Avtomobil haqqında 9 mənasız fakt. Avtomobil sahəsi artıq xeyli müddətdir mövcutdur və bu müddət ərzində xeyli yeni kəşflər və maraqlı faktlarla zənginləşə bilmişdir. Bu gün həmin faktlar arasından ən mənasız hesab ediləcək doqquzluğu sizə təqdim etmək istərdik.

Kerroll Shelby tez-tez avto yürüşlər zamanı (sürərkən) sinəsindəki ağrılara görə nitroqliserin içirdi.

Avtomobil haqqında 9 mənasız fakt

Fermer ailəsində anadan olan Kerroll Shelby sonradan Shelby Motorsun yaradıcısı olur. Zamanında bir neçə məşhur avtomobil yarada bilmişdir. Bu siyahıda Mustang və Shelbyni misal göstərmək olar.

Uşaq vaxtlarında artıq Shelby ürək xəstəliyinin olduğunu anlamışdır. Pilot hər zaman partlama təhlükəsi olan qleserin həblərindən ürək ağrısını azaltmaq üçün istifadə edirdi.

Bently Mulsanın salon işləmələri üçün 14 inəyin dərisindən istifadə edilmişdir.

Avtomobil haqqında 9 mənasız fakt

Əgər heyvansevərlər təşkilatındansınızsa nəzamansa Bently Mulsan modelinin alışından çəkinməli olacaqsınız. Avtomobilin salonu tamamilə dəri ilə örtülmüşdür. Bu avtomobilin salonunun hazırlanmısı üçün 14 heyvan qurban verilməlidir.

Bently şirkəti yalnız şimali Avropadan olan inəklərin dərisindən istifadə edilir. Səbəb isə həmin ərazilərdə milçəklərin olmamasıdır. Beləki, milçəklər dəri üzərində ləkə izləri qoymur.

ABŞ prezidenti Lindon Jonsonun amfinarı vardı. O sürüş əsnasında bir başa gölə girərək qonaqlarını qorxuzurdu.

Avtomobil haqqında 9 mənasız fakt

Amfika Almaniya istehsalı idi. 1961-ci ildə açıq satışa çıxarılmışdır. Bir müddət sonra prezidentin köməkçilərindən biri “Biz gölün kənarına yaxınlaşdıq və maşın sürətlə suya girdi.” deyə bildirmişdir. Bu zaman prezident təşviş işində qışqırır “Əyləc işləmir. Biz batırıq. Biz suyun içinə giririk.”

Cənubi afrikada oğurluqdan qorunmaq məqsədilə alov püskürən BMW almaq mümkündür.

Avtomobil haqqında 9 mənasız fakt

1998-ci il Cənubi Afrikadan olan ixtiraçı ilə BMW şirkəti birlikdə yeni avto oğurluq əlehinə üsul kəşf edirlər. Bu problem hələdə ölkədə ciddi narahatlıq yaradır.

Oğurluq əlehinə ləvazimatı “Blaster” adlandırdılar. Müəyyən mənada bu yenilik ölkədə olan xeyli sayda avtomobil oğurluğunun və insan ölümünün qarşısını aldı. Beləki, əgər sürücüyə hücum edilərsə, bu zaman o sadəcə müvafiq pedala basılır. Nəticədə hətda bir neçə metr uzaqlıqda olan cinayətkarlara qarşı alov atəşi açılır.

“Blaster”-i tam qanun çərçivəsində istifadə etmək mümkün idi. Afrikada qorunma məqsədi ilə güc işlətmə metodu qanuni hesab edilir. 2001-ci ildə “Blaster”lər istifadədən yığışdırıldı. Səbəb isə qiymətinin olduqca baha olmasında idi.

Böyük Britanyada Ford Fiestaların satış həcmi Livan halisinin sayından çoxdur.

Avtomobil haqqında 9 mənasız fakt

Bu günə qədər Britaniyada 4 200 000 ədəd Ford Fiesta modeli satılmışdır. Nəticədə avtomobil ölkənin ən çox satılan markası hesab edildi. Məlumat üçün bildirək ki, Livanın əhalisinin sayı 4 104 000 nəfərdir.

Shelby GT350 markasının adında olan 350 rəqəmi sadəcə şirkətin ofisi ilə istehsal sexi arasında olan məsafənin futla ifadəsidir.

Sadəcə Kerrolly Shelby-yə öz avtomobilləri üçün fərqli nələrsə düşünmək çox yorucu gəlirdi. Eyni zamanda o çalışırdıki, modellərin adlarında daha böyük və gözəgəlimli rəqəmlər işlənsin.

Ford GT40-adında isə səbəb onun 40 düyum hündürlüyünə malik olmasıdır.

2005-ci ildə ölü pişik cəsədləri ilə işləyə bilən avtomobil ixtira edildi.

Alman alimi (və ya dəlisidə demək olar) Kristian Kox dizel mühərriki yaratmaq istəyində olmuşdur. Yanacaq qismində isə ölmüş pişik cəsədlərinin qalıqlarından istifadə etmək qərarına gəlib.

Alim yanacağın zibil tullantılarından və pişik cəsədlərindən hazırlanması təklifini irəli sürmüşdür. Beləki, 50 litirlik yanacaq çəni üçün 20 pişik kifayət edər. Son nəticədə bu idea ilə maralanan olmadı.

Koenigsegs şirkətinin yaradıcısı Stiv Cobsu qabaqlamışdır.

1994-cü ildə Kristian fon Koenigsegg İsveç avtomobil şirkətini yaratdı. Nəticədə, ən ağıla gəlməz hipercarlar meydana gəldi.

Qeyd edək ki, məşhur avtomobil yaradıcısı olmamışdan öncə bu şəxs MP3 pleyirinin konseptini fikirləşmişdir. Bu zaman Apple şirkətinin İPodları hələ yaranmamışdır. Eyni zamanda, laminantın döşənməsi zamanı bir-birinin içinə keçməklə bağlanması ideyasıda ona məxsusdur.

1200-cü ildə Monax gələcəkdə avtomobillərin olacağını öncəgörmə kimi cəmiyyətə açıqlamışdır.

Rodjer Bekon adlı monarx 1214-cü ildə anadan olmuşdur. Onun sözlərinə görə biz nə zamansa avtombillərlə uçacağıq. Hadisə daxili mühərrikin ixtirasından 800 il əvvəl baş vermişdir. O əlyazmalarında yazırdı: “Maşınlar heyvanlarsız hərəkət edəcək. Onlar ağlagəlməz sürətlə irəliləyəcəklər”. Yazılarda hətda aeroplandan, buxar mühərliyindən, sualtı qayıqlardan və sualtında üzmək üçün listifadə edilən ləvazimatlardan da söhbət açılır.

6 təkərli 16 avtomobilAvtomobillər haqqında 15 maraqlı fakt

Fikirlərinizi bildirin.