Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

224
Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr. Avtomobillərin cihazlar lövhəsində çoxsayda müxtəlif işarələr yerləşdirilir. Bu işarələr avtomobilin sistem, mexanizm, aqreqat, hissə və bəzi avtonom qurğularının işə salınması və ya onlarda nasazlığın yaranması və ya onların işləməməsi barədə məlumatları, habelə müxtəlif xarakterli informasiyanı sürücüyə bildirmək üçündür. Müasir avtomobillərdə tətbiq edilən belə işarələrin sayı daha çoxdur.

Sürücülük vəsiqəsinin alınması üçün keçirilən imtahanlarda sözügedən işarələr (simvollar) barədə suallar düşmədiyindən, sürücülüyə hazırlaşanların əksəriyyəti bu işarələri öyrənməyə meyilli olmur və onları öyrənməyə sərf olunan vaxtı isə vaxt itkisi kimi hesab edirlər. Lakin belə sürücülər avtomabilə sahib olduqdan sonra cihazlar lövhəsində yanan işarələrin nə barədə məlumat verdiyini bilmirlər. Cihazlar lövhəsində qəfildən yanan işarəni birinci dəfə görən sürücü nə etməlidir? O, bilmədiyini kimdənsə soruşmağa ya çəkinir, ya da soruşulanların əksəriyyəti bunu bilmir. Bu təhlükəlidirmi? Hərəkəti davam etdirmək olarmı? Bəlkə, texniki yardım çağrılmalıdır? Yaranmış çıxılmaz vəziyyət sürücünü narahat edir.

Biz, topmister.org saytı olaraq belə bir problemi aradan qaldırmağa qərar verdik və müxtəlif müasir avtomobillərin cihazlar lövhəsində geniş tətbiq edilən 64 işarəni (simvolu) vahid infoqrafikada cəmləşdirdik. Siz bu işarələri öyrənməklə sükan arxasında özünüzü daha inamlı hiss edə, habelə sözügüdən işarələr barədə məlumatlara ehtiyyacı olanlara kömək etməklə nəzəri biliklərinizin üstünlüyünü nümayiş etdirə bilərsiniz.

Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

Beləliklə, çalışın yadda saxlayın.

1 – Duman faraları

2 – Sükan idarəsi gücləndiricisinin nasazlığı

3 – Arxa duman fənərləri

4 – Şüşəyuyanların maye qabında az mayenin qalması

5 – Tormoz üzlüklərinin yeyilməsi

6 – Kruiz-kontrol qoşulmuşdur

7 – Dönmə göstəricisi siqnalının qoşulması

8 – İşıq və yağış datçiki (vericisi)

9 – Qəş rejimi

10 – İnformasiya mesajı göstəricisi

11 – Qızdırıcı şamın iş indikasiyası

12 – Şaxta

13 – Kontaktsız aşkarlanma indikasiyası

14 – Açar aşkarlanmayıb

15 – Açarın batareyası dəyişdirilməlidir

16 – Təhlükəli ara məsafəsi

17 – İlişmə muftasının pedalını sıxın

18 – Tormoz pedalını sıxın

19 – Sükan kolonkasının bloklanması

20 – Faraların uzaq işıqları

21 – Şinlərdə təzyiqin azalması

22 – Xarici ışıqlandırma qoşulmuşdur

23 – Xarici işıqlandırma nasazdır

24 – Stop-siqnallar işləmir

25 – Qurum süzgəcinin xəbərdarlıq siqnalı

26 – Qoşqu qurğusunun xəbərdarlıq siqnalı

27 – Pnevmatik asqının xəbərdarlıq siqnalı

28 – Hərəkət zolağının dəyişdirilməsi

29 – Katalizatorun qızması

30 – Təhlükəsizlik kəməri bağlanmayıb

31 – Duracaq tormoz sistemi aktivləşdirilib

32 – Akkumulyator nasazdır

33 – Parklanmaya kömək sistemi

34 – Texniki xidmət tələb olunur

35 – Adaptiv faralar

36 – Faraların avtomatik dönməsində nasazlıq

37 – Arxa spoylerin nasazlığı

38 – Kabrialetdə örtüyün nasazlığı

39 – Təhlükəsizlik yastıqları üzrə problem

40 – Duracaq tormoz sisteminin nasazlığı

41 – Yanacaq süzgəcində su var

42 – Təhlükəsizlik yasdığı deaktivdir

43 – Nasazlıq

44 – Faraların yaxın işıqları

45 – Hava süzgəci çirklənib

46 – Yanacağa qənaət rejimi

47 – Enişdə (dağdan) enməyə kömək sistemi

48 – Temperaturun artması

49 – ABS nasazdır

50 – Yancaq süzgəcinin nasazlığı

51 – Qapı açıqdır

52 – Kapot açıqdır

53 – Yanacaq azdır

54 – Avtomatik ötürmələr qutusunun nasazlığı

55 – Sürətin avtomatik tənzimlənməsi

56 – Asqının amortizatoru

57 – Yağın təzyiqinin aşağı düşməsi

58 – Qabaq şüşənin qızdırılması

59 – Yük yerinin qapısı açıqdır

60 – Stabilizasiya sistemi ayrılmışdır

61 – Yağış datçiki

62 – Mühərrikdə nasazlıq

63 – Arxa şüşənin qızdırılması

64 – Qabaq şüşənin avtomatik təmizlənməsi

Online sürücülük imtahan testləri 59 (şərhlərlə) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 58 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləÜz təmizlənməsi üçün 18 maska resepti
Növbəti məqaləDavid Duchovny həyat qanunları

Fikirlərinizi bildirin.