Az yeyib, çox su içirsiniz – amma arıqlamırsınız? Bəlkə də sizə sadəcə elə gəlir ki, siz hər şeyi düz edirsiniz?

Niyə artıq çəki aradan qalxmır? – sualı bir çoxları üçün olduqca aktualdır. İlk baxışdan sizə elə gəlir ki, az yemək qəbul edirsiniz, daimi idman zallarına gedirsiniz, ancaq əvvəlki bədən quruluşunuz heç cür dəyişmir. Bu gün bu mövzuda mutrisiolaqların fikirlərini diqqətinizə çatdırmaq istərdik: bütün bunlar nəyə görə baş verir və qarşısını almaq üçün nələr etməliyik?

Yuxunun keyfiyyətsiz olması

Əgər insan olduqca pis və narahat yatarsa, müəyyən vaxtdan sonra harmonal disbalans başlaya bilər. Bu hal adətən yenicə ana olmuş və uşaq əmizdirən analarda rast gəlinməkdədir. Uşaq gecə saatlarında tez-tez acdığından, ana yuxunun dərin fazasını yaşaya bilmir və nəticədə yağ yandırılmasında önəmli rol oynayan melatonin, doyumluqluq hissinə cavabdeh olan qrelin və leptin kimi harmonal maddələrlə təmin oluna bilmir. Nəticədə nəzarətdə saxlanılması mümkün olmayan daimi aclıq hissi və yorğunluq halı müşahidə olunur.

Bu halda yalnız bir çıxış yolu mövcutdur – yuxu və istirahət zamanını bərpa etmək gərəklidir.

Balanslaşdırılmamış qidalanma

Ola bilsin ki, çəki qidalanmanı məhdudlaşdırdıqdan sonra azalmağa doğru gedir. Ancaq bir çox hallarda ideal bədən quruluşu arxasınca qaçmaqla insanlar qeyri-sağlam pəhrizlərə müraciət edirlər. Nəticədə bir müddət sonra gərəkli mikro və makro elementlərin çatışmamazlığı müşahidə olunur. Misal olaraq, D vitamininin çatışmamazlığı zamanı bədənin yağ yandırmağı zəifləyər və ya ümumiyyətlə dayanar.

Bu halda qidalanma zamanı yeməklər hesaba alınarkən yaş, boy, çəki, yandırılacaq kalori dəyəri, qəbul ediləcək enerji dəyəri mütləq nəzərə alınmalıdır.

Harmonal pozuntu

“Bir yerdə dayanmış” çəki artıq ciddi harmonal pozuntuların olmasına işarə ola bilər. Bu halda insulin, hemoqlabin, qaraciyər fermentləri, leptin göstəriciləri haqda analizlər verilməlidir. Bu qarşıda ola biləcək endokrin pozuntuların qarşısını ala bilər.

İlk öncə nələr yoxlanılmalıdır?

Əgər siz hər şeyin düzgün etdiyinizi düşünürsünüzsə, buna baxmayaraq, çəki yenə də azalmırsa ilk öncə sirkal ritmin parametirlərinə nəzər salın. Günün hansı saatlarında yatdığınızı və oyandığınızı nəzatdə saxlayın. Gecə saatlarında tez-tez oyanıb-oyanmadığınızı qeyd edin. Harmonal balans rejimini bərpa etmək üçün ekspertlər axşam saat 22:00-23:00 arası yatmağı, 7:00-dan gec olmamaq şərti ilə günə başlamağı məsləhət görürlər.

Daha sonra qidalanma rejiminə diqqət yetirilməlidir. Atışdırmalardan imtina edin, gün ərzində balanslaşdırılmış formada üç dəfə yemək qəbuluna çalışın.

Lakin, bütün bunlardan sonra da, çəkiniz azalmırsa, tibbi müayinələrdən keçin. Problemlər daha ciddi və müalicə tələb edən kənarlaşmalardan ibarət ola bilər.

Arıqlamaq üçün kəmər: işə yarıyır ya pul itkisidir?, Mən arıqlayıram: tarixin dietoloqları və pəhrizləri

Fikirlərinizi bildirin.