Avtombil (Şassi) – Disk əyləc sisteminin təmiri

0
0

Avtombil (Şassi) – Disk əyləc sisteminin təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin disk əyləc komponentlərinin strukturunu/adını/sökülmə və yığılma vasitəsilə disk əyləc komponentlərinin iş prinsiplərini izah edəcək;
2. Yığılma və təmir vasitəsilə disk əyləc komponentlərini bacarıqla təmir etmək iqtidarında olacaqdır.

Təcrübə materialları:

1. Silgi kağızı
2. Pambıq əlcək
3. Sarımtıl səpələnən sürtgü yağı
4. Sürtgü yağı

Avadanlıq və alətlər:

1. Sərnişin avtomobili
2. Qayçışəkilli qaldırıcı
3. Əyləc yağının dəyişdiricisi
4. Mühərrik yuma qurğusu
5. siyirməli alət arabası ilə mexaniki alətlər dəsti
6. Portativ alətlər yeşiyi
7. Dirsəkli qayka açarları dəsti
8. Burma açarı
9. Portativ alətlər yeşiyi
10. Qatlanan (açılan) burğulu alətlər qayka açarları dəsti
11. Ştangenpərgarlar
12. Yağ şprisi

Çıxarılma

Ehtiyat tədbiri
Material tərkibindən asılı olmayaraq, əyləc qəlibinin tozunun tez-tez sorulması sağlamlığınız üçün təhlükəli ola bilər.
 Toz zərrəciklərini udmayın.
 Əyləc bloklarını təmizləmək üçün heç vaxt pnevmatik şlanq və ya fırçadan istifadə etməyin.

1. Qabaq təkərin qaykalarını bir qədər boşaldın. Nəqliyyat vasitəsinin qabaq hissəsini qaldırın və onun mökhəm şəkildə saxlandığından əmin olun. Qabaq təkərləri qaldırın.
2. İstiqamətverici ştok boltunu (B) çıxarın və bundan sonra supportu (A) qaldırın və məftillə saxlayın.

3. Supportun kronşteynində qəlib araqatını (A), qəlib saxlayıcısını (B) və yığma qəlibi (C) çıxarın.

Quraşdırma

1. Qəlib saxlayıcılarının (A) supportun kronşteyninin üzərinə quraşdırın.

2. Qəlib araqatlarında (A) kənar materialı və qəliblərin arxa hissəsini (B) yoxlayın. Çirklənmiş əyləc diskləri və ya qəlibləri dayanma qabiliyyətini azaldır. Disklər və qəliblərin yağını saxlayın.
3. Əyləc qəliblərini (B) və qəlib araqatlarını (A) düzgün şəkildə quraşdırın. Daxildə yeyilmə indikatoru (C) ilə qəlibi quraşdırın. Qəliblərdən təkrar istifadə etdiyiniz təqdirdə, tormozlama səmərəliliyinin ani itkisinin qarşısını almaq üçün həmişə əyləc qəliblərini əsas vəziyyətlərində təkrar quraşdırın.

4. Porşeni itələyin ki, (A) support qəliblərin üzərinə otursun. Porşen örtüyünü elə vəziyyətdə quraşdırın ki, supportu aşağı çevirən zaman zədələnməsin.

5. Supportu aşağı çevirin. Ehtiyatlı olun ki, ştift örtüyü zədələnməsin; istiqamətverici ştok boltunu (B) quraşdırın və düzgün spesifikasiya uyğun olaraq dartın.

Xəbərdarlıq

Porşeni xüsusi alətin (09581-11000) köməyi ilə silindrə daxil edin.

6. Əyləclərin işlədiyindən əmin olmaq üçün əyləc pedalını bir neçə dəfə sıxın və test drayv aparın.

Xəbərdarlıq

Əyləcin qoşulması əyləc qəliblərinin dəyişdirilməsindən dərhal sonra daha böyük pedal gedişini tələb edir. Əyləcin bir neçə dəfə tətbiqi normal pedal gedişini bərpa edəcək. Bunu nəqliyyat vasitəsini sürməzdən əvvəl edin.

7. Quraşdırmadan sonra şlanq, xətt birləşmələri və ya birləşmələrdə sızmaları yoxlayın və lazım olduqda, yenidən bərkidin.

Təftiş
Əyləc diskinin qalınlığının yoxlanması

1. Bütün toz və çirki səthdən təmizləyin və diskin qalınlığını 8 nöqtədə, ən azı əyləc diskinin xarici dairəsinin qarşısında eyni məsafədə (5mm) ölçün.
Əyləc diskinin qalınlığının standart qiyməti:
26.0 mm(1.024 in) – 2.0 L, 2.4 L
28 mm(1.1 in) – 3.3 L
Hədd:
24.4 mm(0.961 in)-2.0 L, 2.4 L
26.4 mm(1.04 in) – 3.3L
2. Qalınlıq dəyişikliyi istənilən istiqamətlərdə 0.005mm (0.0002 in.) (dövrə) və 0.01 mm (in.) (radius) keçməməlidir.
3. Əgər yeyilmə həddi keçərsə, nəqliyyat vasitəsinin sol və sağ tərəfində diskləri və yığma qəlibi dəyişdirin.

Əyləc qəlibinin yoxlanması

1. Qəlibin yeyilməsini yoxlayın. Qəlibin qalınlığını ölçün və əgər qalınlıq göstərilmiş qiymətdən az olarsa, dəyişdirin.
Qəlibin qalınlığı
Standart qiymət: 11 mm (0.43 in)
Xidmət həddi: 4.0 mm (0.16 in)

2. Sürüşən təmas nöqtələrinə, qəlibə və əsas metala zədə üçün sürtgü yağının vurulub- vurulmadığını yoxlayın.

Əyləc diskinin işinin yoxlanması

1. Əyləc diskinin xarici dövrəsindən təxminən 5 mm (0.2 düym) məsafədə oxlu göstərici yerləşdirin və diskin işini yoxlayın.
Əyləc diskinin işi
Hədd: 0.04 mm (0.0016 in.) və ya daha az (yenisi)

2. Əgər əyləc diskinin işi həddi spesifikasiyanı keçərsə, diski dəyişdirin və sonra diskin işini
təkrar ölçün.
3. Əgər diskin işi həddi spesifikasiyanı keçməzsə, 180° döndərdikdən sonra əyləc diskini quraşdırın və sonra əyləc diskinin işini təkrar yoxlayın.
4. Əgər diskin işi onun yerini dəyişdirməklə düzəldilə bilməzsə, əyləc diskini dəyişdirin.

Qabaq əyləc diskinin ilişməsi

1. Əgər əyləc diski aşınma və ya həddən artıq qızma nəticəsində topuna ilişibsə, M8 vintdən (A) istifadə etməklə əyləc diskini çıxarın.

Xəbərdarlıq

Çəkicdən istifadə etməyin. Diski topdan çəkiclə çıxartdıqda disk zədələnə bilər.

2. Sürüşən təmas nöqtələrinə, qəlibə və əsas metala zədə üçün sürtgü yağının vurulub- vurulmadığını yoxlayın.
3. Əgər əyləc diskinin işi həddi spesifikasiyanı keçərsə, diski dəyişdirin və sonra diskin işini təkrar ölçün.
4. Əgər diskin işi həddi spesifikasiyanı keçməzsə, 180° döndərdikdən sonra əyləc diskini quraşdırın və sonra əyləc diskinin işini təkrar yoxlayın.
5. Əgər diskin işi onun yerini dəyişdirməklə düzəldilə bilməzsə, əyləc diskini dəyişdirin.

Arxa əyləc diskinin ilişməsi

1. Əgər əyləc diski aşınma və ya həddən artıq qızma nəticəsində topuna ilişibsə, M8 vintdən
(A) istifadə etməklə əyləc diskini çıxarın.

Xəbərdarlıq
Çəkicdən istifadə etməyin. Diski topdan çəkiclə çıxartdıqda disk zədələnə bilər.

Avtombil (Mühərrik) – Elektron İdarəetmə ilə Benzin Püskürmə Sisteminin Diaqnozu (ÇNP)

Fikirlərinizi bildirin.