Avtombil (Şassi) – Baraban əyləc sisteminin təmiri

0
0

Avtombil (Şassi) – Baraban əyləc sisteminin təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin baraban əyləcin strukturunu/adını/sökülmə və yığılma vasitəsilə baraban əyləcinin iş prinsiplərini izah edəcək;
2. Baraban əyləci bacarıqla təmir etmək iqtidarında olacaqdır.

Təcrübə materialları:

1. Silgi kağızı
2. Pambıq əlcək
3. Sarımtıl səpələnən sürtgü yağı
4. Sürtgü yağı
5. Əyləc yağı

Avadanlıq və alətlər:

1. Sərnişin avtomobili
2. Əyləc yağının dəyişdiricisi
3. Qaraj domkratı
4. Zərbə açarı
5. Siyirməli alət arabası ilə mexaniki alətlər dəsti
6. Portativ alətlər yeşiyi
7. Burma açarı
8. Portativ alətlər yeşiyi
9. Qatlanan (açılan) burğulu alətlər qayka açarları dəsti
10. Ştangenpərgarlar
11. Yağ şprisi

Mövzu ilə əlaqəli biliklər
Əyləc sistemi
1. Bir nöqtədə tətbiq edilmiş əyləcin gücünün iş prinsipi

Sıxılmayan mayedən istifadə etməklə digər nöqtəyə ötürülür (ŞəkilⅢ-4-1). Əksər əyləc sistemləri həmçinin işin gedişində gücü çoxaldır, çünki faktiki əyləclər ayağınızla tətbiq etdiyiniz gücə nisbətən daha böyük güc tələb edir. Güc 2 üsulla çoxaldılır:
1) Hidravlik gücün artırılması
2) Mexaniki üstünlük (lingin gücü)

Əyləclər sürtünmə yolu ilə gücü şinlərə ötürür və şinlər də sürtünmədən istifadə etməklə həmin gücü yola ötürür. Şəkillərdə hidravlik disk və baraban əyləclərin əsasları nümayiş etdirilir. Əyləc pedalı sıxıldıqda, əsas silindrin porşeni support və baraban əyləc daxilində təkər silindrlərinə təzyiq göndərir (əyləc xətləri vasitəsilə). Əyləc qəlibi ilə disk arasında və qəlib ilə baraban arasında sürtünmə nəqliyyat vasitəsini dayandırır və onun kinetik enerjisini istilik enerjisinə çevirir.

2. Hidravlik əyləc konturunun səciyyəvi sxemi

Səciyyəvi əyləc sistemi (Şək, Ⅲ-13-2) qabaq disk əyləclər və əyləci hər bir təkərdə əsas silindrə birləşdirən borucuqlar və şlanqlar sistemi ilə birləşdirilmiş arxa disk və ya baraban əyləclərdən ibarətdir. Əyləc sistemi ilə birləşdirilən digər sistemlərə dayanma əyləcləri, əyləc gücləndiricisi və bəzi nəqliyyat vasitələrində blokirovka əleyhinə əyləc sistemi (ABS) və ya elektron stabillik proqramı (ESP) daxildir. Müəyyən modellərdə dartı gücünü idarəetmə sistemi (TCS) ABS və ESP hidravlik elektron idarəetmə qurğusuna (HECU) birləşdirilir.

1) Dayanacaq əyləci sistemi

Dayanacaq əyləci sistemi üçüncü tormozlama funksiyasını icra edir. Bu sistem hətta yolun maili hissələrində və sürücü olmadıqda nəqliyyat vasitəsini stasionar vəziyyətdə saxlamağa xidmət edir. Təhlükəsizliyə dair mülahizələrdə qeyd olunur ki, dayanma sistemi idarəetmə mexanizmi və təkər əyləci arasında davamlı mexaniki birləşməyə malikdir (məs: birləşdirici dartı qüvvələri və ya əyləcin burazlı intiqalları) Dayanacaq əyləci əl lingindən, digər hallarda isə pedaldan istifadə etməklə sürücünün oturacağından hərəkətə gətirilir. Bu əyləc sistemi tədricən dəyişən reaksiyanı təmin etmək üçün layihələndirilir. Sistem yalnız bir oxda təkərlərin üzərində işləyir.

2) Əzələ güclü əyləc sistemləri

Bu tipli sistem sərnişin avtomobilləri və iki təkərli nəqliyyat vasitələrində quraşdırılır. Pedal və ya əl linginə tətbiq edilmiş əzələ gücü mexaniki (birləşdirici dartı qüvvələri və ya əyləcin burazlı intiqalı) və ya hidravlik (əsas silindr, təkər silindrləri) rele sistemi vasitəsilə əyləclərə ötürülür.

3) Gücləndiricili əyləc sistemləri

Gücləndiricili əyləc sisteminə sərnişin avtomobilləri və kiçik tonnajlı yük avtomobillərində rast gəlinir. Bu tipli qurğu vakuum və ya hidravlik təzyiqlə yaradılan enerji ilə əzələ gücünü əlavə etmək üçün əyləc gücləndiricilərindən istifadə edir.

4) Gücləndiricili əyləc sistemi

Əzələ enerjisi əyləc sisteminin idarə edilməsi üçün istifadə edilir. Nəqliyyat vasitəsinin yavaşıması kənar güc ilə yaradılır.

3. Əyləc pedalı

Əyləc pedalı (Şəkil Ⅲ-13-3) akseleratorun pedalının sol tərəfinin üzərində yerləşdirilir. Bu pedalın üzərinə ayağın basılması nəqliyyat vasitəsinin yavaşıması və ya dayanmasını başladır. Pedal möhkəm şəkildə istilik keçirməyən arakəsməyə quraşdırılır və güc artıran ling rolunu oynayır. Əgər gücləndirici sıradan çıxarsa, pedalın ling gücü sürücüyə hələ də hər bir təkər silindrinə təsir edən hidravlik təzyiq yaratmaq imkanı vermək üçün layihələndirilir. Əyləc pedalı itələyici vasitəsilə əsas silindr daxilində porşenə birləşdirilir. Əyləc pedalının hündürlüyü və sərbəst araboşluğu üçün qiymətlər sexin təlimat kitabçasında verilir. Pedalın hündürlüyü itələyicini döndərməklə nizamlanır.

4. Əsas silindr

Təhlükəsizliyi artırmaq üçün əksər müasir əyləc sistemləri hər bir konturda iki təkər olmaqla iki kontura ayrılır. Əgər bir konturda maye sızması baş verərsə, yalnız təkərlərin ikisi öz əyləclərini itirəcək və avtomobil hələ də əyləc pedalı sıxılan zaman dayana biləcək. Əsas silindr avtomobilin hər iki konturuna təzyiq vurur. Bu cihaz müstəsna cihaz olub, silindri nisbətən nasazlığa davamlı edən qaydada eyni silindrdə iki porşendən istifadə edir. Əyləc pedalı sıxıldıqda, bənd vasitəsilə əsas porşeni itələyir. Əyləc pedalı daha da sıxılan zaman silindr və xətlərdə təzyiq yaranır. Əsas və köməkçi porşen arasındakı təzyiq köməkçi porşeni öz konturunda mayeni sıxmağa vadar edir. Əgər əyləclər düzgün işləyərsə, təzyiq hər iki konturda eyni olacaq.

1) Təzyiq məhdudlaşdırıcı

Təzyiq məhdudlaşdırıcı (Şəkil Ⅲ-13-4) qabaq təkərlərin üzərində disk əyləclərə, arxa təkərlərin üzərində isə baraban əyləclərə malik avtomobillərdə tələb olunur. Disk əyləc normal olaraq disklə təmasda olur, baraban əyləc qəlibləri isə normal olaraq barabandan ayrılır. Bunun nəticəsində disk əyləclər əyləc pedalını basdıqda baraban əyləclərdən əvvəl qoşulmaq vəziyyətindədir. Təzyiq məhdudlaşdırıcı bunu kompensasiya edir və baraban əyləclərin məhz disk əyləclərdən əvvəl qoşulmasını təmin edir. Təzyiq məhdudlaşdırıcı həddi təzyiqə çatmayana qədər disk əyləclərə hər hansı təzyiq ötürülməsinə imkan vermir.

2) Sızma

Sızma baş verdikdə (məsələn, əsas konturda) əsas və köməkçi silindrlər arasındakı təzyiq itirilir. Bu, əsas silindrin köməkçi silindr ilə təmas etməsinə səbəb olur. İndi əsas silindr yalnız bir porşeni olan kimi davranır. İkinci kontur normal işləyəcək, lakin sürücü hərəkətə gətirmək üçün pedalı daha da sıxmalı olacaq. Yalnız iki təkər təzyiqə malik olduğuna görə əyləc gücü ciddi şəkildə azaldılacaq.

5. Baraban əyləc

Bir çox illər ərzində istehsal edilmiş bütün nəqliyyat vasitələri qabaqda disk əyləclərə malik olduğuna görə baraban əyləclərin (Şəkil Ⅲ-4-5) qabaq təkərlər üçün istehsalı ucuz başa gəlir.

Əsas səbəb dayanacaq əyləci sistemidir. Baraban əyləclərdə dayanacaq əyləcinin əlavə edilməsi lingin sadə əlavəsidir, lakin disk əyləclərdə tam mexanizm, bəzi hallarda əyləc diski daxilində tam mexaniki baraban əyləc bloku tələb olunur. Baraban əyləclər dayaq plitə, əyləc qəlibləri, əyləc barabanı və təkər silindri, qaytarma yayları və bəzi hallarda avtomatik və ya özünü nizamlayan sistemdən ibarətdir. Əyləcləri tətbiq edərkən əyləc mayesi təzyiq altında təkər silindrinə axır və bu da öz növbəsində əyləc qəliblərini mexaniki barabanın daxilində emal edilmiş səthlə təmasa itələyir.

Təzyiq ayrıldıqda qaytarma yayları qəlibləri geriyə əsas vəziyyətə qaytarır. Bir çox baraban əyləclər avtomatik hərəkətə gəlir. Şəkil 1-də göstərilir ki, əyləc qəlibləri barabanla təmasda olduğuna görə hər hansı pazlama fəaliyyəti mövcuddur və bu, daha çox güc ilə qəlibləri barabanın içərisinə sıxma effektinə malikdir (Şəkil 2). Pazlama fəaliyyətinin yaratdığı əlavə tormozlama gücü baraban əyləclərin disk əyləclərə nisbətən daha kiçik porşendən istifadə etməsinə imkan verir.

1) Yaylar

Pazlama fəaliyyəti nəticəsində qəliblər əyləclər ayrıldıqda barabandan ayrılmalıdır. Qaytarma yayları təzyiqin təkər silindrindən ayrılmasından sonra əyləc qəliblərini əsas vəziyyətə qaytarır. Əgər yaylar zəif olarsa və qəlibləri tam qaytarmazsa, bu, üzlüklərin vaxtından əvvəl yeyilməsinə səbəb olacaq, çünki üzlüklər baraban ilə təmasda qalacaq. Digər yaylar əyləc qəliblərini yerində saxlamağa kömək edir və hərəkətə gəldikdən sonra nizamlayıcının qolunu qaytarır.

2) Dayaq plitə

Dayaq plitə bütün detalları birlikdə saxlayır. Plitə oxa birləşdirilir və təkər silindri, əyləc qəlibləri və müxtəlif ləvazimatlar üçün bərk səth formalaşdırır.

3) Əyləc barabanı

Əyləc barabanları dəmirdən hazırlanır və qəliblərin təmas yaratdığı daxildə mexaniki emal edilmiş səthə malikdir. Əyləc disklərində olduğu kimi əyləc barabanları əyləc üzlükləri barabanın mexaniki emal səthinə qarşı oturduqda yeyilmə əlamətlərini göstərəcək. Yeni qəliblər quraşdırıldıqda, əyləc barabanı hamar emal edilməlidir. Əyləc barabanları barabanın kənar hissəsinə vurulan maksimum diametr spesifikasiyasına malikdir. Baraban emal edildikdə, heç vaxt həmin ölçünü keçməməlidir. Əgər səth həmin hədd daxilində emal edilə bilməzsə, baraban dəyişdirilməlidir.

4) Əyləc silindri

Təkər silindri hər bir tərəfdə iki porşenə malik silindrdən ibarətdir. Hər bir porşen rezin kipkəcə və porşeni əyləc qəlibi ilə birləşdirən vala malikdir. Əyləc təzyiqi tətbiq edildikdə, porşenlər çıxaraq qəlibləri baraban ilə təmasa itələyir. Təkər silindrləri sızma əlamətləri göstərdiyi təqdirdə təkrar yığılmalı və ya dəyişdirilməlidir.

5) Dayanacaq əyləci

Dayanacaq əyləci (qəza əyləci) sistemi əl lingi və ya ayaq pedalına birləşdirilən bir sıra kabellər vasitəsilə arxa əyləclərə nəzarət edir. İdeya ondan ibarətdir ki, sistem tam mexanikidir və tam şəkildə hidravlik sistemi əhatə edir ki, hətta ümumi əyləc nasazlığı halında belə nəqliyyat vasitəsini dayandıra bilsin. Baraban əyləclərdə kabel arxa əyləcdə quraşdırılmış lingi dartır və birbaşa əyləc qəliblərinə birləşdirilir.

Çıxarılma

Ehtiyat tədbiri
 Material tərkibindən asılı olmayaraq, əyləc qəlibinin tozunun tez-tez sorulması sağlamlığınız üçün təhlükəli ola bilər.
 Toz zərrəciklərini udmayın.
 Heç vaxt əyləc bloklarını təmizləmək üçün pnevmatik şlanq və ya fırçadan istifadə etməyin.

1. Qəlibin qalpaqlı şaybasını itələməklə (C) və döndərməklə qəlibin sıxıcı ştiftlərini (B) çıxarın.
2. Yuxarı qaytarma yayını (A) ayırın.

3. Yığma əyləc qəlibini (A) çıxaran zaman aşağı qəlibin qaytarma yayını (A) çıxarın.
Təkər silindrinin üzərində toz örtüyünü zədələməyin.
4. Dayanacaq əyləcinin kabelini dayanacaq əyləcinin lingindən ayırın.
5. Yığma əyləc qəlibini çıxarın.
6. Qəlib nizamlayıcısını (B) və lingi (C) əyləc qəliblərindən çıxarın.

7. Əyləc borucuğunu (A) təkər silindrindən ayırın.
8. Boltu (C) və təkər silindrini dayaq plitədən (D) çıxarın.

Quraşdırma

Xəbərdarlıq!
 Əyləc mayesini nəqliyyat vasitəsinin üzərinə dağıtmayın; bu, boyanı zədələyə bilər;
əgər əyləc mayesi boya ilə təmasda olarsa, onu dərhal su ilə yuyub təmizləyin.
 Dağılmaların qarşısını almaq üçün şlanq birləşmələrini əskilər və ya texniki salfetlərlə örtün.
 Yalnız orijinal təkər silindrinin xüsusi boltundan istifadə edin.

1. Təkər silindri (A) dayaq plitəsi (B) arasına bərkidici (C) vurun və təkər silindrini quraşdırın.

2. Əyləc borucuqlarını (D) təkər silindrinə birləşdirin.
3. Dayanacaq əyləcinin əyləc kabelini dayanacaq əyləcinin linginə birləşdirin.

4. Nizamlayıcının qolunun (A) yivli hissələrini və xarici sıxıcı mili (B) təmizləyin. Yığma nizamlayıcının yivlərini sürtgü yağı ilə yağlayın, qəlibin yığma nizamlayıcısının uzunluğunu nizamlamaqla, nizamlayıcının boltunu (C) döndərin. Şəkil 13-11: Nizamlayıcının qolu (A) və xarici sıxıcı mil(B), nizamlayıcının boltu (C)
5. Qəlibin nizamlayıcısını ilişdirin və sonra əyləc qəlibini quraşdırın.
6. Yığma qəlib nizamlayıcısını və yuxarı qaytarma yayını (D) quraşdırın və quraşdırma istiqamətinə diqqət edin. Ehtiyatlı olun ki, təkər silindrinin toz örtükləri zədələnməsin.
7. Aşağı qaytarma yayını (E) quraşdırın.
8. Əyləc silindrini aşağıda göstərildiyi kimi sürüşən səthlərə yağlayın. Hər hansı qalığı silin. Əyləc üzlüklərinin üzərinə yağ vurmayın.

9. Aşağıda göstərildiyi kimi əyləc silindrini əyləc qəlibinin uclarına və qəliblərin üzbəüz kənarlarına yağlayın. Hər hansı qalığı silin. Əyləc üzlüklərinin üzərinə yağ vurmayın.

10. Əyləc qəliblərini (A) dayaq plitənin üzərinə yağlayın. Ehtiyatlı olun ki, təkər silindrinin toz örtükləri zədələnməsin.
11. Qəlibin sıxıcı ştiftlərini (A), qəlibin sıxıcı yayını və sıxıcı qalpağını (C) quraşdırın.
12. Əyləc barabanını quraşdırın.
13. Əyləc mayesinin doldurulmasından sonra əyləc sistemini üfürün.
14. Özünü nizamlayan əyləci sazlamaq üçün əyləc pedalını bir neçə dəfə özünü nizamlayan əyləcə sıxın.
15. Dayanacaq əyləcini nizamlayın.

Təftiş

Ehtiyat tədbiri
Material tərkibindən asılı olmayaraq, əyləc qəlibinin tozunun tez-tez sorulması sağlamlığınız üçün təhlükəli ola bilər.
 Toz zərrəciklərini udmayın.
 Heç vaxt əyləc bloklarını təmizləmək üçün pnevmatik şlanq və ya fırçadan istifadə etməyin.

Xəbərdarlıq
Çirklənmiş əyləc üzlükləri və ya barabanlar dayanma qabiliyyətini azaldır.
Nəqliyyat vasitəsinin arxa hissəsini domkratla qaldırmazdan əvvəl qabaq təkərləri bloklayın.

1. Nəqliyyat vasitəsinin arxa hissəsini qaldırın və onun mökhəm şəkildə saxlandığından əmin olun.
2. Dayanacaq əyləcini ayırın və arxa əyləc barabanını çıxarın.
3. Təkər silindrinin (A) sızmasını yoxlayın.
4. Əyləc üzlüklərini (B) çatlama, minalama, yeyilmə və çirklənmə üçün yoxlayın.
5. Əyləc üzlüyünün qalınlığını (C) yoxlayın. Ölçmə əyləc qəlibinin qalınlığını ehtiva etmir.
6. Əgər əyləc üzlüyünün qalınlığı xidmət həddindən aşağı olarsa, əyləc qəliblərini dəyişdirin.
7. Topda diyircəkli yastıqların düzgün işləyibişləmədiyini yoxlayın. Texniki xidmət tələb edərsə, dəyişdirin.

8. Ştangenpərgarlar ilə əyləc barabanının daxili diametrini ölçün.
Barabanın daxili diametri:
Standart: 228.6 mm (9 in.)
Xidmət həddi: 230.6 mm (9.079 in.)
Barabanın dəyirmiliyi
Xidmət həddi: 0.06 mm (0.00236 in.)
9. Əgər əyləc barabanının daxili diametri xidmət həddindən artıq olarsa, əyləc barabanını
dəyişdirin.
10. Əyləc barabanını kəsiklər, yuvalar və çatlar üçün yoxlayın.

Avtombil (Mühərrik) – Elektron İdarəetmə ilə Benzin Püskürmə Sisteminin Diaqnozu (ÇNP)

Fikirlərinizi bildirin.