Ayrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları

678
Ayrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları

Ayrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları. Ayrılıq zamanı əqrəblər, qoçlar və xərçənglərlə davasız sonluq mümkün deyil? Həqiqətənmi şirlər və oxatanlar köhnə sevgililərinə qarşı tez soyuyurlar? Bu gün sizinlə birlikdə bütün ayrılıq formalarına və rəftarlara nəzər salacağıq. Yaranmış vəziyyətdən çıxış yollarını dəyərləndirəcəyik.

Bəzilərinə ayrılıqdan sonra təkliyə çəkilib ağlamaq üçün bir neçə gün gərəkli olur, bəziləri isə özlərini qəfəsdən buraxılmış quş tək azad hiss edirlər. Münasibətlərin sonu nadir hallarda rahat qəbul olunur. Hər bir bürc nümayəndəsinin özünə uyğun formada qəm-kədərdə boğulmaq üsulları vardır. Bu hallar heçdə ətraf tərəfindən eyni formada qəbul olunmur. Lakin, adəti üzrə ümumi həyat axınına və sevgiyə olan yanaşmanı müəyyən edir.

Qoçlar
Sürətlə yeni münasibətlərə keçid ala bilirlər

Ayrılıqla bağlı üzüntüləri qoçlar olduqca sürətli formada yeni tanışlıqlarla unuda bilirlər. Bürcün nümayəndələri diqqətlə potensial partnyorları nəzərdən keçirir, idealı axtarmağa çalışırlar. Xırda, önəmsiz epizodlara fikir vermirlər. Əsasən intelektual ehtiyyaclarını ödəyə bilən insanlara maraq göstərirlər. Buna baxmayaraq, qoçlar “qapını açıq saxlaya” bilirlər. Keçmiş sevgililərinə qarşı daha çox dostcasına davranırlar. Lakin, əgər ayrılıq zamanı partnyor onların eqosuna toxunmuşsa, eyni zamanda hislər hələ tam soyumayıbsa, bu halda qoçların qaranlıq tərəfləri görünə bilir. Bu hal özünü ictimai yerlərdə dramatik hallar yaratmaqla və ya normadan artıq soyuqqanlılıqla, fikirlərini açıq bildirməməklə biruzə verə bilər.

Buğalar
Dostlaşmağa çalışır

Praktik və emosyanal baxımdan adekvat buğa əsl diplomatdır. O bütün münasibətləri ədalətli, sakit və dostcasına bitirməyə üstünlük verir. Məsələ eks-partnyora qarşı hislərinin qalması və ya kədərlənməsi ilə bağlı deyil. Sadəcə buğalar ayrlığı bu yolla zamanla icra etməyi planlayırlar. Bürc nümayəndələri sona qədər hislərini gizlədər və necə əzab çəkdiklərini biruzə verməməyə çalışarlar.

Əkizlər
Analiz edərək qeydlər aparırlar

Əkizlər müəyyən mənada xamelyondurlar. Onlar uzun müddət qərarsız qala bilərlər. Bəzən isə pis və ya yaxşı tərəfləri şişirdə bilirlər. Keçmiş münasibətlərini öz xarakterlərini analiz etməklə qiymətləndirib bundan dərs çıxarmağa çalışarlar. Onlar bəzən nəticələri ilə bağlı da keçmiş sevgililəri ilə bölüşürlər. Bəzi tərəzilər fikirlərini rahat çatdıra bilmirlər. Yazışmalara və ya sms-lərə üstünlük verirlər. Öz fəlsəfi görkəmlərindən irəli gələrək özlərini inkişaf etdirməyə və həyatlarında bir daha səhfə yol verməməyə çalışırlar.

Xərçənglər
Dramatikləşdirməyə meyillidirlər

Xərçəngin əvvəlki partnyoru münasibətlərin çoxdan bitdiyini zənn edə bilər. Lakin, xərçənglər özləri soyumayana qədər hər şeyin bitdiyini qəbul etməzlər. Müəyyən şeylərdən iki əlli yapışaraq bəhanələr axtarmağa çalışarlar. İstənilən vəziyyətdə özlərini zərərçəkmiş qismində təqdim etməyi sevirlər. Emosyaları haqqında açıq danışar, sosial şəbəkələrdə narahatlıqlarını paylaşar, tənhalıqlarını şəkillərlə ifadə etməyə başlayarlar. Özünü yalnız göstərməyə çalışan xərçənglər tez zamanda ətrafına dəstək qrupu yığa bilirlər. Şəxsi resurslarını toplamaq və qarşı tərəfi tam rahat buraxmaq üçün özləri ayrılığı bütün mahiyyəti ilə qəbul etməlidirlər.

Şirlər
“Ya hər şey, ya heçnə” prinsipi ilə yaşayırlar

Bürcün nümayəndələri daxili alova və güclü ehtirasa sahibdirlər. Münasibətdə olduqları zaman partnyoru sevgi və diqqətlə əhatə etməyə çalışırlar. Şirlər sevgidə özlərini tez tapar, sevdikləri insana hər şeyi verməyə hazır olurlar. Lakin, bütün bunlar yarandığı kimi tez zamanda da yox ola bilər. Ayrılığın səbəbi çox vaxt ehtiraslı sevginin qarşılığını həmin an ala bilməmələri olur. Yetərincə sevilmədiklərini düşünüb geri çəkilə bilirlər. Bəzən isə hər bir kəsin sevgini özünə uyğun tərzdə tərənnüm edə biləcəyini anlayıb yollarına davam edə bilirlər.

Qızlar
Yaşananları götür-qoy edirlər

Ayrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları 2

 

Qızlar dəqiq olaraq münasibətlərdə nəyin düzgün getmədiyini anlamalıdırlar. Onlar bütün yanlışlıqları inkişafın start nöqtəsi kimi görür və hislərini gücləndirməyə çalışırlar. Adi söhbət zamanı belə intelektual depatları sevdikləri anlaşılır. Partnyor seçimində diqqətcildirlər. Bu səbəbdən də, itkiləri onlar üçün böyük zərbə ola bilər. Xoş olmayan tərəfləri isə çox vaxt ürəklərini arxa plana qoymaları, hər şeyi düşünərək həll etməyə çalışmaqlarıdır.

Tərəzilər
Ədalət axtarırlar

Ayrılıq zamanı bürc nümayəndələrinin reaksiyaları 3

Tarazlıq və ədalət – bu bürcün nümayəndələrinin münasibətlərində əsas xarakterik cəhətlərdir. Onlar üçün harmonya çox önəmlidir. Bütün sonluqlara özləri nöqtə qoyarlar. Keçmiş sevgililərinin onlara qarşı acıqlı və incik olmadıqlarına əmin olmaq istəyirlər. Bu yolla gələcəkdə problemlə üzləşməməyə çalışırlar. Bir çox hallarda sonluq dostcasına ayrılıqla bitir. Lakin, əgər keçmiş partnyor yenidən tərəzilərə qayıtmaq istərsə, hər zaman xatırlamalara hazır olmalıdır. Ədalətə meyilli olduqlarından vaxtlarının əbəs yerə xərclənməyini sevməzlər. Bəzən rahatlanaraq hər şeyi olduğu kimi qəbul etməyi bacarmazlar.

Əqrəb
Qisas və kədər

Ərqəbin sevgisi olduqca güclüdür. Lakin, onun qisası da eyni şəkildə qorxuludur. Bürcün nümayəndələri uzun müddət özlərini gizli və qapalı gööstərə bilərlər. Zamanla səmimilik göstərib zəif tərəflərini biruzə verdirirlər. Lakin, münasibətlərin sonluğunda məhs bu səmimiyyət onları qorxuzur. Partnyorun onlara qarşı düzgün rəftar etmədiyini düşünərlərsə, qisas almayana qədər sakitləşməzlər. Ayrılıq sakit formada baş verərsə ərqəblər eks-partnyoru iynələməz, birlikdə yaşadıqlarını xatirə kimi qorumağa başlayarlar.

Oxatanlar
Azadlıqdan həzz alarlar

Demək olar ki, bürclər arasında bu mövzuda ən uğurlu bürc hesab edilir. Onun pozitiv yanaşması, azad ruhu digər insanlara baxanda ayrılığı daha rahat yaşamağa imkan yaradır. Özünü bir çox hallardan qəfəsdən can qurtarmış quş kimi hiss edə bilirlər. Onlar ayrılıq zamanı tez uzaqlaşsalarda, sonradan bu haqda nadir hallarda düşünürlər. Bu haqda danışdıqda belə, yalnız poztiv tərəfləri yada salarlar. Lakin, azadlığı sevən oxatanlar bəzən yorulmadan və arxalarına dönmədən qaça bilərlər. İllər sonra isə ümumiyyətlə tək qaldıqlarını anlayarlar. Bu səbəbdən də, zamanında dayanmağı bacarmalıdırlar.

Oğlaqlar
Tez soyuyurlar

Oğlaqlar münasibətlərdə sədaqətlə seçilirlər. Çox seçicidirlər. Buna görə də uzun müddət seçdikləri tərəfdaşla birlikdə olmaq niyyətinin baş tutmaması fikri ilə barışa bilmirlər. Təəssüfki, mənfi tərəfləri sevgilərinin və sevgililərinin ideallaşdırmaq cəhtidir. Ayrıldıqda isə, qarşı tərəfə yalançı kimi baxmalı olurlar. Bu səbəbdən də, oğlaqlar nadir hallarda eks-partnyorlarını izləyərlər. Onlarla dostluqdan başqa, ümumiyyətlə ünsiyyətdən də qaçarlar. Həvəsdən soyuqluğa keçid dövrü çoxlarına qəribə görünə bilər.

Dolçalar
Hislərini daxilində saxlayırlar

Ayrılıq zamanı hansı hisləri yaşamasından aslı olmayaraq yaşananları kənardakı insanlara hiss etdirməz. Həqiqətdə narahatlıq, üzüntü keçirsədə və ya əksinə azadlığın həzzini yaşasada kənardan olduqca sakit görünməyə davam edərlər. Bir çox hallarda ayrılıq onlara sevdikləri işə zaman ayırmağa imkan yaradar. Bu səbəbdən də, özlərini məmnun hiss edərlər.

Balıqlar
Keçmişə bağlı olarlar

Balıqlar xəyalpərəstdirlər. Bəzən keçmişi romantikləşdirməyə meyllidirlər. Çox vaxt bütün pis şeyləri tez unudurlar. Buna görə də, onlar problemlərin nə vaxt yarandığını analiz edə və hətta tamamilə uyğun olmayan bir partnyorla yenidən başlamağa razılaşarlar. Bəzən keçmişin romantikləşməsi evlərinin keçmiş sevgililərinin fotoşəkillərlə dolu olmasına gətirib çıxarır. Dost qalmaqları yaxşı hal deyil. Eyni insanla yenidən münasibət qurmaq həvəsləri oyana bilər. Ehtiyyatlı olmalıdırlar, özlərini ön sıralara qoymağı bacarmalıdırlar.

Bütün bürclər üçün pəhrizlər. Nələri yemək olmaz?Bu bürc nümayəndələrini aldatmaq mümkün deyil

Fikirlərinizi bildirin.