Avtoritar valideynlərlə avtoritet valideynlər arasında fərq nədir?

334
Avtoritar valideynlərlə avtoritet valideynlər arasında fərq nədir

Avtoritar valideynlərlə avtoritet valideynlər arasında fərq nədir? Uşaq psixoloqu Francine Seltzer cavablandırır.

Uşaq psixoloqu Francine Seltzer CNBC-yə (avtoritet) nüfuzlu valideynlik tərzinin faydaları haqqında danışdı. Ekspertlərin fikrincə, buna əməl edən valideynlər övladlarından çox şey gözləyirlər. Lakin, (avtoritar valideynlərdən fərqli olaraq) onlar, özlərindən də daha çox şey gözləyirlər.

Avtoritet valideynlər uşaqlarına dəstək olurlar və tez-tez onların ehtiyaclarını ödəməyə can atırlar. Onlar uşaqlara dəyərləri, qərarları birbaşa, dürüst müzakirə ilə əsaslandırmaq bacarığını öyrədirlər. Eyni zamanda, avtoritar valideynlər kimi, onlar sərhədlər qoyur və standartları müəyyənləşdirirlər, lakin avtoritet valideynlər daha qayğıkeşdirlər.

Avtoritet valideynlərin vacib xüsusiyyətləri:
  • Onlar uşaqların emosional ehtiyaclarını nəzərə alır və yüksək standartları qoruyub-saxlamağa çalışırlar.
  • Uşaqlarla mütəmadi ünsiyyət qurub, fikir və mülahizələrini izləyirlər.
  • Uşaqların hərəkətlərinin xoşagəlməz nəticələrinə bəzən göz yumsalar da, bunu birlikdə öyrənmək və dərk etmək üçün bir şans kimi istifadə edirlər.
  • Müstəqilliyi və izah etmək bacarığını təşviq edirlər.
  • Uşaqların tərəqqi və inkişafında yüksək iştirak edirlər.
Üstünlüklər

Avtoritet valideynlər başqalarından daha çox özünə güvənən, akademik uğur qazana bilən, daha yaxşı ünsiyyət quran və problemləri həll edə bilən uşaqlar yetişdirirlər. Bu valideynlər uşaqları çətin vəziyyətlərdən çıxarmaq əvəzinə, uşaqlara səhv etməyə imkan verirlər. Bu, uşaqlara dəstək olunacağını bilərək öyrənməyə imkan verir.

İcazə verən valideynlər münaqişələrdə həmişə uşağın tərəfini tuturlar. Uşaq sanki “qalib”, böyüklər isə “uduzur”. Ancaq bu, gələcəkdə uşaqların özlərinə daha çox bağlanmasına, özlərini idarə etmələrinin çətinləşməsinə səbəb olur.

Avtoritar valideynlərin meylli olduğu daimi cəza üsulları zərərlidir, çünki uşağa həqiqətən faydalı bir şey öyrətmir. Çox vaxt uşaq yalnız gücün qalib gəldiyi məlumatları öyrənir – dürüst və ya yanlış olmasından aslı olmayaraq.

Yaranmış vəziyyət: 10 yaşlı uşağınız futbol məşqini qaçırmaq, getməmək üçün yalvarır: “Mən bunu etmək istəmirəm, çünki bu işdə yaxşı olduğumu düşünmürəm”. dörd fərqli valideynlik tərzi nümayiş etdirən valideynlər nə edirlər:
  • İcazə verən: “Yaxşı, necə istəyirsən, elə et”.
  • Rədd edən: “Necə məsləhətdir… bu sənin həyatındır”.
  • Avtoritar: “Etməlisən. Mən daha bu haqda səndən nəsə eşitmək istəmirəm”.
  • Avtoritet: “Başa düşürəm ki, getmək istəmirsən. Ancaq bəzən bir şey etmək istəməmə ilə mübarizə nələrəsə kömək edə bilər!”

Nəticə: avtoritet valideyn sərhədlər qoysa da, uşaqdan məsuliyyətli davranış gözləsə də, o, sözünün qarşılığında təslim olmağı tələb etmir, nə etmək lazım olduğunu və nə üçün lazım olduğunu izah etməyə çalışır. Bu, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir.

Bununla belə, ekspertlər qeyd edirlər ki, avtoritet valideynlik həmişə müsbət nəticələrə zəmanət vermir: belə valideynlər yalnız cəzaya diqqət yetirməməlidirlər; uşaqları dinləmək, dəstəkləmək, suallar vermək və öz qərarlarını vermək imkanını təmin edilməlidirlər.

Ulduzların valideyinləri – uşaqlarının intim səhnələrə çəkilməsinə reaksiyalarıEvliliyi xilas etməyin bu hallarda mənası olmur

Əvvəlki məqaləBuğa ♥ Buğa
Növbəti məqaləİmplantlar ereksiya problemlərinə necə kömək edir və onlara kimə lazımdır?

Fikirlərinizi bildirin.