baxış atdım. Yaxşı, görəsən qandalları hara bərkitmək fikrində idi? Kristian tündləşmiş və parıldayan gözləri ilə diqqətlə üzümə baxırdı.

— Xeyli ağrılı olur. Çox bərk dartsan dərini cıza bilər. — O, qandalın bir tayını qaldırdı. — Amma bu gün bunları sənin üstündə sınamaq istəyirəm.

Əcəb işdir. Ağzım qupquru qurumuşdu.

— Al. — Qandalı mənə uzatdı. — Yoxlamaq istəyirsən?

Qandallar ağır, metalı soyuq idi. Ümid eləyirəm, onları heç vaxt həqiqətən də geyinməli olmaram.

Kristian gözünü məndən çəkmirdi.

— Açarı hanı? — Səsim azca titrəyirdi.

Əlini uzadıb açdı, ovcunda kiçik metal açar vardı.

— Hər iki qandalın açarıdır. Ümumiyyətlə, bütün qandalları aça bilir.

Maraqlıdır, nə qədər qandalı varmış? Oyun otağındakı köhnə sandığında belə bir şey görməmişdim.

Kristian baş barmağımı yanağıma sürtdü, sonra öpmək istəyirmiş kimi əyildi.

— Oynamaq istəyirsən? — tək səsindən içimdəki hər şey aşağılara doğru axdı və şəhvət zoqquldamağa başladı.

— Hə, — nəfəsim kəsilmişdi.

— Yaxşı. — Dodaqlarını yüngülcə alnıma toxundurdu. — Bizə bir parol lazım olacaq.

Nə?

— Bircə dəfə “stop” deməyin kifayət deyil çünki sən onu özün istəmədən deyə bilərsən. — Burnunu mənə sürtdü — aramızdakı tək təmas hələlik bu idi.

O nəyi nəzərdə tuturdu? Ürəyim titrədi. Lənətə gəlsin… Axı, onda necə alınırdı?

— Ağrıtmayacaq. Amma gərginlik olacaq və sənin üçün heç asan olmayacaq, çünki hərəkət etməyə sənə imkan verməyəcəm. Danışdıq?

Belə de! Məni isti basdı. Havam çatmırdı. Parovoz kimi püskürürdüm. Nə yaxşı ki, bu adam mənim ərimdir, yoxsa bütün bunlar heç yaxşı görünməzdi. Baxışlarım istər istəməz aşağı dikildi.

— Danışdıq, — güclə eşidilən səslə dilləndim.

— Söz seç, Ana.

Ah.

— Parol.

— Popsicle – çubuqlu meyvəli dondurma.

— Popsicle? — o, təəccüblə təkrarladı.

— Hə.

Kristian kənara çəkilib fikirli-fikirli məni yuxarıdan aşağı süzdü.

— Maraqlı seçimdir. Əlini qaldır.

İtaətkarcasına əlimi qaldırdım və Kristian donumun ətəyindən tutaraq başımdan soyundurub çıxardı və donu yerə tulladı. Sonra əlini uzatdı və mən qandalı ona verdim. Onları çarpayının yanındakı tumbanın üstünə, bağlamanın yanına qoydu, sonra da çarpayının örtüyünü qaldırdı.

— Çevril.

Çevrildim. Büstqalterimi açdı, büstqalter sürüşüb yerə düşdü.

— Sabah mən onu üstünə keçirəcəm — deyə mırıldanaraq saçımdakı lenti dartıb açdı. Saçlarım dağıldı. Ovuclayıb əlinə aldı və yavaşca dartdı. Bir addım arxaya çəkildim. Sinəsinə sıxıldım. Sonra bir az da aşağısına… O, saçımı yenə dartıb başımı yana əyməyə məcbur etdi və boynumdan öpdü.

— Çox sözəbaxmaz idin, — Kristianın qulağıma pıçıldaması bədənimə ləzzətli ürpənmə saldı.

— Hə, — zorla nəfəs alırdım.

— M-m-m. İndi biz bununla nə edək?

— Mənə bununla yaşamağı öyrət. — Onun yumşaq, yüngül öpüşləri məni dəli edirdi. Gülümsədiyini boynumda hiss etdim.

— Ah, missis Qrey. Həmişəki kimi optimistsiniz.

Dikəldi. Səliqə ilə saçlarımı üç hissəyə ayırıb tələsmədən hördü və lentimlə ucundan bağladı. Sonra hörüyümü astaca dartaraq qulağıma tərəf əyildi.

— Mən sənin dərsini verərəm.

Birdən ani bir hərəkətlə belimdən yaxaladı, çarpayıya oturdu və məni dizlərinin arasına elə atdı ki, ereksiyasını hiss etdim. Ombalarıma möhkəm şapalaq çəkdi. Qışqırdım və bir göz qırpımında arxası üstə uzanmış vəziyyətə gətirildim. O isə üzərimdə çömbəlib yuxarıdan aşağı mənə baxırdı; qonur gözləri sanki axırdı. Şəhvətdən alışıb yanmağa başladım.

— O qədər gözəlsən ki.

Barmaq uclarını budumdan üzü yuxarı hərəkət etdirdikcə dərimin altında zoqqultu başladı. Gözünü məndən çəkmədən ayağa qalxdı və hər iki qandalı əlinə aldı. Sol ayağımdan yapışıb qandalı şaqqıltıyla bağladı. Oh! Eyni hərəkəti sağ ayağımla da etdi. Maraqlıdır, məni nəyə pərçimləyəcəkdi?

— Otur!

Qeyd-şərtsiz tabe oldum.

— İndi dizlərini qucaqla.

Çaşqınlıqla gözlərimi döyəndən sonra dizlərimi özümə tərəf çəkib bükdüm, qollarımla dizlərimi qucaqladım. Əyilib çənəmi tutdu, dodağıma zərif öpüş qondurdu və gözlərimi sarğı ilə bağladı. Heç nə görmürdüm, tək eşitdiyim onun nəfəsi və yaxtaya dəyən dəniz suları idi.

İlahi. Artıq indidən qızışıb, ehtirasdan od tutub yanırdım.

— Parolumuz necə idi Anasteyşa?

— Popsicle.

— Yaxşı. –Kristian sol əlimi qaldırıb biləyimi qandalladı və eyni proseduru sağ əlimlə təkrarladı. İndi hər iki əlim ayaqlarıma kilidlənmişdi; sol əlim sol ayağıma, sağ əlimsə sağ ayağıma. Ayaqlarımı uzatmaq qeyri-mümkün idi. Ağır idi.

— İndi isə, — qışqırana qədər səni edəcəm…

O, topuğumdan yapışıb elə itələdi ki, arxası üstdə düşdüm. Ayaqlarım bükülü idi və başqa çıxış yolum da yox idi. Mən dartındıqca qandallar dərimə keçirdi. Haqlı idi, incidirmiş. Alışmadığım hissləri keçirirdim… əllərim ayaqlarım bağlı, köməksizəm… yaxtada… Kristian topuqlarımı araladı və məndən inilti qopdu.

Budumun iç tərəflərini öpüşlərə bürüyəndə altında qıvrılmaq istəsəm də bacarmadım. Budlarımı tərpədə bilmirdim. Heç nə edə bilmirdim.

— Sən bütün həzzi dadmalısan, Ansteyşa. Tərpənmə. — Əyilərək bikininin aşağı hissələrində öpüşlərdən çığır açdı… Çılpaq və köməksiz, tamamilə onun ixtiyarında idim. Qarnımı öpür, göbəyimi yavaşca dişləyirdi.

— Oh, oh — nəfəsim kəsilirdi. Bilməzdim ki, belə çətin olacaq. Öpüşlər və dişləklərlə yavaş-yavaş yuxarı, döşlərimə yaxınlaşdı.

— Ş-ş-ş, — Kristian məni sakitləşdirirdi. Sən necə də gözəlsən, Ana.

İnildəyirəm. Rahat deyildi. Xoşuma gəlmirdi. Nə budlarımı tərpədə bilir, nə də onun toxunuşlarına öz ritmimlə cavab verə bilirdim. İnildədim, qandalın halqalarını çəkdim və metal yenə dərimə batdı.

Dişlərimi qıcadım.

— Sən məni dəli edirsən, — deyə pıçıldadı. Ona görə də mən səni dəli edirəm. — Bədəninin ağırlığını dirsəklərinin üstündə saxlayaraq döşlərimə keçdi. Dişləyir, əmir, barmaqlarıyla gilələrimi dartırdı… Qıvrılır, yanır və dartınırdım. Kristian dayanmaq bilmirdi. Oh… Xahiş eləyirəm… Bədəninin ritmik hərəkətini hiss eləyirdim.

— Kristian… — deyə yalvardım.

Zəfər təbəssümünü dərimdə hiss edirdim.

— Belə boşaldım səni? — döşümün bərkimiş giləsini dodaqlarının arasında sıxaraq soruşdu. — Bilirsən ki, bunu bacarıram. — O, var gücü ilə giləmi dartdı və mən qışqırdım, — şəhvətin həzzi döşlərimdən qasığıma qədər nizə kimi batırdı. Heç nə edə bilmirdim.

— Hə, — deyə yazıq-yazıq kəkələdim.

— Quzum, bu çox asan bir şeydir.

— Yalvarıram…

— Ş-ş-ş — dişləri ilə çənəmdən yuxarı qalxdı, dodaqlarını dodaqlarıma yaxınlaşdırdı. Mən havanı içimə çəkib dondum. Dilini ağzıma soxub eşir, özünə yer eləyir və sahiblənirdi, heç mən də geri qalmırdım — onun görüşünə atılır, hücuma keçirdim. Ağzımın içində cin, Kristian və dənizin dadı var idi. Çənəmi bərk-bərk tutub çevrilməyə aman vermədi.

— Tərpənmə, quzum. Mənə lazımdır ki, sən tərpənməyəsən, — pıçıltı ilə dedi.

— Səni görmək istəyirəm.

— Yox, Ana, yox. Belə məni daha çox hiss edəcəksən. — O, içimə girdi, yavaş-yavaş, qismən… Adətən hərəkətinə hərəkətimlə cavab verərdim, ancaq tərpənə bilmirdim. Geri çəkildi.

— A…aa… Kristian. Xahiş eləyirəm!

— Yenə istəyirsən? — boğuq pıçıltı ilə məni ələ salırmış kimi soruşdu.

— Kristian!

Özünü yenidən içimə itələdi, bir yandan öpüb, bir yandan da döş gilələrimi oynadaraq yenidən içimə salır və yenidən çıxarırdı. Şəhvətimin həzzi ən kritik həddə çatmışdı.

— Yox!

— İstəyirsən məni, Anasteyşa?

— Hə, — deyə yalvarırdım

— Bunu bayaqdan deyərdin, — deyə pıçıldayaraq oyununu davam etdirdi.

— Hə, istəyirəm səni, — sızladım. — Xahiş eləyirəm.

Nəfəsini qulağımda duydum:

— İstəyirsənsə, alacaqsan.

O, azca qalxdı və bütün qüvvəsi ilə içimə soxuldu. Qışqırır, başımı ora bura çırpır, dartınır, qıvrılırdım, o isə mənim ən hissiyyatlı yerimi hədəfə götürüb təkrar-təkrar hücuma keçirdi. Artıq sadəcə başdan-başa hisslərdən ibarət idim, həzzin şirin ağrısı bütün vücuduma yayılmışdı, mənsə tərpənə bilmirdim. Birdən dayandı, sonra budu ilə dairəvi hərəkətlərə keçdi və bu hərəkət büsbütün içimə, dərinliklərə qədər yayıldı.

— Niyə sözümə baxmırsan, Ana?

— Bəsdir, Kristian. Bəsdir…

Yalvarışlarıma məhəl qoymadan bir az da dərinə sancılır, sonra yavaş-yavaş çıxarır və yenidən hücuma keçirdi.

— Cavab ver, niyə? — çımxırır və mən dumanlı şəkildə dişlərini qıcadığını başa düşürdüm.

— Bilmirəm! — qışqırdım. — Çünki bacarmıram! Çünki səni sevirəm! Xahiş eləyirəm, Kristian!

O, ucadan inildədi və hücumlarının tempini sürətlənirdi, zərbələri daha da dərinə köklənirdi… Mən hamısını içimə çəkməyə cəhd göstərirdim, amma dalğa o qədər güclü, o qədər böyük idi ki, məni tamamilə udub götürürdü. Beynim partlayır, vücudum dağılırdı… ayaqlarımı uzatmaq istəyirdim, gəlməkdə olan orqazmı nəzarətə götürmək istəyir, amma bacarmırdım. Mən köməksizəm, mən – onunam, yalnız onun, mən ona tabe olmağa, istəklərini yerinə yetirməyə məhkumam… Gözlərimdə yaş dənələri yumrulandı. Gərginlikdən içim dağılırdı. Onu saxlaya bilmirdim. Saxlamaq istəmirdim… mən istəyirdim… istəyirdim… ah yox… yox… bu…

— Bax belə, — Kristian qıcanmış dişlərinin arasından bağırdı. — Gəlir, əzizim, hiss et!

Partladım. Və bir dəfə deyil, dəfələrlə; vücudumu növbəli partlayışlar bürüyür və var qüvvəmlə bağırırdım, orqazmdan param-parça olmuş, yandırıb yaxan alovlu dalğa məni külə döndərmişdi. Suyu çəkilmiş, parçalanmış, yırtılmış vəziyyətdə idim, göz yaşlarım üzü aşağı süzülürdü, sakitləşməkdə olan vulkana bənzər zoqqultudan tir-tir titrəyirdim…

Kristian içimdən çıxmadan dizi üstdə dayandı, məni özünə tərəf çəkib hələ də titrəyən içimdə boşaldı. Buradaca hər şey bir-birinə qarışdı, cənnət də cəhənnəm də burada görüşdü, buradakı hökmranlıq şəhvətin hökmranlığı idi…

Kristian gözümdəki sarğını açıb məni öpdü. Gözlərimi, burnumu, yanaqlarımı öpdü. Ovuclarıyla üzümü sıxıb, gözümün yaşını sildi.

— Sevirəm sizi, missis Qrey, — ağır nəfəs alaraq dedi. — Baxmayaraq ki, məni dəli edirsiz, amma sizinlə özümü diri hiss edirəm.

Cavab verməyə, gözlərimi, ya da ağzımı açmağa heyim qalmamışdı. Kristian məni ehtiyatla qaldırıb yatağa uzatdı.

Mən anlaşılmaz şəkildə nəsə kəkələyirdim. Qalxıb qandalları açdı. Qandallardan azad edilən kimi ehtiyatla ovuclarımı, biləklərimi sığalladı, sonra yanımda uzanıb məni qucaqladı. Nəhayət, ayaqlarımı uzatdım. İlahi, necə də yaxşı idi! Hələ heç vaxt bu cür orqazm yaşamamışdım. Hmmm… Deməli, Kristian Qreyin Əlli Çalarının seks cəzası belə olurmuş…

Qaydaları tez-tez pozmaq lazımdı…

Və birdən tualetə getmək istədiyimi anladım, elə bu dəqiqə. Qaranlıqda gözlərimi açdım. Haradayam? Londonda? Parisdə? Hə, yadıma düşdü, yaxtadayam. Yaxtanın necə yırğalandığını, cırıldadığını, mühərriklərin asta səsini eşidirdim. Biz harasa gedirdik. Qəribədir. Kristian yanımda idi, qarşısında da noutbuku. Əynində ağ kətan köynək, ayaqyalın oturmuşdu. Saçları hələ nəm idi, yəqin təzəcə duş almışdı. Duş gelini və Kristianın öz ətrini burnumda hiss edirdim.

M-m-m…

— Salam. — O, mənə üstdən aşağı ilıq baxışlarla baxırdı.

— Salam. — Utancaq-utancaq gülümsədim. –Çoxdandır yatmışam?

— Bir saatdan bir az çox olar.

— Biz gedirik?

— Fikirləşdim ki, dünən axşam sahildə nahar etmişdik, baletə və kazinoya da getmişdik, bu dəfə dəyişiklik üçün göyərtədə — axşam yeməyi pis olmazdı. Sakit külək və deux. (İkimiz — fransızca).

Gülümsədim

— Hara gedirik?

— Kanna.

— Yaxşı. — Qurumuş bədənimi hərəkə gətirməyə çalışaraq gərnəşdim. Klodla məşğul olmaq nə qədər yaxşı olsa da, beləsinə hələlik hazır deyildim.

Ehtiyatla ayağa qalxdım – tualetə getmək lazımdır. İpək xalatı tələsik çiynimə atdım. Nə üçün axsayırdım? Və bu utancaqlıq haradan çıxmışdı? Kristian baxışları ilə məni süzdü, qaşlarını çatdı və noutbukuna tərəf çevrildi. Nədən narazı idi?

Həvəssiz-həvəssiz əllərimi yuyur və kazinoda keçirdiyimiz dünənki axşamı xatırlayırdım. Və bu an xalatımın yaxası açıldı. Şok içində güzgüdə özümə baxdım. Bu nədir belə? Bu adam mənim başıma nə oyun açmışdı?

III HİSSƏ

Döşlərimdəki qırmızı ləkələrə dəhşətlə baxdım. Əmilməkdən sonra qalan ləkələr! Mənim döşümdə! Amerikanın ən hörmətli, say seçmə iş adamlarından birinin arvadıyam və o – ilahi, lənətə gəlsin! – məni beləcə çirkin ləkələrlə mükafatlandırmışdı. Bəs niyə heç nə hiss etməmişdim? Cavab budur: mister orqazm öz mükəmməl seksual təcrübələrini mənim üstümdə sınaqdan keçirmişdi.

Şüuraltım eynəyinin altından baxıb açıq aşkar görünən qırmızı dairələri qeydə alır və narazılıqla başını yırğalayərkən, daxili ilahəm isə nokauta düşmüş boksçu kimi şezlonqda təngnəfəs uzanmışdı. Güzgüdə öz əksimə baxdım.

Biləklərimdə qandalların çapıq izləri qalmışdı. Sonra, əlbəttə ki, yeri göyərəcəkdi. Topuqlarıma baxdım – orada da çapıq izləri var. Özümə baxıb nəyə oxşadığımı başa düşməyə çalışdım. Tanış olduğumuz gündən bəri yaxşı görünməyə başlamışdım – bədənimin forması düzəlmiş, incəlmişdim, saçlarıma parıltı gəlmişdi və yaxşı saç düzümüm var idi. Əllərim manikürlü, ayaqlarım pedikürlü idi, qaşlarım alınmışdı. Həyatımda ilk dəfə baxımlı görünürdüm.

Və birdən birə döşümdəki bu ləklər.

Kosmetik müdaxiləni düşünməyə halım belə yox idi. Onsuz da qanım it qanı kimi qaralmışdı. Bədənimdə bu cür dəhşətli ləkələri necə qoya bilərdi! Elə bil yeniyetmə oğlan idi. Birlikdə olduğumuz bu qısa vaxt ərzində birinci dəfə idi ki, belə şey olurdu. İndi özümə baxmaq belə qorxunc gəlirdi. Açığı, niyə belə etdiyini bilirəm.

Axı o hər şeyi nəzarətdə saxlamalı idi. Bu məsələdə dəlinin biri idi. Düzdür! Şüuraltım qollarını xırda döşlərimin altında bükdü – bu dəfə Kristian lap ağını çıxarmışdı! Vanna otağından çıxıb onun tərəfinə baxmadan bir baş qarderob olan otağa keçdim. Xalatı çıxarıb idman şortu və kapyüşonlu jiletimi əynimə keçirdim. Sonra hörüklərimi açdım, darağı götürüb saçımın qarışmış tellərini səliqəyə salmağa başladım.

— Anasteyşa! — Səsində təlaş hiss edilirdi — Yaxşısan?

Özümü elə aparırdım ki, guya eşitmirəm. Yox, yaxşı deyiləm. Başıma gətirdiyi bu hoqqadan sonra bal ayının axırıncı gününə qədər çimərlik geyimini çətin ki bir də əynimə keçirim, çox bahalı bikinimi isə unutmalı olacam. Bunları düşündükcə hirsim bir az da coşurdu. Nə haqla bunu etmişdi? Eybi yox, kim olduğumu ona göstərərəm.

Qəzəbim qaynayır, qalxır və püskürürdü. Elə isə, mən də özümü yeniyetmə kimi göstərə bilərəm! Yataq otağına qayıdıb əlimdəki darağı üstünə tulladım və üzümü çevirib getdim, arada üzündəki çaşqınlıq ifadəsini və inanılmaz reaksiyasını gördüm, – Kristian qorunmaq üçün əli ilə üzünü tutdu, daraqsa çiyninin küncünə dəyərək heç bir xətər toxundurmadan çarpayıya düşdü.

Kayutdan sıçrayıb çıxdım, qaça-qaça trapı adlayıb göyərtəyə keçdim və hikkə ilə yaxtanın düz burnuna tərəf addımladım. Sakitləşmək lazım idi. Qaranlıq idi, gecə tropik ətirlərə — hopmuşd-u. Mülayim meh dənizin, çiçək açan yasəmən və buqenvillərin ətrini uçurub gətirirdi. “Gözəl ledi” yüngülcə, əziyyət çəkmədən mürgüləyən, gömgöy dənizin üstüylə gedirdi. Taxta tutacaqdan yapışıb işıqları sayrışan uzaqdakı sahilə baxdım. Dərindən, şəfaverici havanı nəfəsimə çəkdim və içimə rahatlığın necə dolduğunu hiss elədim Addımlarını eşitməsəm də artıq yanımda dayandığını hiss edirdim.

— Hirslənmisən, — o, pıçıldadı.

— Siz necə də ağıllısız, Şerlok!

— Çox hirslisən?

— On ballıq şkala üzrə əllinci dərəcəyədək. Uyğun gəlir, hə?

— Bu artıq dəlilik həddidir. –Deyəsən. təəccüblənmişdi.

— Hə. Təhqiredici hərəkətlər səbəbindən, — qıcanmış dişlərimin arasından çımxırdım. Kristian susurdu. Narazı sifət eləyib üzümü çevirdim — o isə mənə ehtiyatla hətta qorxa-qorxa baxırdı. Toxunmağa belə cürət etmədiyini nəzərə alsaq, deməli, özünü narahat hiss eləməyə başlamışdı.

— Qulaq as, bu hərəkətlərini yığışdır. Məni özünə tabe etməyə can atma. Fikrini mənə artıq çatdırmısan. Çimərlikdə. Özü də çox nümayişkaranə şəkildə.

O, sakitcə çiyinlərini çəkdi və küskün-küskün dilləndi:

— Lap yaxşı, bir də soyunmazsan.

Və bu etdiyi hərəkətin bəraəti idi? Baxışlarımla onu dəlib keçirdim.

— Bədənimdə ləkə qoymağın xoşuma gəlmir. Özü də bu qədər! Bəsdir, qadağan edirəm!

— Mənə isə camaatın içində soyunmağın xoş deyil. Mən də qadağa qoyuram!

— Danışdıq! Bir bura bax! — Mən jileti soyunub döşümdəki dairəvi tünd ləkləri açıb ona göstərdim. Kristian gözünü məndən çəkmirdi. O, hələ məni belə görməmişdi, nə edəcəyini, nə gözləyəcəyini bilmədən ehtiyatla davranırdı. Nə etdiyini başa düşmürdümü? Nə qədər ağılsız və gülməli göründüyünü başa düşmürdümü? Üstünə bağırmaq istəsəm də özümü zorla saxlayırdım — çox üstünə getmək də istəmirdim. Kim bilir, özünü necə aparacaqdı. Nəhayət, Kristian dərindən köks ötürdü və təslim olmuş jestlə əllərini yuxarı qaldırdı.

— Yaxşı, yaxşı. Başa düşdüm.

Çox şükür!

— Yaxşı!

Əl atıb saçlarımı sığallamağa başladı.

— Bağışla. Və xahiş edirəm, hirslənmə. — Axır ki, üzr istədi. Özü də mənim sözlərimi təkrarlayırdı

— Bəzən özünü balaca oğlan kimi aparırsan, — inadla, amma qəzəbsiz tonla dedim və Kristian da bunu hiss edirdi. Yaxına gəldi, ehtiyatla əlimi tutdu və üzümə düşən saçımı qulağımın arxasına sürüşdürdü.

— Bilirəm, — yumşaq səslə razılaşdı. –Hələ çox şeyi öyrənməliyəm.

Birdən doktor Flinin dediklərini xatırladım: “Ana, emosional planda Kristian hələ də yeniyetmədir. O, həyatının bu mərhələsini yaşamayıb. Bütün enerjisini biznesdə uğur qazanmağa xərcləyib və bu yolda bütün sərhədləri üstələyib. Ancaq emosional planda hələ də uşaq kimi qaçdı-tutdu oynamalıdır”.

Bir az özümə gəldim.

— Təkcə sən yox, ikimiz də çox şeyi öyrənməliyik, — köksümü ötürüb əlimi sinəsinə qoydum. Kristian tərpənmədən dümdüz — dayanmışdı, amma gərgin idi. Əlini əlimin üstünə qoyub utancaq-utancaq gülümsəyirdi.

— Mən hələ indi başa düşdüm ki, sizin iti əliniz və gözünüz var, missis Qrey. Əvvəllər buna fikir verməmişdim, həm də qabiliyyətlərinizi qiymətləndirə bilməmişdim. Siz məni daim təəccübləndirirsiniz.

Qaşımı qaldırdım.

— Reydən yaxşı təcrübə öyrənmişəm. Həm uzağa atmada, həm də güllə atıcılığında çox dəqiqəm, odur ki, bunu diqqətinizdə saxlayın, mister Qrey.

— Çalışaram missis Qrey. Üstəlik qayğısına qalacam ki, bütün atıcı alətlər ortalıqdan yığışdırılsın və odlu silaha əliniz çatmasın. — deyib sərsəmlər kimi güldü.

Mən də bic-bic güldüm.

— Bir şey fikirləşərəm. Mən yaradıcıyam.

— Bu bacarığı səndən almaq olmaz, — Kristian pıçıldadı, sonra əlimi buraxıb belimi qucaqladı. Özünə tərəf çəkib burnuyla saçlarımı qarışdırdı. Mən də onu qucaqladım və gərginliyinin necə azaldığını hiss etdim

— Bağışlandım?

— Bəs mən?

Gülümsədi.

— Hə.

— Sən də.

Bir-birimizə sarılmış vəziyyətdə dayanmışdıq. Qəzəbim keçib getmiş, küskünlük qalmamışdı. Balaca oğlan uşağı idi, nədir, bilmirəm, amma çox gözəl ətri vardı. Axı bunun qarşısında necə dayanmaq olardı?

— Acmısan? — Kristian bir az keçəndən sonra soruşdu. Mən gözlərimi yumub başımı onu sinəsinə dayadım.

— Hə. Ölürəm acından. O cür… hmmm… şəhvətli gecədən sonra iştahım da artıb. Amma axşam naharı üçün heç uyğun geyimdə deyiləm. –Şort və jilet, ərimin fikrincə, yemək otağında görünmək üçün qətiyyən yaxşı geyim deyildi.

— Məncə lap yaxşı görünürsən. Həm də bu həftə yaxta bizimdir və ürəyimiz istəyən kimi geyinib-keçinə bilərik. Hesab elə ki, bu gün Firuzəyi adada azad gündür. Açığı, yeməyimizi göyərtədə yeyə bilərik.

— Məmnuniyyətlə.

Əfv olunma şərəfinə nail olduğuna razı halda məni öpdü və biz əl-ələ verib yaxtanın burnuna getdik; bizi orada qaspaçço şorbası gözləyirdi.

Göyərtə bələdçisi bizə kremli brüle gətirib sakitcə aralanıb getdi.

— Nə üçün həmişə saçlarımı hörürsən? — maraqla soruşdum.

Masada ayağımı ayağının üstünə aşırmış vəziyyətdə yanaşı oturmuşduq. Kristian əlini uzadıb desert qaşığını götürmək istəyirdi, amma sualımı eşidən kimi dayandı, mənə baxıb qaşlarını çatdı.

— İstəmirəm ki, saçların nəyəsə ilişsin, — sakit səslə dedi və bir anlıq fikrə getdi. — Yəqin, öyrəşmişəm.

Birdən qaşları yenə çatıldı, göz bəbəkləri böyüdü, gözlərində təlaşlı qığılcımlar göründü. Nəyisə xatırlamışdı. Amma nəyi? Hər halda nəsə xoşəgəlməz, ağrılı bir şey idi. Uşaqlıq illərindən… Əyilərək barmaqlarımı dodaqlarına toxundurdum

— Yox, elə də vacib deyil. Elə belə, marağımdan soruşdum. –Sözlərimə ilıq təbəssüm qatdım. O, mənə bir az ehtiyatla baxdı, amma sonra rahatladı. Əyilib dodağının kənarından öpdüm.

— Səni sevirəm. — O, özünün utancaq və əzabkeş təbəssümüylə gülümsədi və mən əridim. — Həmişə sevəcəm.

— Mən də səni, — sakit səslə dedi.

— Sözəbaxan olmasam da? — nadinc uşaqlar kimi soruşdum.

— Sözəbaxan olmadığın üçün, — Kristian güldü.

Desertin üstündəki qızardılmış şəkəri qaşıqla qopartdım və başımı yırğaladım. Görəsən, bu adamdan nə vaxtsa baş çıxara biləcəm? M-m-m nə dadlı krem-brüledir..

Bələdçi boşqabları yığışdırarkən Kristian çəhrayı şampan şüşəsini götürüb açdı və badələrə süzdü. Mən ətrafa boylandım, heç kəsin olmadığına əmin olan kimi soruşdum:

— Tualetə getmək olmaz deyəndə nəyi nəzərdə tuturdun?

— Doğrudan bilmək istəyirsən? — Kristian gülməkdən özünü güclə saxlayır, gözləri isə bic-bic parıldayırdı.

— Hə, sonra? — altdan-altdan ona baxıb şampan qədəhini dodaqlarıma yaxınlaşdırdım.

— Sidik kisəsi dolu olanda orqazm daha güclü olur.

Qıpqırmızı oldum.

— Doğrudan? Aydındır. –Nə etmək olar, bu özü də çox şeyi izah edirdi.

Çoxbilmiş bir tərzdə gülümsədi. Görəsən, bu Mister Seksi nədəsə üstələmək mənə nəsib olacaqmı?

— Hə. Yaxşı, onda… — Pərt olmuşdum və mövzunu dəyişmək istəyirdim, amma mövzu tapa bilmirdim.

Çaşqınlığımı görən Kristian özü köməyimə çatdı.

— Axşam neyləyək? Təklifin var? — təbəssümlə soruşdu.

Özün qərar ver, mən onsuz da hər şeyə hazıram. Bəlkə irəli sürdüyün nəzəriyyəni təcrübədə sınamaq istəyirsən? Çiyinlərimi çəkdim.

— Bilirəm nə istəyirsən. — Qədəhini stolun üstünə qoyub ayağa qalxdı və əlini mənə uzatdı. — Getdik.

Ayağa qalxdım və Kristian məni əsas salona apardı.

Aypodu kiçik jurnal stolunun üstündə idi. Kristian düyməni basıb melodiya seçməyə başladı.

— Mənimlə rəqs et. — Məni özünə tərəf çəkdi.

— İsrar edirsənsə…

— İsrar edirəm, missis Qrey.

Oynaq, şux melodiya səsləndi. Latın musiqisidir? Kristian hərəkətə başladı, ritmi tutdu və məni də öz axarına saldı. Salonda fırlanırdıq.

İfaçının isti, şirin karamel kimi çəkici səsi vardı. Dəqiq bildiyim mahnı idi, amma adını yadıma sala bilmirdim. Birdən Kristian məni arxaya yatırdı; çaşqınlıqdan qışqırdım və dərhal uğundum. Gülümsəyirdi, şən və bir az şəhvətli işartılar vardı. Sonra məni tutub fırlamağa başladı.

— Qəşəng oynamağın var, — dedim. — Kaş mən də belə bacara bilsəydim.

Üzümə sirli bir gülümsəmə ilə baxdı, ancaq heç nə demədi. Həmin qadını, missis Robinsonu düşünürdü, ona rəqs etməyi və sevişməyi öyrədən qadını. Çoxdandır ki, o qadın yadıma düşmürdü, Kristianın ad günündən bəri. Deyəsən işgüzar münasibətləri bitmişdi. Amma yaxşı müəllimliyi varmış, istəməsəm də etiraf etdim.

Məni bir də arxaya doğru əydi, amma tez tutdu və dodaqlarımdan öpdü.

— Sənin sevgin üçün darıxacam, — şirin səsli müğənninin sözlərini təkrarladım.

— Heç məni demirsən, — dedi və məni otağın ortasında fırlatmağa davam etdi, mənimsə sözlərinin sehrindən başım fırlanırdı.

Mahnı bitdi və Kristian mənə baxdı. Gözləri artıq gülmürdü – onlar qaralmış və şəhvətlə dolmuşdu. Nəfəsim ağırlaşdı.

— Yatağa gedək? — o qədər ümidverici və yalvarışla pıçıldadı ki, ürəyim yerindən oynadı.

“Hələ iki həftədən bir az əvvəl hər şeyə razılığımı almısan” – demək istədim. Amma bilirdim: bunu etməklə əslində o, üzrxahlığını bildirir və aramızdakı küskünlüyün bitməsinə əmin olmaq istəyirdi.

Yuxudan oyandım. İllüminatorda günəş parlayır, yırğalanan suyun kölgələri tavanda oynaşırdı. Kristian ortalıqda yox idi.

Üzümdə təbəssümlə gərnəşdim. Seks cəzasını hər gün qəbul etməyə hazır idim, bir şərtlə ki, bitincə seks makiyajı da təmin olunsun. Hansından daha çox xoşlandığımı anlamaq isə elə də asan deyildi.

Qalxıb vanna otağına keçdim. Qapını açdım – Kristian qurşağına doladığı dəsmalı saymasaq, tamamən lüt-üryan güzgünün qarşısında dayanıb üzünü qırxırdı. Dönüb mənə baxdı və qətiyyən utanıb çəkinmədən güldü. Çoxdan bilirdim ki, Kristian tək qalanda qapını daha kilidləmirdi. Hər halda bunun bir izahı vardı, ancaq növbəti müəmmanın içində qurdalanmağa qətiyyən həvəsim yox idi.

— Sabahınız xeyir, missis Qrey, — gözləri mərhəmət saçaraq dedi.

— Sizin də sabahınız xeyir olsun.

Belə anlarda onu müşahidə etmək, çənəsini necə aşağı və yuxarı çəkməsinə baxmaq xoşuma gəlirdi. Dönüb mənə göz vurdu – üzünün yarısında hələ də sabun köpüyü qalmışdı.

— Xoşuna gəlir?

Ah, Kristian, sənə saatlarla baxa bilərəm!

— Mənim ən sevimli məşğuliyyətimdən biridir, — etiraf etdim, o isə əyilib tez məni öpdü, üzümdə kiçik köpük ləkəsi qaldı.

— Yenə istəyirsən hə? — Kristian qəzəblə pıçıldayaraq ülgücü yuxarı qaldırırdı.

Dodağımı büzüb qəsdən qaşlarımı çatdım.

— Gələn dəfə parafindən istifadə edəcəm.

Yadıma gəlir, bir dəfə Londonda marağımdan qasığımdakı tükləri qırxdığıma Kristian necə sevinmişdi. Düzdür, bu işin öhdəsindən Mister Dəqiqliyin yüksək standartlarına tam uyğun şəkildə gələ bilməmişdim…

— Bu nədir belə etmisən? — Kristian çımxırdı və üzündə dəhşətə, ya da marağa bənzər bir ifadə əmələ gəldi. Pikkadili yaxınlığında qaldığımız “Barun” otelindəki çarpayıya əyləşib torşerin işığını yandırdı və ağzı açıq mat-məəttəl gözünü mənə zillədi. Gecə yarı olmuşdu. Pörtmüşdüm, üzümün rəngi onun oyun otağındakı yataq örtüyünün rəngində olmuşdu; bir əlimlə atlas gecəliyimi aşağı dartmağa çalışdım. Kristian əlilmi tutdu.

— Ana!

— Mən… tükləri qırxmışam.

— Görürəm. Amma nə üçün? — Ağzı qulağının dibinə qədər açılmış vəziyyətdə güldü.

Utandığımdan yerə girirdim… çevrilib əllərimlə üzümü örtdüm. Axı niyə ondan bu qədər utanırdım ?

— Hey, — Kristian yumşaq səslə dedi və əlimi üzümdən götürdü, — Gizlənmə. — Gülməkdən özünü saxlamaq üçün dodaqlarını dişləyirdi. — Danış görüm. Niyə? — Gözləri şən-şən parıldayırdı. Başa düşmürdüm, gülməli nə var idi burda?

— Gülmə mənə.

— Mən gülmürəm. Bağışla. Sadəcə bir az şənləndim.

— Hə…

— Söylə görüm niyə?

Köksümü ötürdüm.

— Bu sabah sən görüşə gedəndən sonra duş aldım və sənin qaydalarını xatırladım.

Kristian gözlərini döydü. Üzündəki şən ifadə yoxa çıxmışdı, daha ehtiyatla mənə baxırdı.

— Onları bir-bir yadıma salıb götür-qoy etdim, sonra isə həmin gözəllik salonu yadıma düşdü və fikirləşdim ki, bu sənin xoşuna gələcək. Parafindən istifadə etməyə cəsarətim çatmadı… — səsim getdikcə yavaşladı.

Kristian yenə mənə baxır və gözləri parıldayırdı, amma bu dəfə sevincindən yox – sevgisindən.

— Ah, Ana.. — Əyilərək dodağımdan öpdü. — Adam səninlə heç darıxmaz. Məncə sizin yaradıcılığınızı bir-bir, detallıca incələyib gözdən keçirməliyəm.

— Nə? Yox. — Yəqin, zarafat eləyirdi! Örtünərək qırxılmış qasığımı gizlətdim.

— Bax, bunu eləmək lazım deyil.

Kristian qollarımı bir-birindən aralayıb yana sıxdı və ayaqlarımın arasına baxdı. Bu baxışlarla ocaq qalamaq olardı və ancaq mən ehtiraslanmağa macal tapmamış əyilib dodaqlarını qarnımdan düz aşağı və bir az da aşağılarda dolaşdırdı. Dartındım, qurcalandım, sonda taleyimlə barışdım…

— Baxaq görək burda nə var? — Kristian hələ bu sabaha qədər qasıq qıllarımın olduğu yeri öpdü və saqqallı çənəsini dərimə sürtdü.

— Ay!.. — deyə inlədim. Hə, çox həssas hisslər idi.

— Məncə işi axıra kimi edə bilməmisən. — olan qalan tükcükləri dodaqları ilə çəkib dartdı.

— Oh, lənətə gəlsin, — mırıldandım və ümid eləyirdim ki, hər tərəfi baxışdan keçirmə əməliyyatına bununla da son vermiş olar.

— Ağlıma bir fikir gəlib. — Yataqdan lüt-üryan sıçrayıb vanna otağına qaçdı.

Yenə nə gəlmişdi ağlına? Çox keçmədi ki, Kristian əlində bir stəkan su, mənim ülgücüm, özünün təraş fırçası, sabun və dəsmalla qayıtdı. Dəsmalı əlində saxlayaraq suyu, fırçanı və ülgücü çarpayının yanındakı tumbanın üstünə qoydu və mənə baxdı.

“Ah, Yox!” – Şüuraltım Çarlz Dikkensin seçmələrini bir kənara tullayıb kreslodan sıçradı və əllərini belinə qoyub qətiyyətli görkəm aldı.

— Yox. Yox.Yox.

— Missis Qrey, istənilən işi yaxşı yerinə yetirmək lazımdır. Arala ayaqlarını. — Boz gözləri şimşəkdən əvvəlki yay səmasını xatırlatdı.

— İmkan vermərəm ki, məni qırxasan.

Başını yana əyib:

— Xeyir ola, nə üçün?

Utandığımdan qıpqırmızı olmuşdum. Guya bilmir nəyə görə?

— Çünki bu… Çünki bu həddən artıq…

— Həddən artıq intimdir? — Kristian pıçıldadı. Axı sən yaxşı bilirsən ki, mənə də elə intimlik lazımdır. Bir də ki, səninlə elədiklərimizdən sonra bu çox xırda şeydir. Və inan ki, bədəninin bu hissəsini mən səndən daha yaxşı tanıyıram.

Heyrətdən ağzım açıq qalmışdı. Möhtəşəm özünə əminlik nümayişi idi. Hə haqlı idi, amma yenə də olsun…

— Bu… doğru deyil! — səsim çox yazıq və quru çıxırdı.

— Düz demirsən. Bu, əladır.

Əladır? Necə yəni?

— Yəni bu, səni belə ehtiraslandırır? — heyrətlə soruşdum.

Kristian fışıldadı.

— Guya görmürsən? — Mənalı baxışlarla doğruluğunun sübutu kimi aşağıya işarə edərək, — Səni qırxmaq istəyirəm — dedi.

Bu haradan gəldi ağlına?! Kürəyimə yaslandım və baxmamaq üçün gözlərimi ovuclarımla örtdüm.

— Əgər bundan ləzzət alacaqsansa, onda başla. Sən əcaibsən. — Ombamı qaldırdım və Kristianda dəsmalı altıma sərdi. Sonra ayaqlarımı yana araladı, özü isə ayaqlarımın arasında ortada oturdu. Çarpayının döşəyi bədəninin ağırlığından azacıq əyildi. — Əslində əl qolunu kəndirlə bağlamalıydım. — dedi.

— Tərpənməməyə söz verirəm.

— Yaxşı.

Sabunlu fırçanı ora, aşağıya sürtməyə başlayarkən bədənim uçundu. Su isti idi və istər istəməz az da olsa yerimdə qurcalanırdım. Qıdığım gəlirdi… amma çox xoş idi…

— Tərpənmə, — Kristian tənə vurdu və fırçanı suya batırdı. — Yoxsa səni doğrudan da kəndirləməli olacam, — hədə ilə əlavə etdi, — mənimsə belimin tən ortasından soyuq şəhvətli bir dalğa keçdi.

— Əvvəllər belə şey etmisən? — ülgücü əlinə aldığı an çox ehtiyatla soruşdum.

— Yox.

— Yaxşı.

— Daha bir yenilik, missis Qrey.

— M-m-m. Yenilikləri sevirəm.

— Mən də. Yaxşı, başladıq. — Dedi və məni təəccübləndirən bir incəliklə ülgücü bədənimin ən həssas yeri ilə hərəkət etdirməyə başladı — Sakit dur, — dodağının altında mırıldandı; bütün diqqətini tamamən gördüyü işə necə yönəltdiyini görürdüm.

Bir neçə dəqiqə sonra artıq dəsmalı əlinə alıb köpük qalıqlarını silməyə başladı.

— Bax belə, indi daha yaxşı oldu, — dedi və mən əlimi gözlərimdən çəkib ona baxdım — Kristian bir qədər kənara çəkilib məmnuniyyətlə gördüyü işin nəticəsini gözdən keçirdi.

— Razısan? — boğuq səslə soruşdum.

— Çox. — Arsız-arsız irişdi. — Çox əyləncəli idi, — Kristian yüngül istehza ilə dedi və barmağını yavaşca içimə — sürüşdürdü…

— Sənin üçün bəlkə əyləncəli ola bilər, — dedim və narazı görkəm almağa çalışsam da uğursuz alındı: Kristian haqlı idi, bu, çox həyəcanvericiydi…

— Yadıma gəlir ki, bunda sonrası da qənaətbəxş olmuşdu.

Kristian ülgücü yenidən əlinə aldı. Gözümü barmaqlarına dikdim. Hə, o, burada da haqlı idi. Heç ağlıma da gəlməzdi ki, tüksüz qasıq bu qədər fərqli ola bilərmiş.

— Hey, zarafat edirdim. Öz arvadlarına dəlicəsinə vurğun olan kişilərin hamısı özünü belə aparır, yoxsa yox? — Kristian çənəmi tutub diqqətlə üzümə baxdı, hansı əhval-ruhiyyədə olduğumu başa düşmək istəyirdi və birdən gözlərində qayğılı ifadə göründü.

Deyəsən qisas vaxtı gəlib çatmışdı.

— Otur, — dedim.

Başa düşməmişdi. Onu vanna otağındakı ağ taburetə tərəf itələdim. Kristian özünü itirmiş halda oturdu və mən ülgücü əlindən aldım.

— Ana… — deyəsən nə baş verdiyi ona indi çatdı. Əyilib üzündən öpdüm

— Başını geri çək.

Tərəddüd edirdi.

— Qisasa qisas, hörmətli mister Qrey.

Gözünü məndən çəkmirdi, bu dəfə hətta ehtiyatla yox, həm də inamsız baxırdı.

— Heç başa düşürsən, neynirsən? — yavaşca soruşdu. Mən başımı astaca yırğaladım, var qüvvəmlə ciddi görkəm almağa çalışırdım.

Kristian gözlərini yumub başını yana əydi. Dəhşət! Axır ki, üzünü qırxmağıma icazə verdi! Əlimi hələ də nəm olan saçlarına — qoyub yavaşsa sıxdım ki, başını tərpətməsin. Kristian stulda gözü yumulu oturub səssiz nəfəs alırdı. Ülgücü yavaş-yavaş boğazından yuxarı, yanağına qədər təmiz iz buraxaraq sürüşdürdum. Kristian astadan köksünü ötürdü.

— Qorxursan ki, kəsərəm?

— Səndən nə desən çıxar, Ana. Amma əlbəttə ki, qəsdən pis bir şey etməzsən.

Ülgücü bir də boğazından yuxarı hərəkətə gətirdim. Sabun köpüyü çəkilmiş dəridə daha geniş iz açıldı.

— Heç vaxt sənə bilərək pislik etmərəm.

Gözlərini açıb məni qucaqladı. Mən daha ehtiyatlı hərəkətlə ülgücü boğazında gəzdirdim.

— Bilirəm. — Kristian başını yana çevirdi ki, mənə rahat olsun. — Az qaldı , indi bitirəcəm.

— Bu da son. Özü də bir damcı olsun qan tökülmədən, — fəxrlə dilləndim. O, əlini ayaqlarımdan yuxarı sığallayaraq gecə köynəyimi yuxarı və bir az da yuxarı qaldırdı və sonra məni özünə tərəf çəkdi. Dizlərinin üstünə düşdüm, müvazinətimi saxlamaq üçün çiyinlərindən yapışdım. Doğrudan da çox əzələli idi.

— Bu gün səni hara aparım?

— Bu gün günəşlənməyə getmirik? — Qaşımı qaldırdım.

Gərgin bir tərzdə dodağını yaladı.

— Yox, bu gün getmirik. Fikirləşdim ki, bəlkə bu gün gəzmək istəyəsən.

— Hə də, bədənimə naxış qoyub ustalıqla aradan çıxandan sonra edəcək başqa heç nə qalmır, elə deyilmi?

Ağıllı tərpənib özünü elə apardı ki, guya sözümdəki zəhəri hiss etmədi.

— Onda maşınla yola çıxmalı olacağıq, amma mənzərəni görmək üçün buna dəyər. Oxumuşdum ki, oralar görməli yerlərdir. Kəndin adı Sen-Pol-de-Vansdır. Orada çoxlu rəsm qalereyaları var. Xoşumuz gələn bir şey olsa, təzə evimiz üçün oradan bir neçə rəsm və heykəltəraşlıq nümunələri ala bilərik.

Geri çəkilib ona baxdım. Rəsm və heykəltəraşlıq əsərləri… Tablo və ya heykəltəraşlıq əsəri almaq istəyirdi. Amma mən incəsənət nümunəsini necə ala bilərəm ki?

— Nə oldu? — Kristian çaşqın-çaşqın soruşdu.

— Mənim incəsənətdən heç başım çıxmır. Heç nə başa düşmürəm.

O, çiyinlərini çəkib nəzakətlə gülümsədi.

— Biz ancaq xoşumuza gələn şeyi alarıq. Məqsədimiz qara gün üçün yatırım deyil.

Yatırım? Lənətə gəlsin!

— Nə? — Kristian yenə soruşdu.

Mən başımı yırğaladım.

— Qulaq as, düzdür, layihəni memardan hələ təzə almışıq, amma elə indi də gedib baxmaq olar, ziyanı yoxdur. Qədim, orta əsrlərə aid bir yerdir…

Hə, memar. İndi yadıma düşdü. Onun adı Jia Matteo idi. Eliotun rəfiqəsi, Kristianın Aspendəki evini də o işləmişdi. Biz onunla görüşəndə az qala Kristianın altına uzanacaqdı.

— Hə, sonra nə? — Kristian hövsələsiz çımxırdı. — Mənsə yenə başımı yırğaladım. — De, susma.

Necə deyim ki, Ciadan xoşum gəlmir? Ondan zəhləm getməyim məntiqsiz bir şey idi və izahı yox idi, qısqanc arvad təsiri bağışlamaq istəmirdim.

— Dünən olanlara görə mənə hələ də qəzəblisən? — Köks ötürüb başını döşlərimin arasındakı oyuğa soxdu.

— Yox, sadəcə acmışam, — mırıldandım və bilirdim ki, bu onu arzuolunmaz suallardan yayındıracaqdı.

— Bəs niyə bayaqdan demirdin? — Məni dizinin üstündən itələyərək ayağa qalxdı.

Sen-Pol-de-Vans orta əsrlərə aid balaca dağ kəndidir və mənim gördüyüm ən mənzərəli yerlərdən biri idi. Bir əlimi Kristianın şortunun arxa cibinə qoyub daş döşənmiş dar küçələrlə ələlə gedirdik. Arxamızca, bir az aralıda ya Teylor, ya da Filiplə Qastondan biri gəlirdi – bu əkizləri ayırd etməyi hələ də öyrənə bilməmişdim.

Ağaclarla dolu meydanda qızmar istiyə baxmayaraq üçünün də başında ənənəvi beret olan üç nəfər yaşlı kişi petank oynayırdılar. Çoxlu turist vardı, amma Kristianla özümü olduqca rahat hiss edirdim. Görməli o qədər çox yer var idi ki – ustalıqla hazırlanmış fəvvarəli məhəllələrə aparıb çıxaran dar küçələr və döngələr, qədim və müasir heykəltəraşlıq nümunələri, maraqlı butik və piştaxtalar.

İlk qalereyada Kristian iri eynəyinin kənarını dişlərinin arasına alıb diqqətlə erotik rəsmlərə baxdı. Onların hamısı hansısa Florans Dellin əl işləri idi və müxtəlif pozalarda lüt qadın təsvirlərindən ibarətdi.

— Tam təsəvvür etdiyim kimi deyil, — mən bəyənməyərək dilləndim və onun — daha doğrusu, bizim şkafımızda tapdığım şəkillərlə dolu qutunu xatırladım. Maraqlıdır, o şəkilləri nə etmişdi? Görəsən atmışdı onları?

— Elə mən də. — Kristian gülümsəyərək əlimi tutdu və növbəti rəssama yaxınlaşdıq. Ağlımdan keçirdim ki, bəlkə mən də onu qarşısında belə pozalar verim.

Sonrakı sərgidə bir qadın öz natürmortlarını nümayiş etdirirdi – al əlvan, xoş rəng çalarlarıyla çəkilmiş meyvə və tərəvəz rəsmləri idi.

— Bax, bunlar mənim xoşuma gəlir. — Bibər çəkilmiş üç tablonu göstərdim. — O saat evimizdə tərəvəz doğramağın yadıma düşdü.

Güldüm. Kristian ciddi görünməyə çalışsa da özünü saxlaya bilmədi.

— Amma məncə tapşırığın öhdəsindən yetərincə bacarıqla gələ bilmişdim, — mızıldandı. — Düzdür, sürətlə doğramaq alınmadı. Bilirsən nə var, — çiynimi qucaqladı, — fikrimi yayındırma. Onları hara asardın məsələn?

— Nə?

Qulaq sırğalığımı yüngülcə dişlədi.

— Tabloları deyirəm. Hara asmaq istərdin onları?

— Mətbəxdə, — cavab verdim.

— Hmm. Pis fikir deyil, missis Qrey.

— Qiymətlərinə baxdım. Hər biri beş min avro idi. Əcəb işdir!

— Çox bahadır!

— Nə olsun ki? — Kristian yenə qulağıma tərəf uzandı. — Öyrəş, Ana. –dedi və əlimi buraxıb başdan başa ağ geyimdə olan və Kristiana marıtlayan qadının dayandığı piştaxtaya sarı getdi. Ürəyimdən gözlərimi süzmək keçsə də baxışlarımı tablolara çevirdim. Beş min avro… Əcəbdi!

Nahardan sonra “Sen Pol” otelində qəhvədən həzz alırdıq. Oturduğumuz yerdən çox gözəl mənzərə açılırdı. Üzümlük və günəbaxan sahələri düzənliyin ortasında yamaq kimi görünürdülər-, arada isə səliqəli kənd evləri görünürdü. Elə gözəl və aydın bir gün idi ki, hətta oturduğumuz yerdən uzaqlarda, üfüqdə parıldayan dəniz belə görünürdü.

— Sən bir dəfə məndən saçlarını niyə hördüyümü soruşdun. — Kristianın səsi fikirlərimin ahəngini pozdu. Səsindəki az qala günahkar tondan narahat oldum.

— Hə. — dedim. Deyəsən işlər yaxşı deyildi.

— Deyəsən, o, mənə saçları ilə oynamağa icazə verirdi. Heç bilmirəm, bunu yuxuda görmüşəm, yoxsa doğrudan da belə idi.

Aha! Bioloji anasını nəzərdə tuturdu.

Kristian daş kimi soyuq ifadə ilə mənə baxdı və ürəyim düşdü: bu cür şeyləri xatırladığı anlarda ona nə deməli idim?

— Saçlarımla oynamağın xoşuma gəlir, — səsim tərəddüdlü idi.

— Doğrudan

— Hə. — Əlini tutdum. — Məncə sən onu sevirdin. Öz bioloji ananı.

Üzündə heç nə dəyişmədi. Mənə baxır, amma heç nə danışmırdı.

Lənətə gəlsin. Deyəsən axı işləri korlamışdım?

“Bir şey söylə, xahiş eləyirəm” – öz-özümə yalvardım. Kristian isə təkidlə susur və iti baxışlarını mənə zilləmişdi. Sükut uzanırdı və deyəsən o, özünü tamamilə itirmişdi.

Əlinin üstündəki əlimə baxdı. Qaşlarını çatdı.

— Bir şey söylə, — sükut dözülməz həddə çatanda pıçıldadım.

— Gedək. — Əlimi buraxıb ayağa qalxdı, üzündə ürkək ifadə qalmışdı.

Doğrudanmı həddi aşacaq bir şey demişdim? Bilmirdim. Ürəyimdən elə bil daş asılmışdı. Heç bilmirdim nə edim – nəsə deyim, yoxsa hər şeyi olduğu kimi buraxım. İkinci variantı seçib itaətkarca arxasına düşüb restorandan çıxdım.

Ensiz, gözəl bir küçəyə çıxdıq. Və Kristian əlimi tutdu.

— Hara getmək istəyirsən?

Danışdı! Qəzəbli deyildi, şükürlər olsun! Mən rahatlıqla nəfəs alıb çiyinlərimi çəkdim.

— Mənimlə danışmağına görə çox sevinirəm.

— Bilirsən, daha bu barədə danışmaq istəmirəm. Yetər, bəsdir. Oldu, bitdi.

Yox, bitmədi. Və bu düşüncə məni kədərləndirmişdi. Bütün bunlar nə vaxtsa bitəcəkmi deyə öz özümə sual verdim O, həmişə belə olacaqdı… mənim Əlli Çalarım. Onun dəyişməyini istəyirdimmi? Yəqin ki, yox. Yetər ki, sevildiyini hiss etsin. Oğrun-oğrun ona baxdım: necə də yaraşıqlıdır. Və – mənimdir. Təkcə ona görə yox ki, gözəl üzü, cazibədar bədəni vardı. Məni cəlb edib, ovsunlayan şey onun mükəmməlliyinin arxasında gizlənənlər idi: incə, zərif, və yaralı qəlbi.

O, üstdən aşağı mənə xüsusi, yarı təəccüb, yarı ehtiyat və tamamən şəhvət saçan baxışları ilə baxdı, sonra çiyinlərimi qucaqladı və biz turist axınının ortasından keçərək Qastonun (və ya Filipin) bizim böyük Mersedesi saxladığı yerə yollandıq. Bir əlimi yenə də onun şortunun arxa cibinə soxmuşdum və sevinirdim ki, qəzəblənməyib. Amma, düzünü desəm, axı hansı dördyaşlı oğlan uşağı öz anasını sevməzdi? Hətta həmin ana dünyanın ən pis anası olsa idi belə? Mən ağır-ağır köks ötürdüm və ona daha da bərk sıxıldım. Cangüdənlər arxamızca gəlirdilər, görəsən nahar etmişdilərmi?

Kristian kiçik zərgərlik dükanının qarşısında dayandı, əvvəlcə vitrinə sonra mənə baxdı. Əlimi əlinə götürüb biləyimdə qandaldan qalmış zorla görünən çapıq izini sığalladı.

— Daha ağrıtmır, — onu rahat etmək üçün dedim. Kristian çevrilərək o biri əlimi qaldırdı. Bu biləyimdəki çapıq yerini Londondan ilk səhər yeməyimiz zamanı mənə bağışladığı platin “omeqa” saatı örtürdü. Saatın arxasındakı yazıya hər baxdığımda xoşbəxtlikdən hələ də başım dumanlanırdı!

“Anasteyşa,

Sən mənim hər şeyimsən,

Həyatım, məhəbbətim mənim.

Kristian”

Xasiyyətindəki dəyişkənliyə və bütün hər şeyə baxmayaraq, mənim ərim romantik idi. Biləyimdəki solğun çəhrayı çapıq izinə baxdım. O, bax, bu cür vəhşi də ola bilirdi. Sol əlimi buraxdı, çənəmdən tutub narahat baxışlarını üzümə zillədi.

— Ağrıtmır, — təkrar dedim.

Kristian əlimi dodaqlarına yaxınlaşdıraraq biləyimə zərif bir öpüş qondurdu.

— Getdik. — Məni mağazaya apardı.

— Bax belə. — Kristian indicə aldığı və üzərində kiçik güllər və xırda brilyantlarla bəzədilmiş zərif platin qolbağı açaraq biləyimə taxdı və şaqqıltıyla bağladı. Qalın, qandal formasında hazırlanmış qolbaq bütün qırmızı çapıqları ört basdır edirdi. Onun satıcı ilə fransızca etdiyi söhbətini tam anlamağa macal tapmasam da, düşünürdüm, təxminən on beş avro qiyməti vardı. Hələ indiyə qədər bu cür bahalı bir şeyim olmamışdı.

— Bax, belə daha yaxşıdır, — Kristian dedi.

— Yaxşı? — parıldayan boz gözlərinə baxaraq pıçıldadım. Çubuq kimi arıq satıcı qadın kənarda dayanıb həsədlə və aşkar paxıllıqla bizə baxırdı.

— Özün bilirsən nəyə görə, — Kristian şübhəli dedi.

— Bu mənə lazım deyil.

Əlimi silkələdim. Qolbaq biləyimdən sürüşdü və bir anlığa vitrindən süzülən günəş şüalarının altına düşdü. Brilyantların işıltısından divara parlaq kölgələr yayıldı.

— Mənə lazımdır, — Kristian tam ciddiyyətlə dedi.

Nə üçün? Nə üçün ona lazımdır? Özünü günahkar hiss etdiyi üçün və günahını yumaq istədiyi üçünmü? Nə üçün özünü günahkar hiss edirdi? Qandallardan qalan çapıqlara görə? Öz bioloji anasına görə? Ürəyini mənə aça bilmədiyi üçünmü? Ah bu Çalarlar!

— Yox, Kristian. Bu, sənə də lazım deyil. Sən onsuz da mənə çox şey hədiyyə etmisən. Gözəl bal ayı — London, Paris, Zümrüd adaları… və özünü, — pıçıltıyla əlavə etdim, gözləri nəmləndi. — Bəxti gətirən mənəm.

— Yox, Anasteyşa. Mənim bəxtim gətirib.

— Çox sağ ol. — Barmaqlarımın üstünə qalxıb boynunu qucaqladım və öpdüm, — qolbağa görə yox, ona görə ki, o, mənimdir!

Maşında yenə özünə qapılmışdı. Pəncərədən günortadan sonra saçan günəşin altında yırğalanan parlaq sarı günəbaxanlara baxırdı. Sükan arxasında əkizlərdən biri oturmuşdu, deyəsən Qaston idi, Teylorsa onun yanında əyləşmişdi. Kristian dərin düşüncələrə dalmışdı. Əlini tutdum və yüngülcə sıxdım. Çevrilib üzümə baxdı, sonra əlimi buraxıb dizimi sığalladı. Qısa ağ-mavi ətək və qısa qollu dar köynək geyinmişdim.

Kristian bir anlıq duruxdu; əlini hara uzadacağını bilmirdim – yuxarı, buduma, yoxsa aşağı, dizimə tərəf. Onun zərif toxunuşlarından aldığım həzzdən hərəkətsizləşdim. Nə etmək istəyirdi? Kristian ikincini seçdi və qəfil topuğumu tutub ayağımı qucağına qoydu. Üzümü ona tərəf çevirdim.

— O biri ayağın da lazımdır.

Aaa! Niyə? Əsəbi şəkildə Teylorla Qastona boylandım – deyəsən, onları ancaq yol maraqlandırırdı, – o biri ayağımı da dizinə qoydum. Kristian önə əyildi və hansısa düyməyə basdı və qarşımızda tünd rəngli ekran peyda oldu. Belə de! Bu maşının niyə bu qədər geniş olduğunu indi başa düşmüşdüm.

— Topuqlarına baxmaq istəyirəm, — Kristian yavaş səslə dilləndi. Baxışlarında narahatlıq var idi. İndi nə baş vermişdi? Onu narahat edən nə idi? Qandallardan qalan çapıq izləri? Mən də elə bilirdim ki, bu məsələ ilə qurtarmışıq. Əgər hansısa iz qalmışdısa belə yay sandalımın bağı üstünü örtürdü. Bu sabah elə bir şey də gözümə dəyməmişdi. Baş barmağını yavaş-yavaş topuğumdan yuxarıya doğru gəzişdirdi, sandalın bağını çəkib açdı və tünd qırmızı xətləri görər-görməz qanı qaraldı.

— Daha ağrıtmır, — pıçıltı ilə dedim. Kristian mənə baxdı. Üzü kədərli idi, dodağı isə sərtləşmişdi. Sözümə inanırmış kimi başını yırğaladı. Tez ayağımı silkələdim və sandal ayağımdan düşdü. Amma gec idi: Kristian yenə özünə qapanmış, dərin düşüncələr içində pəncərədən çölə baxırdı, amma bir əli ilə yenə də fikirli-fikirli ayağımı sığallamağa davam edirdi.

— Heyy, sən nə gözləyirdin ki? — sakitcə soruşuram.

— Bu çapıq izlərini görəndə özümü bu cür hiss edəcəyimi bilməzdim. –Nə? Gah azdanışan, qapalı olurdu, gah da belə açıq və səmimi. Bu adamda nələr varmış. Əlli Çalar! İndi gəl bu adamdan baş çıxar…

— Sən nə hiss edirsən?

Qaşqabaqlı idi.

— Yaxşı deyiləm.

Nə oldu yenə! Mən təhlükəsizlik kəmərini açıb ona yaxınlaşdım, ancaq ayaqlarımı dizindən götürmədim. Dizinin üstünə oturub onu elə möhkəm qucaqlamaq istəyirdim ki. Qabaqda tək Teylor olmuş olsaydı, elə bu cür də edərdim. Amma orada həm də Qaston oturmuşdu. Aramızda arakəsmə olsa belə, onun mövcudluğundan bədənim ürpənirdi. Kaş ki bu arakəsmədəki şüşə tünd olsaydı… Kristianın əlini sıxdım.

— Mənim ancaq göy ləkələr xoşuma gəlmədi. Yerdə qalanlarsa… sənin etdiyin hər şey, — səsimin tonunu pıçıltı həddinə qədər endirdim — qandallar xoşuma gəldi. Bu… bu, həzz verən bir şey idi. İstədiyin vaxt yenə də təkrarlaya bilərsən.

— Həzz verici?

— Hə. — Gülümsəyərək ayağımı daha dərinə, qasığına soxdum, barmaqlarımı qasığında oynatdım. Reaksiyanı gözləməyə ehtiyac yox idi — dodaqları o saat aralandı, Kristian havanı içinə çəkdi.

— Yaxşı olar ki, kəmərlərimizi bağlayaq, missis Qrey, — sakit, xırıltılı səslə dilləndi və mən barmaqlarımı oynatmağa davam etdim. Burulğandan xəbər verən gözləri qaraldı. Topuğumdan yapışdı. Durmağımı yoxsa davam etməyimi gözləyirdi? Kristian susdu və qaşqabağını salladı.

Bəs sonra?

Heç vaxt yanından əskik olmayan BlackBerrysin cibindən çıxardı, gələn zəngi qəbul edərkən saatına baxdı və qaşqabağını salladı.

— Barni.

Lənətə gəlsin. İş yenə də bizə mane olurdu. Ayağımı çəkmək — istəsəm də Kristian buraxmadı və topuğumu bir az da bərk sıxdı.

— Şəbəkə sistemi otağında? — inamsız danışırdı. — Yanğınsöndürmə sistemi aktivləşib?

Yanğın! Ayağımı çəkdim və bu dəfə Kristian məni tutub saxlamadı. Yerimə oturub təhlükəsizlik kəmərini bağladım və on beş min avroluq qolbağı əsəblə qolumda oynatmağa başladım. Kristian maşının qapısındakı düyməni basdı və tünd ekran aşağı endi.

— Yaralanan var? — İndi söhbətə Teylor da qulaq asırdı. — Nə ziyan? Aydındır… Nə vaxt? — Kristian yenə saatına baxaraq barmaqlarını saçlarında dolaşdırdı. — Yox. Nə yanğınsöndürən, nə də polis. Heç olmasa indilik belə olsun.

İlahi! Yanğın? Ofisdə? Çaşqınlıqla baxdım. Teylor bizə tərəf çevrildi, anacaq heç nə demədi.

— Doğrudan?.. Yaxşı. Dəymiş zərərin dəqiq hesabatını istəyirəm. Və son beş gündə giriş imkanı olan hər kəs, o cümlədən təmizliklə məşğul olanlar haqqında məlumatları da istəyirəm… Andreanı tap, qoy, mənə zəng etsin… Hə, deyirlər arqon çox effektivdir, amma bahadır.

Dəyən ziyanın hesabatı? Arqon? Bunlar nədir belə? Məktəb vaxtı kimya dərsindən dumanlı nələrsə yadıma düşdü. Deyəsən, kimyəvi elementdir.

— Başa düşürəm ki, tezdir. İki saat sonra elektron ünvana xəbər göndər… Xeyir, mən bilməliyəm. Sağ ol ki, xəbər verdin. — Kristian söhbəti bitirib dərhal başqa nömrəni yığdı.

— Uels… Yaxşı… Nə vaxt? — o, yenə saatına baxdı. –Onda bir saatdan sonra… Hə… Kənardakı məlumat bazasında İyirmi dörd- yeddi… Yaxşı.

Telefonunu cibinə qoydu.

— Filipp, bir saat sonra gəmidə olmalıyam.

— Bəli, müsyö.

Demək, bu Filippmiş, Qaston yox. Maşın qəfil sürət götürdü. Kristian mənə tərəf çevrildi. Üzündəki ehtiras yoxa çıxmışdı.

— Kimsə zədələnib? — sakitcə soruşdum.

O, başını yırğaladı.

— Ziyanın həcmi böyük deyil. — Mənə tərəf əyilib təsəlli verici jestlə əlimin üstünə vurdu, — Narahat olma. Adamlarım məşğul olur. — Budur, sənin ərin — hər şeyi nəzarətdə saxlayan və qətiyyən özünü itirməyən icraçı direktor.

— Yanğın harda olub?

— Şəbəkə sistemində.

— Qrey hausda?

— Hə.

Qısa cavablar verirdi, deməli, bu barədə danışmaq istəmirdi. Amma nə üçün?

— Bəs nəyə görə dəymiş zərər elə də böyük deyil?

— Çünki müasir yanğınsöndürmə sistemi ilə təchiz olunub.

Əlbəttə.

— Ana, xahiş eləyirəm, narahat olma…

— Narahat olmuram.

— Biz hələ tam əmin deyilik ki, yanğın baş verib, yoxsa yox — soruşmaq istəyib, amma dilimə gətirmədiyim sualıma cavab vermiş oldu. Mən qorxu içində əlimi boğazıma atdım. “Çarli Tanqo”, indi də bu… Bəs sonra?

IV HİSSƏ

Özümə yer tapa bilmirdim. Kristian kabinetinə qapanıb düz bir saatdır ki, çıxmırdı. Başımı kitab oxumaqla, televizora baxmaqla, günəşlənməklə – geyimli halda! – qarışdırmağa çalışsam da, rahatlamırdım, həyəcandan qurtula bilmirdim. Əynimi dəyişib şort və maykamı geyindim, bahalı qolbağımı çıxarıb Teyloru axtarmağa yollandım

— Missis Qrey. — Teylor əlindəki Entoni Berdcsin romanından ayrılıb dikəldi.

— Bir az mağazaları dolaşmaq istəyirəm.

— Əlbəttə, mem. — Teylor ayağa qalxdı.

— Və “jet-sky”la çıxmaq istəyirəm.

Onun ağzı açıla qaldı.

— E-e-e. –Teylor nə deyəcəyini bilməyib heyrətlə qaşlarını çatdı.

— Bunun üçün Kristianı boşuna narahat etmək istəmirəm.

Teylorun üzü qızardı.

— Missis Qrey, düşünmürəm ki, bu, mister Qreyin xoşuna gəlsin, mən isə işimi itirmək istəmirəm.

Əşşi, Tanrı xatirinə! Gözlərimi süzdürmək işə yarayardı, amma əksini etdim ağır-ağır köks ötürərək üzümdə bir yandan taleyimə boyun əydiyimin, bir yandan da ixtiyarımın əlimdən alınmasının məzlum ifadəsini yaratdım. Bir yandansa Kristianın Teylora qəzəblənməsini doğrudan da istəmirdim, hələ mənə qəzəblənməsini heç istəmirdim. Qətiyyətlə qapıya yaxınlaşıb döydüm. Kristian qırmızı ağacdan hazırlanmış iş masasının arxasında oturmuşdu. BlackBerrysindən ayrılıb sual dolu nəzərlərlə mənə baxdı.

— Andrea, bir dəqiqə gözlə, — Kristian telefondakına dedi. Sifəti ciddi, təmkinlə nə deyəcəyimi gözləyirdi. Lənətə gəlsin. Axı niyə mən həmişə özümü burda direktorun kabinetində dayanmış məktəbli kimi hiss edirəm? Hələ dünən bu adam əllərimi qandallamışdı. Mən ondan qorxmamalıyam, o, mənim ərimdir axı. Çiyinlərimi düzəldib dodağıma təbəssüm — qondurdum.

— Mən alış-verişə getməyə hazırlaşmışam. Cangüdənlə gedəcəm.

— Əlbəttə. Qardaşları və Teyloru özünlə götür. — Əlavə suallar vermədiyini nəzərə alsaq, deməli, doğrudan da ciddi nəsə baş vermişdi. Ona bir köməyim dəyə bilərdimi düşünüb dayandım və ona baxdım.

— Başqa nə? — Çıxıb getməyimi istəyirdi. Lənət olsun

— Sənə bir şey lazımdır? — soruşdum

Öz zərif, utancaq təbəssümüylə gülümsədi.

— Yox, əzizim, heç nə. Burda mənim qayğıma qalan olacaq.

— Yaxşı. — Onu öpmək istəyirdim axı o, ərimdir. Qətiyyətlə stola yaxınlaşdım və dodağından öpdüm və bununla da onu çox təəccübləndirmiş oldum.

— Andrea, sənə zəng edərəm, — Kristian BlackBerryni kənara qoyub məni ağuşuna aldı və öpməyə başladı, — şəhvətlə, istəklə öpdü. Sonra buraxdı.

Ruhum yenə yerindən oynadı.

— Sən məni işimdən yayındırırsan. Bu işləri tez yoluna qoyub səninlə məşğul olmaq istəyirəm. –Barmağını yanağıma sürtdü, çənəmi sığalladı.

— Yaxşı. Bağışla.

— Üzr istəmə, xahiş edirəm, missis Qrey. Fikrimi yayındırmağın xoşuma gəlir. Gedin, bir az pul xərcləyin. — Əllərini çəkdi.

— Elə də edəcəm. — Yalandan gülümsəyib qapıya sarı getdim. Şüuraltım başını yırğalayıb dodaqlarını büzdü. “Bəs niyə demədin ki, “jet sky”ı götürmək istəyirsən”, — ayıbımı üzümə vuraraq xatırlatdı. Mən isə qulaq asmadım. Şeytan qadın.

Teylor səbirlə salonda gözləyirdi.

— Komandanlıqla hər şey razılaşdırılıb. Gedə bilərik? — səsimdəki rişxəndi ört-basdır etməyə çalışaraq gülümsədim. Amma Teylorun gizləməyə heç nəyi yox idi, heyranlıq dolu gülümsəməsini gizləmədi.

— Buyurun, missis Qrey.

Sonra Teylor “jet-sky”dan necə istifadə etməyi mənə izah etməyə başladı. Təmkinli, özünə güvənən, yaxşı müəllim idi. Motorlu qayıq yaxtanın yanında sakit suda yırğalanırdı. Qaston gözünə pərçimlədiyi eynəyin altından düz qabağa baxırdı, “Gözəl ledi”nin matroslarından biri isə sükanın arxasındaca donub qalmışdı. Düz üç nəfər mənimlə idi – və bu da ona görədir ki, kefimə mağazaları veyllənmək düşmüşdü. Səfehlik idi.

Təhlükəsizlik kəmərini bağlayıb qayğısızca Teylora baxıb gülümsəyirdim. O, “jet sky”a minməyimə kömək etmək üçün əlini mənə uzatdı.

— Missis Qrey, motorun açarının kəmərini biləyinizə bağlayın. İşdir, suya aşsanız, mühərrik avtomatik özü sönəcək — o, təlimatlandırırdı.

— Yaxşı.

— Hazırsız?

Başımın hərəkətiylə təsdiqlədim.

— Onda yaxtadan dörd fut aralı çəkilin, sonra motorun düyməsini basın. Biz isə arxanızca gələcəyik.

Teylor “jet sky”ı qayıqdan araladı və hidrosikl yavaşca kənara sürüşdü. O, başını tərpədən kimi mən motoru işə saldım. Mühərrik nərildədi.

— Yaxşı, missis Qrey, ancaq bir az yavaş! — Teylor qışqırdı. Qaza basdım. “Jet sky” qabağa tullandı və motor söndü. Zəhrimara qalmış! Amma Kristianda çox yaxşı alınırdı. Bir də cəhd etdim — yenə həmin şey oldu. Axı nə baş verirdi!

— Belə qəfil olmaz, missiz Qrey! — Teylor qışqırdı.

— Hə, hə, hə, — deyinə-deyinə rıçaqı astaca çəkdim. Hidrosikl yenə yerindən sıçradı, amma bu dəfə motor sönmədi. Hə! Alındı! Ha-ha, gedirik!

Sevincimdən qışqırmaq, bağırmaq, hay-küy salmaq istəsəm də, özümü saxladım. Yaxtadan aralanıb körfəzin dərinliklərinə üz tutdum. Arxamda qayıqlı motorun hamar nəriltisi eşidilirdi. Qaza basdıqca hidrosikl irəli tullanırdı. İlıq meh saçlarımı dalğalandırır, su damcıları ətrafa sıçrayırdı – özümü azad hiss edirdim. Amma başım fırlanırdı! Nəyə görə Kristian məni sükana yaxın buraxmadığını indi başa düşmüşdüm.

Sahilə yan almaq yerinə geniş bir dövrə vurdum. Əla idi! Məni müşayiət edən Teylora və başqalarına əhəmiyyət verməməyə çalışaraq növbəti dairəni vurmağa hazırlaşmışdım ki, birdən “Gözəl ledinin” göyərtəsində Kristian göründü. Deyəsən mənə baxırdı, amma yenə də müəyyən etmək çətin idi. Cəsarətlə əlimi qaldırıb uzaqdan ona əl salladım. Uzaqdan daş heykələ oxşayırdı, ancaq salamıma cavab verdi, hərçənd jesti bir az soyuq göründü.

Üzünün ifadəsini görmürdüm, amma içimdəki səs deyirdi ki, boylanmağın yeri yoxdur və sahilə tərəf yan aldım. Aralıq dənizi günortadan sonra günəşin altında işıldayaraq bərq vururdu. Qazı azaltdım və Teylorun limana birinci gedib çatmasını gözlədim. Teylorun üzü tutulmuşdu, ürəyim ayağımın altına düşdü, Qastonsa elə bil altdan-altdan istehzayla gülürdü. Görəsən, qall-amerikan münasibətlərinin soyuqlaşmasına səbəb olan hadisə baş verməyib ki?

Hərçənd yaxşı bilirdim ki, problem mənim özümdə idi. Qaston limana cumdu və qayığın lövbərini bərkidənə qədər Teylor “jet sky”ı dayandırmaq üçün mənə bələdçilik etdi. Mən ehtiyatla hidrotsikli yaxtaya yaxınlaşdırdım. Teylor bir az yumşalmışdı.

— Motoru söndürün, missis Qrey. — Teylor dedi sükandan yapışaraq “ jet sky”ı limana yaxınlaşdırdı və əlini mənə uzatdı. Yıxılmadığıma və cəldliyimə özüm də təəccübləndim.

— Missis Qrey, — Teylor əsəblə gözlərini qırpdı, — hidrosikldə gəzməyiniz mister Qreyin heç xoşuna gəlməyib — dedi və yanaqları yenə qızardı.

Cangüdən xəcalətindən az qala büzüşmüşdü və mən yaxşı başa düşürdüm ki, onun Kristianla xoşagəlməz söhbəti olub. Axı mən səninlə neyləyim, mənim bədbəxt, patoloji bədbin ərim!

Mən heç nə olmamış kimi gülümsədim.

— Başa düşürəm. Mister Qrey indi özü burada deyil və nəsə xoşuna gəlmirsə, qayıdanda özü mütləq mənə deyəcək.

Teylor başını tərpətdi.

— Əlbəttə, missis Qrey, — sakitcə dilləndi və çantamı mənə uzatdı.

Qayıqdan enərkən onun əzabkeş təbəssümünü tutdum və içimdən ona gülümsəmək keçdi. Teylora hörmətim var idi, amma onun tənələrini eşitmək niyyətim yoxdur. Nə onun, nə atamın, nə də ərimin.

Lənətə gəlsin, Kristian vəhşiyə dönmüşdü, mənsiz də onun dərdi başından aşırdı. Ağlım harda idi yxı?

Çantamda BlackBerrynin vibrasiyası titrədi… Telefonu çıxardım. Telefon zənginin melodiyası məxsusi olaraq Kristianın şərəfinə Şadenin “Sənin sevgin – şahzadədir” mahnısı idi.

— Salam.

— Salam.

— Qayıqla qayıdacam, ona görə də özündən çıxma.

— E… — heyrətlənmişdi.

— Amma elə əyləncəli oldu ki, — pıçıltı ilə əlavə etdim.

Kristian köksünü ötürdü.

— Olsun missis Qrey, sizə mane olmayacam. Ürəyiniz istədiyi kimi əylənin, amma lütfən, özünüzdən muğayat olun.

Bax belə! Mənə əylənməyə icazə verilmişdi!

— Oldu. Sənə şəhərdən bir şey lazımdır?

— Yalnız bir şey: sənin sağ-salamat qayıtmağın.

— Əməl etməyə çalışaram, mister Qrey.

— Eşitdiyimə sevindim, missis Qrey.

— Məqsədimiz — istəklərə tabe olmaqdır, — gülüşlə cavab verdim.

— Mənə zəng edirlər, — təbəssümlə cavab verdi. — Hələlik, əzizim.

— Hələlik, Kristian.

Söhbət bitdi. “Jet sky” böhranı aradan qalxmışdı… Maşın artıq gözləyirdi, Teylor mənimçün qapını açdı. Ona göz vurdum, o isə köks ötürərək başını yırğaladı.

Keçib arxa oturacaqda əyləşən kimi ona e-mail göndərdim.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Təşəkkür

Tarix: 17 avqust 2011 16:55

Kimə: Kristian Qrey

Çox deyinmədiyin üçün sağ ol.

Sizi sevən arvadınız

Xxx

———-

Kimdən: Kristian Qrey

Mövzu: Təmkinli olmağa çalışıram

Tarix: 17 avqust 2011. 16:59

Kimə: Anasteyşa Qrey

Dəyməz.

Sağ-salamat qayıt.

Bu, xahiş deyil.

X

Kristian Qrey

“Qrey enterpraysez”in baş direktoru və sənin qayğıkeş ərin

Gülümsədim. Mənim tiranım.

Axı nə ağılla alış-verişə çıxmışdım. Şopinqdən zəhləm gedirdi. Əlqərəz, ürəyimin dərinliyində səbəbini özüm bilirdim – və elə buna görə də “Chanell”, Gucci”, “Dior” və digər lüks butiklərin yanından qətiyyətlə ötüb keçdim və nəhayət, içimi narahat edən şeyə kiçik bir turist dükanında çarə tapdım. Bu, üstü xırda ürəklər və zınqırovlarla bəzənmiş topuq bilərziyi idi.

Çox zərif səs çıxarır və cəmi beş avroya idi. Aldım və alar-almaz ayağıma taxdım. Bax bu, əsl mənim istədiyim, xoşladığım şey idi. Bu cür şeyləri sevən həmin o balaca qızla əlaqəmin itməsini istəmirdim. Qəlbimin dərinliyində başa düşürdüm ki, məni təkcə Kristian yox, onun var–dövləti də sıxırdı. Nə vaxtsa ona alışa biləcəyəmmi?

Teylorla Qaston tələb olunan qayda ilə axşamçağı turistlərlə qaynayan küçələrdə məni müşayiət etməkdə idilər. Kristiana da nəsə almaq istəyirdim. Elə bir şey ki, onun fikrini Sietldə baş verənlərdən ayıra bilsin. Hər şeyi olan adama nə alasan axı? Mağazalarla dolu meydanın ortasına dayandım və diqqətlə göz gəzdirdim.

Gözümə elektron avadanlıqlar dükanı dəydi və o dəqiqə Luvra, Venera Milosskayaya baxmağa getməyimizi xatırladım. Hafizəmdə Kristianın dediyi sözlər dolaşırdı: “Biz hamımız qadın formalarını xoşlayırıq. Mərmərdə də, yağlı boyada da, atlas və fotoaparat plyonkasında olsun, hər halı ilə ondan həzz alırıq”.

Ağlıma bir fikir gəlmişdi. Cəsarətli fikir idi… Əsas o idi seçimdə səhvə yol verməyəsən və bu işdə mənə kömək edə biləcək yalnız bir insan vardı. Çantadan BlackBerryni çıxarıb Xoseyə zəng etdim.

— Kimdir? — o, yuxulu-yuxulu dilləndi.

— Mənəm, Ana.

— Ana? Xəbərin var saat neçədir? — narazı-narazı deyindi. İlahi, vaxt fərqi tamam yadımdan çıxmışdı.

— Bağışla.

— Hardasan? Hər şey yaxşıdır? — səsində qayğıkeş ton əmələ gəldi.

— Mən Kanndayam, Fransanın cənubunda və hər şey yaxşıdır.

— Fransanın cənubunda? Belə de? Yəqin hansısa lüks oteldə?

— Yox… Biz burda qayıqdayıq.

— Qayıqda?

— Daha doğrusu yaxtada. Bu, böyük bir qayıqdır, — birnəfəsə izah etdim.

— Aydındır. — Səsi soyuqlaşdı. Lənətə gəlsin, gərək ona zəng etməyəydim. Bircə bu çatmırdı.

— Qulaq as, mənə məsləhətin lazımdır.

— Mənim məsləhətim? — Deyəsən, təəccübləndi. — Əlbəttə. –İndi artıq isti danışırdı.

Planımı izah etməyə başladım.

İki saat sonra Teylor qayıqdan yaxtanın göyərtəsinə qalxmağa mənə kömək edirdi. Qaston matroslarla köməkləşərək hidrosikli yerinə qoydu. Kristian heç yerdə gözə dəymirdi və mən hədiyyəni bağlamaya bükmək üçün tələsik kayutumuza keçdim. Ürəyimdə uşaq kimi yüngüllük və sevinc hissi var idi.

— Çoxdandır yoxsunuz. –Diksindim. — Kristian kayutun kandarında dayanıb diqqətlə mənə baxırdı. Yaman yerdə axşamladıq. Bəs əgər “jet sky” məsələsi bitməyibsə? Yaxud yanğın məsələsi sanıldığından da ciddidirsə?

— Sietldə hər şey nəzarətdədir? — ehtiyatla soruşdum.

— Nisbətən, — bir az əsəbi cavab verdi , qaş-qabağını tökmüşdü.

— Mənsə bəzi şeylər almışam. — Bir az da olsa kefini açmağa çalışdım, kaş ki bütün hirsini üstümə tökməsə. O, mehribanlıqla gülümsədi, deməli, hər şey o qədər də pis deyildi.

— De görək, nə almısan?

— Bax, bunu. — Ayağımı çarpayıya qoyub bilərziyi göstərdim.

Kristian yaxına gəldi, bir az əyilərək topuğumdakı xırda zınqırovlara toxundu, topuğumdakı qırmızı xətti görən kimi qaşlarını çatdı və barmağı ilə sığalladı. Qıdığım gəldi.

— Qəşəngdir.

— Və bir də bunu. — Qutunu ona uzatdım və ümid edirdim ki, hədiyyə onun diqqətini problemdən yayındıracaq.

— Bu mənimdir? — Kristian heyrətlə soruşdu. Mən utana-utana başımı tərpətdim. O, qutunu aldı və ehtiyatla çalxaladı. Balaca oğlan kimi irişdi, yanımda çarpayıya oturub məni öpdü. — Çox sağ ol.

— Axı sən hələ açmamısan.

— Vacib deyil. İçində nə olursa-olsun, artıq mənim xoşuma gəlib. — İşıq saçan gözləri ilə mənə baxdı. — Mənə tez-tez hədiyyə verilmir.

— Sənə nəsə almaq çox çətindir. Hər şeyin var.

— Sən varsan.

— Hə, varam. –Ona gülümsədim. — Özü də necə varam.

Kristian cəld bağlamanı açmağa başladı.

– “Nikon”? – Maraqla üzümə baxdı.

— İki rəqəmsal kameran olduğunu bilirdim, ancaq bu… portretlər və ona bənzər şeylər üçündür. İki obyektivi var.

Deyəsən, anlamamışdı.

— Bu gün qalereyada Florans Dellin rəsmi sənin çox xoşuna gəlmişdi. Luvrda nə dediyin də yadımdadır. Və əlbəttə ki, həmin şəkillər… — Udqundum, var qüvvəmlə şkafdakı şəkilləri düşünməməyə çalışdım.

Donub qaldı və söhbətin nədən getdiyini anlamağa başlayırdı ki, işləri korlamaqdan qorxaraq tez davam etdim:

— Fikirləşdim ki, bəlkə sənə lazım olar… bəlkə sən… mənim şəkillərimi çəkmək istəyərsən.

— Səni… çəkmək?

Dizinin üstündəki qutunu unudub gözünü mənə zillədi. Əlacsız bir tərzdə başımı yırğalayaraq onun reaksiyasını tutmağa çalışırdım. Nəhayət o, qutuya baxdı və nəzakətlə barmaqlarını qutunun üstündəki şirmayı şəkillərin üstündə gəzdirdi.

Görəsən, nə fikirləşirdi? Reaksiyası qətiyyən mənim gözlədiyim reaksiya deyildi və şüuraltım məni qəzəblə süzməyə başladı. Kristian həmişə özünü tapmaca kimi aparırdı. Yenə mənə baxdı və gözlərində… Nə? Ağrı? Lənətə gələsən, axı nə?

— Nəyə görə fikirləşdin ki, mən bunu istəyə bilərəm?

Yox, yox, yox! Axı sən özün dedin ki…

Kiminsə mənim erotik şəkillərimi hansısa məqsədlə əldə edə biləcəyini sorğulayan şüuraltımla göz-gözə gəlmədən, – İstəmirsən? – deyə soruşdum.

Kristian udqundu, əlini saçlarına apardı. Özünü elə itirmişdi ki, elə yazıqlaşmışdı ki. Köksünü ötürdü.

— Mənim üçün o şəkillər adətən sığortalanmaq kimi bir şey idi. Bilirəm ki, uzun müddət qadınları sadəcə obyekt kimi nəzərdən keçirmişəm. — deyib susdu və yöndəmsizcə çiyinlərini çəkdi.

Nə? Söhbəti hara aparırdı?

— Və fikirləşirsən ki, şəkillərimi çəksən məni də obyekt kimi görəcəksən?

— Ox.. — Kristian sanki şişmişdi. Üzünün rəngi qaçdı, qaş-qabağını salladı. — Hər şey elə mürəkkəbdir ki, — pıçıldadı və gözlərini açdı. Gözlərində təlaş, qorxu və daha nəsə var idi.

Lənət olsun. Burda nə problem var ki? Ona bu cür təsir eləyən nə idi? Mən? Onun bioloji anası haqqındakı sorğu-suallarım? Ofisdəki yanğın?

— Niyə belə deyirsən? — pıçıltı ilə soruşdum və vahimənin boğazımda necə düyünləndiyini hiss etdim. Mən elə bilirdim ki, o, xoşbəxtdir. Elə bilirdim ki, biz xoşbəxtik. Onu utandırmaq, çaşdırmaq istəmirdim. Fikirlərim qarışdı. Bu qəfil dəyişiklik haradan çıxdı? O Flinni demək olar ki, üç həftədir görmürdü. Bəlkə səbəb bu idi? Ona görə belə kefsiz idi? Bəlkə Flinnə zəng edim? Və birdən hər şeyi başa düşdüm. Qeyri-adi aydınlıq anları dərin düşüncələr zamanı çox nadir hallarda baş verirdi: yanğın, “Çarli Tanqo”, “jet sky”… O, sadəcə qorxurdu. Mənə görə qorxurdu.

Qandalların izləri isə onu kritik nöqtəyə çatdırmışdı. Onların üzündən Kristian bütün günü narahat olub və tamam başını itirmişdi, çünki əzab verməkdən narahatlıq hiss etməyə alışmamışdı. Bu düşüncədən halım pisləşirdi.

O, çiyinlərini büzüşdürüb yenə də baxışlarını yeni bilərziyimin bəzədiyi topuğuma zillədi. Tapdım!

— Kristian, bunların heç bir əhəmiyyəti yoxdur, — Mən qolumu qaldırıb güclə görünən çapığı nümayiş etdirdim. — Sən bir parol vermişdin. Dünən hər şey əla idi. Maraqlı idi. Bəsdir özünü içib-için yedin, –kobud seks xoşuma gəlir, bunu özüm sənə demişdim.

Qıp-qırmızı qızardım və yüksəlməkdə olan təlaşımı zorla dəf etdim. Gözlərini mənə zilləmişdi, görəsən nə düşünürdü? Bəlkə dediklərimi analiz edirdi? Fikirlərim qarmaqarışıq olmuşdu.

— Yanğına görə beləsən? Fikirləşirsən ki, yanğının ”Çarli Tanqo” ilə bir əlaqəsi var? Buna görə narahatsan? Danış mənimlə… xahiş edirəm.

Kristian lal-dinməz mənə baxırdı və aramıza yenə də səssizlik girmişdi. İşə bir bax! Bilirdim ki, daha ondan heç nə qoparmaq mümkün deyil.

— Əlavə heç nə uydurmağa gərək yoxdur, — asta səslə dilləndim və sözlərim yaxın keçmişdə həmin axmaq müqavilə haqqında onun öz dediklərinin əks-sədası oldu sanki.

Əyilib dizinin üstündəki qutunu götürüb açdım. O, süst vəziyyətdə hərəkətlərimi müşahidə eləyirdi, sanki mən – başqa planetdən gələn yad varlıq idim. Fotoaparatın peşəkar satıcı tərəfindən artıq işlək vəziyyətə gətirildiyini bildiyim üçün sadəcə obyektivin qapağını açdım. Kristiana tərəf tutub fokuslayarkən kameranın çərçivəsinə Kristianın gözəl və nigaran sifəti daxil oldu. Düyməni basıb tutdum, gələcək nəsillər üçün Kristianın indiki halını on ədəd rəqəmsal görüntü ilə həkk etdim.

— Yaxşı, onda obyekt sən olarsan. — Düyməni yenə basdım. Axırıncı kadrda dodaqları güclə sezilən tərzdə titrəyirdi. Yenə basdım və bu dəfə o, gülümsəyirdi — zəif də olsa, hər halda gülümsəyirdi… Mən düyməni buraxmadıqca gərginliyinin azaldığını, sönüb getdiyini görürdüm. Kristian rahatlaşmışdı və mən sakitcə hırıldamağa başladım Çox şükür. Mister Dəymədüşər özünə qayıtdı — hələ heç vaxt bu qədər sevinməmişdim.

— Hey, deyəsən axı bu hədiyyə mənə alınıb, — zarafatla deyindi.

— Əslində hər şey çox əyləncəli olmalı idi, amma elə alındı ki, indi kamera qadın dominantlığının rəmzinə çevrildi, — daha bir neçə kadr çəkərək iri planda bu gözəl üzün ifadəsinin necə dəyişdiyini gördüm. Kristianın gözləri bir anda tündləşdi və yırtıcı ifadə aldı.

— Deməli, sən bunu istəyirsən? Dominantlığı və təzyiqi? — yumşaq səslə soruşdu.

— Yox, istəmirəm. Yox.

— Axı mən sizi möhkəmcə basıb əzə bilərəm, missis Qrey, — Kristian yırtıcı tonla vədlər verirdi.

— Bilirəm ki, bacararsız, mister Qrey. Və siz bunu tez-tez edirsiz.

Gözlərini qırpdı, üzü birdən uzandı. Zəhrimara qalsın, yenə nə oldu? Fotoaparatı aşağı endirib sual dolu nəzərlərlə ona baxdım.

— Yenə nə oldu? — Səsim qüssəli idi. De, görək!

Susurdu. Qəzəbli idi. Mən fotoaparatı yenidən qaldırdım.

— Axı, nə oldu?

— Heç nə, — dedi və birdən kameranın obyektivindən yoxa çıxdı. Cəld hərəkətlə qutunu yerə tulladı, məni ələ keçirib çarpayıya yıxdı və… budur, artıq üzərimdə idi…

— Heyy! — daha bir neçə kadr çəkməyə macal tapdım. — Kristian gülümsəyir və deyəsən, niyyəti heç də xoş deyildi. Cəld bir hərəkətlə fotoaparat artıq onun əlinə keçmişdi və bayaqkı fotoqraf artıq subyekt rolunda idi. — Kristian obyektivi mənə tuşlayıb düyməni basdı.

— Beləliklə də, missis Qrey, istəyirsiz ki, sizin şəklinizi çəkim?

Üzünü görmürdüm – sadəcə dağınıq saçlarını və cəlbedici dodaqlarındakı istehzalı təbəssümünü görürdüm.

— Nə deyirəm ki, düşünürəm, əvvəlcə sizi gülən yerdə çəkməliyik — dedi və qabırğalarımın altını amansızlıqla qıdıqlamağa girişdi və mən qəhqəhə çəkir, hırıldayır və altında ora bura dartınır, uğursuz hərəkətlərlə əlindən yapışmağa cəhd edib bu işgəncəni dayandırmağa can atırdım. Kristianın ağzı istehzalı təbəssümlə açılmışdı, fotoaparat isə çəkməyə davam edirdi.

— Lazım deyil! Dayan! — qışqırdım.

— Zarafat eləyirsən? — Fotoaparatı bir kənara atıb ikinci əlini də işə saldı.

— Kristian! — qəhqəhədən boğula-boğula onu itələyirdim. Əvvəllər məni heç vaxt qıdıqlamazdı. Lənətə gəlsin, bəsdir! Çırpınır və sivişib altından çıxmağa çalışır, əllərimlə onu itələyirdim, amma o, amansız idi və zalım cəllad rolu deyəsən çox xoşuna gəlmişdi.

— Bəsdir! — ona yalvardım və birdən dayandı. Qollarımı bərk tutdu və yastığa sıxıb üzərimə əyildi. Gülməkdən təngnəfəs olmuşdum. Kristian özü də təngnəfəs idi. Mənə baxırdı… Həm də necə baxırdı? Donub qalmışdım. Necə bir baxış idi? Heyrətmi? Heyranlıqmı? Sevgimi? İlahi! O baxışlar!

— Sən. Necə də gözəlsən, — nəfəsini çəkə-çəkə dilləndi.

Ona baxırdım; o, zərif, o dəyərli, o ilahi üzünə baxırdım və o, məni ilk kəs görürmüş kimi baxırdı. Əyildi, gözlərini yumdu və öpməyə başladı… Heyranlığı, hədsiz sevinci libidomu coşdurmağa xidmət edirdi sanki. İnanmağım gəlmirdi ki, bütün bunlar mənə görə idi Oh… əllərimi buraxdı və əllərini saçlarımın arasına salıb məni yerimə möhkəm pərçimlədi. Bədənim istəyinə cavab olaraq onun görüşünə atıldı və dodaqlarım — öpüşlərinə — cavab verdi.

Birdən öpüşü dəyişdi – zərif, şirin, heyranlıq dolu olmaqdan çıxıb, günahkar, əxlaqsız, şəhvətli, dərin və istismarçı bir hal aldı. Dili ağzımın içinə şəfaverici nəvazişlə deyil, istilaçı, acgöz, çarəsiz, sahiblənmək istəyi ilə yanıb-yaxılaraq soxulmuşdu… Damalarımda şəhvət coşub qaynayır, əzalarımı oyadır, həyəcanlı titrəyişlə zoqquldayırdı…

Yenə nə baş vermişdi?

Kristian dərin bir nəfəs aldı.

— Sən mənim başıma nə oyun açırsan, — mırıldandı, səsi təəccüblü və yaralı idi. Ani bir hərəkətlə üstümə çöküb məni döşəyə pərçimlədi — bir əli ilə çənəmi sıxıb, o birisi ilə bədənimi, döşlərimi, qarnımı, budlarımı sığalladı, lap aşağını ovuclayıb sıxıb əzdi. Yenidən öpdü, dizləri ilə ayaqlarımı aralayıb özünü ayaqlarımın arasına itələdi; şəhvət dolu istəyi paltarının altından çölə can atırdı… Dodaqlarımın arasında inildəyərək nəfəsimi içimə çəkdim, şəhvətinin istisində od tutub yanırdım.

Haradasa uzaqlarda təlaş zınqırovları cingildəyir, amma onu eşitmək istəmirdim, çünki məni istədiyini, mənə ehtiyac duyduğunu, mənsiz yaşaya bilmədiyini və bütün bunların mənimlə ən sevimli ünsiyyət forması və özünüifadə vasitəsi olduğunu bilirdim. Hər şeyi unudaraq, təlaşlarımı bir kənara ataraq onu öpüşlərə boğdum barmaqlarımı saçlarına keçirdim və yumruğumu sıxıb özümü onun qoxusuna və dadına hopdurdum.

Ah, Kristian, mənim Kristianım…

Birdən qalxdı, məni yataqdan sürüşdürdü; qarşımda çaşqın və qorxmuş halda dayanmışdı. Şortumun düymələrini tez birbir açdı, diz üstə çöküb tumanım qarışıq hamısını soyundurub bir kənara tulladı… Nəfəsimi dərməmiş yenə də çarpayıda, onun altında idim, o isə şalvarının bağını bir göz qırpımında — dartıb açdı. İlahi, nə özü soyunur, nə də mənim maykamı belə çıxarmırdı. Heç bir prelüdiya yox idi – bir göz qırpımında ayaqlarımın arasına itələdi; qışqırdım – heyrətləndiyim üçün deyil, başqa hansısa bilmədiyim səbəbdən…

Qulağımın dibində Kristianın xırıltılı nəfəsini duyurdum.

— Hə, hə, hə… — O, əvvəlcə dondu, bir az qalxındı və daha da dərinlərə itələyərək inildəməyimə səbəb oldu.

— Sən mənə lazımsan, — Kristian xırıldayırdı. Dişlərini çənəmdə və yanağımda gəzdirir, dişləyir, əmir sonra yenə öpüşlərə qərq eləyirdi — oxşamadan, tələbkar və sərt şəkildə. Qollarımı boynuna, ayaqlarımı belinə dolayıb onu təlaşlandıran hər nə varsa silib yox eləmək istəyi ilə bərk-bərk özümə sıxdım. Və hərəkət etməyə başladı, sanki içimdə lövbər salmaq istəyirdi. Təkrar, təkrar, daha da yüksəyə, ağılımı başdan alaraq, məyusluqla, ibtidai instinktlə hərəkət edirdi. Onun dəli tempi ilə işğal olunmuş mən, özümü tamamilə ona təslim etdim; son damlama qədər. Nə idi onu belə tələsdirən?

Nədir ona təlaş verən? Suallar cavabsız qalırdı, çünki düşüncələrim daha da dərinlərə baş vuran, zərbəyə zərbəylə cavab verən dəli duyğularla çulğaşan bədənimlə ayaqlaşa bilmirdi, ondan geri qalırdı. Gərgin, fısıltılı və kəskin nəfəsini duydum və anladım ki, içimdə itib batmışdı. Hər iniltidən sonda nəfəs, hər xırıltıdan sonra qışqırıq. Çox erotikdir — onun yatmayan susuzluğu, doymaq bilməyən aclığı… Mən güzəştə gedir və özümü təslim etdikcə o daha çox tələb eləyirdi. Bunu özüm də çox istəyirdim — həm özüm, həm də onun üçün.

— Mənimlə birlikdə boşal, — ağır-ağır nəfəs alaraq qalxdı və qollarmı yana açdı. — Aç gözlərini. Səni görməliyəm. — Bu, xahiş deyildi, əmr idi, qeyd-şərtsiz tabeçilik tələb eləyən əmr idi.

Gözlərimi o dəqiqə açdım və gərginləşmiş, qıpqırmızı qızarmış azğın sifətini və alışıb yanan, ac gözlərini gördüm. Onun şəhvəti və onun sevgisi — güclü axın zərbəsi kimi idi: bənd büsbütün dağıldı və mən başımı arxaya ataraq, qıcolmalar içində titrəyərək boşaldım.

— Ah, Ana! — deyə bağırdı və sonra içimə sonuncu dəfə gömüldü, donub qaldı, sonra da düşdü və dərhal da elə çevrildi ki, bu dəfə mən onun üstündə idim.

Orqazm keçib getmişdi. Mən bayaq təzyiq göstərmək və obyekt haqqında çərənlədiklərimlə bağlı ortaya bir zarafat atmaq istəsəm də dilimi dinc saxlamaq qərarına gəldim, kim bilir indi kefi necə idi? Sinəsindən aralanıb üzünə baxdım. Gözlərini əlləri ilə örtmüşdü. Nazik kətan köynəyinin üstündən Kristianı öpdüm.

— Hər halda deyəsən nəsə olub? — yumşaq səslə soruşdum və həyəcan içində cavab gözlədim… Bəlkə indi, seksdən sonra nə baş verdiyini deyər.

Amma yox, Kristian susurdu. Və bu anda ilham pərilərim köməyimə gəldi.

— Təntənəli şəkildə söz verirəm ki, xəstəlikdə və sağlıqda, xeyirdə və şərdə sədaqətli partnyor olacam, sevinci də kədəri də bölüşəcəm…

O, donub qaldı, tərpənməz hala gəldi. Sonra dibsiz gözlərini açıb mənə baxdı. Mənsə nikahda içilən andın sözlərini təkrarlamağa davam edirdim:

— Söz verirəm ki, səni təmənnasız sevəcəm, bütün başlanğıclarında və cəhdlərində dəstəkləyəcəm, hörmət və ehtiram göstərəcəm, səninlə gülüb, səninlə ağlayacam, arzu və ümidlərini bölüşəcəm, çətin günlərində həmdəmin olacam. — Səssiz qalıb gözlədim; o, mənə baxırdı, ağzı yarıaçıq qalmışdı, ancaq susurdu.

— Nə qədər ki , sağıq sənin qayğına qalmaq, səni bəsləməyə, qorumağa söz verirəm. — deyib köksümü ötürdüm.

— Oh, Ana, — pıçıldadı, içimdən çıxaraq o möhtəşəm əlaqəmizi qırdı. İndi ikimiz də yan-yana uzanmışdıq və o, yanaqlarımı sığallayırdı.

— Təntənəli şəkildə and içirəm ki, evliliyimizi qoruyacaq, bu evliliyin və sənin dəyərini biləcəm, — pıçıltıyla dedi. — Həyat bizi haralara apararsa aparsın, səni sədaqətlə sevməyə, sənin üçün başqalarından vaz keçməyə, xeyirdə və şərdə, xəstəlikdə və sağlıqda yalnız sənin yanında olmağa söz verirəm. Həmişə sənin qayğına qalacağıma, arzularını gerçəkləşdirəcəyimə və səni bütün bəlalardan qoruyacağıma and içirəm. Mənim olan hər şey bundan sonra həm də sənindir. Ürəyim, əlim, sevgim — indi və hər zaman sənindir.

Gözlərimdə yaş yumurlandı. Kristian mənə baxdı və üzünün ifadəsi yumşaldı.

— Ağlama, — kirpiyimdən süzülən yaş damlasını barmağı ilə silərək asta səslə dilləndi.

— Niyə mənimlə danışmaq istəmirsən, Kristian? Xahiş eləyirəm.

Acı çəkirmiş kimi üzünü qapadı.

— Axı mən and içmişəm ki, ağır anlarında sənə təsəlli olum. Xahiş eləyirəm, məni bu andı pozmağa məcbur eləmə.

Kristian ah çəkərək gözlərini açdı. Üzünün ifadəsi ümidsiz və sevincsiz idi.

— Sietldə yanğın olub. — Lənətə gəlsin. Ona baxdım. — O, elə gənc, elə müdafiəsiz idi ki. — Və indi də mənim izimə düşüblər. Məni izləyirlərsə, deməli, həm də… –Susdu.

— Həm də məni, — sözünü bitirdim. Kristianın rəngi ağardı və mən axır ki, onun narahatlığının əsl səbəbini öyrənə bilmişdim. — Çox sağ ol.

Qaşlarını çatdı.

— Nəyə görə?

— Mənimlə bölüşdüyün üçün.

O, başını yırğaladı və dodaqlarında sönük təbəssüm əmələ gəldi.

— Siz inandırmağı bacarırsız, missis Qrey.

— Sənsə özünü yeyib-bitirməyi çox yaxşı bacarırsan və belə getsə, qırx yaşına çatmamış ürək keçməsindən öləcəksən, mənsə istəyirəm ki, hələ uzun illər yanımda olasan.

— Məni çərlədib qəbirə aparacaq biri varsa, bu siz olacaqsız, missis Qrey. Mən onsuz da sizi hidrosikldə görəndə az qala ölmüşdüm. — O, balışa söykəndi, əli ilə gözlərini örtüb büzüşdü

— Qulaq as, mən sadəcə “jet sky”ı bir az sürdüm. İndi balaca uşaqlar da onu sürə bilir. Bir düşün, sabah biz sənin Aspendəki evinə gedəcəyik və ilk dəfə xizək üstündə dayanmalı olacam.

Kristian mənə sarı çevrildi; üzündəki ifadəni görəndə gülməkdən özümü zorla saxladım – üzündə elə dəhşət var idi ki.

— Bizim Aspendəki evimiz, — o, səhvimi düzəltdi.

Replikanı eşitməməzliyə vurdum.

— Mən artıq böyüyəm və göründüyüm kimi elə də cansız deyiləm. Bunu nə vaxt başa düşəcəksən?

O, çiyinlərini sıxıb dodaqlarını büzdü. Mövzunu dəyişməyin vaxtı idi.

— Deməli, yanğın. Polisin xəbəri var?

— Hə.

— Yaxşı.

— Mən əlavə təhlükəsizlik tədbirləri görəcəm, — quru səslə dedi.

— Başa düşürəm. — deyib Kristianın üst-başına baxdım. O, hələ də şort və köynəkdə idi, mənsə maykada. Bax beləcə, təcili şəkildə sevişmişdik. Məni gülmək tutdu.

— Nə?

— Sən.

— Mən?

— Hə. Sən. Hələ də paltardasan.

Əvvəl özünə, sonra mənə baxdı və üzü geniş təbəssümlə aydınlandı.

— Axı siz bilirsiz missiz Qrey, mən özümü saxlamağı bacarmıram. Sizə baxarkən əllərim gicişir. Xüsusilə də siz belə hırıldayanda. Məktəbli qız kimi.

Qıdıqlamağını nəzərdə tuturdu. Deməli belə, hə? At minər kimi ayaqlarımı kənara atıb üstünə hoppanmaq istədim, amma çox gec idi, o artıq məkrli planımı başa düşərək hər iki əlimi tutdu.

— Yox.

Səsinin tonundan bilinirdi ki, Kristian zarafat etmirdi.

İncik sifət aldım, sonra düşündüm ki, bəlkə hələ hazır deyildi.

— Xahiş eləyirəm, lazım deyil. Dayana bilmərəm. Məni heç uşaq vaxtı da qıdıqlamayıblar. –Əllərimi aşağı saldım və bununla ona təhlükənin sovuşduğunu anlatmaq istədim. Karlikin Mia ilə Eliotu necə qıdıqladığını görmüşdüm, amma özüm heç vaxt…

Barmağımı dodağının üstünə sıxdım.

— Bilirəm, sus. — Bir az əvvəl barmağımı qoyduğum dodağına incə bir öpüş qondurdum və elə yanındaca qıvrılaraq başımı sinəsinə qoydum. İçimdə yenə tanış ağrı baş qaldırdı və qəlbim qüssəylə doldu. Bu adamın xətrinə hər şeyə hazır idim — çünki onu sevirdim.

Kristian məni qucaqladı, burnunu saçlarıma sıxıb kürəyimi sığalladı. Bir müddət beləcə uzanılı qaldıq, aradakı sükutdan qətiyyən sıxılmırdıq. Amma sonda sükutu ilk mən pozmalı oldum.

— Heç olubmu ki, doktor Flinnsiz keçinəsən?

— Hə. Bir dəfə düz iki həftə görüşməmişdik. Niyə soruşursan ki? Məni qıdıqlamaq üçün ürəyin gedir?

— Yox. Düşünürəm ki, onun sənə çox köməyi dəyir.

— Elə də olmalıdır — Kristian özündən çıxdı. — Ona yaxşı pul verirəm. — Kristian uşumu tərəf çevirim deyə saçımı yavaşca dartdı. Başımı qaldırdım. — Sağlamlığımın dərdini çəkirsiz, missis Qrey?

— İstənilən yaxşı arvad sevdiyi ərinin sağlamlığının qayğısına qalmalıdır, mister Qrey.

— Sevdiyi? — o, pıçıldadı və sual ikimizin arasında asılıb qaldı.

— Çox-çox sevdiyi –Onu öpmək üçün qalxdım, o isə utancaq təbəssümlə gülümsədi.

— Yaxşı, — gülümsəyirdi. — Göyərtədə nahar etmək istəyirsiz, missis Qrey?

— Hər şeyə hazıram, təki siz razı qalasız, mister Qrey!

— Yaxşı, — gülümsəyərək dedi. — Təhlükəsizliyinizi göyərtədə tam təmin edə bilərəm. Hədiyyə üçün isə çox sağ olun. — Fotoaparatı götürərək əllərini irəli uzatdı və şəklimizi çəkdi — orqazm, etiraflar və qıdıqlamadan sonrakı şəklimizi.

— Hər zaman buyura bilərsiz, — deyib gülümsədim, onun isə gözləri alışıb yanırdı.

On səkkizinci əsrin dəbdəbəli, zəngin, əzəmətli Versal sarayında gəzişirdik. Bir vaxtlar sadə meşəbəyi qarovulçuluğu olmuş bu yeri fransızların “Günəş kralı” adlandırdığı XIV Lui əsrarəngiz hökmdar qərargahına çevirmiş və on səkkizinci əsr bitmədən sonuncu monarxiya elə buradaca sona çatmışdı.

Ən möhtəşəm zalı – Güzgülü salondur. Üzü qərbə baxan pəncərələrə günəşin şüaları düşür və güzgülər şərq tərəfdəki divarların səthi ilə sanki nurlanaraq qızılı əşyaları nəhəng çilçıraqlar kimi işıqlandırırdı. Heyrətamiz idi.

— Maraqlıdır. Könüllü olaraq özünü bu cür zənginliyin içinə həbs etdirən despotik meqalomanın aqibəti gör necə olurmuş — yanımda dayanan Kristiana dedim. Başını azacıq əymiş vəziyyətdə güzgüdən mənə baxaraq:

— Nəyə eyham vurursuz, missiz Qrey?

— Heç nəyə, mister Qrey. Səninlə müşahidələrimi bölüşürəm. Əlimin hərəkəti ilə ətrafı göstərdim. Sakitcə gülümsədi və arxamca zalın tən ortasına gəldi; ağzım açıq heyrətlə ətrafdakı mənzərəni seyr edirdim: əksi güzgülərə düşən möhtəşəm bağları və güzgüdən məni müşahidə edən möhtəşəm ərim Kristian Qreyi…

— Bunun oxşarını sənin üçün tikdirərdim, — pıçıltı ilə dedi. — Heç olmasa təkcə ona görə ki, günəşin saçlarında necə bərq vurduğunu seyr edə bilim. — Kristian üzümə düşən saçımı qulağımın arxasına sürüşdürdü. — Sanki mələksən. — dedi və qulağımdan aşağı, boynumu öpüb sonra astadan pıçıldadı: — Biz, despot kişilər, bütün bunları qadınlardan ötrü edirik.

Yanaqlarım qızardı, utancaq-utancaq gülümsədim və növbəti iri zala daxil olduq.

Nahardan sonrakı qəhvədən bir qurtum alan Kristian – Nə fikirləşirsən? – deyə soruşdu.

— Versalı.

— Çox əzəmətli idi, razısan? — deyib gülümsədi, mən isə zənginlikdə heç də geri qalmayan “Gözəl ledi”nin yemək otağına göz gəzdirib dodaqlarımı sıxdım.

— Amma buranı əzəmətli adlandırmazdım, — baxışlarımı tutan Kristian sözünə düzəliş etdi.

— Bilirəm. Bura sadəcə qəşəngdir. Bu cür bal ayını yaşamaq istənilən bir qızın arzusu ola bilər.

— Doğrudan? — təəccüblə soruşub utancaq təbəssümlə gülümsədi.

— Əlbəttə.

— Cəmi iki günümüz qalıb. Başqa haralarısa görmək istəyirsən? Ürəyin haranı istəyirsə, sadəcə de.

— Mən sadəcə səninlə olmaq istəyirəm.

O, masa arxasından qalxıb mənə yaxınlaşdı və əyilib alnımı öpdü.

— Bəs bircə saat mənsiz qala bilərsən? Gərək poçtumu yoxlayam və baxım görüm, evdə işlər necə gedir.

— Əlbəttə, — dedim və məyusluğumu gizləməyə çalışdım. Bir saat onsuz! Və bir də axı fasiləsiz olaraq onunla birlikdə olmaq istəyim bir az qəribə deyildimi? Şüurum dodaqlarını büzdü və başını yırğaladı.

— Fotoaparat üçün çox sağ ol, — deyərək kabinetinə yollandı.

Kayuta qayıdaraq mən də poçtumu yoxlamaq üçün leptopumu açdım. Bal ayı ilə əlaqədar son şayiələr, qeybətlər və suallarla Keyt və anamdan gəlmiş çoxlu sayda məktub vardı. Nə yazım onlara? Hər şey naməlum birinin “Grey enterprise”i yandırmasına qədər yaxşı idi. Anama cavab yollamaq istəyirdim ki poçt qutuma Keytdən məktub daxil oldu.

Kimdən: Ketrin L.Kavana

Tarix: 17 avqust 2011 11:45

Kimə: Anasteyşa Qrey

Mövzu: Aman Tanrım!!!

İndicə Kristianın ofisində baş verən yanğın haqqında eşitdim. Səncə kimsə yandırıb?

Kxox

———-

Keyt bu dəqiqə İnternetdə idi! Tez yeni kəşf etdiyim oyuncağıma – Skype-a keçdim Keyti online gördüm. Klavişlərə hücum çəkib yazmağa başladım.

Ana: Burdasan?

Keyt: HƏ! Necəsən? Bal ayı necə keçir? Məktubu görmüsən? Kristianın yanğından xəbəri var?

Ana: Məndə hər şey yaxşıdır. Bal ayı əla keçir. E-mail-ini görmüşəm. Kristianın yanğından xəbəri var.

Keyt: Mən elə də bilirdim. Xəbərlər çox pisdir. Nə olduğu bilinmir. Eliotsa, əlbəttə ki, heç nə danışmır.

Ana: Yoxsa özünə təzə material axtarırsan?

Keyt: Məni çox yaxşı tanıyırsan.

Ana: Kristian demək olar ki, heç nə açıb danışmır.

Keyt: Eliot Qreysdən eşidib!

Yox! Yanğından xəbərinin bütün Sietlə yayılmasını bilmək Kristiana qətiyyən lazım deyildi. İnadçı Kavananın öz arsenalından öyrəndiyim və sınaqdan çıxmış fikir yayındırma texnikasına əl atmaq qərarına gəldim.

Ana: Elotla İtan necədirlər?

Keyt: İtanı Sietldə psixologiya üzrə magistraturaya qəbul ediblər. Eliot bir dənədir!

Ana: Afərin! İtana halaldır!

Keyt: Bizim sevimli eks-don necədir?

Ana: Keyt!

Keyt: Nə?

Ana: Özün bilirsən nə!

Keyt: Bağışla.

Ana: O, yaxşıdır. Hətta çox yaxşıdır.

Keyt: Əgər sənə yaxşıdırsa, buna ancaq sevinərəm.

Ana: Xoşbəxtlikdən göyün yeddinci qatındayam.

Keyt: Mən getməliyəm. Sonra danışaq?

Ana: Bilmirəm, imkan olsa. Sən arada bax, online olsam, danışarıq… Üç saat fərq dəhşətdir!

Keyt: Razıyam. Səni sevirəm.

Ana: Mən də səni sevirəm. Hələlik.

Keyt: Hələlik

Keyt daha bu hadisəni əldən buraxmaz. Gözlərimi süzüb Kristian yazışmamızı görmədən tez Skype-ı bağladım. Eks-don replikası onun dəqiq xoşuna gəlməzdi. Və ümumiyyətlə onun keçmiş hakim olduğuna tam əmin deyildim. Köks ötürdüm. Hələ toyumuzdan bir neçə həftə əvvəl Keytin inkvizitorsayağı sorğu-suallarının hamısına cavab verdiyim vaxtdan bəri hər şeyi bilirdi. Tanış adamla dərdləşmək bütün hallarda yaxşı şeydir. Saata baxdım. Nahardan heç bir saat keçməmişdi, amma artıq ərim üçün darıxırdım. İşlərini bitirib-bitirmədiyini öyrənmək üçün göyərtəyə qayıtdım.

Güzgülü salondaydım. Kristian yanımda idi, mənə sevgi və şəfqətlə gülümsəyirdi. Sanki bir mələk idi. Mən də ona gülümsədim, lakin güzgüyə baxarkən özümü öz boz, ümidsiz, balaca otağımda tək-tənha gördüm. Yox! Tələsik yenə Kristiana baxdım – gülümsəyirdi, amma qüssəli idi. Əlini mənə uzatdı, üzümə dəyən saçımı qulağımın arxasına sürüşdürdü. Sonra çevrilərək heç nə demədən yavaş-yavaş çıxıb getdi. Sonu olmayan, uzun zal boyu qızılı oymalarla bəzədilmiş qoşa qapılara sarı getdi, addımlarının səsi güzgülərdə əks-səda verirdi – tənha, əksi olmayan bir insan…

Havanı ciyərimdə tutub saxlayaraq təlaş içində oyandım.

— Hey, — o, təlaş içində qaranlıqda pıçıldadı.

Buradadır. O, buradadır. Təhlükəsizlikdədir. Rahatlıqla nəfəsimi dərdim.
— Oh, Kristian, — pıçıldadım və sürətlə döyünən ürəyimi sakitləşdirməyə çalışdım.

Kristian məni qucaqladı. Və yalnız onda göz yaşlarımın üzü aşağı necə süzüldüyünü hiss etdim.

— Ana, nə olub? Nə baş verib? — Kristian yanaqlarımı sığallayır, göz yaşlarımı silirdi. Mən səsindəki acını hiss etdim.

— Heç. Kabus gördüm…

Alnımı, göz yaşlarımdan nəmlənmiş dodaqlarımı öpdü. Sakitləşdirib, təsəlli verdi.

— Hər şey yaxşıdır. Bu sadəcə yuxu idi, — Kristian pıçıldadı. — Heç nədən qorxma. Mənim yanımda heç nədən qorxmamalısan.

Qoxusunu ciyərimə çəkdim, yuxuda hiss etdiyim o ümidsizlik və itirmək qorxusunu özümdən uzaqlaşdırmağa çalışaraq ona sarıldım və birdən anladım ki, dünyada ən çox qorxduğum şey onu itirməkdir.

V HİSSƏ

Çevrildim, adətim üzrə Kristiana tərəf sürüşdüm və məlum oldu ki, o, yoxdur. Lənət olsun! Elə bil heç yatmamışdım. Oyandım və narahat halda kayuta göz gəzdirdim. Kristian çarpayının yanındakı kresloda oturub mənə baxırdı. Əyilib yerə nəsə qoydu, ayağa qalxdı və çarpayıya yaxınlaşıb yanıma uzandı. Əynində boz futbolka və şort var idi.

— Qorxma. Təşvişə düşmə. Hər şey qaydasındadır. — Səsi yumşaq, tonu ürəkləndirici idi, elə bil qorxusundan küncə sıxılmış heyvan balasıyla danışırdı. Əlini uzadıb üzümə dağılmış saçlarımı yığışdırdı; dərhal sakitləşdim. Özünün də nədənsə narahat olduğunu gördüm, ancaq ustalıqla narahatlığını məndən gizlətməyə çalışırdı.

— Son vaxtlar elə əsəbisən ki.

— Yox, yaxşıyam. — Gülümsədim — istəmirəm ki, Kristian yanğın hadisəsinin məni qorxutduğunu anlasın. Yaxşı yadımdadır, “Çarli Tanqo” hadisəsi zamanı Kristiandan heç bir xəbər olmayanda özümü necə hiss edirdim: içimdə boşluq və sözlə təsviredilməz ağrı var idi. İndi yenə həmin duyğular üzə çıxmış və ürəyimdən qara qanlar axırdı. — Məni yatarkən izləyirdin?

— Hə, — Kristian qısa cavab verdi və nəyisə incələyirmiş kimi məni diqqətlə süzdü. Yuxuda danışırdın.

— Doğrudan? — Zəhrimara qalsın! Görəsən, nə danışmışam?

— Nədənsə narahatsan, — əlavə edib gözlərimin içinə baxmağa davam etdi. Yox, bu adamdan heç nə gizlətmək mümkün deyil. Kristian əyilib iki qaşımın ortasından öpdü. –Qaş-qabaq sallayanda qaşlarının ortasında kiçik üçbucağa bənzər bir şey əmələ gəlir. Onu öpmək elə xoşdur ki. Qorxma əzizim, mən sənin qayğına qalaram.

— Özümə görə yox, sənə görə narahatam. Bəs səni kim qoruyacaq?

Nəvazişlə gülümsədi.

— Mən daha böyümüşəm və öz qayğıma qala biləcək qədər cəsarətim var. İndisə qalx. Evə getməzdən əvvəl bir işi bitirməliyəm.

Mənə sanki hələ də cəmi 28 yaşında adam olduğunu xatırladırmış kimi qulaqlarına çatan təbəssümlə baxıb yumşaq yerimə şapalaq vurdu. Qəfil hərəkətdən qışqırdım və birdən başa düşdüm ki, bu gün Sietlə qayıdırıq. Bu fikirdən kədərləndim. Getmək istəmirdim. Günün iyirmi dörd saatını son dərəcə xoşbəxt idim və ərimi nə onun işi, nə də ailəsi ilə paylaşmaq istəmirdim. Biz gözəl və nağıllardakı kimi bir bal ayı keçirmişdik. Düzdür, davasız-şavasız ötüşməmişdi, amma bunlar yeni evlənənlər üçün normal bir şey idi, elə deyilmi?

Amma Kristian oğlan uşağı kimi həyəcanlı idi və onun həyəcanı – beynimdə dolaşan cürbəcür qara fikrilərə baxmayaraq yoluxucu idi. Kristian yataqdan ehmallıca sürüşüb getdi və marağından özünü saxlaya bilməyən mən onun arxasınca düşdüm. Maraqlıdır, yenə nə hazırlamışdı?

Kristian açarın biləyimə taxdı.

— Mənim sürməyimi istəyirsən?

— Hə, — gülümsədi. — Çox sıx deyil ki?

— Yox, yaxşıdır. — Qaşlarımı qaldırıb ona baxdım. — Buna görə təhlükəsizlik jiletini geyinmisən?

— Hə.

Qəhqəhə çəkib güldüm.

— Bacarıqlarıma necə də əminsiz, mister Qrey.

— Həmişə olduğu kimi, missis Qrey.

— Onda mənə ağıl öyrətməyin.

— Ağzım nədi?!

— Siz bunu yaxşı bacarırsız və edəcəksiz də. Amma indidən xəbərdarlıq edim ki, körfəzin ortasında səki yoxdur.

— Yerində deyilən haqlı sözdür, missis Qrey. Burda dayanıb bütün günü sizin bacarıqlarınızı müzakirə edək, yoxsa hər halda sahilə gedib bir az əylənək?

— Yerində deyilmiş haqlı sözdür, Mister Qrey.

“Jet sky” sükanının arxasına keçdim, Kristian keçib arxada oturdu və onu yaxtadan aralamaq üçün itələdi. Teylorla iki matros göyərtədə dayanıb maraqla bizə baxırdılar. Kristian arxadan məni qucaqladı, büzüşərək mənə bir az da bərk sıxıldı. Hə, bax, məhz buna görə bu nəqliyyat növünü sevirdim. Açarı saldım, düyməni basdım və motor möhkəm uğultuyla cavab verdi.

— Hazırsan? — motorun gurultusunu qışqırığımla boğdum.

— Hazıram, həmişə də hazır olacam, — dodağını qulağıma sıxaraq dedi.

Mühərriki yavaşca işə saldım və “jet sky“ “Gözəl ledi”dən yavaş-yavaş, tam zövqümə uyğun tərzdə aralanmağa başladı. Kristian məni bir az da bərk qucaqlamışdı. Qaza basdım və irəli atıldıq. Mühərrik rahat işləyirdi, sönmür və məni çox xoşbəxt edirdi.

— Yavaş! — Kristian xəbərdarlıq etdi, amma onun səsindən də sevinc notları sezilirdi.

“Gözəl ledi”nin həndəvərindən keçib birbaş açıq dənizə səmt aldıq. Lövbərimizi Port-de-Plezans Sen Klod-dyü-Var yaxınlığında saldıq. Uzaqda, sanki Aralıq dənizinin tən ortasındaymış kimi Nitsa aeroportu görünürdü. Bura gələndən sonra cəmi bir dəfə eniş zolağına enən təyyarələrin uğultusunu eşitmişdim və indi o yerə yaxından baxmağa qərarlı idim.

Dalğaların üstündə tullanaraq hədəfə doğru şütüyürdük. Heyranlıq içindəydim və işin əsas yanı Kristian mənə tam azadlıq vermişdi. Biz aeroporta tərəf şığıdıq və son günlərin bütün narahatlığı və qorxusu öz-özünə keçib getdi.

— Gələn dəfə iki hidrosikl götürərik! — Kristian qışqırdı. Cavabım sadəcə təbəssümüm oldu; onunla yarışa çıxmaq əla olardı.

Sərin mavi suların üstündən uçuş-eniş zolağının sonuna doğru can atarkən birdən başımızın üstündən enmə zolağına tərəf uçan təyyarənin uğultusu eşidildi. Diksindim və bir anlıq çaşqınlıq içində sükanı çevirirkən əyləc yerinə qaza basdım.

— Ana! — Kristian qışqırdı. Amma gec idi. Hidrosikl çevrilib aşdı və mən Kristianı da dartaraq öz ardımca suya saldım.

Bura soyuq idi, sahildəkindən də soyuq. Dənizə batdım, amma Aralıq dənizinin duzlu suyunu tüpürməyə macal tapıb çıxdım, – o da xilasedici jiletin sayəsində. Öskürə-öskürə, tüpürərək gözümü silib ətrafa boylandım. Kristian artıq mənə sarı üzürdü. Mühərriki sönmüş, hidrosikl qayğısızca yaxınlıqda yırğalanırdı.

— Yaxşısan?

— Hə, — hırıldadım və sevincimi gizlədə bilmədim.

Gördünmü, Kristian? Hidrosikl sürərkən adamın başına gələ biləcək ən pis hadisə sadəcə belə ola bilərdi! O, məni möhkəm qucaqladı, sonra kənara çəkilib gözlərini üzümə zillədi.

— Görürsən, hər şey o qədər də pis deyil! — əllərimi suya çırparaq gülümsədim. Bir az duruxdu, amma sonra gülümsədi, əvvəlcə həvəssiz, ancaq sonra rahatlıqla gülümsədi.

— Hə, təpədən dırnağa islandığımı nəzərə almasaq, — deyindi ancaq qətiyyən qəzəbli deyildi.

— Mən də.

— Amma sən mənim yaş xoşuma gəlirsən, — qımışdı.

— Kristian! — yalandan utanırmış kimi dedim. Kristian möhtəşəm təbəssümüylə güldü, əyilib məni bərk öpdü və kənara çəkildi. Yarıqapalı göz qapaqlarının altından bəbəkləri qaralmışdı və mənə istilik gəldi…

— Gəl, qayıdaq. Onsuz da duş almalıyıq. Amma özüm sürəcəm.

Londonun Hitrou aeroportunun biznes-klas sərnişinləri üçün ayrılmış salonda tənbəl-tənbəl Sietl təyyarəsini gözləyirdik. Kristian “Financial Times” qəzetini oxuyurdu. Mənsə fotoaparatı götürüb bir neçə kadr çəkmək fikrinə düşmüşdüm. Ağ kətan köynəyi və cins şalvarında, eynəyini də köynəyinin düymələri arasına salmış görkəmdə o qədər seksual görünürdü ki. Şəklini çəkdim. Kristian gözünü qırpdı və utancaq təbəssümüylə gülümsədi.

— Özünüzü necə hiss edirsiz, missiz Qrey?

— Qayıtmaq istəmirəm. Sadəcə mənim olmağın xoşuma gəlir-.

Kristian əyilib əlimi sıxdı və dodaqlarına yaxınlaşdırıb öpdü.

— Mənim də.

— Amma? — sözünün axırında dilinə gətirmədiyi sözü göydə tutmuşdum.

— Amma?.. — Özünü elə apardı ki, guya başa düşmədi. Başımı azacıq ona tərəf əyərək üzünə “hə, de görək” ifadəsi ilə baxdım; son bir neçə gündə bu işin öhdəsindən uğurla gələ bilmişdim. Kristian köks ötürüb qəzeti kənara qoydu. — İstəyirəm ki, yanğını törədəni tezliklə həbs etsinlər və biz daha heç nəyə görə narahat olmayaq.

— O… — səmimiyyətinə doğrudan da təəccüblənirəm.

— Bu bir də təkrar olunarsa Uelçin halı heç yaxşı olmayacaq.

Verdiyi vəd o qədər təhdid edici səsləndi ki, bədənim ürpəndi. Mənə ifadəsiz gözlərlə baxırdı və məndən nə istədiyini, necə olmağımı başa düşə bilmirdim – cəsarətli, yüngül xasiyyət, yoxsa bivec? Heç bir fikrim yox idi və aramızda yaranmış bu qısa gərginliyi yox etməkdən ötrü ağlıma gələn ilk şeyi etdim: fotoaparatı əlimə götürüb çəkməyə başladım.

— Hey, yatağan, biz artıq evimizdəyik, — Kristian dedi.

— M-m-m… — yuxulu-yuxulu mızıldandım və gördüyüm yuxunu tutub saxlamağa çalışdım; biz Kristianla Kyu Qardendə adyal üstündə tənbəl-tənbəl yayxanmışdıq. Çox yorulmuşdum! Səfərlər adamı əldən salırdı, lap lüks sinifdə uçsan belə. Təyyarə ilə on səkkiz saat, bəlkə də daha çox uçmuşduq — artıq saatın fərqini də itirmişdim. Qapı açıldı, mən də gözlərimi açdım və qarşımda əyilmiş Kristianı gördüm. O, təhlükəsizlik kəmərini açaraq məni qucağına götürdü.

— Hey, mən özüm də yeriyə bilirəm!

Kristian fısıldadı.

— Səni kandardan keçirməliyəm.

Qollarımı boynuna dolayıb qaşımı oynatdım.

— Otuzuncu mərtəbəyə qədər aparacaqsan?

— Missis Qrey, sizə xoş xəbərim var, siz kökəlmisiz.

— Nə?

Gülümsədi.

— Onda nə edək, etiraz etmirsənsə liftlə gedək.

“Eskala”nın qarşında bizi Teylor qarşıladı.

— Evinizə xoş gəlmisiz, missis Qrey, mister Qrey.

— Çox sağ ol, Teylor.

Mən Teylora ani bir təbəssüm bəxş etdim və o sükanı arxasında Soyerin əyləşmiş olduğu “Audi”yə tərəf getdi.

— Hə, de görüm, mən doğrudan kökəlmişəm.

— Bir az, — Kristian məni sakitləşdirdi, ancaq birdən üzü döndü. Yox… yenə nəsə olub?

— Sadəcə məni tərk etdiyin zaman itirdiyin kilolarını geri almısan, — yumşaq səslə izah etdi sonra da liftin düyməsini basdı; üzü bir az da tutqunlaşmışdı.

Onun acısını görür və anlayırdım, yenə ürəyimin altından elə bil daş asıldı. Yox!

— Hey. — Yanağını oxşayıb barmaqlarmı saçlarının arasına keçirdim və başını özümə tərəf çəkdim. Etiraz etmədən həvəslə razılaşdı. — Əgər mən o vaxt getməsəydim sən indi burda dayanardınmı? — pıçıldayaraq ildırım rəngli gözlərinə baxdım. Dodaqlarında utancaq, sevimli təbəssüm yarandı.

— Yox, — sakitcə dedi və məni qucağından buraxmadan liftə daxil oldu. — Yox, missis Qrey, indi burada sizinlə dayanmazdım. Amma əgər mənə meydan oxumasaydın, səni qorumağa qadir olduğumu bilərdim.

Səsində peşmançılıq hiss olunurdu. Lənət olsun.

— Sənə meydan oxumaq xoşuma gəlir, — ehtiyatla dedim.

— Bilirəm. Bu mənim də xoşuma gəlir, — təbəssümlə etiraf elədi.

Ah, çox şükür.

— Gonbul olsam da xoşuna gəlirəm? — pıçıltı ilə soruşdum.

Güldü.

— Gonbul olsan da xoşuma gəlirsən. — Yenidən öpüşdük; bu dəfə böyük bir hərarətlə, istəklə öpüşdük. Saçlarını dartdım, dillərimiz ahəstə, ehtiraslı bir rəqslə bir-birinə dolaşdı və lift melodik səslə pentxausa çatıb dayananda bir-birimizdən zorla qopduq.

— Mənə səninlə çox yaxşıdır… həm də çox… — Şəhvət dolu gözlərlə üzümə baxırdı, sonra əxlaqsız fikirləri sanki özündən uzaqlaşdırmaqdan ötrü başını yırğaladı və biz foyeyə daxil olduq.

Evinizə xoş gəlmisiz, missiz Qrey. – Kristian məni yenidən öpdü, ancaq bu dəfə daha məsum öpüşlə və özünün patentlənmiş, milyon vattlıq təbəssümünü mənə bəxş etdi.

— Evinizə xoş gəlmisiz, mister Qrey. — deyərək mən də gülümsədim və qəlbimdə böyük bir sevinc hissinin aşıb-daşdığını hiss etdim.

Gözlədiyimin əksinə, o məni qucağından yerə qoymadı, əvvəlcə foyenin, sonra isə dəhlizin içi ilə apararaq böyük otağa keçirdi və mətbəx stulunun üstünə otuzdurdu. Mən ayaqlarımı sallayaraq oturdum, Kristian isə şkafdan hündür qədəhləri, soyuducudan şampan şüşəsini, öz sevimli “Bolanje”sini çıxardı. Böyük ustalıqla, bir damcı da kənara tökmədən şüşəni açdı, açıq çəhrayı şampanı qədəhlərdən birinə süzüb mənə uzatdı. Sonra öz qədəhini də doldurub, zərif bir hərəkətlə ayaqlarımı iki yana aralayıb arasında dayandı.

— Bizim şərəfimizə, missis Qrey.

— Bizim şərəfimizə, mister Qrey, — gülümsəyərək pıçıltılı səslə dedim. Qədəhlərimizi toqquşdurub bir qurtum aldıq.

— Bilirəm, sən yorulmusan. — Kristian burnunu burnuma sürtdü. — Amma mən yatmaq istəmirəm. — deyib ağzımın kənarından öpdü. — Bu evdəki ilk gecəmizdir və indi sən doğrudan da mənimsən.

Kristian yanımda sakitcə yatırdı, mən isə geniş pəncərələrdən dan yerinin qızılı çəhrayı şəfəqlərinə baxırdım. Əli döşümün üstünə sürüşmüşdü və mən onunla eyni ritmdə nəfəs almağa çalışsam da alınmadı. Yuxu gəlmək bilmirdi. Vücudum qrinviç vaxtına uyğunlaşmışdı və fikirlərim bir yerdə qərar tuta bilmirdi.

Son üç həftədə o qədər şey baş vermişdi ki. Kimi aldadırdım ki, düzü son üç ayda mən sanki göylərdən yerə enməmişdim. Və beləliklə də, icazə verin özümü təqdim edim: mən, Ana Stil, o cümlədən də Anasteyşa Qrey, bir qadının arzulaya biləcəyi ən valehedici, ehtiraslı, seksual və inanılmaz dərəcədə varlı maqnatın arvadı olmuşdum. Bütün bunlar necə belə tez baş vermişdi?

Ona baxmaq üçün yana çevrilib üzünə sakit və dəyərləndirici nəzərlərlə baxdım. Bilirdim ki, yuxuda olanda məni tez-tez seyr edirdi, amma mənim əlimə belə imkan hələm-hələm düşmürdü. Yuxuda ikən Kristian o qədər gənc və qayğısız görünürdü ki, uzun kirpikləri zorla hiss ediləcək tərzdə sanki yelpik qanadları kimi tərpənirdi, çənəsində nazik saqqal cızığı vardı, dodaqlarını isə sanki heykəltəraş yonmuşdu.

Onu öpmək, — dilimi — dodaqlarının arasına soxmaq, barmaqlarımı tikanlı çənəsində gəzdirmək istəyirdim. Özümü ona toxunmaqdan zorla saxlayırdım, sığallayaraq oyatmaq istəmirdim. Hm… Heç olmasa xəfifcə qulaq sırğalarını da dişləyə bilmərəm? Şüuraltım Çarlz Dikkensin ikinci cildindən bir anlıq ayrılaraq aypara biçimindəki eynəyinin altından tərs-tərs mənə baxdı və içində məni acıladı: “Ana, yazığı rahat burax”.

Bazar ertəsi işə qayıtmalı idim. Bu gün yeni iqlimə alışmalıydıq, sabah isə hər şey adi ritminə qayıdacaqdı. Son üç həftədə bir dəqiqə olsun bir-birimizdən ayrılmamışıq və Kristianı bütün günü görməmək yəqin ki, qəribə olacaqdı. Balışa yaslanaraq tavana baxdım. Kimsə deyə bilər ki, bu qədər vaxtı bir yerdə olmaq mümkün deyil, amma bu mənə aid deyildi. Onunla xoşbəxt idim, hətta küsülü olduğumuz anlarda belə. Və xoşbəxtliyimə kölgə salan yeganə şey yanğın xəbəri oldu.

Qanım dondu. Kristiana kim zərər yetirmək istəyə bilərdi? Sual mənə rahatlıq vermirdi. Biznes tərəfdaşlarından kimsə? Yoxsa keçmiş məşuqəsi? Bəlkə küskün işçisi? Başım çıxmırdı, Kristian isə məni qorumaqdan ötrü məlumatı üsküklə verirdi. Köks ötürdüm.

Cəsarətlə işıq saçan sərkərdəm məni həmişə qorumağa çalışıb. Ürəyini mənə açıb danışması üçün başqa nələr etməli idim?

Kristian tərpəndi və onu oyatmaq istəmədiyim üçün yerimdə hərəkətsiz qaldım, amma əks effekt yarandı. Zəhrimara qalsın! Bir cüt parıldayan göz mənə baxırdı.

— Nəsə olub?

— Heç nə. Yat. — mən həvəsləndirici bir təbəssüm atdım. Gərnəşdi, gözlərini ovuşdurdu və gülümsədi.

— Ritmin dəyişib?

— Deyirsən səbəb budur? Yata bilmirəm.

— Məndə yuxusuzluğa qarşı universal dərman var, əzizim, məxsusi olaraq sənin üçün. — Balaca oğlan uşağı kimi irişdi, mənsə gözlərimi süzdürdüm və gülməkdən uğundum. Bədbin fikirlərimin heç izi-tozu da qalmadı, dişlərim Kristianın qulağının sırğalığını tapdı.

İ-5 şossesi ilə şimala, 520-ci körpüyə sarı şütüyürdük. Yola “Audi R8”-lə çıxmışdıq. Evə qayıtmağımız münasibətilə Bizi Kristianın valideynlərinin evində bir bazar günü nahar süfrəsi gözləyirdi. Bütün ailə, o cümlədən Keyt və İtan da gələcəkdilər. Uzun müddət sadəcə ikimiz baş-başa qaldıqdan sonra birdən-birə böyük kampaniyaya düşmək alışqanlığımıza zidd oldu.

Bizim heç ürək dolusu söhbət etmək imkanımız da olmamışdı: Kristian səhər tezdən kabinetinə qapılmış, mən isə əşyalarımızı yerbəyer etməklə məşğul olmuşdum. Düzdür, Kristian bunları etməyimə gərək olmadığını, missis Jonsun hər şeyi həll edəcəyini demişdi; amma evdə köməkçinin olmasına hələ alışmamışdım. Fikirlərimi dolaşdıran düşüncələrdən özümü uzaqlaşdırmaq üçün qapının dəri işləməsini döyəclədim. Kefim yox idi. Görəsən niyə? Hələ də yerli iqlimə alışa bilmədiyim üçün? Yoxsa yanğına görəmi?

— İcazə verərsən sükan arxasına keçim? — deyə soruşdum və bunu uca səslə dilimə gətirdiyimə özüm də təəccübləndim.

— Əlbəttə, — Kristian gülümsədi. — Mənim olan hər şey həm də sənindir. Amma əgər vursan, ya da cızsan səni Qırmızı Ağrı Otağına aparacam. –Üzümə tez bir baxış ataraq şeytani təbəssümlə irişdi.

Əcəbdir! Çaşqın-çaşqın ona baxdım. Bu bir zarafatdır?

— Bunu zarafatla dedin, elə deyilmi? Durub məni bir cızığa görə cəzalandırmayacaqsan ki? Yəni maşını məndən çox sevirsən?

— Təxminən düşündüyün kimidir, — təbəssümlə cavab verdi və əlimi buraxaraq dizimi sıxdı. –Ancaq o məni gecələr isitmir.

— Əminəm ki, bunu təşkil etmək elə çətin deyil və sən onun içində yata bilərsən, — sözümü atdım.

Evə gəldiyimiz heç bir gün deyil və sən artıq məni çölə atırsan? – Kristian qəhqəhə çəkdi.

Narazı baxışlarımdan deyəsən ləzzət almışdı; geniş bir təbəssümlə cavab verdi. Kristian belə olanda, ondan qətiyyən incimək mümkün deyildi. Düşünərək o qənaətə gəlirəm ki, səhər kabinetindən çıxdığı andan bu əhval ruhiyyədədir. Və bu an özümün nəyə qəzəbləndiyimi başa düşdüm. Biz real dünyaya qayıtmalı idik, mənsə bizi nəyin gözlədiyini bilmirdim: Kristian yenə də əvvəlki kimi, bal ayına qədər olduğu kimi bu cür qapalı olaraq qalacaqdımı və mən onun yeni, yaxşılaşmış halı ilə ayaqlaşa biləcəkdimmi?

— Niyə bu qədər razısan?

Mənə növbəti təbəssümünü bəxş etdi.

— Çünki bu söhbət o qədər… normaldır ki.

— Normaldır! — mən fısıldadım. — Nikahın dördüncü həftəsinə görə o qədər də normal deyil!

Təbəssümü yox oldu.

— Zarafat eləyirəm.

Qətiyyən onun kefini pozmaq niyyətim yox idi. Sadəcə maraqlıdır, bəzən necə də özünə inamsız ola bilirdi. Güman edirəm, o, elə həmişə belə olub, sadəcə bu inamsızlığı qaradinməz görünüşünün arxasında gizlədə bilib. Belə mövzularda ona söz atmaq, zarafatlaşmaq su içmək kimi asan idi, yəqin ona görə ki, belə vəziyyətə alışıq deyildi. Bir-birimiz haqqında hələ nə qədər şey öyrənməli idik!

— Narahat olma, — deyib pis əhval ruhiyyəmin qurbanı olmamaq üçün üzümü pəncərəyə çevirdim.

— Hey, nə oldu?

— Heç nə olmadı.

— Səninlə bəzən elə çətin olur ki. De, görüm nə oldu?

Dönüb ona baxdım.

— Özünə bax, Qrey.

Qaşları çatıldı.

— Əlimdən gəldiyi qədər çalışıram.

— Bilirəm. Elə mən də. — Gülümsədim. Kefim bir az yerinə gəldi.

Karrik başında aşpaz papağı və yaxasında üzərinə “Manqal Nəzarətçisi” yazılmış önlükdə barbekü manqalının yanında dayanmışdı. Gülməli görkəmi vardı və ona hər baxdığımda gülməkdən özümü güclə saxlayırdım. Əslində özümü daha yaxşı hiss edirdim. Hamımız Qrey ailəsinə məxsus evin terrasında süfrə arxasında oturmuş, ilıq yay günəşindən ləzzət alırdıq. Qreys və Mia süfrəyə çeşid-çeşid salatlar düzməkdə idilər, Eliotla Kristian dostca təzə evin inşaat planını müzakirə edir, İtan və Keyt isə məni bal ayımız haqqında sorğu-suala tutmuşdular. Kristian əlimi heç buraxmırdı və barmağı ilə nişan üzüyümü oynadırdı.

— Əgər Cia ilə anlaşa bilsən, sentyabrdan noyabra qədər işim olmayacaq. Bütün briqadanı sənin ixtiyarına verə bilərəm, — Eliot Keytin çiynini qucaqlayaraq dedi. Keyt gülümsəyirdi.

— Cia sabah axşam axırıncı məsləhətləşmələr üçün gələcək, — Kristian dedi, — Ümid eləyirəm, razılığa gələcəyik. — Üzünü mənə çevirdi və nəsə gözləyirmiş kimi baxdı.

Mənim bundan xəbərim yox idi.

— Əlbəttə. — deyə daha çox ailəsinin xətrinə gülümsədim. Amma əslində kefim pozulmuşdu. Belə qərarları nə üçün mənə bildirmədən qəbul edirdi? Yoxsa mənə Cianın gözəl baldırları və dolğun döşləri, bahalı geyimləri və ətirləri haqqında fikirlər rahatlıq vermirdi? Ərimi başdan edən şəkildə gülümsədiyini təsvir etdim… Şüuraltım məni yenə tərs baxışları ilə cilovladı. Kristian səni qısqandıracaq heç bir şey etməyib. Lənətə gələsən, nəsə bu gün heç özümdə deyiləm. Xeyirdirmi?

— Ana! — Keyt məni səslədi. — Sən hələ də orada, Fransanın cənubundasan?

— Hə, təbəssümlə cavab verdim.

— İkiniz də çox yaxşı görünürsüz, — Qreysin təbəssümü sanki çiçək açmışdı.

İtan qədəhləri doldurdu.

— Xoşbəxt cütlüyün şərəfinə, — Karrik dedi və süfrə arxasında əyləşənlərin hamısı qədəhlərini qaldırdı.

— Gəlin İtanı Sietldəki proqrama qəbul olunması münasibəti ilə təbrik edək, — Mia qürurla dedi və heyranlıq dolu təbəssümlə İtana baxdı; İtan da ona eyni baxışlarla cavab verdi. Maraqlıdır, görəsən münasibətlərində bir irəliləyişə nail olublar? .

Masa arxası söhbətlərə qulaq verdim. Kristian səyahətimizin bütün proqramından danışır, hərdən də hansısa detalın üzərində uzun-uzadı dayanırdı. Özünü çox sərbəst və arxayın aparırdı; yanğın məsələsi ilə bağlı qətiyyən narahatlığını büruzə vermirdi. Amma mən, əksinə, içimdəki narahat hisslərdən heç cür qurtula bilmirdim.

İştaham da qaçmışdı. Kristian dünən axşam kökəldiyimi demişdi. Axı o, sadəcə zarafat etmişdi! Şüuraltım bu dəfə də məni narazı baxışları ilə dəlib keçdi. İtanın əlindəki qədəh birdən daş döşəməyə çırpıldı və hər kəs çilik-çilik olmuş şüşənin səsindən diksindi. Rəvan axarı ilə davam edən nahar bir anda qırılan şüşə parçalarını toplamağa başlayanların hərəkəti ilə müşayiət olundu.

— Əgər bu əhvalından çıxa bilməsən səni qayıq zirzəmisinə aparıb yaxşıca şapalaqlayacam, — Kristian qulağıma pıçıldadı. Çaşqınlıqdan diksindim və dönüb heyrətlə ona baxdım.

Zarafat edirdi?

— Cürətin çatmaz, — deyə mırıldandım və içimin dərinliklərində tanış və xoş bir həyəcan baş qaldırdı. Kristian qaşını sual edər kimi qaldırdı. Əlbəttə ki, cürəti çatardı. Tez üzbəüz oturmuş Keytə baxdım. Maraqla bizi izləyirdi. Kristiana döndüm və diqqətlə ona zilləndim.

— Əvvəlcə gör tuta bilərsən, ayağımda dabansız ayaqqabılarım var, — dişimi qıcayıb dedim.

— Böyük məmnuniyyətlə edərəm, — şorgöz-şorgöz gülümsədi. Zarafat edirdi?

Utandığımdan qızardım, amma artıq özümü yaxşı hiss eləməyə başladım. Çiyələk və qaymaqlı desertimizi yenicə bitirmişdik ki, yağış yağmağa başladı və masadakı hər kəs tələsik süfrənin üstündəki qab-qacaqları mətbəxə daşımağa qalxdılar.

— Yaxşı ki, hava naharın sonuna qədər yaxşı idi, — otağa keçərkən Qreys dilləndi. Kristian par-par parıldayan qara royalın arxasına keçib ayağı ilə pedalı yavaşca basdı və adını unutduğum tanış bir melodiyanı çalmağa başladı.

Qreys Sen-Pol-de Vansla bağlı təəssüratlarımı soruşdu. İllər əvvəl onlar Karriklə oralara bal ayını keçirməyə getmişdilər və indi nə qədər xoşbəxt olduqlarını düşünərək bizim üçün yaxşı bir işarə olduğunu düşündüm. Keyt və Eliot iri divanda yan-yana oturdular, İtan, Mia və Karrik isə psixologiya haqqında söhbət edirdilər.

Birdən hamı bir nəfər kimi səssizləşərək dönüb Kristiana baxmağa başladılar.

Nə?

Kristian pianonu çalarkən sakitcə özü üçün nəsə zümzümə edirdi. Otağa sükut çökdü və yalnız Kristianın yumşaq, məlahətli səsi eşidilirdi. Mən əvvəllər onun oxuduğunu eşitmişdim, bəs onlar? Tam otağa çökən dərin səssizliyi hiss edib birdən çalmağını dayandırdı. Keyt sual dolu nəzərləri ilə dönüb mənə baxdı. Mən çiyinlərimi çəkdim, Kristian isə birdən-birə diqqət mərkəzində olduğunu hiss edərək utancaq-utancaq qaşlarını çatdı.

— Davam et, — Qreys xahiş etdi. — Mahnı oxuduğunu heç eşitməmişdim.

Qreys Kristiana heyrətlə, sanki ilk dəfə görürmüş kimi baxırdı. Kristian tərpənməz oturmuşdu, sonra çiyinlərini çəkdi, üzümə əsəbi baxdı və sonra üzünü pəncərəyə çevirdi. Birdən hamı guya ona baxmırlarmış kimi söhbətlərinə davam etməyə başladılar, mən isə sevimli ərimə tamaşa etməyə davam etdim.

— Ah, əzizim! — Qreys mənə yaxınlaşıb əlimi tutdu, sonra bağrına basdı. — Çox sağ ol! — heç kimin eşitməyəcəyi tərzdə pıçıldadı.

Qəhər boğazıma dirəndi.

— E… — Mən də onu bağrıma basdım, hərçənd nəyə görə təşəkkür etdiyini anlamadım. Qreys gülümsəyirdi və gözlərində parıltı vardı. Yanağımdan öpdü. İşə bir bax! Nə etmişdim ki?

— Gedim çay hazırlayım, — deyərkən səsi tutub saxladığı göz yaşlarının təsirindən boğulmuşdu.

Kristiana tərəf getdim. İfasını bitirəndən sonra ayağa qalxıb terrasa baxan pəncərənin önündə dayanmışdı.

— Salam.

— Salam. — Kristian əlini belimə qoyub özünə sıxdı və mən əlimi şalvarının arxa cibinə soxdum. Yağış yağırdı. — Necəsən? İndi yaxşısan?

Başımı tərpətdim.

— Hə, sən hamını susdurmağı yaxşı bacarırsan.

— İşim-gücüm elə budur, — deyib güldü.

— İşdə hə, amma burada olmaz.

— Düzdür, burada yox.

— Yəni doğrudanmı sənin necə oxuduğunu eşitməyiblər?

— Belə görünür ki, yox, — quru cavab verdi. — Gedək?

Kristiana baxdım; baxışları yumşaq, isti və bir az çaşqın idi – mövzunu dəyişmək qərarına gəldim.

— Məni şapalaqlamağa hazırlaşmısan? — Birdən mədəmdə kəpənəklər uçuşmağa başladı. Bəlkə bu, elə mənə lazım olan şeydir… ehtiyac duyduğum şey.

Üstdən aşağı üzümə baxdı; bəbəkləri tündləşmişdi.

— İncitmək istəmirəm amma məmnuniyyətlə oynayaram.

— A… — ətrafa gərgin boylandım, amma bizi heç kim eşitmirdi.

— Amma əgər özünüzü pis aparsanız, missis Qrey, — qulağıma pıçıldadı.

Cəmi bir neçə söz və şəhvətim zoqquldamağa başladı. Axı o bunu necə bacarırdı?

— Baxaq görək, nə edirik, — ehtiyatla dedim.

Hamı ilə sağollaşıb maşına tərəf getdik.

— Al. Amma əzmə. — Kristian “Audi R8”-in açarını mənə atdı və tam ciddiyyəti ilə əlavə etdi: — Yoxsa mən çox qəzəblənə bilərəm.

Ağzımın içi qurudu. Öz maşınını sürməyə mənə icazə verirdi? Daxili ilahəm dəridən olan sürücü əlcəklərini və dabansız ayaqqabısını geyindi və sevindiyindən çığırdı.

— Əminsən? — dodaqlarımı güclə tərpədib soruşdum.

— Hə. Nə qədər fikrimi dəyişməmişəm, tələs.

Hələ heç vaxt belə ürək dolusu gülümsədiyim olmamışdı. Kristian gözlərini süzdürüb mənə qapını açdı. Açarı çevirib mühərriki o hələ keçib yerinə oturmamış işə saldım.

— Hövsələniz çatmır, missis Qrey? — istehza ilə soruşdu.

— Çatmır.

Maşını ehmallı arxaya verdim və özümün də təəccüb qaldığım bir məharətlə avtomobili yola çıxardım. Mühərrik saat kimi işləyir, ən cüzi toxunuşa cavab verirdi. Yolda ehtiyatla manevr edərkən arxa güzgüyə boylandım: bizim bugünkü cangüdənlərimiz Soyer və Rayan cipə oturmağa hazırlaşırdılar. Bizi bura qədər müşayiət etdiklərini heç bilməmişdim. Şosseyə çıxmazdan əvvəl dayandım.

— Əminsən?

— Hə, Kristian qısa cavab verdi və başa düşdüm ki, əslində heç nədən əmin deyildi.

Zavallı! Həm ona, həm də özümə gülmək istəyirdim, gərgin və həyəcanlı idim, Soyer və Rayandan canımızı qurtarsaydıq nə yaxşı olardı deyə düşündüm. Bir sola, bir də sağa baxdım, heç bir təhlükənin olmadığına əmin olandan sonra “Audi”ni şosseyə çıxardım.

Kristian gərgin idi amma heç nə demirdi. Özümü saxlaya bilmirdim. Yol boş idi. Qazın pedalını sıxdım və maşın qabağa tullandı.

— Ey, yavaş! — Kristian çımxırdı. — İkimizi də öldürəcəksən!

Tez qazı azaltdım. Necə də sözəbaxan avtomobildi, onu idarə etmək necə də asan idi!

— Bağışla, — peşman görünməyə çalışaraq mırıldandım, amma heç də inandırıcı görünməmişdim. Kristian rahatlandığını gizləyərək gülümsədi.

— Bu artıq pis davranış hesab olunacaq, — sərt bir tərzdə dedi və mən sözə baxıb qazı bir az da azaltdım.

Güzgüyə baxdım, cip görünmürdü, arxamızca tünd şüşələri olan qara bir avtomobil şütüyürdü. Soyerlə Rayanın qan tər içində bizə yetişməyə necə can atdıqlarını düşündüm. Bilmirəm niyə, amma bu məni bir az da həyəcanlandırdı. Amma ərimi də düşünməli idim və ona görə özümü ağıllı aparmağa söz verib, heç bir əllaməçilik etmədən getdikcə artan inamla 520-ci körpüyə sarı götürüldüm.

Birdən Kristian söyə-söyə cins şalvarının cibindən BlackBerrysini çıxardı.

— Nə? — dəstəyin o biri başındakına sərt şəkildə cavab verdi. — Yox. — Ətrafa boylandı. — Hə. Odur.

Yenə nə olmuşdu? Güzgüdən elə də qorxulu mənzərə görünmürdü, arxadan bir neçə maşın gəlməkdə idi. Cip bizdən dörd avtomobil aralıda gəlirdi və bütün bu maşınlar eyni sürətdə hərəkət edirdilər.

— Başa düşürəm. — Kristian köksünü ötürdü və alnını ovuşdurdu. Ondan gələn gərginliyi hiss edirdim. Nəsə olmuşdu. — Hə… Bilirəm. — Mənə baxdı və telefonu endirdi. — Hər şey yaxşıdır. Yolumuza davam edirik. — Səsi sakit idi, dodaqlarında təbəssüm, amma gözlərində ciddiyyət var idi. İşlər yaxşı deyildi! Qanımda adrenalin qaynamağa başladı. Kristian telefonu yenə qulağına yapışdırdı.

— Hə. Hə. 520-də. Çatan kimi deyərik… Hə… Hə…

Telefonu maşındakı aparata yerləşdirib uca səsli rejimə qoydu.

— Nə olub?

— Sən yola bax, əzizim. — Kristian dedi.

Qarşıda 520-ci körpüdən Sietlə istiqamətlənən yol uzanırdı. Kristiana baxdım, düppədüz yola baxırdı.

— Sən sadəcə sakit ol, körpü ilə gedəndə sürəti artır. Bizi təqib edirlər.

Bizi təqib edirdilər! Lənət olsun! Ürəyim atlandı və qabırğalarımda döyünməyə başladı, ətim ürpəndi və boğazım təlaşdan qurudu. Kim? Kim bizi təqib edirdi? Yenidən güzgüdən baxanda bayaqdan bəri arxamızca gələn tünd rəngli maşının şütüdüyünü gördüm. Lənət olsun! Kim idi axı onlar? Sükan arxasında kimin əyləşdiyini görmək üçün boylansam da ayırd edə bilmədim.

— Yola bax, əzizim, — Kristian sakit, hətta yumşaq səslə dedi. Adətən mən sükan arxasında olanda onun səs tonu daha sərt olurdu.

Özünü ələ al, qorxunu uzaqlaşdırmaq üçün öz-özümə dedim. Bəs əgər bizi təqib edənlər silahlıdırlarsa? Silahlıdırlar və hədəfləri Kristiandır. Halım pisləşdi, mədəm bulandı.

— Təqib edildiyimizi hardan bilirsən? — qırıq-qırıq pıçıltı ilə soruşdum.

— Arxadan gələn “Dodge”nin nömrə nişanı saxtadır.

Bunu haradan bilirdi?

520-ci körpüyə birləşən yola yaxınlaşırdıq. Axşam düşürdü. Yağış artıq yağmasa da asfalt nəm idi. Yaxşı ki, maşınlar çox deyildi.

Beynimdə Reyin özünü müdafiə ilə bağlı dediyi saysız-hesabsız leksiyalardan biri əks-səda verdi. “Səni öldürən, ya da ciddi şəkildə xəsarət yetirəcək tək şey panika ola bilər, Ana”. Dərindən nəfəs aldım və nəfəsimi nəzarət altında tutmağa çalışdım. Kim olursa-olsun, bizi təqib edən şəxsə yalnız Kristian lazım idi. Yenidən sakitləşdirici bir nəfəs aldım, zehnim açıldı, qarnımdakı ağrı çəkilib getdi. Kristianı xilas etməli idim. Özüm bu maşını sürmək, özü də sürətlə sürmək arzusunda idim. Buyur, bu da sənə fürsət.

Sükandan möhkəm yapışıb axırıncı dəfə güzgüdən arxaya baxdım. “Dodge” yaxınlaşırdı. Kristianın narahat baxışlarına məhəl qoymadan yavaşladım və 520-ci körpüyə girəcəyim məsafəni elə hesabladım ki, “Dodge” sürətini azaldıb maşın axınında gözləməyə məcbur vəziyyətdə qalsın. Və yalnız ondan sonra “Audi”yə tam qaz verdim və maşın yerindən elə sıçradı ki, ikimizin də kürəyi oturacağa dəyib qayıtdı. Spidometrin oxu saatda 120 kilometrə qalxdı.

— Qovma, əzizim, — Kristian sakit səslə desə də, əsla sakit olduğunu demək olmazdı.

Qoşa xətlərin arasında şütüyərək şahmat taxtasındakı qara damalardakı kimi gah sağ ol, gah da sol xəttə tullanaraq yük və minik maşınlarının arasından məharətlə sivrilib keçirdik. Körpünün üstündə ikən gölə o qədər yaxın idik ki, sanki suyun üstü ilə gedirdik. Digər sürücülər mənim hərəkətlərimdən heç də məmnun deyildilər və mən özümü bizə acıqla baxan sürücülərin baxışlarını görməməzliyə vurmağa çalışırdım. Kristian əllərini dizlərinin üstünə qoyub hərəkətsiz oturmuşdu və fikrimi yayındırmamaq üçün belə etdiyini düşünməyə də macal tapmışdım.

— Afərin qızıma! — dedi və ətrafa boylandı. — “Dodge” görünmür-.

— Biz unsubun arxasınca gəlirik, mister Qrey, — BlackBerry-dən Soyerin səsi eşidildi. — sizi ötməyə çalışır, ser. Sizinlə “Dodge” arasına girməyə çalışacağıq, ser.

Unsub? Bu nə deməkdir?

— Yaxşı. Missis Qrey hələ ki öhdəsindən gələ bilir. Bu sürətlə və tıxac sıxlaşmazsa körpünü bir neçə dəqiqəyə keçib gedəcəyik.

— Anladım, ser.

Vaşinqton gölünü ayıran yolun tən ortasındakı nəzarət qülləsinin düz yanında ötüb keçdik. Spidometr eyni məsafədə qaldığımı göstərirdi – saatda 120 kilometr.

— Səndə doğrudan da yaxşı alınırmış, — Kristian ətrafa boylanaraq dedi və səsinin tonu nədənsə oyun otağındakı ilk görüşümüzü xatırlatdı. Diqqətimi dağıdan bir düşüncə idi və dərhal fikirləri özümdən uzaqlaşdırdım.

— Hara gedirik, — sakitcə soruşdum. Maşın sürmək böyük bir həzz idi və inana bilmirdim ki, normal sürətlə hərəkət etməyə başlamışdıq.

— Missis Qrey, İ-5t yoluna, sonra da cənuba doğru istiqamət götürün. “Dodge”nin sizi yenə təqib edib-etməyəcəyini yoxlamaq istəyirik — yüksək səsli rejimdə işləyən telefondan Soyerin səsi eşidildi. Çox şükür ki, qabaqda svetoforun yaşıl işığı yandı və sürətimi artırdım.

Kristiana narahat halda baxdım, – azca gülümsədi və üzünün ifadəsi dərhal da dəyişdi.

— Lənət olsun!

Körpünün qurtaracağında tıxac əmələ gəlmişdi və mən də sürəti azaltmalı oldum. Güzgüyə baxdım və “Dodge” göründü, ən azından mənə elə gəlirdi.

— Nə qədər geridə qalıb? On maşından sonra yoxsa necə?

— Hə, görürəm, — Kristian dedi. — Maraqlıdır, kimdir axı o?

— Mənə maraqlıdır. Sükan arxasında kim oturub? Görmək mümkündür? — aparata bərkidilmiş BlackBerryy-ə müraciət etdim.

— Xeyr, missis Qrey. Şüşələri çox tünddür, görünmür. Həm kişi, həm də qadın ola bilər.

— Qadın? — Kristian dedi.

Çiyinlərimi çəkdim və ağlıma gələn versiyamı dedim:

— Sənin missis Robinsonun?

Kristian gərginləşdi və tez əl atıb BlackBerry-ni aparatdan çıxardı.

— O mənim missis Robinsonum deyil, — deyə deyindi. — Onunla ad günü yığıncağından bəri heç söhbət belə etməmişəm. Bir də ki, Elena bunu etməz. — onun tərzi deyil.

— Leyla?

— O, Konnektikutdadır, valideynlərinin yanında. Mən ki sənə demişdim.

— Əminsən?

Kristian bir az susdu.

— Yox. Amma əgər evdən qaçmış olsaydı belə valideynləri mütləq Flinnə xəbər edərdilər. Gəl, bunu evə qayıdandan — sonra müzakirə edək. İndilik isə yaxşı olar ki, diqqətini yayındırmayasan.

— Amma bu həm də hansısa təsadüfi bir maşın da ola bilər.

— Risk etmək niyyətində deyiləm. Hələ üstəlik sən də burada ikən, — Kristian sözümü yarımçıq kəsib telefonu qaytarıb yerinə qoydu və biz yenidən Soyer və Rayanla əlaqə saxlaya bilərdik.

Zəhrimara qalsın. İndi onunla mübahisə etməyin əhəmiyyəti yox idi… bəlkə sonra. Dilimi dinc saxladım. Xoşbəxtlikdən, maşınlar yenə azalmağa başlamışdı. Mən hətta irəli keçməyə nail olub Mauntleyk qovşağından İ-5 yoluna doğru yan aldım.

— Birdən polis bizi saxlasa? — soruşdum.

— Heç də pis olmazdı.

— Anacaq mənim üçün deyil.

— Sürücülük vəsiqəsinə görə qorxma, — Kristian əmin etdi və səsində sevinc hiss etdim.

Ayağımı yenidən qaza basdım və saatda 120 kilometrə qalxdım. Hə, bu quş əla uçurdu! İdarəetmədə o qədər asan və sözəbaxan idi ki! Saatda 135 kilometrə yaxınlaşdım. Heç vaxt bilməzdim ki, bu sürətlə maşın sürərəm. Mənim “tısbağam” ən yaxşı halda saatda 80 kilometrə çata bilərdi.

— Sürətini artırır, — Soyer sakit və soyuqqanlı səslə xəbər verdi. — 140-la hərəkət edir.

Lənət olsun! Haydı, sürətlə! Bir az da qaza sıxdım. Mühərrik uğuldadı, amma maksimum 160-a gücü çatdı. İ-5 yoluna doğru şütüyürdük

— Bu cür də saxla, — Kristian dedi.

Dörd yol ayrıcını keçərkən bir az yavaşladım. Burada hərəkət nisbətən sakit idi və bir göz qırpımında sürət zolağına atıldım. Yenidən qaza basdım və budur, artıq yolu yararaq sol xəttə çıxmışdıq, yerdə qalan avtomobillər isə sağ zolağa çəkilib bizə yol verirdilər. Bu qədər qorxmuş olmasaydım əslində sürətdən həzz alardım.

— Ser, 160-a çıxdı, — Soyer xəbər verdi.

— Onunla qal, Lyuk, — Kristian dedi.

Lyuk?

Şütüdüyümüz zolağa yük maşını çıxdı. Lənət olsun! Əyləci basmağa macal tapdım.

— Axmağın biri axmaq! — Kristian irəli əyilib sürücünü söydü. İrəli cumduq. Nə yaxşı ki, təhlükəsizlik kəməri varmış!

— Öt onu, əzizim, — Kristian qıcanmış dişlərinin arasından çımxırdı.

Güzgüdən arxadakı vəziyyəti yoxlayıb birdən-birə üç zolağı kəsərək irəli şütüdüm. Biz yenidən sürət zolağına çıxmışdıq.

— Gözəl manevrdir, missis Qrey, — Kristian təriflədi. — Bəs görəsən, polislər hansı cəhənnəmdədir? Lazım olanda yoxa çıxırlar.

— Cərimə talonu istəmirəm, — Kristiana baxmadan dedim. — Səni heç vaxt sürət həddini aşdığına görə cərimələyiblər?

— Yox. — Sağ gözümün ucu ilə baxanda necə gülümsədiyini gördüm.

— Heç dayandırmayıblar da?

— Dayandırıblar.

— Aydındır. O…

— Cazibə, missis Qrey. Bütün məsələ cazibədədir. İndi isə diqqətini topla. Soyer, “Dodge” haradadır?

— 175-lə gəlir, ser — Soyer xəbər verdi.

Əcəbdir! Ürəyim atlandı. Bundan da sürətli gedə biləcəkdimmi? Yenidən ayağımı qaza sıxdım və irəli atıldım.

Qabağımızda gedən Ford Mustanq yolumuzdan çıxmaq bilmirdi və Kristian:

— Ona işarə et, — dedi.

— Ancaq özümü axmaq yerinə qoymuş olacam.

— Qoy, — deyə Kristian bağırdı.

Yaxşı, əgər belə çox istəyirsənsə.

— Faraların yeri hardadır?

— İndikator. Özünə tərəf çək.

Özümə tərəf çəkdim və “Mustanq” yoldan çıxdı. Sürücü mənə orta barmağını göstərdi. Yanından sürətlə ötüb keçdim.

— Axmaq adam, — Kristian mırıldandı və dərhal da üzünü mənə tutdu:

— Stüarta dön.

— Baş üstə, ser.

— Biz Stüart — Stritdəyik, — Kristian Soyerə dedi.

Sürəti azaldıb güzgüyə baxdım, döngəni burulduğumu işarə etdim və təəccüblü də olsa asanlıqla dörd zolağı keçərək magistraldan əkildim. Cənuba, Stüart-Stritə istiqamətlənmişdik. Küçə bomboşdu, maşınlar demək olar ki, yox idi. Görəsən, hamı hara yoxa çıxmışdı?

— Bu gün bəxtimiz gətirib, heç kim mane olmadı. Ancaq “Dodge”yə də mane olan heç kim tapılmadı. Başla, Ana, sür. Evə apar bizi.

— Yol yadımda deyil, — mırıldandım. “Dodge” bayaqkı kimi yenə də quyruğumuzdan düşmürdü və bu, məni artıq əsəbiləşdirirdi.

— Mən deyənə qədər cənub səmtini götür.

Kristian özü də təlaşlanmışdı. Biz üç kvartalı şütüyüb keçdik, lakin Yel avenyuda bizi svetoforun sarı işığı qarşıladı.

— Bas qaza, Ana, — Kristian qışqırırdı. Mən qazın pedalına sıxdım, maşın əvvəlcə geri atıldı və “Audi” irəliyə, qırmızı işığa şığıdı.

— İndi də Stüart-Stritə döndü, — Soyer məlumat verdi.

— Onu buraxma, Lyuk.

— Lyuk?

— Onun adı Lyukdur.

İstər-istəməz sağa baxdım – Kristina mənə elə baxır ki, sanki bir dəliyə baxırdı.

— Yola bax! — o, çımxırdı.

Səsinin tonuna əhəmiyyət vermədim.

— Lyuk Soyer.

— Hə!

Çox əsəbi idi. Heç mən də geri qalmırdım: adam son altı həftəni məni mühafizə edib , mənsə onun heç adını da bilmirdim.

— Bu mənəm, mem. — Telefondan gələn səs sakit olsa da diksindim və həmişə olduğu kimi Soyerin səsi monoton idi. –Unsub Stüart-Stritlə gedir, ser. Sürətini artırıb.

— Haydı, Ana, yatma. Az danış, — Kristian deyindi.

— Birinci dördyol ayrıcında dayanmışıq — Soyer yenə məlumat verdi.

— Tez ol, bura sür, — Kristian qışqıraraq Boren avenyunun cənub tərəfindəki avtomobil dayanacağını göstərdi.

Sükanı qəfil çevirdim və təkərlər sanki etiraz edirmiş kimi nərilti qopartdı.

Dayanacaq ağzına qədər dolu idi.

— Ətrafına keç, tez ol — Kristian komanda verirdi. Manevr aydındır: elə gizlənmək lazımdır ki, bizi küçə tərəfdən görmək mümkün olmasın. — Ora! — O, boş yeri göstərdi. Maşını saxlamağımı istəyirdi? Bu ki axmaqlıqdır!

— Sənə deyiləni elə. — Mən də etdim. İdeal alınmışdı. Həyatımda ilk dəfə maşını nümunəvi şəkildə park etdiyim an idi.

— Biz gizlənmişik. Dayanacaq Stüartla Boren arasındadır, — Kristian əyilərək BlackBerry-yə dedi.

— Oldu, ser. — Soyerin deyəsən heç kefi yox idi. — Yerinizdə qalın bizsə “Dodge”ni izləyək.

Kristian mənə tərəf dönüb diqqətlə süzdü…

— Yaxşısan?

— Əlbəttə, — güclə pıçıldadım.

Gülümsədi.

– “Dodge”dəkilər bizi eşitmir.

İndi də mən güldüm.

— Stüratı və Boreni keçirik, ser. Dayanacağı görürəm. “Dodge” düz yanından keçdi.

İkimiz də rahat nəfəs aldıq.

— Afərin sizə missis, Qrey. Yaxşı sürürsüz. — Kristian barmaqları ilə yanağımı sığalladı. Toxunuşdan diksindim və özümə gəldim.

— Bu o deməkdir ki, bir də sürücülük qabiliyyətimdən şikayət etməyəcəksən? — soruşdum.

Kristian bərkdən və ürəklə qəhqəhə çəkib güldü.

— Yox, daha belə ağ eləmərəm.

— Sağ ol ki, sürməyə icazə verdin. Özü də belə narahat şəraitdə. — Səsimin tonunu uğursuz cəhdlə yumşaltmağa çalışdım.

— Bəlkə indi sükan arxasına mən keçsəm yaxşı olar.

— Düzü, bu dəqiqə burdan çıxmağa heç halım yoxdur. Ayaqlarımı hiss etmirəm. Məni birdən titrəmə tutmuşdu.

— Bu, adrenalindir, əzizim. Sən həmişə olduğu kimi möhtəşəm idin. — Kristian yenə də yanaqlarımı sığalladı, gözlərində sevgi, qorxu, peşmançılıq, birdən-birə o qədər emosiya vardı ki, — mən kövrəldim. Sinəmdə toplanıb qalmış hisslər sıxılmış bir ahla axıb çölə çıxdı və hönkürməyə başladım.

— Lazım deyil, əzizim, lazım deyil. Xahiş edirəm, ağlama.

Oturduğumuz yer darısqal olsa da Kristian yenə mənə tərəf uzanaraq qucaqlayıb özünə tərəf çəkdi, saçlarımı üzümdən yığışdırdı, yanaqlarımı, gözlərimi öpdü. Qollarımla ona sarıldım, çiyninə qısıldım və astadan hönkürməyə başladım. O, burnunu saçlarıma gömdü, kürəyimi sığalladı və biz bir müddət beləcə dinməzcə, kəlimə kəsmədən bir-birimizə sarıldıq.

Soyerin qəfil səsi bizi reallığa qaytardı.

— Unsub “Eskala” yaxınlığındadır. Binanın yanından keçdi.

— İzləməyə davam edin, — Kristian dedi.

Mən burnumu ovucumun içi ilə silib özümü toparladım.

— Köynəyimə silə bilərsən. — deyib gicgahımı öpdü.

— Bağışla, — utana-utana dilləndim.

— Nəyə görə? Heç nəyə görə üzr istəməməlisən.

Burnumu yenə sildim. Kristian çənəmi tutub nəvazişlə dodaqlarımı öpdü.

— Mənim gözəl və cəsarətli qızım, ağlayarkən dodaqların elə yumşaq olur ki, — pıçıltı ilə dedi.

— Yenə öp.

Kristian donub qaldı.

— Öp məni, — ah çəkdim. Kristian əyilib BlackBerry-ni aparatdan çıxartdı sürücü oturacağına, ayaqlarımın altına atdı. Və budur, dodaqları dodağıma pərçimlənmiş, dili isə ağzıma soxulmuşdu, bu hərəkətə heç bir etirazım yox idi. Adrenalinin yerini vücudumu zoqquldadan şəhvəti doldurdu. Üzünü əllərimin arasında sıxdım dadını içimə çəkdim. Şəhvətli atəşimə cavab olaraq Kristianın qırtlağından boğuq səs çıxdı və orada, göbəyimin aşağısında ehtiras dalğaları vibrasiya etməyə başladı. O, acgöz əllərini döşlərimdə, belimdə, kürəyimdə gəzdirib, bir az da aşağı endi. Yerimdə sürüşdüm.

— Uf… –Kristian ah çəkdi və kənara çəkildi.

— Nə? — pıçıltı ilə soruşdum.

— Ana, biz Sietldə, maşın dayanacağındayıq.

— Nə olsun?

— Səni elə bu dəqiqə istəyirəm… sənsə burda büzüşüb qalmısan. Rahat deyil.

Sözləri şəhvətimi bir az da alovlandırdı və bu alovlu istək nəzarətdən çıxaraq göbəyimin altındakı əzalarımı bir az da gərmişdi.

— İstəyirsən — onda elə! –deyib dodağının kənarını öpdüm. Bayaqkı təqib… həyəcan… qorxu… gərginlik libidomu hərəkətə gətirmişdi. Kristian kənara çəkildi, ağırlaşmış göz qapaqları altından diqqətlə mənə baxdı.

— Burda? — xırıltılı səslə soruşdu. Dilim damağım qurudu. Bircə kəlməsi ilə məni dəli etməyi necə bacarırdı görəsən?

— Hə. İstəyirəm. İndi.

Başını azca yana əyib bir neçə saniyə mənə baxdı.

— Siz necə də utanmazsız, missis Qrey — uzun bir pauzadan sonra pıçıltı ilə dedi. Saçlarımı boynumun ardına topladı və budur-, dodaqları acgözlüklə, tələbkarca, dodaqlarımı qamarladı. Əlini kürəyimdə gəzişdirib, budlarımın arasına sürüşdürdü…

— Nə yaxşı ki, əynində ətək var. — Əlini ağ mavi dama-dama ətəyimin altına dürtdü, budumu sığalladı və mən barmaqlarımı saçlarının arasına keçirib dizinin dibində qurcalandım.

— Tərpənmə, — çımxıraraq əlinin altına keçən hər şeyi qamarladı. Bir anlığa donub qaldım. Başbarmağı klitorumu əlləyir və ağlım başımdan çıxırdı və içimin dərinliklərindən sanki elektrik cərəyanı keçirdi, nəfəsim qırtlağımda ilişib qalmışdı.

— Xahiş eləyirəm…

— O! Siz artıq hazırsız, missis Qrey. –barmaqlarını daha da dərinimə dürtdü, çıxartdı və yenidən dürtdü. Necə də üzücü işgəncə idi — Sürətlə maşın sürmək səni belə qızışdırırmış?

— Məni sən qızışdırırsan.

Kristian yırtıcı canavar kimi gülümsədi və barmaqlarını qəfil çıxararaq məni heç nəsiz qoydu. Və elə bu an, xəbərdarlıqsız filansız, məni qaldırıb dizlərimin üstündə üzümü şüşəyə tərəf çevirdi.

— Arala ayaqlarını, — əmr etdi.

İtaətkarcasına əmrə tabe oldum. İndi ayaqlarım onun yanlarından iki tərəfə sallanırdı. Kristian ayaqlarımı sığalladı, yuxarı, aşağı və ətəyimi siyirib aşağı çəkdi.

— Əllərini dizimə qoy. Qabağa əyil. Və o gözəl yancağını yuxarı qaldır. Yavaş, başını şüşəyə vurub əzmə.

Lənətə gəlsin! Biz bunu edəcəyik, elə buradaca, ictimai dayanacaqda. Tez ətrafa boylandım, heç kəs yox idi, şəhvət alovu artıq qanımda pıqqıldayırdı. Biz avtomobil dayanacağında idik! Əladır! Kristian arxamda qurcalanırdı və birdən şalvarının qabağını necə açdığını eşitdim. Bir əli ilə belimi qucaqladı, — digəri ilə tumanımı aşağı çəkdi və bir çevik həmlədə özünü içimə pərçimlədi.

— A-a!

Ona sıxıldım və qulağıma necə fısıldadığını eşidirdim. Əlini yuxarı sürüşdürüb çənəmdən yapışdı. Başımı arxaya, sonra kənara dartıb boynumu öpdü. O biri əlini buduma yapışdırdı. Beləliklə, rəqsimiz başladı.

Ayaqlarımı özümə sıxdım və o tempini artırdı. Hisslər… Ucadan inildəyirdim. Çox dərinə işləməyi bacarırdı. Sağ əlimin biləyi ilə qapıya dirsəkləndim, sol əlimlə əl tormozunun rıçaqından yapışmışdım. Kristian dişləri ilə qulaq sırğalıqlarmı parçalayır, dartır… özü də bilmədən məni incidirdi. İçimə gömüldükcə gömülürdü… Aşağı-yuxarı enib-qalxırdıq və nəhayət, ümumi ritmə girə bilmişdik. Kristian əlini ətəyimin altına soxaraq tumanımın zərif parçası altından klitorumu əzişdirirdi.

— A-a!

— Tez ol, — Kristian qıcanmış dişlərinin arasından qulağıma fısıldadı. — Hər şeyi cəld etmək lazımdır, Ana — alovu getdikcə artırırdı.

— A-a! — Artıq yaxınlaşmaqda olan tanış həzz dalğasının içimin dərinliyində böyüyən, qatılaşan zoqqultusunu hiss edirdim.

— Hə, tez ol, əzizim, — qulağıma xırıldadı. –Səni eşitmək istəyirəm.

İnildəyirdim, hisslərin içində itib batmış, boğulurdum, gözlərimsə qapalı idi. Səsi qulağımda, nəfəsi boynumda idi və həzz dalğası nəbz kimi vuraraq barmağını soxduğu yerdən aşıb daşdı.

Burulğan məni bürümüşdü, vücudumun yenilənməyə ehtiyacı var idi.

— Hə, — Kristian fısıldadı və mən bir anlığa gözümü açıb “R8”-in brezent damını gördüm. Yenə büzüşdüm və boşaldım…

— Oh, Ana, — Kristian heyrətlə pıçıldadı və qucaqlayaraq sonuncu zərbəsini endirib içəridə pik nöqtədə donub qaldı.

— Burnunu boynuma soxub boğazımı, yanağımı, gicgahımı öpdü. Hə, necədir missis Qrey, gərginliyinizi ata bildiniz? — Kristian yenə dişləri ilə qulaq sırğalıqlarımı dartışdırırdı. Bədənim tükənmiş, bomboş idim və gücüm sadəcə pişik miyoltusuna bənzər səs çıxarmağa yetirdi. Gülümsədiyini hiss edirdim.

— Amma mənə dəqiq köməyi oldu. — deyib məni üzərindən qaldırdı. — Nə olub sənə, səsin batıb?

— Hə.

— İndi de görüm, kimdi əxlaqsız? Eksgibisionist yanının olduğunu heç bilmirdim.

Tez ayağa qalxdım və narahat halda ətrafa boylandım. Kristian gərginləşdi.

— Bizi heç kim izləmir, yox? — təlaş içində soruşdum.

— Səncə mən heç izin verərdim ki, kimsə arvadımın necə boşaldığını görsün? — Kristian kürəyimi sığalladı və səsinin tonu ilə kürəyimdən yeni həyəcan dalğası keçdi.

Dönüb ona baxdım və arsız-arsız gülümsədim

— Maşında seks!

Kristian gülərək üzümə düşən saçmı kənara çəkdi.

— Gəl, yerimizi dəyişək. Bu dəfə özüm sürəcəm.

Cəld meydançaya çıxmağım üçün qapını açdı özü isə şalvarının qabağını düymələdi. Sonra özü də çıxdı, tez keçib sükan arxana oturdu və BlackBerry-ni götürüb nömrə yığdı.

— Hardadır Soyer? — deyə çımxırdı. — Bəs “Dodge”? Niyə Soyer yanında deyil?

Kristian diqqətlə dinləyirdi, cavab verən deyəsən, Rayan idi.

— Qadın? — Bir anlıq susdu. — Gözdən qoyma. — Kristian telefonu qapadıb mənə baxdı.

Qadın? Bizi təqib edən maşının sürücüsünü nəzərdə tuturdu? Kim ola bilərdi? Elena? Leyla?

– “Dodge”ni sürən qadın idi?

— Deyəsən, elədir, — Kristian sakit cavab verdi. Dodaqları sıxılaraq nazik və sərt cizgi əmələ gətirdi. — Evə gedirik. –Maşını işə saldı və ehtiyatla arxaya verdi. “Audi” rəvan şəkildə dayanacaqdan çıxdı.

— Bəs o… unsub… hardadır? Ümumiyyətlə, o sözün mənası nədir? Qulağa sado-mazoxist kimi səslənir — Unsub — naməlum subyekt deməkdir. Rayan Federal Təhqiqatlar Bürosunun keçmiş casusudur.

— Keçmiş casus?

— Heç nə soruşma. — Kristian başını yırğaladı, deyəsən nəyisə götür-qoy eləyirdi.

— Bəs indi hardadır o unsub?

— İ-5 şossesindədir, cənuba doğru gedir. — Mənə qısa bir nəzər saldı. Gözləri soyuq və qəddar idi. İşə bir bax, bir neçə dəqiqənin içində ehtirasdan soyuqqanlılığa bu cür qəfil keçid! Cəmi bir neçə saniyə sonra və qarşımda tam başqa adam dayanmışdı. Ona tərəf əyildim və barmaqlarımı cins şalvarının iç tikişiylə qaçışdırdım — kefini qaldırmağa çalışırdım. O, sükanı buraxdı və əlini əlimin üstünə qoyub hərəkətini dayandırdı.

— Yox. Biz onsuz da ağını çıxardıq. Axı istəməzsən ki, evə üç kvartal qalmış qəza törədim. — Əlimi dodağına yaxınlaşdırdı və sözlərindəki tənəni yumşaltmaq üçün ehtirassız öpüşlə öpdü. Soyuqqanlı, hökmran, avtoritar. Mənim Əlli Çalarım. Uzun illərdən sonra özümü ilk dəfə yüngül qız kimi hiss etdim. Əlimi çəkib aralandım və səssiz oturdum.

— Deməli, qadındır?

— Böyük ehtimalla, hə. — Kristian köks ötürüb maşını yeraltı qaraja tərəf sürdü və girişdəki təhlükəsizlik guşəsindəki kodu yığdı. Qapılar taybatay açıldı, o, içəri keçib səliqə ilə maşını dayanacaqda saxladı.

— Bu maşın çox xoşuma gəlir, — mırıldandım.

— Mənim də. Və onu necə idarə etməyin və öhdəsindən gəlməyin çox xoşuma gəldi. Qətiyyən əzmədin.

— Ad günümə mənə beləsini ala bilərsən. — Nəzakətlə gülümsəyib maşından endim.

Kristian ağzı açıq oturub mənə baxırdı.

— Özü də ağ rəngindən, — əlavə etdim.

Gülümsədi və başını yırğaladı.

— Anasteyşa Qrey, məni heyrətləndirməkdən bir an belə vaz keçmirsən.

Maşının qapısını örtüb Kristianı gözlədim. O, maşından çıxdı, mənə baxırdı; və bu baxış sanki içimin dərinliyində yaşayan bir şeyə nüfuz edirdi. Artıq bu baxışı çox yaxşı tanıyırdım. Kristian yaxına gəldi və əyilərək pıçıldadı:

— Maşın sənin xoşuna gəlir. Mənim də xoşuma gəlir. Səni onun içində eləmişəm… bəlkə üstündə də etməliyəm.

Cavab verməyə macal tapmamış qaraja parıltılı gümüşü “Mersedes” daxil oldu. Kristian ona əvvəlcə narahat, sonra əsəbi baxdı.

— Deyəsən, tək deyilik. Gəl, gedək. — Əlimdən tutub qarajın liftinə tərəf apardı, bu vaxt bizə “Mersedes”in sürücüsü yaxınlaşdı. — Cavan, rahat eleqant geyimli, tünd, uzun saçları olan bir kişi idi. Adətən televiziya, ya da qəzet işçiləri belə geyinir-.

— Salam. –o, bizə nəzakətlə gülümsədi.

Kristian belimi qucaqlayaraq nəzakətlə başını əydi.

— Mən burda təzəyəm. On altıncı mərtəbədə qalıram.

— Salam, — mən də gülümsədim… Mehriban, qəhvəyi gözləri var idi. Lift gəldi. Üçümüz də liftə daxil olduq. Kristian mənə anlaşılmaz ifadə ilə baxırdı.

— Siz, — Kristian Qreysiz, — cavan adam soruşdu.

Kristian dodaqucu gülümsədi.

— Pol Harrison. — Adam əlini uzatdı. Kristian həvəssizcə onun əlini sıxdı. — Neçənci mərtəbəyə qalxırsız?

— Mən kodu daxil etməliyəm.

— A-a…

— Pentxausa gedirik.

— O… — Pol yenə gülümsədi. — Əlbəttə. –O, səkkizinci mərtəbənin düyməsini basdı və qapılar örtüldü. –Güman edirəm, siz missis Qreysiz.

— Bəli. –nəzakətlə gülümsədim, bir-birimizin əlini sıxdıq. Pol bir müddət mənə baxdı və qızardı. Bircə bu çatmırdı. Mən də qızardım və belimi tutan əlin necə gərginləşdiyini hiss etdim –Nə vaxt köçmüsüz?

— Keçən bazar. Bura xoşuma gəldi.

Narahat bir sükut çökdü… zəng səsi… lift kabinəsi Polun mərtəbəsinə çatıb dayandı.

— Hər ikinizlə tanış olmağıma şad oldum, — rahatlıqla dedi və liftdən çıxdı. Qapılar sakitcə örtüldü. Kristian kodu daxil edəndən sonra lift yenidən yuxarı qalxmağa başladı.

— Xoş bir adam təsiri bağışladı. Başqa qonşuları isə hələ heç görməmişəm.

Kristian qaş-qabağını salladı.

— Yaxşı olar ki, görməyəsən.

— Çünki sən tərki-dünyasan, ona görə? Mənimsə ondan xoşum gəldi.

— Tərki-dünya?

— Tərki-dünya. Fil sümüyündən olan qəsrində qapanıb qalmış tərki-dünya — quru səslə dedim.

— Fil sümüyündən qəsr. — Güldü.

— Güman edirəm, pərəstişkarlar siyahınıza növbəti adı rahat daxil edə bilərsiz, missis Qrey.

Gözlərimi süzdüm.

— Sən hamını pərəstişkarlar siyahısına daxil edirsən.

— Sən indi mənə göz süzdürdün?

Nəbzim sürətlə atmağa başladı.

— Hə, süzdürdüm. –Nəfəsim daralmağa başladı.

Başını azacıq yana əyib üzündə Kristiana məxsus, özündənrazı, istehzalı ifadəsi ilə baxdı.

— İndi bununla nə edəcəyik?

— Kobud bir şeylər.

Gözlərini döydü. Heç gözləməzdi.

— Xahiş eləyirəm.

— Yenə istəyirsən?

Başımı yavaşca tərpətdim. Qapı açıldı, evə çatmışdıq.

— Nə qədər kobud? — gözləri tündləşdi.

Ona heç bir şey demədən baxdım. Gözlərini qısa bir an yumduqdan sonra əlimi tutub foyeyə itələdi.

Qoşa qapıdan tez dəhlizə soxulduq və birdən Soyerlə toqquşduq. Soyer sual dolu gözləri ilə bizə baxırdı.

— Soyer, bütün məlumatları bir saatdan sonra deyərsən, — Kristian dedi.

— Bəli, ser. –Soyer üzünü çevirib Teylorun kabinetinə yollandı.

Bizim bir saatımız vardı!

Kristian mənə baxdı.

— Deməli, kobud?

Başımın hərəkəti ilə təsdiqlədim.

— Nə deyirəm, missis Qrey, bəxtiniz gətirib. Bu gün mənim arzuları gerçəkləşdirmək günümdür.

VI HİSSƏ

— Hansı ideyalar var? — Kristian soruşdu və gözümün içinə dik və arsızca baxdı.

Çiyinlərimi çəkdim, həyəcandan nəfəsim kəsilmişdi. Bayaqkı təqib üzündənmi, adrenalindəmi, yoxsa keçib getməyən kefsizliyimdənmi ya nədənsə, heç özüm də bilmirdim, ancaq onu bilirdim ki, istəyirəm, həm də çox istəyirəm. Ərimin üzündə çaşqın bir ifadə yarandı: – Nəsə xüsusi bir şey? – sözləri yumşaq nəvaziş təsiri bağışlayırdı.

Başımı tərpətdim və üzümün necə alışıb-yandığını hiss etdim. Niyə utanırdım ki? Axı bu kişiylə nə cür hoqqalardan çıxmışdım. O mənim ərimdir! Bəlkə problem ondadır ki, bunu özüm istəyirdim, ancaq etiraf eləməyə utanırdım? Şüuraltım mənə tərs bir baxışla baxdı: “Bəsdir, heç nədən problem yaratma”.

— Kart-blanş? — Kristian sanki beynimin içini oxumağa çalışaraq dalğın vəziyyətdə mənə baxdı.

Kart blanş? Bu hardan çıxdı? Görəsən, bunun arxasında nələr dayana bilərdi?

— Hə, — dedim və şəhvətim içimdə gül kimi açıldı. Kristian tənbəl seksual təbəssümü ilə gülümsündü.

— Getdik. — Əlimi tutub pilləkənə tərəf apardı. İndi hər şey aydın oldu. Oyun otağı! İçimdəki ilahə özünü toparladı ardınca getməyə tələsdi.

Pilləkənin aşağısında Kristian əlimi buraxıb qapını açdı. Açar bu yaxınlarda ona bağışladığım zəncirin üstünə asılmışdı.

— Yalnız sizdən sonra missis Qrey, — deyərək kənara çəkildi.

Oyun zalında ağac və dəri mebelin tanış qoxusu vardı Biz bal ayına gedəndən sonra missis Consun buralarda təmizlik etdiyini düşünəndə utanıb yerə girdim. Kristian tez işığı yandırdı və tünd qırmızı divarlara yumşaq kölgəli işıq düşdü. Damarlarımda dolaşan tünd, qatılaşan ehtirasla üzünə baxdım. Yenə ağlında nələr vardı görəsən? Başıma nə oyun açmaq istəyirdi? Kristian qapını örtdü, çevrilərək başını azacıq yana əyib üzümə baxdı.

— Nə istəyirsən Anasteyşa?

— Səni.

Güldü.

— Mən səninəm. Kabinetimə gəldiyin gündən.

— Elə isə təəccübləndirin məni mister Qrey.

Onun əyri təbəssümündə şənlik və nəsə əxlaqsız bir vəd gizlənirdi.

— Necə istəyirsiz, missis Qrey.

Qollarını qoynuna qoyub şəhadət barmağı ilə alt dodağında gəzdirərək qiymətləndirici baxışlarla məni süzdü. Sonra əynimdəki cins gödəkcəmin düymələrini açdı və onu çiynimdən elə sürüşdürdü ki, gödəkcə əynimdən sıyrılıb yerə düşdü… Köynəyimin ətəyini dartışdırdı.

— Qollarını qaldır.

Qaldırdım və Kristian köynəyimi başımdan sıyırıb çıxardı. Əyilərək dodağımı öpdü. Gözlərində sevgi qarışıq şəhvət vardı. Köynəyim sürüşüb yerə düşdü.

— Bax belə. — Biləyimdən saçımın bağını çıxarıb ona uzatdım. Dayandı, bir anlığa, üzü bu anda nə duyduğunu bəlli etdirmədən — ehtirassız vəziyyətdə qaldı. Saç bağını məndən aldı və dərhal əmr etdi:

— Çevril.

Mən razı halda gülümsəyib çevrildim. Deyəsən, bu maneəni artıq keçmişdik. tez və cəld hərəkətlə saçımı çəngələyib rezin bağla bir yerə topladı.

— Yaxşı fikirdir, missis Qrey, — qulağıma pıçıldadı və sırğalığımı dişlədi. — Geri çevrilmə və ətəyini çıxarıb yerə at.

Mən çevrildim və Kristian bir addım geri çəkildi. Ona baxa-baxa ətəyimin bel düyməsini, sonra da zəncirini açdım. Ətək sanki ipək kimi sürüşüb ayaqlarımın altına düşdü.

— Çəkil.

Bir addım kənara çəkilməyimlə cəld diz üstdə çöküb sağ sandalıma əl atmağı bir oldu. Kristian sandallarımın bağlarını açmaqla əlləşirkən önə əyilib nə vaxtsa üstündə qamçı, avar və cürbəcür alətlər asılmış divara əlimi söykədim. İndi burada ancaq qamçı qalmışdı, qalan hər şey yığışdırılmışdı. Maraqla qamçıya baxdım. Görəsən, Kristian ondan istifadə edirmi?

Ayaqqabılarımı çıxarandan sonra mən əynimdə bir tək krujevalı tuman və büstqalterdə qaldım. – Kristian altdan-altdan məni süzürdü.

— Qəşəng görünürsüz, missis Qrey. — o, ani bir hərəkətlə dizlərinin üstünə əyildi və budumdan yapışdı, özünə tərəf çəkib burnu ilə budlarımın arasına soxuldu. — Səndən mənim, sənin və seks qarışıq qoxu gəlir. — Uca səslə qoxulayaraq tumanımın üstündən öpdü. — Baş gicəlləndirici ətirdir! — dedi.

O… nə qədər yaramaz idi…

Kristian yerdəki paltarlarımı və ayaqqabıları yığışdırıb bir idmançıya yaraşan cəldlik və çevikliklə heç bir əziyyət çəkmədən ayağa — qalxdı.

— Stola tərəf get. — Çənəsi ilə işarə etdi. — Üzü divara. Elə et ki, nə planlaşdırdığımı görə bilməyəsən. Bizim məqsədimiz missiz Qrey, — müştərinin arzusunu gerçəkləşdirməkdir, siz isə məndən sürpriz istəmişdiniz.

Mən üzü divara çevrilsəm də, çıxan hər səs-səmirə diqqətlə qulaq verməyə başladım. Bu onda çox yaxşı alınırdı – ovqat yaratmaq, gərginliyi artırmaq, istəkləri coşdurmaq… Ayaqqabılarımı necə yığışdırdığını, sonra kamoda nəsə qoyduğunu və öz ayaqqabılarını da bir kənara atdığını eşitdim… Hmm… Ayaqyalın sevişmə… Siyirmələr açıldı. Oyuncaqlar! Nə etməyə hazırlaşırdı? Hə, bu gözlənti, bu ehtiras xoşuma gəlirdi. Siyirmə diyirlənərək bağlandı və kürəyimə sanki milyonlarla iynə sancıldı. Maraqlıdır, bir siyirmə səsi bu cür effekt verə bilərmiş. Boş bir şey idi əslində.

Dinamiklərdən zəif fısıltı səsi eşidildi. Deməli, musiqili prelüdiya olacaqdı! Melodiya fortepiano ilə başlayır; yumşaq, az səsli. Otağa qəmli akkordlar doldu. Nəsə tanış olmayan melodiya idi. Sonra pianoya bir elektrogitaranın müşayiəti qoşuldu. Nə idi bu belə? Sonra araya kişi səsi girdi. Ölümdən qorxmağa dəyməz kimi qəribə sözlər söyləyirdi mahnıda. Axı nə idi bu belə?

Kristian yalın ayaqları ilə döşəməni şappıldada-şappıldada otağın içi ilə gedib gəlirdi. Mahnını ifa edən kişinin səsinə yazıq, yalvarışlı qadın səsi qarışmağa başlayanda Kristian mənə tərəf yaxınlaşdı.

— Deməli kobud bir şey istəmişdiz, missis Qrey?

— M-m-m.

— Həddimi aşsam məni dayandırmağı unutma? Danışdıq?

— Hə.

— Söz ver.

Lənətə gəlsin, axı o yenə nə planlaşdırmışdı?

— Söz verirəm.

— Bax, belə. Afərin. Yaxşı qızsan. — Kristian açıq çiynimdən öpdü və büstqalterin bağından yapışaraq qəfil kürəyimə buraxdı. İniltimi güclə saxladım. Adi bir toxunuş necə də erotik olarmış.

— Çıxart bunu.

Təlaş içində çıxartdım və büstqalterimi soyunub yerə atdım. Eyni hərəkəti tumanımla da etdi və tuman əynimdən sıyrılaraq yerə düşdü.

— Çəkil. — Tumanımın üstündən adladım.

Kristian belimdən aşağını öpdü, sonra qəddini düzəldib ayağa qalxdı.

— Gözlərini bağlayacam ki, hisslər bir az iti olsun.

Gözlərimin üstünə ensiz yuxu maskası çəkdi və dünya qaralığa büründü. Qadın oxumağında idi. Sözləri aydın deyildi… nəsə ürək parçalayan, dağlayan həddən artıq qüssəli sözlər idi.

— İndi isə əyil və stola tərəf uzan.

— Hə. — Heç bir tərəddüd etmədən cilalı mebelin üstünə əyildim, alışıb-yanan üzümü stolun sərin səthinə dayayıb zəif sitrus notları olan şam qoxusunu ciyərimə çəkdim.

— Əllərini uzat və stolun kənarlarından yapış.

Yaxşı. İrəli uzanaraq stolun kənarlarını yoxladı. Stol xeyli geniş olduğu üçün bir az dartınıb uzanmalı oldum.

— Stolun kənarlarında əlini çəksən şapalaq yeyəcəksən. A-ydındır?

— Hə.

— İstəyirsən səni şapalaqlayım, Anasteyşa?

Belimdən aşağı hər yerim gərginləşdi. Mən bunu hələ nahardan bəri istəyirdim, məni cəzalandıracağı ilə hədələyəndə, nə şossedəki təqib, nə də dayanacaqda olanlar bu istəyimi dəf edə bilməmişdi.

— Hə, — səsim xırıltı qarışıq pıçıltı səviyyəsinə qədər yavaş çıxdı.

— Niyə?

Oh… yəni bunu da izah eləmək lazım idi? İşə düşdük ki. Çiyinlərimi çəkdim.

— De.

— Hmm…

Bax, bunu heç gözləməzdim – ombama dəyən qəfil sillənin şappıltısı eşidildi.

— Ay!

— Sakit.

Kristian indicə şappıltıyla vurduğu yeri nəvazişlə sığalladı. Sonra əyildi budu buduma sürtündü. Kürəyimin ortasından öpərək belimdən aşağı sürüşdü. Kristian köynəyini soyunmuşdu, ona görə də sinəsindəki qılları kürəyimi qıdıqlayır, cinsiyyət üzvü isə cins şalvarının kobud parçası altından ombalarıma dirənmişdi.

— Arala ayaqlarını.

Araladım.

— Daha geniş.

Daha geniş araladım.

— Afərin. — Barmağını belimdən aşağı, ombalarımın arasına sürüşdürdü ombalarımın arasındakı dəliyə dürtdü, sonra bir az da dərinə, ani toxunuşdan reflekslə büzüşən anusun üstündə dayandı.

— Bax, elə bununla oynayacağıq.

Nə? Əcəb işdir?

Barmağını anusla vagina arasındakı boşluqda səyahət etdirəndən sonra bir az dərinə sıxdı.

— Görürəm, artıq islanmısan. Nə vaxt macal tapdın, indi yoxsa bundan əvvəl?

İnildədim, Kristiansa barmağı ilə məni əlləşdirməyə davam edirdi; irəli geri çəkirdi. Özümü bir az arxaya verdim ki, onun üçün rahat olsun.

— Deyəsən burda olmaq sənin xoşuna gəlir, hə?

Xoşuma gəlir? Hə… o… hə… çox xoşuma gəlir.

Barmağını çıxarıb ombama yenə sillə çəkdi.

— Cavab ver. — Səsi xırıltılı, gərgin idi.

— Hə, xoşuma gəlir — dedim

Növbəti sillə gəldi, qışqırmağıma səbəb olan daha möhkəm sillə. Artıq iki barmağını içəri soxmuşdu, dərhal da çıxararaq anusun ətrafına nəm barmağı ilə hərəkətlər edirdi.

— Sən nə etməyə hazırlaşırsan? — soruşdum. Əcəb işdir, o, məni arxadan edəcək?

— Sənin düşündüyün şey deyil. — Kristian məni sakitləşdirdi. — Əzizim, axı mən deyirdim ki, bu işdə tələskənlik etmək olmaz. Addım-addım, yavaş-yavaş…

Hansısa flakondan süzülən bir mayenin səsini eşitdim və birdən oranı masaj etməyə başladı… O mənim… orama nəsə sürtür! Bəlli olmayan bir şey qarşısında hiss etdiyim qorxu qarışıq ehtiras bir-birinə qarışmışdı və mən yerimdə qurcalanmağa başladım, elə o andaca ombama daha bir sillə gəldi. İnildədim Maraqlıdır, amma hisslər xeyli… xoş idi…

— Düz dayan. Bu, yağdır, axıtma. — deyərək yenə sürtdü. Tərpənməməyə çalışsam da, ürəyim dəli kimi atır, və içimə dolan arzu və qorxu qarışıq hisslərdən nəbzim sürətlənirdi.

— Mən bunu çoxdan eləmək istəyirdim.

İnildəməklə cavab verdim. Kürəyimdə sərin bir şey qaçışdı, metal kimi sərin…

— Bu, sənin üçün kiçik bir hədiyyədir, — Kristian pıçıldadı. Nə hədiyyə? Yaddaşım mənə nəsə deyirdi… Ah, səni zalım! Anal tıxac! Kristian onu ombalarımın arasına soxdu.

Uff!

— Yavaş-yavaş salıram.

Diksindim.

— Ağrıdacaq?

— Yox, əzizim. O bapbalacadır. Amma içinə yerləşincə səni həqiqətən sərt şəkildə edəcəm…

Hər yerim titrədi. Kristian əyilərək kürəyimin ortasını öpdü

— Hazırsan?

Hazır? Belə bir şeyə hazır idimmi?

— Hə — qurumuş dilimi zorla tərpədərək pıçıldadım. Nəyisə içimə soxdu. Lənətə gəlsin, bu ki baş barmağıdır. Digər barmaqları ilə klitoru oxşayırdı. Aldığım həzdən inildədim… Və barmaqları möcüzə yaratdığı bir vaxtda, digər barmaqları ilə anusa soyuq tıxacı dürtdü.

— A-a! — Öyrəşmədiyim qeyri-adi hisslərdən əzalarım etiraz edərcəsinə sıxıldı, ancaq Kristian daha bərk basır və həmin tıxac dürtülərək içimə girirdi. Çox ehtiraslandığımdan idi, yoxsa Kristianın məharətlə fikrimi yayındırmağındanmı, amma bədənim bu yad cismi deyəsən qəbul eləmişdi.

İçimdə nəsə ağır və qəribə bir şey hiss edirdim.

Barmağının içimdə döndüyünü, tıxacın isə olduğu yerdə basıldığını hiss edirdim… o..o..o. a…a..a.. Tıxacı içimdə növbəti dəfə fırlatması məndən uzun bir inilti qopardı.

— Kristian, — mırıldandım və yeni hisslərə uyğunlaşmağa çalışarkən adı dilimdə sanki unudulmuş bir dua kimi təkrarlandı.

— Afərin, — deyə yenə pıçıldadı və birdən tanış səs eşitdim — o, şalvarının qabağını açdı. Əlini buduma dayadı, ayaqlarımı bir az da geniş araladı və xəbərdarlıq etdi: — Stolu buraxma, Ana.

— Buraxmaram.

— Sənə heç nə mane olmur ki? Xoşuna gəlməsə deyərsən. Başa düşdün?

— Hə, — pıçıltıyla dilləndim və o arxadan içimə girdi, özünə tərəf çəkdikcə tıxac bir az dərinə dürtülürdü… daha da dərinə…

— Lənətə gəlsin!

Kristian donub qaldı. Onun xırıltılı, kəskin nəfəsini eşidir və bütün hissləri qəbul eləməyə çalışırdım; dopdolu olmağı, təlaş dolu həyəcanverici təhlükəni, təmiz erotik həzzi. Bütün hisslər qarışaraq halqavari qatılaşma şəklində içimə yayılırdı. Kristian ehtiyatla tıxacı basırdı. U-u-uf.. Mən inildədikcə onun havanı içinə çəkərək sanki tərtəmiz, qatqısız bir həzzi udaraq fısıltısını eşidirdim. Hələ heç vaxt özümü bu qədər arsız və yolunu azmış biri kimi hiss eləməmişdim…

— Yenə? — Kristian soruşdu.

— Hə.

— Qalxma. — İçimdən çıxdı və yenidən içəri gömüldü. O-o-o… İstədiyim bax, elə bu idi.

— Hə…

Hərəkətlərini sürətləndirdi, sürətlə içimə girib-çıxarkən yenə nəfəs alması çətinləşmiş, tam mənim ritmimə uyğunlaşmışdı.

— Ana… — Kristian əlini budumdan çəkib tıxacı içimdə yenidən fırlatdı, yavaş-yavaş geri çəkib sonra yenə içəri dürtürdü.

Hisslər sözlə ifadə ediləcək deyildi və bir anda az qala yıxılacaqdım. Kristian bir saniyə də olsun dayanmırdı, və ritmi çox güclü və qəddarcasına idi; içimdəki hər şey titrəyir, sıxılırdı.

— Lənətə gəlsin… — Bir az belə davam eləsə, o, məni yırtıq-yırtıq edəcəkdi.

— Hə, əzizim, hə…

— Xahiş eləyirəm, — deyib yalvardım, amma nə üçün yalvardığımı da bilmirdim: dayansın, yoxsa dayanmasın İçəridə hər şey Kristianın və tıxacın ətrafında sıxlaşmışdı.

— Bax belə, — Kristian ağır-ağır nəfəs alıb sağ ombama sillə çəkdi və mən boşaldım, — ard-arda, yıxıla-yıxıla, qıvrıla-qıvrıla, fırlana-fırlana… Kristian tıxacı yumşaq şəkildə çıxardı.

— Lənətə gəlsin! — deyə qışqırdım və Kristian budlarımı sıxıb ovuclayaraq boşaldı.

Qadın hələ də eyni mahnını oxuyurdu. Kristian həmişə bu otaqda bütün mahnıları təkrar oxuma rejiminə qoyurdu. Qəribə idi. Mən onun ağuşuna sığınaraq başımı sinəsinə qoymuşdum. İkimiz də yerə, stolun yanına sərilmişdik.

— Xoş gəldin. — dedi və gözümdəki bağlamanı açdı. İşığa alışana qədər gözlərim qamaşdı, üzümü qırışdırdım. Dodaqlarımı öpdü, diqqətlə baxdı, sanki nəsə axtardı. Əlimi qaldırıb üzünü sığalladım. Gülümsəyirdi.

— Hə, tapşırıq yerinə yetirilmiş hesab oluna bilər?

— Tapşırıq?

— Axı sən nəsə qeyri-adi bir şey istəyirdin.

Dodaqlarım təbəssümlə aralandı.

— Hə, yerinə yetirildi.

Kristian qaşlarını qaldırdı və özü də gülümsədi.

— Bunu eşitdiyimə şadam, missis Qrey. Bu dəqiqələrdə çox razı görünürsüz və bu sizə çox yaraşır.

— Özümü məhz o cür hiss eləyirəm.

Əyilib məni nəvazişlə öpdü. Dodaqları yumşaq və ilıq idi.

— Sən heç vaxt narazı qalmayacaqsan. — Deyərək kürəyi üstə çevrildi. — Kefin necədir? — qayğıkeşliklə soruşdu.

— Yaxşı. — Pörtüb qıpqırmızı olmuşdum. — Dibinə qədər kefimi almış biri kimi… — Utana-utana gülümsədim.

— Missis Qrey, heç danışığınıza fikir verirsiz? — Kristian guya təhqir olunmuş görkəm aldı, ancaq gözlərində şən qığılcımlar parıldayırdı. –Heç belə deyərlərmi?

— Ər necədirsə, arvadı da elədir, mister Qrey.

Sərsəm, ancaq çox xoşbəxtcəsinə güldü.

— Mənə ərə gəldiyin üçün çox şadam.

Saçımdan bir tel ayırıb dodağına yaxınlaşdırdı və uclarını öpdü. Gözləri sevgidən par-par parıldayırdı. Bu cür kişinin qarşısında necə əriməyə bilərdim axı?

Sol əlini tutmaq üçün bir az önə uzandım və barmağındakı üzüyü öpdüm. Sadə, dümdüz, platin bir üzük idi. Elə mənimki kimi.

— Mənimkidir…

— Səninkidir. — Kristian məni qucaqlayıb, burnunu saçlarıma sürtdü. — Vanna otağını hazırlayım?

— O.o.o. — Əgər mənimlə birlikdə çimsən, hə.

— Yaxşı. — Ayağa qalxdı. Cins şalvarı hələ də əynində idi. Mənə qalxmağa kömək etdi.

— Bəs başqa cins şalvarını geyinmək istəmirsən?

Üzünü turşutdu.

— Başqa cins şalvarımı?

— Adətən burada geyindiyini.

— Onu deyirsən? — Təəccüblə gözünü döydü.

— Onu geyəndə çox qəşəng görünürsən.

— Doğrudan?

— Hə. Ciddi deyirəm.

Kristian utancaq-utancaq gülümsədi.

— Sizin xətrinizə missiz Qrey, bəlkə geyindim. — O yenə məni öpdü və əyilərək stolun üstündəki içində anal tıxac olan balaca vazanı, maye yağı və gözümü qapadığı maskanı və tumanımı götürdü.

— Bu oyuncaqları kim yuyub təmizləyir? — soruşdum. Kristian mənə elə baxdı ki, guya sualmı başa düşmədi.

— Mən. Və Missis Cons.

— Nə?

O, başını tərpətdi, deyəsən bir az utanmışdı. Mahnını söndürdü.

— Hmm.

— Sənin kölələrin, hə? — onun əvəzinə sözünü mən yekunlaşdırdım.

Çiyinlərini çəkdi.

— Tut. — Öz köynəyini mənə uzatdı.

Mən onun köynəyinə büründüm. Qoxusu köynəyinin üstünə hopmuşdu və tıxacın təlaşımın qoxusunu bir anda mənə unutdurdu. Əşyalar komodun üstündə qaldı. Əlimi tutub, qapını açdı. Biz otaqdan çıxıb pilləkənlə aşağı düşdük. Vanna otağına girdik. Mən əsnədim və gərnəşdim. Çoxdandır içim bu qədər rahat, təlatümsüz olmamışdı.

— Nə oldu? — Kristian su kranını açaraq soruşdu.

Mən başımı tərpətdim.

— Danış, — suya jasmin yağı tökə-tökə xahiş etdi. Vanna otağını şirin, ehtiraslı bir qoxu bürüdü.

— Elə belə… özümü yaxşı hiss eləyirəm.

Gülümsədi.

— Hə, missis Qrey, bu gün sizin doğrudan da qeyri-adi əhvalınız vardı. — Deyib məni ağuşuna çəkdi. — Bilirəm, sən bu baş vermiş son hadisələr üzündən çox fikir eləyirdin. Sənin də o hadisələrə cəlb olunmağın məni sıxır. Başım çıxmır nə baş verir — məkrli qisasçı, qovulmuş işçinin nifrəti, yoxsa rəqiblərin hoqqalarıdır, nədir bilmirəm. Əgər mənim üzümdən sənə nəsə olsaydı… — O, sözünü davam etdirə bilmədi və susdu. Onu qucaqladım.

— Bəs əgər sənə nəsə olsa? — Bütün qorxum bu sualın içində idi.

— Həll edərik. İndi isə çıxart bu köynəyi və birbaş vannaya.

— Soyerlə danışacaqsan?

— Soyer gözləyər. — Üzünün necə sərtləşdiyini gördüm və Soyerə yazığım gəldi. Görəsən Soyer hansı hərəkəti ilə Kristianın qəzəbinə tuş gəlmişdi?

Köynəyimi soyunmağa kömək etdi, ancaq üzümü ona tərəf çevrəndə qanı qaraldı. Döşümdə hələ də dişlək izləri qalmışdı, ancaq mən o gecə yaxtada baş verənləri bir də xatırlamasını istəmirdim.

— Maraqlıdır, görəsən Rayan “Dodge”ni ötə bildi?

— Gəl, vannamızı qəbul edək, sonra öyrənərik. Keç. — Əlini mənə uzatdı. Mən vannaya keçib ehtiyatla isti suya oturdum.

— U… — Ağrıdan gözlərimi qırpdım. Belə tələskənliyə yəqin dəyməzdi.

— Yavaş ol, əzizim, — Kristian xəbərdarlıq etdi, xoşagəlməz hisslər isə yavaş-yavaş keçib getdi.

Kristian özü də soyunub vannaya girdi və keçib arxamda oturdu. Mənsə onun ayaqları arasında özümə yer elədim, başımı isə sinəsinə dayadım və biz isti suyun içində doymuş və razı halda uzandıq. Barmaqlarımı ayaqlarında gəzişdirdim, sonra saçlarımı qulaclayıb topladım, Kristian isə saçlarımı barmağına dolayıb oynayırdı.

— Təzə evin planına baxmaq lazımdır. Bəlkə bu axşam edək?

— Əlbəttə. — Həmin qadın yenə gəlirdi. — Şüuraltım Çarli Dikkensin seçilmiş əsərlərindən ayrılaraq əsəblə qaşlarını çatdı. Köks ötürdüm. Təəssüf ki, Cia Matteonun layihələri mükəmməl idi.

— Mən hazırlaşmalıyam. Sabah işə gedirəm.

Kristian donub qaldı.

— Özün bilirsən axı, sənin nəşriyyata qayıtmağına heç bir ehtiyac yoxdur — dedi.

Budur, yenə də həmin söhbət.

— Qulaq as, biz bunları artıq müzakirə etmişik. Gəl, təzədən başlamayaq.

Kristian saçımdan dartıb üzümü yuxarı qaldırdı və dodağımdan öpdü.

— Elə belə təklif elədim.

İdman şalvarımı və koftamı əynimə çəkdim. Oyun zalından paltarları yığışdırmaq lazım idi. Dəhlizin ortasıyla getdim.

— Hansı cəhənnəmdə idi? — səs Kristianın kabinetindən gəlirdi.

Yerimdə donub qaldım. Zəhrimara qalsın. Soyerin üstünə qışqırırdı. Əyilərək pilləkənə sarı qaçdım və tez oyun otağına girdim. Onların söhbətini qətiyyən eşitmək istəmirdim, – bağıran Kristian məni qorxudurdu. Yazıq Soyer. Mən heç olmasa arada səsimi qaldıra bilirdim, amma o, heç bunu da etmək iqtidarında deyildi.

Öz paltarlarımı toplayıb, Kristianın ayaqqabılarını götürdüm və gözüm əntiq komodun üstündə olan kiçik çini vazanın içindəki anal tıxaca sataşdı. Yəqin ki, onu yumağım lazım idi. Vazanı da əlimə götürüb aşağı endim. Ehtiyatla zala boylandım – sakitlik idi. Çox şükür.

Teylor sabah axşam qayıdacaqdı. O,r əlinin altında olanda Kristian daha təmkinli olurdu. Amma Teylor bu gün və sabah qızı ilə baş-başa vaxt keçirəcəkdi. Qızı ilə bir gün tanış ola biləcəyəmmi deyə düşündüm.

Təsərrüfat otağından missis Cons çıxdı. Biz az qala toqquşacaqdıq.

— Missis Qrey, sizi görmədim.

Oh, mən indi də missis Qrey olmuşdum.

— Salam. Missis Cons.

— Evinizə xoş gəlmisiz. Təbriklərimi qəbul edin, — O, sevincək gülümsündü.

— Xahiş eləyirəm, mənə Ana deyin.

— Mənim üçün rahat olmayacaq, missiz Qrey.

Budur, barmağa üzük taxan kimi hər şey dəyişilir – axı niyə belədir?

— Həftəlik menyuya baxmaq istərdiniz? — Qadın cavab gözləyərək sual dolu baxışlarla üzümə baxırdı.

Menyu?

— Hmm — Sual gözlənilməz idi. Missis Cons gülümsədi. — Mən mister Qrey üçün yeni işləməyə başladığım vaxtdan biz hər bazar günü həftəlik menyuya nəzər salar və nələrin lazım olub-olmadığını qeyd edirik.

— Aydındır.

— İcazə verin bunları götürüm. — Əlini paltarlarıma uzatdı.

— O…e — Bilirsiz, mən hələ işimi bitirməmişəm.

Əlimin altında içində anal tıxac olan vazanı gizlətdim! Utandığımdan qızardım, ancaq cəsarət tapıb missis Consun üzünə baxa bilməyim möcüzə idi. O, əlbəttə ki, bizim o otaqda nə ilə məşğul olduğumuzu çox yaxşı bilirdi, çünki otağı o təmizləyirdi. Qulluqçu ilə bir yerdə yaşadığını və ondan heç nəyi gizlətməyin mümkün olmadığını dərk etmək dəhşətli dərəcədə xoşagəlməz bir şey idi.

— Vaxtınız olanda sizinlə işləri müzakirə etməkdən xoşbəxt olacam, missis Qrey.

— Çox sağ olun.

Nəzakətli dialoqumuzu Soyer pozdu. Kristianın kabinetindən meyit kimi ağappaq rəngdə çıxıb tələsik zaldan keçib gedərkən ikimizə də qıcasa başını əydi və ətrafa baxmadan Teylorun otağında yox oldu. Onun peyda olması məni missis Consla narahat söhbətdən xilas eləmişdi – menyu və süni cinsiyyət imitatorunu onunla müzakirə eləmək heç də ürəyimcə deyildi. Görən, nə vaxtsa yanımda hər zaman əmrlərimə cavab verməyə hazır olan bir qulluqçunun olmasına öyrəşəcəyəmmi? Başımı yırğaladım: bəlkə də, nə vaxtsa.

Yataq otağında Kristianın ayaqqabılarını döşəməyə, öz paltarlarımı isə çarpayıya atdım, tıxac olan vazanı götürüb vanna otağına keçdim. İyrənə-iyrənə məni utandıran alətə diqqətlə baxdım. Heç də qorxulu görünmürdü və təəccüblüdür ki, tərtəmiz idi. Yaxşı. Tez onu sabunlu suyla yudum. Bəs edərdi? Onunla nə edəcəyimi seks ekspertindən soruşmaq lazım gələcək – steril etmək, yoxsa başqa nəsə? Bu fikirdən halım xarab olurdu.

Nə yaxşı ki, Kristian kitabxananı mənim üçün ayırmışdı. İndi burada oturub işləyə bilmək üçün qəşəng bir ağ stol vardı. Noutbukumu açıb beş əlyazma ilə əlaqədar qeydlərə baxdım, onları hələ bal ayından bəri oxuyurdum. Əla idi, nə lazımdırsa hər şeyim var idi. İşə qayıtmağı həm istəyirdim, həm də istəmirdim. Ancaq məni qorxudan şeyləri Kristianla paylaşmaq istəmirdim, – o dəqiqə bunlardan bəhanə kimi istifadə edəcək və məni işdən çıxmağa məcbur edəcəkdi.

Çox yaxşı yadımdadır, Rouç kimə ərə geydiyimi biləndə içini necə çəkmişdi. İndi hər şey aydın olmuşdu: məsələ ondadır ki, müdir mənim ərim idi. Bunu düşünmək xoş deyildi. Artıq mən məsul redaktor yox, redaktoram – Anasteyşa Stil. Hələlik cəsarətimi toplayıb iş yerində adımı dəyişmək istəmədiyimi Kristiana açıb deməmişdim.

Bu qərarın səbəbləri yetərincə ciddi idi, – aramızda müəyyən məsafə olmalıdır, – amma o, bundan xəbər tutanda mübahisə qaçılmaz olacaqdı. Bəlkə hər şeyi qabaqcadan müzakirə edək, məsələn, bu gün axşam? Kresloda rahatca oturub təyin olunmuş ən son işlərdən birinə girişdim. Monitorun küncündəki saat axşam yeddini göstərirdi.

Kristian hələ də kabinetində idi, ona görə də hələ vaxtım vardı. “Nikon”un yaddaş kartını çıxarıb noutbuka taxdım – şəkilləri kompüterimə yükləmək istəyirdim. Şəkillər yüklənənə qədər bu gün baş verənləri götür-qoy etdim. Maraqlıdır, Rayan qayıdıb yoxsa hələ də Portlendə gedirdi? “Dodge”dəki o sirli qadını ötə bilmişdimi? Kristian ondan hər hansı bir məlumat əldə edə bilibmi?

Mənə cavablar lazım idi. Hətta əgər o məşğuldursa belə – vecimə deyil, mən baş verənləri bilmək istəyirəm. Bir də axı, hansı haqla Kristian məndən hər şeyi gizlədirdi! Kabinetinə qalxıb cavab tələb etmək üçün qətiyyətlə yerimdən qalxmaq istədim ki, elə bu vaxt kompüterin monitorunda bal ayımızın son günlərində çəkilən şəkillər peyda oldu. İlahi!

Hər yerdə mən və yenə də mən. Burada yatan yerdə idim – bu cür şəkillər lap çox idi, – saçlarım üzümə dağılıb, yastığa səpələnib, dodaqlarım aralı qalıb. Hələ burada, nə qədər iyrəncdi, barmağımı sorurdum. Kim bilir, neçə illərdir barmağımı sormurdum! Nə çox şəkil vardı… Bilmirdim ki, o, bu qədər şəkil çəkib… Bir neçə ümumi planda olan şəkillər də vardı.

Şəkillərin birində yaxtanın sürahisindən yapışıb qaşqabaqlı dənizə baxırdım. Bəs niyə heç nədən xəbərim olmayıb? Baxdım və gülümsədim – budur, Kristianın altındayam, saçlarım dağınıqdır, çevrilmişəm və qəhqəhə çəkirəm, məni qıdıqlayan barmaqlara ümidsizcə müqavimət göstərirəm.

Burda isə ikimiz də çarpayıda uzanmışıq – Kristian kameranı öz əlində tutaraq üstdən çəkdiyi şəkil. Başım onun sinəsində idi, özü isə obyektivə baxırdı; cavan və gözəl… O biri əlində isə Kristian fincanı başımın üstündə tutub və mən aşiq olmuş sərsəmlər kimi gülümsəyirəm, amma gözümü ondan çəkə bilmirəm.

O, yaraşıqlıdır, mənim sevimli ərim – ehtiraslı seksdən sonra pırpızlaşmış nəm saçları, boz gözləri gülümsəyir, dodaqları aralı qalıb. Qıdıqlanmaqdan — zəhləsi gedən və toxunuşlarım qarşısında dayana bilməyən əzizim. Gərək ondan toxunuşlarımın doğrudanmı xoşuna gəldiyini, yoxsa sadəcə məni məmnun etmək xətrinəmi dözdüyünü soruşum.

Şəkillərinə baxdım, amma bu dəfə gülümsəmirdim, içimə başqa hisslər dolmuşdu. Kim idi ona pislik arzulayan? – əvvəlcə “Çarli Tanqo”, sonra şəbəkədəki yanğın, indi də lənətə gəlmiş avtomobil təqibi. Birdən qeyri-ixtiyari içimdən gələn sızıltını tutmaq üçün əlimlə ağzımı örtdüm və kompüteri də unudaraq birbaş Kristianın yanına qaçdım – bu dəfə açıqlama tələb etmək üçün yox, sadəcə təhlükədə olmadığına əmin olmaq üçün.

Qapını döymək ağlıma gəlmədən birbaşa kabinetə soxuldum. Kristian stol arxasında oturub telefonla danışırdı. Qapıya tərəf çevrildi və üzündəki narazı ifadə dərhal yoxa çıxdı.

— Deməli, bir az da artıra bilməzsən? — dəstəyin o biri başında kiməsə deyirdi və söhbəti davam etdirərək mənə baxırdı. Mən masanın başına dolanıb keçdim. Kristian kreslosunda çevrildi.

Qaşlarını çatdı, yəqin öz-özünə soruşurdu ki, axı bunun burada nə işi var. Keçib dizinin üstündə oturdum — qaşları təəccüblə yuxarı dartıldı. Boynunu qucaqlayıb ona sıxıldım. O, çəkinə-çəkinə əlini belimə qoydu.

— E… Hə, Barni. Bir saniyə gözlə. — Kristian dəstəyi əliylə tutdu.

— Ana, nə olub?

Başımı yellədim. Kristian əli ilə çənəmi tutub gözlərimin içinə baxdı. Mən başımı aşağı salıb dizinin üstündə fırlanırdım. Kristian saçımı öpdü.

— Barni? Sən nəsə deyirdin?

Kristian telefonu qulağı ilə çiyninin arasında saxlayaraq danışır və eyni anda o biri əli ilə kompüterin klavişlərini basırdı. Ekranda ağ qara dənəli təsvir peyda oldu – kombinezon geymiş tünd saçlı bir kişi. Kristian yenə klavişə toxundu və kişi sanki dirildi, kameraya tərəf hərəkət elədi. Üzü görünmürdü, başıaşağı addımlayırdı. Kristian təsviri dondurdu – naməlum adam gur işıqlandırılmış, ağ boyanmış bir divar boyunca hündür qara yeşiklər olan otaqda dayanmışdı. Deyəsən, şəbəkə sistemi olan yer bura idi.

— Yaxşı Barni, bir dəfə də.

Ekran canlandı. Ortaya çıxan çərçivənin içərisində adamın başı böyüdü. Mən dikəlib monitora yaxınlaşdım.

— Bunu Barni edir?

— Hə, — Kristian dedi. — Tündlüyü artıra bilərsən? — Barnidən soruşdu.

Şəkil yayıldı və fokus dəyişdi, sanki kamera başını aşağı dikən adama tərəf uzanırdı. Ona baxanda bədənim ürpəndi. Çənəsi nəsə tanış gəlirdi. Qısa qara saçları qəribə tərzdə pırpızlanmışdı… Görüntü getdikcə aydınlaşdı və mən qulağında xırda sırğa gördüm.

Lənət olsun! Amma mən bu adamı tanıyırdım

— Kristian, bu ki Cek Hayddır.

VII HİSSƏ

— Deyirsən yəni odur? — Kristian heyrətlə soruşdu

— Çənəsinin quruluşu. — Ekrana işarə etdim. — Sırğaları. Çiyinləri. Bədən quruluşu. Və deyəsən, onun başında parik vardı… yaxud da saçını kəsdirmiş, ya da boyatmışdı.

— Eşidirsən, Barni? — Kristian telefonu stolun üstünə qoyub yüksək səsli rejimə keçirtdi. — Missis Qrey, deyəsən keçmiş bossunuzu yaxşı öyrənə bilmisiz — o, narazı-narazı deyindi. Mən əsəbi baxışla cavab verdim, amma vəziyyəti Barni xilas etdi.

— Bəli ser. Missis Qreyi eşitdim. İndi əldə olan bütün materialları üz cizgilərini tanıma proqramından keçirirəm. Baxaq görək bu əclaf, üzr istəyirəm, mem, başqa haralarda olmağa macal tapıb.

Gözlərimi qaldırıb baxdım – Kristian daha Barninin dediklərinə qulaq vermirdi, bütün diqqəti ekrandakı təsvirin üstündə idi.

— Axı bu onun nəyinə lazım idi? — mən soruşdum.

Kristian çiyinlərini çəkdi.

— Ola bilər qisas almaq üçün edib. Bilmirəm. İnsanların nə üçün özlərini bu və ya digər şəkildə apardıqlarını anlamaq bəzən çətin məsələdir. Məni özümdən çıxaran tək şey odur ki, sən bu insanla bir vaxtlar birlikdə işləmisən. — deyərək məni bir az da möhkəm, sanki hansısa bəladan qoruyurmuş kimi bağrına basdı.

— Bizim əlimizdə onun hard-diski də var — Barni əlavə edir.

Nə?

— Hə, yadımdadır. Bəs sizdə mister Haydın ünvanı var?

— Var, ser.

— Uelçə xəbər edin.

— Mütləq, ser. Onun hərəkət istiqamətini izləyə bilmək üçün şəhərin nəqliyyat kameralarının arxivini büsbütün skanerdən keçirəcəm.

— Yoxlayın, görün, sürdüyü maşının markası nədir.

— Anladım, ser.

— Bəs Barni bunların hamısını edə biləcək? — yavaş səslə soruşdum.

Kristian başını tərpətdi və özündən razı halda gülümsədi.

— Bəs hard-diskdə nə var idi? — soruşdum.

Üzü o dəqiqə sərtləşdi, elə bil bayaqkı təbəssüm heç olmamışdı.

— Elə bir şey yoxdur, — dişlərinin arasından güclə dedi.

— Danış.

— Yox.

Kristian yenə başını tərpətdi və şəhadət barmağını dodağımın üstünə qoydu. Mən qaşlarımı çatdım. O isə mənə indi susmağımın daha məsləhətli olmasını işarə edən qıyqacı baxışla baxdı.

— Sürdüyü maşın 2006-cı ilin “Komaro”susdur. — Barni həyəcanla məlumat verdi. –Nömrəsini Uelçə göndərəcəm.

— Yaxşı. Bu əclafın başqa haralarda olması haqda məni məlumatlandırın. Və bu şəkli onun şəxsi işindəki şəkillərlə müqayisə — edin. — Kristian şübhəylə mənə baxırdı. — Mənə tam əmin olmaq lazımdır.

— Artıq edilib, ser. Missis Qrey haqlıdır. Bu, Cek Hayddır.

Zəfər təbəssümüylə gülümsədim. Nə oldu, mən də işə yarayırammı? Kristian kürəyimi sığalladı.

— Əla, missis Qrey. Belə görürəm ki, siz təkcə dekorasiya funksiyasına yaramırsız, həm də praktik mənada faydalısız. — Kristian mənə baxdı; gözlərinin içində şən qığılcımlar qaynaşdı. Sadəcə mənə sataşırdı.

— Dekorativ? — acıqlı-acıqlı deyindim.

— Çox, — Kristian dodağımdan öpdü.

O, gülümsündü, təkrar öpdü və məni daha da israrla bağrına basdı.

— Acmısan? — Kristian zəif təngnəfəsliklə soruşdu.

— Yox.

— Mənəsə acam.

— Nəyə acsan?

Çaşqınlıqla gözünü döydü

— Hmm… açığı yemək istəyirəm, missis Qrey.

— İndi bir şey hazırlayaram.

— Bax, bu artıq xoşuma gəldi.

— Sənə yemək hazırlamaq təklifim xoşuna gəldi? — güləgülə soruşdum.

— Gülümsəməyin xoşuma gəldi — Kristian saçımı öpdü və mən ayağa qalxdım.

— Beləliklə də, nə yemək istərdiz, ser? — qayğıkeşliklə soruşdum.

Bic-bic üzümə baxdı.

— Hiyləgərlik edirsiz, missis Qrey?

— Həmişə olduğu kimi, mister Qrey. Hə, ser eşidirəm sizi?

Dodaqlarına sfinks təbəssümü qondu.

— Bilirsən, səni dizimə də oturda bilərəm… — Necə də ehtiraslı bir vəd idi.

— Bilirəm. — Əyilib onu öpdüm — Və bu, xoşuma gəlir. İndiliksə qaşınan ovcunuzdan muğayat olun, — axı siz acsınız.

Kristian utancaq-utancaq gülümsədi və bu nəzakətdən qəlbim uçundu.

— Oh, missis Qrey, axı mən sizinlə nə edim?

— Əvvəlcə suala cavab verin. Nə yemək istərdiniz?

— Nəsə yüngül bir şey. Fikirləş. Məni təəccübləndir, — oyun otağında dediyim sözləri təkrarladı.

— Yaxşı, fikirləşərəm. — Yanlarımı əsdirə-əsdirə otaqdan çıxıb mətbəxə getdim. Ancaq missis Consu orada görən kimi kefim pozuldu.

— Salam, missis Cons.

— Missis Qrey, yemək istəyirsiz?

— E…

O, plitənin üstündəki qazanda nəsə qarışdırırdı. Ləzzətli ətri var idi.

— Düzü, mister Qreylə özümə sendviç hazırlamaq istəyirdim.

Missis Consun əli bir anlığa qazanın üstündə donub qaldı.

— Əlbəttə. Mister Qreyin fransız çörəyindən xoşu gəlir. Bütün lazım olanlar soyuducuda var. Mən hazırlayaram, mem. Məmnuniyyətlə.

— Hə, əlbəttə. Ancaq özüm hazırlamaq istəyirəm.

— Başa düşürəm. Buyurun, mən bir az kənara çəkilim.

— Bəs hazırladığınız nədir?

— Bolonyez şorbası. Günün istənilən vaxtında yemək olar. Onu soyuducuya qoyacam. — O, sevinclə gülümsəyib plitəni söndürdü.

— Bəs… Kristianın sevdiyi dəniz məhsulları hansılardır?

— Missis Qrey, əgər fransız çörəyidirsə, onda sendviçin arasına istənilən ərzaqı qoymaq olar. Şübhəniz olmasın ki, yeyəcək.

Bir-birimizə gülümsədik.

— Yaxşı. Çox sağ olun. — Soyuducuya yaxınlaşdım. Buzxanada bağlı paketin içində artıq doğranmış fransız çörəyi var idi. İki dilim götürüb boşqaba, sonra da mikrodalğalı sobaya qoyub əritmə rejimini işə saldım.

Missis Conc çıxıb getdi. Ərzaqları götürmək üçün soyuducuya tərəf getdim. Görünür, missis Consla ümumi işimizin naminə müəyyən qaydalar yaratmalı olacağıq. Həftəsonları Kristian üçün özüm də yemək hazırlaya bilərəm, digər günlərdə isə qoy, missis Cons hazırlasın – işdən sonra məşğul olmaq istəmədiyim tək şey varsa, o da yemək bişirməkdir. Hə… bu hardasa Kristianın öz itaətkarları ilə etdiklərinə bənzəyirdi.

Başımı yırğaladım. Yaxşı, bu barədə bir az fikirləşmək lazım gələcək. Soyuducuda bir az vetçina, konteynerdə isə tam yetişmiş avokado tapdım. Avokadodan püre hazırladım, bir çimdik duz qatıb, üzərinə limon suyu sıxdım. Kristian kabinetindən əlində tutduğu təzə evin planı ilə çıxdı. Kağızları barın üstünə atıb mənə yanaşdı, arxadan qucaqlayaraq boynumu öpdü.

— Ayaqyalın, özü də mətbəxdə, — mırıldandı.

— Mətbəxdə ayaqyalın, amma hamilə istərdin? — gülümsədim. O donub qaldı, üzü sərtləşdi.

— Hələlik yox. — Səsində ehtiyat notları hiss edilirdi.

— Əlbəttə, yox. Hələ ki yox.

— Bu məsələdə tam razılığımız var, missis Qrey.

— Amma sən uşaq istəyirsən, hə?

— Əlbəttə, hə. Amma sonra. İndilik səni heç kimlə bölüşməyə hazır deyiləm. — Yenə boynumdan öpdü.

Aha… Bölüşmək?

— Nə hazırlayırsan? Ləzzətli görünür. — Qulağımın arxasından öpdü , bunu məni yayındırmaq istədiyi üçün edirdi. Kürəyimin ortasından xoş bir sərinlik dalğası keçdi.

— Sendviç, — yaramaz təbəssümlə dilləndim.

Özü də gülümsədi. Qulağımın sırğalığını dişlədi

— Mən sevdiyim kimi.

Dirsəyimlə böyrünü dümsüklədim.

— Missis Qrey, siz elə indicə məni vurdunuz. — O, böyründən yapışıb yalandan guya ağrıdan büküldü.

— Deyingən, — narazı-narazı dedim

— Deyingən? — özündən çıxmış tərzdə təkrarladı və əli ilə ombamı döyəclədi. Gözlənilməz hərəkətdən qışqırdım. — Bir az tez ol, gözəlçə, acından ölürəm. Sonra görərsən necə deyingən olduğumu. — Ombalarımı yenidən döyəcləyib soyuducuya sarı getdi.

— Bir qədəh şəraba nə deyirsən?

— Məmnuniyyətlə.

Kristian yemək barının üstündə Cianın planlarını vərəqləyirdi. Bu qadının doğrudan da yaxşı ideyaları vardı, bu ilk baxışdaca bəlli olurdu.

— Onun arxa divarı bütünlüklə şüşədən hazırlamaq ideyası mənim xoşuma gəlir, ancaq…

— Ancaq nə?

Köksümü ötürdüm.

— Bu evin özünəməxsus xarakteri var və mən onu pozmaq istəməzdim.

— Xarakter?

— Hə. Cianın olduqca radikal təklifləri var, amma… necə deyim… mən bu evi olduğu kimi sevirəm… bütün çatışmazlıqları və səhvləri ilə birlikdə.

Kristian əsəbi tərzdə qaşlarını elə çatdı ki, sanki ona qarğış eləmişdim.

— Ev olduğu kimi xoşuma gəlir. Başqa nə?

O, düz gözümün içinə baxırdı.

— İstəyirəm ki, ev sənin görmək istədiyin kimi olsun. Necə istəməyindən asılı olmayaraq. O, sənindir.

— Mənsə istəyirəm ki, ev həm də sənin xoşuna gəlsin. Sən də onun içində xoşbəxt olasan, Kristian.

— Mən istənilən yerdə xoşbəxt ola bilərəm, yetər ki, orada sən olasan. Hər şey sadədir, Ana. — Gözlərini mənə zilləmişdi. Bax, indi o, səmimi idi. Tamamilə səmimi. Qəlbimin içi zərifliklə doldu. Amma o, məni həqiqətən də sevirmiş.

— Hmmm… — Udqundum. — Çulğayan hisslərim boğazımda düyünləndi. — Ümumiyyətlə isə mənim şüşə divardan xoşum gəlir. Bəlkə Ciadan xahiş edək ki, onu evin görkəminə gözəl bir şəkildə uyğunlaşdırsın?

Güldü.

— Əlbəttə. Sən necə istəyirsən, elə olsun. Bəs başqa yerlər necə olsun? Üst mərtəbə? Zirzəmi?

Yaxşı. Bütün gücümü milyon dollarlıq sualı vermək üçün topladım.

— Oyun otağı düzəltmək istəyirsən? — Boynumdan və üzümdən tanış ilıq dalğa axıb keçdi. Kristian qaşını oynatdı.

— Bəs sən istəyirsən? — bir qədər təəccüblə soruşdu.

Çiyinlərimi çəkdim.

— Hm… əgər sən istəyirsənsə…

Mənə yenə fikirli-fikirli baxdı, sonra başını yellədi.

— Gəlsənə, hələlik heç bir qərar qəbul etməyək. Əvvəl-axır bu, onsuz da ailə evi olacaq.

Bilmirəm niyə, amma mən pərt oldum. Məncə o, haqlı idi, nə vaxt ailə olacaqdıq? Uzun illər sonra?

— Bir də ki, bizə heç kim orada improvizələr etməyə mane olmur.

— İmprovizə etməyi sevirəm.

Gülümsədi.

— Bir məsələni də müzakirə etmək istəyirəm. — Kristian əsas yataq otağını göstərdi, biz vanna otağı və bir-birindən ayrılmış qarderoblar haqqında müzakirələr etdik.

Söhbətimiz bitəndə saat axşam onun yarısını göstərirdi.

Kristian kağızları çevirdi.

— Yenə işləyəcəksən? — soruşdum.

— Yox, əgər sən istəmirsənsə. –Gülümsədi –Nə ilə məşğul olmaq istərdin?

— Televizora baxa bilərik. –Kitab oxumağa həvəs yoxdu, yatmaq da istəmirəm… hələlik istəmirəm.

— Yaxşı, — Kristian həvəslə razılaşdı və mən onun ardınca televizor olan otağa keçdim.

Bu otaqda cəmi üç, ya da dörd dəfə oturmuşduq. Kristian adətən kitab oxuyardı. Televizor onu qətiyyən maraqlandırmır. Mən divanda özümə yer edib ayaqlarımı altıma çəkdim, başımı isə onun çiyninə qoydum. O, pultun düymələrini basaraq birbir kanalları çevirməyə başladı.

— Konkret bir şeyə baxmaq istəyirsən? Sənin sevimli “ağlaşmaların”dan nə var?

— Axı sən televiziyanı sevmirsə, elə deyil? — soruşdum. Başının hərəkəti ilə təsdiqlədi.

— Boş yerə vaxt itkisidir. Amma səninlə birlikdə nəyəsə baxmaq istərdim.

— Düşünürəm ki, biz sekslə də məşğul ola bilərdik.

Kristian üzünü mənə tərəf çevirdi.

— Sekslə məşğul olmaq? — Mənə ikibaşlı bədheybətə baxırmış kimi baxırdı. Hətta əl saxlayıb pultun düymələrini basmağı da dayandırdı. Ekranda isə hansısa ispan melodramı gedirdi.

— Hə. — Onu qorxudan nə idi?

— Sekslə biz yataqda da məşğul ola bilərik.

— Bizim elə elədiyimiz də budur. Axırıncı dəfə nə vaxt televizor qarşısında sekslə məşğul olmusan? — kəskin, eyni zamanda işvə ilə soruşdum.

O, yenə pultu götürüb kanalları gəzməyə başladı və “Məxfi materiallar”da dayandı

— Kristian.

— Heç vaxt.

O!

— Doğrudan heç vaxt?

— Yox.

— Heç missis Robinsonla da?

Fısıldadı.

— Əzizim, missis Robinsonla çox hoqqadan çıxmışam. Amma sekslə məşğul olmamışam. — mənə baxıb qımışdı və birdən yeni oyanmış bir maraqla mənə zilləndi.

— Bəs sən?

Qızardım.

— Hə, ona bənzər bir şey…

— Nə? Kiminlə?

Yox. Yox. Bu diskussiyaya baş qoşmağa qətiyyən meylim yox idi.

— Danış, –Kristian əl çəkmirdi.

Barmaqlarının gərginlikdən ağarmış, sıxılmış sümüklərinə baxırdım. Əlinin üstünü ovucu ilə yavaşca örtdü. Başımı qaldırdım və bu an baxışlarımız rastlaşdı.

— Mən bilməliyəm. Onun başına elə oyun açaram ki…

Qəhqəhə çəkdim.

— E-e-e, birinci dəfə…

— Birinci dəfə? Deməli başqaları da olub? — Kristian çımxırdı. Məni gülmək tutdu.

— Siz niyə belə təəccüblənirsiz ki, mister Qrey?

Qaş-qabağını salladı, əlini saçlarının arasına keçirdi və mənə heç vaxt bilmədiyi bir yanımı kəşf edirmiş kimi baxdı. Çiyinlərini çəkdi.

— Elə belə… Sənin təcrübəsizliyini nəzərə alaraq…

Mən qızardım.

— Bu boşluğu səninlə tanış olandan sonra aradan qaldırmışam.

— Doğrudur. — Güldü. — Yenə də olsun, sən danış. Bilmək istəyirəm.

Boz gözlərin içinə baxdım. Hansı əhvalda olduğunu və bundan sonra nələr baş verəcəyini anlamağa çalışırdım. Biləndən sonra sakitləşəcək, yoxsa özündən çıxacaqdı? Özündən çıxmasını heç istəmirdim. Əsəbi olanda Kristian dözülməz olur.

— Mən onuncu sinifdə oxuyanda biz Las Veqasa getmişdik. Anam və onun üçüncü əri ilə. Onun adı Bredli idi və biz birlikdə fizika kabinetinin laboratoriyasında oturmuşduq.

— O vaxt sənin neçə yaşın vardı?

— On beş.

— O indi nəylə məşğuldur?

— Bilmirəm.

— Və hansı mərhələyə qədər eləyə bildi?

— Kristian! — deyə acıqlandım və birdən o, dizlərimdən, sonra da topuğumdan yapışaraq məni arxam üstə divana yıxdı. Özü də üstümə çıxdı, ayağını ayaqlarımın arasına sıxdı. Hər şey elə gözlənilmədən baş verdi ki, mən qışqırdım Əllərimi sıxaraq qaldırıb başımın altına yerləşdirdi.

— Və beləliklə, həmin o Bredli birinci mərhələyə qədər eləyə bildimi? — Kristian burnunu burnuma sürtdü. Ağzımın kənarını öpdü. Təkrar-təkrar öpdü.

— Hə, — dodaqlarımı güclə tərpədib mırıldandım. Çənəmi tuta bilmək üçün əlinin birini çəkib götürdü. Dilini kobudca ağzıma soxdu və mənim bu şəhvətli istilaya təslim olmaqdan başqa çarəm qalmadı.

— Bax bu cür? — Kristian bir anlığa aralanaraq soruşdu.

— Yox, belə yox. — onu itələdim Bütün qanım sanki aşağı doğru axırdı.

— Bəs o belə eləyirdi? Sənə belə toxunurdu? — çənəmi buraxıb əli ilə aşağıdan yuxarı bədənimdə gəzindi. Ovucunu döşümün üstündə saxlayıb, böyük barmağıyla gilələrimi əllədi, toxunuşdan döş gilələrim dolğunlaşdı.

— Yox. –altında qıvrıldım.

— Sonra? İkinci mərhələyə çata bildi? — Kristian qulağıma pıçıltı ilə dedi, əlini qabırğamın üstündə gəzişdirdi, bir az belimdə saxlayandan sonra budlarıma sürüşdürdü. Qulağımın sırğalığını sıxdı və ehtiyatla dartdı.

— Yox, — nəfəsim kəsilirdi.

Televizorda isə Madler Federal Təhqiqatlar Bürosunu ifşa edirdi.

Kristian bir az dikəldi, önə uzanıb pultu götürüb televizorun səsini azaltdı və üstdən aşağı mənə baxdı.

— Bəs ikinci axmaq necə? İkinci mərhələyə gəlib çıxa bilmişdi?

Gözləri alışıb yanır. Qəzəblənmişdimi? Ehtiraslanmışdımı? Baş açmaq mümkün deyildi. Kristian yanıma uzanıb əlini şalvarımın altına soxdu.

— Yox… — altdan yuxarı ona baxaraq pıçıldadım. Baxışlarının əsirliyinə düşmüşdüm, o şəhvətli baxışların içində ora-bura çırpınırdım. Rişxəndlə güldü.

— Yaxşı. — Kristian əli ilə naməhrəm yerimi ovucladı. — Alt paltarı geyinmirsiz, missis Qrey? Xoşum gəldi. — Məni təkrar öpdü, barmaqları isə sanki sehrli bir ayini icra edirdi: baş barmağı ilə klitorun üstünü əlləşdirir, şəhadət barmağını isə yavaş-yavaş dərinə soxurdu…

— Axı biz deyəsən sekslə məşğul olmağa hazırlaşmışdıq, — yazıq-yazıq əlini itələdim.

Donub qaldı.

— Bəs bu nədir?

— Bu seks deyil.

— Nə?

— Seks deyil…

— Deməli bu seks deyilmiş? — Kristian əlini şalvarımdan çıxardı. — Bəs belə necə? — Şəhadət barmağını dodağıma sürtdü və mən turşməzə dad hiss etdim. Barmağını ağzımın içinə itələyib bayaqkı hərəkətlərini təkrarladı. Kristian yenə üstümdə, yenə də ayaqlarımın arasında idi, ereksiyasını hiss edirdim. Zərbə… sonra növbəti zərbə…

— Sən bunu istəyirdin? — budları ilə üstümdə ritmik hərəkət edə-edə sakit səslə soruşdu.

— Hə…

Barmaqları yenə döşlərimdə, gilələrin ətrafında rəqs eləyirdilər. Dodaqları yanağımdan aşağı sürüşdü.

— Alışıb-yanırsan, Ana… Heç bilirsən, necə atəşlisən?

Səsi xırıltılı idi… ritmi artırdı. Cavab vermək üçün dodaqlarımı aralasam da, kəlmələrin əvəzinə iniltim qopdu. Dilini ağzımın içinə dürtməzdən əvvəl alt dodağımı dişlərinin arasına alıb araladı. Biləyimin birini də azad etdi və dərhal onun çiyinlərindən yapışıb barmaqlarımı saçlarına keçirdim. Öpüşlərinə iniltisi ilə fasilə verib dayanıb mənə baxdı.

— A…

— Sənə toxunanda xoşuna gəlir? — pıçıltı ilə soruşdum.

Qaşlarını sualı başa düşmürmüş kimi çatdı. Dayandı.

— Əlbəttə, xoşuma gəlir. Bir ziyafətdə acından ölən birinə çevrilirəm. — Səsi şəhvətli bir səmimiyyətlə dolu idi.

Kristian ayaqlarımın arasında diz üstə çöküb koftamı soyundurdu. Koftanın altında heç nə yox idi. Bir göz qırpımında öz köynəyini də başından çıxarıb yerə tulladı, sonra məni qucağına alıb dizlərinin üstünə otuzdurdu.

— Toxun mənə. Oxşa…

— Uf… — barmaqlarımın uclarını yavaş-yavaş sinəsindəki tüklərin, yanıq izlərinin üstündə gəzdirdim. Kəskin bir nəfəs aldı, göz bəbəkləri genişlənmişdi, ancaq səbəbi qorxu deyildi. Bu, mənim toxunuşlarıma göstərdiyi ehtiraslı reaksiyası idi. Diqqətlə əlimin hərəkətlərini izləyirdi. Barmaqlarım dərisini isindirir, gah sağ, gah da sol döşünün gilələrini sığallayırdı. Gilələri toxunuşdan sərtləşib yumurlandı. Başımı önə uzadıb sinəsini öpdüm, çiyinlərini, daş kimi möhkəm əzalarını oxşadım. Gözəl idi! Çox gözəl bədən forması vardı!

— Səni istəyirəm, — Kristianın pıçıltısı libidoma yaşıl işıq yandırdı sanki. Başını arxaya itələdim və ağzımla ağzına yol tapdım. Alov daha da gurlaşdı, qasığımın necə alışıb yandığını hiss etdim.

Kristian inildəyərək məni divana aşırdı. Oturdu və sonra şalvarımı əynimdən sıyırıb yerə atdı və cəld öz şalvarının qabağını açdı.

— Bax belə… mənə də elə bu lazım idi… –Cəmi bir hərəkət və içimi doldurmuşdu…

Dodaqlarımdan inilti qopdu, Kristian dayandı, əlləri ilə üzümü sıxıb gözlərimin içinə baxdı.

— Sevirəm sizi, missis Qrey. — dedi və yavaş-yavaş, zərif-zərif, ehtiyatla ritmini davam etdirdi. Ta o vaxta qədər ki, mən içimi dolduran sevgisindən darmadağın olub onun adını qışqırana qədər, qollarım və ayaqlarımla ona sarılaraq sıxılana qədər davam etdi — buraxmaq istəmirdim, istəmirəm ki, bu an bitsin…

Süst vəziyyətdə sinəsində uzanmışdım. Yerdə, televizor olan otaqda.

— Xəbərin var, biz deyəsən üçüncü mərhələni də vurub keçdik. –Barmaqlarımı Kristianın sinəsində dolaşdırdım.

Güldü.

— Gələn dəfəyə də bir şey saxlayaq, missis Qrey. — deyib saçlarımı öpdü, mən isə televizora tərəf çevrildim — ekranda “Məxfi materiallar”ın final titrləri qaçışırdı. Kristian əlini uzadıb pultu götürdü və televizora səs verdi.

— Bu serial xoşuna gəlirdi? — soruşdum.

— Hə, balaca olanda.

Həə. Təsəvvür eləyirəm: kikboksinq, “məxfi materiallar” və sevgi, nəvaziş yoxdur.

— Bəs sən?

— Bu hələ məndən əvvəl də var idi.

Kristian gülümsündü, isti və nəzakətlə.

— Sən çox gəncsən. Sizinlə sekslə məşğul olmaq xoşuma gəlir, missis Qrey.

— Qarşılıqlıdır, mister Qrey. — Deyib sinəsini öpdüm və birlikdə sakitcə “Məxfi materiallar”ın son hissəsinə baxdıq, sonra reklamları izlədik.

— Cənnət kimi üç həftə keçirdik. Avtomobil təqibi, yanğın, başdanxarab boss — bunların heç biri bu üç həftənin həzzini poza bilmədi. Sanki biz ayrıca bir hava balonunun içərisində yaşayırdıq, — xəyalpərəstliklə mırıldandım.

— Aha, — Kristian razılıqla mırıldandı. –Səni dünyanın yerdə qalan hissəsi ilə bölüşməyə hazır olduğuma əmin deyiləm.

— Amma sabah reallığa qayıdırıq, — köks ötürdüm və çalışdım ki, söylədiklərim çox qəmli səslənməsin.

Kristian da ah çəkdi və sərbəst əli ilə saçlarımı sığalladı.

— Səni mühafizə edəcəklər və… — Barmağımla dodağını sıxdım. Tanış leksiyanın təkrarını eşitmək istəmirdim.

— Bilirəm. Ağıllı olacam. Söz verirəm. — Yeri gəlmişkən… — Üzünü yaxşı görmək üçün dirsəklənib qalxdım. Soyerə nə üçün qışqırırdın?

O dəqiqə gərginləşdi. Lənətə gəlsin.

— Çünki bizi izləyirdilər.

— Yaxşı, axı bu Soyerin günahı deyil.

Kristian ciddi sifət alıb üzümə baxdı.

— Özlərini bu qədər boş buraxmamalı idilər. Özləri çox yaxşı bilir.

Günahkar görkəm alıb qızardım və başımı yenə sinəsinə qoydum. Soyerə mənə görə söz gəlmişdi. Onlardan uzaqlaşmaq istəyən məhz mən idim.

— Yenə də, nə qədər olmasa…

— Bəsdir! — Kristian kəskin çımxırdı. — Bu, müzakirə olunmur, Anasteyşa! Onlar geriləyiblər, bu faktdır və oxşar şey bir də heç vaxt baş verməyəcək.

Anasteyşa! Əgər mən Anasteyşayamsa, deməli vəziyyət gərgindir. Evdə də belə idi. Anam da məni tam adımla çağıranda mütləq problemim olardı.

— Yaxşı, yaxşı, — onu qəzəbləndirməmək üçün təslim oldum. Nə mübahisəyə, nə də davaya həvəsim yox idi. –Rayan “Dodge”dəki o qadını yaxalaya bilib?

— Yox. Və mən sükan arxasında qadının olmasına əmin deyiləm.

— Doğrudan? — Yenə dirsəklənib ona baxdım.

— Soyer saçlarını arxaya toplamış birini görüb, amma bu uzun çəkməyib, qısa bir anlığa görüb. İndi sən o əclafı tanıyandan sonra belə ehtimal etmək olar ki, “Dodge”ni sürən də elə o idi. O da saçlarını arxaya toplayır. — Kristianın səsi əsəbindən və hikkəsindən cingildədi.

Maraqlı xəbərdir, amma onunla nə etmək lazım idi? Kristian fikrimi yayındırmaq üçün çılpaq kürəyimi sığalladı.

— Əgər sənin başına bir iş gəlsə… — Gözləri ciddiləşdi, səsi isə titrəyirdi.

— Bilirəm, — pıçıltı ilə dilləndim. — Bilirəm və başa düşürəm. — Kristianın başına pis bir iş gəlmə ehtimalını ağlımdan keçirəndə halım pisləşdi. Büzüşdüm…

— Bəsdir, sən soyuqdan donursan. — Kristian qalxıb oturdu. — Gəl, yataq otağına gedək. Üçüncü mərhələni bağlamaq lazımdır, ya yox. — Adamı başdan çıxaran təbəssümü ilə gülümsündü, həmişə olduğu kimi həm şəhvət, həm qəzəb, həm təlaş, həm də istək dolu… dəyişkən idi. Əlimi ona uzatdım, o, qalxmağa kömək etdi və biz yataq otağına keçdik.

Ertəsi gün maşınlarımızı nəşriyyatın yanında saxladıq. Kristian əlimi sıxdı. Tünd göy rəngli kostyumu və eyni tonlu qalstukunda o, nüfuzlu bir müdir necə görünməlidirsə, məhz o cür görünürdü. Gülümsəyirdim. Axırıncı dəfə Mərakeşdə baletə getdiyimiz vaxt bu cür görünürdü.

— Bilirsən ki, bunu etməyə məcbur deyilsən? — Kristian yavaş səslə dedi. Yenə başlandı! Gözlərimi süzdürməkdən özümü güclə saxlayırdım.

— Bilirəm, — pıçıltıyla cavab verdim. İstəmirdim ki, qabaqda oturan Soyer və Rayan bizi eşitsinlər. Kristian üzünü turşutdu, — mənsə gülümsədim.

— Axı sən də bilirsən ki, mən özüm bunu istəyirəm. — Barmaqlarımın ucuna qalxıb üzündən öpdüm.

Kristian üzünü turşutmağa davam eləyirdi. –Nəsə olub?

O, Rayana qeyri-müəyyən baxışla baxdı. Soyer maşından çıxdı.

— Sənin üçün darıxacam.

Yanağını sığalladım.

— Mən də sənin üçün darıxacam. — Onu yenə öpdüm. — Bal ayımız möhtəşəm idi. Çox sağ ol.

— İşləməyə gedin, missis Qrey.

— Siz də mister Qrey.

Soyer maşının qapısını açdı. Kristianın əlini sığalladım və səkiyə çıxdım. Binaya tərəf gedib sonra çevrildim, Kristiana əl salladım. Soyer məni irəli buraxıb sonra özü binaya daxil oldu.

— Salam, Ana. — qəbul otağındakı stolun arxasından Kler mənə gülümsədi.

— Salam, Kler, — mən də təbəssümlə cavab verdim.

— Çox gözəl görünürsən. Bal ayı yaxşı keçdi?

— Bundan daha yaxşısı olmur, çox sağ ol. Bizim buralarda nə var nə yox?

— Qoca Rouç yenə öz ampluasındadır. İndi bizim öz mühafizə sistemimiz var. Server şöbəsində isə hər şeyi yenidən qururlar. Hanna sənə daha ətraflı danışar.

Əlbəttə. Klerə dostca gülümsəyib öz otağıma keçdim. Hanna – köməkçimdir. Hündürboylu, həlim, səliqəli, son dərəcədə bacarıqlı biri idi – nə özünə, nə də başqalarına güzəşt hissi yox idi. Ancaq mənimlə nəzakətli idi, baxmayaraq ki, iki yaş məndən böyük idi. Latte artıq hazırdı, məni gözləyirdi, – ona başqa qəhvə hazırlamağa icazə vermirdim.

— Salam, Hanna.

— Ana! Bal ayı necə keçdi?

— Fantastika! Bu sənindir. — Stolun üstünə ətir qutusunu qoydum, o sevindiyindən əl çaldı.

— Sağ ol, çox sağ ol! — Hanna heyranlıqla deyirdi. — Bütün təcili yazışmalar stolunun üstündədir. Rouç səni saat onda gözləyir. Hələlik bu qədər.

— Yaxşı. Çox sağ ol. Qəhvəyə görə də sağ ol. — Kabinetə keçdim, portfelimi stolun üstünə qoyub qalaqlanmış məktublara baxdım. Nə qədər iş varmış!

Saat ona yaxın qapı yavaşca döyüldü.

— Buyurun.

Otağa Elizabet boylandı.

— Salam, Ana. Xoşgəldin etmək istədim. Qayıtmağına şadam.

— Ah. Onu deyim ki, bu məktubların içində itib-batandan sonra artıq peşman olmuşam, gərək Fransanın cənubunda qalıb qayıtmamalıydım.

Elizabet zorən saxta təbəssümlə gülümsədi. Başımı bir az yana əyib ona baxdım, eynən Kristianın mənə baxdığı kimi.

— Yaxşı ki, sənə bir şey olmadı — dedi. — Rouçun yanında görüşərik.

— Yaxşı. — Elizabet yoxa çıxdı, arxasınca örtdüyü qapıya baxıb qaşlarımı çatdım. O, nəyi nəzərdə tuturdu? Çiyinlərimi çəkdim, yaxşı, baş sındırma. Zəng səsi gəldi, mesaj almışdım. Kristiandan idi.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Yolunu azmış arvadlar

Tarix: 22 avqust 2011 09:56

Kimə: Anasteyşa Qrey Arvadım,

Sənə e-mail göndərdim və məktub geri qayıtdı.Çünki sən soyadını dəyişməmisən.

Mənə demək istədiyin bir şey var?

Kristian Qrey,

Baş direktor, “Grey Enterprise”

Qoşma

———-

Kimdən: Kristian Qrey

Mövzu: Köpük

Tarix: 22 avqust 2011 09:32

Kimə: Anasteyşa Qrey

Missis Qrey,

Bütün mərhələləri keçib bağlasaydım.

İlk iş günündə uğurlar.

Artıq indidən balonumuz üçün darıxdım.

x

Kristian Qrey,

Baş direktor, “Grey Enterprise”

———-

Zəhrimara qalsın. Tələsik səhvimi düzəldirəm

———-

Kimdən: Anasteyşa Stil

Mövzu: Köpüyü partlatma

Tarix: 22 avqust 2011 09:58

Kimə: Kristian Qrey

Ərim,

Sizinlə hər cür beysbol metaforasına varam, mister Qrey. Və mən burada öz soyadımı daşımaq istəyirəm.

Axşam başa salaram.

Mən də darıxıram.

P.S. BlackBerrydən istifadə etməyi düşünürdüm.

Anasteyşa Stil,

Redaktor SİP

———-

Hiss edirdim ki, qiyamət qopacaq. Köks ötürərək toplantıya hazırlaşmaq üçün kağızları topladım.

Toplantı iki saat idi ki, davam edirdi. Bütün redaktorlar, o cümlədən Rouç və Elizabet də toplantıda idilər. İşçi heyətini, strategiyanı, marketinqi, təhlükəsizliyi və ilin sonuna qədər olan planları müzakirə etdik. Getdikcə özümü narahat hiss eləməyə başlayırdım. Kollektivin mənə qarşı münasibəti bir az dəyişmiş, başqalaşmışdı – daha təmkinli, daha hörmətli olmuşdu. Əvvəllər, bal ayına qədər belə şey yox idi. O ki qaldı qeyri-ədəbiyyat şöbəsinin rəhbəri Kortniyə, mənə açıq düşmənçilik münasibəti bəsləyirdi. Bəlkə də mənə elə gəlirdi, bəlkə mən paranoyaya qapılmışdım, bilmirəm, yaxşı, bəs onda Elizabetin qəribə davranışını necə izah etməli?

Xəyalən gah yaxtaya, gah oyun otağına, gah da bizi İ-5 magistralında təqib edən müəmmalı “Dodge”yə qayıdırdım. Bəs əgər Kristian mənim bir də bu işlə məşğul ola bilməyəcəyimi deməkdə haqlıdırsa? Bunları düşündükcə bir az da kədərləndim. — Kabinetimə qayıdıb bu bəd fikirlərdən özümü uzaqlaşdırmağa çalışdım.

Masamın arxasına keçib tez poçtumu yoxladım. Kristiandan heç nə gəlməmişdi. BlackBerryyə baxdım. Orada da heç nə yox idi. Lap yaxşı. Ən azından poçt qutusu neqativ reaksiyanı provokasiya edəcək heç nə gətirməmişdi. Bəlkə bu gün axşam hər şeyi müzakirə etmək mümkün olacaqdı? Hərçənd, inanmağım gəlmirdi. Qarmaqarışıq narahatlıq hissini özümdən uzaqlaşdırıb toplantıda aldığım marketinq planına baxdım.

Adət olunmuş qayda üzrə Hanna lanç dolu boşqabla daxil oldu, yeməyi səliqə ilə missis Cons qablaşdırmışdı. Bir həftəlik planı müzakirə edərək birlikdə yemək yedik… Hanna mənə ofisdəki son dedi-qodulardan danışdı, işdə olmadığım üç həftə ərzində elə də çox məlumat yığılmamışdı. Biz söhbətləşərkən birdən qapı döyüldü.

— Buyurun.

Qapı açıldı. Kandarda Rouç, arxasında isə Kristian dayanmışdılar. Bu da sənə sürpriz, gözlənilməz ziyarətdən keyləşib qaldım. Kristian mənə acıqlı bir nəzər atıb kabinetə keçdi və nəzakətlə Hannaya gülümsədi:

— Deyəsən, siz Hannasız, — dedi. Mən — Kristian Qreyəm.

Hanna çaşqın halda ayağa qalxıb əlini ona uzatdı.

— Mister Qrey. G-g-görüşməyimizə şad oldum, — dili topuq çaldı. — Qəhvə istəyirsiz?

— Hə, zəhmət olmasa. — Mənim ərim — əməlli başlı nəzakət dağarcığı imiş.

Hanna ürkək-ürkək mənə baxdı, sonra qapıda dayanan Rouçun yanından sivişib tələsik otaqdan çıxdı.

— İcazənizlə Rouç, mənim missis Stilə söhbətim var.

“S” hərfini bilərək fısıltıyla tələffüz etdi, elə ona görə də müraciəti sarkazm qarışıq alındı. Deməli belə. Demək, buna görə gəlmişdi. Əcəb yerdə axşamladıq.

— Əlbəttə, mister Qrey. Hələlik Ana. — Rouç çevrilib çıxdı və qapını örtdü.

— Mister Qrey, sizi görmək necə də xoşdur. — Xoş bir təbəssümlə gülümsədim.

— Otura bilərəm, missiz Stil?

— Bu ki, sizin öz şirkətinizdir. — deyərək əlimlə Hannadan sonra boş qalan stulu göstərdim.

— Hə, mənim şirkətimdir. — O, yırtıcı təbəssümlə gülümsədi, amma gözləri soyuq idi. Səs tonu isə kəskin. Gərginliyi hiss eləyirdim. Ürəyim ayağımın altına düşdü. Vəziyyət pis idi.

— Otağınız çox balacadır, — Kristian stula əyləşərək dilləndi.

— Məni qane eləyir.

Mənə ifadəsiz, duyğusuz gözlərlə baxırdı, amma mən bilirdim və görürdüm ki, –şeytan kimi qəzəblidi. Nəfəsimi dərdim. İndi heç də asan olmayacaqdı.

— Beləliklə, Kristian, sənin üçün nə edə bilərəm?

— Sadəcə öz aktivlərimi yoxlamaq istəyirəm.

— Öz aktivlərini? Hamısını?

— Hamısını. Bəzilərinin rembrending olunmağa ehtiyacı var.

— Rembrending? Necə bir rembrending?

— Güman edirəm, bilirsən. — Səsi hədələyici tərzdə sakit idi.

— Ancaq demə ki, səfərdən gəldiyin ilk günü bütün işini-gücün atıb bura mənim soyadıma görə dava eləməyə gəlmisən. — Lənət şeytana, mən sənin üçün aktiv zad deyiləm!

O, ayağını ayağının üstünə aşırdı.

— Dava eləməyə yox. Elə deyil.

— Kristian, mən işləyirəm.

— İşləyirsən? Məncə öz köməkçinlə qeybət eləyib, məni müzakirə eləyirsən.

Yanaqlarımın necə pörtdüyünü hiss elədim.

— Biz qrafikimizi müzakirə edirdik.

— Sualıma cavab vermədin.

Qapı döyüldü.

— Gəlin! — səsim çox ucadan çıxdı. Otağa əlində balaca sini tutan Hanna daxil oldu. Süd qabı, qənd qabı, frenç-press — hər şeyi gətirmişdi. Sinini stolun üstünə qoydu.

— Çox sağ ol, — utana-utana mırıldandım.

— Başqa bir şey lazımdır, mister Qrey? — Yanaqları pörtmüş Hanna soruşdu. Gözlərimi süzməmək üçün özümü güclə saxlayırdım.

— Xeyir, çox sağ olun. Bunlar yetər. — Kristian özünün göz qamaşdıran, bənzərsiz, adamı başdan çıxaran təbəssümüylə gülümsədi və qıpqırmızı olmuş Hanna çıxıb getdi. Kristian üzünü yenə mənə tərəf çevirdi. — Hə, missis Stil, harda qalmışdıq?

— Orda qalmışdıq ki, sən soyadıma görə mənimlə dava etmək üçün otağıma hücum çəkmisən.

Kristian heyrətlə gözünü döydü, və mənə elə gəldi ki, cavabımın kəskinliyi onu belə heyrətə gətirdi. Məharətlə şalvarına düşmüş gözə zorla görünən tozu barmağıyla çırtladıb kənara atdı. Bilirəm ki, bunu qəsdən edirdi və fikrimi yayındırmaq istəyirdi, məharətli uzun barmaqlarının sehrinə düşməmək üçün boz gözlərinin içinə zilləndim.

— Qəfil ziyarətlər etmək xoşuma gəlir. İşçilərin özlərini boş buraxması, arvadların isə öz yerlərini bilmələri üçün. –O, özündən razı halda çiyinlərini çəkdi.

Arvadlar öz yerlərini bilsinlər!

— Bilmirdim ki, sənin bu qədər boş vaxtın var — dedim.

Baxışı soyuqlaşdı.

— Nəyə görə soyadını dəyişmək istəmədin? — Kristian aldadıcı yumşaqlıqla soruşdu.

— Məgər biz bunu mütləq indi müzakirə etməliyik?

— Əgər burdayamsa, nəyə görə də yox.

— Mənim bir sürü işim var və üç həftəyə iş azalmayıb ki, əksinə artıb.

Mənə baxdı. İfadəsiz, qiymətləndirici, hətta məsafə saxlayan baxışlarla baxdı. O, bunu necə bacarırdı? Özü də dünən gecə olanlardan sonra. Birgə keçirdiyimiz son üç həftədən sonra. İyrənc idi. Deyəsən, doğrudan da özündə-sözündə deyil. Ağılını itirmişdi. Hə, hə… ağlını itirmişdi. Hər xırda şeyə bu qədər fikir verməməyi nə vaxtsa öyrənəcəkdimi?

— Sən məndən utanırsan?

Nə?

— Yox, Kristian, əlbəttə ki yox. — Əsəblə başımı yırğaladım. — Məsələ səndə deyil, məndədir. — Çox yaxşı görünür ki, əsəbləri korlayan kimdir. Ağılsız, despotik meqaloman.

— Necə yəni məndə deyil?

O, başını yana əydi, üzünün ifadəsi bu dəfə məsafəli yox, çaşqın idi. Düz gözlərimin içinə baxırdı. Zillənmişdi. İşə bir bax. Mən onun xətrinə dəymişəm. Ən pis yerindən vurmuşam. Yox, ola bilməz. Onun xətrinə dəymək niyyəti heç ağlımın ucundan belə keçməyib. Ona mənim məntiqimi izah eləmək lazımdır. Qərarımın səbəbini.

— Kristian, mən bura işə gələndə biz hələ yenicə tanış olmuşduq, –lazımi sözləri diqqətlə seçərək tələsik danışmağa başladım. — Mən bilirdim ki, sən şirkəti almağa hazırlaşırsan.

Bizim kiçik tarixçəmizin o epizodu haqqında nə danışmaq olardı axı? Onun bütün ağılsız qorxuları və kompleksləri – hər şeyi nəzarətdə saxlamağa can atan qarşısıalınmaz istəyi, inamsızlıq və şübhələr – sadəcə Kristian varlı olduğu üçün reallaşa bilmişdi. Bilirəm, mənim təhlükəsizliyimin qayğısına qalırdı, lakin ən əsas problem onda idi ki, SİP – onun şəxsi mülkiyyətidir.

Əgər o hər şeyə qarışmasaydı onda mən heç nə olmamış kimi işləməyə davam edərdim və həmkarlarımın narazılığı ilə qarşılaşmaz, onların paxıllıq dolu baxışlarını görməz, arxamca necə pıçıldaşdıqlarını eşitməzdim. Üzümü ovuclarımın arasına aldım, təki gözlərini görməyim.

— Niyə bu sənin üçün bu qədər vacibdir? — güclə özümü sakit göstərərək soruşdum. Əllərimi üzümdən çəkdim; mənə duyğusuz baxışlarla baxmağa davam eləyirdi, gözləri alışıb yanır, amma heç nə ifadə etmirdi, onlardan heç bir hiss oxunmurdu, hətta küskünlüyü də gizlədirdilər. Mən ürəyimin dərinliyində cavabını bildiyim sualı vermişdim.

— İstəyirəm ki, hamı bilsin — sən mənimsən.

— Mən səninəm — bir bax, — sol əlimi qaldırıb barmağımdakı iki üzüyü göstərdim.

— Bu, kifayət deyil.

— Sənə ərə gəlməyim kifayət deyil? — səsimin tonu pıçıltı səviyyəsinə düşdü.

O, üzümdəki dəhşət ifadəsini görüb gözlərini döydü. Daha hara qədər? Başqa nə edə bilərdim ki?

— Mən bunu nəzərdə tutmuram, — deyib əllərini saçında gəzdirdi, saçı alnına sürüşüb düşdü.

— Bəs nəyi nəzərdə tutursan?

Udqundu.

— İstəyirəm ki, sənin dünyan mənimlə başlayıb, mənimlə bitsin.

Belə de! Deməyə sözüm yox idi. Elə bil mədəmin altından zərbə almışdım, nə nəfəs ala, nə də nəfəs verə bilirdim. Gözlərimin qabağında isə bu mənzərə canlanmışdı: boz gözləri, mis rəngli saçları, əyninə çirkli, cürbəcür rənglərdə və öz boyuna görə olmayan paltarlar geyinmiş balaca, ürkək oğlan uşağı.

— Bu elə belədir, — heç bir naz-qəmzəsiz dedim, çünki bu, doğrudan da belə idi. –Mən sadəcə öz karyeramı qurmağa çalışıram və sənin adınla alver etmək istəmirəm. Mən nəsə etməliyəm. Bütün günü “Eskala”da, ya da təzə evdə işsiz-gücsüz ağzıbağlı otura bilmərəm. Dəli olaram. Mən həmişə işləmişəm. Və bu mənim xoşuma gəlir. İndi hamının həsəd aparacağı bir işim var. Ancaq bu, o demək deyil ki, səni daha az sevirəm. Mənim üçün sən — bütün dünyasan.

Qəhər boğazıma tıxandı. Gözlərimə yaş doldu. Amma ağlamaq olmazdı. Burada olmaz. “Sən ağlamamalısan, – öz-özümə təkrarlayırdım. – Sən ağlamamalısan”.

Kristian mənə baxır və susurdu. Qaşqabağı bir az açılmışdı, eşitdiklərini götür-qoy edirdi.

— Deməli, mən səni sıxıram? — Səsi soyuq, sevincsiz idi, sanki daha əvvəllər verilmiş sualın əks-sədası kimi səslənirdi.

— Yox… hə… yox. — Necə də axmaq, xoşagəlməz, mənasız söhbətdi! Heç etmək istəmədiyim bir şey varsa o da münasibətləri aydınlaşdırmaq idi. Gözlərimi yumub alnımı sürtdüm — axı buralara necə gəlib çıxdıq? — Qulaq as, söhbət mənim adımdan gedir. Mən adımı ona görə saxlamaq istəyirəm ki, aramızda müəyyən məsafə olsun, istəmirəm ki, məni sənin davamın kimi qəbul etsinlər. Yalnız burada, iş yerində. Axı sən başa düşürsən, burada hamı elə düşünür ki, mən bu işi sənin sayəndə almışam, halbuki əslində… — Sözüm ağzımda qaldı və dondum… Ohh… yox yəni doğrudanmı onun sayəsində almışdım bu işi?

— Bilmək istəyirsən, nəyə görə bu işə təyin olunmusan? Bilmək istəyirsən, Anasteyşa?

Anasteyşa? Zəhrimara qalsın.

O, yerində qurcalandı, sonra rahat oturdu. Öyrənmək istəyirəm?

— Sənə Haydın vəzifəsini veriblər. Satışların elə də yaxşı getmədiyini nəzərə alaraq redaktor tapmağa pul xərcləmək istəmirdilər. Onlar yeni sahibin nəşriyyatla nə edəcəyini bilmirdilər və tamamilə məntiqi olaraq ştatın böyüdülməsinə getmədilər. Ona görə də səni Haydın yerinə otuzdurdular. Müvəqqəti. Yeni sahib tapılana qədər. — O, ara verib rişxəndlə gülümsədi. — Daha doğrusu, məhz məni.

Deməli, səbəb bu imiş.

— Sən nə demək istəyirsən? — Deməli belə. Məni ona görə işə götürüblərmiş. Lənətə gəlsin.

Gülümsədi, çaşqınlığımı görən kimi isə başını yırğaladı.

— Sakit ol. Sən işin öhdəsindən gəldin. Özünü yaxşı mənada göstərməyə nail oldun. — Səsində qürur notları hiss olunurdu.

— Oh… — bu xəbərdən lap başım fırlandı. Kürəyimi kresloya söykəyib ona baxırdım. Oturduğu yerdə yenə qurcalandı.

— Səni sıxışdırmaq istəmirəm, Ana. Səni qızıl qəfəsdə saxlamaq niyyətim yoxdur. Amma… — Üzü bozardı. — Buna ən azından məntiqim yol vermir. — Fikirli-fikirli çənəsini sığalladı, sanki hansısa yeni planı götür-qoy eləyirdi.

Maraqlıdır, ağlında yenə nə var idi?

Birdən başını doğru bir qərarı tapmış adam kimi irəli atdı.

— Mən bura təkcə yolunu azmış arvadımın başına ağıl qoymaq üçün gəlməmişəm, həm də ona görə gəlmişəm ki, şirkətlə nə edəcəyimizi müzakirə edək.

Yolunu azmış arvad! Mən nə yolumu azmamışam və nə də səhm kağızı deyiləm! Qəzəblə ona baxdım və gözlərimə yaş doldu.

— Və sən nə etməyə hazırlaşırsan? — Başımı yana əyib eynilə onun hərəkətini və sualını təkrarlayarkən özümdən asılı olmayaraq səsim rişxəndlə çıxdı.

Dodağında təbəssümün izləri görünməyə başladı – əhvalı yenə dəyişmişdi. Axı bu mister Dəyişkənliklə necə ayaqlaşasan?

— Mən şirkətin adın dəyişib “Grey publishing” qoyacam.

Əcəb xəbərdir!

— Və bir ildən sonra o sənin olacaq.

Nə? Təəccübdən ağzım açıla qaldı.

— Bu, mənim sənə toy hədiyyəmdir.

Ağzımı açıb nəsə deməyə çalışsam da alınmadı. Beynim qurumuşdu.

— Nə edək, bəlkə adı dəyişib “Stil publishing” edək?

Qətiyyən zarafat etmirdi. Dəli olmaq olardı.

— Kristian, — axır ki, ağlımla dilimin arasında əlaqə yarada bilmişdim — Sən artıq mənə saat hədiyyə etmisən. Mən nəşriyyatı idarə edə bilmərəm.

Başını önə əydi və mənə qınaqla baxdı.

— Mən biznesi 21 yaşımda idarə etmişəm.

— Amma o sənsən. Sənin xüsusi istedadın var. Sən nəzarət dəlisisən. Biznesdə suda balıq kimisən. Sən Harvardda biznes oxumusan. Sənin heç olmasa bu barədə təsəvvürün var. Mənsə üç il boya və kabel məftilləri satmaqla məşğul olmuşam. — Demək olar ki, heç nə görməmişəm və heç nə bilmirəm! — Özüm də bilmədən daha ucadan danışır və nitqimi az qala qışqırtı ilə yekunlaşdırdım.

— Sən mənim tanıdığım ən mütaliəli birisən, — o, davam edirdi. — Sən yaxşı kitabları sevirsən. Hətta bal ayında da işi unutmurdun. Neçə əlyazma oxumusan? Dörd?

— Beş, — mırıldandım.

— Hamısını da resenziyalaşdırmısan. Sən çox ağıllı qadınsan, Anasteyşa. Əminəm ki, öhdəsindən gələcəksən.

— Dəli olmusan?

— Hə, sənin dərdindən.

Nə? Mən fısıldadım, çünki bu dəqiqə əlimdən ancaq bu gəlirdi. O, gözlərini qıydı.

— Sənə güləcəklər. Şirkəti cəmi bir neçə aylıq təcrübəsi olan biri üçün aldığına görə.

— Tüpürüm kimin nə fikirləşəcəyinə. Üstəlik sən tək olmayacaqsan.

Gözlərimi bərəldib marıtladım Yox, bu dəfə onun doğrudan da başı xarab olub.

— Kristian…

Əllərimlə üzümü örtdüm – artıq bütün emosiyalarım tükənmişdi, sanki məni xüsusi sıxma maşınından keçirmişdilər. Bu adam nə fikirləşirdi? Birdən içimdəki qaranlıq bir yerdən tamamilə yersiz bir gülmək istəyi baş qaldırdı. Əllərim yanıma düşdü, başımı qaldırdım və onun heyrətlə baxan baxışlarını tutdum.

— Sizi şənləndirirəm nədir belə, miss Stil?

— Sən.

Şokda idi. Amma heç olmasa qəzəbli deyildi.

— Ərinizə gülürsüz? Bu sizə baha başa gələcək. Üstəlik dodağınızı dişləyirsiz. — Gözləri tündləşmişdi… Ah, yox, mən bu baxışları yaxşı tanıyırdım. Şəhvətli, kobud, cəzbedici… Yox, yox, yox! Burada yox!

— Heç ağlına belə gətirmə, — xəbərdarlıq etdim.

— Nəyi, Anasteyşa?

— Mən bu baxışını bilirəm. Biz iş yerindəyik.

Başını önə əydi, boz və ac gözlərini qaçırmadan mənə baxırdı. Tam məğlubiyyət. Özümü unudaraq udqundum.

— Biz balaca, səskeçirməyən, qapısı bağlı otaqdayıq.

— Bu ciddi şəkildə qeyri etik hərəkətdir, — sözləri diqqətlə tapıb dillənirəm.

— Öz ərinləsən.

— Müdirimlə.

— Sən mənim arvadımsan.

— Yox, Kristian, yox. Ciddi deyirəm. Axşam məni istədiyin kimi edə bilərsən… Amma indi yox. Burada yox.

O, gözlərini döydü, qıydı, sonra birdən güldü.

— Bütün yeddi çaların hamısıyla?.. — Qaşlarını oynatdı. — Bunu yadımda saxlayacam, missis Stil.

— Missis Stili gözümə soxmağını yığışdır! — əsəbi halda deyib əlimi stola çırpdım. İkimiz də diksindik. — Tanrı eşqinə! Əgər xoşun gəlmirsə, adımı dəyişərəm.

O, nəfəsini dərdi. Və gülümsədi – geniş-geniş, qulağının dibinə qədər. Dəli olmaq olardı…

— Yaxşı. — Əl çaldı və qəfil yerindən qalxdı — Xahiş eləyirəm, bağışlayın missis Qrey.

Nə? Axı beləsi ilə necə danışasan! Kimi desən dəli edərdi!

— Amma…

— Nə amma, missis Qrey?

Mən yorğun-yorğun köks ötürdüm.

— Heç nə. Sadəcə çıx get.

— Artıq gedirəm. Axşam görüşərik. Səbirsizliklə bazar gününün yeddi çalarını gözləyəcəm.

Üzümü turşutdum.

— Hə, bir də… Mənim bir neçə işgüzar görüşlərim var, istəyirəm ki, məni müşayiət edəsən. Sən bəzi insanlarla tanış olmalısan. Bundan sonra Hanna sənin görüş cədvəlini yaratmalıdır.

— Yaxşı, — mırıldandım. Birdən-birə nə qədər iş çıxmışdı ortalığa — düşünməyə, danışmağa, nəyəsə reaksiya verməyə qətiyyən halım qalmamışdı. O, stola yaxınlaşdı. Əyildi Hə, indi nə? Baxışlarıyla sanki hipnoz edirdi.

— Biznesi sizinlə idarə etmək xoşuma gəlir, missis Qrey.

Bir daha yaxına əyildi. Mənsə qıc olmuş kimi yerimdən tərpənmirdim. Dodağıma zərif bir öpüş qondurdu. Qəddini düzəltdi, göz vurdu və çıxıb getdi. Başımı stola qoydum – özümü üstümdən yük qatarı keçmiş kimi hiss edirdim. Və bu yük qatarı – mənim sevimli ərim idi. Dünyanın ən iyrənc, ən dözülməz, ən ziddiyyətli insanı. Qəddimi düzəltdim. Ümidsizcə gözlərimi sildim.

Az əvvəl mən nəyə razılıq vermişdim? Hə, Ana Qrey. – SİP-in direktoru olacaqdın. Daha doğrusu, “Grey publishing”in. Ağılsız.

Qapı döyüldü – Hanna başını içəri saldı.

— Yaxşısan?

Key-key ona baxırdım. O, qaşlarını çatdı. Başımı tərpətdim.

– “Twinnings English breakfast”, açıq və südsüz?

Başımı bir də tərpətdim.

— Bu dəqiqə gətirirəm.

Hələ şokdan özümə gəlməmiş, ekrana baxdım. Axı necə edim ki, o, başa düşsün? Elektron məktub?

———-

Kimdən: Anasteyşa Stil

Mövzu: MƏN SƏNİN MALIN DEYİLƏM!

Tarix: 22 avqust 2011 14:33

Kimə: Kristian Qrey

Mister Qrey,

Gələn dəfə məni ziyarət etmək fikrinə düşsəniz, əvvəlcədən xəbər verin ki, heç olmasa mən yeniyetmə meqalomaniyasına hazır vəziyyətdə olum.

Sizin

Anasteyşa Stil – lütfən, yadınızda saxlayın.

Redaktor, SİP

———-

Kimdən: Kristian Qrey

Mövzu: bazar gününün yeddi çaları

Tarix: 22 avqust 2011 14:34

Kimə: Anasteyşa Stil

Mənim əziz missis Stilim (“Mənim” sözünə diqqət edin)

Özümü müdafiə üçün nə deyə bilərəm axı? Yaxınlıqda, siz tərəflərdə olduğum üçün sizə baş çəkdim. Və əlbəttə ki, siz mənim qiymətli aktivim deyilsiz – siz mənim sevimli xanımımsız.

Kristian Qrey

Meqaloman və “Grey Enterpise”in baş direktoru

———-

Baş verənləri zarafata salmaq istəyirdi, ancaq mənim heç güləcək halım yox idi. Nəfəsimi dərdim və işlərimə başladım.

Axşam işdən sonra Kristian məni ehtiyatlı sükutla qarşıladı.

— Salam, — maşına oturaraq salamlaşdım.

— Salam, — ehtiyatla salam verdi.

— Bu gün daha kimə mane olmusan? — nəzakətlə soruşdum.

— Sadəcə Flinnə, — güclə seziləcək təbəssümlə cavab verdi.

— Gələn dəfə onun yanına gedəndə məni maraqlandıran mövzuların siyahısını aparmağı unutma, — deyinə-deyinə dilləndim.

— Deyəsən, heç kefiniz yoxdur, missis Qrey.

Susdum… Düz qabağa baxırdım, Soyer və Rayanın boyunlarının arxasına.

Kristian bir az yaxına əyləşdi.

— Hey, — əlimi tutmaq üçün azca qabağa uzandı. Günün ikinci yarısını işimə köklənməkdənsə, bütün vaxtı ona nə deyəcəyimi düşünmüşdüm. Ancaq saatlar ötdükcə ona daha çox qəzəbim tuturdu. Bezmişdim. İnadkarlığı və həddən artıq özündən razılığından boğaza yığılmışdım. Özünü lap oğlan uşağı kimi aparırdı. Əlimi çəkib üzümü çevirdim — lap uşaq kimi davranırdı.

— Qəzəblənirsən? — Kristian pıçıltıyla soruşdu.

— Hə, — əllərimi qoynumda çarpazlayıb pəncərədən çölə baxdım. O, bir az da yaxına gəldi, amma özümə söz verdim ki, üzümü ona tərəf çevrilməyim. Nə üçün ona acığım tuturdu? Bilmirdim. Amma acıqlı idim… Dəli olurdum.

“Eskala”nın qarşısına çatar-çatmaz, bütün qayda və təlimləri pozaraq portfelimi də götürüb maşından bayıra atılıb sürətli addımlarla evə tərəf getdim, kimin məni müşayiət etməsinə belə fikir vermədən. Sən demə, Rayan imiş. Foyedə liftə özünü birinci çatdırıb düyməni basdı.

— Nə? — sualı ona acıqla atdım.

O, qıpqırmızı qızardı.

— Bağışlayın, mem.

Kristian yaxınlaşdı və yanımda dayanaraq lifti gözlədi. Rayan hiss edilmədən yox oldu.

— Deməli sən təkcə mənə qəzəbli deyilsən? — Kristian quru səslə soruşdu.

Dönüb baxdığımda üzündə təbəssüm kölgələrini gördüm.

— Sən hələ bir gülürsən mənə? — Baxışlarımla onu yandırıb-yaxdım.

— Nə daşınırsan, cürət belə edə bilmərəm –Kristian üstünə tapança tuşlamışam kimi əllərini yuxarı qaldırdı. Tünd göy kostyumunda idi və bu geyimində səliqəli və təravətli görünürdü. Üzündə məsum bir ifadə vardı, saçları seksual tərzdə alnına tökülmüşdü.

— Gərək saçını kəsdirəsən, — deyib üzümü çevirdim və liftin kabinəsinə daxil oldum.

— Doğrudan? — saçlarını alnından yığışdırıb ardımca liftə girdi

— Hə. — kodu yığmağa başladım.

— Bu o deməkdir ki, mənimlə danışırsan?

— Sadəcə indi.

— Konkret olaraq nəyə qəzəblənmisən ki? — ehtiyatla soruşdu.

Çevrilib mənalı-mənalı üzünə baxdım.

— Yəni, doğrudan başa düşmürsən? Sən ki belə ağıllısan, necə olsa təxmin etməli idin. İnana bilmirəm ki, sən belə kütsən.

Özünü itirmiş halda bir addım geri çəkildi.

— Sən də lap ağ elədin. Axı biz hər şeyi bu gün sənin kabinetində həll etdik.

— Sadəcə olaraq mən mübahisə etmək istəmirdim. Sən elə tələbkar və inadkarsan ki.

Qapılar açıldı və mən çıxdım. Dəhlizdə Teylor dayanmışdı. Məni görən kimi kənara çəkildi və tez ağzını örtdü.

— Salam Teylor, — dedim.

— Axşamınız xeyir, missis Qrey.

Portfelimi dəhlizdə qoyub otağa keçdim.

Missis Cons qaz plitəsinin yanında dayanmışdı.

Salamlaşaraq, soyuducuya tərəf getdim və ağ şərab şüşəsini götürdüm. Kristian əl çəkmirdi Qırğı kimi məni izləyirdi. Şkafdan qədəh götürdüm. O, pencəyini çıxarıb stula atdı.

— İçmək istəyirsən? — nəzakətlə soruşdum

— Yox, sağ ol, — dedi, amma gözünü məndən çəkmirdi. Bilirdim: indi o, köməksiz idi, çünki mənimlə nə edəcəyini bilmirdi. Bir tərəfdən gülməli, digər tərəfdənsə faciəli idi. “Sənə bu da azdır”, — öz-özümə fikirləşdim. Kabinetdəki söhbətdən sonra ona qətiyyən yazığım gəlmirdi. O, qalstukunu yavaş-yavaş açdı, köynəyinin üst düyməsini də açdı. Mənsə özümə iri qədəhdə savinyon süzdüm. Kristian barmaqlarını saçında gəzdirdi. Çevrilib baxdım — missis Cons ortalıqdan yox olmuşdu. Lənət olsun. O mənim qalxanım idi. Bir qurtum içdim. M-m-m. Ləzzətli idi

— Bəsdir, — Kristian pıçıldadı və iki addım ataraq qarşımda dayandı. Əlini uzadıb saçlarımı düzəltdi, barmaqlarının ucuyla qulaq sırğalıqlarıma toxundu.

Məni sanki ildırım vurdu. İndi nə oldu, belə çıxır ki, bütün günü gözlədiyim bu idi? Kristianın toxunuşları? Başımı yırğalayıb dümdüz ona baxdım. Susurdum.

— Danış mənimlə, — o, mızıldandı.

— Nə mənası var? Sən ki məni heç dinləmirsən.

— Dinləyirəm. Sən — dinlədiyim çox az insanlardan birisən.

Şərabdan bir qurtum da aldım.

— Bütün bunlar sənin adına görədir?

— Həm hə, həm yox. Bütün məsələ mən səninlə razı olmayanda etdiyin hərəkətlərindədir. — Baxdım, reaksiyasını gözləyirdim, qəzəblənməsini gözləyirdim. Ağzını marçıldatdı.

— Ana, axı sən bilirsən ki, mənim… öz qaydalarım var. Söhbət səndən gedəndə obyektiv olmaq mənim üçün çox çətindir. Və sən də bunu bilirsən.

— Ancaq mən uşaq deyiləm, qiymətli səhm də deyiləm.

— Bilirəm. — O, ah çəkdi.

— Bilirsənsə, onda mənimlə uyğun şəkildə davran, — mən yalvarıcı tonla pıçıldadım.

Kristian yanağımı sığalladı, baş barmağı ilə üst dodağımı oxşadı.

— Hirslənmə. Mənim üçün o qədər əzizsən ki. Qiymətli bir səhm kağızı kimi, uşaq kimi, — peşman olmuş tonda pıçıldadı. Son sözləri diqqətimi çəkdi. Uşaq kimi qiymətli. Deməli, uşaq onun üçün dəyərli idi.

— Mən nə o, nə də o biriyəm. Mən — sənin arvadınam. Sənin soyadını istifadə etməməyim xətrinə dəyibsə, bunu üzümə deməli idin.

— Xətrimə dəymək? — Kristianın qaşları çatıldı, haqlı olub-olmadığımı düşünməyə başladığını hiss etdim. Birdən qəddini düzəltdi və saatına baxdı. — Bir saatdan sonra arxitektor gələcək. Yemək lazımdır.

Bax belə. Yenə də cavab vermədi və indi gərək Cia Matteo ilə məşğul olaq. İt günündə bir gün daha da it günündə bitəcəkdi.

— Söhbətimiz hələ bitməyib, — xəbərdarlıq etdim.

— Danışacaq başqa nə var ki?

— Sən şirkəti sata bilərdin?

Fısıldadı.

— Satmaq?

— Hə.

— Düşünürsən ki, bugünkü vəziyyətlə bazarda alıcı tapa bilərəm?

— Neçəyə başa gəlmişdi sənə?

— Mən onu xeyli ucuz almışdım, — ehtiyatla cavab verdi.

— Birdən şirkət bağlansa necə olacaq?

— Birtəhər dözərik, — güldü. — Ancaq o bağlanmayacaq. Nə qədər ki, sən oradasan, bağlanmaz.

— Birdən mən getsəm?

— Nə ilə məşğul olacaqsan ki?

— Hələ bilmirəm. Başqa bir işlə.

— Axı sən dedin ki, həmişə belə işi arzulamısan. Və, əgər səhv edirəmsə bağışla, mən Tanrı qarşısında və ona bənzər Uelçin, bütün bizim yaxın və doğmalarımızın qarşısında and içmişəm ki, sənin qayğına qalacam, səni qoruyacam və bəsləyəcəm.

— Sən nikah andiçməsindən sitatlar gətirirsən, bu düzgün deyil.

— Səninlə bağlı məsələlərdə düzgün olmağıma heç vaxt söz verməmişəm. Ona qalsa, nikah andını ilk olaraq sən mənə qarşı pozmusan.

Qəzəbli baxışla cavab verdim. Deməyə sözüm yox idi, bu, həqiqət idi.

— Anasteyşa, hirslənmisəndə, bütün hirsini yataqda tök. — Səsinin tonu dəyişildi, ehtiras tonları ilə dolmuş, gözləri isə tündləşmişdi.

Nə? Yataq? Necə?

Kristian nəzakətlə gülümsədi. O nə gözləyir? Gözləyirdi ki, onu yenə bağışlayacam? Adam lap dəli ola bilər…

— Bazar gününün yeddi çaları, — pıçıltı ilə dedi. –Səbirsizliklə gözləyirəm.

Belə de!

— Qeyl! — birdən qışqırdı və düz dörd saniyədən sonra mətbəxdə missis Cons peyda oldu. Maraqlıdır, o, harada idi? Teylorun kabinetində? Yoxsa kandarda bizi dinləyirdi? Lənətə gəlsin.

— Mister Qrey?

— Biz yemək istəyirik. Elə indi. Zəhmət olmasa.

— Yaxşı, ser.

Kristian gözünü məndən ayırmırdı. Sanki keşiyimi çəkirdi. Elə bil ki, mən nəsə ekzotik bir heyvandım və qaçıb gedə bilərdim. Şərabı axıra qədər içdim.

— Deyirəm, bəlkə mən də içim, — köks ötürüb barmaqlarını yenə saçlarında gəzdirdi.

— Sən hələ yeyib bitirməmisən?

— Yox. — Boşqabdakı toxunulmamış fetuçiniyə baxdım — onun diqqətli baxışlarına tab gətirə bilmirdim — və o, nəsə deməyə macal tapmamış yerimdən qalxıb süfrəni yığışdırmağa başladım.

— Cia indilərdə gələcək, — dedim. Kristian narazı tərzdə üzünü turşutdu, ancaq heç nə demədi.

— Mən yığışdıraram, missis Qrey, — mətbəxə girən missis Cons dilləndi.

— Çox sağ olun.

— Xoşunuza gəlmədi? — qayğılı-qayğılı soruşdu.

— Yox, hər şey yaxşı idi. Sadəcə mən ac deyiləm.

Missis Cons təəssüf hissi ilə başını tərpətdi və çevrilərək boşqabları qabyuyana qoydu.

— Mən bir neçə yerə zəng etməliyəm, — Kristian dedi və məni qiymətləndirici baxışlarla süzərək kabinetinə çəkildi.

Mən rahat nəfəs alıb yataq otağına keçdim. Şam yeməyi narahat atmosferdə keçmişdi. Mən hələ də Kristiana acıqlı idim və o, deyəsən, günah işlətdiyini düşünmürdü. Günah etmişdimi?

Mənim şüurum yenə də qaşlarını qaldıraraq eynəyinin altından mənə zilləndi. Kristianın üzündən iş yerində mən özümü yenə də narahat hiss etməyə başlamışdı. Bizə heç kimin mane olmadığı evimizdə də söhbəti davam etdirməyə izin vermədi. Bəs əgər mən onun kabinetinə girib orada ağalıq etsəydim özünü necə hiss edərdi? Bu azmış kimi Kristian hələ SİP-i mənə vermək niyyətinə də düşmüşdü? Mən bu şirkətlə nə edəcəkdim? Axı mənim biznesdən qətiyyən başım çıxmırdı.

Pəncərədən qürub edən günəşin çəhrayı işığına bürünmüş şəhərə baxdım. Həmişə olduğu kimi Kristian bütün bizim küskünlüklərimizi yataq otağında silmək istəyirdi. Ya da oyun otağında. Yaxud da televizor olan otaqda. Və yaxud da mətbəx masasında. Stop! Onun hər şeyi sekslə yekunlaşırdı. Seks – bir nəzarət mexanizmidir! (Nəzarət mexanizmi (coping mechanism, ingiliscə) – psixologiyada nəzarət mexanizmi insanın stressli vəziyyətlərə uyğunlaşma bacarığını təyin edir.

Vanna otağına keçdim. Güzgüdə özümə baxdım. Reallığa qayıtmaq heç vaxt asan olmurdu. Nə qədər ki, balonun içində idik, mübahisələr nə cürsə həll olunurdu. Biz sadəcə olaraq onlara fikir vermirdik, çünki büsbütün bir-birimizlə məşğul idik. Amma indi? Toy günümüzü xatırladım, mənim ovaxtkı təlaşlarımı – çox tələsik nikah idi… Yox, belə düşünmək olmazdı. Axı mən kimə ərə getdiyimi bilirdim. Sadəcə onunla hər şey haqqında danışmaq, aydınlaşdırmaq lazım idi. Yenə güzgüyə baxdım – rəngim ağarmışdı. Bir azdan həmin o qadınla da üz-üzə gələcəkdim.

Əynimdə dizə doğru daralan boz ətək və qolsuz köynək var idi. Düzdür! Mənim daxili ilahəm al qırmızı dırnaqlarını çıxartdı. Köynəyimin yuxarıdakı ilk iki düyməsini açıq saxladım. Üzümü yuyub, diqqətə makiyaj etdim – kirpik tuşunu həmişəkindən bol sürtdüm, daha al və parıltılı dodaq boyası vurdun. Acımadan, diblərindən uclarına qədər saçımı daradım, ayağa qalxanda saçlarım şabalıdı qulaclarla sinəmə qədər düşürdü. Saçımı qulağımın ardına sürüşdürdüm və ayaqqabı axtarışına yollandım – hündürdaban ayaqqabısız bu gün heç nəyə nail olmaq olmazdı.

Böyük otağa keçdim. Kristian yemək masası arxasında dayanıb masaya sərilmiş planlara göz gəzdirirdi. Musiqi mərkəzindən otağa xoş melodiya yayılırdı. Olduğum yerdə dayandım.

— Missis Qrey, — nəzakətlə dilləndi, sonra çevrilərək heyrətlə mənə baxdı.

— Bu nədir? — çalınan musiqini nəzərdə tuturdum.

— Qabriel Forenin “Rekviyemi”. Sən nəsə başqa cür görünürsən, — dalğın bir səslə dedi.

— Bax belə. Əvvəllər heç dinləməmişdim.

— Dincəlmək üçün yaxşı musiqidir. — Kristian təəccüblə qaşını qaldırırdı. — Saçlarına nəsə etmisən?

— Sadəcə daramışam. — Təmiz, ilahi səslər məni haralarasa səsləyirdi.

Kristian kağızları bir kənara itələyib tələsmədən, musiqinin ritmi altında yırğalana-yırğalana mənə sarı gəldi.

— Rəqs edək?

— Nə? Rekviyemlə?

— Hə. — O, əllərini çiynimə qoydu, üzünü saçlarıma gömdü və burun dolusu uca səslə qoxuladı, mən isə onun ilahi ətrindən həzz alırdım. Bu gün Kristian üçün çox darıxmışdım! Ona sıxıldım və ağlamaqdan özümü güclə saxladım. Axı niyə sən belə dözülməzsən?

— Səninlə dalaşmaq istəmirəm, bacarmıram, — o, pıçıldadı.

— Onda özünü heyvərə kimi aparmağını yığışdır.

Kristian güldü və məni bir az da möhkəm qucaqladı.

Heyvərə kimi?

— Mənimsə daha çox “eşşək kimi” sözü xoşuma gəlir.

— Doğru təsbitdir. Çünki sənə o ad yaraşır.

Kristian yenə də güldü və saçımı öpdü.

— Deməli, rekviyem? — Bu cür musiqi sədası altında rəqs etməyimizə inana bilmirdim.

Çiyinlərini çəkdi.

— Xoş bir musiqidir.

Qapının kandarında Teylorun yüngül öskürək səsi eşidildi. Kristian ona tərəf çevrildi.

— Miss Matteo gəlib.

Nə böyük xoşbəxtlik!

— Onu içəri gətir. –Kristian əlimdən tutdu və elə bu anda otağa miss Cia Matteo daxil oldu.

VIII HİSSƏ

Cia Matteo – hündürboylu, qəşəng qadındır. Boyanmış, qısa sarı saçları var. Ustalıqla burulmuş saçlarına taca bənzər forma verib. Əyninə şalvar və bel hissəsində oturan dar, dəbli biçimdə jaketdən ibarət açıq boz kostyum geyinmişdi. Görünüşündən bəlli idi ki, qiyafəti bahalıdır. Sinəsində altında iri brilyant bərq vururdu, qulağında isə daha kiçik brilyant sırğaları vardı. Dəbli, baxımlı, xüsusi növ bir xanım idi – hiss olunur ki, həm pullu, həm də kübardır. Ən əsas detal; onun zərif mavi bluzkasının yaxası həddən artıq açıq idi. Elə mənimki kimi. Yanaqlarım pörtmüşdü.

— Kristian, Ana, axşamınız xeyir. — ideal ağ dişlərini nümayiş etdirərək gülümsədi, sığallı, ideal manikürlü əlini irəli uzatdı — əvvəl Kristiana, sonra da mənə. Ona əl uzatmaq üçün Kristianın əlini buraxmağa məcbur qaldım. Cianın boyu Kristianınkından bir az balaca idi, amma buna ayağına geyindiyi hündür dabanların sayəsində nail olmuşdu.

— Salam, Cia — ərim nəzakətlə cavab verdi. Mən isə saxta təbəssümlə yola verdim.

— Bal ayından sonra ikiniz də çox yaxşı görünürsüz, — deyərək Cia tuşun çoxluğundan ağırlaşmış uzun kirpikləri altından Kristianı süzdü. Gözləri qəhvəyi rəngdədir.

Kristian qolunu belimə doladı.

— Hə, çox gözəl dincəldik. Çox sağ olun.

Kristian birdən əyilib gicgahımdan öpdü, sanki o, mənimdir demək istəyirdi. Dəlisovdur, hətta dözülməzdir, amma mənimdir. Gülümsündüm. Sevirəm səni, Kristian Qrey! Əlimi şalvarının arxa cibinə atdım, yavaşca ombasını sıxdım. Cia yalandan gülümsədi.

— Planlara baxa bilmisiz?

— Hə, baxdıq, — deyib Kristiana nəzər saldım o, gülə-gülə mənə baxdı və qaşlarını oynatdı. Maraqlıdır, nəyə şənlənmişdi ki belə? Mənim Ciaya olan reaksiyama, yoxsa ombasını sıxmağıma?

— Planlar buradadır, — Kristian başı ilə nahar masasına işarə elədi və əlimdən tutub məni masaya tərəf apardı. Cia arxamızca gəldi. Mən də nəhayət, ev xanımı kimi vəzifələrimi yadıma saldım.

— İçməyə bir şey istəyirsiz? Bəlkə şərab?

— Məmnuniyyətlə. Mümkünsə, ağ, kəmşirin.

Zəhrimara qalsın! Ağ savinyon – bu ki kəmşirin şərab imiş? Ərimi tək qoymaq istəmirdim, amma məcburən mətbəxə getdim. Kristian musiqini söndürdü.

— Sən yenə bir şey içmək istəyirsən? — Kristiana tərəf çevrilmədən soruşdum.

— Hə, əzizim, zəhmət olmasa, — nəzakətli səslə cavab verdi. Nə qədər xoş, nə qədər nəzakətli idi, — ancaq bəzən o qədər dözülməz olurdu ki.

Barmaqlarımın ucunda qalxıb şkafı açdım. Kristianın baxışlarını kürəyimdə hiss eləyirdim. Xoşagəlməz hiss idi, sanki ikimiz də birlikdə hansısa şounun iştirakçıları idik, oyun oynayırdıq — ancaq bu dəfə ikimiz də eyni cəbhədə miss Cia Matteoya qarşı birləşmişdik. Bu qadının ondan xoşu gəldiyini və bunu açıq şəkildə bəlli etdiyini başa düşürdümü? Bəlkə Kristian mənim tərəfimi tutmaq, ruhlandırmaq istəyirdi? Əlbəttə, ki bu çox xoş idi. Ya da bəlkə o, açıq və birmənalı şəkildə qadına başa salmaq istəyirdi ki, həyatında artıq biri var?

Mənimdir. Bəli, qancıq, o – mənimdir. Daxili ilahəm qladiator zirehlərini geyinmişdi – heç bir mərhəməti olmayacaqdı, heç kim əsirliyə alınmayacaqdı. Öz-özümə gülümsəyərək şkafdan üç şərab qədəhi çıxartdım, soyuducudan isə artıq açılmış sovinyon şüşəsini götürüb masaya qoydum. Cia nahar masasındakı kağızların üzərinə əyilmişdi, Kristiansa yanında dayanaraq əli ilə nəyisə göstərirdi.

— Şüşəli divarla bağlı Ananın bir az tərəddüdü var, amma bütövlükdə biz razıyıq.

— Çox şadam, — rahat nəfəs alaraq dedi və əlini plana uzadarkən guya təsadüfən əli Kristianın çiyninə toxundu. Kristian o dəqiqə gərginləşdi və Cia bunu deyəsən, hiss etmədi.

“Əl çəkin ondan, ledi. Ərimin ona toxunulmasından xoşu gəlmir”, – öz-özümə fısıldadım. Kristian bir addım geri çəkildi və arada məsafə yaradan kimi mənə tərəf döndü.

— Susuzluqdan yandıq.

— Gəlirəm.

Kristian yüz faiz oyun oynayır. Cianın olmağı onu əməlli-başlı sıxır. Bəs niyə mən əvvəllər buna fikir verməmişəm? İndi başa düşdüm nəyə görə o qadını xoşlamıram. Kristian qadınların ona göstərdikləri reaksiyaya artıq alışmışdı və adətən buna elə də əhəmiyyət vermirdi. O ki qaldı toxunuşlara – bu artıq tamamilə başqa məsələ idi. Yaxşı, missis Qrey köməyinə tələsir.

Cəld şərabı badələrə süzüb, bəlaya düşmüş sərkərdəmin harayına tələsdim. Qədəhi Ciaya təklif edəndə qəsdən ikisinin arasına girdim. Cia nəzakətli təbəssümlə cavab verdi. İkinci qədəhi Kristiana uzatdım – o, rahat nəfəs dərdi və minnətdarlıqla mənə baxdı.

— Sizin sağlığınıza! — Cia ikimizə də desə də mənə baxırdı. Cia və mən qədəhləri qaldırdıq, ikimiz də bir ağızdan eyni sözü təkrarladıq. Bir qurtum aldım.

Cia mənə tərəf döndü.

— Ana, belə başa düşdüm ki, siz şüşə divara etiraz edirsiz?

— Hə. Məni düzgün başa düşün, xoşuma gəlmədi. Ancaq şüşə divarın evin görkəminə başqa tərzdə daxil edilməsini istərdim. O evə vurulmuşam və orada radikal dəyişikliyin olmasını istəməzdim.

— Aydındır.

— Şüşə divarı elə bir şəkildə qurmaq lazımdır ki, evin orijinal planına daha çox uyğunlaşa bilsin. — Deyib Kristiana baxdım, — o, məni fikirli-fikirli dinləyirdi, sonra başını tərpətdi.

— Bir sözlə, heç bir miqyaslı modernizasiya olmasın.

— Olmasın. — qətiyyətlə başımı yırğaladım.

— Ev olduğu kimi sizin xoşunuza gəlir?

— Ümumiyyətlə, hə. Mən həmişə fikirləşirdim ki, o evə bir balaca qayğı və diqqət lazımdır.

Kristianın baxışı ilıqlaşdı.

Cia ikimizə baxdı və yanaqları allandı.

— Yaxşı — dedi. — Deyəsən, sizi anlamağa başlayıram. Bəs əgər şüşə divarı saxlasaq, amma aralıq dənizi üslubunda olduğu kimi geniş terrasa açılmasını təmin etsək necə? — Belə baxsaq, terrasımız artıq var. Uyğun daşlardan sütunlar hazırlayaq, — aralarında — isə mənzərənin qarşısını kəsməmək üçün geniş məsafə qoyaq. Və sonra da şüşə tavan və ona uyğun döşəmə yerləşdirək. O zaman orada nahar üçün rahat məkan yaranacaq.

İnsafən demək lazımdır ki, bu qadın öz işini bilirdi. Özü də çox yaxşı bilirdi.

— Başqa bir variant da var, — Cia əlavə elədi. — Terrasın əvəzinə şüşəli qapıları ağac rənginə boyayaq və bununla da aralıq dənizi ruhunu qoruyub saxlamış olarıq.

— Fransanın cənubundakı parlaq mavi şirma kimi, — hələ də diqqətlə məni izləyən Kristiana dedi.

O, şərabdan içib sakit tərzdə çiyinlərini çəkdi. Hmm… İkinci təklif onun xoşuna gəlmirdi, amma məni tənqid etmək, ağzımdan vurub axmaq vəziyyətində qoymaq da istəmirdi. İlahi, bu necə insan idi, büsbütün ziddiyyət dağarcığıdır! Yadıma dünənki sözləri düşdü: “Mən istəyirəm ki, ev sənin istədiyin kimi olsun. Sənin onu necə görməyindən asılı olmayaraq. O, sənindir!”. Kristian mənim xoşbəxt olmağımı istəyirdi.

Etdiyim hər bir şeydə xoşbəxt olmağımı. Qəlbimin dərinliyində başa düşürdüm ki, bu, doğrudan da belədir. Sadəcə… Stop. İndi bu barədə düşünmək vaxtı deyil. Şüuraltım əsəblə qaşlarını çatdı. Cia Kristiana baxır, onun qərarını gözləyirdi. Cianı müşahidə etdim: bəbəkləri genişlənib, dodaqları aralı qalmışdı.

Şərabı içməzdən əvvəl dilini parıldayan üst dodağında gəzdirdi. Kristiana baxdım – o, bayaqkı kimi yenə də mənə baxırdı, ona yox. Hə! Mənim daxili ilahəm qalibiyyətlə yumruğunu yellədi. Mənim hələ miss Matteoya deyəcəyim bir neçə sözüm olacaq!..

— Nə deyirsən , Ana? — Kristian soruşdu.

— Terras ideyası xoşuma gəldi.

— Mənim də.

Ciaya tərəf döndüm. Eləcə qışqırmaq istəyirdim: “Hey, ledi, bura baxın, ora deyil. Burada qərarları verən mənəm!”

— Genişləndirilmiş terras və evə uyğun sütunların olduğu planın yeni variantını görmək istərdim.

Cia həvəssiz-həvəssiz gözünü ərimdən çəkib mənə baxdı və nəzakətlə gülümsədi. Doğrudanmı elə bilirdi ki, mən heç nəyi görmürəm?

— Əlbəttə, — nəzakətlə dedi. — Başqa?

Sənin ərimi gözlərinlə yeməyindən başqamı?

— Kristian yataq otağında da dəyişiklik etmək istəyirdi.

Salonun kandarında yavaş öskürək səsi eşidildi. Üçümüz də çevrilib baxdıq – Teylor idi.

— Nə olub? — Kristian soruşdu.

— Sizinlə danışmalıyam, mister Qrey. Ciddi məsələdir.

Kristian mənə arxadan yaxınlaşaraq əllərini çiynimə qoydu və üzünü Ciaya tutdu:

— Bu layihə ilə missis Qrey məşğuldur. Kart-blanş onun əlindədir. Hər şey onun istədiyi kimi olacaq, intuisiyasına, zövqünə və qabiliyyətinə etibar eləyirəm. –Səsi birtəhər çıxırdı; sanki maskalanmış bir ehtiyatkarlıq hiss etmişdim. Kimdən? Ciadan?

Mənim intuisiyama etibar eləyirdi? Gəl, indi buna əsəbiləşmə! Hələ bu gün səhər hisslərimin üzərindən döymə botinkalarıyla əzib keçmişdi, amma indi… Əsəbdən başımı yırğaladım, ancaq qəlbimin dərinliyində ona minnətdar idim: axır ki, Kristian təəssüf ki, öz işindən əla baş çıxaran bu miss Yoldançıxarana burada qərarları kimin verdiyini başa saldı. Mən Kristianın əlinin üstünü sığalladım.

— İcazənizlə. — Teylorla bərabər getməzdən əvvəl Kristian nəzakətlə çiyinlərimi sıxdı. Maraqlıdır, görəsən orada nə baş vermişdi?

— Beləliklə… yataq otağı? — Cia əsəbi tonda soruşdu.

Mən Teylorla Kristianın çəkilib getməyini gözləyərək ona baxırdım. Sonra bütün qüvvəmi toplayıb son beş saat ərzində mənimlə necə kobud davranıldığını özümə xatırladaraq içimdə yığılıb qalmış hər şeyin heyfini Ciadan çıxdım.

— Sizin əsəbiləşməyə hər cür əsasınız var, çünki layihə üzərindəki işiniz bir tükdən asılı vəziyyətdə qalıb. Ancaq mən əminəm ki, biz hər şeyi yoluna qoya bilərik, ancaq bir şərtlə ki əllərinizi ərimdən çəkəcəksiz.

Cia nəfəsini tutdu.

— Ək halda siz qovulacaqsız. Aydındır? — Mən bunu yavaş və dəqiq, hər bir sözü diqqətlə vurğulaya-vurğulaya dedim.

Cia gözünü döyürdü; o, özünü itirmişdi və çaşqınlıq içində idi. Dinləyir və heç cür inana bilmirdi ki, bunu ona mən deyirəm. Mən heç özüm də buna inana bilmirdim, amma özümü saxladım və soyuqqanlılıqla onun hədəqəsindən çıxmış gözlərinə baxdım.

Nə edirsən et, geri çəkilmə! Möhkəm ol! Bu soyuq, duyğusuz ifadəni Kristiandan əxz eləmişəm, o isə tamamilə hissiyatsız qalmağı hamıdan yaxşı bacarır. Qreyin baş qərargahının yenidən qurulması layihəsi – Cia arxitektura firması üçün nüfuzlu layihədir. Bu cür sifarişi o, itirə bilməz. O ki qaldı miss Matteonun Eliotun rəfiqəsi olmağına, indi bu, mənim qətiyyən vecimə də deyil.

— Ana… missis Qrey… mən… Bağışlayın, çox təəssüf edirəm. Mənim heç ağlımda da… –O, qıpqırmızı qızardı, nə deyəcəyini bilmirdi.

— Gəlin açıq danışaq ki, hər şey çox aydın olsun. Siz mənim ərimə maraqlı deyilsiz.

— Əlbəttə, — o, rəngi qaçmış halda mırıldandı.

— Dedim ki, aramızda hər şey tam açıq olsun.

— Missis Qrey, əgər elə düşünürsüzsə ki, mən… Öz üzrxahlığımı bildirirəm… –O, özünü itirmiş, çaşqın vəziyyətdə susdu.

— Yaxşı. Nə qədər ki, bir-birimiz başa düşürük, hər şey yaxşı olacaq. İndi isə, icazənizlə yataq otağında məhz nə istədiyimizi izah eləyim və təqdim etdiyiniz materiallara siyahı üzrə nəzər yetirək. Sizə məlum olduğu kimi biz Kristianla evin ekoloji tələblərə cavab verməyini istəyirik. Mən tikinti materiallarının haradan alındığını və nədən ibarət olduğunu bilmək istəyirəm.

— Əlbəttə, — kəkələdi və qorxudan kirpiklərini döyərək mızıldandı.

İlk dəfədir ki, kimsə məndən qorxurdu. Mənim daxili ilahəm heyrətdən coşmuşdu.

Cia əsəbi halda saçlarını sığallayırdı.

— Deməli yataq otağı? — güclə eşidiləcək səslə dilləndi.

Mən qalib gəldim və Kristianla kabinetdəki söhbətimizdən sonra ilk dəfə rahatladım. Bunu özümə rəva görə bilirəm. Mənim daxili ilahəm öz daxili ifritəsini alqışlayır.

Biz yekunlaşanda Kristian qayıtdı.

— Hər şeyi bitirdiz? — soruşaraq belimi qucaqladı və üzünü Ciaya tutdu.

— Bəli, mister Qrey. — O, qayğısızca gülümsədi, hərçənd bu təbəssümdə inandırıcılıq az idi. –Bir neçə günə yenilənmiş plan əlinizdə olacaq.

— Əla. — Kristian sual dolu baxışlarla mənə baxdı. –Sən razısan?

Mən başımı yellədim və nəyə görəsə qızardım.

— Onda mən gedim, — Cia eyni saxta təbəssümlə dilləndi və əlini uzatdı; əvvəl mənə, sonra da Kristiana.

— Hələlik, Cia — mən dedim.

— Sağ olun, mister Qrey, missis Qrey…

Kandarda yenə Teylor peyda oldu

— Teylor sizi yola salar, — elə dedim ki, Teylor eşitsin.

Cia yenə saçlarını sığalladı, dikdabanlarında çevrilərək Teylorun ardınca getdi.

— Özünü xeyli təmkinli aparırdı, — Kristian dillənir.

— Sənə elə gəlir? Nəsə mən hiss eləmədim. — biganəliklə çiynimi çəkdim. — Teylor nə istəyirdi? — Mənə doğrudan da maraqlıdır, bir də ki mövzunu dəyişmək istəyirəm.

Kristian stola yaxınlaşıb planlar olan kağızları bükməyə başlayır.

— Bu, Hayda aiddir.

— Hayd? Nə olub ki?

— Sən narahat olma, Ana. — Kristian yenə məni qucaqladı. –Sən demə Hayd bir neçə həftədir ki, evində olmayıb. — O, boynumun ardını öpüb təzədən stola tərəf qayıtdı.

A…

— Hə, axır nə qərara gəldin? — Başa düşürəm ki, Hayd haqqında danışmaq və suallarıma cavab vermək istəmir.

— Dünən səninlə müzakirə etdiyimiz dəyişikliklər məsələsini razılaşdıq, — cavab verdim və sakitcə əlavə elədim: — Məncə, sən onun xoşuna gəlirsən.

Kristian fısıldadı.

— Sən ona nəsə dedin? — Mən pörtdüm. Hardan bildi? Nə deyəcəyimi bilməyib başımı aşağı saldım. –Onun gəlişinə qədər — biz Kristianla Ana idik, o gedəndən sonra isə mister Qreylə missis Qrey olduq. — Səs tonum quru, duyğusuzdur.

— Bəlkə də nəsə demişəm, –

— Aydındır. Gərək axşam yeməyini yeyəydin — səsində həm rişxənd həm də ciddilik var. — Amma, bəlkə nəsə eləyə bilərəm. — Qalx ayağa.

Nə olacağını artıq bilirəm və ayağa qalxıram. Ayaqlarım daha əsmir.

— Diz çök.

Soyuq döşəmədə diz üstə əyildim.

— Öp məni.

O, yaxına gəldi və cinsiyyət üzvünü əlinə alaraq dilini üst dişlərinin üstündə dolaşdırdı. Bilmirəm niyə, amma bu hərəkətində inanılmaz bir erotika vardı. Mən qabağa əyilib cinsiyyət üzvünün ucundan öpürəm. O, ucadan içini çəkir və dişlərini qıcayaraq donub qalır. Sonra əlini başıma qoyur, mənsə cinsiyyət üzvünün ucundan damlayan mayenin dadına baxıram. Mmm… dadlıdır… Kristian ağzı ayrıq vəziyyətdə donub qalır, mənsə onu ağzımın içinə çəkib acgözlüklə soruram.

— A-a… — dişlərinin arasından iniltisi eşidilir, budlarını qabağa əyir, amma mən dayanmıram və bir az dərinə çəkirəm… İki əli ilə başımı tutub özünü yavaşca dala və qabağa hərəkət etdirməyə başlayır. Nəfəsi sürətlənir. Dilimi ucunda dolaşdırıram, Kristian gözlərini qıyır və inildəyir. Bu onun cavabıdı mənə. İşin ləzzəti bax, burdaymış. Dodaqlarımı çəkirəm, ancaq dişlərimlə saxlayıram.

— A-a! — Kristian dala və qabağa hərəkətlərini dayandırır, məndən yapışıb dizlərinin üstünə çəkir. — Bəsdir! — çımxırır və biləklərinə doladığı tumanımı çəkib çıxarır.

Mən qızarmış yerləri ovuşdurub altdan-altdan ona baxıram. O da mənə baxır, baxışlarında isə – sevgi, istək və şəhvət var. Məni yeddi çaların yeddisinə qədər eləmək istəyir… Onu elə dəhşət istəyirəm ki. Necə boşaldığını, qarşımda darmadağın olduğunu görmək istəyirəm. Cinsiyyət üzvünü əlimə alıb sonra üstünə otururam. Bir əlimlə çiynindən tutaraq çox yavaş və ehtiyatla üstünə çökürəm. O, çımxırır və yırtıcı səslər çıxarmağa başlayır. Bluzkamı əynimdən dartıb çıxarır və yerə atır.

— Dayan. — Barmaqları budumun ətinə batır. — Sənin dadına baxmaq istəyirəm.

Mən dayanıram. İlahi, o mənim içimdə olanda necə də yaxşıdır. Üzümü sığallayır, baxışlarıyla yeyir məni. O, altımda qıvrılır və mən iniltidən gözlərimi yumuram.

— Ən sevdiyim yer, — Kristian pıçıldayır, — Sənin için. Arvadımın içi.

Hə, Kristian. Daha dayana bilmirəm. Barmaqlarım nəm saçlarında dolaşır, dodaqlarım dodaqlarını tapır və mən yenidən qızışıram. Aşağı, yuxarı… Qoy hamısını verim, elə isə mən də alacam… Dodaq dodağa, dillər pərçimlənib, inilti iniltiyə qarışıb… Bütün dava-dalaş və küsüşmələrimizə baxmayaraq, bu, həmişə bizdə olacaq. Onu elə sevirəm ki, hətta bu sevgini heç nə ilə əvəz edə bilmirəm. Kristian əllərini budlarıma pərçimləyib, tempi nəzarətdə saxlayır, həm mənə kömək eləyir, həm də özünü qızışdırır…

Hərəkət sürətlənir və köməksiz iniltimi onun ağzında gizlədirəm. Bütün bədənim uçunur… uçunur…

— Hə… Hə… Ana… — Kristian məni öpüşlərə qərq eləyir — üzümü, döşlərimi, əllərimi, boynumu öpür. Yenidən ağzımı ağzına alır.

— Səni sevirəm, Kristian. Sevirəm. Həmişə də sevəcəm. — İstəyirəm bunu bilsin və heç bir şübhəsi qalmasın — bugünkü mübahisəmizdən sonra.

Kristian məni özünə sıxıb yüksək səslə inildəyir və bu kifayət edir ki, ardınca da mən boşalım. Boynunu qucaqlayıram və göz yaşlarım yanaqlarımdan süzülür. Çünki mən onu həqiqətən çox sevirəm.

— Hey? — deyib çənəmdən tutur və narahatlıqla gözlərimin içinə baxır. –Niyə ağlayırsan? Səni incitdim, hə?

— Yox.

Saçlarımı üzümdən çəkib, bir damcı göz yaşını ehmalca silərək şəfqətlə dodağımdan öpdü. Hələ də içimdədir; çıxarkən üzümü büzüşdürdüm.

— Nə olub, Ana? De.

— Heç nə. Sadəcə bəzən bu boyda sevgiyə tab gətirə bilmirəm.

Əvvəlcə diqqətlə mənə baxır, sonra utancaq-utancaq gülümsəyir.

— Səninlə mən də eyni hissi yaşayıram.

— Doğrudan?

— Özün ki bilirsən, — gülür.

— Bəzən bilirəm. Həmişə deyil.

— Qarşılıqlıdır missis Qrey.

Sinəsini öpürəm. O da çiynimdən öpür.

— İlahi bir qoxunuz var, missis Qrey.

— Sizin də, mister Qrey.

Burnumla sinəsində eşələnib ağır seks qoxan ətrini içimə çəkirəm. Ölənə qədər beləcə ağuşunda qalmaq istərdim. Mübahisə, qışqırıq, umu-küsüylə dolu iş günündən sonra mənə məhz elə bu lazım idi. Olmaq istədiyim yer bax, buradır, hətta baxmayaraq ki, bura hər şeyi nəzarətdə saxlamaq xəstəliyinə aludə olmuş birinin yanıydı. Kristian saçlarımın ətrini içinə çəkdi və mən halımdan məmnun halda köks ötürdüm. Əl-ələ tutub oturduq. Susurduq. Ancaq reallıq özünü xatırlatdı.

— Gec oldu.

— Hələ saçlarını da kəsməliyəm.

— Elədir. Amma missis Qrey, başlatdığınız işi sona çatdırmağa halınız var?

— Sizin xətrinizə, mister Qrey, mən bütün qurbanlara hazıram. — Sinəsindən öpüb tənbəl-tənbəl ayağa qalxdım.

— Getmə. — O, məni tutub saxladı, özünə tərəf çevirdi və ətəyimin düymələrini açmağa başladı. Ətək sürüşüb yerə düşdü. Əlini mənə uzatdı və mən ətəyin üstündən adlayıb keçdim. İndi əynimdə ancaq corab və jartiyer vardı.

— Nə gözəl mənzərədir, missis Qrey. — Kristian kürəyini stula dayayıb qollarını sinəsində çarpazladı.

Onun heyranlıq dolu baxışları qarşında fırlanıb dövrə vurdum.

— İlahi, bəxtim necə də gətirib, — heyranlıqla dilləndi.

— Razıyam.

Güldü.

— Köynəyimi geyin və saçlarımı qırx. Bu bluzkanda diqqətimi yayındırırsan və belə getsə yataq otağına gedib çıxa bilməyəcəyik.

Özümü saxlaya bilmədim, dodaqlarım qaçdı, gülümsədim. Hər addımımı izlədiyini bildiyim üçün budlarımı əsdirə-əsdirə öz ayaqqabılarım və onun köynəyi qalan tərəfə getdim. Yavaşca əyilib köynəyi yerdən qaldırdım və burnuma sıxdım – m-m-m! – deyib çiynimə atdım.

Kristianın gözləri böyüdü. Şalvarının qabağını artıq bağlamışdı.

— Missis Qrey, möhtəşəm tamaşa idi.

— Qayçımız var? — məsum səslə soruşub gözlərimi döydüm.

— Kabinetimdədir, — xırıltılı səslə cavab verdi.

— Gedim, gətirim. — Onu vanna otağında qoyub yataq otağımıza getdim, tualet masasından darağı götürüb Kristianın kabinetinə yollandım. Dəhlizdən keçərkən Teylorun otağının qapısının azacıq aralı olduğunu gördüm. Qapının düz girəcəyində missis Cons dayanmışdı. Yerimdə donub qaldım. Teylor onun yanağını sığallayır, nəzakətlə gülümsəyirdi. Sonra isə əyilib onu öpdü.

İşə bir bax! Teylor və missis Cons? Təəccübümdən ağzım ayrıq donub qaldım. Hərçənd… mən onsuz da şübhələnmişdim. Deməli, onlar birlikdədir.

Özümü qapıpusan kimi hiss edib qıpqırmızı qızardım, dəhlizi sürətlə keçib Kristianın kabinetinə girdim. İşığı yandırıb stola yaxınlaşdım. Teylor və missis Cons… Sən işə bir bax! Başım fırlandı. Mən həmişə elə bilirdim ki, missis Cons Teylordan yaşca böyükdür. İndi gəl, bunları başa düş. Stolun yuxarı siyirməsini çəkdim və başımdakı bütün fikirlər bir andaca dağıldı – siyirmədə tapança var. Kristianın tapançası varmış!

Daha doğrusu, bir revolver. Lənətə gəlsin! Heç ağlıma da gəlməzdi ki, Kristianın silahı var. Çıxarıb süngüsünü çəkirəm.

Patron darağı doludur. Amma nədənsə yüngüldür… çox yüngüldür. Deyəsən, karbon poladdandır. Yaxşı, bəs silah onun nəyinə lazımdır? Ümid edirəm, heç olmasa necə istifadə etməyi bilir. Reyin tez-tez silah barədə xəbərdarlıq etməsi yadıma düşdü. “Bu cür zarafatlar ölümcüldür, Ana. Əlinə silah alanda nə etdiyini dəqiq bilməlisən”. Revolveri yerinə qoyub qayçını axtardım. Tapan kimi Kristianın yanına qayıtdım. Qarmaqarışıq fikirlərdən beynimin içi dağılırdı. Teylor və missis Cons… revolver… Dəhlizin sonunda Teylorla qarşılaşdım.

— Missis Qrey… bağışlayın… — üst-başımı görüb utandığından qızardı.

— E…m…m… hə, Kristianın saçını kəsməyə hazırlaşırdım, — utana-utana ilk ağlıma gələni dedim.

Teylor məndən də pis vəziyyətdə idi. Ağzını açıb nəsə demək istədi, amma dərhal susaraq kənara çəkildi.

— Yalnız sizdən sonra, mem.

Mən deyəsən köhnə “Audi”mlə eyni rəngdə idim; onun kimi itaətkar. Utandığımdan ölsəm də, artıq gec idi.

— Çox sağ ol — deyib mırıldandım və güllə kimi çıxıb getdim. Zəhrimara qalsın! Burda tək olmadığımıza nə cürsə alışmaq lazımdır. Təngnəfəs vanna otağına şığıdım.

— Nə olub? — Kristian tuflimi əlində tutaraq qarşımda dayandı. Paltarlar səliqə ilə toplanaraq bir kənara qoyulmuşdu.

— Teylorla üzbəüz gəldim.

— O… — Kristian üzünü turşutdu. — Özü də bu görkəmdə.

Lənətə gəlsin!

— Axı Teylorun günahı yoxdur.

Qaşları çatıldı.

— Yoxdur. Amma yenə də.

— Mən paltardayam.

— Deməzdim.

— Heç bilmirəm ikimizdən hansımız daha çox utandıq, mən yoxsa o. — Diqqət yayındırıcı üsula əl atıram. — Xəbərin var ki, o və Qeyl… birlikdədirlər?

Kristian gülür.

— Hə, əlbəttə bilirdim.

— Və mənə deməmişdin?

— Elə bilirdim, xəbərin var?

— Yox.

— Ana, onlar uşaq deyil və bir damın altında yaşayırlar. İkisi də təkdir. Və hər ikisi də yaraşıqlıdır.

Mən qızardım: gör, nə qədər axmaq olmaq lazımdır ki, bunu hiss etməyəsən.

— Hmm… madam belə deyirsən… Sadəcə mən elə bilirdim ki, Qeyl Teylordan böyükdür.

— Elədir ki, var. Böyükdür, amma çox deyil. — Kristian anlaşılmaz baxışlarla mənə baxdı. — Bəzi kişilərdin özlərindən böyük qadınlardan xoşu gəlir… — O, baxışlarımı tutaraq susdu. Mən acıqlı-acıqlı üzümü turşutdum.

— Bilirəm.

Kristian peşmanlıqla başını yırğalayıb günahkarcasına gülümsədi. Hə! Diqqəti yayındıra bilmişəm. Şüuraltım gözlərini süzdürdü – Amma bu nəyin bahasına başa gəlmişdi? İndi də adının çəkilməsi qadağan olunan missis Robinsonun xəyalı üstümüzə çökmüşdü.

— Yeri gəlmişkən, yadıma düşdü, — Kristian sevincək dilləndi.

— Nə? — narazı-narazı donquldanaraq stulu qapıb üzü güzgüyə tərəf qoydum. — Otur!

Kristian nəzakətlə mənə baxdı və sözümü yerə salmadan stula əyləşdi. Saçlarını daramağa başladım. Saçı artıq yaş olmasa da, nəmliyini itirməmişdi.

— Təzə evdə, qarajın üstündəki otaqları təmir etdirib onlara verə bilərik. Qoy, yaşasınlar. Öz evləri kimi. Həm də bəlkə bundan sonra Teylorun qızı onu görməyə tez-tez gələr, — Kristian deyərək ehtiyatla güzgüdən mənə baxdı.

— Bəs nə üçün qızı burada qalmır?

— Teylor bircə dəfə olsun məndən icazə almayıb.

— Bəlkə sən özün təklif edəsən? Onda gərək özümüzü bir az tərbiyəli aparaq.

Kristian başını yırğaladı.

— Bunu heç düşünməmişəm.

— Bəlkə elə buna görə də Teylor səndən icazə almayıb. Qızını tanıyırsan?

— Hə. Xoş bir qızdır. Utancaqdır. Çox qəşəngdir. Mən onun təhsil haqqını ödəyirəm.

Doğrudan? Güzgüdən ona baxdım.

— Bunu bilmirdim.

Kristian çiyinlərini çəkdi.

— Bacardığımı eləmişəm. Ən azından bilirəm ki, heç olmasa çıxıb getməz.

— Əminəm ki, sənlə işləmək onun xoşuna gəlir.

Kristian boş boş mənə baxdı və çiyinlərini qısdı.

— Bilmirəm.

— Məncə o, sənə çox sədaqətlidir. — Saçlarını daramağa davam edirəm. Gözlərini çəkmədən mənə baxır.

— Elə düşünürsən?

— Hə.

Guya vecinə deyilmiş kimi fısıldadı, amma xoşuna gəldiyi bəlli idi.

— Yaxşı. Sən Cia ilə qarajın üstündəki evi danışacaqsan?

— Hə, əlbəttə.

Bu qadının adı gələndə əvvəlki kimi əsəbilik keçirmədim. Mənim şüuraltım müdrik bir görkəmlə başını yırğaladı: “ Hə, bu gün hər şeyi düz elədin. Bundan sonra Cia ərimi rahat buraxacaq və bir də onu narahat etməyəcək”. Kristianın saçını kəsməyə artıq hazıram.

— Əminsən ki, saçını kəsməyimi istəyirsən? “Yox” demək üçün axırıncı şansındır.

— Əlinizdən gələn ən betərini eləyin, missis Qrey. Özüm- özümə baxmayacam, siz mənə baxmalı olacaqsız.

Güldüm.

— Səhərdən axşama kimi sənə baxmağa hazıram.

Kristian hirsli-hirsli başını yırğaladı.

— Qeyri-adi heç nə yoxdur, sadəcə gözəl bir simadır.

— Və bu simanın arxasında çox xoş bir kişi var. — Gicgahını öpürəm. — Mənim kişim.

Kristian utancaq-utancaq gülümsədi.

Bir topa telini əlimə alıb, aşağıdan yuxarı darayaraq orta və şəhadət barmaqlarımın arasında saxladım. Darağı dişimlə tutub, qayçını götürdüm, barmaqlarımın arasında sağ topasının ucundan iki santimetr kəsdim. Kristian gözlərini yumub dondu. Heykəl kimi tərpənməz oturub, arada razı-razı köksünü ötürdü. Hərdən bir gözünü açıb diqqətlə hərəkətlərimi izləyirdi. Nə qədər ki, işləyirəm, mənə toxunmur, bunun üçün ona minnətdaram; onun toxunuşları diqqətimi yayındırır…

İşimi bitirdim. Cəmi on beş dəqiqə çəkdi.

— Hazırdır. — Nəticə sevindiricidir. Kristian əvvəlki kimi yenə də seksual görünür, sadəcə bu dəfə saçları bir az qısadır. Güzgüdə özünə baxdı və deyəsən yaxşı mənada təəccübləndi. İrişdi.

— Əla işdir, missis Qrey. — başını gah o tərəfə, gah bu tərəfə döndərdi, sonra belimi qucaqlayıb özünə tərəf çəkdi, öpdü, burnunu sürtdü, qıdıqladı. — Çox sağ ol.

— Dəyməz. — Əyilib mən də onu öpdüm.

— Daha gecdir. Yatağa. — Zarafatla ombamı şapalaqladı.

— Mən hələ buraları təmizləməliyəm.

Kristianın saçları hər tərəfə yayılmışdı. Kristian onlara baxıb üzünü turşutdu, elə bil heç vaxt təmizlik işi ağlına gəlməmişdi.

— Yaxşı, gedim süpürgəni gətirim, — rişxəndlə dilləndi. — Qulluqçuları sənin ayıb görkəminlə utandırmaq istəmirəm.

— Süpürgənin yerini bilirsən? — məsumca soruşdum. Kristian dayandı.

— E… yox.

Güldüm.

— Gedim, özüm gətirim.

Yatağıma girib Kristianı gözlədim. Bu gün başqa cür də bitə bilərdi. Ona elə acıqlıydım ki, o da mənə acıqlanmışdı. Yaxşı, bəs indi şirkətin idarə edilmə məsələsini nə edək? Nəyisə idarə etməyə qətiyyən heç bir istəyim yoxdur. Mən Kristian deyiləm. Bu məsələni bağlamaq lazımdır. Bəlkə o, əmrlər verib hökm etdiyi vaxtlarda, kobud desəm heyvərəyə döndüyü an üçün xüsusi bir parol fikirləşib tapmaq lazımdır? Və qoy parol “heyvərə” olsun. Nədir, heç də pis deyil.

— Nə olub? — Kristian çarpayıya yaxınlaşıb soruşdu. Əynində ancaq pijamanın tumanı var.

— Heç… sadəcə düşündüm…

— Nəyi? — yanımda uzanaraq soruşdu.

Hə. Yenə məndə heç nə alınmayacaq.

— Bilirsən, mən şirkəti idarə etmək istəmirəm.

Kristian dirsəklənib üstdən aşağı mənə baxdı.

— Niyə?

— Çünki heç vaxt belə bir şey istəməmişəm.

— Sən bacaracaqsan, Anasteyşa.

— Mənim kitab oxumaqdan xoşum gəlir. Şirkət idarə etmək isə tamamilə fərqli bir şeydir. Bundan sonra kitab oxuya bilməyəcəm.

— Sən yaradıcı işlə məşğul ola bilərsən.

Üzümü turşuduram.

— Bilirsən, — o, davam edir, — uğurlu şirkəti idarə etmək üçün əlinin altında işləyən hər bir əməkdaşın bacarığından istifadə etmək lazımdır. İstedadın və biliklərin nə səviyyədədirsə şirkəti də o tərzdə yönəldirsən.

Hə, nə olsun?

— Bu cür tələsik imtina etmə. Sən çox bacarıqlı qadınsan, Anasteyşa. Məncə sən bir az çalışsan istənilən işin öhdəsindən gələ bilərsən.

Belə de. O, bunu hardan bilir ki?

— Üstəlik, məncə iş vaxtımın çoxunu alacaq.

O, üzünü turşudur.

— Sənə ayıra biləcəyim vaxtı. — Gizli silahımı işə saldım. Kristianın gözləri qaraldı.

— Nə elədiyini başa düşürəm, — rişxəndlə donquldandı.

Lənət olsun!

— Nəyi? — gözlərimi döyürəm.

— Diqqətimi vacib işlərdən yayındırırsan. Sən həmişə belə edirsən. Sadəcə heç vaxt qərarları tələsik qəbul etmə. İmtina etmə, Ana. Düşün. Səndən çox şey istəmirəm.

Əyilib yavaşsa dodağımdan öpüb barmağını yanağımda gəzdirdi. Deyəsən, bu söhbət uzanacaq. Mən ona gülümsədim, yadıma isə vaxtilə dediyi bir söz düşdü.

— Sual vermək olar? — ehtiyatla soruşdum.

— Əlbəttə.

— Bu gün mənə dedin ki, əgər nəyə görəsə sənə acıqlansam hayıfını yataqda çıxa bilərəm. Nəyi nəzərdə tuturdun?

Kristian gərilir.

— Səncə nə demək istəyirdim?

Lənət olsun. İndi gərək vəziyyətdən çıxam.

— Əl-qolunu bağlamağımı istəyirdin.

Qaşları heyrətdən qalxdı.

— E…e. Yox, mən heç də bunu nəzərdə tutmurdum.

— Oy… — qeyri-ixtiyari ağzımdan çıxdı.

— Nədir, əlimi bağlamaq istəyirsən? — O, hər halda məyus olduğumu tutdu və deyəsən, şokdadır.

Mən qızardım.

— Hmmm…

— Ana, mən… — O, dayanır və üzünə qaranlıq bir kölgə çökür.

— Kristian, — təlaşla dillənirəm və onun kimi mən də çevrilib yatağa dirsəklənib dikəlirəm. Əlimi uzadıb yanaqlarını sığallayıram. İri boz gözlərdə qorxu var.

O, başını kədərlə yırğalayır. İşlər yenə fırıqdır.

— Kristian, bəsdir. Bu elə də vacib deyil. Mən sadəcə düşündüm ki, bunu sən özün istəyirsən .

Əlimi götürüb sinəsinin üstünə qoydu və mən ürəyinin necə çırpındığını hiss elədim. Lənət olsun! Axı, ona nə oldu?

— Ana, əlim-qolum bağlı halda mənə toxunsan nələr hiss edəcəyimi təsəvvür belə edə bilmirəm.

Başımın dərisi ürpərdi. O, bunu elə tərzdə dedi ki, sanki gizli, pis bir şeyi etiraf etmiş oldu.

— Mənim üçün bu, hələ çox yeni bir şeydir, — asta səslə dedi.

İlahi. Bu, adi bir sual idi. Birdən anladım ki, Kristian çox böyük yol keçmiş olsa da, hələ də yolun başlanğıcında idi. Ürəyim qorxudan sıxıldı. Əyilirəm, – o isə donub qalıb, – sadəcə ağzının kənarını öpürəm.

— Kristian, mən düşünmədən dedim bunu. Xahiş eləyirəm, həyəcanlanma. Çox xahiş eləyirəm, unut getsin.

Onu yenə öpdüm. İnildəyərək məni döşəyə sıxdı və eyni hərəkətlə, öpüşlə cavab verdi. Əli ilə çənəmi sıxdı… budur, hər şey yenə arxada qaldı və biz yenidən bir-birimizin içində itib-batdıq…

IX HİSSƏ

Ertəsi gün saatın zəngindən də tez oyandım. Kristian sarmaşıq kimi mənə sarılmışdı; başı sinəmdə, əlləri belimdə, ayaqları ayaqlarımın arasında. Bu azmış kimi, yatağın mənə aid hissəsinə diyirlənmişdi. Həmişə eyni şey təkrar olunur, gecəki mübahisələrimizin sonu adətən belə bitir: o, böyrümə sıx pərçimlənir, mənə isə isti və narahat olur.

Ah, mənim Əlli Çalarım! Necə də yazıq və bədbəxtdir… bəzi məqamlarda. Axı kimin ağlına gələrdi?

Gözlərimin önündə tanış bir obraz: kir, pas içində, bədbəxt bir oğlan uşağı. Bu obraz gözümün önündən heç vaxt çəkilib getmir. Qısalmış saçlarını oxşayıram və melanxoliyam dağılır. Kristian yerində qurcalanıb yuxulu gözlərini açdı və məni görüncə gözlərini döydü.

— Salam. — Gülümsədi.

— Salam. — Sabahları bu təbəssümlə oyanmağı çox sevirəm.

Burnunu döşlərimə sürtüb razı-razı mırıldandı. Əli belimdən aşağı, atlas xalatın sərin parçasında gəzişdi.

— Adamı elə başdan çıxaran şeysən ki, — mırıldanıb saata baxdı. –Amma mən artıq oyanmalıyam. — Dartındı, diyirlənərək məndən aralandı və ayağa qalxdı.

Mən arxası üstə uzanıb əllərimi başımın altına qoydum. Onu seyr etdim. Kristian soyundu – duş almaq vaxtıdır. Ona baxırdım – mükəmməlliyin özüdür ki var. Nə az, nə çox. Bir qılını belə dəyişməzdim… hmmm, ancaq uzananda aradabir kəsərdim.

— Mənzərədən ləzzət alırsız, missis Qrey? — rişxəndlə qaşını qaldırdı.

— Gözəl mənzərədir, mister Qrey.

Kristian gülümsündü və tumanını üzümə tulladı, mənsə vaxtında onu havada tuta bildim. Məktəbli qız kimi qəhqəhə çəkdim. O, yırtıcı bir təbəssümlə yorğanı üstümdən dartıb çəkdi və topuqlarımdan yapışıb yuxarı sürüşdürdü. Əynimdəki gecəliyim də yuxarı sürüşdü, mən qışqırdım, o isə dizimdən budlarıma qədər sürətli öpüşlərlə mənə hücum etdi…

— Sabahınız xeyir, missis Qrey, — missis Cons məni salamladı. Dünən onun Teylorun otağına getdiyini xatırlayıb pörtdüm.

— Sabahınız xeyir.

Mənə bir fincan çay uzatdı. Bar stulunda ərimin yanında oturdum. Kristian həmişə olduğu kimi möhtəşəm görünürdü, – indicə duşdan çıxmışdı, təravətli, saçları hələ də nəmdi, ağappaq köynəyi və gümüşü boz qalstukunda idi. Mənim sevimli qalstukumda. Bu qalstukla ən xoş xatirələr bağlıydı.

— Necəsiz, missis Qrey? — baxışları elə istidir ki.

— Məncə özünüz bilirsiz, mister Qrey. — Kirpiklərimin altından ona baxdım. Kristian başını tərpətdi.

— Ye. Dünən heç nə yeməmisən.

— Yeməmişəm, çünki sən heyvərəsən.

Missis Consun əlindən qabyuyana nəsə düşdü. Mən diksindim. Kristiansa səsi vecinə almayıb sakit baxışlarla mənə baxdı:

— Heyvərəyəm, ya yox, amma ye, — dedi. Səsinin tonu ciddi idi. Yaxşısı budur, zarafat eləməyim.

— Yaxşı! Qaşığı əlinə götür və sıyığını ye, — inadkar yeniyetmələr kimi donquldandım.

Əlimi uzadıb yoqurt götürdüm, bir-iki qaşıq sıyığın üstünə qoyub bir az böyürtkən əlavə eləydim və missis Consa nəzər yetirdim. Baxışlarımız toqquşdu. Mən gülümsədim, o da təbəssümlə cavab verdi. Bal ayımızda bu cür səhər yeməyini özüm seçmişdim və indi o qarşımda idi.

— Ola bilər, bu həftə Nyu-Yorka uçası oldum, — dillənərək Kristian düşüncələrimin xoş axınına müdaxilə etdi.

— Ola bilər, bu həftə Nyu-Yorka uçası oldum, — dillənərək Kristian düşüncələrimin xoş axınına müdaxilə etdi.

— A…

— Orada gecələməli olacam. İstəyirəm mənimlə gedəsən.

Ah, yox.

— Kristian, mən işləyirəm.

O mənə elə baxdı ki, gözlərindən “hə, sən işləyirsən, amma boss mənəm” sözlərini oxudum.

Ah çəkdim.

— Şirkətin sahibi olduğunu bilirəm, amma mən düz üç həftədir ki, yox idim. İş başında olmadan biznesi necə idarə eləyə bilərəm? Mənə heç nə olmaz. Teylor hər halda səninlə uçacaq, amma axı Soyerlə Rayan burada qalacaqlar və… — Mən səsimi kəsirəm, çünki Kristian rişxəndlə gülürdü. — Başqa nə?

— Heç nə. Yalnız sən.

Qaşlarımı çatıram. Yəni, mənə gülürdü? Və birdən…

— Yaxşı, bəs Nyu-Yorka necə gedəcəksən?

— Şirkətin təyyarəsi ilə, nə olub ki?

— Sadəcə bilmək istədim, “Çarli Tanqo”nu götürəcəksən, yoxsa yox. –Kürəyim ürpənir — onun axırıncı uçuşunu xatırlayıram. Saatlarla xəbər gözləyərkən necə də həyəcanlanmışdım. Mədəm bulandı. Hələ həyatım boyu o cür həyəcan keçirməmişdim. Hiss elədim ki, missis Cons da susqunlaşıb.

— Mən Nyu-Yorka “Çarli Tanqo”da uçmayacam. O bu cür məsafələr üçün nəzərdə tutulmayıb. Üstəlik onu iki həftədən sonra təmirdən çıxaracaqlar.

Çox şükür. Gülümsədim – o dəqiqə özümə gəldim. Son həftələrdə Kristian “Çarli Tanqo” insidentinə həddən artıq çox vaxt sərf etmişdi.

— Sevindim ki, onu təmir ediblər amma… — Görəsən, o harasa uçanda nə qədər narahatlıq keçirdiyimi söyləməyə dəyərmi?

— Nə? — omletini yeyərək soruşdu.

Çiyinlərimi çəkdim.

— Ana? — Kristian əl çəkmədi.

— Yox, heç nə. Mən sadəcə… bilirsən… Sən axırıncı dəfə uçanda mən elə bilirdim… biz elə bilirdik ki… sən… — Sözümü bitirə bilmədim. Kristian yumşaldı.

— Hey! — barmaqlarıyla üzümü sığalladı. — O hadisə bir sabotaj idi. — Rəngi tutqunlaşdı və mən öz-özümə soruşdum, bu işin arxasında kimin dayandığını Kristian bilirmi?

— Mən səni itirə bilmərəm…

— Günahkarlar işdən qovuldu. Beş nəfər. Bir də belə şey təkrarlanmayacaq.

— Beş nəfər?

O, ciddi sifətlə başını tərpətdi.

Dəli olmaq olar!

— Yadıma düşmüşkən, sənin kabinetində revolver var.

Qaşları çatıldı; söhbətin məcrasını birdən-birə bu şəkildə dəyişməyim hər halda ona məntiqli görünmədi. Ya da mənim ittihamedici tonum onu tutdu, baxmayaraq ki, niyyətim bu deyildi.

— O Leylanın revolveridir, — Kristian nəhayət dilləndi.

— O doludur.

— Hardan bilirsən?

— Yoxlamışam. Dünən.

Kristian qəzəblə mənə baxdı.

— Silaha toxunmağını istəmirəm. Ümid edirəm, qoruyucusunda saxlamısan.

Bir anlıq özümü itirib gözlərimi döydüm.

— O silahın qoruyucusu yoxdur, Kristian. Sənin silahlardan başın çıxmır?

O, büzüşdü.

— Hmmm… yox.

Qapının kandarında Teylorun xəfif öskürəyi eşidildi. Kristian başı ilə onu salamladı.

— Vaxtdır, getməliyik. — Kristian ayağa qalxıb boz pencəyini geyindi. Mən ardınca dəhlizə çıxdım.

Leylanın silahı Kristiandadır. Bu da sənə yeni xəbər. Maraqlıdır, Leylanın özünə nə olub? Görəsən o, hələ oradadır? Harada? Nyu-Hempşirdə? Yadıma sala bilmədim.

— Sabahın xeyir, Teylor, — Kristian dilləndi.

— Sabahınız xeyir, mister Qrey, missis Qrey. — Teylor ikimizlə də salamlaşdı, amma gözlərini məndən qaçırdı. Dünənki qarşılaşmağımızı xatırlayanda əslində ona indiki hərəkəti üçün minnətdaram.

— Dişlərimi yuyub gəlirəm. — Kristiansa dişlərini həmişə səhər yeməyindən əvvəl fırçalayırdı. Səbəbini bilmirdim.

— Teylor de, sənə güllə atıcılığını öyrətsin, — liftlə aşağı enərkən ona dedim.

Kristian təəccüblə üzümə baxdı.

— Deyirsən yəni, dəyər? — quru-quru soruşdu.

— Hə.

— Anasteyşa, silahdan zəhləm gedir. Anam silahın əleyhinə idi. Atam da silaha qarşı idi. Silaha münasibəti onlardan öyrənmişəm və burada, Vaşinqtonda ən azı iki silahsızlanma dərnəyini dəstəkləmişəm.

— Bəs Teylor özü silah daşıyır?

— Bəzən, — dodaqlarını sıxaraq qısa cavab verdi.

— Sən əleyhinəsən? — birinci mərtəbədə liftdən çıxarkən soruşdum.

— Hə, — yenə də qısa cavab verdi. — Belə deyim, Teylorla mən silah məsələsində fərqli düşüncələrdəyik.

Hə! Amma mən Teylorla eyni fikirdəyəm. Kristian qapını açaraq saxladı və mən maşına tərəf getdim. “Çarli Tanqo” insidentindən sonra Kristian şirkətə tək getməyimə icazə vermirdi. Soyer üzümüzə gülümsəyərək maşının qapılarını taybatay üzümə açdı.

— Xahiş eləyirəm, — Kristianın əlindən tutdum.

— Xahiş eləyirəm nə?

— Atıcılığı öyrən.

O, gözlərini süzdürdü.

— Yox. Bəsdir. Söhbət buradaca bitdi.

Mən yenə də danlanan uşaq oldum. Ağzımı açıb kəskin bir söz deməyim gəldi, ancaq özümü saxlayıram, səhər-səhər iş qabağı qan qaraçılıq istəmədim. Qollarımı boynumda çarpazladım və Teylorun qabaq güzgüdən mənə baxdığını gördüm. O dəqiqə gözlərini çəkdi, amma güclə hiss ediləcək tərzdə başını yırğaladı. Deyəsən, bəzən Kristian onu da hövsələdən çıxarmışdı. Mən gülümsəyirəm və yaxşı əhval ruhiyyəmdə qaldım.

Kristian pəncərədən çölə baxırdı.

— Bəs Leyla indi haradadır? — soruşdu.

— Konnektikutda, valideynlərinin yanında.

— Əminsən? Onun da uzun saçları və “Dodge”dakı o da bilərdi.

— Mən yoxlamışam. O, Hemdendə bədii məktəbə yazılıb. Dərslər bu həftə başlayıb.

— Sən onunla danışmısan? — pıçıltıyla soruşanda üzümdə qanın necə donduğunu hiss etdi.

— Mən yox, Flinn danışıb. — nə fikirləşdiyimi anlamaq üçün diqqətlə üzümə baxdı.

— Aydındır, — rahatlanaraq pıçıldadım.

— Nə?

— Heç nə.

İndi də o köks ötürdü.

— Ana, nə olub?

Çiyinlərimi çəkim – durub onu qısqandığımı etiraf etməyəcəkdim ki. Özü də qısqanclıq üçün ortada heç bir səbəb yox idi…

— Mən onu nəzarət altında saxlayıram, — Kristian davam elədi. — Yoxlayıram, görüm oradadırmı. İndi daha yaxşıdır. Flinn ona Nyu-Hevenddə yaxşı bir psixoloq məsləhət görüb və bütün göstəriciləri yaxşı çıxıb. Leyla həmişə incəsənətlə maraqlanırdı, odur ki… — Sözünü bitirmədən üzümə yenə diqqətlə baxdı. Və mən birdən başa düşdüm ki, incəsənət məktəbindəki təhsilin ödənişini Kristian ödəyirmiş.

Mən bunu bilmək istəyirdimmi? Soruşmağa dəyərmiydi? Məsələ, əlbəttə ki, pulda deyildi, — Kristianın buna gücü çatırdı — sadəcə nəyə görə hesab edir ki, ödəməyə borcludur? Köks ötürdü. Kristianın keçmişinin yükü — heç də nataraz cəhdlərlə məni öpməyə çalışan biologiya fakültəsindəki Bredli Kent deyildi. Kristian əlimi əlinə aldı.

— Bu barədə düşünmə, — dedi və mən əlini sıxmaqla razılıq cavabı verdim. Bilirdim, o, doğru saydığı şeyləri edirdi.

Səhər, görüşlər arası fasilədə telefonumu çıxarıb Keytə zəng etmək istəyirdim ki, Kristiandan e-mail gəldiyini gördüm.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Yalan

Tarix: 23 avqust 2011 09:54

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Təzə saç kəsimimə görə üç kompliment almışam. Öz işçilərimdən kompliment almaq nəsə yeni bir şeydir. Məncə məsələ ondadır ki, dünənki gecə yadıma düşəndə daim gic-gic gülümsəyirəm. Sən – möhtəşəmsən, bacarıqlısan.

Gözəlsən.

Və hər şeyinlə mənimsən.

Kristian Qrey,

Baş direktor, “Grey Enterprise”

———-

Mesajı oxuyub əridim.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Fikrimi cəmləməyə çalışıram

Tarix: 23 avqust 2011 10:48

Kimə: Kristian Qrey

Mister Qrey

Mən işləməyə cəhd edirəm və çalışıram ki, diqqətim bu cür xoş xatirələrə görə yayınmasın.

Reyin saçlarını daim özüm kəsdiyimi etiraf eləməyin vaxtı deyilmi?

Bu qədər faydalı bir təcrübə olacağı heç ağlıma gəlməmişdi.

Və hə, mən səninəm, sənsə mənim hakimiyyətpərəst, hökmran ərim, silah daşımaq hüququ barədə Konstitusiyaya edilmiş İkinci dəyişikliyi rədd edən inadkar sevgilim – sən mənimsən. Amma qorxma, mən səni qoruyaram. Hər zaman.

Anasteyşa Qrey,

Redaktor, SİP.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Enni Oukli

Tarix: 23 avqust 2011 10:53

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Texniki şöbə ilə danışıb adınızı dəyişdiyinizi görmək çox xoşdur. İndi daha rahat yata bilərəm – çünki yanımda sevimli silahdaşıyan arvadım var.

Kristian Qrey, xoplofob və “Grey Enterprises” holdinqinin baş direktoru.

———-

Xoplofob? Bu nə idi belə?

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Uzun sözlər

Tarix: 23 avqust 2011 10:58

Kimə: Kristian Qrey

Mister Qrey

Siz növbəti dəfə məni öz linqvistik məlumatlılığınızla heyrətləndirdiniz. Və təkcə linqvistika ilə deyil. Düşünürəm, nəyi nəzərdə tutduğumu yaxşı bilirsiz.

Anasteyşa Qrey,

Redaktor, SİP.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Ahh!

Tarix: 23 avqust 2011 11:01

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Mənimlə flirt edirsiz?

Kristian Qrey, “Grey Enterprise” holdinqinin heyrətlənmiş baş direktoru

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: İstəməzdiniz ki…

Tarix: 23 avqust 2011 11:04

Kimə: Kristian Qrey

Mister Qrey

Başqasıylamı flirt etməyimi istərdiniz?

Anasteyşa Qrey,

Cəsarətli Redaktor, SİP.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Qrrrrrr!

Tarix: 23 avqust 2011 11:09

Kimə: Anasteyşa Qrey

Missis Qrey

XEYR!

Kristian Qrey, “Grey Enterprise” holdinqinin mülkiyyətçi baş direktoru

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Aha!

Tarix: 23 avqust 2011 11:14

Kimə: Kristian Qrey

Mister Qrey

Sən mənə çımxırırsan? Çox seksidir.

Anasteyşa Qrey,

Qorxudan əsən (yaxşı mənada) Redaktor, SİP.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Özünü qoru!

Tarix: 23 avqust 2011 11:016

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Siz mənimlə flirt edir və oynayırsız, missis Qrey? Günortadan sonra ziyarətinizə gələ bilərəm.

———-

Kristian Qrey, “Grey Enterprise” holdinqinin cinsiyyət düşkünü baş direktoru

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Oh, yox!

Tarix: 23 avqust 2011 11:20

Kimə: Kristian Qrey

Özümü yaxşı aparacağıma söz verirəm. İstəməzdim ki, bossumun bossu iş yerində üstümə atılsın. İndi isə nəhayət icazə ver, bir az da işimlə məşğul olum. Əks halda bossumun bossunun bosu arxama ağac soxar.

Anasteyşa Qrey,

Redaktor, SİP.

———-

Kimdən: Kristian Qrey

Mövzu: &*%$&*&!

Tarix: 23 avqust 2011 11:016

Kimə: Anasteyşa Qrey

İnan mənə, o, sənin arxanla nələr desən eləyə birlər, ancaq siyahıda “ağac soxmaq” kimi bir şey yoxdur.

———-

Kristian Qrey, “Grey Enterprise ” holdinqinin baş&heyvərə direktoru

———-

Gülməkdən yerimdən sıçradım.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Get başımdan!

Tarix: 23 avqust 2011 11:26

Kimə: Kristian Qrey

İmperatorluğunu idarə etməyin vaxtı deyilmi? Bəsdir, diqqətimi yayındırdın.

Mən hələ işləməliyəm.

Axı deyəsən sənin döşlər daha çox xoşuna gəlirdi…

Sən mənim arxamı düşün, mən də səninkini düşünüm…

Anasteyşa Qrey,

Artıq islanmış Redaktor, SİP.

———-

Cümə axşamı Soyerlə işə gedirdim. Əhvalım çox pis idi. Kristian Nyu-Yorka gedib, baxmayaraq ki, cəmi bir neçə saatdır ki, yoxdur, ancaq artıq indidən darıxdım. Kompüteri açdım. Bir e-mail məni gözləyirdi. Kefim düzəldi.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Sənin üçün indidən darıxıram!

Tarix: 25 avqust 2011 04:32

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Bu sabah möhtəşəm idiniz.

Mən yox ikən özünüzü yaxşı aparın.

Səni sevirəm.

Kristian Qrey Grey Enterprise” holdinqin baş direktoru

———-

Toyumuzdan sonra ilk dəfədir ki, ayrı yatacaqdıq. Keytlə bir iki kokteyl içmək niyyətindəydim, bəlkə yatmağa köməyi dəydi. Bilirdim ki, Kristian hələ uçur, amma özümü saxlaya bilməyib yazdı.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Özünü yaxşı apar

Tarix: 25 avqust 2011 09:03

Kimə: Kristian Qrey

Çatan kimi xəbər elə. Narahatam.

Özümü yaxşı aparmağa söz verirəm. Yeri gəlmişkən soruşum, Keytlə hansı problemlərim ola bilər?

Anasteyşa Qrey,

Redaktor, SİP.

———-

Məktubu göndərib Hannanın şəfqətlə hazırladığı Latteni içməyə girişdim. Kimin ağlına gələrdi ki, mən nə vaxtsa kofeni sevəcəm? Axşam Keytlə görüşəcəyimi bilsəm də, yenə də özümü elə hiss edirdim ki, sanki nəsə çatışmır. Və o çatışmayan yanım bu dəqiqələrdə göyün ortasında, Nyu-York istiqamətində, otuz beş min fut yüksəklikdəydi. Məhz Kristian yanımda olmadığı üçün bu qədər həyəcanlanıb narahat olacağım heç ağlıma gəlməzdi. Bəs görəsən bu itki və inamsızlıq duyğusu zamanla keçib gedəcəkdimi? A

ğır nəfəs alıb yenidən işə baş vurdum. Nahar vaxtı yaxınlaşdıqca əsəbiləşməyə başlayıram, dəli kimi gah kompüterdə elektron poçtumu gah da Blackberry-ni yoxladım. Axı o indi harada idi? Hər şey qaydasındadırmı? Axı təyyarə eniş edib. Hanna nahara nə yemək istədiyimi soruşdu, mən isə əlimlə rədd elədim; yemək hayında deyiləm. Başa düşdüm ki, məntiqsiz hərəkət etdim, ancaq onun sağ salam olduğuna əmin olmalıydım. Bu anda telefonun səsinə diksindim.

— Ana Sti.. Qrey.

— Salam, — ilıq və yüngül təəccüb notları olan Kristianın səs eşidildi.

Üstümə rahatlıq dalğası çökdü.

— Salam. — Təbəssümdən ağzım qulağımın dibinə qədər aralandı. — Necə çatdın?

— Bir az uzun hekayədir. Keytlə nə edəcəksən?

Oh! Yox!

— Sadəcə bir yerdə oturub bir şeylər içəcəyik.

Kristian susdu.

— Mənimlə Soyer və o, yeni gələn qadın gedəcək.. Preskott. Onlar bizə göz qulaq olacaqlar, — deyərək onu sakitləşdirməyə çalışdım.

— Mən elə bilirdim Keyt özü sənin yanına gələcək.

— O, çox oturmağı sevmir xahiş eləyirəm, burax gedim!

Dəstəyin o biri başında ağır-ağır içini çəkdi.

— Nəyə görə mənə demədin? — Kristian sakitcə soruşdu. Həddən artıq sakit.

Öz özümü söydüm.

— Kristian, hər şey yaxşı olacaq. Rayan, Soyer və Preskot buradadırlar. Tez bir şey içib qayıdacağıq.

O, qərarlı tərzdə susdu və mən başa düşdüm ki, bu xəbər onu sevindirmədi.

— Mən onu biz tanış olandan bəri heç görməmişəm. Xahiş eləyirəm, axı o mənim ən yaxşı rəfiqəmdir.

— Ana, mən dostlarınla ünsiyyətdə olmağının əleyhinə deyiləm. Amma elə bilirdim ki, o özü bizə gələcək.

— Yaxşı, — mən razılaşdım. — Biz evdə qalarıq, heç yerə getməyəcəyik.

— Bu həmişəlik deyil. Nə qədər ki o axmaq hələ azadlıqda gəzir. Xahiş eləyirəm.

— Axı dedim ki, yaxşı. — Gözlərimi süzdüm; necə də qırsaqqızdır!

Kristian fısıldadı.

— Gözlərini süzdüyünü bilirəm.

Mən tərs-tərs telefonun dəstəyinə baxdım.

— Qulaq as, doğrudan təəssüf edirəm. Səni narahat etmək istəmirdim. Keytlə danışaram.

— Yaxşı, — Kristian rahat nəfəs aldı. Özümü günahkar hiss etdim — ona bu qədərə narahatçılıq yaratdığım üçün.

— Sən indi hardasan?

– “JFK”-da.

— A, deməli hələ indi enmisən.

— Sən ki özün xahiş eləmişdin ki, enər enməz zəng eləyim.

Gülümsədim. Şüuraltım nazlandı: “Bax, gördün? Verdiyi vədləri tutur”.

— Lap yaxşı mister Qrey, sevinirəm ki, heç olmasa ikimizdən birində punktuallıq var.

O, güldü.

— Missis Qrey, sizi hər şeyi mübaliğəyə çevirmək qabiliyyətinizi sərhəd tanımır. Sizinlə nə edim axı?

— Yaradıcı bir şey düşünüb tapacağınızdan əminəm. Adətən elə də olur.

— Mənimlə oynayırsız?

— Hə.

Necə gülümsədiyini hiss eləyirəm.

— Mən getməliyəm. Ana, xahiş eləyirəm, dediklərimi et. Cangüdənlər öz işlərini yaxşı bilirlər.

— Yaxşı, Kristian. Dediyin kimi edəcəm. — Səsimdəki hikkəni hiss eləyirəm, lənət olsun, o, yenə də istədiyinə nail oldu.

— Sabah axşam görüşərik. Zəng edəcəm.

— Mənə nəzarət edəcəksən?

— Hə.

— Ah, Kristian! — tənəli tənəli ah çəkdim.

— Au revoir, missis Qrey.

— Au revoir, mister Qrey. Səni sevirəm.

O, içini çəkdi.

— Mən də səni, Ana.

Heç birimiz dəstəyi asa bilmədik.

— Dəstəyi as, — mən pıçıldadım.

— Əmr etməyi sevirsən, hə?

— Əmr etməyi sən sevirsən.

— Sənə deyilən yerinə yetir, — pıçıltıyla dedi. — Dəstəyi as.

— Baş üstə, ser.

Dəstəyi asıb axmaqca telefona gülümsədim. Bir neçə saniyə sonra poçt qutusuna məktub gəldi…

Kimdən: Kristian Qrey

Mövzu: Titrəyən əllər

Tarix: 25 avqust 2011 13:42 Yerli Vaxtla

Kimə: Anasteyşa Qrey

Missis Qrey

Sizinlə telefonda da maraqlıdır.

Ciddiyəm. Sənə dediyimi et.

Təhlükəsizlikdə olduğunu bilməliyəm.

Səni sevirəm.

Kristian Qrey, “Grey Enterprise” holdinqin baş direktoru

Sözün düzü, o, əsil despotdur. Lakin bir telefon zəngi və mənim bütün narahatlığımdan əsər əlamət qalmadı. O, mənzil başına çatıb, hər şey qaydasındadır və artıq məni mühafizə eləməyə tələsir. İlahi, onu necə də sevirəm! Hanna qapını döyür və mən diksinərək real həyata qayıtdım.

Keyt olduqca gözəl görünürdü. Dar ağ cins şalvar və qırmızı kofta… Ağlı başdan alan gözəllik. Mən yaxınlaşanda o, Klerlə nədənsə danışırdı.

— Ana! — Keyt ucadan dilləndi və məni bağrına basdı. Sonra bir iki addım kənara çəkildi. — Hə, sən doğrudan güclü maqnatın arvadına oxşayırsan! Kimin ağlına gələrdi, hə? Balaca qız Ana Stil… Bu cür zərif və gözəl.

O, gülümsədi, mənsə göz süzdürdüm. Əynimdə açıq krem rəngli don, tünd göy kəmər və tünd göy tufli var idi.

— Səni görməyimə şadam. — Mən Keyti qucaqladım.

— Hə, de görək hara gedirik?

— Kristian evə getməyimizi istəyir.

— Doğrudan? Bəlkə bir “Ziq Zaq” kafeyə baş çəkib hərəmizə bir kokteyl içək? Mən stolu belə sifariş etmişəm.

Mən ağzımı açıb nəsə demək istəyəndə…

— Xahiş eləyirəm, — Keyt mırıldandı və nəzakətlə dodaqlarını büzdü. Hər halda bunu Miadan öyrənib. Əvvəllər belə etməzdi.

Məmnuniyyətlə “Ziq Zaq”a gedərdim. Axırıncı dəfə orada əla vaxt keçirmişdik. Üstəlik Keytin evinə çox yaxın idi.

Barmağımı qaldırdım.

— Ancaq hərəmizə bir dənə.

Keyt gülümsəyir.

— Hərəmizə bir dənə. — Əlimdən tutdu və biz səkinin kənarında dayanmış maşına sarı getdik.

Sükan arxasında Soyer idi. Müşayiət avtomobilində təhlükəsizlik xidmətinə yenicə qoşulmuş miss Samanta Presskott idi, hündürboylu, ciddi afroamerikalı idi. Mən ona hələ öyrəşməmişdim, bəlkə ona görə ki, özünü çox peşəkar apardı və sərhəd saxladı… Komandanın bütün digər üzvləri kimi onu da Teylor seçmişdi. Geyim tərzi ilə miss Preskott Soyeri təkrarlayırdı – tünd şalvar kostyum geyinmişdi.

— Soyer, zəhmət olmasa bizi “Ziq Zaqa” apara bilərsiz?

Soyer mənə tərəf çevrildi və başa düşdüm ki, nəsə demək istədi. Aydın idi, müəyyən əmrlər almışdı və mən onu pis vəziyyətə qoymuş olurdum.

— Kafe “Ziq Zaq”. Biz sadəcə hərəmizə bir kokteyl içmək istəyirik.

Keytə nəzər saldım, o isə qəzəblə Soyerə baxdı. Yazıq qız.

— Bəli, mem.

— Mister Qrey sizdən evə dönməyinizi xahiş etmişdi. — söhbətə Preskott qarışdı.

— Mister Qrey indi burada deyil, — kəskin tərzdə dilləndim. — “Ziq Zaq”a aparın.

— Mem. — Soyer Preskotta tərs bir nəzər atdı, o isə ağıllı tərpənib ağzını bir də açmadı

Keyt gözü bərəlmiş mənə baxdı, elə bil nə gördüklərinə nə də eşitdiklərinə inanmağı gəlmirdi Mən çiyinlərimi çəkdim. Hə, indi mən başqaydım, əvvəlkindən daha qətiyyətliydim.

Soyer maşını səkidən aralayıb hərəkət axınına qoşuldu.

— Bilirsən, bu əlavə təhlükəsizlik qüvvəsi Qreys və Mianın heç xoşuna gəlmir.

Nə? Mən çaşqınlıqla Keytə baxdı.

— Bilmirdin? — Keyt şübhə ilə soruşdu.

— Nəyi bilmirdim?

— Qrey ailəsi təhlükəsizlik xidməti üç dəfə artırıb. Hər yerdə.

— Doğrudan?

— Kristian sənə deməyib?

Necə pörtdüyümü hiss etdim.

— Yox. — Lənət olsun, Kristian! Bu nə demək idi axı? — Bəs sən səbəbini bilirsən?

— Cek Hayd.

— Nə olub Cekə? Mən elə bilirdim ona ancaq Kristian lazımdır. — Axı nəyə görə o mənə heç nə deməyib.

— Bazar ertəsindən, — Keyt əlavə etdi.

Keçən bazar günündən? Hmmm. Biz Ceki bazar günü tanıya bilmişdik. Bəs niyə onda təhlükəsizlik hər yerdə idi? Nə baş verirdi?

— Sən bütün bunları hardan bilirsən?

— Eliot deyib.

Əlbəttə.

— Kristian sənə bunların heç birini deməyib, hə?

Mən yenə pörtdüm

— Ah, Ana, bu hal səni əsəbiləşdirmir?

Ah çəkdim. Həmişə olduğu kimi Keyt məni yenə gözümdən vurmuşdu, özü də barmaqla deyil, özünə xas şəkildə yumruqla.

— Bəs sən nələr olduğunu bilirsən? — Əgər Kristian heç nəyi açıb demədisə, onda bəlkə Keyt məlumatlandırsın məni.

— Eliot deyir ki, söhbət Cek Hayd hələ SİP-də işlədiyi vaxt kompüterində gizlədiyi hansısa informasiyadan gedir.

Əcəb işdir.

— Ola bilməz. — Mən hirsimdən partlayırdım. Axı necə olur? Keytin mənim bilmədiyim hər şeydən xəbəri var?

Gözümü qaldıranda Soyerin güzgüdən mənə baxdığını gördüm. Svetoforun qırmızı işığını yaşıl əvəzlədi və Soyer sürməyə davam edərək fikrini yola cəmlədi. Mən barmağımı dodağıma yaxınlaşdırdım və Keyt başı ilə məni başa düşdüyünü yırğaladı. Əminəm ki, Soyer də hər şeyi bilir, tək məndən başqa.

Mövzunu dəyişmək lazım idi.

— Eliot necədir?

O, səfeh-səfeh gülümsədi və mənim bilməli olduğum hər şeyi açıb danışdı.

Soyer maşını “Ziq Zaq” kafeyə çıxan keçidin axırına çəkdi və Preskott qapını açdı. Birinci çölə mən atıldım, ardımca Keyt çıxdı. Biz ələ-ələ verib gedirik, Preskot tutqun sifətlə ardımızca addımladı. İlahi, biz sadəcə kafeyə gəlmişik! Soyer maşını dayanacağa sürdü.

— Hə, de görüm Eliot Cianı hardan tanıyır? — ikinci çiyələkli moxitomdan qurtum alıb soruşdum.

Bar çox rahat və səmimi idi, heç getməyim gəlmirdi. Nədən gəldi danışır, ürəyimizi boşaldırdıq. Keytlə beləcə oturmağı necə sevdiyimi unutmuşdum hətta. Bax, belə bir kompaniyada rahat-rahat oturmaq əməlli başlı kefdir. Bəlkə Kristiana sms göndərim? Fikirləşdim, amma sonra da fikrimdən daşındım. O, acıqlanacaq və cəzalandırılmış uşaq kimi məni evə göndərəcəkdi.

— O qancığı mənim yadıma salma! — Keyt özündən çıxır.

Onun reaksiyasına güldüm.

— Gülməli nə var, Stil? — kəskin amma ciddiyətsiz çımxırdı.

— Səninlə eyni fikirdəyəm.

— Hə?

— Hə. Özünü Kristianın gözünə soxurdu.

— Eliotla da məcaraları olub, — Keyt üz gözünü turşutdu.

— Nə danışırsan!

O, başını tərpətdi və dodaqlarını büzdü – əsil Ketrin Kavanana sayağı sifət alındı.

— Qısa sürdü. Məncə keçən il olub. Karyeristin biridir. İndi Kristiana girişməsinə qətiyyən təəccüblənmərəm.

— Kristian artıq başqasınındır. Ona elə belə də dedim: əlini ondan çək, yoxsa sifarişin əlindən çıxacaq.

Heyrətlənmiş Keyt bərəlmiş gözləri ilə üzümə baxdı. Mən qürurla başımı yellədim və Keyt təbəssümdən çiçək açaraq badəsini qaldırdı.

— Missis Anasteyşa Qrey! Bu cür də davam et!

Biz qədəhlərimizi toqquşdurduq.

— Eliotun silahı var?

— Yox. O, silahlara qarşıdır. –Keyt üçüncü içkisini qarışdıra-qarışdıra dilləndi.

— Kristian da. — Məncə bu Qreyslə Karrikin təsiridir — dilim xəfif dolaşaraq dilləndim.

— Karrik yaxşı adamdır, — Keyt dedi.

— O nikah müqaviləsində israr edirdi, — kədərli-kədərli köksümü ötürdüm.

— Ah, Ana. — Keyt masanın üstündən uzanıb əlimi tutdu. — O, ancaq öz oğlunu düşünürdü. İkimiz də bilirik ki, sənin alnına “məcara axtaran qız” yazımlışdı. — Keyt mənə gülümsündü, mənsə ona dil çıxardım.

— Uşaq olmayın, missi Qrey, — Keyt az qala Kristian kimi danışmışdı. –Vaxt gələcək sən də öz oğlun üçün eyni şeyi edəcəksən.

— Oğlum üçün?

Mən ağzı ayrıq ona baxdım. Heç ağlıma da gəlməzdi ki, uşaqlarım varlı ola bilər. Əcəbdir. Onlar heç nədən korluq çəkməyəcəklər. Qətiyyən heç nədən. Bunu yaxşı yaxşı düşünmək lazım idi … Amma indi yox. Preskott və Soyer tərəfə nəzər saldım. Çox da uzaqda deyildilər, kənarda oturub bizi və insanları müşahidə edirdilər. İkinin də əlində mineral su var idi.

— Bəlkə gedək? — mən təklif etdim.

— Yox, gəl içək.

— Bu gün nə olub sənə?

— Çünki səni çox az görürəm. Heç ağlıma da gəlməzdi ki, səni dəli divanə edən ilk oğlana belə tez ərə gedəcəksən. –Keyt başını yırğaladı. — Açığı elə tez tələsik evləndiniz ki, hətta mən sənin hamilə olmağından şübhələndim.

Mən qəhqəhə çəkdim.

— Hamı elə fikirləşirdi. Ancaq gəl, daha bu barədə danışmayaq. Xahiş eləyirəm. Mən tualetə getməliyəm.

Preskott məni müşayiət edirdi. Heç bir şey danışmırdı. Onsuz da sözlərsiz də hər şey aydın idi. Əgər onun ittihamları radiasiya şəklində olsaydı çoxdan ölümcül doza alardım.

— Ərə gedəndən bəri bir dəfə də olsun heç yerə çıxmamışam, — bağlı qapıya tərəf deyinirəm, bilirəm ki, Preskott qapının arxasındadır. Bir də ki, Haydın barda nə işi var axı? Həmişə olduğu kimi Kristian özünü sığortalayıb.

— Keyt, daha gecdir. Getməliyik.

Saat on birə iyirmi dəqiqə işləyirdi və mən dörd moxito içmişdim; təsiri isə artıq özünü göstərirdi – mənə isti idi, xumarlanmışdım. Kristianı nə yola verərəm. Nə cürsə. Axır əvvəl.

— Əlbəttə Ana. Səni gördüyümə çox sevindim. Sən indi elə, necə desəm, elə özündən əmin görünürsən ki. Ərə getmək sənin xeyrinə olub.

Yanaqlarımın necə yandığını hiss eləyirdim. Katrin Kavanadan bu cür sözlər əsil kompliment idi.

— Elədir ki var, — pıçıltıyla dilləndim və gözlərim doluxsundu.

Mənə elə yaxşı idi ki, göyün yeddinci qatındaydım… Düzdür, Kristian az aşın duzu deyildi amma yenə də bəxtim gətirmişdi ki, sevdiyim adama ərə getmişdim. Sentimentallığını özümdən qovmaq üçün tələsik mövzunu dəyişdim, yoxsa indi doğrudan da ağlayacaqdım.

— Gözəl axşam idi. — Keytin əlini sıxıram. — Sağ ol ki, məni havaya çıxardın.

Biz qucaqlaşdıq və Keyt kənara çəkildi, mənsə başımla Soyerə işarə etdim və o, maşının açarını Preskotta ötürdü.

— Bu ifritə Preskott yəqin çoxdan Kristiana evdə olmadığımı xəbər eləyib. Bir həngamə qopacaq ki, — sakitcə rəfiqəmə dedim. — Kim bilir bəlkə də Kristian məni cəzalandırmaq üçün möhtəşəm bir üsul fikirləşib tapacaqdı. Ümidvaram, elə də olacaq…

— Bəs niyə ilişirsən, Kristianı özündən çıxarmaq xoşuna gəlir?

— Əslində yox, amma o özündən tez çıxır. İstəyir ki, hər şey onun istədiyi kimi olsun. Hər şeyi nəzarətdə saxlamağı sevir.

— Hə, hiss etmişəm.

Biz Keytin yaşadığı evin qarşısında dayandıq. Qucaqlaşdıq.

— Unutma, — o, pıçıltıyla dedi, yanağımdan öpüb maşından düşdü. Mən ona əl yellədim və birdən məni acı qüssə bürüdü. Qız-qıza belə dərdləşmək üçün necə də darıxmışdım. Əsil bayram idi. Mənə, hələ də gənc olduğumu bir də yadıma salırdı. Tez-tez görüşmək lazım idi, ancaq məsələ ondadır ki, Kristianla öz balonumuzda olmağı daha çox sevirdim.

Öncəki axşam bir xeyriyyə mərasiminə getmişdik. Qalstukda, kostyumda nə qədər yaraşıqlı kişi, baxımlı və eleqant xanımlar var idi orada və bütün söhbətlər ancaq daşınmaz əmlak qiymətləri, iqtisadi böhran və birjadakı vəziyyət haqqında idi. Adamın ürəyi sıxılırdı. Odur ki, həmyaşıd rəfiqənlə harasa çıxmaq bir qurtum təmiz hava kimiydi.

Qarnım quruldadı. Axı mən heç nə yeməmişdim. Lənət olsun, Kristian! Çantamda eşələnib BlackBerry-ni tapdım. Vay, vay… Beş cavab verilməmiş zəng! Və bir sms…

HANSI CƏHƏNƏMDƏSƏN!

Və bir e-mail.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Qəzəbliyəm. Məni hələ belə görməmisən

Tarix: 26 avqust 2011 00:42 yerli saat

Kimə: Anasteyşa Qrey

Anasteyşa

Soyer dedi ki, bardasız, halbuki söz verdin ki, getməyəcəksən.

Heç təsəvvür edirsən indi necə qəzəbliyəm?

Sabahədək

Kristian Qrey

Baş direktor “Grey Enterprise”

———-

Ürəyim ayağımın altına düşdü. Lənət olsun! Şüuraltım çiyinlərini çəkib mənə qınayıcı baxırdı və sanki nə əkərsən onu da biçərsən deyirdi. Başqa nə gözləyirdin ki? Bələ zəng edim? Amma yox, orada artıq gec idi və o bəlkə də indi yatmışdı…Ya da otaqda var gəl edirdi. Məncə bir sms yazsam bəs edər.

“MƏN SAĞ-SALAMATAM. ƏLA VAXT KEÇİRDİM. DARIXIRAM. XAHİŞ ELƏYİRƏM, HİRSLƏNMƏ”.

Blackberry-ə baxdım, dua edirdim ki, cavab yazsın, ancaq o zalımca susurdu. Köks ötürdüm.

Preskott maşını “Eskala”nın yanında saxladı. Soyer maşından düşüb qapını açdı. Vestibüldə lifti gözləyərkən ondan soruşmağa macal tapdım:

— Kristian sizə nə vaxt zəng etmişdi?

Soyer qızardı.

— Saat onun yarısında, mem.

— Nə üçün mənə demədiz? Onunla danışa bilərdim.

— Mister Qrey tapşırdı ki, sizə heç nə deməyək.

Dodaqlarımı sıxdım. Lift gəldi. Səssizcə qalxdıq. Birdən düşündüm ki, yaxşı ki indi Kristian çox uzaqdadır, qarşıda isə sakitləşib özünə gəlməsi üçün uzun bir gecə var. Elə mənim də vaxtım var idi. O biri yandansa onsuz darıxırdım…

Liftin qapıları açıldı və mən çaşqın içində foyedəki masaya baxdım. Burada nə baş verib? Gül vazası qırılıb, qırıntıları dəhlizə səpələnib, çiçəklər hərəsi bir tərəfə atılıb, masa yan üstə aşırılıb…

Soyer qolumdan tutub məni liftin kabinəsinə dartdı.

— Burda qalın, — fısıldadı və əl atıb tapançasını çıxardı. Bir addımla foyeyə girdi və dərhal da gözdən itdi.

Ah, yox!

Divara qısıldım. Axı, nə baş verib?

— Lyuk! — Otaqdan Rayanın səsi gəldi. — Göy kod!

Göy kod?

— Sən onu götürmüsən? — Soyer səsləndi. — İlahi!

Mən küncə sıxıldım. Axı nə baş verib burada? Qanımda adrenalin zoqquldayırdı, ürəyim ağzıma gəlmişdi. Boğuq səslər eşidirdim, sonra qarşımda yenə Soyer peyda oldu. Vazadan axmış su gölməçəsinin düz ortasında dayandı, tapançanı qabına yerləşdirdi.

— Çıxın, missis Qrey.

— Nə olub, Lyuk? — güclə eşidiləcək səslə soruşdum.

— Qonağımız var. — Dirsəyimdən tutdu, bunun üçün isə ona minnətdaram — əl ayağım onsuz da ət kimi idi.

İkiqat qapıdan içəri keçdik.

Böyük otağın kandarında Rayan dayanıb. Gözünün üstündəki yaradan qan axır, dodağı partlayıb və əzişdirilmiş görünüşü vardı. Amma ən təəccüblü olan o idi ki, ayaqlarının altında Cek Hayd sərilmişdi.

X HİSSƏ

Ürəyim döyünür və qanım qulaqlarımda zoqquldayırdı; qanımda dolaşan alkoqol isə bu zoqqultunun səsini bir az da gücləndirirdi.

— Odur… — güclə dillənirəm amma sözümü axıra çatdıra bilmirdim və qorxa qorxa yalnız Rayana baxırdım. Yerə sərilmiş cüssəyə baxmağa cəsarətim çatmırdı.

— Yox, mem. O, sadəcə huşunu itirib.

Çox şükür. Bir az özümə gəldim.

— Bəs sizə nə olub? — Mənə hələ indi çatdı ki, onun adını bilmirəm. Rayan elə ağır nəfəs aldı ki, elə bil qaçış marafonundan qayıdıb. Ağzının kənarındakı qan ləkəsini sildi, yanağında isə göy ləkə əmələ gəlməyə başladı.

— Dalaşmalı oldum, amma indi yaxşıyam, missis Qrey — Rayan sözlərinə təbəssüm qatdı. Əgər onu yaxşı tanımış olsaydım özündən razı biri olduğunu üzünə deyərdim.

— Bəs Qeyl? Missis Cons? — Ah, yox, bircə ona bir şey olmasın.

— Mən buradayam, Ana. — çevrilib baxdım: missis Cons gecəliyinin üstündən xalat geyinmiş, saçları dağılmış, üzü boz, gözləri isə qorxu içində idi — yəqin mən də elə görünürdüm. — Məni Rayan oyatdı. Bura gəlməyimi təkid etdi. — O, arxaya, Teylorun otağına işarə elədi. — Hər şey yaxşıdır? Siz özünüz necəsiz?

Mən başımı tərpətdim. Aha, missis Cons böyük ehtimalla Teylorun otağına bitişik sığınacaq otağından çıxmışdı. Kimin ağlına gələrdi ki, bu otaq gərəyimiz olacaq? Otağı bizim nişandan dərhal sonra Kristianın göstərişi ilə tikmişdilər. O necə də uzaqgörəndir – düşünərək kandarda dayanan Geylə baxdım. Və… Diqqətimi hansı səs yayındırırdı – foyenin qapısı divara bərkidilən yerindən qırılmışdı, cırıltı səsi çıxarırdı. Qapıya nə olub bəs?

— O tək idi? — Rayandan soruşdum.

— Bəli, mem. Əks halda indi burada dayana bilməzdiniz. — Sualım nədənsə onun xətrinə dəydi.

— O bura necə girə bilib? — Rayanın tonuna məhəl qoymadan soruşdum.

— Xidməti liftlə içəri keçib.

Yerə sərələnmiş cüssəyə baxdım. Cekin əynində uniformaya bənzəyən kostyum var idi.

— Bu nə vaxt baş verib?

— On dəqiqə əvvəl. Mən onu monitorda gördüm. Əlində əlcək vardı… avqust ayında əlcək geyinmək bir az qəribə göründü. Diqqətlə baxdım, tanıdım və içəri buraxmaq qərarına gəldim. Nəhayət ki, ələ keçirmək üçün. Siz gəlməmişdiniz, Qeyl üçün heç bir təhlükə yox idi və fikirləşdim ki, əsil vaxtıdır. –Rayanın səsində yenə də özündən razılıq notları hiss olunurdu və Soyer qınayıcı nəzərlə ona baxırdı.

Əlcəklər? Cekə baxdım – doğrudan da, əlində qəhvəyi dəri əlcək var idi. Qorxuludur.

— Bəs sonra? — beynimdəki ehtimallardan uzaq olmağa çalışaraq soruşdum.

— Onun əl qolunu bağlamaq lazımdır.

— Bağlamaq?

— Hər ehtimala qarşı, birdən oyana bilər. –Rayan Soyerə baxır.

— Sizə nəsə lazımdır? — missis Cons yaxına gələrək soruşur. O, artıq özünə gəlmişdi və daha ürəkli görünürdü.

— Məftil ya da kəndir, — Rayan cavab verdi.

“Kabel məftilləri” – öz özümə deyib düşündüm və qızardım. Dünənki gecə yadıma düşdü. Özümdən asılı olmadan biləklərimi ovuşdurub gözlərimi aşağı dikdim. Göy ləkələr yox idi. Çox yaxşı.

— Məndə kabel məftili var. İşə yarayar?

Hamı mənə baxdı.

— Bəli, mem. Yarayar. Lap yerinə düşdü, — Soyer dilləndi. Üzündə təbəssümdən əsər əlamət yox idi.

Utandığımdan yerin altına girmək istəyirəm, amma üzümü çevirib yataq otağına gedirdim. Bəzən gönü qalın olmaq işə yarayırdı. Bu dəfə isə deyəsən, köməyimə qorxu və alkoqol gəlmişdi.

Geri dönəndə missis Consun foyeni təmizlədiyini gördüm, Soyerlə Rayana isə Preskott da qoşulmuşdu. Məftilləri Rayana uzadırdım, o isə səliqə ilə, hətta gərəksiz ehtiyatkarlıqla onun Haydın əllərini məftillə arxasına doladı. Missi Cons mətbəxdə gözdən itir və əlində ilk yardım çantasıyla qayıdırdı.

Rayanın əlindən tutub otaqdan çıxarır və üzündəki yaraları dərmanla silməyə başladı. Rayan ağrıdan gözünü qıyıb, üz gözünü qırışdırırdı. Və birdən döşəmədə başına səsboğucu keçirilmiş “qlok” gördüm. Əcəbdir! Deməli, Cek silahlı olub? Boğazımın ortasına dirənən bulantını zorla udqundum.

— Əl vurmayın ona, missis Qrey, — əyilib tapançanı götürmək istəyəndə Preskottun səsini eşitdim. Teylorun otağından əlinə lateks əlcəklər geyinmiş Soyer çıxdı.

— Silahla özüm məşğul olacam.

— Bu, onun silahıdır? — soruşdum.

— Bəli, mem. — Rayan ağrıdan yenə gözünü qıydı, amma dözdü. İşə bir bax, əli silahlı adamla davaya girişibmiş. Mənim evimdə. Bu fikrin özü belə halımı xarablaşdırdı.

Soyer əyilərək ehtiyatla silahı götürdü.

— Düşünürsüz ki, bunu siz etməlisiz? — soruşurdum.

— Bunu mister Qrey özü belə istərdi.

Soyer silahı ağzı bağlı paketin içinə qoydu, dizləri üstə əyilib Haydın üst başını axtarmağa başladı. Haydın cibindən nəsə tapıb çıxardı, dayandı və birdən rəngi ağappaq ağadı və tapdığı şeyi yenidən eyni cibə soxdu. Bu, bir rulon yapışqan lent idi…

Yapışqan lent? Axı nə üçün? Bir müddət qəribə ehtiyatkarlıqla, keyimiş halda Soyerin hərəkətlərini izləyirəm və birdən lentin nəyə lazım ola biləcəyini dərk edirəm; boğazımın ortasına yenə bulantı dirəndi. Xoşagəlməz fikirləri özümdən uzaqlaşdırmağa tələsirəm. Lazım deyil, Ana!

— Bəlkə polisə zəng edək? — qorxumu gizləyərək soruşdum. Bu dəqiqə ən çox istədiyim şey odur ki, Haydı tezliklə buradan uzaqlaşdırsınlar.

Rayanla Soyer bir birinə baxdılar.

— Düşünürəm, hər halda polis çağırmaq lazımdır, — artıq daha inamla dillənirəm. Rayanla Soyerin arasında nəsə baş verirdi, amma nə?

— Elə bu dəqiq Teylora zəng etdim amma telefonu bağlıdır. Yəqin, yatır. –Soyer saata baxır. — Şərq sahilindən indi gecə saat ikiyə iyirmi dəqiqə qalıb.

Ah, yox!

— Kristiana zəng etmisiz? — pıçıltıyla soruşdum.

— Yox, mem.

— Teylordan təlimat gözləyirdiniz?

— Bəli, mem.

İndi gəl, əsəbiləşmə! Bu adam – yerdə sərilmiş Hayda baxdım – evimə soxulub və onu bacardıqca tez buradan rədd eləmək lazım idi. Və qoy, bunu polis etsin. Lakin çevrilərək onların dördünə baxdım, gözlərinin içinə baxdım və necə həyəcan keçirdiklərini görürəm və arada nəyisə diqqətdən qaçırdığımı başa düşdüm. Amma hər halda Kristiana zəng etmək lazım idi. Başımın dərisi ürpənirdi. Bilirəm, mənə acıqlı idi, özü də çox pis acıqlı idi.

Mənə nə deyəcəyini təsəvvür etdim və halım bir az da pisləşdi. Burada olmadığı üçün nələr çəkdiyini başa düşdüm və hələ sabah axşama qədər də burda olmayacaq. Hamısı da mənim üzümdəndi. Bəlkə bugünlük ona bu qədər xoşagəlməzlik yaşatmaq yetərdi? Bəlkə heç zəng eləməsəm yaxşı olardı? Və birdən… Bəs əgər mən burada olmuş olsaydım? Çox şükür ki, mən hələ gəlməmişdim. Bəlkə nahaq yerə narahat olurdu?

— O, yaxşıdır? — Ceki göstərib soruşdum.

— Ayılanda başı ağrıyacaq, — Rayan yerə sərilmiş cüssəyə pis pis baxaraq cavab verdi.

Çantamı açıb “Blackberry”-ni çıxardım, düşünmədən Kristianın nömrəsini yığdım. Telefon səsli mesajda idi. Kim bilir, necə əsəbiləşibsə, telefonun da söndürmüşdü. Üzümü çevirib dəhlizdə bir başqalarından neçə addım kənara çəkildim.

— Salam, mənəm. Lütfən, əsəbiləşmə. Başımıza bir iş gəlib. Ancaq hər şey nəzarətdədir. Heç kim zərər çəkməyib. Zəng elə.

— telefonu qapadıb Soyerə tərəf çevrildim. — Polisi çağırın. –O, başını tərpətdi, mobil telefonunu çıxarıb zəng etdi.

Polis Skinner Rayanla yemək masası arxasında əyləşib söhbət edirdi. Onun köməkçisi Uoker isə Soyeri Teylorun otağında sorğu sual etdi. Preskottun harda olduğunu bilmirdim. Yəqin kabinetdə, onların yanında idi. Biz detektiv Klarkla böyük otaqda divanda oturmuşduq. Hündürboylu, qarasaçlı adam idi, dəqiqə başı gözlərini qıyıb bir az nəzakətli olsaydı daha da yaraşıqlı görünərdi. Məni onu gecənin bir aləmində isti yatağından Sietlin ən varlı adamının evinə basqın olduğu üçün oyadıb gətirmişdilər.

— Deməli, o sizin müdiriniz olub? — Klark qəfil soruşdu.

— Hə. — Mən dəhşət yorğun idim və tək istədiyim şey var idisə o da tezliklə yatağıma girib yatmaqdı. Kristiandan hələ də xəbər ətər yox idi. Hələ yaxşı ki, təcili yardım Haydı gəlib aparmışdı. Missis Cons detektivlə mənə çay gətirdi.

— Çox sağ olun, — Klark deyinə-deyinə təşəkkür etdi və yenidən üzünü mənə tərəf çevirdi. — Bəs mister Qrey haradadır?

— Nyu-Yorkdadır. İşləri var. Sabah axşam qayıdacaq. Daha doğrusu, bu gün. — Saat gecə yarını keçmişdi.

— Biz Haydı tanıyırıq, — Klark deyir. — Siz şöbəyə gəlib ərizə yazmalısız. Amma indi tələsik deyil. İndi çox gecdir, aşağıda isə artıq bir iki reportyor yığışıb. Etiraz etmirsinizsə baxmaq istərdim.

— Əlbəttə, xeyr.

Deyəsən, hər şey bitdi. Çox şükür. Fotoqrafları düşünəndə bədənim ürpəndi. Yaxşı, sabah qədər onları düşünməmək də olardı. Sadəcə anama və Reyə zəng edib xəbərdarlıq etmək lazım idi ki, xəbəri eşitsələr narahat olmasınlar.

— İcazə verərsiz sizi yataq otağına qədər ötürüm, — missiz Consa xeyirxahlıqla soruşdu.

Onun isti və mehriban gözlərinə baxanda hiss etdim ki, qəhər məni boğur. O, yaxınlaşaraq ehmallıca çiynimə toxundu.

— Hər şey bitdi. Bizə heç bir təhlükə yoxdur. Sizə yatmaq lazımdır. Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır. Həm də ki tezliklə mister Qrey də qayıdıb gələcək.

Göz yaşlarımı unudaraq ona baxdım. Mister Qrey gələcək… Amma çox əsəbi qayıdacaq.

— Yatmazdan əvvəl sizə nəsə gətirim?

Nə? Acından həlak olduğum indi yadıma düşdü.

— Yeməyə bir şey olsaydı yaxşı olardı.

O, ağız dolusu gülümsündü.

— Sendviç və süd?

Mən minnətdarlıqla başımı tərpətdim və missis Cons mətbəxə qayıtdı. Rayan hələ də müstəntiq Skinnerlə birlikdə idi. Detektiv Klark dəhlizdə, liftin yanında dayanmışdı. Üz gözünü turşutsa da çox fikirli göründü. İlahi, Kristiansız necə də pisdir! Başımı ovuclarımın arasına aldım. Kaş ki, tez gəlib çıxsın. O, nə etməli olduğunu yaxşı bilirdi.

Nə pis axşam oldu bu axşam. Kaş qucağında oturaydım, ağuşundan qızınaydım və sözünə əməl etməsəm də məni necə sevdiyini söyləməsinə qulaq asdıqca asaydım. Amma bütün bunların heç biri axşama qədər olmayacaqdı. Fikrən gözlərimi süzdüm. Nəyə görə Kristian təhlükəsizliyi artırması haqqına bir kəlmə olsun deməmişdi? Cekin kompüterində nələr var idi? Açığı, indi bunları düşünmək istəmirəm. Təki ərim tez qayıtsın. Onsuz darıxırdım.

— Buyurun, Ana, əzizim. — missi Consun səsi məni fikirlərin burulğanından dartıb çıxardı. Başımı qaldırdım — o isə mənə fındıq yağı, və marmeladlı sendviç gətirmişdi. Gözləri parıldadı. Axırıncı dəfə nə vaxt yemək yediyim yadıma düşmürdü. Utancaq-utancaq gülümsəyib iştahla bir dişdəm qopardım.

Nəhayət ki, yatağımdaydım. Əynimdə Kristianın futbolkası var idi. Yerimdə qıvrılaraq uzanmışdım. Hər iki yastıqdan və futbolkadan Kristianın qoxusu gəlirdi. Onu düşünərək, evə sağ salamat və kefi kök gəlməsini arzulayıb yuxu getdim.

Sanki zərbə almış kimi yuxudan qəfil oyandım. Hava işıqlanmışdı. Başım ağrıdan dağılır, gicgahlarım zoqquldayırdı. Ah, yox… bircə sərxoşluqdan sonrakı başağrısı olmasın. Ehtiyatla gözlərimi açıram və ilk gördüyüm şey kreslonun yerinin dəyişməsi və Kristianın orada oturması idi. Əynində smokinq var idi , döş cibindən isə “kəpənəyinin”ucu görünürdü. Yoxsa yuxu görürdüm?

Sol əli kreslonun başında idi, əlində isə içində açıq kəhrəba rəngli içki olan stəkan tutmuşdu. Brendi? Viski? Başım çıxmır. Ayağını ayağının üstünə aşırmışdı. Tünd corablar, ciddi tufli geyinmişdi. Sağ əlini kreslonun qoltuğuna qoymuş, ovucu ilə çənəsini tutmuş, adsız barmağı alt dodağında sürüşdürürdü. Səhərin ilk işartısında gözləri tünd və ciddi görünürdü. Üzü hissiyyatsız idi.

Ürəyim az qala dayanacaqdı. O, evdədir. Amma bu necə olur?.. Görünür, Nyu Yorkdan hələ gecə ikən çıxıb. Görəsən, çoxdan gəlib? Nə vaxtdan məni yatan yerdə seyr eləyir?

— Salam, — pıçıltıyla dedim.

Kristian susaraq mənə baxdı, üzündə heç bir ifadə yox idi və ürəyim yenə az qala dayanacaqdı. Ah, yox. Barmağını dodağında çəkdi, stəkandan qalmış mayeni axıra qədər içdi və bir az irəli əyilərək stəkanı çarpayının yanındakı masanın üstünə qoydu. Məni öpməyini gözləyirəm. Amma… Yenidən arxasını kresloya yaslayaraq üzündə heç bir ifadə olmadan mənə baxmağa davam etdi.

— Salam, — axır ki, sakitcə dilləndi. — Hələ də acıqlıydı. Həqiqətən çox acıqlıydı.

— Sən gəlmisən.

— Deyəsən, hə.

Gözümü ondan çəkmədən dartınaraq yataqda oturdum. Ağzımın içi qurumuşdu.

— Çoxdan burada oturmusan?

— Çoxdan.

— Və hələ də mənə acıqlısan. — Sözləri güclə tələffüz edirdim.

Mənə elə baxdı ki, sanki cavabı götür qoy etdi.

— Acıqlıyam. — Sözlərin tələffüzünü, mənasını yoxlayırmış kimi dilləndi. — Yox, Ana. Mən artıq əsəbiləşmirəm. O mərhələni keçmişəm.

Əcəb yerdə axşamladıq. Udqunmağa çalışdım, amma qurumuş ağzımla bunu etmək heç asan deyil.

— O mərhələni keçmisən… Heç yaxşı deyil.

Lənət olsun!

Sakitcə baxdı, üzü daş kimi idi. Aramızda getdikcə uzanan susqunluq elə hey uzanırdı. Əl atıb içində su olan stəkanı götürüb bir qurtum içdim, eyni anda həyəcandan atılan ürəyimi sakitləşdirməyə çalışdım.

— Rayan Ceki tutub, — başqa bir üsul seçməyə cəhd edərək dilləndim. Stəkanı yerinə qoydum.

— Bilirəm, — buz kimi bir səslə dilləndi.

Əlbəttə ki, bilirdi.

— Bu cür cavablarla başdan etməyə hələ çox davam edəcəksən?

Qaşları sezilmədən yuxarı dartıldı, sanki bu cür sual eşitməyini gözləmirdi.

— Hə.

Ah… Yaxşı. Nə etməliydim ki? Ən yaxşı müdafiə hücumdur.

— Bağışla ki, dünən çıxdım.

— Bağışla? Sən peşmansan?

— Yox, — qısa pauzadan sonra dillənirəm, çünki bu, doğrudan da elə idi.

— Onda niyə üzr istəyirsən?

— İstəmirəm ki, mənə acıqlanasan.

O, elə dərindən köks ötürür ki, sanki min saatdır gərginlik altında qalmışdı, sonra isə saçlarını ovuclarıyla daradı. Çox gözəl görünürdü. Acıqlı, amma gözəl. Ona baxmaqdan doymurdum. – Kristian qayıtmışdı. Əsəbi idi, amma sağ salamat qayıdıb gəlmişdi.

— Deyəsən, detektiv Klark səninlə danışmaq istəyir.

— Şübhə etmirəm.

— Kristian, lütfən.

— Nə?

— Bu qədər…oyuq olma.

Qaşları yenə heyrətlə dartındı.

— Anasteyşa, bu dəqiqə mən qətiyyən soyuq deyiləm. Mən yanıram. İçimdəki hər şey qaynayır. Qəzəbdən. Heç bilmirəm bu… — Əlini qaldırıb lazımı sözləri düşündü: — bu hisslərlə nə edim.

Ah, ah, ah. Dürüstlüyü məni heyrətə gətirmişdi. Kaş ki indi dizinin üstündə olaydım. Dünən axşamdan istədiyim tək şey də elə bu idi. Amma bu dünən idi, bu gün bir fikir artıq ağlabatan görünmürdü. Ya da bəlkə?.. Cəhənnəm olsun hər şey. Ayağa qalxıram və Kristianın gözləmədiyi bir anda yöndəmsiz hərəkətlə dırmaşıb dizinin üstündə oturdum.

Qorxurdum ki, itələyər, amma yox, itələmədi. Qısa pauzadan sonra hətta qucaqladı və burnuyla saçlarıma soxuldu. Kristian viski qoxuyurdu. İlahi, nə qədər içib görəsən? Bir də ondan duş geli və… Kristianın iyi gəlirdi. Boynunu qucaqlayıram və yenidən ağır-ağır köks ötürür.

— Ah, missis Qrey. Axı mən sizinlə nə edim? — deyərək alnımı öpdü.

Gözlərimi yumub onunla yaxınlığın həzzini yaşayıram.

— Nə qədər içmisən?

Gərildi.

— Nəyə görə soruşursan?

— Axı sən adətən viski içmirsən.

— Bu, ikinci stəkandır. Gərgin bir gecə yaşamışam. Adam gərək gərginliyini atsın.

Gülümsədim.

— Madam belə israr edirsiz, mister Qrey, — deyərək dodaqlarımı boynuna sıxdım. — M-m-m… ilahi bir qoxun var. Mən yatağın sənə aid hissəsində yatmışdım, çünki yastığından sənin qoxun gəlir.

Burnunu saçlarıma sürtür.

— Məndə başa düşə bilmirdim ki, niyə çarpayının o tərəfinə qısılmısan. Hələ də sənə acıqlıyam.

— Bilirəm.

Kürəyimi sığallayırdı.

— Mən də sənə acıqlıyam.

Dayandı.

— Mən nə etmişəm ki? Sənin qəzəbinə nə ilə tuş gəlmişəm?

— Hirsin soyuyanda deyərəm. — Boğazından öpürdüm. O, gözlərini yumur amma məni öpməyə cəhd belə etmirdi, sadəcə daha möhkəm qucaqlayırdı.

— Nələr baş verə biləcəyini düşünəndə… — astadan pıçıltıyla söyləndi.

— Mən yaxşıyam.

— Ah, Ana… — onu sanki qəhər boğurdu.

— Mən qaydasındayam. Hamı qaydasındadır. Bir az həyəcanlandıq. Heç kimə heç nə olmadı. Nə Qeylə, nə də Rayana. Hətta Ceki də apardılar.

Kristian başını yırğalayır.

— Yox, lazım deyil. Sağ ol.

O, nəyi nəzərdə tutur? Mən kənara əyilir və ona baxırdım.

— Sən nəyi nəzərdə tutursan?

— Bunu indi müzakirə etmək istəmirəm.

Deməli belə? Bəlkə mən istəyirəm? Hərçənd… yaxşı, qoy qalsın. Ən azından o indi mənimlə danışırdı. Yerimi bir az da rahatlayırdım. Kristian saçlarımla oynayırdı. Əyilir və qulağıma pıçıldadı:

— Səni cəzalandırmaq istəyirəm. Necə lazımdır. Canını almaq istəyirəm.

Ürəyim yerindən oynayır. İşə bir bax! Bədənim ürpəndi.

— Bilirəm.

— Və, bəlkə cəzalandırdım.

— Ümidvaram, cəzalandırmazsan.

Məni bir az möhkəm qucaqladı.

— Ana! Ana! Ana! Sən mələyin də səbrini əlindən alarsan.

— Sizi nədə desən ittiham edə bilərdim mister Qrey, amma əsla mələk deyilsiz.

Üzü güldü. Nəhayət.

— Həmişə olduğu kimi düz nöqtəyə düşdüz, missis Qrey. — Kristian alnımdan öpür. — Yatağına get. Sən də gec yatmısan. — O, ayağa qalxdı, çevik hərəkətlə məni qucağına alıb çarpayıya qoydu.

— Yanımda yatarsan?

— Yox, işim çoxdur. — Kristian stəkanı masanın üstündən götürdü. –Sən yat. Bir neçə saatdan sonra oyadaram.

— Hələ də acıqlısan?

— Hə.

— Onda mən yatım.

— Lap yaxşı. — Üstümü örtür və alnımdan yenə öpür. — Yat.

Dünən olanlardan hələ özümə gəlməmiş indi də bu üzücü söhbət… Qısası, doğrudan da yatmağa ehtiyacım var idi. Yuxuya gedərkən fikirləşirdim görəsən nə üçün Kristian həmişəki başdan çıxarma mexanizmindən istifadə etmədi, hərçənd, digər tərəfdən bu dəqiqə ağzımın içindəki iyrənc dadı və indiki halımı nəzərə alsaq, yaxşı ki, heç nə baş vermədi.

— Meyvə suyunu iç, — gözlərmi yenidən açanda Kristianın səsini eşitdim. İkisaatlıq yuxu xeyrimə olmuşdu; yorğunluğum çıxmış, başım daha ağrımırdı. Portağal suyu — əsil mənə lazım olan da elə buydu. Üstəlik ərimin özünə gəlməsi də məni həyata qaytarırdı… İdman paltarındaydı… İstər istəməz “Hitman” oteli yadıma düşdü, ilk dəfə onunla eyni yataqda oyandığım gün. Onun boz futbolkası tərdən tündləşmişdi. Ya idman zalında məşğul olmuşdu, ya da sahildə.

— Duş alım, — deyərək vanna otağına keçdi. Əvvəlki kimi məsafəli davranırdı. Bəlkə dünən baş verənlərdən sonra heç məni düşünəcək halda deyildi? Ya bəlkə hələ də acıqlı idi? Bəlkə səbəb başqa şeydə idi?

Oturub stəkanı əlimə aldım və meyvə suyunu tez içdim. Necə də möhtəşəm bir dad! Özü də soyuq meyvə suyu, ağzımın içi o dəqiqə təravətləndi. Yataqdan qalxdım – həm real, həm də metafizik anlamda məsafəni tezliklə aradan qaldırmaq istəyirdim. Tez zəngli saat baxdım. Saat səkkiz idi. Futbolkanı əynimdən çıxarıb vanna otağına getdim.

Kristian duş kabinəsində saçını yuyurdu, bir qram tərəddüd etmədən kabinəyə girib arxadan onu qucaqladım – donub qaldı – və bütün bədənimlə yaş və əzalı kürəyinə sıxıldım. Reaksiyasına məhəl qoymadım, bir az da möhkəm qucaqlayırdım, yanağımı kürəyinə basdırıb gözlərimi yumdum.

O, irəli yarım addım atdı və biz ikimiz də axar isti suyun altında qaldıq; saçlarını yumağa davam etdi. Dəfələrlə burada sevişdiyimiz vaxtları xatırladım. Qaşlarımı çatdım. Əvvəllər heç vaxt belə sakit olmamışdı. Qollarımı üstündən çəkmədən başımı çevirib kürəyini öpüşlərə qərq etdim. O, yenə gərildi.

— Ana…

— M-m-m…

Əllərimi yavaş-yavaş daş kimi möhkəm qarnına, qasığına və daha aşağılara sürüşdürdüm… Bədənini qısıb başını — yırğaladı.

— Lazım deyil.

Əllərimi dərhal geri çəkdim. İmtina eləyir? İstəmir? Əvvəllər belə şey nə vaxt olmuşdu? Şüuraltım dodaqlarını büzərək başını yırğaladı. “Nə etmək olar, bu dəfə əməlli başlı işləri korlamısan”. Üzümə bir sillə vurulmuş kimi hiss etdim özümü. Rədd edilmişdim. Beynimdə qorxunc bir fikir dolaşdı: o, məni daha istəmirdi. İçimi dağlayan İti və dərin ağrıdan içimi çəkdim. Kristian mənə sarı çevrildi və cazibəmə tam biganə qalmadığını anlayınca bir az rahatladım. Çənəmdən tutub başımı yuxarı qaldırmağa məcbur etdi və bu an ehtiyatla baxan gözəl gözlərə baxdı.

— Əvvəlki kimi səni dəlicəsinə sevirəm, — sakit və ciddi-ciddi dilləndi. Sonra əyilib alnını alnıma dayayıb gözlərini yumdu.

Əlimi qaldırıb üzünü sığallayıram.

— Mənə qəzəblənmə, xahiş eləyirəm. Məncə sən hər şeyə həddən artıq çox reaksiya verirsən.

Kristian qəddini qəfil düzləndirdi və əlim yanımda düşür.

— Həddən artıq çox reaksiya verirəm? — çımxırdı. — Hansısa lənətə gəlmiş manyakın biri arvadımı qaçırmaq üçün evimə soxulur və sən də deyirsən ki, həddən artıq çox reaksiya verirəm? — Səsi elə qəzəbli çıxdı ki, qorxmağa başladım. Gözlərində qığılcımlar parıldadı və mənə elə baxdı ki, sanki lənətə gəlmiş manyak mənəm.

— Yox, yox. Mən bunu nəzərdə tutmurdum. Mən elə bildim ki, Keytlə kafeyə getdiyim üçün qəzəblənmisən.

Sanki ağrı çəkirmiş kimi gözlərini yenə də yumub başını yırğaladı.

— Mən burada yox idim.

— Bilirəm, — pıçıltıyla dillənib gözlərini açdı. — Və bütün bunlar səndən xahiş olunan adi bir şeyi yerinə yetirə bilmədiyin üçün baş verir. — Səsində peşmanlıq və kədər vardı. — Bunları burada, duşda müzakirə etmək istəmirəm. Bəli, Anasteyşa, sənə hələ qəzəbliyəm. Sənin üzündən artıq özümdən şübhələnməyə başlamışam.

Üzünü çevirərək kabinədən çıxdı, sonra da əlinə bir dəsmalı alıb vanna otağını tərk elədi. Mənsə təkbaşıma qaldım – isti suyun altında üşüyərək…

Lənət olsun. Lənət olsun. Lənət olsun.

Və deyilənlər yalnız indi mənə çatır.

Qaçırmaq?

Cek məni qaçırmaq istəyirdi? Yadıma yapışqan lent rulonu düşdü. Lent onun nəyinə gərək idi? Bunu düşünmək istəmirdim, düşünə bilmirdim. Kristian başqa nələr bilirdi?

Mən tez yuyundum, saçlarımı yaxaladım. Hər şeyi bilmək istəyirdim. Bu mənə lazım idi. Və məndən nəyinsə gizlin saxlanmasına izin verməyəcəkdim.

Vanna otağından çıxdım – Kristian yataq otağında deyildi. Nə tez geyinib! Tələsik sevimli göyəm rəngli donumu, qara yay ayaqqabılarımı geyindim, birdən başa düşdüm ki, Kristianın xoşuna gələn şeylər geyinmişəm. Tələsik saçlarımı dəsmalla quruladım, darayıb bir yerə topladım. Brilyant sırğalarımı taxdım.

Tez vanna otağına keçdim, makiyaj etmək lazım idi. Güzgüdə özümə baxırdım. Rəngim necə də solğundu! Nəfəsimi dərdim, sakitləşdim və özüm öz yadıma saldım ki, onsuz da həmişə solğunam. Rəfiqənlə əylənmisən, indi də cavabını verməlisən. — Köks ötürdüm. Bəli. Bəli. Kristianın məsələyə baxışı başqa cür idi.

Kristian böyük otaqda da görünmürdü. Mətbəxdə missis Cons nə iləsə məşğul idi. Nəzakətli bir səslə:

— Sabahınız xeyir, Ana, — dedi.

— Sabahınız xeyir, — ona gülümsündüm. — Aha, mən yenə də Ana idim.

— Çay?

— Bəli, zəhmət olmasa.

— Nəsə yeyəcəksiz?

— Omlet istərdim.

— Göbələkli və ispanaqlı?

— Yanında da pendir.

— Bu dəqiqə hazır edərəm.

— Bəs Kristian hardadır?

— Mister Qrey öz kabinetindədir.

— Səhər yeməyini yeyib?

— Xeyir, mem.

— Çox sağ olun.

Kristian telefonla danışırdı. Qalstuksuz ağ köynəkdə – bir az rahatlaşmış baş direktor məhz belə görünməliydi. Xarici görünüş necə də aldadıcı olurmuş. Ofisə heç bəlkə də getməyəcəkdi, amma… Məni kandarda görüncə başını yırğaladı, demək istəyirdi ki, məşğuldur. Nə pis oldu. Üzümü çevirib həvəssiz-həvəssiz bara sarı getdim. Teylor gəldi. İşgüzar kostyumda, şıq və sanki səkkiz saat davamlı yatıb dincəlmiş kimi görünürdü.

Sabahınız xeyir, – əhvalının necə olduğunu və burada nələrə baş verdiyini öyrənmək üçün gizli bir ümidlə mırıldandım.

— Sabahınız xeyir, missis Qrey. — cəmi dörd söz, amma onlarda bir simpatiya hiss etdim. Ona acıyaraq gülümsədim: kim də olmasa mən çox yaxşı bilirdim ki, məcburiyyət qarşısında işini gücünü atıb təcili Sietlə geri qayıdan qəzəbli və narazı Kristiana qatlanmaq nə demək idi.

— Uçuş necə keçdi? — cəsarətimi toplayaraq soruşdum.

— Asan olmadı, missis Qrey. — Qısa, lakin ifadəli cavab verdi. — icazə verin sizin halınızı soruşum.

— Mən yaxşıyam.

O, başını tərpətdi.

— Üzr istəyirəm, — deyərək Kristianın kabinetinə getdi. Onu içəri buraxdılar. Məni isə yox.

— Hə, yemək hazırdır, — missis Cons səhər yeməyi ilə dolu sinini qabağıma qoydu. Daha yemək istəməsəm də, yeyirdim, missis Consun xətrinə dəyməmək üçün.

Yeməyimi bitirdim, Kristiansa hələ görünmürdü. Məndən qaçırdımı? Yoxsa görmək mi istəmirdi?

— Çox sağ olun, missis Cons. –Stuldan aralanıb dişlərimi yumaq üçün vanna otağına keçdim.

Dişlərimi fırçalayarkən Kristianın evlilik andiçməsi üzündən qaş qabaq sallaması yadıma düşdü. O vaxtlar da kabinetinə çəkilərdi. Belə çıxır ki, tarix təkrarlanırdı? O, yenə qaş qabaq edirdi? Ogünkü gecə gördüyü işgəncəli kabusların xatırlayaraq büzüşürdüm. Onlar yenə də təkrar olacaqdımı? Biz mütləq danışmalıydıq. Mən hər şeyi bilməliydim: Cek haqqında, təhlükəsizlik tədbirləri və məndən gizlətdiyi bir çox şeyi, Keytə məlum olanları. Aydındır ki, Keytə hər şeyi Eliot xəbər verdi.

Saata baxdım. Doqquza on dəqiqə qalmışdı. İşə gecikirdim. Dodaqlarımı yüngülvari boyadım, qara yay jaketimi götürüb böyük otağa çıxdım. Kristian artıq burada idi, səhər yeməyini yeyirdi.

— Gedirsən?

— İşə? Hə, əlbəttə. — Qətiyyətli addımlarla ona yaxınlaşdım. Mənə boş-boş baxırdı. — Qayıtdığımız heç bir həftə deyil, mən işə getməliyəm.

— Amma… — Dayandı, ovuclarıyla saçını daradı. Otağa səssiz səmirsiz missis Cons girdi.

— Bilirəm, biz çox şey haqqında söhbət etməliyik. Bəlkə axşam, sən sakitləşəndə danışarıq?

Ağzı açıq qaldı.

— Sakitləşsəm? — Səsi yalandan yumşaq çıxdı. Qanı üzünə vurdu.

— Nəyi nəzərdə tutduğumu bilirsən?

— Yox, Anasteyşa, bilmirəm.

— Mübahisə etmək istəmirəm. Gəldim ki, soruşum, maşını götürə bilərəmmi?

— Yox, — tez dilləndi.

— Yaxşı, — mübarizəsiz təslim oldum.

Kristian çaşqın çaşqın gözünü qırpdı. Deyəsən, gözləmirdi.

— Səni Preskott aparacaq. — İndi səs tonundan zəhrimar yağmırdı.

Bircə Preskott çatışmırdı. Üz gözümü turşudub etiraz edə bilərdim, amma özümü saxladım. Ceki aparıblar, əlavə təhlükəsizlik tədbirlərini azaltmaq olardı. Yadıma toy qabağı anamın dediyi bir söz düşdü: “Ana, əzizim, bütün cəbhələrdə döyüşə bilməzsən”.

— Yaxşı.

Gərginliyini azaltmadan onu bu vəziyyətdə qoyub getmək istəmirdim, elə ona görə də ehtiyatla ona yaxınlaşdım. Gərginləşdi, ehtiyatla mənə baxdı və elə köməksiz, elə yazıq görünürdü ki, ürəyimin başı sızlayırdı. Ah, Kristian, çox təəssüf edirəm! Ağzının kənarını öpürdüm. Gözlərini yumdu, sanki toxunuşumdan həzz alırdı.

— Qəzəblənmə.

Qolumdan yapışdı.

— Mən qəzəblənmirəm.

— Mən öpmədin, — pıçıltıyla dilləndim.

Məni şübhə ilə süzdü.

— Bilirəm.

Eləcə istədim ki, soruşum axı, niyə? Amma cavabı bilmək istədiyimə tam əmin deyildim. Birdən ayağa qalxdı, üzümü ovuclarının arasında sıxaraq dodaqlarıma pərçimləndi. Gözlənilməz hərəkətdən içimi çəkdim və özüm də bilmədən dilinin ağzımın içinə keçməsinə izin verdim. Vəziyyətdən tamamilə istifadə edib içəri soxuldu, istədiyini aldı, hətta daha çoxunu tələb elədi. Cavab vermək istədiyim anda məni buraxdı.

 Teylor səni və Preskottu SİP-ə aparacaq. — Ağır nəfəs alır, gözləri ehtirasdan yanırdı… — Teylor!

Özümü ələ almağa çalışırdım.

— Bəli, ser. — Teylor artıq kandarda gözləyirdi.

— Preskotta deyin ki, missis Qrey işə gedir. Onları apara bilərsiz?

— Əlbəttə. — Teylor dəqiq, hərbçi kimi dillənərək üzünü çevirib çıxıb gedir.

— Bu gün bəlalardan uzaq durmağa çalışsan sənə minnətdar olaram.

— Əlimdən gələni edərəm. — Nəzakətlə gülümsədim.

Ağzının kənarlarına yüngül təbəssüm qondu. Sadəcə kənarlarına – Kristian vaxtından dayanmağı bacardı.

— Görüşərik, — soyuqqanlılıqla dilləndi.

— Hələlik, — pıçıldadım.

Reportyorlarla üz üzə gəlməməkdən ötrü Preskottla mən xidməti liftlə yeraltı qaraja enirik. Cekin həbs olunması və üstəlik bizim evimizdə ələ keçməsi faktı indi baş xəbər idi. “Audi” oturanda düşünürəm, görəsən, nişanlanma xəbərimiz yayıldığı gündə olduğu kimi SİP-in qarşısında bizi paparatsilər gözləmirdi ki?

Bir müddət lal dinməz getdik, sonra yadıma düşdür ki, anamla Reyə zəng edib hər şeyin yaxşı olduğunu xəbər etməliydim. Xoşbəxtlikdən hər iki zəngi nəşriyyata çatana qədər tez bir zamanda həyata keçirmək mümkün oldu. Gözlənildiyi kimi, şirkətin qabağına bir neçə müxbir və fotoqraf toplaşmışdı. Komanda almış kimi hamısı eyni anda çevrilərək “Audi”yə zilləndilər.

— Missis Qrey, bunu istədiyinizə əminsiz? — Teylor soruşdu. Evə geri qayıda bilərdim, sadəcə günümü mister Qəzəb Püskürənlə keçirməli olacaqdım. Ümid eləyirdim ki, bir müddət sonra vəziyyət düzələcək. Cek polisə təhvil verilib, Kristian buna sevinməliydi, amma sevinmirdi. Əslində nə baş verdiyini anlayırdım, — bir çox şey onun nəzarətindən çıxmışdı, o cümlədən də mən, — amma indi bunları düşünməyə vaxt yox idi.

— Xahiş eləyirəm, məni xidməti girişə apar.

— Baş üstə, mem.

Günorta saat bir idi. Bütün səhəri işləmişdim. Qapı döyüldü – kabinetə Elizabet boylandı.

— Səni bir neçə dəqiqə işindən ayıra bilərəm? — o, soruşdu. –Bir dəqiqə.

— Əlbəttə, — planlaşdırılmamış ziyarət məni təəccübləndirdi. Elizabet içəri keçib oturdu, uzun qara saçlarını çiynindən dala atdı. — Əmin olmaq istəyirdim ki, yaxşısız. Düzünü desəm, sənə baş çəkməyi Rouç tapşırmışdı — tələsik dedi, üzü isə qıpqırmızı qızarmışdı. — Bütün bu baş verən son hadisələrə görə…

Cek Haydın həbs olunduğunu bütün qəzetlər yazsa da, “Grey Enterprise”-dəki yanğın hadisəsi ilə əlaqələndirmək heç kimin ağlına gəlməmişdi.

— Mən qaydasındayam. — Nə düşünmək, nə detallara varmaq nə də şəxsi hisslərimi bölüşmək istəyim yox idi. Cek mənim əleyhimə işlər çevirirdi. Və bu, yeni xəbər deyildi. Əvvəllər də buna cəhd etmişdi. Məni daha çox Kristian narahat edirdi.

Tələsik poçtuma baxdım. Ondan hələ də səs səmir yoxdur. Nə edim? Ona e-mail göndərmək istərdim ancaq qorxuram qəzəbini bir az coşdurmuş olaram.

— Lap yaxşı, — Elizabet dilləndi və bu qədər vaxtı ilk dəfədir ki, səmimiyyətlə gülümsəyirdi. — Əgər kömək üçün əlimdən gələn bir şey olsa, lütfən, söyləməyi unutma.

— Mütləq.

Ayağa qalxır.

— Bilirəm, çox məşğulsan. İşindən ayırmayım.

— Çox sağ ol.

Necə də mənasız bir söhbət idi. Bütün Qərb yarımkürəsinin ən boş söhbəti adına layiq ola bilərdi. Bəlkə onu Rouç göndərib? Bəlkə müdirin arvadı olduğumu nəzərə alaraq narahat olub? Tutqun fikirləri başımdan edərək Kristiandan məktub almaq ümidi ilə Blackberry-ə baxdım. Bu anda poçt qutuma yeni bir məktub gəldi.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Bildiriş

Tarix: 26 avqust 2011 13:04

Kimə: Anasteyşa Qrey

Anasteyşa

Detektiv Klark saat 3-də izahatını almaq üçün ofisinə gələcək. Polisə getməyini istəmirəm, ona görə də təkid etdim ki, o özü gəlsin.

Kristian Qrey

Baş direktor, “Grey Enterprise” holdinqi

———-

Düz beş dəqiqə göndərdiyi mesaja baxdım, ağıllı və qayğısız cavab yazmaq üzərində baş sındırdım ki, ərimin kefini qaldırım. Amma ağlıma babat bir şey gəlmədi. Ona gör də qısa cavabla kifayətləndim.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Bildiriş

Tarix: 26 avqust 2011 13:12

Kimə: Kristian Qrey

Okey

A x

Anasteyşa Qrey

Redaktor SİP

———-

Cavab gözləyərək daha beş dəqiqə də ekrana baxdım, amma heç nə yox idi. Bu gün Kristianın kefi yoxdur. Kürəyimi kresloya yasladım. Onu günahlandırmaq düzgün idimi? Mənim yazıq ərim bu gün səhər özündən elə çıxmışdı ki. Və bu an ağlıma bir fikir gəldi. Səhər oyananda Kristianın əynində smokinq var idi. Nyu-Yorkdan geri dönməyə nə vaxt qərar vermişdi, görəsən? Adətən işdən saat onla on bir arasında çıxırdı. Dünən həmin saatda biz Keytlə birlikdə idik.

Görəsən, Kristian nə üçün qayıtmışdı? Ona görə ki, mən evdə deyildim, yoxsa Cek məsələsi üzündən? Əgər geri dönüşünün səbəbi sadəcə mənim əylənməyim idisə, onda Sietlə enmədən Cek və polis haqqında xəbərsiz olmalı idi. Birdən başa düşürəm ki, hər şeyi aydınlaşdırmalıydım.

Əgər Kristian sırf mən evdə qalmadığıma görə qayıtmışdısa, onda məsələyə həddən artıq kobud və sərt reaksiya verirdi. Şüuraltım dodaqlarını sıxır və yenə də qaniçən qadına bənzəməyə başlayırdı. Yaxşı, yaxşı, şadam ki, o qayıdıb gəlib və yerdə qalanlara bəlkə də elə də vacib deyildi. Amma yenə də olsun… Yerə enəndən sonra keçirdiyi şoku təsəvvür edirdim. Bugünkü qanıqara halına təəccüblənməməliydim. Yadıma bir vaxt söylədiyi söz yadıma düşdü: səninlə özüm öz ağlımdan da şübhələnirəm.

Mən bilməliyəm: o, “Koktelgeyt” məsələsinə görə dönmüşdü, yoxsa o lənətə gəlmiş başdanxaraba görə.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Uçuşun

Tarix: 26 avqust 2011 13:24

Kimə: Kristian Qrey

Dünən Sietlə dönməyə saat neçədə qərar vermişdin?

Anasteyşa Qrey

Redaktor SİP

———-

Kimdən: Kristian Qrey

Mövzu: Uçuşun

Tarix: 26 avqust 2011 13:26

Kimə: Anasteyşa Qrey

Niyə soruşursan?

Kristian Qrey

Baş direktor, “Grey Enterprise”

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Uçuşun

Tarix: 26 avqust 2011 13:24

Kimə: Kristian Qrey

Belə deyək, maraqdan.

Anasteyşa Qrey

Redaktor SİP

———-

Kimdən: Kristian Qrey

Mövzu: Uçuşun

Tarix: 26 avqust 2011 13:26

Kimə: Anasteyşa Qrey

Maraq pişiyi öldürüb.

Kristian Qrey

Baş direktor, “Grey Enterprise”

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Uçuşun

Tarix: 26 avqust 2011 13:24

Kimə: Kristian Qrey

Bu nə gizli eyhamlardır belə? Növbəti hədələmədir?

Bununla nəyə varmaq istədiyimi yaxşı bilirsən. Sən nə üçün geri dönməyə qərar verdin? Rəfiqəmlə içməyə getməyəcəyimə söz verib getdiyim üçün, yoxsa evinə soxulmuş o başdanxaraba görə?

Anasteyşa Qrey

Redaktor SİP

———-

Ekrana baxdım. Cavab yox idi. Ekranın kənarındakı saata baxdım. Saat ikiyə on beş dəqiqə qalırdı, cavab isə hələ də yoxdu ki yoxdu.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Məsələ belədir…

Tarix: 26 avqust 2011 13:56

Kimə: Kristian Qrey

Susmağını doğrudan da Sietlə mən fikrimi DƏYİŞDİYİM üçün gəlməyinin təsdiqi kimi başa düşürəm. Mən ağlı başında qadınam və rəfiqəmlə bir yerdə oturmaq üçün çıxmışdım. Lakin əlavə TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ HAQQINDA mənə heç ne deməmişdin. Keytdən öyrəndim ki, bu tədbirlər sadəcə bizim üçün deyil, bütün Qrey ailəsi üçün nəzərdə tutulmuşdu. Həmişə olduğu kimi, nə vaxt ki söhbət mənim təhlükəsizliyimdən gedirsə sən çox sərt reaksiya verirsən və mən səbəbini anlayıram.

İndiki vəziyyətdə sən “Canavarlar!” “Canavarlar!” — qışqıran həmin o balaca çobana bənzəyirsən. Sənin doğrudan da narahat olduğunun yoxsa hadisələri bu cür qavramış olub olmadığının əsil səbəbini başa düşə bilmirəm. Mənimlə iki cangüdən vardı. Elə düşünürdüm ki, Keytlə mən tam təhlükəsizlikdəyik. Evdəkindən də təhlükəsiz şəraitdə. TAM MƏLUMATLANDIRILMIŞ olsaydım başqa cür hərəkət edərdim.

Başa düşürəm ki, sənin narahatlığın Cekin kompüterində saxladığı məlumatlara görədir, – ən azından Keyt belə düşünür. Heç başa düşürsənmi ki, ən yaxın rəfiqəmin hər şeyi məndən yaxşı bilməsi necə qanqaraldıcıdır? Amma axı mən sənin ARVADINAM! Beləliklə, mənə hər şeyi danışmağa hazırsan? Yoxsa yenə də balaca oğlan kimi təhdidlərlə yola verəcəksən? Və sən bütün bunlardan təngə gəlmiş yeganə adam deyilsən? Aydındır?

Ana

Anasteyşa Qrey

Redaktor, SİP

———-

“Göndər” düyməsini basdım. Bax belə, Qrey, qoy sənə dərs olsun. Dərindən nəfəs aldım. Öz-özümə bu qədər əziyyət verirdim. Oturub özümü pis apardığım üçün boş yerə üzülürdüm. Bəsdir, artıq yetər.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Məsələ belədir…

Tarix: 26 avqust 2011 13:59

Kimə: Anasteyşa Qrey

Missis Qrey, həmişə olduğu kimi açıq və tələbkarsız. Bəlkə EVƏ gələndə bu məsələni müzakirə etdik. Və sözlərinizə fikir verin.

Bundan mən də təngə gəlmişəm.

Kristian Qrey

Baş direktor, “Grey Enterprise”

———-

Sözlərinizə fikir verin! Qəzəblə ekrana baxıb bu şəkildə heç nəyə nail olmayacağımı başa düşdüm. Cavab yazmadım. Bu yaxınlarda gənc və perspektivli bir yazıçıdan gələn əlyazmanı açıb oxumağa başladım.

Detektiv Klarkla görüş sakit keçdi. Bu gün o, dünən axşamkından daha az deyingən idi. Ola bilər, bir az yatıb dincələ bilmişdi. Ya da bəlkə gündüzlər işləməyə üstünlük verirdi.

— Ərizə üçün çox sağ olun, missis Qrey.

— Dəyməz, detektiv. Hayd hələ həbsdədir, elə deyil?

— Bəli, mem. Xəstəxanadan bu gün səhər buraxıblar. Ona qarşı sürülən ittihamlarla hələlik bizdə qalmalı olacaq. — Klark gülümsədi və tünd gözlərinin ətrafında qırışlar əmələ gəldi.

— Yaxşı. Ərimlə mən çox həyəcan keçirdik.

— Mən bu gün mister Qreylə artıq danışmışam. O da öz razılığını bildirdi. Əriniz maraqlı adamdır.

“Təsəvvür edə bilməzsiniz nə dərəcədə maraqlıdır” – öz- özümə dedim.

— Hə, sağ olun. –Nəzakətlə gülümsəyərək artıq getmək vaxtının gəldiyini işarə etdim.

— Nəsə yadınıza düşsə, mənə zəng edin. Bu da kartım.

Cüzdanından bir kart çıxarıb mənə uzatdı.

— Çox sağ olun, detektiv. Elə də edəcəm. Mütləq.

— Sağ olun, missis Qrey.

— Sağ olun.

Klark çıxıb getdi, mən isə Cekin məhz nələrdə ittiham olunduğunu fikirləşirdim. Kristian, əlbəttə ki, heç nə danışmayacaq. İncik-incik dodaqlarımı büzürdüm.

“Eskala”ya gedərkən hamı lal dinməz dayanmışdı. Bu dəfə sükan arxasında Soyer idi. Preskott yanında əyləşmişdi. Ürəyimdə ağırlıq vardı və heç cür yüngüllük tapa bilmirdim. Bilirdim ki, möhkəm dalaşacağıq, davaya isə artıq gücüm qalmamışdı.

Qaraj tərəfdən Preskottla birlikdə liftlə yuxarı qalxarkən fikirlərimi sahmana salmağa çalışdım. Mən nə demək istəyirdim? Məktubda hər şeyi dedim… Ola bilsin Kristian açıqlama verəcəkdi. Ən azından buna ümid edirdim. Amma əsəblərimi cilovlaya bilmirdim. Ürəyim sancırdı Ağzımın içi qurumuş, ovuclarım tərləmişdi. Dava etmək istəmirdim, ancaq onunla bəzən elə çətin olurdu ki. Ancaq mən təslim olmamalıydım.

Kabinənin qapıları yana açıldı. Foye göründü. Hər şey yerli yerində, təmiz və səliqəli idi. Masa öz yerindəydi, təzə vazada isə açıq çəhrayı və ağ pionlardan ibarət möhtəşəm buket var idi. Bütün rəsm əsərlərini yoxladım – “Müqəddəs Məryəm” öz yerində idi. Qırıq qapını təmir etmişdilər, yenə əvvəlki vəziyyətində — idi və Preskott nəzakətlə həmin qapını üzümə açdı. Bu gün o, sakit idi və bu cür daha çox xoşuma gəlirdi.

— Axşamınız xeyir, missis Qrey, — Kristian dilləndi. Royalın yanında dayanmışdı. Əynində qara futbolka və cins şalvar vardı… oyun otağında geyindiyi həmin cins şalvar. Demək, belə. Yuyulmaqdan rəngi ağarmış, dar, dizlərində cırıqları vardı. Mənə yaxınlaşanda ayaqyalın olduğunu gördüm, yuxarı düyməsi isə açıq idi. Gözləri dumanlı, baxışları isə mənə zillənmişdi.

— Sizi evdə görməyə şadam. Gözləyirəm.

XI HİSSƏ

— Doğrudan? — pıçıldadım. Ağzımın içi bir az da qurudu, ürəyim sinəmdə sürətlə döyünməyə başladı. Nə üçün belə geyinmişdi? Hələ də özündə deyildi??

— Hə. — Səsi o qədər yumşaq idi ki, mənə yaxınlaşırkən irişirdi.

Qasığına oturmuş bu cins şalvarında necə də ağılları başdan alacaq qədər seksual görünürdü! Yox, bu “İkiayaqlı Mister Seks”-ə diqqətimi yayındırmağa icazə verməyəcəkdim. Sanki öz qurbanına tərəf yaxınlaşan yırtıcı kimi gələn Kristianın əhvalını öyrənməyə çalışdım. Qəzəbliydimi? Şəhvətliydimi? Ayırd etmək mümkün deyildi.

— Cins şalvarın xoşuma gəlir, — dilləndim. Yırtıcı təbəssümü baxışlarına əks olunmurdu. Hələ də qəzəbliydi. Amma belə geyinmişdi ki, diqqətimi yayındırsın. Dayanmış və diqqətli baxışlarıyla məni əridirdi. Geniş açılmış nüfuzedici gözləri məni yandırıb yaxırdı. Udqunurdu.

— Belə başa düşdüm ki, sizin suallarınız var, missis Qrey, — qısa danışdı və əl atıb arxa cibindən nəsə çıxardı. Gözlərim gözlərinə zillənmişdi, amma bir vərəq xışıltısını eşitdi. Yuxarı qaldırdı və mən baxan kimi yazdığım elektron məktubu tanıdım. — Biz bir-birimizin gözünü içinə baxırdıq və onun baxışları od tutub yanırdı.

— Hə, mənim suallarım var, — nəfəsim çatışmır kimi pıçıldadım. Biz müzakirəyə başlayacaqdıqsa ondan uzaq durmağa çalışmalıydım. Ancaq mən geri çəkilmək istəyəndə o, əyilərək burnunu burnuma sürtdü. Aldığım həzzdən gözlərim istər istəməz yumuldu.

— Mənim də suallarım var, — o, pıçıltıyla dillənərkən gözlərimi açdım. Qəddini düzəltdi və yenə məni zillənmiş baxışlarıyla dəldi.

— Düşünürəm, suallarını bilirəm, Kristian, — rişxəndli səs tonuyla dilləndim və o, gözlərini qıyaraq heyrət qığılcımlarını gizləməyə çalışırdı. Görəsən, dalaşacaqdıq?

Geriyə ehtiyatlı bir addım atdım. Fiziki olaraq ondan uzaqlaşmağım lazım idi, – onun qoxusundan, baxışından, inanılmaz seksual cins şalvarındakı bədənindən. O, qaşlarımı çatdı.

— Nəyə görə Nyu-Yorkdan vaxtından əvvəl qayıtdın? — mən pıçıldadım. Yaxşısı budur bu işi elə indi bitirək getsin.

— Sən bilirsən nəyə görə. — Səsində ehtiyat notları hiss olunurdu.

— Ona görə ki, Keytlə evdə görüşməmişdim?

— Çünki sən sözünün üstündə durmadın və özünü lazımsız riskə atdın.

— Sözümün üstündə durmadım? Sən belə fikirləşirsən? –ittihamın ikinci hissəsinə fikir vermədən heyrət içində köks ötürdüm.

— Hə.

İlahi. Axı o, necə insandır! Gözlərimi süzməyə başlayıram amma qəzəbli üzünü qırışdırdığını görüb dayandım.

— Kristian, mən fikrimi dəyişdim, — sanki uşağa başa salırmış kimi astaca, təmkinlə izah elədim. –Mən qadınam. Bu bizim xislətimizdir. Qadınlarda belə şeylər olur.

O, gözlərini qıydı, mənə baxdı, sanki söhbətin məğzi hələ də ona çatmırdı.

— Əgər mən bilsəydim ki, sən bir dəqiqəliyə də olsa öz işgüzar səfərini təxirə salacaqsan…

Söz tapa bilmirdim. Heç bilmirdim nə deyim. Nikah andiçməmiz zamanı etdiyimiz mübahisələr yadıma düşdü. “Mən sənə itaət edəcəyimə söz verməmişdim, Kristian”. Amma dilimi dinc qoydum, çünki ürəyimin dərinliyində onun gəlişinə sevinirdim. Bütün qəzəbinə baxmayaraq, şad idim ki, o, indi buradaydı, sağ salamat idi, lap qəzəbindən partlamış olsa da.

— Sən fikrini dəyişdin? — çaşqınlığını gizlədə bilməmişdi.

— Hə.

— Və mənə zəng etmək istəmədin? — O, əsəbi tərzdə fısıldadı, sonra əlavə etdi: — Bunlar azmış kimi, sən cangüdənlərin heyətini natamam vəziyyətdə burada buraxaraq Rayanı risk altında qoydun.

Ah, bu heç ağlıma gəlməmişdi.

— Mən zəng etməliydim, sadəcə səni narahat eləmək istəmədim. Əminəm, əgər zəng etsəydim sən mənə icazə verməyəcəkdin və mən də Keyti görməyəcəkdim. Mən onu görmək istəyirdim. Bundan başqa, Cek bura soxulanda mən burada deyildim. Rayan onu içəri buraxmamalı idi.

Hər şey o qədər qarmaqarışıq idi ki. Əgər Rayan onu içəri buraxmasaydı, Cek hələ də azadlıqda gəzərdi.

Kristianın gözləri dəhşət parıldayır sonra yumulurdu, üzü acı çəkirmiş kimi gərilirdi. Ah, yox. O, başını yırğalayırdı, mən nəyisə anlamağa macal tapmamış məni qollarının arasına alıb möhkəm qucaqladı.

— Oh, Ana, — pıçıldayaraq məni bir az da bərk qucaqlayırdı. O qədər bərk ki, nəfəs ala bilmirdim. — Əgər sənə bir şey olsaydı… — Səsi pıçıltıyla bitdi.

— Mənə heç nə olmadı, — çətinlik çəkmədən deməyi bacardım.

— Amma ola bilərdi. Bu gün baş verə biləcəkləri düşünərkən min dəfə ölüb dirilmişəm. Mən elə qəzəbliydim ki, Ana. Sənə qəzəblənmişdim. Hamıya qəzəbli idim. Hələ nə vaxtsa belə qəzəbli olmağım yadıma gəlmir. Bir məsələdən başqa… — Yenə susdu.

— Hansı məsələdən başqa? — soruşdum.

— O vaxt sənin köhnə evində. Lelya onlarda olanda.

Ah. Bunu düşünmək istəmirdim.

— Bu gün səhər özünü özgə kimi aparırdın, — mırıldandım. Bu səhər məni rədd edərkən hiss etdiklərimi xatırlayanda səsim axırıncı sözdə qırıldı. Əlləri boynumun arxasına sürüşürdü və mən dərindən nəfəs alırdım. Əlini hərəkəti ilə başımı qaldırmağa məcbur edirdi.

— Bu qəzəbin öhdəsindən necə gələcəyimi bilmirəm. İnanmıram ki, səni incitmək istəyirəm, — Kristian dilləndi. Gözlərində qorxu var idi. — Səhər səni cəzalandırmaq istəyirdim, həm də çox sərt cəzalandırmaq, və… — birdən susdu, söz tapa bilmədi, ya da axıra kimi deməkdən çəkindi.

— Qorxurdun ki, nəsə pis şey edərsən? — bir dəqiqə də olsa bunu edəcəyinə inanmadan, amma içimdə rahatlıq hiss edərək onun əvəzinə sözünü yekunlaşdırdım. Mənim hansısa başqa, kiçik bir yanım başqa bir şeydən qorxmuşdu: Kristianın mənə olar marağı artıq itib.

— Öz özümə etibar etmirdim, — sakitcə dilləndi.

— Kristian, mən bilirəm ki, sən heç vaxt pis bir şey etməzsən. Həm fiziki mənada, həm də bütün mənalarda. –Başını ovuclarımın arasına alıb sıxdım.

— Doğrudan? — şübhə ilə soruşdu.

— Əlbəttə. Bilirdim ki, dediklərin boş hədələrdən başqa bir şey deyildi. Bilirdim ki, mənə əl qaldırmazsan.

— İstəyirdim.

— Yox, istəmirdin. Sənə elə gəlib ki, istəmisən.

— Bilmirəm… — mırıldandı.

— Bir özün fikirləş, — deyərək yenidən onu qollarımın arasına dolayıb və burnumu qara futbolkanın altından sinəsinə sürtdüm. — Mən çıxıb gedəndə nə hiss etdiklərini yadına sal. Sən özün bunları mənə danışmışdın. Dünyaya və mənə baxışların necə dəyişmişdi. Mənə görə nələrdən keçdiyini bilirəm. Bal ayımızda qandallardan biləklərimdə qalmış izləri görəndə nələr hiss etdiyini yadına sal.

O, hərəkətsizləşdi, beynində bu informasiyanı götür qoy etməyə başladı. Əllərimi sıxdım; ovuclarım onun kürəyindəydi və futbolkanın altından gərilmiş möhkəm əzalarını hiss elədim. Kristian tədricən boşaldı və gərginliyi getdi.

Demək, onu narahat edən məsələ bu imiş. Mənə xətər toxundurmaqdan qorxurdu? Nə üçün mən ona daha çox inanırdım, nəinki o özü özünə? Başa düşə bilmirdim, axı biz dəqiqliklə irəliləmişdik. Axı o özü çox güclü və hökmrandır, amma bütün bunlara baxmayaraq özünü itirmişdi. Heyif. Saçlarımı öpdü. Başımı qaldıranda dodaqları dodaqlarımı tapdı. Dodaqları axtarır, alır, verir, yalvarırdı – nəyi, heç özüm də bilmirdim. Sadəcə ağzını öz ağzımda hiss eləmək istəyirdim və şəhvətlə öpüşlərinə qarşılıq verirdim.

— Mənə bu qədər inanırsan yəni, — başını kənara çəkərək pıçıldadı.

— Hə, inanıram.

Əlinin kənarı ilə üzümü sığallayıb diqqətlə gözlərimin içinə baxdı. Hirsi soyumuşdu. Kristian getdiyi yerdən qayıtmışdı və bunu gördüyümə sevinirdim.

Utancaq-utancaq gözlərimi qaldırıb gülümsündüm.

— Bütün bunlardan başqa, — pıçıltıyla dilləndim, — sən kağız-kuğuzla əlləşməməlisən.

Heyrətlə ağzını açdı və məni yenə sinəsinə sıxdı.

— Haqlısan. Lazım deyil. — Güldü.

Qonaq otağının ortasında bir birimiz qucaqlayaraq dayanmışdıq.

— Gəl, yatağa gedək, — bir müddət keçəndən sonra pıçıldadı.

İlahi…

— Kristian, biz danışmalıyıq.

— Sonra, — yumşaq səslə dilləndi.

— Kristian, xahiş eləyirəm, danış mənimlə.

Köks ötürdü.

— Nə haqda?

— Özün bilirsən. Mənə hər şeyi açıb danışmırsan.

— Səni qorumaq istəyirəm.

— Mən uşaq deyiləm.

— Bunu çox yaxşı bilirəm, missis Qrey. — Ovucları aşağı sürüşdü. Məni arxadan tutub özünə tərəf sıxır, eyni aynda qabağa əyilirdi ki, istəyinin gücünü hiss edə bilim.

— Kristian! — deyinirdim. — Danış mənimlə.

Əsəbi halda köks ötürdü.

— Nəyi bilmək istəyirsən? — təslim olurmuş kimi əllərini buraxdı. Amma istədiyim heç də bu deyildi. Əlimdən tutub yerə düşən kağızı götürmək üçün aşağı əyildi.

— Çox şeyi, — dedim, o isə məni divana tərəf apardı.

— Otur, — deyə əmr etdi.

Bir nəfər heç vaxt dəyişmir deyəsən – öz özümə düşünərək deyilənə tabe oldum. Kristian yanımda oturdu və önə əyilərək başını əllərinin arasına aldı.

Ah, yox! Yəni doğrudanmı ona bu qədər ağır idi? Dikəldi, əllərinin saçlarının arasında keçirdi və sonra da taleyi ilə barışmış adam kimi üzünü mənə çevirdi.

— Soruş.

Hər şey düşündüyümdən də asan imiş.

— Ailə üzvlərin üçün əlavə mühafizə xidmətinə nə üçün lazım idi?

— Hayd onlara təhlükə törədir.

— Hardan bilirsən?

— Kompüterində bəzi şeylər tapılıb. Mənə və digər ailə üzvlərimə aid məlumatlar. Xüsusilə də Karrika haqqında.

— Karrik? Nə məsələn?

— Hələlik bilmirəm. Gəl, yatağa gedək.

— Kristian, mənə söylə!

— Nə söyləyim?

— Sən elə… dözülməzsən ki.

— Sən də. — dik-dik gözümün içinə baxdı.

— Ailən haqqında kompüterdə məlumatlar ələ keçəndə təhlükəsizliyi dərhal gücləndirməmişdin. Bəs sonra nə baş verdi? Niyə bunu indi etdin?

Gözlərini qıyaraq mənə baxdı.

— Axı mən bilmirdim ki, binamı yandırmağa cəhd edəcək ya da… — Susdu. — Biz onu ciddiyə almırdıq, sən ki bilirsən, — Kristian çiyinlərini çəkdi, — camaatın gözü önündə olanda insanlar maraqlanırlar. Material dağınıq, sistemsiz idi; Harvardda oxuduğum dönəmlərdə çıxan qəzet məqalələri, kürək çəkmə yarışlarındakı iştirakım, mənim karyeram. Karrikin və anamın karyerası haqqında bilgilər, Eliot və Miaya adi bəzi məlumatlar.

Nə qəribəydi.

— Sən dedin “ya da”, — deyə xatırlatdım.

— Ya da nə?

— Dedin ki, “binanı yandırmağa cəhd edəcək ya da…”, elə bil nəsə əlavə etmək istəyirdin.

— Yemək istəyirsən?

Nə? Qaşlarımı çatdım, qarnımsa quruldadı.

— Bu gün yemək yemisən? — Səsi sərtləşdi, gözləri elə buz kəsirdi.

Pörtərək özümü ələ verdim.

— Elə də bilirdim, — soyuq səslə dilləndi. — Axı sənin yemək yeməməyinə münasibətimi bilirsən. Getdik. — Qalxdı və əlini mənə uzatdı. –Gəl, səni yedizdirim. — Səsi şəhvət vəd edirdi.

— Məni yedizdirəcəksən? — pıçıldadım və göbəyimdən aşağı hər şey titrəşməyə başladı. Lənət olsun. Bir mövzudan o birinə necə sürətlə keçid elədi. Və elə bu? Onun qopardığım elə bundan ibarətdi?

Mətbəxə keçdik. Kristian bar stullarından birini götürüb masanın digər hissəsini qoydu.

— Otur.

— Missi Cons hardadır? — taburetə dırmanarkən tez soruşdum və onu evdə olmadığını hələ indi başa düşdüm.

— Teylorla ona istirahət günü verdim.

Sən bir işə bax.

— Niyə?

Adəti üzrə mənə özündənrazı biri istehza ilə baxdı.

— Çünki bacarıram.

— Sən yemək bişirəcəksən? — şübhə ilə soruşdum.

— Mən heç inanmırsanmış. Gözlərini yum.

Belə de. Mən də elə bilirdim bizi tam miqyaslı mübarizə gözləyir, biz isə mətbəxdə oyun oynayırdıq , – əmr etdi.

Əvvəlcə gözlərimi süzdürür sonra dediyinə əməl etdim.

— Hm-mm. Tam mən istədiyim kimi olmadı, — Kristian deyindi. Gözümün birini açanda şalvarının dal cibindən göyəm rəngli ipək şərf çıxardığını gördüm. Şərf eyni ilə donum rəngdədir. Hmm. Bunu nə vaxt almışdı görəsən?

— Yum gözlərini. Baxma.

— Gözlərimi bağlamaq istəyirsən? — şok vəziyyətdə mırıldandım. Birdən nəfəsim kəsildi.

— Hə.

— Kristian…

Barmağını dodağımın üstünə qoydu.

— Mən danışmaq istəyirəm.

— Sonra danışarıq. İndi isə istəyirəm ki, yemək yeyəsən. Demişdin ki, acsan. — Dodağıma xəfif bir öpüş qondurdu. Şərfi başımın arxasında düyünləyəndə ipək yumşaqlığını gözlərimin üstündə hiss etdim.

— Bir şey görürsən?

— Yox, — deyindim və yalandan gözlərimi süzdürdüm. O, xəfifcə gülümsündü.

— Gözlərini süzdürməyini hiss eləyirəm və yaxşı bilirsən bu, mənə necə təsir eləyir.

Dodaqlarımı sıxdım.

— Olmaz ki, bu həngaməni bir az tez bitirək? — acıqla soruşdum.

— Necə də səbirsizsən, missis Qrey. Elə hey söhbət etməyə can atırsan, — səsində zarafat vardı.

— Hə!

— Əvvəlcə səni yedizdirməliyəm. — Dodaqlarını gözümün üstünə sürtdü və mən o dəqiqə sakitləşdim.

Yaxşı, qoy, istədiyin kimi olsun. Taleyimlə barışıb mətbəxdəki hərəkətlərini dinləyirdim. Soyuducunun qapısı açıldı… Kristian arxamdakı masanın üstünə qab düzürdü… mikrodalğalı sobaya tərəf getdi… nəyəsə basdı və soba işə düşdü. Amma hər halda məni maraqlandıra bildi. Tosterin dəstəyinin necə fırlandığını eşidirdim, necə qoşulduğunu… taymerə tıqqıltı səsi gəldi… Hmm, qızarmış çörək?

— Hə, mən mütləq danışmaq istəyirəm. — İyləyirdim. Mətbəxi müxtəlif ekzotik dadlı qoxular bürümüşdü. Mənsə yerimdə qurcalanırdım.

— Sakit otur, Anasteyşa. — Kristian yenə yanımdaydı. –İstəyirəm ki, özünü ağıllı aparasan… — o, pıçıldadı.

İlahi. Daxili ilahəm sakitcə duruxmuşdu, heç gözlərini də qırpmırdı.

— Dodaqlarını isə dişləmə. — Alt dodağımı dişlərimin arasında yavaşca dartıb çıxarırdım və mən gülməkdən özünü saxlaya bilmədim.

Növbəti eşitdiyim şey butulka tıxacının açılması oldu… Şərab qədəhə süzüldü. Bir anlıq sükut… ahəstə bir çıqqıltı səsi və musiqi mərkəzinin səsi ucalmağa başladı. Mahnı mənə tanış olmayan qəfil gitara akkordları ilə başlayırdı. Kristian musiqinin səsini fon səviyyəsinə qədər azaltdı. Kişi müğənni oxumağa başladı, onun səsi ahəstə, dərin və ehtiraslıydı.

— Əvvəlcə bir şərab pis olmaz, — Kristian məni musiqisən ayıraraq dilləndi. — Başını qaldır. — Başımı arxaya atdım. –Bir az da, — o, əmr elədi.

Tabe oluram və dodağım dodaqları ilə örtüldü Sərin şərab ağzıma süzüldü. Qeyri ixtiyari uddum. Uçunurdum. Elə də uzaq olmayan keçmişdən xatirələr yadıma düşdü: məzun günündən bir gün əl-qolum Vankuverdəki çarpayımda sarılı vəziyyətə uzanmışdım, qarşımda isə yazdığım e-maildən xoşuna gəlməyən ehtiraslı və qəzəbli Kristian var idi. Çox şey dəyişmişdimi? Deməzdim. Tək fərq o idi ki, indi bilirdim ki, Kristianın sevimli şərabı Sanserdir.

— M-m-m — razılıqla mırıldandım.

— Şərab xoşuna gəlir? — Kristian pıçıltıyla soruşdu. Onun isti nəfəsi yanağımdaydı. Yaxınlığı, mənə toxunmasa belə bədənindən yayılan istisi, enerjisi və atəşində batdım, yuyundum.

— Hə, — nəfəs aldım.

— Yenə?

— Səninlə həmişə yenə istəyirəm.

Az qala təbəssümünü duydum. Və gülümsəməyə bilmirdim.

— Missis Qrey, mənimlə oynayırsız?

— Hə.

Şərabdan bir qurtum da içdikdə nişan üzüyü qədəhə dəydi. Necə də seksual səs idi. Başımı arxaya əyir, bir daha öpür və mən acgözlüklə ağzından tökülən şərabı qurtumlayırdım. Gülümsünür və məni yenə öpürdü.

— Acmısan?

— Düşünürəm, biz artıq buna qərar verdik, mister Qrey.

Səsi iPoddan gələn bir müğənni əxlaqsız oyun haqqında mahnı oxuyurdu. Lap yerinə düşmüşdü.

Mikrodalğalı sobanın səsi gəldi və Kristian məni buraxdı. Qəddimi düzəltdim. Ədvə qoxuları gəlirdi: sarımsaq, oreqano, rozmarin, nanə. Hə, bir də, deyəsən quzu əti. Mikrodalğalı sobanın qapısı açıldı və möhtəşəm qoxu bir az da gücləndi.

— Lənətə gəlsin! — Kristian söydü və boşqab gurultu ilə stola çırpıldı.

Yazıq.

— Sən yaxşısan?

— Hə! — əsəbi halda çımxırdı və heç saniyə keçmədən yenə yanımda peyda oldu.

— Bir az yandım. Bax. — Baş barmağını ağzıma soxdu. — Bəlkə əmsən keçər.

— Aha.

Əlindən tutub barmağını yavaş-yavaş ağzımdan çıxardım, bir az önə əyilib üfürdüm və iki dəfə xəfif-xəfif öpdüm. Kristianın nəfəsi kəsildi. Barmağını yenə ehmalca ağzıma alıb yavaşca əmdim. Dərindən nəfəs aldı və bu səs düz qasığıma qədər işlədi. Bu onun oyunu idi – yavaş-yavaş, üzücü, ehtiraslı. Mən də elə bilirdim dəhşət qəzəblidir, ancaq indi?.. Bu kişi, mənim ərim, o qədər ziddiyyətlidir ki. Ancaq onu elə bu cür də sevirəm. Oyunçu. Əyləncəli. Həddindən artıq seksual. Bəzi suallara cavab vermişdi. Amma bunlar yetərli deyildi. Mən daha çox istəyirdim, ancaq oyun oynamaq da istəyirdim. Günün — qayğısı və gərginliyindən, Cek kabusundan sonra bir az əyləncə nədən olmasın?

— Nə fikirləşirsən? — Kristian fikirlərimin xoş axarını barmağını ağzımdan çıxarmaqla yarımçıq qoydu.

— Sənin necə dəyişkən olduğunu.

Həmişəki kimi yenə yanımda idi.

— Əlli Çalar, əzizim. — ağzımın kənarından zərif-zərif öpdü.

— Mənim Əlli Çalarım, — pıçıldadı və futbolkasının yaxasından yapışaraq özümə tərəf dartdım. — O, əlimi tutub futbolkasından ayırır və bir-bir barmaqlarımı öpürdü.

— Otur.

Dodaqlarımı büzdüm.

— Sözə qulaq asmasan səni şapalaqlayaram. İndi isə ağzını aç. Geniş aç.

Ağzımı açan kimi üzərinə nanəli yoqurtlu sous səpilmiş bir dilim isti quzu ətini çəngəlin ucunda ağzıma qoydu. Çeynədim.

— Bəyəndin?

— Hə.

O, razılıqla ucadan səslənir və mən bilirdim ki, indi o da yeyir və onun da xoşuna gəlirdi.

— Yenə?

Razılıqla başımı tərpətdim. Yenə bir çəngəl yemək verdi, çeynədim. Çəngəli qoyub nəsə qopardır, deyəsən çörək idi .

— Aç ağzını.

Bu dəfə pidə və xumus idi. Deyəsən, ya miss Cons ya da elə Kristianın özü mənim bir həftə əvvəl “Eskala”dan iki məhəllə irəlidə kəşf etdiyim baqqal dükanından almışdılar. Məmnuniyyətlə çeynəyirdim. Kristianın oyunbaz halı mənim iştahım üçün əla stimul idi.

— Yenə? — soruşdu.

Başımı tərpədirəm.

— Hamısından. Zəhmət olmasa. Acından ölürəm.

Özündən razı təbəssümünü duydum. Yavaş-yavaş və təmkinlə məni yedizdirirdi, hərdən ağzımın kənarında qalan qırıntı və damcıları öpüşü ilə alır ya da barmaqlarıyla silirdi. Arada isə bir qurtum şərab verirdi – öz unikal üsulu ilə.

— Ağzını geniş aç və dişlə. — Əmri yerinə yetirirdim. M-m-m, ən çox sevdiyim yeməklərdən biri: dolma, üzüm yarpağının arasına doldurulmuş ət. Soyuq halında belə o qədər ləzzətliydi ki, barmaqlarını yalayarsan, hərçənd mən isti dolmanı daha çox sevirdim. Amma istəməzdim ki, Kristian əlini yenə yandırsın. Məni yavaş-yavaş yedizdirir və bitincə öz barmaqlarını yalayırdı.

— Yenə? — səsi asta və xırıltılıydı.

Başımı yırğaladım – doydum.

— Yaxşı, — qulağımın dibində pıçıldadı, — çünki sevimli yeməyimin vaxtı gəlib çatıb. Və bu yemək — sənsən. — Məni qucağına aldı, gözlənilməz hərəkətdən çığırdım.

— Gözümdəki bağı aça bilərəm?

— Yox.

Dodaqlarımı büzmək istəyirdim ki, onun hədəsini xatırlayıb vaz keçdim.

— Oyun otağı.

Ah, bunun yaxşı yaxud pis olduğunu bilmirdim..

— Sən meydan oxunmağına hazırsan? — Kristian soruşdu. Sırf “meydan oxumaq” sözünü işlətdiyi üçün etiraz edə bilmədim.

— Hazıram, — pıçıltıyla dillənərkən hər istək, həm də bədənimdə adını çəkmək istəmədiyim bir yer titrəşməyə başladı.

Kristian məni qucağında qapılardan keçirərək pilləkənlə yuxarı, ikinci mərtəbəyə qaldırdı.

— Məncə sən arıqlamısan, — narazı-narazı deyindi. Doğrudan? Nə yaxşı. Bal ayından qayıdandan sonra etdiyi tənəsinin xətrimə necə dəydiyini xatırladım. Doğrudanmı bu, cəmi bir neçə həftə əvvəl olmuşdu?

Oyun otağının qarşısında məni ayaqlarımın üstünə endirdi, amma əlini belimdən çəkmədi. Tez qapını açdı.

Bu otağın qoxusu həmişə eyniydi: mebel və sitrus iyi gəlir. Mən bu qoxuya artıq öyrəşmişdim və xoşuma gəlirdi, təsiri rahatladıcı idi. Kristian məni özünə tərəf çevirdi. Gözümdəki şərfi açdı və mən yumşaq işıqdan gözlərimi qıydım. Nəzakətlə saçımdakı sancaqları çıxardı və saçlarımı çiynimə buraxdı. Saçımı barmaqlarına dolayıb yavaşca elə dartdı ki, ona doğru bir addım atdım.

— Bir planım var, — qulağıma pıçıldayanda kürəyimdən aşağı ürpərti keçdi.

— Heç şübhəm yoxdur, — mən cavab verdim. Qulağımın ardını öpdü.

— Hə, missis Qrey. — Səsi yumşaq, baş döndürən idi. Saçlarımı kənara çəkdi və boynumdan aşağıya doğru öpüşlərlə cığır açdı.

— Əvvəlcə səni soyunduraq. — Səsi boğazında xırıltı kimi idi və bədənimdə əks səda verirdi.

Mən bunu istəyirdim – nə planlamış olsa belə. Yenidən üzümü özünə tərəf çevirdi. Cins şalvarına baxırdım – baş düyməsi əvvəlki kimi açıq idi və özümü zorla saxlayırdım. Baş barmağımı futbolkasına toxunmadan qarnındakı qıllarını hiss edərək belində dolaşdırdım. Kəskin bir nəfəs aldı və mən ona baxdım. Gözləri tünd boza qədər qaraldı. İlahi.

— Bunu çıxarmamalısan — pıçıldadım.

— Əlbəttə, Anasteyşa.

Bir əlini boynumun arxasına bir əlini arxama qoyub özünə tərəf dartdı – budur, ağzını ağzıma yerləşdirdi və məni elə öpdü ki, sanki bütün həyatı bu öpüşdən asılıdır.

İlahi.

Dillərimiz bir birinə dolaşdı və o, məni arxamda taxta çarmıxa toxunana qədər geri itələdi. Bir az da möhkəm qucaqlaşdıq və bədənlərimiz bir birinə girdi.

— Gəl, bundan canımızı qurtaraq. –Donumu ayaqlarımdan, budlarımdan, qarnımdan… möhtəşəm yavaşlıqla sıyırarkən parça döşümün dərisinə sürtündü.

— Əyil.

Tabe olurdum, donu başımdan çıxarıb yerə atdı, məni sandaletlərim, tumanım və büstqalterimdə buraxdı. Gözləri alışıb yanırdı, hər iki əlimi başımın üstünə qaldırırdı. Gözlərini bir daha qıyıb başını yana əyərkən icazəmi istəyirdi. Yenə başıma nə oyun gətirmək istəyirdi? Udqunurdum, sonra başımı razılıqla tərpədirdim, dodaqlarına razı bir təbəssüm qonurdu. Biləklərimi yuxarıdakı dirəyin üstündəki dəri qandallarla bağladı və ipək şərfi yenə çıxardı.

— Düşünürəm yetərincə görmüsən. — Gözlərimi yenidən bağladı və mən yüngül şəhvət titrəyişinin içimdə necə qaçışdığını hiss etdim, hisslərim gücləndi. Onun nəfəsi, mənim ehtiraslı harayım, nəbzimin səsinin qulaqlarımda vurması, Kristianın mebel və sitrusa qarışıq qoxusu — bütün bu hisslər bir az kəskinləşdi, çünki mən heç nə görmürdüm. Burnu burnuma toxundu.

— Səni dəli edəcəm, — pıçıldayaraq budlarımı qamarladı, əyilib tumanımı çıxardı, ovuclarını ayaqlarımda sürüşdürdü. Məni dəli edəcəkdi… ilahi!

— Ayaqlarını qaldır. — yenə tabe oldum və növbə ilə sandaletlərimi çıxardı. Ehtiyatla topuğumdan tutaraq ayağımı sağa doğru çəkdi.

— Ayağını uzat, — əmr etdi. Sağ topuğumu çarmıxa qandallayandan sonra sol ayağımı da eyni qayda ilə qandalladı. Köməksiz halda çarmıxa çəkilmişdim. Ayağa qalxarkən Kristian bir addım önə yaxınlaşdı və istisi yenə də bədənimə yayıldı. Bir an sonra çənəmi tutub nəvazişlə öpdü.

— İndi isə musiqi və bir iki oyuncaq. Möhtəşəm görünürsüz missis Qrey. Fürsətdən istifadə eləyib bu mənzərənin dadını çıxarım. — deyərkən səsi yumşaqdı.

İçimdəki hər şey sıxılırdı.

Bir neçə saniyə sonra onun komoda tərəf addımladığını eşitdim, siyirmələrdən birini çəkdi. Tıxac olan siyirmə idi? Bilmirdim. Nəsə çıxarıb yuxarı qoydu, sonra yenə də nəsə çıxardı. Dinamiklər işə düşdü və az keçmədi otağı fortepianonun zərif və həzin melodiyası bürüdü. Deyəsən, Bax idi, ancaq dəqiq hansı əsəri olduğunu bilmirdim.

Musiqidə məni qorxudan nəsə var idi. Bəlkə ona görə ki, həddən artıq soyuq və uzaq idi. Mahnının məni niyə bu qədər narahat etdiyin anlamağa çalışaraq qaşlarımı çatdım, ancaq Kristian çənəmdən tutub alt dodağımı buraxmağa məcbur edərək yavaşca dartdı. Gülümsədim, sakit olmağa çalışırdım. Nəyə görə bu qədər narahat idim? Mahnıya görə?

Kristianın əli çənəmdən aşağı, döşümə doğru sürüşdü. Baş barmağı ilə büstqalterin fincanını əyib sağ döşümü çıxardı. Sakitcə, nəzakətlə mırıldanaraq boynumdan öpdü. Dodaqları barmaqlarının buraxdığı iz boyu sürüşürdü. Barmaqları sol döşümə tərəf getdi və eyni qayda ilə onu da çıxardı. Baş barmağını sol döşümün giləsində gəzdirərkən inildədim, dodağı isə sağ döşümün giləsini örtür və hər iki gilə şişkinləşənə qədər yavaşca oynayırdı.

— A-a-a…

Dayanmırdı. Mükəmməl ehtiyatkarlıqla oxşamaların tempini artırırdı. Dartınaraq qandalları çəkirdim və həzzin iti oxları döş uclarımdan qasığıma qədər sancılırdı. Yerimdə qurcalanmaq istəsəm də, bacarmırdım və işgəncə dözülməz hala gəlirdi.

— Kristian, — deyə yalvardım.

— Bilirəm, — xırıltılı səslə mırıldandı. — Sən də mənimlə bax, bu cür edirsən.

Nə? İnildəyirdim və o döşümün gilələrini yenidən şirin işgəncələrə məruz qoyaraq məni özünə bir az da sıxlaşdırırdı.

— Xahiş eləyirəm, — inildədim.

O, heyvani, ibtidai boğaz səsi çıxararaq ayağa qalxdı və məni təngnəfəs vəziyyətdə təkbaşına qandallarda buraxdı. Bir ovucunu göbəyimə tərəf sürüşdürür, digəri ilə budumdan yapışırdı.

— Baxaq, görək, necəsən, — yumşaq səslə mırıldandı. Yavaşca ayaqlarımın ortasını ovuclayır və baş barmağı ilə klitora toxunurdu. Mən ucadan inildəyirdim. Çox yavaş hərəkətlə əvvəl bir, sonra ikinci barmağını içimə soxdu. Mən qıvrılır, yerimdə dartınırdım, barmaqları və ovuclarının hərəkətinə cavab vermək üçün önə dartındım.

— Ah, Ana, elə… hazırsan ki, — dedi. Barmağının yumşaq tərəfi ilə klitorumu irəli geri sığallayır, o biri barmağını isə içəri salırdı. Toxunduğu yer bədənimin yeganə nöqtəsi idi ki, günün bütün gərginliyi və təlaşı ora toplaşırdı.

İlahi… necə də iti … və qəribə idi… musiqi… və içimdəki gərginlik artmağa başlayırdı…

Kristian tərpəndi… Barmaqları içdən və çöldən məni oxşamaqdaydı… və mən qəribə vızıltı səsi eşitdim…

— Nə? — ağır nəfəs alaraq soruşdum.

— Ş-ş-ş.

Dodağı dodağımdaydı – etibarlı möhürdür. Daha isti, daha yaxın təması yaxalayaraq ehtirasla onu öpürdüm. Əfsus, öpüş uzun çəkmədi. Kristian geri çəkildi. Və vızıltı səsi bir az yaxından gəlməyə başladı.

— Bu, massaj edən alətdir, əzizim. Vibrasiya edir.

Aləti döşümün üstünə qoydu və mənə elə gəldi ki, sanki üzərimdə şarabənzər bir əşya vibrasiyalar edir. Diksindim; massaj aləti üzərimdəydi, döşlərimin arasında sağ giləmdən sol giləmə keçərək titrəşir və mən özümü hər tərəfimi yüngül sancmalara qərq olmuş kimi hiss edirdim. Artıq göbəyimin aşağısında qaynar, çox qaynar qaranlıq bir istək atəşlənməyə başlamışdı.

— A-a. — Barmaqları içimdə hərəkət etməyindəydi. Çox yaxınlaşmışdım… bütün bu stimulyasilar.. Başımı arxaya atıb inildəyirdim, barmaqlarım havada donub qalmışdı. Bütün hisslərin bir anda durdu.

— Yox! Kristian! — qəddimi düzəltməyə cəhd göstərərək yalvarmağa başladım.

— Sakit ol, əzizim, — o dedi. Bu arada yaxınlaşmaqda olan orqazmım əriyərək yox oldu. Kristian yenə də əyilib məni öpdü.

— Adam məyus olur, elə deyil?

Ah yox! Nə etməyə çalışdığını birdən anladım.

— Kristian, xahiş eləyirəm.

— Ş-ş-ş — deyərək məni öpdü.

Massaj aləti ilə barmaqlar yenə canlandı; ölümcül dərəcədə ehtiraslı işgəncə idi. Kristian yerini azacıq dəyişdi. Hələ də geyimdə idi, cins şalvarının yumşaq parçası ayağıma sürtünürdü. İşgəncə verici yaxınlıqdır. Məni yenə orqazmın astanasına gətirir və bütün vücudum səbirsiz istəkdən dilə gəlmək ərəfəsində dayanırdı.

— Yox, — uca səslə etiraz etdim.

Kristian çiynimi nəvazişli öpüşlərə qərq elədi, barmaqlarını içimdən çıxarıb massaj alətini aşağıya doğru sürüşdürdü. Alət göbəyimdə, qasığımda və klitorda vibrasiya eləyirdi.

— A-a! — əl qolumu bağlayan qandalları çəkərək inilti ilə qışqırdım.

Bədənim elə bir həssas vəziyyətə gəlmişdi ki, partlayacaq həddə idim, ancaq ən son anda Kristian yenə də dayanırdı.

— Kristian! — yenə qışqırdım.

— Adam necə də məyus olur, elə deyil? — boynumda mırıldandı. –Sən də beləsən, söz verirsən, amma sonra… — Cümləsini yarımçıq qoyaraq susdu.

— Kristian, xahiş eləyirəm, — deyərək yalvardım.

Vibratoru yenidən hərəkətə gətirir və ən vacib anda dayandırırdı.

— Hər dayanmadan sonra hisslər bir az da itiləşir. Düzdür?

— Xahiş eləyirəm, — sinirlərimin dözülməz gərginlikdən boşalmağa ehtiyacı var idi.

Vızıltı kəsilir və Kristian məni öpürdü. Burnunu burnuma sürtürdü.

— Sən tanıdığım ən sirli qadınsan.

Yox! Yox! Yox!

— Kristian mən heç vaxt sənə tabe olacağıma söz verməmişəm, xahiş eləyirəm…

Qarşımda dayanmışdı. Arxamdan yapışaraq budlarını mənə basdırmağa başladı; şalvarının mənə pərçimlənən düymələri çölə can atan ereksiyasını güclə saxlayırdı. Bir əli ilə gözümdəki şərfi dartırdı və mən gözlərimi qıyaraq atəşlə yanan gözlərin içinə baxırdım.

— Məni dəli eləyirsən, — pıçıldayaraq mənə bir dəfə, iki dəfə, üçüncü dəfə ayaqlarının hərəkəti ilə hücum çəkdi — elə bir vəziyyətdəydim ki, sanki qasığımda uçuşan qığılcımlardan atəş alovlanacaqdı. Yanmağa hazır idim. Onu dəhşət istəyirdim. Gözlərimi yumub dua pıçıldamağa başladım. Bu, cəza idi. Mən köməksiz o isə insafsız idi. Gözlərimə yaş doldu. Daha nə qədər uzağa gedəcəyini bilmirdim.

— Xahiş eləyirəm…

Mənə acımayan baxışlarla baxırdı. Davam edəcək. Nə qədər? Bu oyuna tab gətirə biləcəyəmmi? Yox. Yox.Yox. Bacarmıram və istəmirəm. Mənə bir az da işgəncə vermək fikrindədir. Əli yenə də qasığıma tərəf sürüşdü. Yox… Və səbrim daşdı – bütün axmaq fikirlər, bütün həyəcanlar, son günlərin qorxuları yenə də canıma doldu və gözlərim yaşardı. Üzümü çevirdim. Bu, sevgi deyildi. Bu, qisas idi.

— Qırmızı, — ağlamsınaraq dedim. — Qırmızı. Qırmızı. — Göz yaşlarım yanağımdan üzüaşağı süzüldü.

O, donub qaldı.

— Yox! — heyrətlə içini çəkdi. — İlahi, yox!

Cəld qollarımdakı qandalları açdı, belimdən tutub topuqlarımdakı qandalları da açmaz üçün aşağı əyildi, mən isə əllərinlə üzümü tutub ağlayırdım.

— Yox, yox, yox, Ana, xahiş eləyirəm. Yox.

Məni qucağına götürüb çarpayıya tərəf getdi, oturaraq məni dizinin üstünə qoydu və qucaqladı, hıçqıra-hıçqıra hönkürdüm. Darmadağın olmuşdum… bədənim əldən düşmüş, beynimin içi qurumuşdu, emosiyalarım isə küləklə sovrulmuşdu sanki. Bir əli ilə çarpayının üstündəki atlas örtüyü çəkib məni ona bürüdü. Örtüyün sərin səthi incidilmiş bədənimə ağrı verdi. Məni qucaqladı, özünə tərəf çəkdi və yavaş-yavaş dala-qabağa yellədi.

— Bağışla. Bağışla, — xırıltı ilə mırıldanaraq təkrar-təkrar saçlarımı öpdü. — Ana, xahiş eləyirəm, məni bağışla.

Üzümü boynuna basdırıb için-için ağlayırdım və göz yaşlarım yavaş-yavaş gərginliyi yuyub aparırdı. Son günlərdə o qədər çox şey baş vermişdi ki – serverdəki yanğın, maşınla təqibetmələr, gözlənilməz karyera planları, əxlaqsız memarlar, evə silahlı gicbəsərlərin basqını, mübahisələr, onun qəzəbi və ayrılıq. Ayrılığa nifrət eləyirəm… Örtüyün ucu ilə burnumu sildim və tədricən dərk eləməyə başlayıram ki, Baxın soyuq notları hələ də otaqda səslənir.

— Xahiş eləyirəm, musiqini söndür. — burnumu çəkərək dilləndim.

— Hə, əlbəttə. — Kristian məni qucağından buraxmadan əyilib şalvarının arxa cibindən pultu çıxardı. Düyməni basan kimi fortepianonun səsi kəsildi, əvəzində mənim hıçqırtılarım otağa yayıldı. — Belə yaxşıdır? — deyə soruşdu.

Başımı tərpətdim, sakitləşdim. Kristian baş barmağı ilə ehtiyatla gözümün yaşını sildi.

— Deyəsən, Baxın “Qoldsberqin variasiyaları”nı heç sevmirsən?

— Ən azından bu parçasını.

Gözündəki utancı gizlətməyə çalışaraq mənə baxdı.

— Bağışla, — yenə təkrar elədi.

— Bunu niyə etdin? — Səsim güclə çıxırdı; qarmaqarışıq hiss və duyğularımı bir yetə toplamağa səy göstərirdim.

Başını kədərlə yırğalayıb gözlərini yumdu.

— Lap özümü unutdum, — inandırıcı danışmırdı.

Qaşlarımı çatdım və o, içini çəkdi.

— Ana, orqazmın əngəllənməsi yayılmış üsuldur… sən heç vaxt… –Səsini kəsdi. Dizinin üstündə qurcalandım. O, üzünü qırışdırdı.

Ah, hə. Üzüm qızardı.

— Bağışla.

Kristian gözlərini süzdü və anidən məni də özü ilə birlikdə çarpayıya yıxdı və indi ikimiz də uzanmışıq, mən onun qucağındaydım. Qabağı açıla qalan büstqalterim narahatlıq verdiyi üçün onu düzəltdim.

— Kömək edim? — Kristian sakitcə soruşdu.

Başımı yırğaladım. Döşlərimə toxunmasını istəmirəm. Məni görmək üçün çevrildi və əlini tərəddüdlə qaldıraraq nəvazişlə üzümü sığalladı. Gözlərim yenə doldu. Axı o necə bir anda gah hissiyyatsız, gah da nəzakətli ola bilirdi?

— Lütfən, ağlama.

Bu adam məni heyrətləndirməkdən, çaş-baş qoymadan bezmirdi. Bir anlıq mənəvi qarışıqlıq içində qəzəbim yox olub getdi… və yerini keyləşmə tutdu. Qıvrılaraq özümə qapılmaq istəyirdim. Əzab dolu gözlərinə baxarkən ağlamamaq üçün gözlərimi qıyırdım. Bu hakimiyyətpərəst tiranla nə edim axı? Tabe olmağa öyrəşim? Çətin…

— Mən heç vaxt nə?

— Sənə deyiləni etmirsən. Fikrini tez-tez dəyişirsən və harada olduğunu mənə xəbər etmirsən, Ana, mən Nyu-Yorkda öz acizliyimdən qəzəblənmişdim. Əgər Sietldə olsaydım səni evə gətirərdim.

— Deməli, məni cəzalandırırsan?

O, udqundu, sonra gözlərini yumdu. Cavab verməyinə gərək yox idi, onsuz da bilirdim ki, onun əsl niyyəti cəzalandırmaq idi.

— Bu cür davranışı birdəfəlik tərgitməlisən.

Qaşları çatıldı.

— Hər şeydən əvvəl ona görə ki, sonra özünü pis hiss etməyə başlayırsan.

Fısıldadı.

— Doğrudur. Səni belə görmək istəmirəm.

— Və mən də özümü belə hiss etmək istəmirəm. Sən “Gözəl Lady” də özün demişdin ki, itaətkarla evlənməmisən.

— Bilirəm, bilirəm. — Sakit, xırıltılı səslə dilləndi.

— Elə isə, mənimlə bir kölə kimi davranmağı burax. Təəssüf edirəm ki, sənə zəng etməmişdim. Bir də belə eqoist olmayacam. Bilirəm ki, mənə görə narahat olursan.

O, mənə diqqətlə baxır, gözlərindən məyusluq oxunurdu, qorxu içində mənim reaksiyamı incələməyə çalışırdı.

— Yaxşı. Oldu, — axır ki, dedi. Mənə sarı əyildi, amma öpməzdən əvvəl baxışları ilə icazə istədi. Uzanaraq üzümü ona tərəf tutdum, o da nəvazişlə məni öpdü.

— Ağlayandan sonra dodaqların həmişə elə yumşaq olur ki.

— Sənə itaət edəcəyimə heç vaxt söz verməmişəm, Kristian, — pıçıltı ilə dedim.

— Bilirəm.

— Artıq bunu qəbul et. İkimizin xatirinə. Mənsə sənin… əmr etməyə meylliliyinə daha səbrlə yanaşmağa çalışacam.

Çaşqın və çox aciz görkəm almışdı. Özünü büsbütün itirmişdi.

— Çalışaram. — Səsində səmimiyyət var idi.

Titrəyərək içimi çəkdim.

— Xahiş eləyirəm, çalış. Bir də ki əgər mən evdə olsaydım…

— Bilirəm, — deyir və rəngi ağardı. Kürəyini arxaya yaslayıb əlləri ilə üzün örtdü.

Ona sarıldım, başımı sinəsinə qoydum. Bir neçə dəqiqə səssiz qaldıq. Əli saçımın “quyruğuna” tərəf sürüşdü. Saçımdakı rezini çıxarıb saçlarımı səpələdi, sonra da nəvazişlə səliqəyə salmağa başladı. Bax, budur baş verənlərin əsl səbəbi – onun qorxusu… mənim təhlükəsizliyim üçün keçirdiyi məntiqsiz bir qorxu. Gözlərimin qarşısına əlində silah yerə sərilmiş Cek Hayd gəldi… Hə, Kristianın qorxusu bəlkə də bir o qədər məntiqsiz deyildi.

— Bayaq danışanda “ya da” deyərkən nəyi nəzərdə tuturdun? — deyə soruşdum.

— Ya da?

— Ceklə bağlı idi.

Diqqətlə üzümə baxdı.

— Heç cür əl çəkmirsən, hə?

Uzanaraq onun rahatlayıcı oxşamalarının dadını çıxarırdım.

— Əl çəkmək? Heç vaxt. Danış. Məlumatsız qalmaqdan zəhləm gedir. Sənin deyəsən, ağlında bir ideya var və hesab edirsən ki, məni qorumaq lazımdır, amma özün heç silahdan atmağı da bacarmırsan. Amma mən bacarıram. Sənə elə gəlir ki, mənə danışmadığın şeylərin öhdəsindən gələ bilmərəm, Kristian? Sənin keçmiş kölən üzərimə silah sıxdı, keçmiş uşaqbaz sevgilin isə səni təqib eləyir. Və mənə elə baxma! — qəzəblə qaşlarını çatanda dilləndim. — Sənin anan da onun haqqında eyni şeyləri düşünür.

— Sən anamla Elene haqqında danışmısan? — Kristianın səsi bir neçə oktava yüksəldi.

— Hə, biz Qreyslə onun haqqında danışmışıq.

O, heyrətlə gözlərini mənə zillədi.

— Bu məsələ onu çox narahat edir. Özünü günahlandırır.

— İnana bilmirəm ki, anamla danışmısan. Lənət olsun! — kürəyinə yaslanıb yenə əllər ilə üzünü örtdü.

— Detalları danışmamışam.

— Ümid eləyirəm. Qreysin bunları bilməsinə gərək yoxdur. İlahi, Ana. Atamla da danışmısan?

— Yox! — Başımı yırğaladım. Karriklə münasibətlərim o qədər yaxın deyil və nikah müqaviləsi ilə bağlı dediyi iynəli sözlər hələ də qulaqlarımdadır. –Necə olsa sən yenə də məni yayındırmağa çalışırsan. Cek. Cekdən danışırdıq.

— Haydın “Çarli Tanqo” hadisəsində əli var. Təhlükəsizlik xidməti qismən onun barmaq izlərini tapıb, lakin eyniləşdirmə mümkün olmayıb. Sonra isə sən Haydı server otağında tanımışdın. Hələ yetkinlik yaşına çatmadan Detroytda məhkum edilmişdi. Barmaq izlərini yoxlayıblar, üst-üstə düşüb.

Bu məlumatı həzm eləməyə çalışırkən başım fırlandı. Cekin “Çarli Tanqo” hadisəsində əli var?

— Bu gün səhər buranın qarajından furqon tapılıb. Hayd onunla gəlibmiş. Dünən o bura təzə köçmüş həmin o oğlana bir şeylər gətirib. Liftdə tanış olduğumuz oğlanı deyirəm.

— Onun adı yadımda deyil.

— Mənim də, — Kristian dedi. — Amma Hayd binaya qanuni yolla məhz bu cür daxil ola bilib. O, hansısa karqo şirkətinə işləyir.

— Və?.. Furqonun içində vacib olan nə var idi?

Susdu.

— Kristian, başa sal məni.

— Polislər furqonda… bəzi əşyalar tapıblar. — O, yenidən susdu və məni bərk-bərk qucaqladı.

Sükut uzanırdı və mən ağzımı açıb təkrar soruşmaq istəyirdim ki, o özü dilləndi.

— Döşək, bir sürü atı uydurmağa yetəcək qədər sakitləşdiricisi və bir parça kağız. — Səsi pıçıltı səviyyəsinə düşdü, üzündən isə dəhşət və ikrah sezildi.

Lənət olsun.

— Kağız? — eyni ilə onun intonasiyası ilə soruşdum.

— Mənə yazılmış kağız.

— Nə yazılmışdı?

Kristian başını yırğaladı; ya bilmir, ya da mənə danışmaq istəmirdi.

Ah.

— Dünən gecə Hayd səni qaçırmaq niyyəti ilə gəlmişdi. — Kristian donub qaldı, üzü gərginlikdən gərildi.

Mənimsə Cekin cibindən çıxan yapışqan lent yadıma düşdü, bədənim ürpəndi, baxmayaraq ki, mənim üçün bu, yeni xəbər deyildi.

— Lənətə gəlsin.

— Hə, lənətə gəlsin. — Kristian uzadaraq təkrarladı.

Cekin ofisdəki günlərini xatırlamağa çalışırdım. Həmişə belə başdanxarab idi? Və maraqlıdır, bunun öhdəsindən necə gəlməyi düşünürmüş? Əlbəttə gicbəsərin biri idi, amma bu dərəcədəmi?

— Səbəbini başa düşmürəm, — deyə mırıldandım. — Məntiqsiz bir şeydir.

— Bilirəm. Polis araşdırır, Uelç də həmçinin. Ancaq biz düşünürük ki, bu hadisənin Detroytla bir bağlantısı var.

— Detroytla? — çaşqınlıqıla üzünə baxdım.

— Hə. Orada nəsə var.

— Yenə də başa düşmürəm.

Kristian başını qaldırdı və hissiyatsız bir ifadə ilə üzümə baxdı.

— Ana, mən Detroytda anadan olmuşam.

XII HİSSƏ

— Elə bilirdim sən Sietldənsən, — dedim. Beynimin içi bulandı. Bunun Cekə nə aidiyyatı vardı?

Kristian əlini üzündən çəkdi, geriyə qanrılıb yastıqlardan birini götürdü. Başının altına qoyub arxaya dirsəkləndi və ehtiyatla üzümə baxdı. Sonra da başını yırğaladı.

— Yox. Eliottla məni Detroytda övladlığa götürüblər. Mən övladlığa götürüləndən bir müddət sonra bura gəlmişik. Qreys şərq sahilinin sürətlə urbanizasiyalaşmasından kənarda, qərb sahilində yaşamaq istəyirdi. O, şimal qərb xəstəxanalarının birində iş tapmışdı. O günləri yaxşı xatırlamıram. Mianı isə burada övladlığa götürüblər.

— Demək, Cek Detroytdandır?

— Hə.

Oyy.

— Hardan bilirsən?

— Sən onun yanına işləməyə gedəndə keçmişini araşdırmışdım.

Heç şübhə etmirəm.

— Deməli onun haqqında dosyen var? — Rişxəndlə güldüm. — Qovluq kimi bir şey…

Kristian təbəssümünü gizlədərək ağzını əydi.

— Deyəsən rəngi də açıq mavidir. –Saçlarımla oynamağa davam edərək dedi. Mənə xoş və rahat idi.

Kristian gözlərini qıydı. Yanağımı sığallamaq üçün əlini uzatdı.

— Doğrudan bilmək istəyirsən?

— Yəni hər şey o qədər pisdir?

Çiyinlərini çəkdi.

— Daha betərləri də olub, — pıçıldadı.

Yox! Yoxsa özünü nəzərdə tuturdu? Gözlərimin önündə ürkək, qorxmuş və özünü itirmiş kiçik Kristian canlandı. Onu qucaqladım, möhkəmcə ona sarıldım, örtüyü dartıb üstünü örtdüm və yanağımı sinəsinə dayadım.

— Nə? — reaksiyama təəccüblənərək soruşdu.

— Heç nə.

— Yox, yox. Etiraf elə, görüm nə olub?

Gözlərimi qaldırıb həyəcanlı üz ifadəsini incələdim, sonra yenə yanağımı sinəsinə dayayıb danışmaq qərarına gəldim.

— Bəzən səni gözümdə uşaq kimi təsəvvür edirəm… Qreyslərin yanına gəlməzdən əvvəlki halını.

Kristian dondu.

— Mən özümü nəzərdə tutmurdum. İstəmirəm mənə yazığın gəlsin, Anasteyşa. Həyatımın o dövrü bitdi.

— Bu, yazığı gəlmək deyil — heyrətlə pıçıldadım. — Bu, təəssüb və təəssüfdür; kiminsə bir uşağı bu vəziyyətə salmasından doğan təəssüf. — Nəfəsimi dərdim: qarnımın içi sanki buruldu, gözlərimə yenə yaş doldu. — Həyatının o dövrü bitməyib, Kristian, bunu necə söyləyə bilirsən? Sən hər gün öz keçmişinlə yaşayırsan. Sən ki özün mənə demişdin: əlli çalar, yadına düşür? — Səsim güclə eşidildi.

Kristian fısıldadı və boşda qalan əli ilə saçlarımı sığalladı, ancaq hələ də susurdu və gərginlik davam edirdi.

— Bilirəm ki, məhz bu səbəbdən məni həmişə nəzarətdə saxlamağa çalışırsan. Məni qorumaq üçün.

— Hərçənd sən özündən çıxmağa üstünlük verirsən, — deyə saçlarımı sığallamağa davam edərək qayğıkeşliklə deyindi.

Qaşlarımı çatdım. Lənət olsun! Məgər bunu qəsdən eləyirəm? Şüuraltım eynəyini çıxardı, eynəyin dəstəyini dişləri arasına alıb başını tərpətdi. Ona fikir vermədim. Boş şeydir. Mən onun köləsi, hansısa təsadüfi tanışı yox, arvadıyam. Və anası kimi fahişə-narkoman da deyiləm… lənət olsun. Yox, belə düşünmək lazım deyil. Doktor Flinin dedikləri yadıma düşdü: “Sadəcə elədiyini yenə etməyə davam et. Kristian dəli kimi aşiqdir. Və bunu görmək çox xoşdur”.

Bax belə. Mən sadəcə hər zaman etdiyimi edirdim. Kristianı da elə cəlb eləyən şey bu deyildimi? Bu adamda nə qədər ziddiyyət vardı!

— Doktor Flin demişdi ki, mən sənə inanmalıyam. Mənə elə gəlir ki, inanıram… bilmirəm. Görünür, bu mənim səni keçmişdən ayırıb, bura, gerçəkliyə gətirdiyim üsuldur — deyə pıçıldadım. — Bilmirəm. Bəlkə mən hələ də sənin hər şeyə həddən artıq emosional reaksiya verməyinə öyrəşə bilmirəm.

O, bir müddət susdu.

— Lənətə gələsən, Flin. — öz-özünə deyindi.

— Flin dedi ki, mən özümü bundan sonra da necə aparmışdımsa elə də aparmağa davam etməliyəm.

— Doğrudan? — quru tonla dilləndi.

Nə isə. Olan olub.

— Kristian, mən bilirəm, sən öz ananı sevirdin və onu xilas edə bilməmişdin. Buna gücün çatmamışdı. Amma mən o deyiləm.

Yenidən donub qaldı.

— Lazım deyil.

— Yox, qulaq as. Xahiş eləyirəm. — Mən başımı qaldırıb onun bir anda qoxudan iflic olmuş boz gözlərinə baxdım. O, nəfəsini tutub saxladı. Ah, Kristian… Ürəyim sıxıldı. — Mən o deyiləm. Mən daha güclüyəm. Mən sənə sahibəm. İndi sən də daha güclüsən və bilirəm ki, məni sevirsən. Mən də səni sevirəm.

Qaşlarının arasında qırış əmələ gəldi, sanki söylədiklərim eşitmək istədiyi sözlər deyildi.

— Məni hələ də sevirsən? — soruşdu.

— Əlbəttə sevirəm, Kristian, mən həmişə səni sevəcəm. Mənə nə eləsən də sevəcəm səni. — Eşitmək istədiyi şey bu idimi görəsən?

O, köksünü ötürdü, gözlərini yumdu, amma eyni anda məni bir az da möhkəm qucaqladı.

— Özünü gizlətmə. — Yerimdən qalxınaraq əlini üzündən çəkirəm. — Sən ömrün boyu gizlənmisən. Xahiş eləyirəm, daha gizlənmə, ən azı məndən.

Mənə şübhəylə baxıb qaşlarını çatdı.

— Gizlənmişəm?

— Hə.

Anidən yerindən qalxıb yana döndü və məni də yaxınına çəkdi. Əlini uzadıb saçlarımı üzümdən yığışdıraraq qulağımın ardına sürüşdürdü.

— Bu gün məndən sənə nifrət edib-etmədiyimi soruşmuşdun. Səbəbini başa düşməmişdim, amma indi… — Dayandı və mənə müəmmayla xeyli baxdı.

— Hələ də düşünürsən ki, sənə nifrət eləyirəm? — inamsızlıqla soruşdum.

— Yox. — Başını yırğaladı. –İndi yox. — Üzündən rahatlıq oxundu. — Amma bilmək istəyirəm… parolu niyə dedin, Ana?

Rəngimin necə ağardığını hiss elədim. Axı ona nə deyim? Deyim ki, məni qorxutdu? Bilmirdim ki, dayanacaq, ya yox? Deyim ki, ona yalvarırdım, amma o dayanmaq bilmirdi? Deyimmi ki, daha öncə burada baş verənlərin təkrarlanmasını istəmirdim? Məni kəməri ilə sarıdığı gün yadıma düşəndə bədənim ürpənir.

Udqundum.

— Çünki… çünki o qədər qəzəbli, uzaq və soyuq idin ki… Nə qədər davan edəcəyini bilmirdim.

Üzündən nəsə oxuyub anlamaq mümkün deyildi.

— Boşalmağıma imkan verəcəkdin? — Səsim pıçıltıdan az fərqlənirdi və üzümün necə qızardığını hiss edirdim, amma baxışlarından yayınırdım.

— Yox, — nəhayət dilləndi.

Lənət olsun.

— Bu, qəddarlıqdır.

Barmaqlarının üst tərəfi ilə üzümü sığalladı.

— Amma effektivdir. — Gözləri yenə qaralmışdı və mənə ruhumun içinə baxar kimi baxırdı. Sonsuzluq qədər uzun görünən sükutdan sonra dilləndi:

— Yaxşı ki, parolu söylədin, buna sevindim.

— Doğrudan? — heç nə başa düşmədim.

Dodaqlarına əyri bir təbəssüm qondu.

— Hə. Səni incitmək istəmirəm. Özümü lap unutmuşdum. — Əyilib məni öpdü. — Özümü lap buraxmışdım. — Məni təkrar öpdü. — Səninlə bu tez-tez başıma gəlir.

Hə? Anlaşılmaz bir səbəbdən bu fikir xoşuma gəldi… Gülümsədim. Bu məni niyə belə sevindirir?

Kristian da gülümsündü.

— Nəyə gülümsədiyinizi bilirəm, missis Qrey.

— Mən də.

Ətrafıma dolanıb başını sinəmə qoydu. Al qırmızı atlas çarpayı örtüyü üzərində bir-birinə sarmaşmış əl və ayaqlardan ibarət bir yumağa dönmüşdük. Mən onun kürəyini sığallayır, saçlarını oynadırdım. O, köksünü ötürdü və rahatlandı.

— Bu o deməkdir ki, məni dayandıra bilmək məsələsində sənə güvənə bilərəm. Əsla səni incitmək istəmirəm. Mənim ehtiyacım var… — Susdu.

— Nəyə ehtiyacın var?

— Nəzarətə ehtiyacım var, Ana. Sənə ehtiyacım olduğu qədər. Yaşamağımın tək yolu budur. Bundan imtina edə bilmirəm. Bacarmıram. Cəhd eləmişdim… Ancaq səninlə ikən… — O, çaşqınlıqla başını yırğaladı.

Udqundum. Problemin kökü də elə bu idi: nəzarət etmə ehtiyacı, bir yandan da mənə olan ehtiyac. İnanmaq istəmirəm ki, hər iki ehtiyac bir-birindən ayrılmazdın.

— Sən də mənə lazımsan, — pıçıltıyla dillənib onu bir az da möhkəm qucaqladım. — Mən çalışacam, Kristian. Daha diqqətli olmağa çalışacam.

— Sənə lazımlı olmaq istəyirəm.

Bax belə.

— Sən mənə lazımsan! Özü də necə! — coşqu ilə dilləndim. Hə, lazımdır. Onu o qədər sevirəm ki.

— Sənin qayğına qalmaq istəyirəm, — o, pıçıldadı.

— Qalırsan da. Hər zaman. Sən olmayanda elə darıxırdım ki.

— Doğrudan? — Səsində təəccüb hiss olundu.

— Hə, bəs necə. Harasa çıxıb getməyindən zəhləm gedir.

Gülümsədiyini hiss etdim.

— Sən də mənimlə gedə bilərdin.

— Kristian, xahiş eləyirəm. Gəl, bu mübahisəni yenidən başlamayaq. Mən işləmək istəyirəm.

O, köks ötürdü, mənsə nəvazişlə saçlarını qarışdırdım.

— Səni sevirəm, Ana.

— Mən də səni sevirəm, Kristian. Hər zaman sevəcəm.

Fırtına sonrasından sonra sakit, dinc halda yatırıq. Ürəyinin rəvan atışını dinləyərək yuxuya dalıram.

Zərbədən ağlımı itirmiş kimi yuxudan oyandım. Hardayam? Oyun otağında. Al qırmızı rəngli divarları yumşaq şəkildə aydınladan işıq hələ də yanırdı. Kristian yenə inildəyirdi, başa düşdüm ki, məni yuxudan oyadan da elə onun səsidi.

— Yox, — deyib inildəyirdi. Başı arxaya qanrılmış, üzündə əzab ifadəsi ilə yanımda qıvrılırdı.

Lənət olsun! Yenə kabus görür.

— Yox! — yenə qışqırdı.

— Kristian, oyan. — Örtüyü ayağımın üstündən kənara atıb yerimdə oturdum. Yanında diz üstdə çöküb çiyinlərindən yapışaraq silkələdim, gözlərimə isə yaş dolmağa başladı.

— Kristian, xahiş eləyirəm, oyan!

Gözlərini geniş açdı, bəbəkləri bozarmış, qorxudan bərəlmiş, dəlicəsinə baxırdı.

— Kristian, sən kabus görürdün. Evdəsən. Heç bir təhlükə yoxdur.

Gözlərini qıydı, harada olduğumuzu bilmək üçün dəli kimi ətrafa baxdı. Sonra baxışları mənim üstümə qayıtdı.

— Ana, — nəfəsini dərdi, sonra qəfildən hər iki əli ilə üzümü tutub cəld özünə tərəf çəkib öpdü. Möhkəm öpdü. Dili ağzımın içinə soxulanda çarəsizliyini və arzusunu hiss etdim. Nəfəsimi dərməyə imkan vermədən üstümə yayxanıb məni çarpayının sərt döşəyinə basdırdı, dodaqları dodaqlarımı buraxmadı. Bir əli ilə çənəmi sıxır, o biri əlini isə başımın üstünə qoyub yerimdən tərpənməyə qoymurdu. Dizləri ilə ayaqlarımı araladı, şalvarını çıxartmadan budlarımın arasına yerləşdi.

— Ana, — sanki yanında, onunla birlikdə olduğuma inanmırmış kimi xırıltılı nəfəs verdi. Nəfəsimi dərməyə imkan verərək bir anlıq üzümə baxdı. Sonra dodaqları yenə dodaqlarımı zəbt elədi — ac və tələbkardı. Ucadan inildəyərək üzərimə basılırdı. Sərtləşmiş cinsiyyəti yumşaq ətimə batırdı. İnildədim və yığılıb qalmış bütün seksual gərginlik ikiqat gücü ilə bütün bədənimi istək və şəhvətlə alovlandıraraq çölə çıxmağa can atdı. Kabuslarının təsiri ilə üzümü, gözlərimi, yanaqlarımı atəşli öpüşlərə qərq edirdi.

— Mən buradayam, — pıçıldayaraq onu sakitləşdirməyə çalışdım və özündən çıxmış, qızmış nəfəslərimiz bir-birinə qarışdı. Qollarımı çiyinlərinə dolayıb qasığımla ona sürtünür, hərəkətlərinə cavab verirdim.

— Ah, Ana, — nəfəs alır. — Mənə lazımsan.

— Sən də mənə lazımsan, — ehtirasla pıçıldadım. — Bədənim toxunuşları üçün alışıb yanırdı. İstəyirdim onu. Elə indicə istəyirdim. Onu sağaltmaq istəyirdim. İstəyirdim ki, o da məni sağaltsın… Bu mənə lazımdır. Əli aşağıya uzandı, bir neçə saniyə əlləşdi və…

İlahi. Bir neçə dəqiqə əvvəl mən yatırdım.

Bir az qalxınıb sual dolu baxışlarla üzümə baxdı.

Şəhvətdən batmış səsimlə xırıldadım:

— Hə, lütfən…

Cəld bir hərəkəti ilə özünü tamamən içimə gömdü.

— A-a-a-! — deyib qışqırdım, ağrıdan deyildi, heyrətdən. Bu necə şəhvət! Bu necə tələskənlik idi!

İnildədi və dodaqları yenə dodaqlarımı zəbt etdi. Özünü təkrar-təkrar içimə dürtərkən dodaqları ilə də mənə sahiblənirdi. Qorxu ilə, şəhvətlə, çılğınlıqla, istəklə… yoxsa sevgi ilə hərəkət edirdi? Bilmirdim, amma hər bir zərbəsini məmnuniyyətlə qarşılayırdım.

— Ana… — anlaşılmaz bir şəkildə çığırtı qopardı və qıvrılaraq içimə axdı… — üzü gərgin, bədəni sanki əzginləşmişdi, — sonra da ağır nəfəs alaraq bütün ağırlığı ilə üstümə çökdü. Və mənim əlim yenə də boşda qaldı.

Lənət olsun. Bu gecə mənim gecəm deyil. Daxili ilahəm xarakiri etməyə hazırdı. Onu qucaqladım, ciyərlərimə hava aldım və yarımçıq qalmış istəyimlə altında az qala qıvrılacaqdım. İçimdən çıxdı, amma buraxmadı. Uzun müddət. Nəhayət başını yelləyib dirsəkləri üstdə qalxıb bədəninin ağırlığının bir qismini üzərimdən qaldırdı. Mənə elə baxırdı ki, sanki həyatında ilk dəfə idi görürdü.

— Ah, Ana, ilahi… — Əyilərək nəvazişlə məni öpdü.

— Yaxşısan? — sevimli simaya baxaraq içimi çəkdim. Başını tərpətdi. Çaşqın və həyəcanlı idi. Mənim özünü itirmiş balam. Nəhayət ki, harada olduğumuzu dərk edirmiş kimi qaşlarını çatıb gərgin halda üzümə baxdı.

— Bəs sən? — qayğıkeş tərzdə soruşdu.

— M-m-m… — altında qıvrıldım və bir an sonra ləng və şəhvətli təbəssümlə gülümsədi.

— Missis Qrey, sizin öz tələbatlarınız var, — mırıldandı. Məni tez öpdü və çarpayıdan qalxdı.

Çarpayının qarşısında dizləri üstdə çökdü və ayaqlarımdan tutub dartaraq çarpayının kənarına çəkdi.

— Otur, — deyə mırıldandı. Otururkən saçlarım qulac-qulac kürəyimə, çiyinlərimə, döşlərimə səpələndi. Gözünü məndən çəkmədən ayaqlarımı yavaşca araladı. Nə edəcəyini çox gözəl bilərək qollarımı çarpayıya dayayıb arxaya yaslandım. Axı o daha yeni…

— O qədər gözəlsən ki, Ana, — içini çəkdi və mən sağ budumun içərisini öpüşlərə qərq eləyən şabalıdı saçlı başının necə əyilməsini izlədim. Bütün bədənim şəhvətdən gərildi. Uzun kirpiklərinin altından mənə baxdı.

— Bax, — deyə əmr etdi və budur, ağzı artıq oramdadır…

İlahi! Qışqırdım – bütün dünya orada, budlarımın arasındadır. Və onu izləmək inanılmaz erotikdir. Dili ilə bədənimin ən həssas nöqtəsinə toxunarkən izləmək… Çox rəhmsiz idi, oynayır, oxşayır və mükafatlandırırdı. Mən gərilirdim, düz oturmaqdan əllərim titrəyirdi.

— Yox… hə…

Barmağının birini ehmalca içəri dürtdü. Buna dayanmağa daha gücüm yetmədi və kürəyi üstdə çarpayıya yayxanaraq içimdə və üzərimdə gəzinən bu dilin və barmaqların oxşayışlarının həzzini çıxarmağa başladım. İçərimdəki bu həssas və şirin nöqtəmi yavaş-yavaş və nəzakətlə oxşamaqda idi.

Və artıq gücüm yetmədi – partladım, yaşadığım orqazmın gücü məni az qala çarpayıdan qaldırdı, adını anlaşılmaz şəkildə tələffüz edərək çığırdım. O qədər ibtidai bir duyğu oldu ki, mənə elə gəldi ki, ulduzları gördüm… Bulanıq şəkildə onun yumşaq və zərif öpüşlərini göbəyimdə hiss etdim. Əlimi uzadıb saçlarını sığalladım.

— Səninlə işim hələ bitməyib, — deyə mırıldandı. Və hələ tam özümə gəlməmiş, Yer planetinin Sietl şəhərinə qayıtmamış məni çarpayıdan dartıb dizlərinin üstünə otuzdurdu, orada məni ən əsas silah gözləyirdi…

Kristian içimə soxulur, içimi büsbütün doldurur və mən yavaşca çığırtı vururdum.

— A… — nəfəsini dərib sakitləşdi, sonra da məni qucaqlayıb öpdü. Ayağa qalxındı və o an içimin dərinliklərindəki həzz dalğası qızışdı. Arxamdan yapışaraq hərəkətlərimi müşayiət edir, ritmimi tuturdu.

— A-a-a — deyə inildədim və onun dodaqları yenidən dodaqlarımı örtdü. Biz yavaş-yavaş aşağı-yuxarı hərəkət edirdik. Özümü tamamən bu yumşaq ritmə təslim edərək boynunu qucaqladım. Üstündə qalxıb-enirdim. Arxaya əyilərək başımı da arxaya salladım və ağzım həzzin gətirdiyi səssiz çığırtıdan açıla qalıb. Onun zərif və nəvazişli sevgi sığallarında üzürdüm.

— Ana, — nəfəsini dərdi və əyilərək boynumdan öpdü və yavaş-yavaş içəri geri sürüşərək məni yuxarı və daha yuxarıya itələyirdi… necə də mükəmməl dərəcədə ahəngli idi… Onun axıcı şəhvətli gücünü hiss etdim. İlahi bir həzz içimin dərinliklərindən bütün bədənimə yayılırdı.

— Səni sevirəm, Ana, — xırıltılı səslə qulağıma pıçıldadı və sonra yenidən məni aşağı-yuxarı, yuxarı-aşağı yelləməyə davam etdi. Barmaqlarımı saçlarının arasına keçirdim.

— Mən də səni sevirəm, Kristian.

Gözlərimi açdım; nəzakətlə mənə baxırdı və gördüyüm tək şey onun sevgisi idi, oyun otağının yumşaq işığında aydın və parlaq şəkildə işıldayırdı. Gecə kabusu deyəsən, unudulmuşdu. Bədənimin boşalmağa hazırlaşdığını hiss edərkən istədiyimin də elə bu olduğunu anladım – məhz bu əlaqəni, sevgimizin nümayişini.

— Hə, əzizim, boşal, — deyə pıçıldadı.

Möhkəm gərildim, vücudum səsinin seksual tonundan titrəyir və paramparça olaraq ilahi kulminasiyaya çatdı. Alnını alnıma yaslayarak susdu və adımı tələffüz edərək boşaldı.

Məni ehtiyatla qaldırıb çarpayıya uzatdı. Tam boşalmış və xoşbəxt halımla qollarının arasında uzandım. Dodaqlarını zərifcə boynuma sürtdü.

— İndi yaxşıdır? — pıçıldadı.

— M-m-m.

— Yatağa gedək, yoxsa burada yatmaq istəyirsən?

— M-m-m.

— Missis Qrey, mənimlə danışın. — Səsində şən notlar hiss olundu.

— M-m-m.

— Əlindən gələn elə budur?

— M-m-m.

— Gedək, səni yatağa qoyum. Burada yatmaqdan xoşum gəlmir-.

Tənbəlcə üzümü ona tərəf çevirdim.

— Dayan, — pıçıldadım.

Özündənrazı yeniyetmələr kimi gülümsündü.

— İndi yaxşıdır.

— Ah, Kristian. — Başımı yırğalayıb nəzakətlə bu sevimli üzü sığalladım. — Kabusundan bəhs elədim.

Üzünün ifadəsi bir anda dondu, gözlərini yumub, yumruqların sıxdı, üzünü boynumda gizlədi.

— Lazım deyil, — xırıltılı və əzgin səslə pıçıldadı. Ürəyim döşümün altında yenidən sızladı, onu bərk-bərk qucaqlayıb kürəyini, saçlarını oxşadım.

— Bağışla, — reaksiyasından qorxaraq pıçıldadım. Bu cür teztez dəyişən əhval-ruhiyyə ilə necə ayaqlaşmalı idim? Lənətə gəlsin, axı nə görmüşdü yuxusunda? Detallara varmaqla onu bir az da incitmək istəmədim. — Hər şey yaxşıdır, — yumşaq səslə pıçıldayaraq onu az əvvəlki oyunbaz oğlan halına qaytarmağa cəhd etdim. –Hər şey yaxşıdır, — sakitləşdirmək üçün dönə-dönə təkrarladım.

— Gəl, yatağa gedək, — bir müddət sonra sakitcə dilləndi və ağuşumdan çıxaraq məni boşluq və ürək ağrısı ilə baş-başa buraxdı. Yöndəmsiz şəkildə qalxdım, atlas örtüyə bürünüb paltarımı götürmək üçün əyildim.

— Burax, qalsınlar, — dedi və məni qucağına aldı. — Ötrüyə ilişib yıxılmağını, boynunu qırmağını istəmirəm.

Qollarımı boynuna dolayıb məni aşağı, yataq otağımıza apararkən boynuna zərif öpüşlər qondurdum.

Gözlərimi açdım. Nəsə çatmırdı. Kristianın yanımda olmadığını fərq etdim, baxmayaraq ki, hələ qaranlıqdır. Elektron zəngli saata baxdım; dördə iyirmi dəqiqə işləyirdi. Kristian harada idi? Və bu an fortepiano səsi eşitdim.

Tez çarpayıdan sürüşüb, xalatımı qapdım və dəhlizi qaçaraq keçib qonaq otağına çatdım. Çaldığı melodiya o qədər hüznlü idi ki, – daha əvvəllər çaldığı ürək parçalayan kompozisiyalardan daha kədərli. Qapının kandarında dayanaraq işığın altında onu izləyirəm. Ürək parçalayan, qəmli musiqi otağı doldurmuşdu. Niyə belə qəmli melodiya? Əllərimi qoynuma qoyub məyusca dinləyirəm. Ürəyim sızlayırdı. Kristian, axı niyə belə qüssəli? Yoxsa mənim üzümdən idi?

Bəlkə bu mənim günahım idi? O, dayandı, amma üçüncü dəfə başdan başlamaq üçün və mən daha dözə bilmədim. Mən fortepianoya yaxınlaşanda gözlərini qaldırmadı, amma yanını kənara çəkdi ki, mən stulda yanında oturum. Melodiya yenidən səsləndi və mən başımı onun çiyninə qoydum. Saçlarımı öpdü, amma parçanı axıra çatdırana qədər ifasını saxlamadı. Gözümü qaldırıb ona baxdım, o ehtiyatla nəzərlərini üzümə dikdi.

— Oyatdım səni?

— Sadəcə qalxıb getdiyin üçün. Bu nə melodiyadır?

— Şopen. Mi minor prelüdiyalarından biri. –Kristian bir anlığa susdu. — Adı “Boğulma”dır.

Əlini tutdum.

— Olanlar səni yaman təsirləndirib, hə?

Fısıldadı.

— Arvadımı qaçırmaq üçün gicbəsərin biri evimə soxulur. Arvadım sözə qulaq asmır. Məni dəli eləyir. Paroldan istifadə eləyir. –Bir anlıq gözlərini yumdu, açanda isə baxışları artıq soyuq və donuq idi. — Hə, çox təsirlənmişəm.

Əlini sıxdım.

— Bağışla.

Alnını alnıma dayadı.

— Yuxuda gördüm ki, sən ölmüsən.

Nə?

— Yerdə uzanmısan, buz kimisən və oyanmırsan.

Ah, yenə də Əlli Çalar.

— Hey, bu sadəcə axmaq bir yuxu idi. — Başını ovuclarımın arasına alıb sıxdım. Baxışları ilə məni dəlib keçən gözləri yanırdı, onlardakı əzab isə heç cür çəkilib getmək bilmirdi. — Mən buradayam və sənsiz soyuqdan donmuşam. Mənimlə yatağa qayıt, xahiş eləyirəm.

Arxamca gəlib-gəlməyəcəyini bilmədən əlindən tutub qalxdım. Axır ki, o da ayağa durdu. Əynində belindən aşağı oturan pijamanın şalvarı var idi, ürəyimdən barmaqlarımı belində qaçışdırmaq keçsə də, özümü saxladım və onu geri, yataq otağına gətirdim.

Növbəti dəfə oyananda Kristian yanımda dinc yatmışdı. Rahatladım. Məni sarmış bədənin istisi və yaxınlığının dadını çıxardım. Narahat etməkdən qorxduğum üçün yerimdə tam hərəkətsiz uzanmışdım.

Uf, qiyamət axşam idi amma! Özümü üstümdən bir yük qatarı keçmiş – ərimin şəxsində – adam kimi hiss eləyirdim. İnanmaq çətindir ki, yanımda uzanmış və yuxuda ikən çox rahat və gənc görünən bu kişi dünən gecə özündən çıxaraq əzab çəkirdi… məni də özümdən çıxmağa və əzab çəkməyə məcbur etmişdi.

Tavana zillənib fikirləşirdim ki, mən həmişə Kristianı güclü və hökmlü biri kimi düşünmüşəm, əslində isə o qədər zəif və həssas idi ki, mənim çaşqın balam. İşin gülməli tərəfi də o idi ki, o özü mənə zəif məxluq kimi baxır, halbuki mən özümü zəif hesab eləmirəm. Onunla müqayisədə mən güclüyəm.

Amma ikimizə də yetəcək qədər güclüyəmmi? Dediyinə əməl edib onu bu qədər narahat etməyəcək qədər? Köks ötürdüm. Axı o məndən çox şey istəmirdi. Dünən gecəki söhbətimizi analiz etdim.

İkimiz də daha çox çalışacağımızı vəd etməkdən başqa nəyisə həll edə bildikmi? Əsas odur ki, mən onu sevirdim və ikimiz üçün də bir yol seçməli idim. Elə bir yol ki, mən olduğum kimi qala bilim və əvvəlki kimi onun üçün böyük məna kəsb etmiş olum. Əlimdən gələni ciddi şəkildə etmək niyyətində idim ki, bu istirahət günlərində onun kefi pozulmasın.

Kristian tərpəndi və yuxulu-yuxulu üzümə baxaraq başını döşümün üstündən qaldırdı.

— Sabahınız xeyir, mister Qrey. — Gülümsədim.

— Sabahınız xeyir, missis Qrey. Yaxşı yata bildin? — Məmnun halda gərnəşdi.

— Ərim royalda qorxunc gurultunu bitirəndən sonra hə.

Öz utancaq təbəssümü ilə gülümsündü və mən əridim.

— Qorxunc gurultu? Missis Ketiyə məktub göndərməli olacam — qoy, bilsin.

— Missis Keti?

— Musiqi müəlliməm.

Mən hırıldadım.

— Necə gözəl səsdir, — o dedi. — Bu günümüz daha yaxşı bir gün olsunmu?

— Olsun, — razılaşdım. — Nə etmək istəyirsən?

— Arvadımla sevişib hazırladığı səhər yeməyini yeyəndən sonra onu Aspenə aparmaq istərdim.

Ağzım açıla qaldı.

— Aspenə? Hansı? Koloradodakı?

— Elədir ki var. Əgər onu heç yerə köçürməyiblərsə. Hər nə qədər olmasa, sən bu gözəlliyə düz iyirmi dörd min dollar pul vermisən.

Gülümsədim.

— O sənin pulların idi.

— Bizim pullarımız.

— Mən onları auksiona çıxaranda sənin idilər. — Gözlərimi süzdürdüm.

— Ah missis Qrey, sizin o göz süzdürmələriniz olmasaydı! — pıçıldayaraq əlini budumda gəzdirdi.

— Axı Kolorado çox uzaqdır, — fikrini yayındırmaq üçün dedim.

— Təyyarə ilə uzaq deyil, — yumşaq səslə cavab verib ombalarıma tərəf uzandı.

Hə, əlbəttə, axı, ərimin təyyarəsi var. Necə unuda bilərdim bunu? Əlləri vücudumda gəzinməyə davam etdi, arada gecəliyimi dartıb çıxardı və mən hər şeyi unutdum.

Teylor bizi beton döşənmiş meydança ilə “Greys enterpraice” şirkətinə aid təyyarənin gözlədiyi yerə apardı. Sietldə hava yağmurlu idi, anacaq mən havanın kefimi pozmasına imkan vermədim. Kristianın kefi isə daha yaxşı idi. Sevinc dolu bir həyəcan içindəydi, yeni il yolkası kimi bərq vurur, böyük bir sirri gizləyən balaca oğlan uşağı kimi yerində qurcalanırdı. Maraqlıdır, yenə nə işlər çevirməyi düşünürdü. Dağınıq saçları, ağ futbolkası və qara cins şalvarında inanılmaz yaraşıqlı görünürdü və bu gün əsla baş direktora bənzəmirdi. Teylor maşını trapın yanında ehmalca dayandırdı. Kristian əlimi tutdu.

— Sənə bir sürprizim var, — pıçıldayaraq barmaqlarımı öpdü.

Təbəssümlər içində əridim.

— Yaxşı sürprizdir?

— Ümid eləyirəm… — ilıq təbəssümlə gülümsədi.

Hmmm. Nə ola bilər ki?

Soyer maşından atılaraq qapımı açdı. Teylor isə Kristianın qapısını açdı və sonra baqajdan çamadanlarımızı çıxardı. Stiven trapın başında bizi gözləyirdi. Beyli isə pilot kabinəsindəki düymələr olan çox iri lövhədə nəsə edirdi.

Kristianla Stiven bir-birinin əlini sıxdılar.

— Sabahınız xeyir, ser. — Stiven gülümsəyirdi.

— Sağ olun ki, hər şeyi belə qısa vaxtda hazırlaya bildiniz. — Kristian cavabında gülümsündü. –Qonaqlarımız buradadır?

— Bəli, ser.

Qonaqlar? Mən üzümü çevirdim və təəccüblə ah çəkdim. Keyt, Eliot, Mia və İtan – hamısı krem rəngli kreslolarda oturub gülümsəyirdilər. İlahi! Mən Kristiana tərəf çevrildim.

— Sürpriz! — dedi.

— Necə? Nə vaxt? Kim? — çaşqın vəziyyətdə mırıldandım və sevincimi güclə saxladım.

— Sən dedin ki, dostlarını çox az görürsən. — Çiyinlərini çəkdi və günahkarcasına gülümsədi.

— Ah, Kristian, çox sağ ol. — Boynuna atılıb hamının yanında öpdüm. Əllərini budlarıma qoyub barmaqlarını cins şalvarımın kəmər halqalarına keçirib məni bir az da özünə sıxdı.

Möhtəşəm.

— Bir az da belə davam etsən səni yataq otağına sürüyəsi olacam, — pıçıltı ilə dedi.

— Cürət etməzsən, — mən pıçıltı ilə cavab verdim.

— Ah, Anasteyşa. — başını yelləyərək qımışdı. Məni buraxdı və xəbərdarlıq etmədən əyildi. Ayaqlarımdan yapışaraq məni çiyninə şələlədi.

— Kristian, burax məni! — Kürəyini döyəcləməyə başladım.

Təyyarəyə girəndə Stivenin gülümsədiyini gördüm, çevrilərək öz kabinəsinə getdi. Qapıda dayanan Teylor təbəssümünü güclə saxlayırdı. Yalvarış və müqavimətlərimə baxmayaraq Kristian dar salonda üzbəüz oturmuş Mia və İtanın, Keyt və dəli kimi gülən Eliotun yanından ötüb keçdi.

— İcazənizlə, — dörd nəfər qonağımıza müraciətlə dedi, — Arvadımla baş-başa kiçik söhbətimiz var.

— Kristian! — qışqırdım. — Məni öz yerimə qaytar!

— Hər şeyin öz vaxtı var, əzizim.

Qarşımda qımışan Mia, Keyt və Eliotu gördüm. Lənət olsun! Bu ki, gülməli deyil, utandırıcıdır. İtan tamamilə şok içində ağzı açıla vəziyyətdə bizə zillənmişdi, biz isə salonda gözdən itdik.

Kristian dalınca qapını bağlayıb məni yerə qoydu – mən çiynindən elə yavaş sürüşdüm ki, hər bir əzasını hiss elədim. Özündən tam razı halda balaca oğlansayağı gülümsəyirdi.

— Əməlli-başlı tamaşa göstərdiniz, mister Qrey, — deyinə-deyinə əllərimi qoynumda çarpazladım və sifətimə saxta narazılıq ifadəsi verdim.

— Maraqlı idi, missi Qrey. — Təbəssümdən süzülən dodaqları qulağının dibinə çatdı. İlahi. Necə də gənc görünürdü.

— İşi axıra çatdırmağa çalışırsan? — nə hiss etdiyimi özüm də bilmədim, qaşımı qaldırdım. Daha doğrusu, başqaları bizi eşidə bilərdi deyə birdən utandım. Əsəblə çarpayıya baxıb nikah gecəmizi xatırladım və yanaqlarımın necə qızardığını hiss elədim. Biz dünən çox şeydən danışıb, çox şeylər etmişdik. Sanki hansısa naməlum əngəli aşıb keçmişdik. Elə bəla da o naməlum əngəldə idi. Kristian yüngülvari istehza ilə məni süzdü, ciddi qalmaq mümkün deyildi. Bu təbəssüm elə yoluxucu idi ki.

— Məncə qonaqlarımızı gözlətmək heç yaxşı olmaz, — yumşaq səslə deyərək mənə tərəf bir addım atdı. İnsanların nə düşündükləri onu nə vaxtdan narahat edirdi? Mən salonun divarına tərəf bir addım geri çəkildim, geri çəkiləcək daha yer yox idi. O əyilib burnunu burnuma sürtdü.

— Xoş sürpriz oldu? — səsində narahatlıq notları sezilirdi.

— Ah, Kristian, fantastik sürprizdir. — Əlimi döşündən yuxarı sürüşdürüb boynunu qucaqladım və öpdüm.

— Bütün bunları nə vaxt təşkil etmisən? — bir az kənara çəkilərək saçlarına baxa-baxa soruşdum.

— Dünən gecə heç cür yata bilməyəndə. Eliotla Miaya e-mail göndərdim və budur, onlar burdadırlar.

— Çox xoşdur. Çox sağ ol. Əminəm, əla vaxt keçirəcəyik.

— Ümid eləyirəm. Fikirləşdim ki, Aspendə mətbuatdan qaçmaq daha asan olacaq, nəinki evdə.

Paparatsilər! O, haqlı idi. “Eskala”da qalsaydıq, tələyə düşəcəkdik. Bu sabah bura gələrkən yolda fotoaparatların şaqqıltısı və gözqamaşdıran işıqlarını xatırlayanda bədənim ürpəndi.

— Gedək. Yaxşısı budur, yerimizdə oturaq, — Stiven bir azdan uçacaq. — O, əlini mənə uzatdı və biz birlikdə salona qayıtdıq.

Eliot bizi məmnunluq nidaları ilə qarşıladı.

— Uçuş qabağı təlimat necə keçdi? — deyə rişxəndlə soruşdu.

Kristian özünü eşitməzliyə vurub ona fikir vermədi.

— Xahiş eləyirəm, xanımlar və bəylər, oturun, çünki bir azdan uçuş zolağına qalxırıq, — Stivenin təmkinli və əmin səsi salona yayıldı. Qaraşın qız… e-e-e Natali? Nikah gecəmizdə göyərtədə olan qadın mətbəxdə göründü, qəhvə fincanlarını hazırlayırdı. Nataliya. Onun adı Nataliyadır.

— Sabahınız xeyir, mister Qrey, missis Qrey, — nazla dilləndi. Onun yanında niyə bu qədər narahat olurdum? Bəlkə ona görə ki, o, qarasaçlı idi? Özünün də etiraf etdiyi kimi Kristian adətən qarasaçlı xanımları işə götürmürdü çünki onları cazibədar hesab edirdi.

O, Nataliyanı nəzakətli bir təbəssümlə mükafatlandırdı və Eliotla Keytin oturduğu masada onlarla üzbəüz oturdu. Tez Keyti və Mianı qucaqladım, İtan və Eliota əl yelləyib Kristianın yanında oturub kəmərimi bağladım. Kristian əlini dizimə qoydu. Rahat və xoşbəxt görünürdü, baxmayaraq ki, biz tək deyildik. Dərhal özüm özümdən soruşdum: nə üçün hökmlü tiran olmaqdansa həmişə belə olmağı bacarmır.

— Ümid eləyirəm, botlarını götürmüsən?

— Məgər biz xizək sürəcəyik?

— Avqust ayında bu bir az problemli ola bilərdi, — sevinclə dilləndi.

Hə, əlbəttə!

— Ana, xizək sürə bilirsən? — Eliot sözümüzü kəsdi.

— Yox.

Kristian əlimi tutmaq üçün ovucunu dizimdən çəkdi.

— Əminəm, kiçik qardaşım səni öyrədəcək, — Eliot mənə göz vurdu. — Onun başı çıxmadığı şey yoxdur.

Qızardığımı hiss etdim. Gözümü qaldırıb Kristiana baxdım, hissiz duyğusuz Eliota baxırdı, amma güman edirəm, gülməyini güclə saxlayırdı. Təyyarə uçuş zolağına çıxdı.

Nataliya aydın cingiltili səslə göyərtədəki təhlükəsizlik qaydalarından danışdı. Əynində qısaqollu səliqəli göy bluz və eyni rəngdə qələm ətək vardı. Makiyajı mükəmməldi. O, həqiqətən də cazibədardır. Mənim şüuraltım nazik qaşlarını dartdı.

— Necəsən? Yaxşısan? — Keyt çoxmənalı soruşdu. — Haydla olan hadisəni nəzərdə tuturam.

Başımı yellədim. İndi Hayd haqqında nə danışmaq, nə də düşünmək istəmirdim. Ancaq deyəsən, Keytin öz planları vardı.

— Birdən-birə ona nə oldu ki? — dərhal öküzün cəngindən yapışmağa bənzəyən özünə xas üsulu ilə soruşdu. Daha çox sorğu-sual etməyə hazırlaşırmış kimi başını silkələyib saçlarını kürəyinə atdı.

Kristian ona soyuq nəzərlə baxaraq çiyinlərini çəkdi.

— Mən onu qovdum, — açıq və birbaşa dedim.

— A? Nəyə görə? — Keyt başını yana əydi: yenə öz ampluasında idi.

— Mənə girişirdi, — deyə mırıldandım. Masanın altından Keytin ayağına dürtmək vurmaq istədim, amma lənətə gəlsin, alınmadı.

— Nə vaxt?

— Əşşi, çoxdan.

— Sənə girişdiyini heç danışmamışdın! — ciyildədi.

Mən çiyinlərimi çəkdim.

— Əlbəttə, onun narazılığını başa düşmək olar, amma reaksiyası lap həddini aşmışdı, — Keyt davam etdi, amma bu dəfə suallarını Kristiana ünvanlamağa başladı. — O psixi xəstədir? Bəs onun əlində sizinlə, Qrey ailəsi ilə bağlı olan məlumat nə məsələ idi?

Bu cür ehtiraslı sorğu-sual mənim heç xoşuma gəlmirdi.

— Biz hesab edirik ki, burada Detroytla bir əlaqə var, — Kristian yumşaq tərzdə cavab verdi. Həddən artıq yumşaq. Ah, Keyt, yaxşısı budur, əl çək.

— Hayd da Detroytdandır?

Kristian başını tərpətdi.

Təyyarənin sürəti artırdı və mən ərimin əlini möhkəm sıxdım. Mənə sakitləşdirici nəzərlə baxdı. Uçuş və enişlərdən necə zəhləm getdiyini bilirdi. Ovucumu sıxdı və baş barmağıyla barmaqlarımı sığallayaraq məni rahatlatdı.

— Sən onun haqqında nə bilirsən? — Eliot kiçik təyyarədə indicə havaya qalxmalı olduğumuza, Keytin sorğu-suallarından qıcıqlanmış Kristianın əsəblərinin gərilməsinə əhəmiyyət vermədən soruşdu. Keyt isə özünü bir az da irəli ataraq diqqətlə cavabı gözlədi.

— Bunlar açıqlama üçün deyil, — Kristian birbaşa Keytə dedi. Keytin dodaqları güclə sezilən nazik xətt şəklində sıxıldı. Mən udqundum. Lənət olsun.

— Biz onun haqqında az şey bilirik, — Kristian davam etdi. — Atası barda sərxoşların davasında öldürülüb. Anası içkiyə qurşanıb. Uşaq ikən bir ailədən digərinə ötürülüb, sonra da maşın oğurluğu ilə məşğul olan axmaq bir dəstəyə düşüb. Bir müddət yetkinlik yaşına çatmayanların koloniyasında qalıb. Sonralar anası aztəminatlı ailələr üçün hansısa proqram daxilində alkoqolizmdən müalicə oluna bilib, Hayd isə tamamilə dəyişib. Prinstonda tələbə təqaüdü qazanıb.

— Prinstonda? — Keyt heyrət içində yenidən soruşdu.

— Hə. O, zəkalı oğlandır. — Kristian çiyinlərini çəkdi.

— Əgər ələ keçibsə o qədər də zəkalı deyil, — Eliot mırıldandı.

Kristianın necə gərildiyini hiss etdim.

— Biz hələlik bilmirik, — sakitcə dedi. Lənət olsun. Onunla birlikdə hərəkət edən biri ola bilərdimi? Çevrilərək dəhşətlə Kristiana baxdım. O, təkrar əlimi sıxdı amma gözlərimə baxmadı. Təyyarə ehmalca havaya qalxdı və həyəcandan qarnım ağrıdı.

— Onun neçə yaşı var? — əyilərək Kristiandan elə soruşdum ki, ondan başqa heç kim eşitmədi. Nələr baş verdiyini nə qədər çox bilmək istəsəm də Keytin sorğu suallarını təşviq etmək istəmirdim. Bilirdim ki, suallar Kristianı qıcıqlandırır və əmin idim ki, bizim Kokteylgeytimizdən sonra Keyt onun qara siyahısına düşmüşdü.

— Otuz iki. Necə məgər?

— Elə belə, maraqlıdır.

Kristian gərginləşdi.

— Hayd sənin maraqlanmağın üçün uğurlu obyekt deyil. Sevinirəm ki, onu həbs etdilər. — Bu, hökm kimi bir şey idi, amma tonuna fikir verməməyə çalışdım.

— Necə bilirsən, onun əlaltıları var? — İşin içində bir başqasının da ola biləcəyini düşündükdə halım pisləşdi. Bu o deməkdir ki, hələ heç nə bitməyib.

— Bilmirəm, — Kristian təmkinlə cavab verdi.

— Bəlkə sənə qərəzi olan kimsə? — ehtimal etdim. Lənət olsun, ümid eləyirəm o uşaqbaz ifritə deyil. — Məsələn, Elena? — deyə pıçıldadım. Adını yüksək səslə dediyimin fərqində idim, amma onsuz da ancaq Kristian eşidirdi. Keytə həyəcanlı nəzər yetirirəm, onun başı Eliotla söhbətə qarışıb, Eliotsa deyəsən, ona acıqlıdır. Hmmm…

— Onu bacardığın qədər vəhşiləşdirmək istəyirsən, hə? — Kristian gözlərini süzüb narazılıqla başını yırğaladı. — Ola bilsin ki, onun mənə qərəzi var, amma belə şeyi heç vaxt etməz. — Sərt baxışlarını mənə zillədi. — Gəl, bunu müzakirə etməyək. Bilirəm, o sənin üçün sevimli mövzu deyil.

— Sən özündən soruşmusan? — pıçıldadım və həqiqətən də bilmək istəyib-istəmədiyimə əmin deyildim.

— Ana, mən onunla ad günümdən bəri danışmamışam. Xahiş eləyirəm, qurtar. Onun haqqında danışmaq istəmirəm. — Əlimi dodağına yaxınlaşdırıb barmaqlarımı yüngülcə öpdü. Baxışları məni dəlib keçdi və başa düşdüm ki, indi sorğu-sualı davam etdirmək üçün uğurlu zaman deyil.

— Özünüzə bir çarpayı tapın, — Eliot sataşdı. — Hə, düzdür, axı tapmısız, amma çoxdandır onu istifadə etmirsiz. — Qımışdı.

Kristian başını qaldırıb Eliota soyuq bir nəzər saldı.

— Cəhənnəm ol, Eliot, — qəzəbsiz səslə dedi.

— Aaa. Mən sadəcə olanı dedim. — Eliotun gözləri sevinclə parıldadı.

— Guya ki bilirsən, — Kristian rişxəndlə mırıldanaraq qaşını qaldırdı.

Eliot bu zarafatdan xoşallanıb qımışdı.

— Öz ilk rəfiqəsi ilə evlənən sənsən. — Məni göstərdi.

Lənət olsun. Nə demək istəyirdi? Üzüm qızardı.

— Və məni bunda kim günahlandıra bilər? — deyib yenə əlimdən öpdü.

— Bir tək mən yox. — Eliot gülərək başını yırğaladı.

Mən pörtdüm, Keyt isə Eliotun ayağına bir şapalaq vurdu.

— Bəsdir! Eşşək olma, — Keyt deyindi.

— Rəfiqənin sözünə qulaq as, — Kristian Eliota dedi; onun bayaqkı narahatlığı deyəsən, yox olmuşdu.

Təyyarə yüksəldikcə qulaqlarım batırdı. Kayutdakı gərginlik dağıldı, təyyarə səmada hərəkətini tarazladı. Keyt Eliota acıqlı-acıqlı baxırdı. Aralarında nəsə baş verirdi, amma nə olduğunu anlamırdım.

Eliot haqlı idi. Doğrudan da, taleyin işinə bir bax. Mən Kristianın ilk qızı idim, indi isə arvadıyam. On beş itaətkarı və əxlaqsız missis Robinsonu çıxmaq şərtilə. Digər tərəfdən isə Eliotun onlardan xəbəri yoxdur və bəlli idi ki, Keyt ona heç nə danışmamışdı. Mən Keytə gülümsədim və o hansısa sirri paylaşırmış kimi mənə göz vurdu. İstənilən sirri ona etibar etmək olardı.

— Beləliklə də, xanımlar və cənablar, biz təxminən otuz iki min fut yüksəklikdəyik və təxmini uçuş vaxtımız bir saat əlli altı dəqiqədir, — Stiven elan etdi. — Kəmərləri aça bilərsiz.

Mətbəx bölümündə bir anda Nataliya göründü.

— Qəhvə istəyən varmı? — deyə soruşdu.

XIII HİSSƏ

Sardi Fild 12:25-də eniş etdi. Stiven təyyarəni əsas terminalda bir az aralıda saxladı; illüminatordan bizi gözləyən “Volkswagen” mini avtobusu gözümə dəydi.

— Əla eniş idi. — Kristian gülümsəyərək Stivenin əlini sıxdı. Təyyarədən enməyə hazırlaşırdıq.

— Bütün məsələ hava sıxlığını düzgün hesablamaqdır, ser. — Stiven gülümsəyərək cavab verdi. –Beylinin riyaziyyatdan yaxşı başı çıxır.

Kristian Stivenin birinci köməkçisini başı ilə salamladı.

— Afərin, Beyli. Mükəmməl eniş oldu.

— Çox sağ olun, ser. — Pilot qadın özündən razı gülümsündü.

— Yaxşı istirahətlər, mister Qrey, missis Qrey.

Sabahadək. — Stiven enməyimiz üçün kənara çəkildi və Kristian əlimdən tutub məni trapdan keçirərək Teylorun yanında dayanıb gözlədiyi maşına tərəf apardı.

— Mini avtobus? — Teylor qapını açanda Kristian təəccüblə soruşdu.

Teylor günahkarca gülümsünüb çiyinlərini çəkdi.

— Bilirəm, son anda hazırlanıb, — Kristian dilləndi və o dəqiqə də yumşaldı. Teylor baqajımızı götürmək üçün təyyarəyə tərəf getdi.

— Salona baxmaq istəyirsən? — Kristian qulağıma pıçıldadı. Gözləri bic-bic parıldayırdı.

Hırıldadım. Bu adam kimdir və son iki günün mister Qəzəbli Boz Canavarı necə dəyişmişdi?

— Hey, siz ikiniz, oturun maşına görək, — Mia səbirsizliklə bizə söz atdı. Maşına keçib arxadakı ikinəfərlik yerdə oturduq. Mən Kristiana sarıldım, o isə əlini kürəyimə qoydu.

— Rahatdır?

Mia ilə İtan qarşımızda oturdular.

— Hə, — deyərək gülümsədim və Kristian alnımı marçıltı ilə öpdü. İzah edə bilməyəcəyim bir səbəbdən bu gün ondan utanırdım. Niyə? Dünənki gecəyə görə? Ona görə ki tək deyilik? Başa düşə bilmirdim.

Keytlə Eliot maşına ən axırıncı oturdular, Teylor isə baqajın qapısını açaraq əşyalarımızı yerləşdirdi. Beş dəqiqə sonra tərpəndik.

Aspenə gedirdik, pəncərədən çölə baxırdım. Ağaclar hələ yaşıl idi, amma yaxınlaşmaqda olan payızın əlamətləri yarpaqların saralmış uclarından bəlli olurdu. Göyün üzü büllur maviliyində idi, baxmayaraq ki qərb tərəfdə qara buludlar toplaşmışdı. Bizi Rocky sıra dağları əhatə eləyirdi və ən yüksək zirvə düz qarşımızda idi. Təpələr sıx yaşıllıqla örtülmüşdü, yüksəkliklərin təpələrində isə qar vardı, uşaqların çəkdiyi rəsmlərə bənzəyirdilər.

Zənginlərin və məşhurların dincəldiyi qış kurortundaydıq. Və mən burada bir ev sahibiydim. İnanmağım gəlmirdi. Qəlbimin dərinliyində Kristianın sərvətinin ölçüsünü düşünməyə çalışdığım zamanlara xas olan bir narahatlıq vardı. Özümü hətta — günahkar hiss edirdim. Bu cür həyat tərzini qazanmaq üçün mən nə etmişdim ki? Sevməkdən başqa heç nə.

— Əvvəllər Aspendə olmusan, Ana? — İtan məni fikirlərimdən ayıraraq soruşdu.

— Yox, bu birinci dəfədir. Bəs sən?

— Yeniyetmə vaxtlarımızda biz Keytlə tez-tez buralara gələrdik. Atam dəhşət xizək həvəskarıdır. Anam isə yox.

— Ümid eləyirəm, ərim xizək sürməyi mənə öyrədəcək, — başımı çevirib həyatımın kişisinə baxdım.

— Sənin yerində olsam bu qədər əmin olmazdım, — Kristian mırıldandı.

— O qədər də küt deyiləm!

— Boynunu sındıra bilərsən. — Üzündə təbəssümdən əsər- əlamət yoxdu.

Mübahisəyə girib onun kefini pozmaq istəmirəm, elə ona görə də mövzunu dəyişirəm.

— Çoxdandır burada evin var?

— İki il olar. İndi o həm də sizindir, missis Qrey, — yumşaq səslə dilləndi.

— Bilirəm, — pıçıltı ilə dedim, amma ürəyimin dərinliyində özümü ev sahibəsi kimi hiss etmirdim.

Əyilib çənəsindən öpdüm və təzədən çiyninə söykənib İtan və Eliotla zarafatlaşmağına baxdım. Mia arada zarafata qarışırdı, amma Keyt susqun idi. Cek Haydı, yoxsa başqa bir şeyimi düşünürdü görəsən, deyə öz-özümə fikirləşdim. Sonra xatırladım. Aspen… Kristianın buradakı evinin layihəsini Cia Matteo hazırlamışdı, Eliot isə evi inşa etmişdi.

Görəsən Keyt bu haqda düşünürdü? Cia ilə keçmiş əlaqələrini nəzərə alaraq Eliotun yanında bunu ondan soruşa bilmirdim. Bir də ki Keyt Cianın bu evlə bağlı olduğunu bilirdimi? Qaşlarımı çatdım və onun nədən belə narahat göründüyünü dönə-dönə özümə sual etdim. Təklikdə qalanda özündən soruşmağa qərar verdim.

Biz Aspenin mərkəzindən keçib getdik və kefim düzəldi. Gözəl şəhərdir. İsveçrə tərzində əsasən qırmızı kərpicdən tikilmiş kvadrat binalardan və amsterdam rəngi deyilən tünd kərpic rənginə boyanmış çox saylı qədim evlərdən ibarətdir. Hər addımda əhalinin zənginliyindən xəbər verən banklar, restoranlar, qlamur butiklər var. Əlbəttə ki, Kristian bu mühitə tam uyğun biridir.

— Nəyə görə Aspeni seçdin? — maraqlandım.

— Nə? — sualımı başa düşmədi.

— Ev almaq üçün.

— Balaca olanda anamla atam bizi bura gətirərdilər. Burada xizək sürməyi öyrənmişəm və bura xoşuma gəlir. Ümid eləyirəm sən də bəyənəcəksən, yoxsa buradakı evi satıb başqa yerdə alarıq.

Əlbəttə, bundan asan nə var ki!

Üzümə düşəm saçımı qulağımın arxasına sürüşdürdü.

— Bu gün çox xoş görünürsən.

Yanaqlarım allandı. Əynimdə adi yol paltarı vardı: cins şalvar, mayka və yüngül göy pencək. Lənət olsun. Bu utancaqlıq hardan çıxdı?

Məni nəvazişli, şirin, sevgi dolu bir öpüşlə öpdü.

Şəhərdən çıxaraq dağ yolunu qıvrılıb vadinin digər hissəsinə qalxmağa başladıq. Yuxarı qalxdıqca içimi daha güclü sevinc hissi bürüdü. Kristiansa gərgin idi.

— Nə olub? — döngəni burularkən soruşdum.

— Ümid eləyirəm, bəyənəcəksən, — sakitcə dedi. — Gəldik.

Teylor sürəti azaldaraq boz, bej və qırmızı damlardan salınmış darvazadan içəri keçdi, maşın nəhayət ikili fasadı və dik damı olan görkəmli bir evin qarşısında dayandı. Ev tünd ağac və daşlardan işlənmişdi. Möhtəşəm görünürdü; müasir və ciddi, tamamilə Kristianın tərzində idi.

— Evimiz, — qonaqlarımız maşından düşərkən mənə dedi.

— Gözəl görünür.

— Gedək. Baxarsan, — gözlərində sevinc və həyəcan parıltısı ilə dedi, sanki özünün hansısa elmi layihəsini ya da buna bənzər bir şeyi mənə göstərməyə hazırlaşırdı.

Mia pilləkənlərdə dayanmış qadına sarı qaçdı. Zərif, ara-sıra dən düşmüş tünd qara saçları vardı. Mia onun boynuna sarılıb bərk-bərk qucaqladı.

— Missis Bentli. O əri ilə burada yaşayır. Evə göz-qulaq olurlar.

Belə de… daha bir qulluqçu?

Mia əvvəlcə İtanı sonra Keyti təqdim etdi. Eliot da missis Bentlini qucaqladı. Teylor baqajı boşaldırkən Kristian əlimdən tutub qapıya tərəf apardı.

— Xoş gəlmisiz, mister Qrey. — missis Bentli gülümsədi.

— Karmella, bu mənim arvadım Anasteyşadır, — Kristian fəxrlə elan etdi. Adımı sanki dili ilə sığallayırmış kimi tələffüz etdi, ürəyimin yağları əridi sanki.

— Salam, missis Qrey. –missis Bentli başını hörmətlə tərpətdi. Mən əlimi uzatdım və bir-birimizin əlini sıxdıq. Ailənin digər üzvlərindən fərqli olaraq Kristianla rəsmi danışması məni əsla təəccübləndirmədi.

— Ümid eləyirəm, uçuş rahat keçdi. Bazar gününə yaxşı hava söz veriblər, amma heç ağlım kəsmir. –O, arxamızdakı tünd buludlara boylandı.

— Yemək hazırdı, buyura bilərsiz. — O, yenidən gülümsədi, tünd gözləri mehribanlıqla işıldayırdı, ona qanım qaynadı.

— Gəl görüm. — Kristian məni qucağına aldı.

— Nə edirsən? — ciyildədim.

— Sizi kandardan keçirirəm, missis Qrey.

Ürəkdən gülümsədim, o isə məni qucağında geniş dəhlizdən içəri keçirərək yumşaq öpüşdən sonra yavaşca parket döşəməyə endirdi. İnteryer ciddiydi və “Eskala”dakı qonaq otağına bənzəyirdi; ağ divarlar, tünd ağacdan mebellər və divarları bəzəyən müasir abstrakt tablolar. Dəhlizdən böyük qonaq otağına giriş vardı, burada üç ağ rəngli dəri divan otağa dominantlıq edən daş kamini əhatələmişdi. Divanların üstünə düzülmüş rəngbərəng kiçik yastıqlar otağa rəng qatırdı. Mia İtanın əlindən dartıb evi göstərməyə apardı. Kristian onların arxasınca baxdı. Gözləri qıyılmış, dodaqları sıx bükülmüşdü. Başını yırğaladı, sonra mənə tərəf çevrildi.

Keyt uca səslə fit çaldı:

— Gözəl!

Çevrildim və Elitoun baqajlarımızı çıxarmaq üçün Teylora kömək etdiyini gördüm və özümə təzədən sual verdim; görəsən o bilirmi ki, bu evə Cianın əli dəyib?

— Evi sənə göstərim? — Kristian soruşdu. Mia və İtanla bağlı ağlında kim bilir nələr olsa da, indi onları unutmuşdu. Sevinc və həyəcan saçırdı, ya da bəlkə qayğılı idi? Ayırd etmək çətin idi.

— Əlbəttə, — var-dövləti məni bir daha heyrətləndirmişdi. Bu evin kim bilir qiyməti nə qədər idi? Və mənim heç bir töhfəm olmamışdı onun əldə edilməsində. Kristianın məni ilk dəfə “Eskala”ya gətirdiyi günü xatırladım. O vaxt heyrətdən ağzım açıla qalmışdı. “Sən buna artıq öyrəşmisən”, — şüuraltım ciyilti ilə səsləndi.

Kristianın qaşları çatıldı, amma əlimdən tutub evi göstərməyə apardı. Mətbəx ən son texnika ilə təchiz olunmuşdu, başdan ayağa ağ mərmər masalar və qara mebellə döşənmişdi. Burada xeyli zəngin şərab zirzəmisi də vardı, üst mərtəbədə isə iri plazma televizor, yumşaq divanlar və… bilyard stolu olan rahat ailəvi qonaq otağı yerləşirdi. Heyrətdən gözlərim bərəlmişdi, Kristianın baxışlarını üzərimdə tutub qızardım.

— Oynamaq istəyirsən? — gözlərində əxlaqsız bir parıltı ilə soruşdu. Mən başımı yırğaladım və o yenə qaşlarını çatdı, sonra əlimdən tutub ikinci mərtəbəyə apardı. Orada hər birinin ayrıca vanna otağı olan dörd yataq otağı yerləşirdi.

Əsas yataq otağı möhtəşəm idi. Geniş çarpayısı evdəki çarpayımızdan da böyük idi və Aspenin yaşıl dağlarına baxan çox iri pəncərəsi vardı.

— Ayaks dağıdır və ya Aspen dağı da deyə bilərsən, — Kristian ehtiyatla mənə baxaraq dedi. O iri barmaqlarını qara cins şalvarının kəmər halqalarına keçirmiş vəziyyətdə, qapının kandarında dayanmışdı.

Başımı tərpətdim.

— Nəsə səsin çıxmır, — mırıldandı.

— Bura elə gözəldir ki, Kristian. — və birdən dəlicəsinə geri, “Eskala”ya istədim.

Beş iri addım atıb qarşımda dayandı, çənəmdən tutaraq dodaqlarımı dişlərinin arasında sıxdı.

— Nə olub? — düz gözlərimin içinə baxaraq soruşdu.

— Sən çox varlısan.

— Hə.

— Bəzən sənin sərvətin qarşısında çaşıb qalıram.

— Bizim sərvətimiz.

— Bizim, — avtomatik olaraq dedim.

— Buna görə fikir eləmə, Ana, xahiş eləyirəm. Bu sadəcə bir evdir.

— Cia burada konkret olaraq nə edib?

— Cia? — Təəccüblə qaşlarını qaldırdı.

— Hə. Axı burada nəsə dəyişiklik etmişdi.

— Hə. O ailəvi qonaq otağını yenidən qurdu. Eliot isə onu inşa etdi. — Əlini saçıma keçirib qaşlarını çatdı. — Biz niyə Cia haqqında danışırıq?

— Bilirdin ki, Eliotla aralarında eşq macərası olub?

Kristian bir anlıq üzümə baxdı.

— Eliot Sietldə çoxları ilə yatıb.

Heyrət içində gözlərimi döydüm.

— Belə başa düşürəm ki, əsasən qadınlarla, — Kristian zarafatla dedi. Zarafatının səbəbi yəqin ki üzümdəki heyrət ifadəsi idi.

— Yox!

Kristian başını yırğaladı.

— Mənə dəxli yoxdu. –Əllərini yuxarı qaldırdı.

— Yəqin ki, Keytin xəbəri yoxdur.

— Bunu hamıya danışdığını düşünmürəm. Heç Keyt də özü haqqında hər şeyi açıb danışmır.

Şok olmuşdum. Nəzakətli, ciddi, ağbəniz, mavi gözlü Eliot? İnana bilmirəm.

Kristian başını yana əyib diqqətlə məni süzdü.

— Ola bilməz ki, bütün bunlar Cia və Eliotun hər kəslə yatması üzündəndi?

— Bilirəm. Bağışla. Sadəcə bu həftə olanlardan sonra… — Çiyinlərimi qısdım və gözlərim qeyri-ixtiyarı yaşardı. Kristian məni bərk-bərk qucaqlayıb burnunu saçlarıma sürtdü.

— Bilirəm. Sən də bağışla. Gəl, rahatlanaq və kefimizə baxaq, yaxşı? Burda qalıb kitab oxuya, ya da televizora baxa bilərsən, alış-verişə, gəzməyə gedə bilərsən, hətta balıq tutmağa da. Ürəyin istəyən hər şeyi edə bilərsən. Və Eliot haqqında dediklərimi də unut. Düşünmədən boşboğazlıq etdim.

— Onun niyə həmişə sənə sataşdığı indi aydın oldu, — mırıldanaraq burnumu sinəsinə dayadım.

— Əslində isə o keçmişim haqqında heç nə bilmir. Mən axı sənə demişdim, ailədə məni homoseksual hesab edirdilər.

Hırıldadım. Gərginliyim bir az dağıldı. Ərimi qucaqlayıb kiminsə onu homoseksual hesab etməsinə təəccübləndim. Axmaqlıq idi.

— Missis Qrey, yoxsa mənə gülürsüz?

— Hə, bir az, — etiraf etdim. — Bilirsən başa düşmədiyim nədir; bu evi niyə almısan?

— Nəyi nəzərdə tutursan? — Saçlarımı öpərək dedi.

— Sənin yaxtan var, bunu başa düşdük, Nyu-Yorkda biznes üçün evin var, bəs buradakı ev? Axı sən burada heç kimlə yaşamamısan.

Kristian duruxdu və bir müddət susdu.

— Səni gözləyirdim, — yumşaq səslə dedi, gözləri qaraldı və işıldadı.

— Bu… bunu eşitmək… necə də xoşdur.

— Bu həqiqətdir. Sadəcə o vaxt bunu heç özüm də bilmirdim, — gözəl təbəssümü ilə gülümsədi.

— Şadam ki, gözləmisən.

— Missis Qrey, siz hər cür gözləntiyə layiqsiz. — əyildi və nəvazişlə məni öpdü.

— Sən də. — Gülümsədim. — Hərçənd özümü yalançı kimi hiss eləyirəm. Səni çox gözləmək lazım gəlmədi.

Qımışdı.

— Belə böyük mükafatam?

— Kristian, sən lotoreyada uduşsan, xərçəngə qarşı dərmansan və Ələddinin sehrli lampasındakı üç arzunun hamısısan.

Qaşını dartdı.

— Axı bunu nə vaxt başa düşəcəksən? — deyindim. — Sən çox qadının evlənmək üçün can atdığı adam idin. Və bütün səbəb bunlar deyil. –Əlimlə bizi əhatə eləyən zənginliyi göstərdim. — Mən bax, bunu nəzərdə tuturam. — Əlimi ürəyinin üstünə qoydum və bəbəkləri genişləndi. Mənim özündənrazı, seksual ərim bir anda yox oldu və qarşımda özünü itirmiş balaca oğlan dayandı. — İnan mənə, xahiş eləyirəm, — pıçıldadım və dodaqlarına tərəf uzandım. O, inildədi və mən səbəbini anlamadım — dediyim sözlərdən idi, yoxsa onun adi reaksiyası bu idi. Onu öpdüm, dodaqlarım dodaqlarını örtdü, dilim ağzına soxuldu…

İkimizin də nəfəsi kəsiləndə o geri çəkildi və şübhəylə mənə baxdı.

— Axı səni sevdiyim nə vaxt çatacaq sənə? — məyus-məyus soruşdum.

Udqundu.

— Nə vaxtsa.

İrəliləyiş var. Gülümsündüm və mükafat olaraq utancaq təbəssüm qazandım.

— Gedək, yemək yeyək. Yoxsa başqalarının harda olmağımızdan xəbərləri yoxdu. Kimin nə ilə məşğul olmaq istədiyini də müzakirə edərik.

— Ah, yox! — Keyt birdən dedi.

Bütün baxışlar ona tərəf çevrildi.

— Bir baxın, — deyərək pəncərələri göstərdi. Yağış. Hətta leysan. Biz mətbəxdə tünd taxta masanın arxasında oturub missis Bentlinin bişirdiyi hədsiz ləzzətli italyan makaronunu yeyib, bir, ya da iki şüşə fraskatini boşaltmışdıq. Mən xirtdəyə qədər doymuş və bir az da meyxoş idim.

— Gəzintimiz getdi işinə, — Eliot mırıldandı amma səsində toxtaqlıq notları hiss olunurdu. Keyt sərt baxışları ilə onu dəlib keçdi. Aralarında yüz faiz nəsə olmuşdu. Bizim hamımızla özlərini rahat, amma bir-biri ilə narahat hiss edirdilər.

— Biz şəhərə gedə bilərik, — Mia təklif etdi. İtan məmnunluqla ona gülümsədi.

— Balıq ovu üçün əla havadı, — Kristian dilləndi.

— Mən balıq tutmağa gedəcəm, — İtan elan etdi.

— Gəlin ayrılaq. — Mia əl çaldı. — Qızlar alış-verişə, oğlanlarsa təbiətin qoynuna.

Miaya nəzakətlə baxan Keytə nəzər saldım. Balıq ovu, ya da alış-veriş? Əcəb seçimdir.

— Ana, sən nə etmək istərdin? — Kristian soruşdu.

— Etiraz etmirəm, — yalan söylədim.

Keyt baxışlarımı tutub həvəssiz də olsa “alış-veriş” dedi. Yəqin, bir az qeybət qırmaq istəyirdi. Ağızucu Mia və Keytə gülümsədim. Kristian qaşlarını çatdı. Yaxşı bilirdi ki, alış-verişdən zəhləm gedir.

— Mən burada, səninlə qala bilərəm, — deyərkən səsinin tonundan göbəyimin altında gizli və əxlaqsız bir titrəyiş hiss etdim.

— Yox, sən balıq tutmağa get, — cavab verdim. Kristianın kişi məclisində olmağa ehtiyacı var idi.

— Bax, buna deyərəm plan, — Keyt stolun arxasından qalxaraq dedi.

— Teylor sizinlə gedəcək, — Kristian dedi və bu artıq xahiş yox, heç bir müzakirəyə gəlməyəcək əmr idi.

— Bizə dayə lazım deyil, — birdən Keyt kəskin dedi.

Mən əlimi onun əlinin üstünə qoydum.

— Keyt, Teylor bizimlə getməlidir.

O, qaşlarını çatdı, sonra çiyinlərini çəkdi, həyatında ilk dəfə idi ki, dilini dinc qoyurdu.

Mən ürkək-ürkək Kristiana baxdım. Üzü ifadəsiz idi. Ümid eləyirəm, Keytə acıqlı deyildi.

Eliot üzünü turşutdu.

— Mənə şəhərdən saatıma batareya almaq lazımdır. — Keytə ani nəzər salıb qıpqırmızı oldu. Keyt bunu görmədi, çünki açıq-aşkar onu görməməzliyə qoyurdu.

– “Audi”ni götür, Eliot. Sən qayıdandan sonra balığa gedərik. – Kristian dedi.

— Yaxşı, — Eliot dalğın görünürdü. — Əla plandı.

— Bura gəlin. –Mia əlimdən yapışıb məni dizayner butikinə — başdan ayağa çəhrayı ipəkdən hazırlanmış kobud işləməli fransızsayağı mebellə bəzənmiş dükana sürüdü. Keyt arxamızca gəldi, Teylorsa yağışdan qorunmaq üçün mağazanın örtükləri altında daldalandı. Səs gücləndiricilərdən uca səslə Areta Franklinin “Say a Little Prayer”-i səslənirdi. Bu mahnıdan xoşum gəlir. Onu Kristianın iPoduna yazmaq lazımdır.

— Ana, bu sənə əla yaraşar. — Mia gümüşü rəngli bir paltarı qaldırdı. — Gəl, geyin bax.

— E… o bir az qısadır.

— Sən bunda dəhşət gözəl görünəcəksən. Kristianın xoşuna gələcək.

— Elə düşünürsən?

Mia məmnuniyyətdən işıq saçırdı.

— Ana, möhtəşəm ayaqların var və əgər biz bu gün kluba getsək… — O, yaxınlaşan zəfəri hiss edərək gülümsədi. –Ərin gözünü səndən çəkə bilməyəcək.

Çaşqın halda gözlərimi qırpdım. Biz kluba gedirik? Axı mən gecə klublarına getmirəm.

Özümü itirdiyimi görən Keyt gülümsədi. İndi, Eliotdan uzaqda daha sərbəst görünürdü.

— Bir az özümüzə gəlmək pis olmazdı.

— Get geyin bax. — Mia əmr etdi. Və mən həvəssizcə geyinmə otağına keçdim.

Mia ilə Keytin geyinmə otağından çıxmalarını gözləyərkən vitrinə yaxınlaşıb yağış tökülən mərkəzi küçəyə baxdım. Ürək parçalayan mahnılar davam edirdi: Dayon Urovik “Walk on bye” oxuyurdu. Daha bir möhtəşəm əsər, anamın ən sevdiyi parçalardan idi. Gözünü əlimdəki dona dikdim. Hərçənd don sözü bir az şişirdilmiş səslənirdi.

Kürəyi açıq və çox qısa idi, ancaq Mia dedi ki, bu gecə klubları üçün əsl lazım olan şeydir. Belə görünür ki, özümə hələ tufli və iri kolye də almalı idim; buradan çıxıb onları almağa gedəcəkdik. Bu arada Karolayn Etkon kimi xüsusi köməkçim olduğu üçün nə qədər bəxtimin gətirdiyini bir daha düşündüm.

Butikin pəncərəsindən Eliotu gördüm. Əsas küçənin adamla dolu qarşı tərəfində “Audi”dən düşüb yağışdan daldalanaraq qaça-qaça bir mağazaya girdi. Deyəsən, qızıl mağazası idi… bəlkə saatı üçün batareya axtarırdı. Bir neçə dəqiqə sonra o yenidən göründü. Bu dəfə tək deyildi, yanında qadın vardı.

Ah səni! O, Cia ilə söhbət edirdi. Onun burada nə iti azıb? Mən vitrindən baxarkən qısaca qucaqlaşdılar və gülərək söhbətləşməyə başladılar. Eliot Cianın yanağından öpdü və maşına tərəf qaçdı. Cia isə çevrilərək küçə ilə piyada getdi, mənsə ağzıayrıq vəziyyətdə ardınca baxa-baxa qaldım. Çevrilib geyinmə otağına nəzər saldım, nə Keyt nə də Mia hələ görünmürdülər.

Mağazanın önündə gözləyən Teylora baxdım. O baxışlarımı tutdu və çiyinlərini çəkdi. Yenə çevrilib baxdım, axır ki, Mia ilə Keyt çıxdılar, iksi də gülürdü. Keyt mənə sual dolu baxışlarla baxdı.

— Nə olub Ana? — soruşdu. –Donu bəyənmədin? Sən onda elə… ehtiraslısan ki.

— E… yox.

— Yaxşısan? — Keyt qorxa-qorxa soruşdu.

— Hər şey yaxşıdır. Pulunu ödəyək? — Mən seçdiyi iki ətəklə kassada dayanan Miaya yaxınlaşdım.

— Hər vaxtınız xeyir, mem. — Satıcı qızın dodağında həyatımda görmədiyim qədər parıltılı dodaq boyası vardı. Gülümsədi. — Səkkiz yüz əlli dollar.

Nə? Bu əski parçası üçün! Mən çaşqınlıq içində gözlərimi döydüm və itaətkarlıqla öz qara “American Express” kartımı ona uzatdım.

— Missis Qrey, — miss Dodaq Boyası nazlanaraq mırıldandı.

Növbəti iki saatı Keyt və Mianın ardınca addımlayaraq özümlə mübarizədə idim. Keytə danışmaq lazım idimi? Mənim şüuraltım qətiyyətlə başını yırğalayırdı. Hə. Mən ona danışmalıyam. Yox, danışmamalıyam. Bu, sadəcə təsadüfi qarşılaşma da ola bilərdi. Lənət olsun. Axı mən nə edim?

— Hə, necədi, tuflilər xoşuna gəlir, Ana? — Mia əllərini belinə qoyaraq qarşımda dayanmışdı.

— Hə… əlbəttə…

Nəticədə mən kəməri güzgüyə bənzəyən, son dərəcə hündürdaban bir cüt dizayner işi olan sandala sahib olmuşdum. Aldığım donla çox yaxşı yaraşırdı və Kristiana təxminən min dollara başa gəlmişdi. Keytin israr etdiyi uzun gümüşü boyunbağı ilə bəxtim daha çox gətirdi: onu cəmi 84 dollara ala bildim.

— Çoxlu pulunun olmağına öyrəşirsən? — biz maşına tərəf qayıdanda Keyt kübar səslə soruşdu. Mia irəlidə qaçırdı.

— Bilirsən ki, mən elə adam deyiləm, Keyt. Özümü həmişə belə şeylərə görə narahat hiss edirəm. Ancaq mənə xəbərdarlıq etmişdilər ki, paketdə bunlar da olacaq. — Dodaqlarımı büzdüm, Keyt məni qucaqladı.

— Öyrəşəcəksən, Ana, — təəssübkeşliklə dilləndi. –Və möhtəşəm görünəcəksən.

— Keyt, Eliotla vəziyyətiniz necədir? — deyə soruşdum.

Geniş açılmış mavi gözləri sürətlə mənimki ilə toqquşdu.

Oy!

Başını yırğaladı.

— İndi bu haqda danışmaq istəmirəm. — başı ilə Miaya işarə etdi. — Amma hər şey… — Cümləsini yarımçıq qoydu.

Heç mənim güclü Keytimə oxşamırdı. Bilirəm: nəsə olub. Görəsən, ona gördüklərimi danışmaq lazımdımı? Nə gördüm ki? Eliot və miss Çox Baxımlı Seksual Yırtıcı qucaqlaşıb yanaq-yanağa öpüşdülər. Onlar sadəcə köhnə dostdurlar, hə? Yox, mən ona heç nə danışmayacam. İndi danışmayacam. Başımı tərpədərək onu çox gözəl başa düşdüyümü və şəxsi həyatına hörmətlə yanaşdığımı hiss elətdirdim. O əlimdən tutub minnətdarlıqla sıxdı və budur, gözlərində ani olaraq acı və inciklik ifadəsi gördüm, tez gözünü qaçırdı. Əziz rəfiqəmi qorumaq instinkti yarandı içimdə. Lənətə gəlsin, bu əxlaqsız Eliot Qrey nə oyun fırladırdı?

Evə gələndən sonra Keyt qərara gəldi ki, bu cür uğurlu, amma yorucu alış– verişdən sonra sərin kokteyli haqq etmişik və çiyələkli kokteyl hazırlığına başladı. Ayaqlarımızı qonaq otağında yanan kaminin qarşısındakı divanlara uzatdıq.

— Eliot axır vaxtlar nəsə çox soyuqdur, — Keyt baxışlarını kamindəki alova zilləyərək mırıldandı. Nəhayət ki, biz ikimiz idik, Mianın başı aldıqlarına qarışmışdı.

— A?

— Və düşünürəm sənin başını bəlaya soxduğum üçün öz başımı da bəlaya soxmuşam.

— Sənin xəbərin var?

— Hə. Kristian Eliota zəng vurmuşdu, Eliotsa mənə.

Gözlərimi süzdürdüm. Oy, oy…

— Bağışla. Kristian mənim təhlükəsizliyimlə bağlı həddən artıq həssasdır. Bizim görüşümüzdən sonra Eliotu görməmisən?

— Yox.

— Aydındır.

— Ondan əvvəlki kimi xoşum gəlir, Ana. — pıçıltı ilə dedi. Və bir anlıq mənə elə gəldi ki, o ağlayacaq. Bu heç Keytə oxşamırdı. Çəhrayı pijamalar yoxsa geriyəmi qayıtmışdı? Üzünü mənə tərəf çevirdi.

— Mən ona vurulmuşam. Əvvəlcə elə bilirdim ki, bu sadəcə möhtəşəm seksdir. Amma o çəkici, mehriban, isti və zarafatcıldır. Birlikdə yaşlanacağımızı belə düşündüm, — bilirsən də… uşaqlar, nəvələr, hər şey.

– “Uzun və xoşbəxt yaşadılar” silsiləsindən, – deyə pıçıldadım.

Kədərlə başını tərpətdi.

— Bəlkə onunla danışasan. Çalış ki, tək qalmağa fürsət tapasan. Onu narahat eləyən şeyin nə olduğunu aydınlaşdır.

Şüuraltım “ya da kimin” deyərək çımxırdı. Öz düşüncələrimin sarsaqlamağına heyrətlənərək ona bir sillə çəkdim.

— Bəlkə sabah birlikdə gəzməyə çıxasız?

— Baxarıq.

— Keyt, səni belə görmək heç xoşuma gəlmir.

O, kədərlə gülümsədi və mən onu qucaqlamaq üçün əyildim. Qəti qərara gəldim ki, Cia haqda heç nə danışmayım, amma əxlaqsızın özü ilə danışmaq pis olmazdı. Mənim rəfiqəmin hissləri ilə necə oynaya bilərdi!

Mia qayıtdı və biz mövzunu dəyişdik.

Axırıncı odunu atanda kamindəki alov fışıldayaraq ətrafa qığılcımlar yaydı. Odunumuz demək olar ki, bitmək üzrə idi. Baxmayaraq ki, yaydır, amma bu yağışlı gündə kaminin yeri var idi.

— Mia, bilmirsən kamin üçün odunlar haradadır? — kokteylimi içərkən soruşdum.

— Deyəsən, qarajdadır.

— Gedim gətirim. Arada ətrafa da göz gəzdirim.

Yağış bir az sakitləşmişdi. Mən küçəyə çıxaraq evə bitişik üç maşının yerləşə bildiyi qaraja tərəf getdim. Ön qapı bağlı deyildi, içəri keçib işığı yandırdım. Floresan lampalar xəfif bir səs çıxardaraq işıqlandılar.

Qarajda maşın dayanmışdı və mənə indi çatdı ki, bu, bayaq Eliotu gördüyüm “Audi”dir. Bundan başqa iki ədəd qar motosikleti də var idi. Ancaq diqqətimi çəkən 125 kubluk iki motosiklet oldu. Keçən il İtanın böyük cəsarət nümayiş etdirib mənə motosiklet sürməyi öyrətmə istəyi yadıma düşdü. Qeyri-ixtiyari yıxılarkən əzilən əlimi sürtdüm.

— Sürə bilirsən? — arxadan Eliotun səsi gəldi.

Qəfil çevrildim.

— Sən qayıtmısan?

— Səncə? –Gülümsündü və düşündüm ki, Kristian da mənə eyni ilə bu cür cavab verərdi, ancaq o möhtəşəm təbəssümünü qatmadan. — Necəsən?

Pozğun!

— Belə də.

— Sürmək istəyirsən?

Mən fısıldadım.

— Hmm. Yox, düşünmürəm ki, bu Kristianın xoşuna gələr.

— Kristian burda deyil. — Eliot qımışdı (ah, bu bir ailə ənənəsi idi) və əlinin jesti ilə tək olduğumuza işarə etdi. Yaxınlıqdakı motosikletə yaxınlaşdı, ayağını aşırıb oturdu, əllərini isə sükana qoydu.

— Kristian… e… mənim təhlükəsizliyimə görə narahat olur. Sürə bilmərəm.

— Sən həmişə onun dediyini edirsən? — Eliotun açıq mavi gözləri yaramazlıqla parıldadı və mən bir anda pis oğlanı gördüm, Keytin aşiq olduğu pis oğlanı. Deytroytdan olan pis oğlanı.

— Yox. — qaşımı əsəbi şəkildə qaldırdım. — Amma çalışıram. Onsuz da qayğıları başından aşır. O qayıdıb?

— Bilmirəm.

— Sən balıq tutmağa getməmişdin?

Eliot başını yırğaladı.

— Şəhərdə işlərim var idi.

İşləri var idi! İşin adı sarışın gözəlçə idi!

— Motosiklet sürmək istəmirdinsə qarajda nə işin vardı? — Eliot maraqla soruşdu.

— Kamin üçün odun axtarırdım.

— Ah, sən burdasan. A, Eliot… qayıtmısan. — söhbətimizin arasına qaraja gələn girdi.

— Salam, əzizim, — üzünə geniş bir təbəssüm yayıldı.

— Nəsə tuta bildin?

Diqqətlə Eliotun reaksiyasını izlədim.

— Yox. Şəhərdə bir az işlərim var idi. –Səsinin tonunda əminsizlik notlarını hiss etdim.

Lənət olsun.

— Mən isə Ananın dalınca gəlmişəm. — Keyt çaşqınlıqla ikimizin üzünə baxdı.

— Ordan-burdan söhbət edirdik, — Eliot dilləndi, ikisinin arasındakı gərginlik az qala partlama həddində idi.

Yaxınlaşan maşının səsini eşitcək hamımız susduq. Kristian qayıtmışdı. Çox şükür. Qarajın qapıları üçümüzü də qorxudan cırıltı səsi ilə açılmağa başladı, qapılar yavaş-yavaş yuxarı qalxarkən qarşımızda Kristianla İtanı və balaca qara rəngli yük maşınını gördük. Kristian bizi qarajda görüb dayandı.

— Qaraj mafiyasıdır? — içəri girib birbaşa mənə tərəf yaxınlaşan Kristian gülə-gülə soruşdu.

Ağız dolusu gülümsündüm. Onu görməyimə dəhşət sevindim. Gödəkçəsinin altında ona “Kleyton”da satdığım iş kombinezonu var idi.

— Salam. — Kristian Eliot və Keytə əhəmiyyət vermədən sual dolu baxışlarla mənə baxdı.

— Salam. Qəşəng kombinezondur.

— Çoxlu cibləri var. Balıq tutmaq üçün rahatdır. — Səsi yumşaq, başdan çıxarıcı idi — sadəcə mənim qulaqlarım üçün idi, — gözlərində isə şəhvət parıldayırdı.

Mən qızardım, o isə üzündə yalnız mənə məxsus, geniş və sərhəd tanımayan təbəssümlə gülümsündü.

— Sən islanmısan.

Orada yağış yağırdı. Uşaqlar, sizin qarajda nə işiniz var? – Axır ki, tək olmadığımızın fərqinə vardı.

— Ana odun götürməyə gəlmişdi. — Eliot qımışdı. O bunu elə tələffüz etdi ki, cümlə bir az nalayiq səsləndi. — Onu motosiklet sürməyə dilə tuturdum. — Hər şeyə ikibaşlı məna qatmaqda usta idi.

Kristianın sifəti gərildi, az qaldı ürəyim dayansın.

— O isə imtina etdi. Dedi ki, Kristianın xoşuna gəlməz, — Eliot mehribanlıqla, məna qatmadan dedi.

Kristianın boz gözləri yenə mənə zilləndi.

— Doğrudan?

— Bura baxın, Ananın sonrakı davranışını müzakirə eləməyin əleyhinə deyiləm, amma bəlkə evə keçək? — Keyt qəfil dedi. O əyilib qucağına bir iki odun götürdü və dabanlarının üstündə çevrilərək qətiyyətlə qapıya sarı getdi. Lənət olsun. Keyt əsəbiləşmişdi, amma mənə acıqlanmadığını bilirdim. Eliot içini çəkdi və heç nə demədən Keytin dalınca getdi. Mən arxalarınca baxdım, amma Kristian diqqətimi dağıtdı.

— Sən motosiklet sürə bilirsən? — təəccüblə soruşdu.

— Elə də yaxşı sürmürəm. İtan öyrətmişdi.

Baxışları o dəqiqə buza döndü.

— Sən düzgün qərar vermisən, — hiss ediləcək qədər soyuq dedi. — İndi torpaq bəmbərkdir, üstəlik yağışdan sonra sürüşkəndir-.

— Tilovları hara qoyum? –İtan çöldən qışqırdı.

— Qoy qalsın, Teylor özü həll edəcək.

— Bəs balıqları? — İtan bir az rişxəndlə soruşdu.

— Sən balıq tutmusan? — təəccüblə soruşdum.

— Mən yox, Kavana. — Və Kristian çox şirin tərzdə dodaqlarını büzdü.

Mən isə güldüm.

— Missis Bentliyə ver, — o, yerbəyer edər, — Kristian səsləndi. İtan gülümsünüb evə tərəf getdi.

— Sizi əyləndirirəm, missis Qrey?

— Çox. Sən yaşsan… gəl, sənə vanna hazırlayım.

— Sən də mənə qatılacaqsansa, olsun. — Əyilib məni öpdü.

Geniş vanna otağındakı iri dairəvi vannanı su ilə doldurdum; içinə tökdüyüm bahalı hamam köpüyü dərhal köpükləndi. Ətri möhtəşəmdi… yasəməndir deyəsən. Yataq otağına keçib donumu dolaba asdım.

— Yaxşı vaxt keçirə bildin? — Kristian otağa girər-girməz soruşdu. Əynində mayka, idman şortu vardı, ayaqyalın idi. Arxasınca qapını örtdü.

— Hə. — Deyərək onu seyr etdim. Onun üçün darıxmışdım. Nə qədər vaxt keçmişdi ki? Cəmi bir neçə saat.

Başını yana əyib mənə baxdı.

— Nə olub?

— Sənsiz necə darıxdığımı düşünürdüm.

— Siz elə danışırsız ki, sanki dəhşət dərəcədə əzab çəkmisiz, missis Qrey.

— Elədir ki var, mister Qrey.

Mənə tərəf gəldi.

— Nələr aldın? — pıçıldayaraq söhbətin mövzusunu dəyişdi.

— Don, tufli və boyunbağı. Çox böyük məbləğdə pulunu xərclədim. –Günahkarca üzünə baxdım.

Kristian razılıqla gülümsədi.

— Yaxşı elədin, — deyib saçlarımı qulağımın ardına çəkdi. — Və yüzüncü dəfə deyirəm: bizim pullarımız. — Çənəmdən tutub, dodaqlarımı dişlərinin arasına aldı və baş barmağı ilə maykamın üstündən döşlərimin arasını, qarnımı sığallayıb ətəyimə tərəf sürüşdürdü.

— Vannada buna ehtiyacın olmayacaq, — pıçıldadı və yavaşca maykamı yuxarı dartdı. — Qollarını qaldır.

Gözümü ondan çəkmədən tabe oldum.

— Elə bilirdim sadəcə vanna qəbul edəcəyik. — Nəbzim sürətləndi.

— Əvvəlcə səni yaxşıca kirlətmək istəyirəm. Mən də darıxmışam. — Əyilib məni öpdü.

— Lənət olsun, su! — seksdən sonra əzgin və məmnun halda oturmağa cəhd etdim. Kristian məni buraxmadı.

— Kristian, vanna! — Sinəsində üzüqoyulu uzanmış vəziyyətdə ona yuxarıdan baxdım.

Güldü.

— Rahat ol, heç nə olmaz. — Tez üstümə yuvarlandı və məni öpdü. –İndi kranı bağlayaram.

Bütün gözəlliyi ilə çarpayıdan qalxıb vanna otağına getdi. Gözlərim aclıqla onu izlədi. M-m-m… mənim ərim, lümlüt… və bir azdan yaş olacaq. Daxili ilahəm şəhvətlə dodaqlarını yalayıb yaramazca qımışdı. Çarpayıdan sıçrayıb qalxdım.

Vannanın əks tərəflərində üzbəüz oturmuşduq. Vanna ağzına qədər dolu idi və biz hər dəfə tərpəndikcə yanlardan su yerə tökülürdü. Kristian ayaqlarımı yuyur, topuqlarımı sığallayır, yavaş-yavaş barmaqlarımı dartışdırırdı. Onları bir-bir öpür və kiçik barmağımı yavaşca dişləyirdi.

— Ah! — bunu orada, düz göbəyimin aşağısında hiss etdim…

— Xoşuna gəlir? — nəfəsini çəkdi.

— M-m-m, — məndən anlaşılmaz mırıltı çıxdı.

Təkrar masaja başladı. Ah, necə də xoşdur! Gözlərimi yumdum.

— Şəhərdə Cianı gördüm.

— Doğrudan? Məncə onun burada evi var, — başından edirmiş kimi cavab verdi. Bu mövzu onu qətiyyən maraqlandırmırdı.

— Eliotla birlikdə idi.

Kristian dayandı. Diqqətini çəkdi. Gözlərimi açdım, üzündə təəccüb dolu ifadə var idi.

— Nəyi nəzərdə tutursan?

Gördüklərimi danışdım.

— Ana, onlar sadəcə dostdurlar. Məncə, Eliot Keytə yamanca vurulub. — Kristian bir saniyə olsun dayanmırdı, sonra isə təmkinlə əlavə etdi: — Əslində bilirəm ki, Keytə dəhşət aşiq olub. — bunu deyərkən mənə “başım çıxmır niyə” ifadəsi ilə baxırdı.

— Keyt gözəldir, — Rəfiqəmin tərəfini tutdum.

O fısıldadı.

— Ofisə məhz sən gəldiyin üçün məmnunam.

Baş barmağımı öpüb sol ayağımı buraxdı və masaja başlamaq üçün sağ ayağımı götürdü. Barmaqları elə güclü və bacarıqlıdır ki, yenə məst oldum. Keytə görə mübahisə etmək istəmirdim. Gözlərimi yumaraq ona ayaqlarımda möcüzə yaratmağa imkan verdim.

Bədənnüma güzgüdə heyrətlə özümə baxaraq oradan mənə boylanan, o canlar alan gözəli tanıya bilmədim. Bu gün saçlarımla və makiyajımla məşğul olan Keyt əməlli-başlı ustalıq etmişdi. Saçlarım dümdüz və dolğundu, gözlərimdə parlaq makiyaj vardı, dodaqlarımsa al rəngdə idi. Çox cazibədar görünürdüm.

Bu hündür daban ayaqqabılarda və ədəbsiz dərəcədə qısa paltarımda ayaqlarımın uzunluğu daha da üzə çıxmışdı. Kristianın icazəsini almaq da lazım idi; içimdə elə bir qorxu hissi var idi ki, bu dərəcə soyunmağım xoşuna gəlməyəcək deyə. Ortaq anlaşmamızı nəzərə alaraq rəyini öyrənmək qərarına gəldim. BlackBerry-mi götürüb ona yazdım.

———-

Kimdən: Anasteyşa Qrey

Mövzu: Yanlarım bunda çoxmu böyük görünür?

Tarix: 27 avqust 2011. 18:53

Kimə: Kristian Qrey

Mister Qrey! Stilist kimi fikrinizə ehtiyacım var.

Sizin missis Q.

———-

Kimdən: Kristian Qrey

Mövzu: Möhtəşəm

Tarix: 27 avqust 2011. 18:55

Kimə: Anasteyşa Qrey

Missis Qrey! Ciddi şəkildə şübhə edirəm. Ancaq gəlib yanlarınızı diqqətlə incələyəcəm, sadəcə əmin olmaq üçün.

Həyəcan dolu mister Q.

Kristian Qrey

Baş direktor “Grey Enterprise” və Yançaqlar üzrə təftiş qrupu

———-

E-maili oxuyurdum ki, yataq otağının qapısı döyüldü. Və Kristian kandarda donub qaldı. Ağzı açıq, gözləri kəlləsinə çıxmışdı.

Lənət olsun… bilmirəm bunun axırı necə olacaq.

— Hə, necədir? — pıçıldadım.

— Ana, sən… necə də…

— Xoşuna gəldi?

— Məncə hə. –Səsi azacıq xırıltılıydı.

Ağır-ağır otağa girib qapını örtdü. Əynində qara cins şalvar, ağ köynək və qara pencək vardı. İlahi, necə də yaraşıqlıdır. Yavaş-yavaş mənə yaxınlaşdı, yaxınlaşan kimi əlini çiynimə qoyub üzümü iri güzgüyə tərəf çevirdi, özü isə arxamda dayandı. Güzgüdə baxışlarımız toqquşdu və çılpaq kürəyimə heyranlıqla baxaraq gözlərini aşağı endirdi. Barmağını çılpaq kürəyimdən aşağı, ağ dəri ilə gümüşü parçanın birləşdiyi yerə, yançaqlarımın başladığı nöqtəyə qədər sürüşdürdü.

— Çox açıqdır, — deyindi.

Əllərini bir az da aşağı sürüşdürdü, yanıma, oradan da açıq budlarıma uzandı. Əllərinin hərəkəti dayandı, boz gözləri gərgin və atəşli idi, maviyə çalırdı. Yavaş-yavaş barmağını yenidən ətəyimə doğru gətirdi.

Barmaqlarının bədənimdə zoqqultulu iz buraxan xəfif, ehtiraslandırıcı hərəkətini izlədim, dodaqlarım yumrulandı.

— Buradan, — barmağını ətəyimə toxundurub təkrar yuxarı qalxdı, — bura qədər necə də yaxındır…

Dondum: əlini keçirib tumanımın altından məni sığalladı.

— Və demək istəyirsən ki?.. — pıçıldadım.

Barmağı ehtiyatla krujevanın üstündə gəzindi, sonra digər barmağını parçanın altından içəri keçirdi, – Bax, bura qədər. Sonra isə bura… – Bir barmağını düz içimə dürtdü.

Mən ah çəkdim və pişik miyoltusuna bənzər səs çıxardım.

— Bu, mənimdir, — qulağıma mırıldadı. Gözlərini yumub barmağını yavaş-yavaş içəri soxub çıxardı. — İstəmirəm ki, məndən başqa kimsə görsün.

Nəfəsim kəsildi və barmağının ritmi ilə ayaqlaşmağa başladım. Güzgüdən bütün bu etdiklərini izləmək… dəhşətli dərəcədə erotik idi.

— Odur ki, ağıllı qız ol və çox əyilmə, onda hər şey yaxşı alınacaq.

— Deməli icazə verirsən? — pıçıltı ilə soruşdum.

— Yox vermirəm, amma qadağan da etmirəm. Çox gözəl görünürsən, Anasteyşa. — Barmağını qəfil çıxararaq məni aşıb-daşan istəyimlə boş buraxdı və qarşıma keçdi. İstilaçı barmağının ucunu alt dodağıma qoydu. Qeyri-ixtiyari dodağımı uzadıb barmağını öpdüm, əvəzində isə onun ədəbsiz təbəssümü ilə mükafatlandırıldım. Barmağını ağzına soxdu. Və üzünün ifadəsi ilə dadın gözəldir… çox gözəldir deyirdi. Qıpqırmızı oldum. Bu hərəkətləri ilə nə vaxta qədər məni başdan çıxara biləcəkdi?

Əlimi tutdu.

— Getdik. — Elə mən də buna hazırlaşırdım deyib etiraz etmək istəyirdim ki, dünən baş verənləri xatırlayıb vaz keçdim.

Şəhərin ən dəbdəbəli restoranlarından birində oturub desertlərimizi gözləyirdik. Bura qədər hər şey qaydasında gedirdi və Mia axıra qədər bu cür davam etməyimizdə israrlı idi. İndi isə səssizcə oturub Kristianla söhbət edən İtanın ağzından çıxan hər sözü diqqətlə dinləyirdi. Mianın İtana aşiq olduğu açıq-aşkar bəlli olurdu, amma İtan… demək çətin idi. Başım çıxmırdı, onlar sadəcə dostluq edir, yoxsa aralarında daha çox şeylər var idi.

Kristian rahat görünürdü. İtanla ləzzətlə söhbətləşirdilər. Balıq ovu onları yaxınlaşdırmışdı. Psixologiyadan danışırdılar. Gülməli də olsa, Kristian ondan daha çox məlumatlı birinə oxşayırdı. Söhbətlərinə bir az qulaq verəndə mırıldandım, bu dərəcədə təcrübəli danışmasının tək səbəbinin saysız hesabsız psixiatrlarla əlaqələrindən qaynaqlandığını məyusluqla dərk etdim.

“Sən – ən yaxşı dərmansan”. Bir gün sevişərkən qulağıma pıçıldadığı bu sözlər beynimin içində əks səda verdi. Həqiqətən də elə idimi? Ah, Kristian, ümid edirəm ki, elədir.

Keytə baxdım. Möhtəşəm görünürdü, həmişə olduğu kimi. O və Eliot demək olar ki danışmırdılar. Eliot gərgin görünürdü, zarafatları həddən artıq səs-küylü, gülüşü qəribə idi. Dalaşıblar? Onlara nə olub görəsən? Bəlkə o qadının üzündəndi? Ən yaxın rəfiqəmi incidə biləcəyini düşünəndə ürəyim sancdı. Girişə baxdım, sanki heç nə olmamış kimi Cianın restorana girib yanımızdan keçəcəyini gözlədim. Şüuraltım mənimlə acı zarafatlar edirdi, səbəbi isə, güman edirəm, içdiyim alkoqol idi. Başım ağrımağa başladı.

Birdən hamı diksindi: Eliot ani bir hərəkətlə ayağa qalxıb oturduğu stulu cırıltı ilə kənara çəkdi. Bir neçə saniyə Keytə baxdı və sonra qarşısında diz çökdü.

İlahi!

Əlindən tutdu və sanki qurbağa gölünə daş atdılar, restorana səssizlik çökdü: hər kəs yeməyini, içməyini, danışmağını dayandırıb onlara zilləndi.

— Mənim gözəl Keytim, səni sevirəm. Sənin zərifliyinin, gözəlliyinin və atəşli ruhunun tayı-bərabəri yoxdur, sən qəlbimi sərxoş etmisən. Mənə ərə gəl və arvadım ol!

Hə! Bax buna deyərəm sürpriz!

XIV HİSSƏ

Bütün restoranın diqqəti Keytlə Eliotun üzərində; hamı bir nəfər kimi nəfəsini dərib gözləyirdi. Hamı səbirsizlənirdi. Səssizlik rezin kimi uzanırdı. Atmosfer gərgin, həyəcanlı amma yenə də ümidli idi.

Keyt qüssəli, hətta qorxu dolu baxışlarla key-key Eliota baxırdı. Tanrı xatirinə, Keyt! Bu əzablara son qoy. Xahiş eləyirəm. İlahi, axı bunu təklikdə də edə bilərdi.

Bir damla göz yaşı Keytin yanağında üzüaşağı süzüldü, sifəti isə əvvəlki kimi heç nə ifadə eləmirdi. Lənət olsun! Keyt ağlayır? Sonra ağır-ağır, heyrətlənmiş, xoşbəxt təbəssümlə gülümsündü.

— Hə, — deyə pıçıldadı. Bu titrək, zərif razılıq heç Keytlik deyildi.

Bir anlığa sükut çökdü, sonra bütün restoran əhli dərindən nəfəs dərdi, ardınca isə qulaqbatıran gurultu qopdu. Alqışlar, ortalığı canlandıran fit səsləri, sevincli qışqırıqlar və birdən gözyaşım gözəl makiyajımı yayaraq yanaqlarımdan üzüaşağı axdı.

Ətrafdakı hər şeydən tamamilə qopmuş iki sevgili öz kiçik dünyalarında idilər. Eliot cibindən kiçik bir qutu çıxardı, açdı və Keytə uzatdı. Üzük. Eksklüziv üzüyə oxşayırdı, bir az yaxından baxmaq lazım idi. Cia ilə etdikləri bu idi? Üzük seçirdilər? İlahi! Ah, nə yaxşı ki, Keytə danışmadım!

Keyt gözünü üzükdən çəkib Eliota baxıb boynunu qucaqladı. Öpüşdülər, qəribə də olsa məsum öpüş idi. Eliot ayağa qalxıb ətrafdakılar qarşısında göstərdikləri dəstəyə görə inanılmaz gözəl tərzdə təzim etdi, sonra özündən razı təbəssümlə keçib yerində oturdu. Gözümü onlardan çəkə bilmirdim. Üzüyü qutudan çıxarıb nəvazişlə Keytin barmağına taxdı və onlar yenidən öpüşdülər.

Kristian əlimi sıxdı. Əlini bir qədər sıx tutduğumu heç hiss etməmişdim. Utanaraq əlini buraxdım və o, əlini yelləyərək dodaqlarından bir “ah” çıxdı.

— Bağışla, sən bunu bilirdin? — pıçıltı ilə soruşdum.

Kristian gülümsündü və başa düşdüm ki, bilirdi. Ofisiantı çağırdı.

— Zəhmət olmasa iki şüşə “Kristal”. Varsa 2002-ci il olsun.

Qımışdım.

— Nə? — soruşdu.

— Çünki 2002-ci il 2003-dən daha yaxşıdır, — deyərək ona sataşdım.

Güldü.

— Daddan başı çıxanlar üçündür, Anasteyşa.

— Amma siz əntiqə dad ustasısız, mister Qrey, — gülümsəyərək dedim.

— Tamamilə doğrudur, missis Qrey. — mənə tərəf bir az da yaxın əyildi. — Sənin dadın ən yaxşıdır, — dedi və qulağımın ardında ən həssas nöqtəmi öpdü. Kürəyimdən xoş, soyuq bir gizilti keçdi. Qıpqırmızı oldum və az əvvəl donumun qısalığına dair göstərdiyini nümayişini xatırladım.

Ən birinci yerindən sıçrayıb Eliotla Keyti təbrik edən Mia oldu və biz hamımız növbə ilə xoşbəxt cütlüyü təbrik etməyə qalxdıq. Keyti bərk-bərk qucaqladım.

— Gördün? O sadəcə buna görə həyəcanlı idi, — pıçıldadım.

— Ah, Ana! — yarı hıçqırıq yarı sevinclə dilləndi.

— Keyt, sənə görə elə xoşbəxtəm ki! Təbriklər.

Kristian arxamda dayanmışdı. O, Eliotun əlini sıxdı və sonra həm məni, həm də onu təəccübləndirərək Eliotu qucaqladı. Söylədiklərini güclə eşitdim.

— Afərin, Leliot, — deyə mırıldadı. Eliot heç nə demədi, heyrətlənmiş və təsirlənmişdi, sonra o da qardaşını qucaqladı.

Leliot?

— Çox sağ ol, Kristian — güclə cavab verdi.

Kristian Keyti qısa və bir əl məsafəsində qucaqladı. Bilirdim ki, Kristianın Keytə münasibəti dözüm həddində və ən yaxşı halda ikili idi, ona görə də bu günkü hal irəliləyiş sayıla bilərdi. Onu buraxaraq astadan, ikisinin eşidə biləcəyi səslə dedi:

— Ümid eləyirəm sən də öz nikahında mənim qədər xoşbəxt olacaqsan.

— Sağ ol, Kristian. Mən də ümid eləyirəm, — Keyt nəzakətlə dilləndi.

Ofisiant şampan şüşəsi ilə qayıtdı və elə o andaca təmtəraqlı şəkildə onu açdı. Kristian şampan dolu qədəhini qaldırdı.

— Keytin və mənim əziz qardaşım Eliotun şərəfinə! Təbrik edirəm!

Hamımız şampandan bir qurtum aldıq. Hmm, “Kristal” həqiqətən də yaxşı idi və mən ilk dəfə onu Kristianın klubunda içdiyimi və sabahısı gün liftlə birinci mərtəbəyə enməyimizi xatırladım.

Kristianın qaşları çatıldı.

— Nə düşünürsən? — pıçıltı ilə soruşdu.

— Bu şampanı ilk dəfə içdiyimi.

Sual dolu baxdı.

— Biz sənin klubunda idik, — xatırlatdım.

Qımışdı.

— Hə, yadımdadır. — Mənə göz vurdu.

— Eliot, toy gününü təyin etmisiz? — Mia maraqla soruşdu.

Eliot bacısına acıqlı baxdı.

— Keytə hələ indicə evlilik təklif etmişəm. Nə xəbər?

— Oy, qoy yeni il gecəsində olsun. Çox romantik olardı və üstəlik tarixi yadda saxlamaq sizin üçün də çətin olmazdı. — Mia əl çaldı.

— Nəzərə alaram, — Eliot qımışdı.

— Şampandan sonra kluba gedə bilərik? Nə olar? — Mia çevrilərək iri qəhvəyi gözlərini Kristiana zillədi.

— Məncə Eliot və Keytdən soruşmaq lazımdır, getmək istəyərlər, yoxsa yox.

Hamımız birlikdə ümidlə çevrilib onlara baxdıq. Eliot çiyinlərini çəkdi, Keyt isə qıpqırmızı qızardı. Nişanlısına duyduğu istəyi o qədər bilinirdi ki, dörd yüz dollarlıq şampanı da az qala masaya dağıdacaqdı.

“Zaks” Aspenin ən dəbdəbəli gecə klubu idi, ən azından Mia belə deyirdi. Kristian belimi qucaqlayaraq qısa növbənin arasından keçdi və bizi dərhal içəri buraxdılar. Bir anlığa bu klubun onun olub-olmadığını düşündüm. Saata baxdım, gecə saat on ikinin yarısıdır və mənim yüngülvari başım fırlanır. Nahar vaxtı bir neçə qədəh şərab və iki qədəh də şampan öz təsirini göstərməyə başlayırdı, qolumdan tutduğu üçün isə Kristiana minnətdar idim.

— Mister Qrey, xoş gəlmisiz, — əynində qara atlas şalvar və eyni rəngdə qısaqollu köynəklə kiçik qırmızı kəpənək qalstuk taxmış çox cazibədar və uzun ayaqlı sarışın qız dedi. Qalstuku kimi al qırmızı boyanmış dodaqlarının arasından ideal ağ dişlərini göstərərək gözqamaşdıran, geniş təbəssümünü nümayiş etdirdi.

Təpədən dırnağa qapqara, amma xoşbəxtlikdən atlasdan olmayan kostyum geyinmiş cavan oğlan gülümsəyərək paltomu rica etdi. İsti, mehriban baxışları vardı. Paltoda olan tək mən idim, – Kristian onu arxamı örtmək üçün Miadan alıb geyinməyimi təkid etmişdi, ona görə də Maksa yalnız mənimlə məşğul olmaq qalırdı.

— Gözəl paltodur, — deyərək gözlərini mənə zillədi.

Kristian Maksı kənarlaşdıracaq öldürücü baxışla baxdı. O qızardı və cəld Kristiana nömrə uzatdı.

— İcazə verin, sizi masanıza ötürüm.

Miss Atlas Şalvar kirpiklərini döydü, uzun sarışın saçlarını əlinin xəfif hərəkətilə kürəyinə atıb rahat addımlarla bizi foyedən içəri keçirdi. Kristianın barmaqlarını sıxdım və o, sual dolu nəzərlərlə mənə baxdı, sonra da qımışdı. Miss Atlas Şalvarın arxasınca bara addımladıq.

İşıqlar zəif, divarlar qara, mebel tünd qırmızı idi. Divarların yanlarında kabinələr, ortada isə at nalı formasında iri bar vardı. Mövsümü olmasa da içəridə adam çox idi, sadəcə Aspenin varlı camaatı şənbə axşamını xoş keçirmək üçün bura toplaşmışdı. Hər kəs rahat geyinmişdi və mən ilk dəfə özümü çox açıq, ya da qapalı hiss etdim, dəqiq bilmirəm.

Döşəmə və divarlar barın arxasındakı rəqs meydançasından ucalan musiqinin səsindən titrəyir, ətrafa işıq qığılcımları saçırdı. Mənim sərxoş vəziyyətimlə bütün bunlar epileptik kabusa bənzəyirdi. Miss Atlas Şalvar bizi küncdəki kabinəyə müşayiət etdi. Kabinə bara yaxındı və oradan rəqs meydançasına giriş asan idi. Bəlli idi ki, ən yaxşı yer bura idi.

— İndi sizə yaxınlaşıb sifarişinizi qəbul edəcəklər. — bir neçə yüz varlıq təbəssümü ilə gözlərimizi qamaşdırıb kirpiklərini ərimə son dəfə qırpdıqdan sonra nazlana-nazlanan gəldiyi yerə getdi. Rəqs eləmək üçün səbirsizlənən Mia artıq yerindəcə hərəkətə gəlmişdi. İtan nəzakət göstərdi. Onlar əl-ələ verib rəqs meydançasına tərəf uzaqlaşarkən Kristian — Şampan? — deyə soruşdu. İtan baş barmağını havaya qaldırdı, Mia isə həvəslə badəni tərpətdi.

Keytlə Eliot yumşaq məxməri oturacaqlarda əl-ələ oturdular. Elə xoşbəxt görünürdülər ki, alçaq masanın üstündəki büllur qabların əksi hər ikisinin üzündə bərq vururdu. Kristian jestlə oturmağımı rica etdi, mənsə Keytin yanında əyləşdim. O, yanımda oturdu və qayğılı nəzərlərlə zala baxındı.

— Mənə üzüyünü göstər. –Musiqinin səsini basdıracaq uca səslə dedim. Çıxıb gedənə qədər deyəsən səsim batacaqdı. Keyt möhtəşəm təbəssümlə gülümsədi və əlini mənə uzatdı. Ətrafı xırda brilyantlarla bəzədilmiş təkqaş zərif üzük idi. Viktorian retro üslubuna bənzəyirdi.

— Nə gözəldir!

O, heyranlıqla başını yırğalayıb əlini Eliotun dizinə qoydu. O, əyildi və Keyti öpdü.

— Çarpayı tapın! — deyə qışqırdım.

Eliot qımışdı.

Qara seksual atlas şalvar geyinmiş qısa, tünd saçlı gənc bir qadın – deyəsən, buranın iş geyimi belə idi, – ehtiraslı təbəssümü ilə sifarişlərimizi qəbul etmək üçün bizə yaxınlaşdı.

— Nə içəcəksiz? — Kristian soruşdu.

— Burada hesabı sən verəcəksən? — Eliot deyindi.

Keyt, Eliot və İtanın etirazlarına baxmayaraq Kristian bir az əvvəl restoranda yediyimiz yeməyin hesabını ödəmişdi. Onları əlinin arxası ilə başından edərək hesabı başqa kiminsə ödəyəcəyi haqda heç nə eşitmək istəməmişdi. Ona nəvazişlə baxdım. Mənim komandirim.

Eliot nəsə demək üçün ağzını açdı, amma sonradan fikrini dəyişdi.

— Mən pivə içəcəm, — dedi.

— Keyt? — Kristian soruşdu.

— Yenə şampan, zəhmət olmasa. “Kristal” mükəmməldir. Amma əminəm, İtan pivə istəyəcək.

Keyt nəzakətlə, – bəli, nəzakətlə – Kristiana gülümsədi. Rəfiqəm xoşbəxtlikdən göyün yeddinci qatındadır. Ondan yayılan xoşbəxtliyi hiss edirdim və sevincini bölüşmək çox xoş idi.

— Ana?

— Şampan, zəhmət olmasa.

— Bir şüşə “Kristal”, üç peroni, bir şüşə soyuq mineral su və altı qədəh, — Kristian özünə xas hökmlü və ciddi tərzdə dilləndi.

Və bu elə seksual idi iki.

— Çox sağ olun, ser. İndi gətirərəm. — Miss Atlas Şalvar Nömrə İki ona zərif bir təbəssüm atdı, yanaqları allansa da, heç olmasa kirpiklərini qırpmadı.

Başımı qətiyyətlə tərpətdim. O, mənimdir, ay qız.

— Nə? — Kristian soruşdu.

— Bu qız kirpiklərini döymədi. — Qımışdım.

— Ooo. Döyməli idi ki? — şən səslə soruşdu.

— Adətən bütün qadınlar sənə göz edirlər, — istehza ilə cavab verdim.

Gülümsündü.

— Miss Qrey, siz qısqanırsız?

— Heç bir qram da. — Dodaqlarımı büzdüm. Və bu anda başa düşdüm ki, baxışları ilə ərimi yeməyə hazır olan qadınlara dözümlü olmağa başlayıram. Müsbət dəyişiklikdi. Kristian barmaqlarımı öpdü.

— Qısqanclıq üçün heç bir əsasınız yoxdur, missis Qrey, — qulağımın dibində mırıldandı.

— Bilirəm.

— Lap yaxşı.

Ofisiant qız geri qayıtmışdı və bir an sonra şampanımı qurtumlayırdım.

— Al. — Kristian mənə bir stəkan mineral su uzatdı. — İç bunu.

Ona qaşlarımı çataraq baxdım, içini necə çəkdiyini gördüm.

— Naharda üç qədəh ağ şərab, çiyələk kokteylindən sonra iki qədəh şampan və lanç sonrası iki fraskati. İç. Tez ol, Ana.

Nahar zamanı kokteyl içdiyimi haradan bilirdi? Əsəbi şəkildə üzümü turşutdum. Amma, əslində o, haqlı idi. Bir stəkan suyu götürdüm və mənə yenə də göstərişlər verməsinə etiraz olaraq birnəfəsə içdim. Əlimin tərsi ilə ağzımı sildim.

— Afərin sənə, — deyərək qımışdı. — Bir dəfə üstümə qusmuşdun. Bunu bir daha yaşamaq istəmirəm.

— Niyə şikayət etdiyini anlamıram. Axı ondan sonra sən mənimlə yatdın.

Gülümsündü və baxışları yumşaldı.

— Hə.

İtan və Mia geri döndülər.

— İtan daha rəqs etmək istəmir. Gedək, qızlar. Məharətimizi göstərək. Yağlarımızı əridək, şokolad mussunun kalorisini yandıraq.

Keyt dərhal ayağa qalxdı.

— Gəlirsən? — Eliotdan soruşdu.

— İzn ver səni seyr edim, — Eliot dedi. Və mən onun Eliota baxışlarını görüncə qızararaq üzümü çevirməli oldum. Qalxdım və Keyt gülümsədi.

— Bir az kalori yandırmağa hazırlaşıram, — ayağa qalxaraq dedim və əyilib Kristianın qulağına pıçıldadım: — Sən də məni seyr edə bilərsən.

— Əyilmə, — o, çımxırdı.

— Yaxşı. — Dərhal qəddimi düzəltdim. İşə bir bax a! Başım fırlanırdı, otaq gözümdə o tərəf bu tərəfə yırğalanınca Kristianın çiynindən tutdum.

— Bəlkə bir az su içəsən? — narahatlıqla mırıldandı.

— Hər şey qaydasındadır. Sadəcə bu oturacaqlar alçaq, dikdabanlarım isə hündürdür.

Keyt əlimdən tutdu, dərin bir nəfəs alıb qətiyyən yırğalanmadan o və Mianın arxasınca rəqs meydançasına tərəf getdik.

Musiqinin səsi texnoritmlə bas tonda aləmi başına götürüb. Rəqs meydançası qələbəlik olmadığından bizim üçün daha çox yer var idi. Musiqilərin qarışığı elektro üslubda idi, elə ona görə də hamı, gənclər və nisbətən yaşlı adamlar eyni tərzdə hərəkət edib özlərini rəqsə vermişdilər. Mən pis rəqs edirdim. Əslinə baxsan, rəqs etməyə Kristianla tanış olandan sonra başlamışdım. Keyt məni qucaqladı.

— Elə xoşbəxtəm ki! — musiqinin gur səsi altında qışqırdı və oynamağa başladı.

Mia öz aləmində idi. İkimizə də gülümsəyərək özünü musiqinin ahənginə buraxmışdı. Rəqs meydançasındakı yer ona darlıq edirdi. Kişilərimiz bizi izləyirdi. Hərəkət etməyə başladım. Ritm nəbz kimi atmağa başladı. Gözlərimi yumdum və özümü rəqsə təslim etdim.

Gözlərimi açanda gördüm ki, rəqs meydançası dolmağa başlayır. Keyt, Mia və mən bir-birimizə yaxınlaşmağa məcbur olduq. Və qəribə də olsa, hiss edirdim ki, həqiqətən də rəqsdən həzz almağa başlayıram. Daha da həvəsləndim. Keyt məmnunluqla baş barmaqlarını havaya qaldıranda, gülümsədim.

Gözlərimi yenə yumdum. Həyatımın ilk iyirmi ilini niyə bu həzzdən uzaq qalmışdım? Rəqsdənsə qiraətə üstünlük verirdim. Ceyn Ostinin zamanında bu cür musiqi yox idi, Tomas Hardi isə… hmmm, birinci arvadı ilə rəqs etmədiyi üçün özünü çox günahkar hiss edə bilərdi. Bu fikirdən məni gülmək tutdu, hırıldadım.

Bunların səbəbi Kristian idi. Davranışımda özümə inam və cəsarət hissini o mənə vermişdi.

Birdən budlarımda iki əl hiss etdim. Gülümsündüm. Kristian mənə qoşulmuşdu. Mən qıvrıldım və əlləri yanlarıma sürüşdü, ətimi sıxdı və təkrar budlarıma döndü.

Gözlərimi açdım. Mia dəhşətlə mənə baxırdı. Hər şey bu qədərmi pis idi? Əlimi Kristianın əlinə toxundurdum. Əllər tüklü idi. Lənət olsun! Bu onun əlləri deyildi. Çevrilib baxdım – qarşımda hündürboylu sarışın dayanmışdı, ağzındakı dişləri qədərindən də artıq görünürdü. Üstəlik arsız-arsız gülümsəyərək at dişlərini nümayiş etdirirdi.

— Əllərini çək üstümdən! — özümdən çıxmış halda, qəzəblə guruldayan musiqinin fonunda bağırdım.

— Yaxşı görək, gözəl qız, biz ki sadəcə əylənirik. — Meymuna bənzər əllərini oynadaraq gülümsəyirdi, mavi gözləri isə nəbz kimi atan ultrabənövşəyi işıqların altında parıldayırdı.

Nə etdiyimi bir anda unudaraq üzünə yumruq atdım.

Ah! Lənətə gəlsin… əlim. Necə də incitdi!

— Çəkil yanımdan! — bağırdım. Əlini yanağına qoyub heyrətlə mənə baxdı. Barmağımdakı üzüyümü göstərmək üçün əlimi az qala gözünə soxdum.

— Axmaq, mən ərdəyəm!

Sərxoş kimi səndələyib çiyinlərini çəkdi və inamsızlıqla gülümsündü.

Dəli kimi ətrafıma boylandım. Sağımda dayanan Mia öldürücü baxışlarla sarışın pəhləvana baxırdı. Keyt dünyadan xəbəri olmadan rəqs etməyində idi. Kristian yerində deyildi. Ah, kaş ki, tualetə getmiş olaydı. Bir addım geri çəkiləndə çox yaxşı tanıdığım bədənə toxundum. Ah, lənətə gəlsin. Kristian belimi qucaqlayıb özünə tərəf sıxdı.

— O iyrənc əllərini arvadımdan çək, — dedi. Qışqırmırdı, amma nədənsə musiqinin gurultusuna baxmayaraq səsi aydın eşidilirdi.

İlahi!

— O, özü-özünü müdafiə edə bilər! — sarışın bağırdı. Mənim yumruğumdan təzəcə özünə gəlib, əlini üzündən çəkmişdi ki, Kristian ona yeni bir yumruq ilişdirdi. Bütün bunları sanki ləng hərəkət edən film kadrlarında görürdüm. O qədər sürətli və ideal hesablanmış zərbə olmuşdu ki, sarışın heç bir reaksiya verməyə macal tapmadan zibil torbası kimi yerə sərildi.

Lənət olsun!

— Kristian, yox! — təşviş içində qışqıraraq qarşında dayandım ki, onu saxlaya bilim. İlahi, axı onu öldürə bilərdi. — Mən artıq onu vurmuşam! — musiqinin gurultusunda qışqırdım.

Kristian mənə baxmırdı. Sarışını elə sarsıdıcı nifrətlə süzürdü ki, hələ heç vaxt onun bu cür baxdığını görməmişdim. Ancaq bir dəfə – Cek Hayd mənə sataşanda.

Digər rəqs edənlər geri çəkilərək özlərini təhlükəsiz yerə verərək ətrafımızdakı məsafəni boşaltmışdılar. Sarışın ayağa qalxdı və bu anda bizə Eliot yaxınlaşdı.

Oy! Oy! Keyt yanıma gəlib hamımıza ağzı açıq baxırdı.

Eliot Kristianın əlini tutdu, İtan da yanımıza gəldi.

— Yaxşı, sakit ol. Mən heç kimin xətrinə dəymək istəmirdim. — sarışın məğlubiyyətini etiraf edirmiş kimi əllərini yuxarı qaldırdı və tələsik getdi. Kristian baxışları ilə rəqs meydançasından yox olana qədər onu müşayiət etdi. Mənə isə baxmırdı.

Texnoritm musiqisi lirik melodiya ilə əvəzləndi. Eliot əvvəlcə mənə sonra qardaşına baxdı, Kristianın əlini buraxdı və Keyti özünə tərəf çəkdi. Rəqs etməyə başladılar. Qollarımı dolayıb Kristianın boynunu qucaqladım qəzəblə alışan gözləri gözlərimlə görüşənə qədər gözlədim. Budur, həmin dalaşqan yeniyetmə. İlahi.

Diqqətlə üzümə baxdı.

— Yaxşısan?

— Hə, — zoqqultunu azaltmaq ümidi ilə ovucumu ovuşdurdum və əlimi sinəsinə qoydum. Əlim gicişirdi. Əvvəllər kiməsə əl qaldırdığım olmamışdı. Nə oldu mənə birdən-birə? Kimisə vurmaq insanlığa qarşı ən dəhşətli cinayət deyil, elə deyilmi?

Hər halda qəlbimin dərinliyində sarışını niyə vurduğumu başa düşürəm. İnstinktiv olaraq yad adamın məni necə əllədiyini görsəydi Kristianın necə reaksiya verəcəyini bilirdim. Bilirdim ki, bütün təmkini bir anda yox olacaq. Hansısa axmağın ərimi özündən çıxarması fikri məni dəli edirdi. Dəhşətli dərəcədə dəli edirdi.

— Oturmaq istəyirsən? — Kristian musiqinin gurultusu altında soruşdu.

Mənə dön, xahiş eləyirəm!

— Yox. Mənimlə rəqs et.

Heç nə demədən mənə ifadəsiz baxdı.

“Toxun mənə” – qadın mahnıda oxuyurdu.

— Rəqs et mənimlə. — Hələ də qəzəbli idi. — Rəqs elə, Kristian, xahiş eləyirəm. — Əlini tutdum. Kristian sarışının dalınca əsəbi bir baxış atdı, amma mən ətrafına dolanaraq rəqs etməyə başladım.

Ətrafımız yenə rəqs edənlərlə dolmuşdu, hərçənd arada yarım metrlik bir məsafədə qalırdı.

— Sən onu vurdun? — Kristian yerində heykəl kimi dayanıb soruşdu. Əlini tutdum.

— Əlbəttə ki, vurdum. Elə bildim ki, sənsən, amma onun əlləri tüklü idi. Xahiş eləyirəm, rəqs et mənimlə.

Kristian gözümün içinə baxırdı, baxışlarındakı alov yavaş-yavaş dəyişir, nəsə başqa bir şeyə, daha tünd, daha ehtiraslı bir şeyə çevrilirdi. Biləklərimdən tutub qəfil məni özünə tərəf çəkdi, əllərimi öz belində çarpazladı.

— Rəqs eləmək istəyirsən? Gəl, edək, — qulağıma qışqırdı və özünü mənə sıxdı. Əsir düşmüş kimi tabe olmaqdan başqa çarəm qalmadı.

Aha! Kristian hərəkət etməyi bacarırmış, özü də necə lazımdır. Məni buraxmadan, möhkəm tutmuşdu, ancaq biləklərimdəki barmaqları getdikcə boşalırdı. Ovuclarım pencəyinin altından hiss olunan əzələli qollarından yuxarı, çiyinlərinə uzandı. Məni özünə sıxdı və hərəkətlərini təkrar etməyə başladım.

Arada əlimi tutub əvvəlcə bir tərəfə sonra başqa tərəfə fırladırdı və mən başa düşdüm ki, əvvəlki Kristian qayıdıb. Gülümsündüm. O da.

Birlikdə rəqs edirdik və bundan həzz alırdıq, ikimiz də çox şən idik. Ya unutduğundan, ya da qəzəbini boğduğundan rəqs meydançasındakı kiçik ərazimizdə məni ustalıqla fırlayaraq bir anlığa olsun buraxmırdı. Onunla yüngül və zərif idim. Onunla seksual idim, çünki o özü də elə idi. Sevildiyimi hiss etdirirdi, çünki özünün bütün çalarlarına baxmayaraq, içində tükənməz sevgi dənizi var idi.

Şən halını müşahidə edərkən elə düşünmək olardı ki, dünyanın ən qayğısız adamıdı. Amma mən bilirdim ki, Kristianın sevgisi hiper himayəçilik və nəzarətlə buludlanmışdı, amma bütün bunlar onu sevməyimə qətiyyən əngəl deyildi.

Tamamilə təngnəfəs olmuşdum. Bir melodiya rəvan şəkildə digərini əvəzləyirdi.

— Oturaq? — nəfəsimi dərdim.

— Əlbəttə. — birlikdə rəqs meydançasından aralandıq.

— Yaman tərləmişəm — masamızın arxasına qayıdanda pıçıldadım.

Məni ağuşuna çəkdi.

— Sən isti və tərli olanda xoşuma gəlirsən. Hərçənd səni bu halınla təklikdə istərdim, — deyə mırıldandı və şəhvətli təbəssümlə dodaqlarının kənarlarını qaldırdı.

Bayaqkı insident elə bil heç olmamışdı. Bizi qovmadıqlarına təəccüblənmişdim. Bara göz gəzdirdim. Heç kim bizə baxmırdı, bayaqkı yekəpər sarışın isə görünmürdü. Bəlkə çıxıb getmişdi, bəlkə də qovmuşdular. Keytlə Eliot rəqs meydançasında açıq-saçıq hərəkətlər edir, Mia ilə İtan isə daha ədəbli görünürdülər. Bir qurtum şampan aldım.

— Al. — Kristian qarşıma daha bir stəkan su qoydu və diqqətlə mənə baxdı. Üzündə gözləmə ifadəsi vardı, sanki: “İç. Tez ol, iç” deyirdi.

Etiraz etmədim. Onsuz da susuzluqdan yanırdım.

Buz dolu kiçik vedrədən bir şüşə peroni götürüb böyük bir qurtum aldı.

— Bəs birdən burada müxbirlər olmuş olsaydı? — deyə soruşdum.

Kristian o saat başa düşdü ki, bayaqkı kiçik insidenti nəzərdə tuturam.

— Mənim bahalı vəkillərim var, — soyuq və qəzəblə dilləndi.

Qaşlarımı çatdım.

— Ancaq sən qanundan üstün deyilsən, Kristian. Və mən həqiqətən də hadisəni nəzarətdə saxlayırdım.

Gözləri buz kəsdi

— Heç kimin mənə aid olana toxunmağa ixtiyarı yoxdur, — ürküdücü qətiyyətlə dilləndi, sanki mən aşkar olan bu həqiqəti başa düşmürdüm.

Əcəbdir. Daha bir qurtum şampan aldım və hiss etdim ki, artıq kifayətdir. Musiqi həddən artıq qurultulu idi, gicgahlarımda guruldayırdı, başım və ayaqlarım zoqquldayırdı və yüngülvari ürəyim bulanırdı.

— Gedək, səni evə aparmaq istəyirəm, — deyərək əlimdən tutdu. Bizə Keyt və Eliot yaxınlaşdılar.

— Gedirsiz? — Keyt ümid dolu səslə soruşdu.

— Hə, — Kristian cavab verdi.

— Yaxşı, biz də sizinlə gedirik.

Qarderobun qarşısında Kristianı gözləyərkən Keyt məni sorğu suala tutdu:

— Rəqs meydançasındakı o oğlan neylədi?

— Məni əlləyirdi.

— Ancaq onu görə bildim ki, üzünə bir sillə qoydun.

Çiyinlərimi çəkdim.

— Axı bilirdim ki, Kristian özündən çıxacaq və bütün axşamımız burnumuzdan gələcək. — Kristianın hərəkətini hələlik tam dərk edə bilməmişdim. Məni daha çox nələrin baş verə biləcəyi qorxudurdu.

— Bizim axşam. Amma o, tez özündən çıxandır, hə? — Keyt qarderobdan paltonu götürən Kristiana baxıb quru tərzdə əlavə etdi.

Mən fısıldadım və gülümsədim.

— Elə də deyə bilərik.

— Düşünürəm sən onun öhdəsindən yaxşı gəldin.

— Öhdəsindən gəldim? — Qaşlarımı çatdım. Kristianın öhdəsindən gəldim?

— Mən gəldim. — Kristian geyinmək üçün paltomu hazır tutmuşdu.

— Oyan, Ana. — Kristian məni ehmallıca silkələdi. Evə gəlmişik. Tənbəl-tənbəl gözlərimi açıb, səndələyə-səndələyə mini avtobusdan endim. Keyt və Eliot yoxa çıxmışdılar, Teylor isə təmkinlə maşının yanında gözləyirdi.

— Səni aparım? — Kristian soruşdu.

Başımı tərpətdim.

— Mən miss Qrey və mister Kavananı gətirərəm, — Teylor dilləndi.

Kristian başının hərəkəti ilə razılaşdı və məni giriş qapısına qədər gətirdi. Ayaqlarım zoqquldayırdı və arxasında güclə addımlayırdım. Qapının yanında əyilib topuğumdan tutdu və ehtiyatla əvvəlcə bir, sonra digər ayaqqabımı çıxardı. Ah, necə də rahatlandım! O, qəddini düzəltdi və ayaqqabılarımı əlində tutaraq mənə baxdı.

— İndi yaxşıdır? — soruşdu.

Başımla təsdiqlədim.

— Mənsə xəyal edirdim ki, ayaqların bunların içində boynumu dolayacaq, — dikdabanlara baxıb mırıldandı. Başını yırğaladı və yenidən əlimdən tutub qaranlıq otaqdan, sonra isə üst mərtəbənin pilləkənlərindən keçirərək yataq otağımıza gətirdi.

— Heç halın yoxdu, hə? — üzümə baxıb yumşaqca yumşaq səslə soruşdu.

Başımı tərpətdim. Paltomun düymələrini açmağa başladı.

— Özüm həll edərəm, — deyə mırıldandım və köməyindən imtina etmək üçün uğursuz cəhd etdim.

— Burax, mən açım.

Nəfəsimi çəkdim. Bu qədər yorğun olduğumu bilmirdim.

— Bu hündürlükdəndi. Alışmamısan. Üstəlik içki.

Qımışaraq paltomu çıxardı və stula atdı. Əlimdən tutub vanna otağına götürdü. Ora niyə gedirik?

— Otur, — əmr etdi.

Stula oturdum və gözlərimi yumdum. Dolabdakı şüşələri eşdiyini eşitdim. Gözlərimi açıb nə etdiyinə baxmaq üçün həddən artıq yorğun idim. Bir an keçməmiş, başımı arxaya əydi və mən təəccüblə gözlərimi açdım.

— Gözlərini yum, — Kristian göstəriş verdi. İlahi, əlində pambıq tutmuşdu! Ehmallıca sağ gözümü sildi. Gözlərimdəki makiyajı səliqəylə silərkən heyrətlə oturdum.

— Bu isə mənim evləndiyim qadındı, — bir dəqiqə sonra dilləndi.

— Makiyaj xoşuna gəlmir?

— Gəlir, gəlir, amma makiyajın altındakı daha çox xoşuma gəlir. –Alnımdan öpdü. –Al, iç. — Ovucumun içinə bir neçə advil həbi qoydu və bir stəkan su verdi.

Mən narazılıqla dodaqlarmı büzdüm.

— İç.

Gözlərimi süzdüm amma tabe oldum.

— Yaxşı. Bir neçə dəqiqə tək qalmaq istəyirsən? — rişxəndlə soruşdu.

Fısıldadım.

— Nə qədər həyalısınız, mister Qrey. Hə, mən işəməliyəm.

Güldü.

— Gözləyirsən ki, gedim.

Hırıldadım.

— Qalmaq istəyirsən?

Başını yana əydi. Gülümsədi.

— Ah, səni tərbiyəsiz köpək oğlu. Çıx. İstəmirəm ki, necə işədiyimi görəsən. Bu lap ağ oldu. — Ayağa qalxdım və onu vanna otağından bayıra qovdum.

Vanna otağından çıxanda əynini dəyişib pijamasının tumanını geyinmişdi. Hmmmm. Kristian pijamadadır. Heyranlıqla qarnın əzələlərinə, göbəyindəki tüklərə baxdım. Diqqət yayındırırdı. O, mənə yaxınlaşdı.

— Mənzərəni seyr edirsən? — rişxəndlə soruşdu.

— Hər zaman.

— Məncə bir az sərxoşsunuz, missis Qrey.

— Məncə bu dəfə sizinlə razılaşmalı olacam, mister Qrey.

— Gəlsənə adına don deyilən o əski parçasını çıxartmağa kömək edim. Vallah, onu üzərində “sağlamlığa zərərlidir” yazaraq satışa buraxmaq lazımdır. — Məni çevirərək boynumdakı yeganə düyməni açdı.

— Sən elə qəzəbli idin ki, — mırıldandım.

— Hə.

— Mənə?

— Yox. Sənə yox. — çiynimi öpdü. — Bu dəfə sənə deyil.

Gülümsədim. Mənə acıqlı deyil. Bu artıq irəliləyişdir.

— Xoş dəyişiklikdir.

— Hə, elədir. — O biri çiyinimi öpdü, sonra donu bədənimdən aşağı sürüşdürüb çıxardı və yerə atdı. Don qarışıq tumanımı da çıxardı və mən çılpaq qaldım. Əlimdən tutdu.

— Get, — əmrini verdi və mən müvazinətimi itirməmək üçün ondan yapışaraq donumun içindən çıxdım.

Donu və tumanı qaldıraraq stula, Mianın paltosunun üstünə atdı.

— Qollarını qaldır, — yumşaq səslə əmr etdi. Öz maykasını əynimə geyindirərək ətəklərini aşağı çəkib açıq qalan yerlərimi örtdü. Yatmağa hazır idim.

Məni özünə tərəf çəkib öpdü; nanəli nəfəsim onunkuna qarışdı.

— Hər nə qədər sizinlə sevişmək istəsəm də missis Qrey, həddən artıq çox içmisiz, hardasa səkkiz min fut yüksəkdəsiniz və dünən gecə də yaxşı yatmamısız. Gedək. Yatağa gir. — Çarpayının örtüyünü açdı və mən uzandım Üstümü örtüb yenə alnımdan öpdü.

— Gözlərini yum. Mən qayıdanda sən artıq yatmış olmalısan. — Bu, bir təhdid, bir əmr idi… bu, Kristianın özü idi.

— Getmə, — yalvardım.

— Bir neçə yerə zəng etməliyəm, Ana.

— Axı bu gün şənbədir. Gecdir. Xahiş eləyirəm.

Əllərini saçlarına keçirdi.

— Ana, əgər indi yanına uzansam, sən dincələ bilməyəcəksən. Yat. — Dediyi söz əmr idi.

Gözlərimi yumdum, və onun dodaqları alnıma toxundu.

— Gecən xeyirə qalsın, əzizim, — içini çəkdi.

Ötən günün hadisələri gözümün önündən keçdi: Kristian məni çiynində təyyarəyə aparması, evin xoşuma gəlib-gəlməyəcəyilə bağlı keçirdiyi həyəcan. Sevişməyimiz. Vanna. Donuma göstərdiyi reaksiya. Sarışın yekəpərlə olan insident – barmaqlarım hələ də ağrıyırdı. Və məni yatağa qoyan Kristian.

Kimin ağlına gələrdi? Ağız dolusu gülümsədim, beynimin içində “irəliləyiş” sözü səsləndi və yatdım.

XV HİSSƏ

Mənə həddən artıq isti idi. Həmişə olduğu kimi Kristian yuxuda ikən məni bərk bərk qucaqlamışdı. Başı çiynimdə idi; boynumda yumşaq-yumşaq nəfəs alırdı, ayaqları mənimkilərlə dolaşmış, əlləri ilə belimə sarmaşmışdı. Bilirdim ki, tərpənsəm onu da oyadacam, amma o çox az yatmışdı. Fikrə dünən olanları bir də götür qoy edirdim. Həddən artıq çox içmişdim, hətta lap çox. Kristianın buna göz yumması təəccüblü idi. Dünən məni necə yatağa qoyduğunu xatırlayanda gülümsədim.

Çox xoş idi, həqiqətən xoş idi, həm də gözlənilməz idi. Özüm necə hiss etdiyimi düşündüm. Mədəm? Əla. Başım? Təəccüblü dərəcədə yaxşı, amma dumanlı idi. Ovucumun içi dünənkindən sonra hələ də qırmızı idi. Maraqlıdır, çaşqın-çaşqın düşündüm, Kristian məni şapalaqlayanda da ovuclarının içi ağrıyırdı. Yerimdə qurcalandım və o oyandı.

— Nə olub? — yuxulu boz gözləri mənimkilərə baxdı.

— Heç nə. Sabahın xeyir. — Saçlarını ağrımayan əlimin barmaqları arasından keçirdim.

— Missis Qrey, bu sabah çox gözəl görünürsüz, — deyərək yanağımdan öpdü və mən içimə işıq doldu.

— Dünən qayğıma qaldığın üçün çox sağ ol.

— Sənin qayğına qalmaq xoşuma gəlir. Bu mənim etmək istədiyim şeydir, — yavaşca dilləndi, amma gözləri onu ələ verirdi: dərinliklərində zəfər qığılcımları vardı. Sanki beysbolda birincilik ya da super kubok qazanmışdı.

Ah, mənim Əlli Çalarım!

— Mənə özümü zərif və sevimli hiss etdirirsən.

— Ona görə ki, zərif və sevimlisən, — pıçıldadı və ürəyim sıxıldı.

Əlimi sıxanda üzümü turşutdum. Dərhal əlimi narahatlıqla buraxdı

— Əlin ağrıyır? — gözləri yenə buz kəsirdi, səsində isə qəzəb vardı.

— Ovucum ağrıyır. Ona sillə vurmuşdum.

— Əclaf!

Elə bilirdim, bu məsələ dünən axşam bitmişdi.

— Sənə toxunduğunu bilmək dözülməzdir.

— O pis heç nə etmədi, sadəcə özünü yersiz aparırdı. Kristian, mən yaxşıyam. Ovucum qızarıb, vəssalam. Sən ki bilirsən bu necə olur? — gülümsədim və kefi düzəldi.

— Hə, missis Qrey, çox yaxşı bilirəm. — Dodaqları rişxəndlə qımışdı. — Və istəsəniz o duyğuları dərhal təzələndirə bilərəm.

— Oy, qaşınan ovucunuzu başqa şeylər üçün saxlayın, mister Qrey.

Üzünü qızarmış əlimlə sığalladım, gicgahlarındakı tüklərini barmaqlarımla sığalladım. Yavaşca tüklərini dartdım. Bu onun fikrini yayındırdı və əlimi əlinə alıb nəvazişlə ovucumun içini öpdü. Ağrı möcüzəli şəkildə çəkilib getdi.

— Dünən gecə əlini ağrıdığını niyə mənə demədin?

— Hmmm dünən ağrını hiss etmirdim. Elə indi də hər şey yaxşıdır.

Baxışları yumşaldı, amma dodaqları səyirdi.

— Özünü necə hiss edirsən?

— Layiq olduğumdan da yaxşı.

— Möhkəm qadınsız, missis Qrey.

— Bunu unutmamağınız yaxşı olardı, mister Qrey.

— Ah, doğrudan? — Qəfil yuvarlanıb üstümə çıxdı, qollarımı başımın üstündə tutaraq bədənimi döşəyə sıxdı. — Sizinlə hər zaman mübarizəyə hazıram, missis Qrey. Yataqda sizi özümə tabe etmək — bax, budur mənim fantaziyam. — Deyərək boynumdan öpdü.

Nə?

— Elə bilirdim bunu həmişə edirsən. — Qulağımın sırğalığını öpəndə ah çəkdim.

— Amma mən bir az müqavimət istərdim, — mırıldanaraq burnunu yanağıma sürtdü.

Müqavimət? Səsimi kəsdim. O, dayanıb əllərimi buraxdı və dirsəkləri üstdə qalxdı.

— Səninlə savaşmağımı istəyirsən? Burada? — təəccübümü gizlətməyə çalışaraq pıçıltı ilə soruşdum. Yaxşı, şok olmuşdum. Başını tərpətdi, baxışları iti amma ehtiyatlı idi.

— İndi?

Çiyinlərini çəkdi və bu fikri beynində necə götür qoy etdiyini gördüm. Utancaq təbəssümü ilə güldü və başını tərpətdi.

Üstümdə uzanmışdı və gərgin idi və istəkdən alışıb yanan o yerimə toxunan artmaqda olan təzyiqini hiss etdim. Bu nə olacaq? Savaş? Mübarizə? Məni incidəcəkmi? Daxili ilahəm başını yırğaladı: heç vaxt. Özünün karateçi formasını alıb əl qolunu hazırladı. Klod görsəydi, razılığını bildirərdi.

— Yatağa qəzəbli girmək lazımdır deyəndə bunu nəzərdə tuturdun?

Başını yenə də tərpətdi, baxışları isə əvvəlki kimi ehtiyatlı idi.

Belə, Əlli Çalar boğuşmaq istəyirdi.

— Dodağını dişləmə, — xəbərdarlıq etdi.

Sözə baxanlar kimi dodağımı rahat buraxdım.

— Sizinlə müqayisədə əlverişsiz şəraitdəyəm, mister Qrey. — Gözlərimi döyüb provokativ şəkildə altında qurcalandım. Bu əyləncəli ola bilərdi.

— Əlverişsiz?

— Məni görmək istədiyiniz yerdə yaxalamısız, elə deyilmi?

— Ədalətli ifadədir, missis Qrey, — pıçıldayaraq cəld dodağımdan öpdü. Sonra ani bir hərəkətlə elə yuvarlandı ki, mən üstündə qaldım.

Əllərini qapıb ağrıyan ovucumun sızlamasına fikir vermədən başının altına gətirib sıxdım. Saçlarım dağılıb şabalıdı üzərimizi duvaq kimi örtürdü və başımı elə silkələdim ki, saçlarım üzünü qıdıqlasın. O, üzünü qaçırdı amma məni dayandırmağa cəhd göstərmədi.

— Demək ürəyin sərt oyun istəyir, hə? — qarnımı aşağısı ilə ona sürtündüm.

Kristian ağzını açıb dərin nəfəs aldı.

— Hə, — fısıldayınca onu buraxdım.

— Dayan. — əlimi çarpayının yanında Kristianın gətirdiyi su stəkanına uzatdım. Su soyuq və köpüklü idi, otaq üçün həddən artıq soyuq su idi. Maraqlıdır, Kristian dünən nə vaxt yatağa girmişdi?

Suyu qurtumlayırdım, Kristian isə baldırımda barmağı ilə kiçik dairələr cızırdı, dərimdə barmağından sonra iynəli izlər qalırdı, sonra çılpaq yanlarımdan yapışıb ətimi sıxdı.

Təsirli repertuarından bir hərəkət seçdim, əyilib soyuq suyu ağzına tökdüm və öpdüm. İçdi.

— Çox dadlıdır, missis Qrey. — zarafatcıl balaca oğlan təbəssümündə əridi.

Stəkanı çarpayının yanındakı tumbanın üstünə qoyub əllərini əvvəlki yerinə apardım.

— Demək mən istəksiz rolunu oynamalıyam? — gülə-gülə soruşdum.

— Hə.

— Məndən aktrisa çıxmaz.

Qımışdı.

— Çalış.

Əyilib üzünə məsum bir öpüş qondurdum.

— Yaxşı, çalışaram, — deyə pıçıldadım və dişlərimi çənəsinə sürtdüm, dodaqlarımın və dilimin altında tikanlı saqqalını hiss etdim.

Kristianın qırtlağında boğuq səs çıxdı, – son dərəcə seksual idi – və məni çarpayıda öz yanına atdı. Heyrətlə çığırtı atdım və budur, artıq üstümdəydi və əllərimi tutmağa çalışırdı. Əllərimi döşlərimə tərəf sıxıb var gücümlə onu itələyəndə o, dizi ilə ayaqlarımı aralamağa girişdi. Sinəsini itələməyə çalışıram, – aha, necə də ağırmış! Amma o, həmişə olduğu kimi dayanmaq bilmirdi. Xoşuna gəlirdi!

Biləklərimdən yapışmağa cəhd göstərdi və əllərimi qurtarmaq üçün etdiyim cəsarətli hərəkətlərimə baxmayaraq nəhayət, birini tuta bildi. Ağrıyan əlim əsir düşdü, ona görə də onu güzəştə getdim, digər əlimlə isə saçlarından yapışıb var gücümlə dartdım.

— A-a! — başını tez çəkib qurtardı və şəhvətlə yanan vəhşi gözləri ilə baxdı.

— Vəhşi, — deyə pıçıldadı, səsində şəhvətli bir heyranlıq var idi.

Pıçıltı ilə deyilmiş yeganə sözdən libidom püskürdü. Oynamağı bir kənara buraxıb əlimi qurtarmağa girişdim. Eyni anda ayaq topuqlarımı birləşdirib onu üstümdən atmağa çalışırdım. O həddən artıq ağır idi. Uf! Bu, elə yorucu amma elə seksual idi iki.

Kristian o biri əlimi də əsir aldı. İndi hər iki əllərimi sol əlində saxlayıb sağ əli isə tələsmədən, təhqiredici səviyyədə yavaş-yavaş bədənimin aşağısında səyahətə başladı, sığallaya-sığallaya arada döşümün giləsini əllədi, sonra da çimdiklədi.

Cavab yerinə inildədim, həzz qısa idi, qəfil və qaynar şəkildə döşümün ucundan qasığıma axdı. Kristianı üstümdən atmaq üçün növbəti uğursuz cəhdi etdim, amma o bütün bədəni ilə üstümdə idi.

Məni öpməyə cəhd edirdi, mənsə başımı yanlara qaçırırdım. Onun özbaşına əlləri dərhal maykamın ətəyindən çənəmə uzanıb məni yerimdə saxladı. Bir az əvvəl etdiyim kimi dişləri çənəmdə gəzdirdi.

— Hə, əzizim, savaş mənimlə, — deyə xırıldadı.

Onun amansız caynağından azad olmağa cəhd edərək dartınır və qıvrılırdım, amma xeyri yox idi. Dili ağzımın içinə soxulmağa çalışarkən alt dodağımı yüngülcə dişləyirdi. Və birdən ona daha müqavimət göstərmək istəmədiyimi başa düşdüm. Həmişə olduğu kimi onu istəyirdim. Müqaviməti dayandırıb öpüşünə öpüşlə cavab verdim.

Dişlərimi fırçalamadığım vecimə də deyildi. Hansısa oyun oynayacağımız da vecimə deyildi. Qaynar və güclü istək qanımda qaynayırdı və mən təslim oldum. Topuqlarımı aralayıb ona ayaqlarımla sarmaşdım və dabanlarımla tumanını çıxarmağa girişdim.

— Ana, — nəfəsi kəsilə-kəsilə deyib hər yerimdə öpməyə başladı. Və savaş artıq bitmişdi , yalnız əllər, dillər, sürətli və səbirsiz toxunuş və oxşamalar qalmışdı geriyə .

Məni yuxarı dartdı və əlinin cəld hərəkəti ilə maykamı çıxardı.

— Sən, — deyə pıçıldadım, çünki ağlıma gələn tək söz yalnız bu idi. Tumanının önünü dartıb aşağı çəkdim və ehtiraslanmış cinsiyyətini azadlığa çıxardım. Tutub sıxdım. Sərt və hamar idi. Kristian dərindən nəfəs alarkən dişlərini arasından fit səsi buraxdı, mənsə reaksiyasından həzz aldım.

— Lənət olsun, — mırıldandı. Geri çəkildi, məni azacıq qaldırıb çarpayıya qoydu — bütün bu vaxtda isə mən onun nəbz kimi vuran cinsiyyətini əlimdən buraxmırdım. Ucunda bir damcı maye görüb baş barmağımla üstündə diyirləndirdim. Məni çarpayıya endirəndə dadına baxmaq üçün baş barmağımı ağzıma soxdum, bunları edərkən əlləri budlarımda, qarnımda və döşlərimdə gəzinirdi.

— Dadlıdır? — gözləri od tutub yana-yana üstümdə dikəldi.

— Hə. Bax. — ağzına dürtdüyüm baş barmağımı əmdi, sonra da ehmallıca dişlədi. İnildəyərək öpmək üçün başını əyib özümə tərəf çəkdim. Ayaqlarımı belinə dolayıb barmaqlarımla tumanını bir az da aşağı çəkdim və bərk-bərk sıxdım. Dodaqları fasilələrlə qulağımın altında çənəmə doğru öpüş cığırı qoydu.

— Necə də gözəlsən. — Başını aşağı, boğazıma endirdim. — Nə gözəl dərin var. — Nəfəsi rəvan idi, dodaqları aşağıya, sağ döşümə sürüşdü.

Nə? Çaşqın-çaşqın ağır-ağır nəfəs alır və ehtirasdan yanırdım. Mən elə bilirdim hər şey tez olacaq.

— Kristian, — öz səsimdə cılız bir yalvarış hiss etdim və saçından dartdım.

— Sakit, — deyə pıçıldadı və dilini döşümün giləsində dolaşdırdı sonra sərt şəkildə ağzına soxub dartdı.

— A-a! — mən inildəyərək altında qıvrılsam da başdan çıxarma əməliyyatım öz bəhrəsini vermədi. Gülümsədi və bütün diqqətini sol döşümə yönəltdi.

— Səbirsizlənirsiz, missis Qrey? — Şirin ağrı sol giləmi deşdi. Saçlarını dartdım. İnildəyərək gözlərini qaldırdı. — Əl qolunu bağlayaram.

— İçimə gir, — deyə yalvardım.

— Hər şeyin öz vaxtı var. — dili döşümün uclarında oynayırdı, əlləri isə budlarıma sarı sürüşürdü. Yavaş, çox yavaş , dözülməz dərəcədə yavaş idi! Nəfəsim kəsilirdi və bütün mümkün üsulları işə salıb onu yenidən özümə tərəf çəkməyə çalışırdım. O isə qətiyyən tələsmir və ehtiraslı oyununu davam etdirməkdə idi.

Cəhənnəm olsun. Onu üstümdən kənara atmaq qərarına gəlib dartınaraq qıvrılmağa başladım.

— Xeyir ola…

Kristian əllərimi tutdu və qollarımı iki yana açaraq çarpayıya sıxdı və bədəninin ağırlığı ilə üstümə çöküb məni tamamilə ram elədi. Nəfəsim kəsilirdi.

— Müqavimət istəyirdin, — ağır nəfəs ala-ala dedim. — Qalxdı və əvvəlki kimi qollarımı bərk-bərk saxlayıb mənə baxdı. Topuqlarımı yanlarının altına yerləşdirib itələdim. Tərpənmədi. Ah!

— Yaxşılıqla istəmirsən, hə? — deyə təəccübləndi.

— Mən sadəcə mənimlə sevişməyini istəyirəm, Kristian.

Bu qədər gönü qalın olmaq olarmı? Gah dalaşır, boğuşuruq gah da o, nəzakətli və şəfqətli olurdu. Bu məni büsbütün çaşdırırdı. Yatağa “Mister Dəyişkən”-lə girmişdim.

— Xahiş eləyirəm. — Dabanlarımı yenə yancaqlarına sıxdı. Alışıb yanan boz gözlər mənimkilərə zillənmişdi. Nə fikirləşirdi? Baxışlarda çaşqınlıq sezilirdi. Əllərimi buraxdı və dizlərinin üstündə oturdu, məni isə dizlərinin üstünə çəkdi.

— Yaxşı, missis Qrey, istədiyiniz kimi olsun, — məni qaldırdı və üstündə otuzdurdu.

— Ah!

Budur, istədiyim budur! Ehtiyacım olan şey bu idi. Əllərimi boynuna dolayıb barmaqlarımı saçlarına keçirdim və içimdə olmasının həzzini yaşadım. Hərəkətə başladım. İnildəyərək ona öz tempimlə, öz sürətimlə yiyələnirdim. Yavaşca inildədi, dodaqları mənimkini tapdı və biz ikimiz də özümüzü şəhvətimizə həvalə etdik.

Barmaqlarımı Kristianın sinəsindəki qılların üstündə gəzdirirdim. Yanımda dinməz, tərpənməz uzanıb, sadəcə kürəyimə ehmallıca sığal çəkirdi. İkimiz də nəfəsimizi dərirdik.

— Səsin gəlmir, — deyə pıçıldadım və çiynindən öpdüm. Döndü və mənə baxmağa başladı. Üzü, adəti üzrə ifadəsiz idi. — Hər şey əla idi. Lənət olsun, yenə nəsə olmuşdu?

— Məni çaşdırdınız, missis Qrey.

— Səni çaşdırdım?

Üz-üzə gələ biləcəyimiz tərzdə döndü.

— Hə. Sən. Mənə yiyələnmişdin. Bu… fərqli bir şey idi…

— Fərqli yaxşı yoxsa fərqli pis? — Barmaqlarımı dodaqlarında gəzdirdim. Qaşlarını çatdı, sanki sualı tam başa düşmürdü. Dalğın bir şəkildə barmağımı öpdü.

— Dəyişik yaxşı, — elə də inamla cavab vermədi.

— Əvvəllər bu fantaziyadan istifadə etmişdin?

Verdiyim sualdan qızardım. Doğrudanmı ərimin məndən əvvəl olmuş rəngarəng kaleydoskopik seks həyatını bilmək istəyirdim?

Şüuraltım tısbağavari eynəyinin altından ehtiyatla mənə baxdı: “Doğrudan bilmək istəyirsən?”

— Yox, Anasteyşa. Axı mənə ancaq sən toxuna bilərsən — Bu, çox şeydən xəbər verən sadə açıqlama idi. Əlbəttə, digər on beş nəfər toxuna bilmirdi.

— Missis Robinson sənə toxunmuşdu, — özümü saxlaya bilməyib mırıldandım. Lənətə gəlsin, axı niyə onun adını çəkdim.

Donub qaldı. Gözləri “ilahi, yenə onun haqqında başladı” ifadəsi ilə bərəldi.

— O başqa idi, — pıçıldadı.

Birdən hər şeyi bilmək arzusu ilə doldum.

— Başqa yaxşı yoxsa başqa pis?

Mənə baxdı. Üzündə şübhə, bəlkə də ağrı göründü və bir anda o batan adama bənzədi.

— Məncə, pis, — səsi güclə eşidilirdi.

İlahi!

— Mən də elə bildirdim ki, o sənin xoşuna gəlirdi.

— Gəlirdi. O vaxtlar.

— Bəs indi?

Mənə uzun-uzadı baxdı, sonra da başını yavaşca yırğaladı.

Bu da belə.

— Ah, Kristian!

İçimə məni alt üst edən duyğular doldu. Mənim özünü itirmiş balam! Üstünə atılıb üzünü, boynunu, döşünü, kiçik yuvarlaq çapıqlarını öpdüm. İnildəyərək məni özünə çəkdi və şəhvətli öpüşlərlə cavablandırdı. Və çox yavaşca, şəfqətlə, özünə xas tempdə mənimlə yenidən sevişməyə başladı.

— Ana Tayson. Ağırçəkililərə qarşı döyüşür! — Səhər yeməyi üçün mətbəxə keçəndə İtan əl çaldı. Onlar Mia Keytlə bar masasının arxasında oturmuşdular, missis Bentley isə vafli bişirirdi. Kristian heç yerdə görünmürdü.

— Sabahınız xeyir, missis Qrey. — missis Bentli gülümsündü. — Səhər yeməyinə nə istəyirsiz?

— Sabahınız xeyir.. Bəs Kristian hardadır?

— Həyətdədir. — Keyt başı ilə arxa bağçanı göstərdi.

Bağçaya və oradan da dağlara açılan pəncərəyə yaxınlaşdım. Aydın, mavi səması olan bir gün idi və mənim yaraşıqlı ərim beş-altı metr aralıda bir kişi ilə söhbət edirdi.

— Mister Bentli ilə danışır! — Mia masanın arxasından uca səslə dilləndi .

Səsindən diksinərək çevrilib Miaya baxdım. Qəzəbli-qəzəbli İtana baxırdı. Yenə başlamışdılar. Aralarında nə baş verdiyini yenə də öz-özümə soruşdum. Qaşımı çatıb nəzərlərimi yenə ərimə və mister Bentliyə çevirdim.

Missis Bentlinin əri açıq rəngli saçları, qara gözləri olan şumal bir adam idi, əyninə iş şalvarı və üstünə “Aspen Fire Department” yazılan mayka geyinmişdi. Kristianın əynində isə qara cins şalvar və futbolka idi. Birlikdə evin yanındakı gölməçəyə tərəf getdilər. Kristian yöndəmsiz şəkildə əyilərək küləyin gətirdiyi bambuk qamışına oxşayan odunu yerdən götürdü. Dayandı, əlindəkini incələyirmiş kimi diqqətlə baxdı və sonra da var gücü ilə havaya tulladı.

Mister Bentli onun hərəkətində qəribə heç nə görmürdü. Söhbətlərini davam etdirib yenə dayandılar və Kristian az öncəki hərəkətini təkrarladı. Qamışın ucu yerə dəydi. Gözünü qaldırdı və məni pəncərədə gördü. Birdən özü