Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

0
0

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin kardan ötürməsinin strukturunu/adını/avtomobilin kardan ötürməsinin yığılması və sökülməsi vasitəsilə onun iş prinsiplərini izah edəcək;
2. Kardan ötürməsinin nasazlığını bacarıqla təmir etmək iqtidarına olacaqdır.

Təcrübə avadanlıqları və alətləri

• Ümumi alətlər dəsti
• Diferensial
• Məngənə
•Təkərli kürsü
• Oxlu göstərici
• Sıxac
• Diyircəkli yastıq çıxarıcısı

Materiallar

•Dişli çarx yağı
• Konusvari diyircəkli yastıqlar
• Kipkəc
• Araqat
• Lif süpürgə

2. Diferensial qurğunun ayrıca yoxlanılması:

(1) Texniki xidmət təlimatlarına istinad edərək nəqliyyat vasitəsinin diferensial qurğusunu çıxarın və sonra fərdi detalları yoxlayın.
– Texniki xidmət təlimatlarına istinad edərək sökülmüş bir qurğuda yarımoxun dişli çarxının araboşluğunu yoxlayın.

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

– Texniki xidmət təlimatlarına istinad edin və sökülmüş bir qurğuda nazim çarxın tacının araboşluğunu yoxlayın.

– Texniki xidmət təlimatlarına istinad edin və sökülmüş diferensial qurğunun aparan dişli çarxının arxa hissəsinin yuxarıdan görünüşünü yoxlayın.

– Sökülmüş diferensiallar arasında nazim çarxın tacının kontakt vəziyyətini yoxlamaq və nizamlama metodunu təsvir etmək üçün texniki xidmət təlimatlarına istinad edin.

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

Qeyd: Hər bir detalının yoxlanılmasının məqsədi aşağıdakı cədvəldə göstərilir.

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

2. Dartı valını və təkər topunu ayrıca yoxlayın.

(1) Texniki xidmət təlimatlarına istinad edərək nəqliyyat dartı valını (aparan val) çıxarın və sonra hər bir fərdi məhsulu yoxlayın.
– Valları sökmək və sökülmüş valların vəziyyətini yoxlamaq üçün texniki xidmət təlimatlarına istinad edin.

– Texniki xidmət təlimatlarına istinad edərək sökülmüş kardan vallarını yoxlayın.

– Aparan valı ayrıca sökün və valın vəziyyətini yoxlayın.

Aparan valın dəyişdirilməsinin nümunəsi

Aşağıdakı izahatlar nəqliyyat vasitələrinin spesifik növlərinə əsaslanır. İş metodunun nəqliyyat vasitəsinin növünə uyğun olaraq fərqlənməsi üçün işləyən zaman nəqliyyat vasitəsi üzrə texniki xidmət təlimatlarına istinad edin.

Çıxarılma

1. Nəqliyyat vasitəsini qaldırın və yığma təkər və şini çıxarın.
Top qaykasını dartma momenti: 9-11 kgf.m

Ehtiyat tədbiri

– Yığma təkəri və şini çıxararkən ehtiyatlı olun ki, top boltları zədələnməsin.

2. Şplinti (A) çıxarın və qaykanı (B) çıxarın.
Taclı qaykanın dartma momenti: 20-28 kgf.m

3. Yığma kürəvi birləşmənin dayandırıcı boltunu (A) çarx topundan çıxarın.
Yığma kürəvi birləşmənin bərkidici boltunu dartma momenti: 10-12 kgf.m

4. Plastik çəkic və ya buna oxşar alətdən istifadə etməklə aparan valı (A) topdan (B) çıxarın.

5. Lingdən istifadə etməklə aparan valı (A) diferensiallı ötürülmə qutusundan çıxarın.

Ehtiyat tədbiri

– Birləşmənin zədələnməsinin qarşısını almaq üçün lingdən istifadə edin.
– Əgər aparan val həddən artıq qüvvə ilə dartın çıxarılarsa, daxili komplektləşdirici hissələrin yeri dəyişə və bu da qoruyucu manjetin cırılmasına və ya diyircəkli yastığın zədələnməsinə səbəb ola bilər.
– Çirklənmənin qarşısını almaq üçün ötürülmə qutusu korpusunun dəliyini qapaq və ya buna oxşar vasitə ilə örtün.
– Aparan valın çıxarılması zamanı stoporu yenisi ilə əvəz edin.

6. Aparan valı (A) çıxarın.

Montaj
Ehtiyat tədbiri

– Xamıtı yenisi ilə əvəz edin.
– Xamıtın dəyişdirilməsi zamanı fərqli spesifikasiyalara malik xamıt quraşdırmayın.

1. Aparan valın şlis sahəsinə (A) və ötürülmə qutusu korpusunun kontakt səthinə (B) ötürülmə qutusunun mayesini vurun.

2. İlk olaraq aparan valı ötürülmə qutusu tərəfə birləşdirin və onun ayrımadığından əmin olmaq üçün əl ilə dartın.

3. Aparan valı (A) ön topa (B) quraşdırın.

Ehtiyat tədbiri

– Ehtiyatlı olun ki, hər iki qoruyucu manjet zədələnməsin.
-Topun diyircəkli yastığından və kürəvi birləşmənin kontaktında heç bir kənar materialın olma dığın dan əmin olun.

4. Yığma kürəvi birləşməni çarx topuna birləşdirin və boltu bərkidin (A).
Yığma kürəvi birləşmənin dartma momenti: 10-12 kgf.m

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

5. Qabarıq tərəfi kənara istiqamətlənən şaybanı yığın (B) və aparan valın kontrqaykasını (A) və şplinti (C) birləşdirin.
Taclı qaykanın dartma momenti: 20-28 kgf.m

(2) Texniki xidmət təlimatlarına istinad edin və aşağıda göstərilən fərdi detalları yoxlayın.
– Təkər topunun diyircəkli yastığının vəziyyətini yoxlayın.

– Təkər topunun diyircəkli yastıqlarının ox məsafəsini və fırlanma momentini (ilkin yükləmə) yoxlayın.

Avtombil (Şassi) – Kardan ötürməsinin təmiri

İstinad

Hər bir detalının təftişinin məqsədi aşağıdakı cədvəldə göstərilir.

Avtombil (Mühərrik) – Yağlama sisteminin yoxlanması/təmiriAvtombil (Mühərrik) – Silindr başlıqlarının yoxlanması/təmiri

Fikirlərinizi bildirin.