Avtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi). İstənilən nəqliyyat vasitəsi öz şəxsi idendifikasiya nömrəsinə (VIN nömrə) malikdir. 17 işarədən ibarət olur.

Sürücülər bu nömrə ilə adətən sığorta şirkətləri ilə birlikdə iş prosesi zamanı tanış olurlar. Eyni zamanda avtomobil qeydiyyata alındığı zaman da nömrə uçota salınır. Lakin, bir çoxlarımız VIN nömrənin nə üçün lazım olduğu barədə düşünmürük. Əslində isə bu işarələr sayəsində maşın haqqında hər şeyi örgənmək mümkündür.

VIN nömrə bir növ avtomobilin pasportudur. Olduqca önəmli informasiyanı özündə birləşdirməkdədir. İşarələri tam olaraq oxuya və mənasını anlamış olarsaq onun harda, kim tərəfindən və hansı tarixdə istehsal olunduğunu bilərik. Eyni zamanda avtomobilin qəzaya düşüb-düşümədiyi, oğurluq siyahısında olması, müxtəlif dövlət orqanlarında və şirkətdə zamin formasında uçota salındığını, nə zamansa yanmasını və ya suda batmasını bilmək mümkündür. Qaçırılmış avtomobilin alqı-satqısı zamanı sözü gedən informasiya olduqca gərəkli olar və sizi risklərdən qoruyar.

VIN nömrə hardadır və onu necə tapmalı?

Bir çox hallarda avtomobilin idendifikasiya nömrəsi aşağıdakı yerlərdə qeyd edilir:

  • Sol tərəfin yuxarısında – cihaz ponelinin yanında, ön şüşənin altında. Bu halda VIN nömrəni yalnız avtomobilə bayırdan baxış zamanı görmək mümkündür.
  • Sürücü oturacağının yanında , arkanın alt hissəsində. Nömrə yalnız sürücünün qapsı açıq olduğu halda görünə bilər.
  • Sürücünün oturacağının altında. VIN nömrəyə baxmaq üçün sürücü oturacağını arxaya çəkmək və ayaqaltını qaldırmaq gərəklidir.
  • Kapotun altında. Bu halda VIN nömrə xüsusi etiket lövhəciyinə döymə üsulu ilə qeyd edilmişdir. Lövhə baxış üçün rahat yerdə yerləşdirilmişdir.

VIN nömrənin açılışı

VIN nömrənin müəyyənləşməsi prinsiplərini müəyyə etmək üçün vahid beynəlxalq normativ sənədlər toplusu mövcut deyildir. İstənilən istehsalçı özü müəyyən etdiyi şəkildə nömrələməni həyata keçirə bilər. Lakin, nömrələr heç bir halda təkrarlana bilməz. Nəqliyyat vasitəsi yalnız bir VIN nömrəyə sahib olmalıdır.

Nömrənin müxtəlif hissələrə bölgüsü mövcutdur. Müxtəlif sinvolları özündə cəmləyir – 0-dan 9-a qədər rəqəmlərdən və latın həriflərindən. Lakin, həriflər arasında I, O, Q hərifləri ola bilməz. Onları dəyişdirmək olduqca asan görünür. Eyni zamanda nömrənləmə zamanı ara məsafələrdən istifadə edilə bilər. İşarələr bir-birilərindən fərqlənməlidirlər.

Avtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi) 2

VIN nömrə 3 bölmədən ibarətdir.

Birinci bölmə – Ümumdünya istehsalçı indeksi (WMI — World Manufacturers Identification). Burda yalnız üç işarə mövcutdur. Onlar nəqliyyat vasitəsini istehsal edən şirkəti , geoqrafik ərazini, mövcud olduğu ölkəni müəyyənləşdirir. Əgər il ərzində 500 ədəd istehsal olunursa, üçüncü WMI işarəsində doqquz rəqəmi qoyulur. Avtozavod özü WMI müəyyənləşdirə bilməz. Geoqrafik ərazini və ölkəni nəzərə alaraq aidiatı beynəlxalq agentlik tərəfindən bu işarələr müəyyən edilir.

Birinci bölmə, birinci işarə – istesalçı ölkə mənasına gəlir (1, 4, 5 – ABŞ, 2 – Kanada, 3 – Meksika, 9 – Brazilya, J – Yaponiya, K – Koreya, S – İngiltərə, V – İspaniya, W – Almaniya, Y – İsveçrə, Z – Brazilya, İtaliya, X – MDB).

Birinci bölmə, ikinci işarə – istehsalçı şirkətin adı (misal olaraq: 1 – Chevrolet; 2 və ya 5 – Pontiac; 3 – Oldsmobile; 4 – Buick; 6 – Cadillac; 7 – GM Canada; 8 – Saturn; A – Audi, Jaguar, Land Rover; B – BMW; U – BMW (США); D – Mercedes Benz; J – Mercedes Benz (USA); F – Ford, Ferrari, Fiat, Subaru; H – Honda; M – Mitsubishi, Skoda, Hyundai; N – Nissan, Infiniti; O – Opel; S – Isuzu, Suzuki; T – Toyota, Lexus; V- Volvo, Volkswagen).

Birinci bölmə, üçüncü işarə – avtomobilin tipi (yük, sərnişin və s.)

İkinci bölmə – VIN nömrə burada izahedici forma daşıyır (VDS — Vehicle Description Section ). 6 işarədən ibarətdir. İşarələr nəqliyyat vasitəsinin xarakteristikasını izah edir (model, mühərrikin tipi, kabina, kuzov, tormoz sistemi və s.)İstehsalçı informasiyanın necə qeyd ediləcəyini və hansı ardıcıllıqla yazılacağını özü müəyyən edir.

Əgər xarakteristika tam qeyd edilməyibsə, boş hisələrə simvollar qoyula bilər.

Üçüncü bölmə – VIN nömrə idendifikasiya və ya fərqləndirici məna daşıyır (VIS — Vehicle Identification Section). O özlüyündə avtomobilin komplektasiya məlumatlarını cəmləyir və 10-17 işarələrindən ibarətdir.

10-cu işarə modelin istehsal ilidir, missal olaraq: Y-2000, 1-2001, 2-2002, 3-2003, 4-2004, 5-2005, 6-2006, 7-2007, 8-2008, 9-2009, A-2010, B-2011, C-2012, D-2013, E-2014, F-2015 və s.

11-ci işarə nəqliyyat vasitəsinin yığıldığı zavodun məlumatlarıdır.

12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı və 17-ci işarələr yığılma konveynirinin ardıcılığı məlumatları və istehsal ardıcıllığı qeyd olunur. Son 5 işarə Avropa və ABŞ-dafərqləndirilir. Beləki, Avropada bu işarələr həriflər və rəqəmlər ola bilər, ABŞ-da isə yalnız rəqəmlərlə qeyd edilməlidir.

Hal-hazırda internetdə VIN kodun müəyyənləşdiilməsi üçün xeyli sayda resurslar mövcutdur. Eyni zamanda bunun üçün ixtisaslaşmış şirkətlərə də müraciət edə bilərsiniz.

6 təkərli 16 avtomobilİngilis dilində avtomobil terminləri

Fikirlərinizi bildirin.